КАРАБАХ в ДОКУМЕНТАХ

 

 Начало | БИблиотека | Фото факты | Картинная галерея | Ссылки | Форум | ОпросПоиск в google | AZAD QARABAĞ |

Новая страница 1

Qəhrəmanlar unudulmur!

 

4 mart Azərbaycanın Milli Qəhrəmanı Elşad Əhədovun doğum günüdür.

Elşad Saday oğlu Əhədov 1968-ci il martın 4-də Masallı rayonunun Təzə Alvadı kəndində anadan olmuşdur. Həyatını Azərbaycan xalqının erməni təcavüzündən qorunmasına sərf edən gənc zabitin döyüş yolu Füzuli rayonu ərazisindən başlayıb və sonra Daşburun, Nərgiztəpə, Aşağı Veysəlli və Şişqayadan keçib və Beyləqanın müdafiəsində böyük rol oynayıb. Elşad Əhədovun son döyüşü 1993-cü  il dekabrın 11-də Ağdaş yüksəkliyində olub. O, bu döyüşdə ağır yaralanır və həkimlərin səyinə baxmayaraq, komandirin həyatını xilas etmək mümkün olmur, gözlərini əbədi yumur və şəhidlik zirvəsinə ucalır.

Elşad Əhədov Təzə Alvadı kəndində dəfn olunmuşdur.

Təzə Alvadı kənd orta məktəbi və parkı Qəhrəmanın adını daşıyır.

 

QARABAĞ AZADLIQ TƏŞKİLATININ MƏLUMATI
3 mart 2011