ÊÀÐÀÁÀÕ â ÄÎÊÓÌÅÍÒÀÕ

 

 Íà÷àëî | ÁÈáëèîòåêà | Ôîòî ôàêòû | Êàðòèííàÿ ãàëåðåÿ | Ññûëêè | Ôîðóì | ÎïðîñÏîèñê â google | AZAD QARABAĞ |

TÜRK YURDU QARABAĞ – YÜZ İL MÜHARİBƏ

TÜRK YURDU QARABAĞ – YÜZ İL MÜHARİBƏ

Səh.| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |


IX. MALIBƏYLİ VƏ QUŞÇULAR. XİLAS UĞRUNDA MÜBARİZƏ

1. Malıbəyli düşmən mühasirəsində

2. Quşçular düşmən mühasirəsində

3. Sarıyarğan döyüşü

4. Fevral döyüşləri

5. Qaratəpə döyüşu

6. Abdal ətrafında döyüşlər

7. Xilaskar komandirlər

8. Kənddə və yolda qalan insanlar


IX. MALIBƏYLİ VƏ QUŞÇULAR. XİLAS UĞRUNDA MÜBARİZƏ 

1. Malıbəyli düşmən mühasirəsində

Malıbəyli Xankəndinin Şərqində, ondan iki kilometr məsafədə dağlar qoynunda yerləşmiş, zəngin tarixi olan qədim türk kəndlərindən biridir. Malıbəyli kəndi ilə Xankəndi şəhəri arasından Qarqar çayı axır, Ağdam-Şuşa asfalt yolu keçirdi. Kəndin şərq tərəfində isə Quşçular kəndi yerləşirdi. Bu kənd də əslində Aşağı Quşçular və yuxarı Quşçular olmaqla iki hissədən ibarət olub Malıbəyliyə bitişik türk kəndləri idilər. Malıbəyli və Quşçular hər tərəfdən ermənilər yaşayan Harov, Dəhraz, Təgir, Miri, Daşkənd, Şuşukənd, Pirəməki kəndləri və Xankəndi şəhəri ilə əhatə olunmuşdu.

Sovet hakimiyyəti illərində Malıbəyli və Quşçular bir kolxozda və sovetlikdə birləşmiş və Şuşa rayonu ərazisinə daxil edilmişdi. Buna baxmayaraq Dağlıq Qarabağ Muxtar Vilayətinin milliyətcə erməni olan rəhbərləri daima bu kəndlərə təzyiqlər göstərmiş, onların mədəni və sosial inkişafına mane olmuşlar. Son illərdə kəndin Xankəndinə yaxın olan əkinə yararlı torpaq sahələrində qanunsuz olaraq iri sənaye obyektləri tikilmişdi. İki avtonəqliyyat müəssisəsi, 2 benzindoldurma stansiyası, avtobus parkı, elektron zavodu, taxta emalı sexi, dəmiryol vağzalı, Gorus və Sisyana qaz vermək üçün iki nəhənk qaz anbarı tikintiləri üçün kəndin 250 hektara qədər torpaq sahəsi vilayət rəhbərliyinin təzyiqi ilə zorla alınmışdı. Buna baxmayaraq 4 minə qədər əhalisi olan Malıbəyli və Quşçular Xankəndini əhatə edən və onun erməni əhalisinin ən çox ehtiyat etdiyi türk kəndləri idi.

hələ 1988-ci ilin fevral nümayişləri başlanana qədər bu kəndlərin Xankəndində yerləşən ipək kombinatında, lapma zavodunda və başqa sənaye müəssisələrində işləyən fəhlələri şidən qovulmuşdu. Erməni xislətinə yaxşı bələd olan kənd camaatı artıq böyük bir tufanın yaxınlaşdığını hiss etmişdi. Ona görə də elə ilk gündən kəndi erməni təcavüzündən qorumaq üçün tədbirlər görülürdü. kənd cavanları Milli Azadlıq hərəkatına qoşulur və bu hərəkatın kənddəki lideri Bərsayıl İbrahimovun ətrafında birləşərək kəndin müdafiəsində dayanırdılar. Ağac, balta, daş, yaba və s. kimi ibtidai silahlara malik olan yerli özünümüdafiə dəstələri kəndin giriş və çıxış yollarında gözətçi postları yaradıb gecə-gündüz keşik çəgirdilər.

Ermənilər Dağlıq Qarabağın yollarında odlu silahdan istifadə etməklə qətl, terror və təxribatlar törədəndə Malıbəyli və Quşçuların müdafiəçiləri də silahlanmaq qərarına gəldilər. O vaxta qədər son bir ildə Dağlıq Qarabağın türk kəndlərində, o cümlədən də Malıbəyli və Quşçular kəndlərində, üç dəfə ov tüfəngləri yığılmış, bir dənə də olsa qalmamışdı. Qonşu Azərbaycan rayonlarından ov tüfəngi əldə etmək mümkün olsa da Dağlıq Qarabağ yollarına erməni-rus hərbiçilərinin nəzarət etməsi onun kəndə gətirilməsində çətinlik yaradırdı. Bu yerdə tarixən xilas yolu olmuş, meşə ilə örtülü sərt dağlardan və qayalardan keçən Quşçular-Kətik-Abdal yolu köməyə gəldi. Kənd cavanları ətraf Azərbaycan rayonlarından əldə etdikləri silah və sursatı bu gizli yolla kəndə gətirir, sürətlə silahlanırdılar.

2000-ci il fevral ayının 10-da Malıbəyli və Quşçular kəndlərinin 2000 nəfərə qədər dinc əhalisinin xilasında əməyi olmuş qəhrəman döyüşçülər, müdrik ağsaqqallar Zaqulba sanatoriyasında bir evə toplaşıb o tarixi xilas gününün 8-ci ildönümü zamanı birgə yığışdılar. Bu olduqca maraqlı və təsirli görüşdə Allahyar kişi, Nazim müəllim, Müzəffər kişi, Allahverdi müəllim, Məhyəddin və Bulud Əmiraslanov qardaşları, Rəfael, Təhməz, Fizuli, Arif, Əlövsət müəllim və başqaları iştirak edirdilər. Onlar Malıbəyli və Quşçular kəndlərinin 4 illik müharibə həyatından, 11 fevral xilas günündən danışır, hadisələri göz önünə gətirməyə çalışırdılar. Bu ümumi başlıq altında gedən yazılarımızı iştirakçıların danışdıqlarını məzmun və ardıcıllıq baxımından saxlamaqla təqdim edəcəyik.

1988-ci il may ayının 5-də Malıbəyli kəndinə ermənilərin ilk hücumu oldu. O zaman hələ Sovet hökuməti öz kücünü saxlayırdı. 300 nəfərə qədər erməni maşınlarla kəndimizə doluşmaq istəyirdilər. Kəndin girəcəyində kolxöz idarəsi yanında onların qarşısını kəsdik. Cavanların əlində armaturdan kəsilmiş çubuq, yaba, balta var idi. Hücuma Vilayət Daxili İşlər şöbəsinin rəisi Tumanyan başçılıq edirdi. Bir dəstə qabağa çıxıb onunla mübahisəyə başladıq. Mübahisəyə qoşulan rus ordusu zabitləri barışdırıcı mövqe tuturdular. Bir saatdan çox davam edən mübahisədən sonra Tumanyan erməniləri geri qaytardı. Bu hücumda ermənilər cavanlarımızın cəsarətini görüb bir müddət sakit dayandılar.

Bir gün iki nəfər Xankəndindən gəlmiş erməni kəndimizin nəzarət postlarından birinə yaxınlaşıb Malıbəyli ilə Quşçular arasındakı Qamışlı Köldən xəstə üçün zəli tutmağa icazə verməyimizi xahiş etdilər. Biz heç nədən şühbələnmədən razılıq verdik. Səhəri gündən başlayaraq həmin iki nəfər Malıbəylinin içi ilə keçib kölə gedirdi və axşam qaranlıq düşəndən sonra kəndin içəri yolu ilə qayıdırdılar. Belə "zəli tutma" əməliyyatı təxminən 4 ay müddətində davam etdi. Sonradan başa düşdük ki, onlar erməni kəşfiyyatından imişlər və məqsədləri də kəndin müharibəyə hazırlıq işləri haqqında məlumat toplamaq olubdu.

Malıbəyliyə növbəti hücum 1989-cu ilin sentyabr ayında oldu. Bu dəfə qonşu kəndlərin erməniləri gecə saat 2 radələrində Gəncəli əkin sahəsindən Malıbəylini avtomat atəşinə tutdular. Biz 366-cı alayın hərbi qərarkahına məlumat verdik. Kəndin müdafiə dəstəsinin döyüşçüləri ov tüfəngləri ilə silahlanıb düşmən üzərinə hücuma keçdi. Səhərə qədər atışma davam etdi. Atışma dayanandan sonra Xankəndindən hadisə yerinə gəlmiş istintaq qrupu erməni mövqelərindən tapılmış patron kilizlərini tədqiq edib müəyyən etdilər ki, onların hamısı Xankəndində küstar üsulla istehsal olunmuş avtomat silahlarından atılıb.

Xankəndi elektrik lampaları zavodunda fəhlə işləyən Malıbəylilər çoxdan bilirdilər ki, ermənilər hələ Sovet dövründən orada gizli şəkildə silah hazırlayırlar. Hətta bu barədə Şuşa partiya rəhbərliyinə, DTK-ya və mərkəzə açıq və ya anonim şəkildə məlumatlar da verilmişdi. Lakin heç bir tədbir görülməmişdi. O zaman erməni ilə baqlı belə məsələləri açıq şəkildə yazıb məlumat vermək çox qorxulu idi. Belə adamlar özümüzün Şuşada və Bakıda oturan "milli" rəhbərlərimiz tərəfindən demoqoq, araqarışdıran kimi qəbul edilib gözdən salınır, erməni rəhbərləri tərəfindən isə şər, böhtan atılıb aradan çıxarılırdı.

Lakin son zamanlar Azərbaycan hökumətinin Dağlıq Qarabağdakı türk kəndlərinə qayğısı hiss olunurdu. 1990-cı ilin noyabrında Şuşa Polis Şöbəsinin Malıbəyli bölməsi yaradıldı. Bölmə komandiri baş leytenant Təvəkkül Hüseynov idi. Onun komandirliyi altında tapançalarla silahlanmış 27 nəfər polis əməkdaşı Malıbəyli və Quşçular kəndlərini erməni təcavüzündən qorumalı, müdafiə tədbirləri görməli idilər.

Məlumdur ki, 1988-ci il fevral nümayişlərinin başlanmasından 3 ay əvvəl Ermənistanda yaşayan Azəri türklərinin doğma el-obasından zorla qovulması də başlamışdı. Bu insanların hamısı üzünü yalnız Azərbaycana tutur, onun şəhər və kəndlərində məskunlaşmağa çalışırdılar. Biz Malıbəylilər Ermənistan qaçqınlarının böyük bir hissəsini qəbul etdik. Onların kənddə özlərinə ev tikib, şərait yaratması üçün hər cür imkan yaratdıq. Xankəndi dəmiryolu vağzalı tərəfdə kəndin Sünnə yurdu deyilən ərazisində onlara torpaq sahəsi ayrıldı. Bu əməksevər, zavallı insanlar gecə-gündüz işləyir, ev tigir, torpaq becərir, güzəranlarını nizama salmaq üçün yorulmaq bilmədən çalışırdılar. Qısa müddətdə 340 evdən ibarət yaraşıqlı yeni Malıbəyli qəsəbəsi yarandı. Qəsəbədə 2 mərtəbəli məktəb binası da tikilirdi. Kənd əhalisinin işlə təmin edilməsi üçün toxuculuq sexi, lampa zavodunun filialı tikilib istifadəyə verilmişdi.

Bununla bərabər dağlıq Qarabağ ərazisində qətl, terror təxribat, hadisələri ara vermirdi. Son dövrlərdə isə kəndlərimiz "Alazan", top və "Qrad" qurğularından tez-tez atəşə tutulurdu. Ona görə də diqqətimizi tikinti işlərindən ayırıb müdafiə işlərinə yönəltdik. Müdafiə postlarının sayını artırdıq və nəzarəti gücləndirdik.

Kəndin ağsaqqal kişiləri silah dalınca Bakıya yoda düşdülər. Qısa müddətdə onlar 24 dənə tir tüfəngi əldə edib kəndə gətirdilər. Sərxan Novruzov qaynaq üsulu ilə su borularını kəsib top qurğusu düzəltmişdi. Onun çox vahiməli səsi və dağıdıcı qüvvəsi var idi. 1991-ci ilin noyabr ayında Malıbəyli Polis bölməsi əməkdaşlarına 14 ədəd avtomat verildi. Bundan sonra kəndin əhəmiyyət dərəcəsinə görə bir saylı hesab olunan Novlubulaq, Təzə ferma, Qurddağı, Çinar, Ferma yeri, Abidə, Parnik postlarında dayanan müdafiəçilər avtomatla silahlanırdılar. Həmin dövrdə Şuşa rayon AXC-nin sədri Ramiz Qəmbərov kəndin üzərindən uçan erməni vertolyotlarını vurmaq üçün bir pulemyot göndərmişdi. Sərxan həmin pulemyotun dəqiqliyini və patrontutma qabiliyyətini artırmışdı. Sonradan o silah bizim çox köməyimizdə dayandı.

1991-ci il dekabr ayının 9-da Azay Kərimov qəhrəman döyüşçü Rizvan Teymurovun dəfni ilə əlaqədar Malıbəyliyə gəlmişdi. O zaman Azayın şöhrəti bütün Azərbaycana yayılmışdı. Şuşaya qayıtmaq istəyəndə onun qarşısını kəsib tələb etdik ki, kənddə qalıb müdafiə işlərinö rəhbərlik etsin. Azay onun üçün doğma və əziz olan insanların sözünü yerə sala bilmədi. O, Şuşa Polisinin rəisi Vahid Bayramova zəng edib, müdafiə işlərinə rəhbərlik etmək üçün Malıbəylidə qalmasına razılıq aldı.

Azay Kərimov hərbiçi zabit kimi kəndin müdafiə işlərinin təşkilinə başladı. Malıbəyli Polis Bölməsinin rəisi Təvəkkül Hüseynov bölməni buraxıb getmişdi. Bölmənin əməkdaşlarının da bir çoxu kənddə yox idi. Müdafiə postlarının sayı və yerləşməsi onu qane etmirdi. O, yeni postların yaradılması və təhciz edilməsi üçün kəndin rəhbərləri qarşısında tələb qoydu. Mühüm məsələlərin həlində əvvəlcə hər iki kənddən olan Kamal Alxanov, Allahyar Kərimov, Yusif Cəfərov, Hüseynalı Əmiraslanov, Qurban Musayev, Bayandur Həşimov, əlisahib İbrahimov kimi müdrik qocalarla məsləhətləşir, sonra qərar verirdi. Azayın dedikləri hamı üçün qanuna çevrilirdi. Əli silah tutan cavanlar və yaşlı kişilər postlar üzrə bölünüb keşikdə dayanırdılar. Posta getməkdən imtina etməyə heç kim cürət etməzdi. Bir dəfə yoxlama zamanı məlum oldu ki, Azayın kiçik qardaşı Arif Kərimov postda yoxdur. Azay iki nəfər silahlı polis əməkdaşını evlərinə göndərib tapşırıq verir ki, Arifi tapıb qərarkaha gətirsinlər. Əgər o evdə olmasa atası Allahyar kişini aparıb postda duranlara təhvil versinlər. Allahyar kişi bir gecə səhərə qədər oğlu Arifin əvəzində postda keşik çəkməli oldu.

Azay kənddə nizam-intizam, möhkəm birlik yaranmasına xüsusi diqqət verirdi. O, köməkçisi mayor Əkbər Əkbərova ancaq əhali arasında münasibətlərin nizama salınması işi ilə məşğul olmaq tapşırığı vermişdi. Müdafiə və hücum əməliyyatları ilə bağlı bütün tədbirlərdə ona köməkçisi Bulud Əmiraslanov kömək edirdi.

Dekabr ayının 14-də kəndimizə 76 nəfər Milli Ordu əsgərləri gəlmişdi. Onlardan 26 nəfəri Quşçuların müdafiəçilərinin köməyinə getdi. 50 nəfərini isə Malıbəylinin məktəbində yerləşdirdik. Yemək-içməklə, yatacaqla təmin edib hər cür şərait yaratdıq. Onların komandiri Oqtay Qocayev də peşəkar hərbiçi idi. O, hərbi işlərdə Malıbəyli müdafiəçilərinin komandiri Azay Kərimova çox kömək edirdi. Milli Ordu əsgərlərinin kənddə olması bizim qələbəyə ümidimizi artırmışdı.

1992-ci il yanvar ayının 14-də eşitdik ki, Milli Ordu əsgərləri bu gün kəndi tərk edəcəklər. Bu xəbəri eşidənlər hamısı məktəbə tərəf axışırdı. Gəlib öyrəndik ki, xəbər doğrudur, əsgərlər də yır-yığış edirlər. Gözümüz qarşısııda ümid çırağımız sönürdü. Oqtay Qocayevin ayağına düşüb yalvar-yaxar etdik ki, bizi yağı düşmən qarşısında köməksiz qoyub kəndi tərk etməsinlər. Lakin yalvarışımız heç bir nəticə vermədi. Əmr yuxarıdan gəlmişdi. Onda xahiş etdik ki, heç olmasa silahları bizə qoyub getsinlər. Oqtay Qocayev bildirdi ki, o silahlara görə məsuliyyət daşıyır. Onda əsgərlərdən bir neçəsi avtomatlarını Azay Kərimova uzadıb dedilər: "Alın! Siz müdafiə olunun. Qoy bizə nə olur olsun!". Bundan sonra Oqtay Qocayev və Azay Kərimov razılaşırlar ki, təhvil-təslim aktı tərtib edib silahları saxlasınlar. Komissiya yaradılıb akt tərtib olundu və onun əsasında 36 avtomat, 4 pulemyot və 2 qumbaraatan silah Malıbəyli müdafiəçilərinin sərəncamına verildi. Bundan sonra əsgərlər vertolyota oturub Şuşaya getdilər. Orada onları Daşaltı əməliyyatı gözləyirdi.

Milli Ordu əsgərləri getdiyi günün səhəri Malıbəylinin Xankəndi tərəfdə olan postlarına əllərində ağ bayraq tutmuş 11 nəfər rus soldatı yaxınlaşdı. Müdafiəçilər bu barədə komandirə məlumat verdilər. Komandirin əmri ilə onlar qərarkaha gətirildi. Azay Kərimov onları sorğusuala tutdu. Məlum oldu ki, onlar 366-cı motoatıcı alayın əsgərləri olub orada Azərbaycan xalqına qarşı edilən xəyanətkarlıqlara, alayda xidmət edən erməni zabitlərinin vəhşiliklərinə dözməmiş, etiraz əlaməti olaraq Malıbəyliyə pənah gətirmişlər. Gələnlərin iki nəfəri ukrain, 6 nəfəri rus, qalan 3 nəfər isə qazax, türkmən və özbək millətindən idi. Komandir Azay Kərimov onları qəbul etdi. Məktəb binasında soldatlara lazımi şərait yaradıldı. Onları yemək, içmək, yatacaq və paltarla təmin etdik. Bir neçə gün istirahət etdikdən sonra soldatlar Malıbəyli tərəfdə vuruşmağa hazır olduqlarını bildirdilər. Lakin komandirin fikrincə hələlik onlara etibar etmək, silah vermək olmazdı. Bu soldatlar xilas günündə də Malıbəyli və Quşçular camaatı ilə birlikdə oldular. Çox təəssüf ki, onlardan 2 nəfəri Qara Təpədöyüşündə həlak oldu, bir nəfəri isə ağır yaralandı.

2. Quşçular düşmən mühasirəsində

Qarabağın digər kəndlərində olduğu kimi Quşçular kəndində də erməni təcavüzündən müdafiənin təşkili kənddə Milli Azadlıq hərəkatının başlanması və AXC özəyinin yaranması ilə bağlı olmuşdu. O zaman milli azadlıq hərəkatına qoşulanlar erməni təcavüzünə qarşı mübarizəyə qalxan insanlar idilər. Quşçularda belə vətənpərvər oğulların birləşdiyi cəbhəyə Həşimov Xalid sədrlik edirdi. 1989-cu ilin yanvarından onun ətrafına toplanmış bütün cavanlar özünümüdafiə dəstəsi formasında fəaliyyətə başladılar. Kəndin ətrafında müdafiə postları yaradıldı. 12 müdafiə postu Quşçular kəndini tam əhatə edərək Malıbəyli postları ilə birlikdə hər iki kəndin ətrafında bütöv bir həlqə əmələ gətirirdi. Harov kəndi tərəfdəki Qacar qayası, Güzdək təpəsi, Dağdağan və Daşkənd kəndləri istiqamətində yaradılmış Çınqıl yeri Əmiraslan Yalı və Şiyaf Yalı postları mühüm postlar hesab olunurdu. Kəndin əli silah tutan bütün kişiləri, 120 nəfərdən çox adam postlara yazılmışdı Onlar gecə-gündüz keşikdə dayanır, kəndə düşmən ayağı dəyməyə qoymurdular.

Get-gedə odlu silaha ehtiyac duyulurdu. Kənddə ov tüfəngləri hələ münaqişə başlayana qədər yığılmışdı Cavanlar silah əldə etmək üçün Azərbaycan rayonlarına üz tutdular. Yevlax, Ağdam, Kürdəmir, Gəncə və digər bölgələri AXC şöbələridən bu şidə bizə çox kömək oldu. Əldə edilən beşatılan və ov tüfənglərini kəndə gətirmək asan masələ deyildi. Yollara rus hərbiçiləri ciddi nəzarət edirdilər. Cavanlarımız dağlıq, qayalıq və sıx meşə ilə örtüpü gizli yollarla kəndə silah daşıdılar.

1990-cı ilin noyabrında Malıbəylidə polis bölməsi yaradıldı. Bir il sonra onun 30 nəfər işçisinə 14 ədəd avtomat verilmişdi. İndi mühüm postlarda dayananlara avtomat silah da verilirdi. Bu dövrdə Kürdəmir rayonundan müntəzəm olaraq 15-20 nəfər avtomatlarla silahlanmış polis işçiləri kəndə kvlir, müdafiə postlarında dayanırdılar.

91 ci ilin noyabrında Quşçular kənd sakini Quliyev Hüseyn Bakıya gedir və orada Milli Məclisin deputatı Tamerdan Qarayevlə görüşüb kəndin sipaha olan ehtitaclarından danışır. Sonradan Tamerlan Qarayev vertolyotla kəndə 25 avtomat siçah göndərsə də, bu çox az idi. Bununla da vəziyyət xeyli yaxşılaşmadı. Dekabr ayının axırına yaxın DTK-dan Əmiraslanov Məhyəddinə 1 ədəd pulemyot göndər mişdilər. O pulemyotdan həmişə Bəxtiyar Həşimov istifadə edirdi və onun kəndə çox köməyi oldu.

Müdafiəçilərin və kənd ağsaqqallarının razılığı ilə o zaman mərdliyi, cəsarəti və hərbi vəziyyətdən baş çıxarmaq qabiliyyəti ilə seçilən, Malıbəyli polis bölməsinin əməkdaşı Əmiraslanov Məhyəddin Quşçuların komendantı seçildi. Cəfərov Əlövsət və Balakişiyev Allahverdi bütün işlərdə ona kömək etməyi öz üzəraərinə götürdülər cəsur döyüşçü Əmiraslanov Bulud Quşçular və Malıbəyli kəndlərinin müdafiə işlərini və hərbi əməliyyatlarını əlaqələndirirdi.

Nəticədə hər iki kəndin müdafiəçiləri vahid bir ordu hissəsi kimi fəaliyyət göstərirdi. Azay Kərimov hər iki kəndin müdafiəçilərinin komandiri vəzifəsini öz üzərinə götürdükdən sonra müdafiə qüvvələri arasında əlaqələr daha da möhkəmləndi. Azay və Məhyəddin birgə əməliyyat planı hazırlayaraq həyata keçirirdilər.

Dekabr ayının 14-də 14 nəfərlik, bir gün sonra isə 12 nəfərlik avtomatla silahlanmış Milli Ordu əsgərləri Quşçulara gəldi Onların gəlişinə biz də Malıbəyçilər kimi çox sevindik. Töəssüf ki, sevincimiz uzun sürmədi. 1992-ci il yanvar ayının 4-də həm Quşçularda həm də Malıbəylidə olan Milli Ordu əsgərləri yüksək komandanlığın əmri ilə kəndlərimizi tərk etdilər. Doğrudur, bu əsgərlərin kənd özünü müdafiə döyüşçülərinə verdikləri avtomat silahlar əhalinin xilasında çox böyük rol oynamışdır, lakin əsgərlərin kəndi tərk etməsi əhaliyə çox ağır mənəvi təsir etmişdi.

Əlövsət Cəfərov Quşçular kəndində əhapinin ərzaq və digər gündəlik tələbat malları ilə təmin olunmasında əvəzsiz xidmət göstərmişdi. Bununla yanaşı o komandirlərin məsləhətçisi döyüşlərin təşkilatçısı və iştirakçısı olmuşdu. O, Quşçuparın 4 illik mühasirəsi dövründə kənddən bir gün belə ayrılmamış, qanlı-qadalı günlərin ağırlığını çiyinlərində gəzdirmişdi. Əlövsət bəy Quşçular və Malıbəylinin ər oğulları ilə bir sırada son yəyüşlərdə fəal iştirak etmiş, ağır yaralanmış, nəticədə əlil olmuşdu.

3. Sarıyarğan döyüşü

Malıbəyli və Quşçular müdafiəçipərinin ən böyük qəhrəmanpıq döyüşlərindən biri də Sarıyarğan döyüşüdür Bu döyüş 1991-ci il dekabr ayının 16-da olmuşdu həmin gün günortaya yaxın erməni silahpı qüvvələri Malıbəypi istiqamətində hərəkət edərək ceyran Bulağı kölündən Malıbəyliyə tərəf meşədə mal-qoyun otaran çobanlarla qarşılaşırlar Onlar çobanparı qətlə yetirmək və mal-qoyun sürülərini aparmaq fikrinə düşür, bu məqsədlə də çobanlara atəş açırlar. Çobanlar da silahlı opduqlarından erməni yaraqlılarına atəşlə cavab verirlər. Burada 6 nəfər çobanla erməni yaraqlıları arasında atışma başlanır. Atışma səsini eşidən Malıbəyli müdafiəçilərinin komandiri Azay Kərimov 10 nəfər avtomatla silahlanmış döyüşçü ilə özünü hadisə yerinə çatdırır. Onun arxasınca Bulud Əmiraslanov, cəsur döyüşçülər İlyas, Amil, Telman və Rafiqdən ibarət dəstəsi ilə hadisə yerinə gəlir. Burada qızğın döyüş başlanır. Sarıyarğan ətrafı döyüş meydanına çevrilir. Atışmanın şiddətli bir anında Quşçular müdafiəçilərinin komandiri Məhyəddin Əmiraslanov altı nəfər yerli döyüşçü və üç nəfər Milli Ordu əsgərlərindən ibarət dəstə ilə özünü döyüş meydanına yetirir. Burada Məhyəddin Əmiraslanov əlavə etdi ki, kəndimizə gələn Milli Ordu əsgərlərinin hamısı çox qeyrətli vətənpərvər uşaqlar idilər. Gələn gündən döyüşə getməyə can atır və deyirdilər ki, biz bura yatıb dincəlməyə yox döyüşməyə gəlmişik. 16 dekabrda onlar inadkarlıq edib, komandirlərinin razılıq verməsinə nail olub bizə qoşulmuş, qeyrətlə vuruşmuşlar.

Erməniləri həsənabada, ceyran bulağına qədər qovdular. Ayaqlarımız altında ermənilərin 12 nəfərinin meyidi sərilib qalmışdı. Azay Kərimovun komandirlik etdiyi bu döyüşdə düşməni tam məğlubiyyətə uğratmışdıq. Bu zaman Xankəndi tərəfdən bir hərbi vertolyot gəlib göydən bizi atəşə tutdu. Vertolyot uzaqlaşıb gedəndən yarım saat sonra Ballıcadan iki KAMAZ maşınla erməni canlı qüvvəsi Sarıyarğana tərəf gəldilər.

Döyüş yenidən şiddətləndi. Bu zaman Xankəndi tərəfdən də canlı qüvvə və hərbi texnikanın bizə yaxınlaşdığını gördük. Onlar arxamıza keçib bizi mühasirəyə ala bilərdilər. Azay qumbaraatan silahını çevirib döyüş meydanından sağ tərəfə rusların dayandığı mövqeyə iki mərmi atdı. Eyni zamanda o, sürətlə geri çəkilmək əmri verdi. Rus əsgərləri bizim mövqelərimizi BMP-dən mərmi atəşinə tutdular, lakin mərmilər bizdən azca sol tərəfdə meşədə olan erməni mövqelərinə düşürdü. Ermənilər elə güman edirlər ki, ruslar satqınlıq edib biz tərəfdən döyüşə giriblər. Ona görə də cavab atəşi açırlar. Bir saata qədər erməni və rus hərbi qüvvələri arasında döyüş gedir. Hər iki tərəf ağır itki verir. Bu zaman biz artıq geri çəkilib Malıbəyliyə çatmışdıq.

Ratsiya ilə verilən məlumatlardan aydın olurdu ki, Sarıyarğan döyüşündə ruslar bir nəfər yüksək rutbəli zabit, 6 nəfər əsgər, ermənilər isə 21 nəfər itki verib. Bizim tərəfdən isə Fərman və Qorxmaz yaralanmışdılar. Sözsüz ki, Sarıyarğan döyüşünün baş qəhrəmanı Azay Kərimov idi. Həmin gün bütün döyüşçülər əsil qəhrəmanlıq göstərdilər.

Tibb İnstitutunun tələbəsi Ayaz Lənkəran oğlunun qəhrəmanlığı isə hamını heyrətə saldı. Ayaz institutu buraxıb doğma kəndinin müdafiəsinə gəlmişdi. O. bütün ağır əməliyyatlarda, döyüşlərdə özünü qabağa atırdı. Sarıyarğan döyüşündə dostu Qorxmazla yanaşı dayanıb, düşmənlərinə aman vermirdi. Birdən açıq mövqedə olan Qorxmazı düşmən hər tərəfdən atəşə tutur. Güllələr ona dəydikcə qıvrılır, yerində ufuldayırdı. Ayaz döyüş dostunun bu halına dözə bilməyib onun üstünə atılır və Qorxmaza atılan güllələrin qarşısını bədəni ilə kəsməyə çalışır. Ona qədər Qorxmaza 5 güllə dəymişdi. Bundan sonra onları tanrı özü qorudu, Malıbəyli xəstəxanasının vətən qayğısı çəkən həkimlərinin səyi nəticəsində Qorxmaz da sağalıb həyata qaytarıldı.

4. Fevral döyüşləri

Fevral ayının 1-dən başlayaraq hər iki kəndin ətrafına hərbi texnika və canlı qüvvə toplandığını hamımız gərürdük. Hər axşam kəndlər hərbi texnikadan, avtomat və pulemyotlardan atəşə qutulurdu. Müdafiəçilərin hamısı postlara paylanmış və düşmən atəşlərinə atəşlə cavab verirdilər. Fevral döyüşləri ərəfəsində Malıbəyli və Quşçular müdafiəçilərinin sərəncamında 73 avtomat, 2 pulemyot və 1 qumbaraatan silah olmuşdu. Avtomatlar döyüşçülər arasında paylanmış, pulemyotlar Bəxtiyarla Sərxanın, qumbaraatan isə Azayın sərəncamında idi. Qoşalülə və təklülə ov tüfəngləri isə kifayət qədər idi. Bunlarla silahlanmış 200 nəfərə qədər kənd müdafiəçiləri 20-ə qədər hərbi texnika, avtomat, pulemyot və qumbaraatan silahlarla silahlanmış 1000 nəfərə qədər düşmən qüvvəsinə qarşı dayanmışdı.

Düşmən get-gedə mühasirə həlqəsini daraldır. Kəndə daxil olmaq üçün müdafiəmizin zəif nöqtəsini axtarırdı. Fevralın 9-da hücum üç istiqamətdə gücləndi. Dağdağan kəndi tərəfdən başlanan hücumda düşmənin məqsədi Malıbəyli ilə Quşçular kəndlərinin arasına soxulmaq, onların bir-biri ilə əlaqəsini kəsmək və ayrı-ayrılıqda mühasirəyə almaq idi. Müdafiəçilərimiz düşməni Əmiraslan Yalı deyilən düzdə qarşılayıb irəliləməsinə imkan vermədilər. Quşçuların igid oğulları mövqelərini axıra qədər qoruyub saxlamış düşməni ağır itkilər verib geri çəkilməyə məcbur etmişdilər.

Malıbəyli və Quşçular kəndlərindən olan şahidlərin dediklərindən aydın olur ki, Əmiraslan Yalı döyüşlərində şimal tərəfdə komandir Məhyəddin, Mürşüd, Elbadi, ədalət, cənub tərəfdə isə Bəxtiyar, Elxan, cahid, Nurəddin, Faiq, Aydın, Mehman, Arif, Elşən, yaşar, əvəz, Böyükkişi və adını müəyyənləşdirə bilmədiyimiz daha çox döyüşçü iştirak etmişdi. Bununla belə Quşçular igidləri öhdələrinə düşən vəzifəni şərəflə yerinə yetirməklə bərabər yeri gəldikdə imkan tapıb əsas hücum mərkəzi olan Malıbəylinin də köməyinə çatırdılar.

Bəxtiyar Həşimov erməni türk münaqişəsi başlayan gündən hadisələrin içərisində olmuş, düşmən qarşısına çıxıb döyüşmüşdü. Bu cəsur Quşçular elinin oğlu hərbi texnikadan və silahlardan yaxşı baş çıxaran mahir atıcı, cəsur döyüşçü, həm də vətənpərvər kimi müdafiəçilər arasında böyük hörmət qazanmışdı. O, Quşçular kəndi ətrafında olan, ən mühüm post sayılan Əmiraslan Yalı postunun komandiri idi. Fevralın 9-da başlanan Əmiraslan Yalı döyüşləri haqqında Bəxtiyar bunları söylədi:

- Bizim postumuza ermənilər fevralın 9-da kunortadan sonra Pirəməki tərəfdən hücum etdilər. Uşaqlar hamısı öz yerlərində hazır idilər. Ermənilərin gəldiklərini görüb onları atəşlə qarşıladıq. Ermənilər 8 nəfər itki verib geri çəkildilər. Biz bundan sonra daha güclü hücum olacağını gözləyirdik. Həqiqətən də axşam saat 20 radələrpndə Harov istiqamətindən daha güclü hücum başlandı. Eyni zamanda Pirəməki istiqamətindən də postlarımıza atəş açıldı. Mən ön postlara yaxınlaşanda artıq Cahidlə Nurəddin patronları qurtarana qədər döyüşmüş, geri çəkilmişdilər. Ön mövqelərimizi ermənilər tutmuşdular. Düşmənlə bizim aramızda bircə təpə qalmışdı. Elşənlə həmin təpədə özümuzə mövqe tutduq. Elxanla əvəz, bir az sonra isə Yaşarla Arif də gəlib bizə qoşuldular. Mən Arifə patron daşımaq və boşalmış avtomat sandıqçalarını doldurmaqla məşqul olmaq tapşrığını verdim.

Artilleriya üç istiqamətdən bizim postları vurur, erməni piyadaları isə irəliləyirdi. Biz onları lap yaxına buraxıb gözlənilmədən güclü atəşə tutduq. Bizim postlarda olan başqa döyüşçülər də irəli çıxıb şiddətli atəş açırdılar. Bu döyüş üç saata qədər davam etdi. Biz artilleriya atəşindən gizlənir, artilleriya dayanan kimi yerimizdən çıxıb döyüşürdük. Nəhayət biz onları geri çəkilməyə məcbur etdik. Mən sol əlimdən yüngül güllə yarası almışdım. Ona görə də əlimi sarıtmaq üçün posta gəlmşidim. Uşaqlar təkid etsələr də postü tərk etmədim. Bir də posta xəbər gəldi ki, Aydınla Faiq döyüş meydanından qayıtmayıblar. Yenidən döyüş meydanına qayıtdım. Ermənilər həmin yeri atəş altında saxlayırdılar. Biz Faiqlə Aydının yerini muəyyənləşdirdik. Mehman aq xalat keyib qarın içi ilə sürünə-sürünə Faiqə yaxınlaşdı. Faiqlə aramız 40, düşmənlə isə 100 metrə qədər olardı. Mehman Faiqi arxasına alıb sürünə-sürünə geri qayıdırdı. Bu zaman huşsuz vəziyyətdə olan Faiq ağrıların təsirindən iki dəfə "Ana" deyə qışqırdı. Yer üzünün bütün insanlarının böyük ümidlə imdada çağırdığı bu muqəddəs insanın adını eşidən ermənilər döyüş meydanını şiddətli atəşə tutdular. Biz onların Mehmanı və Faiqi güllələməsinə imkan vermədik. Faiqi gətirib kəndə gəldik. Faiq bizi başa saldı ki, Aydın hələ döyüş meydanındadı. Mən yaramı sarıdıb geriyə qayıtdım. Səhər açılanda döyüş meydanını gəzib Aydının meyidini tapdıq. Biz Aydını kəndə gətirəndə artıq Faiq ölmüşdü. Döyüş meydanında qar uzərində qalmış sürüntülər əsasında muəyyən etmişdik ki, ermənilər 15-dən artıq itki vermşilər.

Fevralın 10-da günün ikinci yarısında Quşçular camaatı iki qəhrəman oğlunu güllə yağışı altında çox çətinliklə torpağa tapşırdı. Əmiraslan Yalı döyüşlərində daha 5 nəfər döyüşçümüz də yaralanmışdı.

Fevralın 9-dan düşmən qüvvələrinin Malıbəyli kəndi üzərinə hücumu əsasən iki istiqamətdə həyata keçirilirdi. Bunlardan biri Xankəndindən Malıbəyliyə gələn yolla bir başa kəndin mərkəzi, ikincisi isə dəmir yolu vağzalı tərəfdən Ermənistan qaçqınlarının yaşadığı yeni Malıbəyli qəsəbəsi istiqamətində idi. Səhər tezdən xəbər yayıldı ki, düşmən yeni Malıbəyli tərəfdə olan postları dağıtmış və qəsəbənin məktəb binasına soxulmuşlar. Azay Kərimov 6 nəfər döyüşçü ilə müdafiənin yarıldığı mövqeyə gəlir və amansız döyüşə başlayır. Düşmən oğullarımızın zərbələrinə tab gətirə bilmir. Azayın qranat zərbəsindən sonra ermənilər məktəbdən çıxıb 6 yaralı və 4 ölü yoldaşlarını sürüyə-sürüyə qaçırlar. Postlar ermənilərdən azad edilir.

Fevral ayının 10-da saat 12 radələrində Quşçuların Manaf təpəsinə bir hərbi vertolyot düşdü. O, kəndə çörək və un kisələri gətirmişdi. Çörəyi camaata payladıq. Un kisələrinin içərisində 70 ədəd patron dolu sink qutular var idi. Hər qutuda 1080 ədəd olmaqla 75600 avtomat patronu müdafiəçilərimizə hava və su kimi lazım idi. Sonradan öyrəndik ki, bu "hədiyyə" kəndimizdən Gəncədə olan Babayev Müzəffər, Həşimov Qardaş və Quliyev Hüseyn kimi oğulların səyi, Eldar həsənovun, Şamil Qurbanovun, Vaqif Məhərrəmovun və hələlik adını öyrənə bilmədiyimiz kişilərin hünəri sayəsində mümkün olmuşdu. Malıbəyli və Quşçular camaatı onları yalnız həmin vertolyotla mühasirədən çıxarılmış yaralı döyüşçülər: əvəzin, Məhəmmədin, Rövşənin, Vaqifin və Musanın, 30 nəfər qadın və uşağın deyil, 2 min nəfərə qədər kənd əhalisinin xilaskarlarından hesab edirlər.

Həmin gün axşamçağı saat 16-da Malıbəyli qərargahına xəbər gəldi ki, düşmən Yeni Malıbəyli tərəfdən kəndə daxil olub məktəb binasına soxulmuşdur. Komandir Azay Kərimov qumbaraatanı götürüb 10 nəfər döyüşçü ilə ikinci dəfə işğal olunmuş məktəb binasına tərəf gəlir. Məktəb binası uğrunda qanlı döyüş başlanır.

Quşçular müdafiəçilərinin komandiri Məhyəddin Əmiraslanova xəbər çatır ki, Malıbəylidə ermənilər Yeraz qəsəbəsindəki məktəb binasını işğal edib və Azay Kərimov da orada qanlı döyüşlər aparır. Məhyəddin 7 nəfər Quşçular igidi ilə Azayın Köməyinə tələsir. Döyüş meydanına çatar-çatmaz onların gəlməsini görüb sevinən Nazim Alıxanov var səsi ilə qışqırır: "Ayə! Quşçular köməyimizə gəldi, qorxmayın, qırın çaqqalları!". Nazimin səsini ermənilər də eşidir. Quşçuların gəlməsindən ruhlanan və güclənən müdafiəçilərimiz erməniləri Qar-Qar çayına qədər qovub çıxarırlar. Lakin bu dəfə hərbi texnikanın köməyi ilə yaxşı mühafizə olunan məktəb binasından erməniləri çıxarmaq mümkün olmur.

Malıbəyli və Quşçuların ağır günlərində Şuşadan da haraya çatan oğullar olmuşdu. Biz sonradan eşitdik ki, Şuşa artilleriya rotasının uşaqları yüksək komandirliyin əmrini gözləmədən Xankəndinin hərbi obyektlərini, Malıbəyliyə tərəf hərəkət edən düşmən qüvvələrini raket, mərmi atəşinə tutmuşlar.

1990-cı ildə sovet ordusu sıralarından tərxis olunmuş, doğma vətəni Şuşaya qayıdan gündən Adil Əliyevin komandir olduğu artilleriya rotasında hərbi ixtisasına uyğun olaraq topçu kimi xidmət edən Əbülfət Əsədovun dedikləri:

- Fevral ayının 9-da gecə qərarkahda 15 nəfərə qədər döyüşçü yığışmışdı. Bu zaman telefon zəngi oldu. Adil dəstəyi kötürüb cavab verdi. O, dəstəyi yerinə qoyub qəmgin halda dedi ki, danışan "Drakon" idi. Ermənilər Malıbəyliyə soxulmaq istəyirlər. Malıbəyli mudafiəçilərinin komandiri Azay Kərimov kömək istəyir. Adil oradakı döyüşçülərdən iki dəstə yaratdı. Bir dəstəyə hərbi tapşırıq verib "Pekarnı" postuna göndərdi. İkinci dəstə isə qərarkahımız yerləşən Kolxozstroyun həyətindəki topun və "Alazan qurğusunun yanına gəldi. Adil, Dərkah, Mübariz və Məmməd "Alazan" qurğusunu, mən, Ələmşah və Vəliyyəddin isə topu atətə hazırlamağa başladıq. Mən Adillə şərtləşdim ki, ardıcıl olaraq 2 dəfə "Alazan"dan, 1 dəfə topdan atəş açılsın. Belə olduqda rəqib tərəf bizim koordinatlarımızı muəyyənləşdirə bilməzdi. Bu qayda ilə mən 18 mərmi atdım. Daşkənd kəndinin üst hissəsindən Malıbəylini atəşə tutan erməni pulemyotu iki atəşlə susdurdum. 16 mərmini isə Malıbəyliyə atəş açan hərbi texnikanın dayandığı Xankəndindəki hərbi hissənin həyətinə atdım. Arada mən atəş açmaqda ləngidim. Onda Adil məni gözləmədən 8 mərmi atdı. Bundan sonra düşmən mövqeyimizi muəyyənləşdirib bizi tankla aşətə tutdu. Mən ağır yaralandım və xəstəxanaya düşdüm. Xəstəxanada döyüşçü dostlarım mənə məlumat verdilər ki, Şuşa artilleriya rotası fevralın 10-a qədər erməni mövqelərini atəş altında saxlayıblar.

Fevralın 10-da Malıbəyliyə xəbər verilmişdi ki, qocalar, qadınlar və uşaqlar Quşçular tərəfə, Qulu Dərəsinə yığışsın. Ona görə də xəbər çatan kimi camaat evlərinin qapısını bərk-bərk qıfıllayıb Quşçular yoluna çıxırdı. İnsan axını ara vermirdi. Dərəyə yığışanlar gecə Quşçularda evlərə dağılışıb səhərin açılmasını gözləyirdi.

Səhər tezdəndən cəbhə xəttindən ağır xəbərlər gəlirdi. Malıbəylidən gələnlər deyirdilər ki, ermənilər hücumu gücləndirib təzə məktəb tərəfdən kəndə giriblər və kəndin həmin hissəsi odun-alovun içindədir. Bir qədər sonra Nazim, Haqverdi və Rafiqin qəhrəmancasına həlak olması xəbəri gəldi. Biz onların meyidlərini götürüb dəfn edə bilmədik. Həlak olmuş igidlərin ailələrinə hamımız başsağlığı verdik.

Biz artıq bilirdik ki, Xocalıya və Ağdama deyil, 30 kilometrlik çətin dağ yolu ilə Abdala gedəcəyik. Bu qərara camaat içərisində etiraz edənlər var idi. Lakin axırda hamı komandirlərin qərarı ilə razılaşdı. Saat 10-da qəbul edilmiş marşrut üzrə hərəkətə başladıq. Saat 11 radələrində insan axınının ön hissəsi Sığnaq qayasına çatdı. Bu zaman Azay Kərimov Malıbəyli və Quşçular müdafiəçiləri ilə birlikdə gəlib çıxdı. Komandirlər bir yerə yığışıb ümumi vəziyyəti müzakirə edirdilər. Məhyəddin Azay Kərimova məlumat verdi ki, Qaratəpənin zirvəsində ermənilər post qurub yolu kəsmişlər. Oğullarımız ermənilərin bu postunu keçmək üçün tədbir tökür, çıxış yolu axtarırdılar.

5. Qaratəpə döyüşu

Kətiyin ətəyində, Sığnaq qaya yaxınlığında meşənin içərisində oturub daşlı, çınqıllı, qarla örtülü meşə ilə iki saata qədər davam etmiş gərgin yürüşün yorğunluğunu canımızdan çıxarmağa çalışırdıq. Komandirlər, döyüşçülər və bir neçə ağsaqqal bir yerə yığışıb qızğın mübahisə edirdilər. Səhər tezdən kəşfiyyatda olmuş Quşçular müdafiəçilərinin komandiri Məhyəddin Əmiraslanov 30 nəfərə qədər erməni yaraqlısının Kətiyin ətəyində Qaratəpədə post yaratdıqlarını bildirmişdi.

Qaratəpəni sağdan və ya soldan ötməklə Kətiyin arxasına keçmək ancaq erməni kəndlərinin içərisindən mümkün olardı ki, bu da dinc əhalinin tamam məhv edilməsinə gətirib çıxarardı. Deməli hər tərəfdən düşmən bizi əhatə etmişdi. Çıxış yolumuz Qaratəpədən keçməklə Kətiyin zirvəsinə doğru idi. Ümidimiz bir Allaha, bir də oğullarımıza qalmışdı. Ölümün üstünə getməyə hazır olan 18 nəfər cəsur oğullar seçilib Məhyəddinin başçılığı ilə Qaratəpəyə doğru düşmən üstünə hərəkətə başladılar. Onlar iri qaya daşlarının arxasında gizlənərək sürünür sərt yoxuşa dırmaşır, inamla Qaratəpəyə yaxınlaşırdılar.

Dünya müharibələri dövründə ölümü düşünmədən düşmənin üstünə atılan cəsur oğullar çox olmuşdu. Yaponiyada onlara "samuray" adı verilirdi və bu ad milli qəhrəman adından uca tutulurdu. Azərbaycan "samuray"ları daşlı, çınqıllı, sərt yamacla sürünür, ancaq 2000 nəfər insanın xilası haqqında düşünürdülər.

Qaratəpə ilə bizim dayandığımız yerin arası 1 kilometrdən bir az çox olardı. Erməni yaraqlılarının mövqeyi hündürdə olduğundan bizi də, onlara tərəf yaxınlaşan "samuray"ları da görməyə bilməzdilər. Ancaq onlar daşların arxasında gizlənib gözləyir, hələlik atəş açmırdılar.

"Samuray"lar yola düşəndən sonra Azayın əmri ilə Elbadinin komandirliyi altında bir dəstə də sol cinahdan yola düşdü. Onlara düşmən mövqeyinə yan tərəfdən, imkan olarsa arxadan yaxınlaşmaq tapşırığı verilmişdi. Onlar da Qaratəpənin arxasına keçmək ümidi ilə sürünürdülər. Azay Kərimov 11 nəfər rus soldatlarından üç nəfərini yanına çağırıb onlara ağ bayraqla Qaratəpəyə yaxınlaşmaq və erməni yaraqlılarına sülh təklif etmək tapşırığı verdi. Soldatlar sağ cinahdan Harov-Pirəməgi yoluna çıxmalı və rahat yolla Qaratəpəyə yaxınlaşmalı idilər.

Bizə meşənin içərisində oturmaq əmri verilmişdi. Bizdən arxada olan Əlövsət Cəfərovun dəstəsi avtomat döşlərində hazır dayanmışdılar. Əməliyyata komandanlıq edən Azay Kərimov ətrafında olan 100 nəfərə qədər silahlı adamları aypara şəklində düzmüşdü. Onların hamısı uzanmış, silahlarını Qaratəpəyə tərəf tuşlamışdılar. Biz Elbadinin dəstəsini görə bilmirdik. Ancaq düşmənə ölüm aparan "samuray"ları və sülh təklifi aparan soldatları yaxşı görürdük. "Samuray"lar düşmən mövqeyinə 40 metrə qədər yaxınlaşıb daşların arxasında dayanmışdılar. Əllərində ağ bayraq tutmuş əsgərlər də Qaratəpəyə çatıb onun 10-15 metrliyində dayandılar. Təxminən 5 dəqiqədən sonra əsgərlər geriyə döndülər. Onlar gəlib Azayla nə danışdılarsa ikinci dəfə geri qayıtdılar. Bu dəfə əsgərlər Qaratəpəyə çatmamış elə yoldaca ermənilər tərəfindən atəşə tutuldu. Əsgərlərin üçü də yerə sərildi. Onlardan iki nəfəri elə yerindəcə ölmüşdü. Deməli sülh təklifi qəbul edilməmişdi. Eyni zamanda biz tərəfə də şiddətli atəş başlandı. Bu anda Azayın "Atəş" deyə bağırtısını eşitdik. Yüzdən çox müxtəlif növ silahdan Qaratəpəyə atəş açıldı. Dağları daşları lərzəyə gətirən atəş səsindən vahimələnən və irəliyə hərəkətin qeyri-mümkün olacağını yəqin edən camaat qalxıb arxaya qaçmağa başladı. Arxada dayanmış döyüşçülərə rəhbərlik edən Əlövsət Cəfərov bu anı belə təsvir etdi:

- Mən gördüm ki, vahimalənmiş camaat arxaya qaçıb bizi izləməkdə olan düşmən qüvvəsinin hədəfinə çevriləcəkdilər. Bizim "Dayanın" deyə qışqırığımıza heç kim məhəl qoymurdu. Dəhşətli faciəyə yaxınlaşırdıq. Biz silahlı mudafiəçilər geri çəkilə-çəkilə camaatın ayaqlarına tərəf atəş açmağa başladıq. Camaat yenə də gəlməkdə davam edirdi. Bu zaman arxada dayanmış Allahverdi muəllimin "Yol açıldı! Geri qayıdın! Yol açıldı!" - deyə haray səsi eşidildi.

Bundan sonra camaat dayanıb geri döndü və Kətiyə doğru qaçmağa başladı. Lakin bu zaman hələ yol açılmamışdı. Qaratəpədə nə baş verirdisə biz bilmirdik. Azay Qaratəpənin atəşinə bir an belə ara vermirdi. Biz camaatla Qaratəpəyə doğru 300 metrə qədər irəliləmişdik. Artıq ermənilərin atəşi dayanmışdı Birdən Əmiraslanov Bulud Qaratəpənin zirvəsinə çıxıb "Yol açıldı! İrəli!" deyə haray etdi. Düşmən məhv edilmişdi. Ayaqlarımız altında 24 nəfər erməni meyidi sərilib qalmışdı, 18 nəfərin hamısı sağ-salamat düzülüb camaatın gəlib keçməsini gözləyirdilər. Malıbəylinin və Quşçuların ölumə gedib düşmənini məhv edən, xalqını yağı düşmən caynağından xilas edən qəhrəman "samuray" oğullarımız bunlardır: Malıbəylidən - Bulud, İlyas, Telman, Kamal, Niyazi; Quşçulardan - Məhyəddin, Bəxtiyar, Yaşar, Elxan, Mürşüd, Amil, Hamlet, Zeynalov Elşən, Şəmsəddin, Şakir, Pərviz və Xalid.

Kətiyin sinəsi ilə zirvəsinə doğru irəliləyirdik. Arxadan, sağ və sol cinahlardan bizə tərəf aramsız atəş açılırdı. Hüseynalı kişi qabaqda bələdçilik edir, camaatın həmişə selyolu dərənin içərisi ilə hərəkət etməsinə çalışırdı. Kətik dağının döşündə Harov tərəfdən atılan güllədən Əli həlak oldu. Ermənistan qaçqını İnqilab ağır yaralı olduğundan hərəkət edə bilmədi və Kətiyin ətəyində qaldı 2 yaşlı qardaşı qucağında. Kətiyi aşmağa çalışan döyüşçülərin fədakar köməkçisi, 17 yaşlı Əhmədov Gündüzə dəyən güllə onu ölümcül yaraladı. Döyüşçülərdən biri uşağı qabağa aparıb anasına verdi. Gündüz Kətik dağının döşündə əbədiyyətə qovuşdu. 16 yaşlı Fərhadov Elşən Kətik yolunda qəhrəmancasına həlak oldu. O, döyüşçülər arasında əlaqə yaradırdı. İçində patron olan torbanı əlindən yerə qoymur, döyüşçülərin avtomat sandıqlarını doldurub özlərinə qaytarırdı. Qarın nahiyəsindən güllə yarası almış Elşən özünü saxlaya bilməyib atasının və anasının yanında yerə yıxıldı. O, boğula-boğula anasına yalvarırdı ki, dayanmasın irəli getsin. Anasının düşmənə girov düşmək qorxusu onu son dəqiqələrində də tərk etmirdi. Ata-ana gözlədilər ki, Elşən gözlərini yumsun. Elşənin cənazəsi Kətikdə qaldı.

Ən ağır dərd bu idi ki, xilaskar oğullarımızın meyidlərini dəfn etmək və ya özümüzlə aparmaq mumgün deyildi. Arxadan, sağ və sol cinahlardan atəşlər getdikcə şiddətlənirdi Kunlərlə aç, susuz yuxusuz və yorğun insanlar Kətiyin daşlı-kəsəkli zil yoxuşunx qalxa bilmirdilər Adamlar otdan kol bitkilərindən yapışıb dartır, özlərini irəli atırdılar İmkanı olanlar bir-birinə kömək edirdilər Buna baxmayaraq Ağakişi və Sürəyya xala taqətdən düşdükləri üçün heç Kətiyə yaxınlaşmayıb meşənin içərisində qaldılar. Qardaşları və bacıları haldan düşmüş Asifə kömək edə bilmədilər. Asif meşədə gizlənib qalmış, gecə yarı gizləndiyi yerdən Abdala gəlib çıxmışdı.

Sayalı xala Kətiyin ətəyində bir ağaca söykənib dayanmışdı. Döyüşçülərdən Əlövsət muəllim ona yaxınlaşıb xahiş edir gi, hərəkət etsin Sayalı xala cavab verdi: "dörd oğlumun meyidini qoyub hara gedirəm?" O elə bilirdi gi, oğlanları ermənilər tərəfindən öldürülüb. Onda Qaratəpədə məğrur-məğrur dayanmış Buludu, Məhyəddini, Elbadini və Ələddini ona göstərirlər. O, deyilən istiqamətdə baxıb oğlanlarını sağ-salamat görür. Bundan sonra Sayalı arvad idmançı cəldliyi ilə Kətiyi dırmaşmağa başlayır. Tanrı həmin gün sanki Malıbəyli və Quşçular türklərini sınağa çəkirdi. Həmin gün biz tanıdığımız insanlarda yeni-yeni keyfiyyətlər muşahidə etdik.

İlyas həmişə döyüşdə olduğundan xəstə atası Şahverdi kişinin harayına çata bilmirdi. Onun arvadı Gülzəndə isə qaynatasını demək olar ki, kürəyində Kətiyin başına çıxarmış, ərinin döyüşdən ayrılmasına imkan verməmişdi. Camaat bu qadının qeyrəti ilə fəxr edir, ona "bərəkallah" deyirdi. Meşə ağacından düzəltdikləri nərdivana uzanmış Nübar xalanı çiyinlərinə alıb insan axınının önundə gedən oğullar gördük. Bununla yanaşı ayağından güllə yarası alan doğma qardaşının yanından ötub keçən, kömək etməyən tək qardaşı da, yorulub əldən düşmüş qoca atasını yolda qoyub gedən yeddi qardaşı da unutmamışıq.

Kətiyin zirvəsinə çıxmaq üçün biz 2 saatdan artıq vaxt itirdik Qarşıda bizi ağır sınaqlar gözləyirdi. Kətiyin zirvəsindən Abdal ərazisinə qədər hələ 3 kilometrdən artıq çətin meşə yolunu qət etməli idik. Zirvəni aşıb enişə düşdük. Xilasa ümidimiz artmışdı. 

6. Abdal ətrafında döyüşlər

Kətiyi aşanlar bir yerə yığışıb yorğunluqlarını çıxarır, komandirlərin növbəti əmrini gözləyirdilər. Arxadan insanları təqib edən erməni silahlıları inadla yaxınlaşmağa çalışırdı. Döyüşçülərin 20-30 nəfərlik bir dəstəsi onların qarşısında dayanıb irəliləməsinə imkan vermirdilər.

Qaratəpə faciəsindən xəbər tutan ermənilərin Abdala gedən yolu yox idi. Komandirlər qərara gəldilər ki, Balakişiyev Allahverdinin komandirliyi altında olan 10 nəfər döyüşçü Dəhraz istiqamətinə gedib, mümkün qədər kəndin yaxınlığında mövqe tutsunlar. Onların qarşısında Dəhraz istiqamətindən gələcək düşmən qüvvələrini dayandırmaq və əhalinin Abdal torpağına çıxmasına imkan yaratmaq məqsədi qoyulmuşdu. Allahverdi müəllimin qəhrəman dəstəsi Dəhrazın yaxınlığındakı ən ucqar postda yığışıb məqam gözləyən erməni yaraqlılarına yaxınlaşaraq gözlənilmədən onları güclü avtomat atəşinə tutub darmadağın edirlər. Onlar əhali Abdal torpağına çatana qədər öz mövqelərini qoruyub saxlayır, düşmənin tərpən məsinə imkan vermirlər.

Balakişiyev Allahverdi Quşçular orta məktəbində müəllim işləyirdi. Erməni-türk münaqişəsi başlayanda o, Şakirdləri və müəllim yoldaşları ilə kəndin müdafiəsində dayanmış, onları qələbəyə ruhlandırmışdı. Allahverdi müəllimin 11 fevral Xilas Günü döyüşləri haqqında söhbəti:

- Qaratəpə postu darmadağın edildikdən sonra əhalidə, eləcə də döyüşçülərdə ruh yüksəkliyi əmələ gəldi. Xilasa böyük umid yaranmışdı. Camaat Kətiyin ən sərt hissəsi ilə onu aşmalı idi. Biz döyüşçülər arxada qocaların, xəstələrin hərəkətinə nəzarət edirdik. Eyni zamanda arxadan bizi izləyən və aramsız atəşə tutan ermənilərin irəliləməsinə də imkan vermirdik.

Anam gözümə dəymirdi. O, dağı aşan adamların içində yox idi. Cəld geri qayıtdım. Baş leytenant Əkbər Əkbərov avtomatına dirənib ayaq üstə dayanmışdı. Onun hərəkət etməyə taqəti qalmamışdı. Üç günün aclığı, susuzluq və yuxusuzluq onu halsız etmişdi. Kömək edib onu zirvəyə çıxardım və geri qayıtdım. 70 yaşlı qoca anam əl ağacına söykənib tövşüyür, irəli addım ata bilmirdi. O, güllə yağışı altında olsa da yaralı deyildi. Yalvardım ki, pencəyimin arxasından bərk-bərk tutsun. Otlardan, kollardan tutub-dartmaqla anamı Kətiyin zirvəsinə çıxardım. Camaatın içərisinə gələndə gördüm ki, Asifin bacıları aqlaşırlar ki, Asif yoxdu, arxada qalıb. Təzədən bir də Kətiyin zirvəsinə çıxıb «Asif» deyə bir neçə dəfə bərkdən qışqırdım. Orada olan başqa silahlı döyüşçülər də Asif deyə harayladılar. Asifdən cavab eşitmədik. Əvəzində bizi izləyən ermənilərin söyüşlərini eşitdik.

Kətiyi aşmış olsaq da yolun çətin hissəsi hələ qarşıda idi. Yolumuz sağ tərəfdən Təkin, Miri, sol tərəfdən isə erməni işğalında olan Dəhraz, Pircamal, Aranzəmin kəndlərinin əhatəsindən keçirdi. Şubhə ola bilməzdi ki, bu kəndlərin erməniləri hadisədən xəbərdar olub bizim uzərimizə töküləcəklər. Burada ciddi düşünüb ən təhlükəsiz yolla hərəkət etmək lazım idi. Qərara aldıq ki, sağ və sol tərəfdən gözlənilən hücumları elə o kəndlərin yaxınlığında qarşılayaq. Bu halda orta ilə hərəkət edən əhalini daha yaxşı qorumaq olardı. Komandirin göstərişi ilə mən sağ cinahdan Dəhraz kəndinin qarşısına getməli oldum. Ən cəsur uşaqlardan Elxan, Elbadi, Şakir, Mürşüd, Yaşar və Xalidi götürub Dəhrazın üstünə getdim. Biz Dəhraza yaxınlaşıb ətrafı nəzərdən keçirdik. Meşənin içindən kəndə tərəf baxanda erməni postunu gördük. Ermənilər düzülüb bizim əhalinin gəlişini gözləyirdilər. Bu postu ləğv etmədən əhalinin sağ-salamat keçməsi mümkün deyildi. Onlar hündürdə dağın döşündə, biz isə aşağıda meşənin içərisində idik. Əmr verdim ki, sürünə-sürünə posta yaxınlaşmaq lazımdır. İri qaya daşlarının arasında erməni postunun 150-200 metrliyində özümüzə mövqe tapdıq. Hamımız birdən erməni postuna atəş açmağa başladıq. Bir saata qədər atışma davam etdi. Bizim geriyə çəkilməyə yolumuz yox idi. Ölənə kimi döyüşməli idik. Ermənilər postu buraxıb qaçmalı oldular. Əhaliyə xəbər göndərdik ki, Dəhraz tərəfdən erməni postları ləğv edildi. Sərbəst hərəkət edə bilərlər. Bu zaman sol cinahda qanlı döyüşlər gedirdi.

Camaatın hərəkət marşrutu Təgir və Miri kəndlərinin yaxınlığından keçirdi. Odur ki, hərəkət yolunun sol tərəfindən daha güclü düşmən hücumu gözlənirdi. Komandirlər bu istiqamətə daha çox qüvvə ayırmaq qərarına gəldilər. Ən mahir və cəsur atıcılar bu istiqamətə yönəldildi. Məhyəddin, Bulud, Amil, Hamlet, Təhmaz, Əlövsət və başqaları kimi əfsanəvi qəhrəmanlardan ibarət 15 nəfərlik dəstə Azay Kərimovun komandirliyi altında yolun Təgir, Miri kəndlərinə tərəf hissəsinə yola düşdülər. Qalan döyüşçülər camaatı əhatə etməli, lazım gələrsə döyüşə qoşulmalı idilər.

Azayın dəstəsi 1 kilometrə qədər Təgir kəndinə tərəf yaxınlaşır. Ermənilər qəflətən pusqu qurub gözlədikləri mövqelərindən çıxıb cəsur oğullarımızı atəşə tuturlar. Burada gedən qızğın döyüşlərdə də oğullarımız qalib çıxdılar. Çox təəssüf ki, bu döyüşlərdə Əlövsət və Kərəm yaralandılar. Ağır yaralanmış Əlövsəti yoldaşları çox çətinliklə döyüş meydanından çıxarıb gətirmişdilər.

Nəhayət, Abdal camaatından böyük bir dəstə qarşımıza çıxdı. Onların içərisində yaşlı kişilər, uşaqlar, qadınlar və avtomatla silahlanmış cavan oğlanlardan ibarət döyüşçü dəstəsi də var idi. Döyüşçülər arxaya atışma gedən tərəfə yollandılar. Qalanları taqətdən düşmüş adamlara, yaralılara kömək edib avtobusla Abdal kəndinə apardılar. Kənddə beş-beş, on-on bölünüb evlərə paylandıq. Abdallılar bizi doğmaları kimi qəbul edib, yemək, içmək və paltarla təmin edib evlərində yer verdilər. Abdallıların bizə etdikləri hörmət və qayğını heç vaxt unutmayacağıq. Bir həftəyə qədər o kənddə qalıb sonra Bakıya yola düşdük. Ayrılıq zamanı çox kədərli dəqiqələr yaşadıq. Çox təəssüf ki, təxminən bir ildən sonra bizim başımıza gələn müsibətlər Abdal camaatının da başına gəldi. Abdal kəndi də köməksizlik ucbatından süqut etdi.

7. Xilaskar komandirlər

Dağlıq Qarabağda tam erməni əhatəsində olan türk kəndləri uzun müddət Azərbaycan hökumətinin və Türk dünyasının nə vaxtsa oyanıb kömək edəcəyinə ümid bəsləyir, inamla müdafiə olunurdular. Dörd il Dağlıq Qarabağın türk elləri çırpındı, harayladı, onların səsinə səs verən bir kimsə tapılmadı. Düşmən əhatəsində, mühasirə vəziyyətində yaşamaq və müdafiə olunmaq uzun müddət davam edə bilməzdi. Həqiqətən də münasib vaxt çatan kimi ermənilər 10 qat artıq hərbi qüvvə ilə hücuma keçmiş, kəndlərimizi işğal edib faciələr törətmişdilər. Meşəlinin, Kərkicahanın və Qaradağlının başına gələn faciələr erməni vəhşiliyinin hüdudsuz olduğunu göstərirdi.

Malıbəyli və Quşçular kəndlərini də ağır faciələr gözləyirdi. Kəndlərin müdafiəçiləri dəhşətli faciədən qaçmaq üçün Kətik dağı - Abdal kəndi istiqamətində hərbi yürüş etməyi qərara aldılar. Yürüş planı olduqca dəqiq hazırlanıb həyata keçirilmiş, döyüşçülər tək özlərini deyil, həm də 2000 nəfər əlyalın uşaq, qadın, qoca və xəstə insanların da həyatını xilas etmişlər. Düşmən tərəfi ən azı 52 nəfər ölü, yürüş iştirakçıları isə dinc əhalidən 6 nəfər ölü və 10 nəfərə qədər də yaralı itki vermişlər. Dünya müharibələri tarixində hərbi yürüşlər çox olmuş, bir qoşun hissəsi düşmən ölkənin ərazisindən vuruşa-vuruşa keçib getmişdi. Həmişə də belə hərbi yürüşlər böyük qələbə hesab olunmuşdu. Lakin, hərb tarixində özü ilə dinc əhali də aparan və qələbə ilə başaçatan belə hərbi yürüş olmamışdı. Bu tarixi yürüş zamanı olmuş hadisələrin tam təsvirini yaratmağa çalışaraq onun təşkilatçısı olmuş, yol boyu düşmənlə ölüm-dirim döyüşünə girişmiş, qəhrəman komandirlərin də yaddaşında qalanları oxucuların nəzərinə çatdırırıq.

1. Malıbəyli polis bölməsinin əməkdaşı Məhyəddin Əmiraslanov mahir atıcı, mərd və cəsur döyüşçü olmaqla yanaşı həm də vəziyyətdən baş çıxaran ağıllı, tədbirli bir gənc olduğu üçün Quşçular müdafiəçiləri onu özlərinə komandir seçmişdilər. Məhyəddin bu etimadı şərəflə doğrultmuş, Malıbəyli və Quşçular ətrafında baş vermiş bütün toqquşmalarda və döyüşlərdə iştirak etmiş, qəhrəmanlıq nümunəsi göstərmişdi. Məhyəddin igid olduğu qədər də sadə xasiyyətli döyüşçüdür. Qaratəpə döyüşündə o həlledici rol oynamış və 24 boyevik meyidi Məhyəddinlə Yaşarın bacarığının nəticəsi olaraq Qaratəpənin yamacına sərilmişlər.

Məhyəddinin fevral döyüşləri haqqında gündəliyindən səhifələr:

- Fevralın 9-da və 10-da gərgin döyüşlər keçirib erməniləri geri çəkilməyə məcbur etmişdik. Bu iki gündə biz kəndin şimal hissəsində, Əmiraslan Yalında düşmənin güclü hücumunun qarşısını aldıq. Buna baxmayaraq qələbəyə ümidimiz yox idi. Bizə kənardan heç bir kömək edilmirdi. Ermənilər isə möhkəmlənir, daha güclü hərbi texnika və canlı qüvvə ilə yenidən hücuma keçirdilər.

Fevralın 11-də səhər tezdən kəndə gəlib camaatın Abdal istiqamətində hərəkətinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görmək qərarına gəldim. birinci olaraq beş nəfərdən ibarət (Elxan, Nusrət, Hamlet, Mərkəz və Amil) bir döyüşçü dəstəsi yaradıb Laçın yeri və Qatarqaya istiqamətinə göndərdim. Özüm isə Bəxtiyarla Sığnaq yerinə kəşfiyyata getdim. Biz ora çatandan Qaratəpə yaxınlışndan bir "URAL" yük maşını və bir BRDM-in dönub Harov kəndinə tərəf getdiyini və Qaratəpədə silahlı ermənilərin qaynaşdığını gördük. Deməli, onlar bizim yolumuzun qarşısında post yaratmışdılar. Postda olan quldurların sayı 30-dan çox olardı. Qayıdıb Sığnaq yerinə gəldik. Bir azdan camaat da gəlib çıxdı. Qatarqayada olan döyüşçülər də gəldilər.

Komandirlər və döyüşçülər bir yerə yığışmışdılar. Azay Kərimov da burada idi. Mən yaxınlaşıb vəziyyəti bildirdim və əlavə etdim ki, hər an həmin erməni postuna Harovdan yeni qüvvə gələ bilər. Ona görə də uzun-uzadı müzakirə aparmağa ehtiyac yoxdur və iş görmək lazımdı. Bu zaman Bulud qabağa yeriyib postda dayanmış ermənilərin üstünə getməyi təklif etdi. Qabağa çıxan döyüşçülərdən 20 nəfər Qaratəpəyə doğru hərəkətə başladıq. Qarın içi ilə sürünə-sürünə 100 metr irəlilədik, Ermənilər bizə atəş açdılar. Biz də cavab atəşi açdıq. İri daşlar bizi də, onları da yaxşı muhafizə edirdi. Buna baxmayaraq bu hücümda Elşən və Zohrab yaralandılar. Onlar yaralı olsalar da geri qayıtmayıb bizimlə bərabər qanları axa-axa hücumu davam etdirdilər.

Buludun təklifi ilə hamımız azca geri qayıdıb bir çökəklikdə toplaşdıq. Hərəkət planımızı bir daha dəqiqləşdirdik. Burada Mehmanı və ələddini nisbətən azyaşlı olduqları üçün geri qaytardıq. Onlara tapşırıqımız bu oldu ki, qadınların girov düşməsinə imkan verməsinlər. Son anda özləri güllələsinlər. Bundan sonra yenidən Qaratəpənin zirvəsinə doğru hərəkətə başladıq.

Əməliyyat planına uyğun olaraq yaşarla mən sağ tərəfə aralanıb sərt qayalıqa yaxınlaşdıq. Biz bu qayaları aşa bilsək ermənilərin arxasına gecə bilərdik. Qayalıqda Keçi yolu deyilən cığır olduğunu bilirdim. Yaşarla həmin cığıra düşüb böyük çətinliklə qayalığı aşdıq. Yavaş-yavaş ermənilərin arxasında, təxminən 100 metr aralıda özümüzə mövqe tutub gözlədik. Qəflətən dəhşətli atışma başladı. Bizim adamların erməni mövqelərinə atdığı güllələr onların ətrafındakı daşlara dəyir, qopardığı çınqıları ətrafa səpələyirdi. Biz Kətiyin dibinə yaxın olduğumuzdan erməni mövqeyindən ötən güllələr bizə heç bir qorxu törətmirdi. Erməni mövqeyində həyaçanlanma hiss olunurdu. Onlar daşların arxasında yerlərini dəyişir yeni əlverişli atəş mövqeləri axtarırdılar. Yaşarla hərəmiz görünən ermənilərdən birini nişan aldıq. Atəş açılan kimi hər ikisi yerə sərildi. Artıq ermənilər mühasirədə olduqlarını hiss edib qaçmağa başladılar. Qaçanlar ancaq Harov kəndi tərəfə qaça bilərdilər. Bu zaman onlar bizim mövqemizin yaxınlığından keçməli idilər. Həqiqətən də belə oldu. Qaçmaq istəyənlər hər iki tərəfdən atəşə tutulurdular. Bunu görən bir neçə nəfər erməni qulduru təzədən əks tərəfə - qayalıqa tərəf qaçdılar. Onların başına nə gəldi mən görmədim. Birdən Buludu Qaratəpənin zirvəsində gördüm. Biz də yerimizdən qalxdıq. Bu zaman bizdən bir qədər aralıda Elbadi göründü. Deməli, Harov tərəfə qaçmaq istəyən ermənilərin qırılmasında Elbadi də iştirak etmişdi.

Camaat Kətiyin zirvəsinə doğru irəliləyirdi. Arxadan, sağ və sol tərəflərdən düşmən atəşinin şiddətləndiyini hiss edirdik. Ona görə də əhalidən xeyli aralanıb erməni postları yaxınlıqında mövqe tutub atışmağa başladıq. Bununla da ermənilərin camaata yaxınlaşmasına imkan vermədik. Bütün çəhdlərimizə baxmayaraq Kətiyin zirvəsi fəth edilənə qədər dinc əhalidən 6 itkimiz oldu. Adamlar yaralandıqlarını bildirmirdilər. Qaratəpədə isə 24 erməni meyidi saymışdım.

Kətiyi aşandan sonra sol cinahda birinci döyüş Bəybulağı deyilən yerdə oldu. Yenicə Kətiyi aşıb meşənin içində bir talada oturub dincəlirdik. Qənaət edib saxladıqım siqaretdən bir dənəsini çıxarıb yandırdım və hamını bir-bir növbə ilə sümürməyə «qonaq» etdim. Biz beş nəfər silahlı döyüşçü: Azay, Bulud, Amil, Hamlet, mən və Ağacan kişinin oğlu 14 yaşlı Nurşən olmaqla 6 nəfər idik. Nurşən həmkşə döyüşçülərin yanında olur, boşalmış avtomat sandıqçalarına patron doldururdu. Patron dolu sumkası çiynindən düşməyən, ciblərini və qoynunu patronla dolu saxlayan Nurşən bizə çox kömək edirdi. Birdən pusquda durmuş ermənilər bizə atəş açdılar. Cəld hərəmiz bir tərəfə özümüzü atdıq. Azayla Bulud gizlənə bilməyib açıqlıqda bir kolun arxasına sıqındılar. Mən, Hamlet və

Amil yaxşı mövqedə idik. Biz düşmən mövqslərini güclü atəşə tutub onların irəliləməsinə imkan vermədik. Həmin döyüşdə yarım saat ərzində mən 6 sandıqça botaltdım. Nurşən məndən ayrı düşmüşdü. Ona görə də saşdıqçaların hamısı boşalmışdı. Nurşənin zəhmətinin nə qədər qiymətli olduğunu indi başa düşdüm. Dayanıb sandıqçalardan birini latronla doldurdum. Atışmanı davam etdirib Azayın və Buludun təhlükəli zonadan çıxmasına imkan yaratdıq.

Biz Abdala tərəf aralandıq. Yekə bir palıd ağacının arxasında dayanıb gəldiyim istiqamətə nəzarət edirdim. Kolların tərpənməsindən orada adam olduğunu hiss etdim. Avtomatı qaldırıb atəş açmaq istəyəndə Nurşən «Atma, mənəm» deyə qışqırdı. Nurşən Bəybulağında atışma zamanı bizdən ayrı düşür. Lakin bizi izləyib yanımıza gəlməyə çalışır. Nurşənin vaxtında qışqırması onu ölümdən xilas etdi.

Yenidən bir yerə yığışdıq. Arxa ilə gələn döyüşçülərdən Kərəm, Əlövsət, Təhməz və İlqar da bizimlə bir yerdə idilər. Artıq Abdalın ərazisində idik. Camaatın hamısının gəlib keçməsini gözləyirdik. Ermənistan qaçqınlarından olan bir gəlindən soruşdum ki, arxada qalan varmı? O bildirdi ki, axırıncı 4 nəfər qoca qadını və yaralı Fizzəni gətirirlər. Abdal ərazisi olduğundan arxayınlaşmışdıq. Əhalinin tam gəlib keçməsinə arxayın olmaq üçün dayanıb gözləyir, yola nəzarət edirdik.

Birdən ermənilər bizi yenidən atəşə tutdular. İndi buradakı adamların hamısı mahir və dəfələrlə sınaqdan çıxmış döyüşçülər idi. Nurşən də mövqe seçməkdə, güllədən yayınmaqda üstalaşmışdı. Dağılışıb özümuzə mövqe seçdik. Atışma başladı. Ermənilər yanan güllələrdən atəş açırdılar. Atəş o qədər güclü idi ki, az qalırdı güllələr havada bir-biri ilə toqquşsun. Güllə zərbəsindən qırılan ağac budağları başımıza tökülürdü. Qarın üstündə közərən güllələrin sayı-hesabı yox idi. Lakin ermənilər özlərini çox irəli vermişdilər. Onların ən azı 26 nəfərn bizim güllələrin hədəfinə çevrildilər. Bizdən bu döyüşdə Əlövsət və Kərəm yaralandı. Bulud Kərəmin döyüş meydanından çıxması üçün şərait yaratdı. Əlövsət isə ağır yaralandığından hərəkət edə bilmirdi. Mən Azayla Buludun muhafizəsi altında Əlövsətə tərəf süründüm. Onu böyürtkən kolları arasında tapdım. Əlövsətin bir ayağının sumuyu sınmış, o birisinin isə əzələsi yaralanmışdı. Özü ayaqlarının ikisini də cib yaylığı ilə bağlayıb qan axmasını dayandırmışdı. Mən onu 30 metr sürüdüm. Sonra bir az dincəlmək üçün dayandım. Bu an başımın üstündə tanımadığım bir silahlı əsgər gördüm. Bura bizim döyüşçülərin nəzarəti altında olduğundan erməni ola bilməzdi. Ona görə də onun kim olduğunu soruşdum. Bildirdi ki, Abdal kəndindən köməyə gəlib. O, qabağa getmək istəyəndə saxladım ki, qabaq qorxuludur getməsin. Cavab verdi ki, mən sizdən artıq oğlan deyiləm və atəş aça-aça qabağa getdi. Əlövsəti orada qoyub o qorxmaz, məğrur Abdallı oğlanın yanına gedib dayandırdım. Biz bir yerdə mövqe seçib atışdıq.

Artıq tam qaranlıq düşmüşdü. Ağır itki verən erməni quldurları meyidlərini də meşədə itə-qurda yem qoyub geri çəkildilər. Abdal uşaqları irəli gedib yaralı Əlövsəti qolları üstündə meşədən çıxardılar. Hamımız meşədən Abdala tərəf açıqlığa çıxdıq. Mən həmin döyüşçü oğlanın adının Müşviq olduğunu öyrəndim. Məlum oldu ki, Müşviq Abdal kəndinin özünümüdafiə rotasının döyüşçüsüdür. Onların komandiri Filmar adlı çox qeyrətli bir Azəri türk oğlu idi. O, Buludla öpüşüb-görüşdü. Onlar dinclik dövrü Abdalda toyların birində tanış olub sonradan da dostluq ediblərmiş. Həmin döyüşdə iştirak edən Abdal uşaqlarından Laçın adlı bir döyüşçünü də unutmayacağıq.

Artıq camaat Abdal kəndi ərazisinə çatmışdı. Onları yük maşınları və avtobuslarla kəndə daşıyırdılar. Biz də Abdal döyüşçüləri ilə birlikdə yavaş-yavaş kəndə daxil olduq. Onlar bizi evlərinə qonaq apardı. Ümumiyyətlə, Malıbəyli və Quşçular camaatı Abdal camaatına borclu qaldı. sağ lıq olsun, Qarabağ torpacında onların səxavətinin, zəhmətinin əvəzini çıxarıq.

***

Bulud Əmiraslanov Malıbəylidə mahir ovçu, mərd, cəsarətli və olduqca fəndgir bir döyüşçü kimi tanınırdı. Dağlıq Qarabağın, eləcə də Düzən Qarabağın məşhur, igid oğullarının çoxu onunla dostluq etməyi özlərinə şərəf bilirdilər. Buludun Malıbəylidə də, Quşçularda da çox böyük hörməti var idi. Erməni-türk münaqişəsi başlayan gündən o hadisələrin mərkəzində olmuş, bir çox girov götürmə, təxribat və partizan əməliyyatlarında iştirak etmişdi. Malıbəyli müdafiə qüvvələrinin komandiri Azay Kərimovun köməkçisi kimi Bulud Əmiraslanov, 2000 nəfər insan həyatının xilasında, xüsusilə də onun həlledici anı olan Qaratəpə döyüşündə qəhrəmanlığın zirvəsinə qalxmışdı. Buludun dedikləri:

- Meşənin ortasında qalın qarın üstünə döşənmiş aç-susuz, yuxusuz, yorqun uşaqlar, qadınlar və qocalar gözlərini zilləyib məzlum-məzlum baxır, sanki imdad istəyirdilər. Mən kənarda dayanıb Azayın, Məhyəddinin, Allahverdi muəllimin və başqa döyüşçülərin danıişqlarına figir verirdim. Onlar yeganə xilas yolunu açmaq üçün Qaratəpədə olan erməni postuna hücum planını muzagirə edirdilər.

Uşaqlardan biri gəlib dedi ki, Hüseynalı kişi səni görmək istəyir. Onun camaatın içində, qarın üstündə oturduğu yerə yaxınlaşdım. Atam başını qaldırıb böyük inam hiss olunan kur səslə dedi: «Əyə, nə dayanmısınız, yolu açın» Bu söz tək mənə deyil, mənim orada olan kiçik qardaşlarım Məhyəddinə, Elbadiyə, Ələddinə və bütün Malıbəyli, Quşçular cavanlarına aid idi. Mən komandirlərə yaxınlaşıb muzagirəyə qoşuldum. Qərar belə oldu ki, bir dəstə döyüşçü düzünə Qaratəpənin üstünə yerisin. Başqa bir dəstə isə Qaratəpənin saşndan düşmənin arxasına keçsin. Beləliklə düşmən mühasirəyə alınıb məhv edilsin. Arxada qalan əsas qüvvə isə atəş açmaqla düşmənin diqqətini özünə çəkməli və tam mühasirənin həyata keçirilməsinə şərait yaratmalı idi, üzumu döyüşçülərə tutub ucadan qışqırdım ki, kim mənimlə düşmən üstünə gedərsə kənara çıxsın. Dərhal 20-25 nəfər ölümə hazır oğullar mənim sağ tərəfimə keçdilər. Kiçik qardaşlarım Məhyəddin və ələddin də mənim yanımda idilər. Fikirləşdim ki, onlardan biri qalsın, biz ölsək heç olmasa o, qoca, halsız anamızın koməyində dayansın. Məhyəddinə bir söz deməyə ixtiyarım çatmırdı. O, Quşçular mudafiəçilərinin komandiri kimi məndən səlahiyyətli idi. Həm də mahir atıcı və qorxmaz döyüşçü kimi cavanlar arasında boyük hörməti var idi. Kiçik qardaşıma tərəf dönüb xahiş etdim ki, sən anamızın yanında qal. O, etiraz etdi. Nəhayət Məhyəddinin köməyi ilə onu razı salıb dəstədən ayıra bildim.

Təxminən saat 12-də biz 18 nəfər «Ya Allah» deyib Qaratəpəyə doğru sürünməyə başladıq. Biz qarın içi ilə 700 metr zil yoxuşu qət etməli idik. İri qaya daşlarının, yoqun meşə ağaclarının birinin arxasından digərinə gecərək sürünüb irəliləyirdik. Təxminən 100 metr getdikdən sonra ermənilər bizi atəşə tutdu. Biz də cavab atəşi açdıq. Bu hücumda Elşənin başına 4 dəfə güllə dəydi. Lakin hər dəfə başın dərisini bıçaq cızıb keçdi və gəllə sümüyü zədələnmədi. Zöhrabın da başına tuşlanmış düşmən gülləsi onun sifətini yaraladı. Mən məsləhətləşmək üçün geriyə çəkilməyi qərara aldım. Arxamızda bir sel yolu çökəklik var idi. Təhlükəsiz olduğundan orada yığışıb məsləhətləşdik. Biz hamımız ölümə getdiyimizi başa düşürdük. Hamı bir-birinə üz tutub ürəyindən keçənləri deyirdi. Bu həyatla əlvida ərəfəsində deyilən, qəlb ağrıdan sözlər məni sarsıdırdı.

Hamının sözlərinin əsasında bir fikir dururdu: «Arvadımı və qızlarımı güllələ ki, düşmən əlinə düşməsin». Qərara aldıq ki, düşmənin arxasına keçmək üçün Məhyəddinlə Yaşar elə buradan istiqamət götürsünlər. Onlar sağ tərəflə sıldırım qayalardan aşıb düşmənin arxasına keçməli idilər. Özümüzdə qüvvə toplayıb diki dırmaşmağa, daşların arasınca sürünə-sürünə irəliləməyə başladıq. Ermənilər isə Qaratəpənin başında daşların arxasında gizlənib bizi atəşə tutmaq üçün yeni əlverişli məqam gözləyirdilər. Hələlik onlara belə imkan vermirdik.

Nəhayət, düşmən mövqeyinə 20 metrdən də az məsafəyə qədər yaxınlaşdıq. Bir-birimizin səsini eşidirdik. Mən irəlidə daşların arxasında hərəkət edən bir silahlı gördüm. Onu İlhama oxşatdım. Elə bildim ki, o, Elbadinin dəstəsində gəlib bizdən qabağa keçib. Hündürdən uşaqlardan soruşdum ki, İlhamı özümüzdən qabaqda gördüm. Sonra həmin isstiqamətə tərəf qışqırdım: «Ayə, İlhamsanmı?» Cavab gəldi ki, "bəli, İlhamam". Qarşımdakı iri bir koldan yapışdım ki, dartınıb irəli keçim. Fikrimi dəyişib bir də soruşdum ki, İlhamın qardaşı kimdir? O adam «Həsən» deyə cavab verdi. Onda bildim ki, o ermənidir və biz artıq ermənilərin 20 metrliyindəyik. «Atəş!» komandası verdim.

Ermənilər də arabir bizə tərəf atəş açır, yaxınlaşmağımızı gözləyirdilər. Birdən atışma dəhşətli dərəcədə şiddətləndi. Bizim arxamızdan döyüşçülər və əlində silah olan adamlar erməni mövqelərinə aramsız atəş açırdılar. Güllə seli başımızın üstündən keçib erməni mövqelərinə tökülür, daşları çınqı-çınqı edib ətrafa səpələyprdi. Adamların "Allahu Əkbər!" qışqırtısı, avtomatların və ov tüfənglərinin atəşindən yaranan gurultu səsləri elə bir vahiməli mənzərə yaratmışdı ki, düşmən onun qarşısında dayana bilməzdi.

Düşmən tərəfin atəşi zəifləyirdi. Hiss edirdik ki, qaçıb aradan çıxmağa çalışırlar. Lakin qaçanlar Qaratəpənin döşündə bir-birindən 10-15 metr aralı mövqedə dayanmış döyüşçülərimizin atəş hədəfinə çevrilirdilər. Hiss olunurdu ki, arxadan Məhyəddinlə Yaşar da öz işlərini görürlər. Ermənilər hansı tərəfə qaçırdılarsa mühasirəmizdən çıxıb qurtara bilmirdilər. Mən özüm Harov kəndi tərəfə çaşqın halda qaçan və yolda qayaya rast gəlib özünü qayadan atan erməni qulduru gördüm. Cəmisi 10-15 dəqiqə ərzində erməni quldurları tamam məhv edilmişdi. Mən 2, Murşud 2, Elbadi 1, Məhyəddin 1 və Yaşar 1 nəfər erməni vurmuşduq. Təlaş içərisində Harov tərəfə qaçan 6 nəfər erməni ən kənar mövqelərdə gizlənmiş yaralı Elşənin atəşinə tuş gəlmişdilər.

Mən ayağa qalxıb arxadan atəşin dayandırılmasına işarə verdim. Ehtiyatla zirvəyə doğru irəlilədikcə canlı erməni yox, qan içində çabalayan və zarıyan ermənilər görürdüm. Ani olaraq Qaratəpənin zirvəsində ayağa qalxıb qışqırdım. «Yol açıldı! İrəli!» Məhyəddinlə yaşar məni görüb yanıma qalxdılar. Onların arxasınça da Elbadi yanımıza çıxdı. Qaratəpənin zirvəsində biz 19 nəfər olduq. Qaratəpənin yamaçına isə 24 erməni cəsədi sərilib qalmışdı.

Camaat artıq Kətiyin yamacı ilə zirvəyə doğru irəliləyirdi. Lakin, hər tərəfdən, xususilə də Pirəməki, Harov və Dəhraz kəndləri tərəfdən atəş güclənirdi. Qaratəpədə itki vermədiksə də Kətiyin döyüşundə dinç əhalidən 4 nəfər itirdik Komandirlər Kətiyi qalxa-qalxa camaatın təhlükəsizliyini axıra qədər qorumaq üçün nə edəcəklərini muzagirə edirdilər.

3. 1991-ci ilin dekabr ayının 10-dan baş leytenant Azay Kərimov Malıbəylidə müdafiə işlərinə rəhbərlik etməyə başlamışdı. Sonradan o rəsmi olaraq Malıbəyli və Quşçular müdafiəçilərinin ümumi komandiri təyin edilmişdi. O, bu iki kəndin müdafiəçiləri içərisində yeganə ali hərbi təhsili olan zabit idi. Yaranmış vəziyyətin çətinliyini o hamıdan yaxşı başa düşürdü. Ona görə də işə başladığı gündən ciddi rejimli vahid komandanlıq yaratmağa çalışdı və nail oldu.

Azay Kərimov Meşəli, Qaradağlı faciələrindən ibrət dərsi alıb xilas yolunu hərbi yürüşdə gördü. Yürüşün marşrutunu seçərkən o düşmən qüvvələrinin tərkibini, yerləşdiyi mövqeləri nəzərə almış, ondan düzgün nəticə çıxarmış və olduqca çətin bir yol seçmişdi. 30 kilometrlik sıldırım qayalardan və dağlardan keçən bu çətin meşə yolu 17-yə qədər düşmən kəndlərindən və gücləndirilmiş postlardan keçirdi. Quşçular-Kətik-Abdal xilas yolunu Azay Kərimov seçmiş, digər komandirlər və döyüşçülər də onu müdafiə etmişlər.

İnamla demək olar ki, Malıbəyli və Quşçular müdafiəçilərinin bu hərbi yürüşünün hərb tarixində oxşarı yoxdur. Belə ki, burada mühasirədə qalmış döyüşçülər düşmən mühasirəsini yararaq hərbi yürüş etməklə yalnız özlərini xilas etməmişlər. Bu hərbi yürüşdə 2000 nəfərə qədər uşaq. qoca, qadın, xəstə və yaralı xilas edilmişdi. Xilas hərbi yürüşünün komandiri Azay Kərimovun dedikləri:

Özbəkistanın Fərqanə şəhərində sovet ordusunun hərbi zabiti kimi qulluq edirdim. Mənim komandir olduğum rota erməni fitnəkarlığı nəticəsində façiələrə duçar olmuş Axıska türklərinin təhlükəsizliyini təmin edirdi. 20 yanvar façiəsini eşidən günün səhəri təyyarəyə oturub Bakıya uçdum, Bakıdan da vaxt itirmədən doğma kəndim Malıbəyliyə gəldim. Fikirləşirdim ki, Fərqanədə Axıska türklərinin başına gətirilən façiə Azərbaycan türklərinin də başına gətirilə bilər. Ona görə də Şuşa Polis şobəsəndə işləmək, azğınlaşmış erməniləri vaxtında susdurmaq. Yerində otuzdurmaq istəyirdim.

İki aydan sonra Şuşa Polis Şöbəsində PPX rotasının bölmə komandiri kimi işə başladım. Rotanın daha iki bölməsi var idi. Onlardan birinə Orduxan Kərimov, o birinə isə Mübariz Quliyev kimi çəsur oğullar komandirlik edirdilər. Bundan başqa rotanın Kərkicahan, Malıbvyli aə Kosalar kəndlərində də bölmələri var idi. Komandirimiz igid və qeyrətli oğul kimi bütün Qarabağda tanınan və hörmət edilən baş leytenant Fərman Xəlilov idi. Rotanın əsgərləri ilə tanış olduqça görürdüm ki, hamısı vətən uğrunda döyüşə hazır olan əsl vətənpərvər oğullardır. Onlar həvəslə bizim təşkil etdiyimiz hərbi təlimlərə gəlir, silahla rəftar etməyi, hərb elminin sirrlərini öyrənməyə ciddi səy edirdilər.

Elə ilk gündən bizə qeyri-rəsmi olaraq göstəriş verilmişdi ki, ermənilərin bütün təxribat, terror və başqa hərəkətlərinin qarşısını almaq və lazım gələrsə muvafiq formada cavab vermək lazımdır. Bizim rotanın əməkdaşları bir çox uğurlu partizan əməliyyatları hazırlayıb həyata keçprmışdi. Erməniləri Qarabağdan qaçmağa məcbur etmişdik. Şuşa rayonu ərazisində olan 5 iri erməni kəndi boşaldılmış, əhalisi Ermənistana yola salınmışdı. Qarabağın ermənilərdən təmizlənməsi əməliyyatına başlanmışdı.

1991-ci ilin sonunda Şuşada İcra hakimiyyətinin başçısı Mikayıl Gözəlovun öldürülməsi, Bakıda hakimiyyət uğrunda mübarizənin kəskinləşməsi, AXÇ-nin tələbi və təzyiqi ilə Qarabağ Təşkilat Komitəsinin əslində ləğv edilməsi və onun sədri Viktor Polyaniçkonun Xankəndindən və Azərbaycandan qovulması vəziyyətin kəskin şəkildə dəyişməsinə səbəb oldu. 366-cı rus alayı tam şəkildə ermənilərin tərəfinə keçdi. Rus əsgərlərindən və Volski dövrundən başlayaraq xariçi olkələrdən Xankəndinə axışıb gəlmiş könüllülərdən ibarət erməni hərbi birləşmələrınin kəndlərimizə və təhərlərimizə hücumu gücləndi. Rotamızın döyüşçüləri tez-tez Kərkicahana, Kosalara, gah da başqa bir kəndin harayına qaçmalı olurdular.

Dekabr ayının 8-də silahdaşımız Teymurov Rizvan Kərkicahan kəndinin mudafiəsində qəhrəmancasına həlak oldu. Rizvanı ata yurdunda dəfn etmək üçün mən dekabrın 9-da onun cənazəsini vertolyotla Malıbəyliyə, oradan da Quşçulara gətirdim. Həmin gün dəfndən sonra Quşçular uşaqları Rizvanın qisasını almaq üçün ayrı-ayrı dəstələr şəklində ətraf meşələrə, yollara və erməni kəndləri ətrafına dağılışdılar. Həmin gecə onlar iki UAZ maşın, bnr traktor yandırıb, 11 nəfər erməni qulduru məhv etdilər.

Rizvanın dəfnindən sonra mən Şuşaya qayıtmağa hazırlaşırdım. Bunu eşidən kənd aqsaqqalları yanıma gəlib xahiş etdilər ki, kənddə qalıb elə özümüzü mudafiə edim. Onsuz da kəndimiz mudafiəsiz qalıb. Atam Allahyar kişi də camaata qoşulub yalvardı ki, oğlum, bizim xahişimizi eitdib kəndimizin mudafiəsini təşkil edə bilsən böyük işdir. Əlacsız qalıb Şuşa Polis Şöbəsinin rəisi Vahid Bayramovla telefon əlaqəsi yaratdım və yaranmış vəziyyəti ona izah etdim. O, razılaşıb dedi ki, Malıbəyli və Quşçular kəndlərində mudafiə işlərini nizama salmağı rəsmi olaraq sənə tapşırıram. Beləliklə, rəsmi tapşırıqla Malıbəylidə qalıb əslində bir-birinə yaxın üç kəndin mudafiəsini təşkil etməklə məşğul olmağa başladım.

Dağlıq Qarabağın digər türk kəndlərində olduğu kimi Malıbəylidə də yerli polis bölməsi yaradılmışdı. Şuşa PPX-rotasının tərkibinə daxil olan bu bölmənin 27 nəfər işçisi var idi. Mən axtardım, bölmənin rəisi Təvəkkül Hüseynovu kənddə tapa bilmədim. O, kəndin mudafiəsi işlərini başlı-başına buraxıb evinə, Turşsuya getmişdi. Komandirin kənddə olmamasından istifadə edən əməkdaşlar da dağılmış, yalnız 8 nəfəri qalmışdı.

Bunların içərisində hərbi rütbəsi olan baş leytenant Əkbər Əkbərov vəziyyətin dözülməz olduğunu başa düşüb narahatlıq içində çırpınırdı. Polisdən əlavə kənddə 7 nəfər də OMON döyüşçüsü var idi. Kəndlərin müdafiəsində dayanan əsas qüvvə isə yerli özünümüdafiə dəstəsi idi. Onlar da pərakəndə, nizamsız halda postlarda dayanırdılar. Silah sarıdan da vəziyyət yaxşı deyildi. Müdafiəçilər əsasən ov və tir tüfəngləri ilə silahlanmışdılar. İki böyük kəndin gün-gündən güclənən erməni təçavüzündən müdafiəsi işlərinin bərbad vəziyyətdə olması qəlbimi ağrıtdı. Qollarımı cırmayıb böyük ümidlə işə girişdim.

O zaman atam Kərimov Allahyar Malıbəyli və Quşçular kəndlərinin kənd sovetinin sədri vəzifəsində işləyirdi. Atamla birlikdə kəndin ətrafını gəzdim. Hansı nöqtələrdə, hansı formada və ölçülərdə səngər qazmağı başa salıb tapşırıq verdim. Səhərdən atam traktor aparıb səngərləri qazdırdı. Səngərlərin kənarında üstü örtülü daldalanacaq yerləri (blindajlar) də düzəltdirdim. Kəndin ATS-indən 4 səngərə telefon xətti də çəkdirdim. Bütün səngərlər arasında telefon əlaqəsi yaratmaq imkanı oldu.

Kənddə postların sayı artıb 30-a çatmışdı. Hər postda 5-10 nəfərə qədər adam gecə-gündüz növbə çəkməli idi. Lakin buna adam çatmırdı. Məcbur olub qocaları da bu işə cəlb etdim. Ermənilər adətən səhər-səhər saat 4-6 radələrində kəndi atəşə tuturdular. Ona görə də həmin vaxtlar postları gücləndirirdim. Postda durmaqdan heç kim imtina etmirdi. Kəndin müdafiə işlərini tam əlimə aldım. Əkbər Əkbərovu da özümə köməkçi götürüb ona kənddə asayişi qorumaq, postlarda növbətçilik cədvəlinə əməl olunmasına nəzarət işini tapşırmışdım. Növbətçilik cədvəli hazırlanır məktəblərdə, çayxanalarda, bizim qərargahımız olan polis bölməsinin binasından asılırdı.

Aqsaqqallardan Asif, Allahyar kişi, yaşlı və cavan muəllimlərin hamısı müdafiə işinə kömək edir, cavanlarla birlikdə postlarda dayanırdılar. Özüm boş vaxtlarımda gənclərə hərbi təlim keçir, silahla davranmağın qaydalarını öyrədirdim. Kənddə ciddi nizam-intizam yaranmışdı. Dekabr ayının 14-də kəndə 50 nəfər Milli Ordu əsgərləri gəldi. Onların komandiri O.Qocayev familiyalı bacarıqlı bir hərbiçi idi. Biz onları, eləcə də kəndə əvvəlcədən köməyə gəlmiş OMON-çuları Malıbəylinin köhnə məktəb binasında yerləşdirmişdik. Hər cür şərait yaradıb ərzaqla, yatacaqla təmin edirdik. Onlar da əlavə postlara böluşub səhərə qədər kəndin keşiyini çəkir, pazım gələndə erməni atəşlərinə atəşlə cavab verirdilər.

1992-ci il yanvar ayının 15-də gördüm ki, Milli Ordu rskərləri yır-yığış edirlər. Soruşdum ki, niyə yığışırlar? Dedilər, keneral Taçəddin Mehdiyevin əmridir, bnz kəndə gələn birinci vertolyotla çıxıb Şuşaya getməliyik. Görünür bu Daşaltı əməliyyatı ilə bağlıı tədbir imiş. Maraqlı o idi ki, keneral əmri odi ratsiya ilə açıq şəkildə göndərmişdi. Bilirdim ki, bu əmri ermənilər bizdən qabaq eşidiblər. Keneralın belə səhv edə biləcəyinə inanmadım. Ratspya ilə əlaqə yaradıb Şuşada məni keneral Taçəddin Mehdiyevlə çalaşdırmasını Eldənizdən xahiş etdim. Bir saatdan sonra keneralla danışa bildim. Hər şey deyildiyi kimi idi. O, əmri açıq şəkildə adi ratsiya ilə göndərmitdi.

Kənd camaatı da Milli Ordunun getməyə hazırlaşdığını eşitmişdi. Hamı yığışıb onların qaldığı məktəbə gəlmşidi. Qadınların, uşaqların ağlaşmasından adam vahiməyə düşürdü. Onlar əsgərlərə yalvarırdılar ki, bizi taleyin ümidinə qoyub getməyin. Allahyar kişi onların komandiri Oqtay Qocayevin yanına gedib yalvardı ki, heç olmasa silahları qoyun gedin. Oqtay isə deyirdi ki, komandirliyin razılığı olmasa bunu edə bilmərik. Axır anda mən Oqtayla danışığa getdim. Onda bizim söhbətimizi eşidən 6 nəfər Milli Ordu döyüşçüsü könüllü olaraq öz silahlarını mənə uzatdılar. Bundan sonra Oqtayla razılaşdıq və aktla silahları təhvil aldım. Milli əsgərlər və OMON-çular həmin gün vertolyota oturub getdilər.

İndi patron ehtiyatı görmək lazım idi. Yanvarın 15-də mənim təkidimlə Malıbəyliyə bir vertolyot endi. O kəndə ərzaq və sursat gətirmişdi. Mən həmin vertolyota xəstə, qadın və uşaqlardan otuzdurub özümlə Ağdama apardım. Səhərisi 20 qutu patron, 10 qutu qranatatan mərmisi ilə kəndə qayıtdım.

Burada bir mühüm hadisəni də yada salmağı vacib sayıram, hələ mən Şuşada olanda öyrənmişdim ki, mənim Kiyevdən bir tələbə yoldaşım - rus zabiti Xankəndində xidmət edir. Özü də 366-cı alayın 4-cu rotasının qərargah rəisi Oqanesyanın müavinidir. Onun adı Andrey Fetimski idi. Mən ona sifariş göndərib görüşə gəlməsini xahiş etmişdim. Deyilən vaxt o gəlib Şuşada mənimlə görüşdü. Ondan muəyyən məlumatlar almaq üçün əlaqələri möhkəmlətməyə çalışdım və buna nail oldum. O məni Xankəndinə, evinə qonaq apardı. Mən də onu Malıbəyliyə ata evimizə aparıb layiqincə hörmət etmişdim. Mən Malıbəyliyə gələndə də o yerimi öyrənib tez-tez yanıma gəlir mənimlə görüşürdü. Fevral ayının 5-də Andreylə görüşəndə dedim ki, sən orda çalış ki, bizə atəş açmasınlar. O, mənə cavab verdi ki, əzizim bizə kim çox pul verir onun tərəfində dayanıb əks tərəfə atəş açırıq. Siz pul verin sizi qoruyaq. Vəziyyət belədir və mən bunu dəyişdirə bilmərəm.

Fevralın 9-da səhər tezdən ermənilər Yeni Malıbəyli tərəfdən hücum edib postlarımızı dağıtmış və təzə məktəb binasına doluşmuşdular. Mən bu xəbəri eşidən kimi ehtiyatda saxladığım cəsur döyüşçülərdən İbrahimi, Arifi, Etibarı, Xalidi və Nazimi götürüb yeni Malıbəyliyə getdim. Həqiqətən də postlar alınmış, məktəb işğal olunmuşdu. Burada güclü döyüş başlandı. Mən bu döyüşdə dostlarımın hünərinə, cəsarətinə heyran qaldım. Saat 13 radələrində məktəbə doluşmuş ermənilər tab gətirə bilmədilər. Onlar məktəbdən çıxıb 6 nəfər yaralı, 4 nəfər də ölmüş yoldaşlarının meyidlərini sürüyə-sürüyə Qar-Qara tərəf qaçdılar. Gərgin döyüşdən sonra postları bərpa edib qərargaha qayıtdım.

Axşama yaxın xəbər gəldi ki, Andrey Üçbulaq postunda mənimlə görüşmək istədiyini bildirib. Üçbulaqda həm bizim, həm də ermənilərin qarşığarşıya postları var idi. Postların arasından təxminən 200 metr enində neytral zona keçirdi. Mən təcili Üçbulaq postuna gəldim. Axşam saat 8 radələrində, neytral zonada, qarlı şumda qarşı-qarşıya gəlib Andreylə görüşdük. O, əli ilə kənarda dayanmış 3 ədəd "Ural" maşınını göstərib dedi: "Bax bu maşınları gətirmişəm ki, evini, ailəni, qohum-əqrabanı yığasan, mən də aparıb sağ-salamat Ağdama yola salım". Onun maşınla gəlib mənə belə ciddi təklif etməsi ehtiyatdan doğan şübhələrimi bir qədər də artırdı. Çünki tutduğu vəzifə ona texnikadan sərbəst istifadə etməyə imkan vermirdi. Burada məni məhv etmək və ya Ağdamda Yaqub Rzayevin girov saxladığı rus zabiti Qrekovla dəyişmək üçün Oqanyanın planı ola bilərdi. Şübhələrimi biruzə vermədən dedim ki, bu mümkün deyil, ancaq sən bir dost kimi deyə bilərsənmi orada bizə qarşı hansı plan hazırlanıb? Andrey dedi ki, artıq hər şey həll olunub. 10 dəfə sizdən çox canlı qüvvə və hərbi texnika ilə fevralın 11-də səhər saat 5-də Quşçulara və Malıbəyliyə güclü hücum olacaq. Hücumda bizim alay da iştirak edəcək. Kənd fevralın 11-də hökmən alınmalıdır. Mən sizə ayrı heç bir kömək edə bilməyəcəyəm.

Andreylə görüşdən sonra qərargaha qayıtdım. Təcili yardım maşınında olan ratsiya ilə Şuşaya Eldəniz Quliyevin ünvanına üstüörtülü şəkildə dedim ki, erməni vertolyotları kəndin üstünə məktub tökublər. Orada yazılıb ki, kəndi üç günə tərk edin, əgər etməsəniz məhv olacaqsınız. Bununla bildirmək istəyirdim ki, üç gün ərzində kəndə hücum olacaq. Mənim danışığımı Xocalı və Ağdam da eşitməli idi. Bu danışıqda əsas məqsədim o idi ki, bacardıqları qədər mənə kömək etsinlər. Kömək gələ biləcək yolların ermənilər tərəfindən bağlandığını bildiyimdən böyük köməyə ümidim çox az idi. Bundan sonra kəndin aqsaqqal kişilərindən Allahyar Kərimovu, Elman İbrahimovu, Kamal Alxanovu, Şəfan VƏliyevi və Qurban Musayevi qərargaha çağırıb vəziyyəti açdım. Ona görə də fevralın 10-da Malıbəylidən qadınları, qocaları və uşaqları muvəqqəti olaraq Quşçular tərəfə, Qurd Dərəsinə (o yerə həm də Qulu Dərəsi deyilir) çıxarmaq lazım gələcəyini bildirdim.

Qocalar mənimlə razılaşdılar. Söz verdilər ki, fevralın 10-da günortadan sonra deyilən adamları kənddən çıxaracaqlar. Xahiş etdim ki, əhali arasında hay-küy düşməsinə imkan verməsinlər. Bu görüşdə Bulud Əmiraslanov da iştirak edirdi. Buna baxmayaraq mən aqsaqqallar çıxandan sonra da Buludu yanımda saxlayıb ikilikdə açıq söhbət etdim. Dedim ki, ək,ər kənddən çıxası olsaq onda Kətik-Abdal istiqamətində hərəkət etməliyik. Mən nə üçün 3 kplometrlik yolla Xocalıya və ya Qar-Qar çayının axarı ilə 20 kilometr məsafəni qət edib Ağdama getməyin əleyhinə olduğumu əsaslandırdım. Belə ki, Xocalı yolunut üstündə həsənabad kəndində ermənilərii güclü hərbi bazası və canlı qüvvəsi var idi. Biz bu qüvvəni dəf edə bilməzdik. Ermənilərin biznm Ağdama tərəf hərəkət edəcəyimizi kuman edib orada lusquda dayanacaqlarına şübhə yox idi. Lakin daitı, çınqıllı meşə ilə örtülü 30 kilometr uzunluğunda olan dağ yolu ilə Abdala tərəf hərəkət edəcəyimizi onlar ağıllarına da kətprə bilməzdilər.

Bulud mənimlə tam razılaşıb nə lazımsa kömək edəcəyinə soz verdi. O, Kətik-Abdal istiqamətində meşə yolunu yaxşı tanıyırdı. Həm də hər iki kənddə onun çox böyük hörməti var idi. Onun dediyi təklifə heç kim etiraz etməzdi. Ona görə də Buluda tapşırdım ki, gedib Quşçular aqsaqqalları plə də bu barədə danışıb razılaşsın.

Fevralın 10-da saat 16-da xəbər gəldi ki, ermənilər yenidən «yeraz» məhəlləsindəki məktəbə doluşdular. Bu dəfə onlar daha böyük qüvvə ilə hücuma keçmiş, məktəbi almağa muvəffəq olmuşlar. Mən ehtiyat qüvvədən 12 nəfərlik bir dəstə yaradıb məktəbə hücum etdim. Uzun müddət məktəbi avtomat və pulemyotlardan atəşə tutduq. Qranatatanla məktəbə 2 mərmi zərbəsi endirdim. Məktəbin bir tərəfi uçdu. Lakin bundan sonra da ermənilər onu tərk etmədilər. Kənarda dayanmış erməni artilleriya qüvvələri bizi daima atəş altında saxladığından hücum əməliyyatını tam yerinə yetirə bilmirdik. Ona görə də məktəbin alınmasını buraxıb kəndin ətrafına toplaşmış, hücuma hazırlaşan erməni qüvvələrinin üstünə getdik. Amansız döyüş başladı. Kecə saat 11 radələrində Quşçulardan bizə köməyə gəldilər. Qüvvələrimizi nizmalayıb hücumu gücləndirdik. Erməniləri vurub kəndin ətrafından uzaqlaşdırdıq.

Gecə saat 2-də qərargaha gəlib komandirləri bir yerə yığdım. Qüvvəlvrin hücum gözlənilən istiqamətlərdə cəmləndirilməsi üçün onlara tapşırıqlar verdim. Qarşıya belə məqsəd qoydum ki, əgər Andreyin məlumatları düz çıxarsa, yəni saat 5-də hücum güclənərsə, onda ona ciddi müqavimət göstərilsin və camaatın kənddən uzaqlaşmasına imkan yaradılsın. Bundan sonra hərə öz döyüş mövqeyinə getdi. Mən də Nazim və Xudaverdi ilə birlikdə məktəb tərəfə getdim. Müdafiə postlarının birində ot\rub saat 5-i gözləməyə başladıq. Postlarda olan bütün döyüşçülər avtomatlarını hazır vəziyyətdə saxlayıb son ölüm-dirim döyüşünü səbirsizlpklə gözləyirdilər.

Deyilən vaxtda gözlənilən hücum başladı. Kənd hər tərəfdən güclü artilleriya atəşinə tutuldu. Səsucaldan qurğulardan yayılan qarıtıq səslər, atəşin yaratdığı k\rült\lar, qayalara, evlərə dəyən mərmilərin əks-sədası hər kəsdə qorxu və vahimə yaradırdı. Mən bilirdim ki, bu qəsdən edilir və 5-10 dəqiqədən çox çəkə bilməz. Vahimə yaradan səslər azaldı, irəliləyən piyadaların avtomat və pulemyotlarının atəşi başlandı. Kəndin hər tərəfində şiddətli atışma gedirdi. Ermənilər ölənlərinə, yaralılarına əhəmiyyət vermədən inamla irəliləyirdilər. Saat 10-a qədər gedən döyüşlərdə düşmənin ən azı 50 əsgəri məhv edilmşidi. Mən ozum 6 nəfər erməni əsgərini vurduğumu dəqiq bilirəm. Bu zaman biz də ağır itkilər vermşidik. Döyüşçülərdən haqverdi, Nazim və Rafiq qəhrəmancasına həlak olmuşdular. Onların meyidləri elə döyüş meydanındaça qaldı. Ölüm dəqiqələrində onlara yaxınlaşıb son sözlərini dinləyən də olmadı.

Biz atəş aça-aça geriyə kəndin mərkəzinə tərəf çəkilirdik. Mən bir neçə döyüşçü ilə qərargaha getdim. Çatan kimi ratsiya ilə Şuşaya zəng edib vəziyyət haqqında məlumat verdim. Şuşadan dedilər ki, biz buradan hər şeyi görürük. Mən ratsiyada Xocalı komandirindən xahiş etdim ki, həsənabada tərəf gəlib bizi qarşılasın. Bu mənim təxribat əməliyyatım idi. Mühüm sənədləri götürüb qərargaha od vurdum. Hamımız birlikdə Qurd Dərəsinə - Quşçular tərəfə hərəkət etdik. Hərdən dönüb geriyə baxanda atalarımızın oğulları üçün tikib qoyduqları evlərdən göylərə can atan alov-tüstünü görürdük. Yolda bizə kimsəsiz, qoca Yeganə nənə rast gəldi. O, Özünə korluq-kəfənlik saxladığı qiymətli şeylərindən ibarət balaca boxçasını iki əli ilə sinəsinə sıxıb Quşçulara tərəf addımlamaq istəyir, ürəyi gəlmirdi.

Biz Qurd dərəsinə çatanda səhər saat 11 olardı. Orada bizi 20 nəfərə qədər döyüşçü qarşıladı. Camaat çoxdan yola çıxıb Kətiyə doğru gedirdi. Biz də həmin istiqamətdə hərəkət edib təxminən saat 12 radələrində Sıqnaq Qaya yaxınlığında camaata çatdıq.

Məhyəddin səhər tezdən 30 nəfərə yaxın silahlı erməni əsgərlərinin maşınlarla gəlib Qaratəpədə mövqe tutduqları haqqında məlumat verdi. Odur ki, Qaratəpəyə çox yaxınlaşmaq olmazdı. Sıqnaq Qaya yaxınlığında meşənin ortasında Qaratəpənin bir kilometrliyində camaatı saxlayıb dayandıq. Bu yerləri tanıyan aqsaqqallar və müdafiəçilər bildirdilər ki, əhalinin Kətiyi sağ-salamat aşması üçün yolumuz ancaq Qaratəpənin yanından keçməlidir. Bu isə ya ermənilərə sülh təklif edib razılıq almaqla ya da döyüşə girib zorla yolu açmaqla mümkün ola bilərdi. Fəqət ikinci yol çox böyük risk tələb edirdi. Düşmən yüksəklikdə özü üçün olduqca əlverişli mövqe seçib pusquda dayanmışdı. Hər an onlara Harov-Pirəməki yolu ilə iki tərəfdən də kömək gələ bilərdi. Qaratəpəyə hücum edib qələbə qazanmağa ümid çox az idi. Uğursuz hücumdan sonra isə dəhşətli façiə baş verəcəyinə heç bir şübhə ola bilməzdi.

Bizdən ötru vaxt çox qiymətli idi. Nə edəcəkdiksə təcili etməli idik. Qərara aldıq ki, bir dəstə döyüşçü düz istiqamətdə birbaşa Qaratəpənin üstünə yerisin. Başqa bir ona nisbətən kiçik dəstə isə düşmənin arxasına keçib mühasirə vəziyyəti yaratsın. Birinci dəstə düşməni özünə cəlb etməli, arabir atəş açmalı və eyni zamanda onun mövqeyinə yaxınlaşmalı idi. Hücumun həm arxadan, həm də qarşıdan eyni zamanda və qəflətən başlanması nəzərdə tutulurdu.

Buludun qabağa çıxıb: - "ölümə gedənlər irəli çıxsın" deməsi ilə demək olar ki, bütün cavanlar irəli atıldılar. Mən onlardan 20 nəfərini seçib qalanlarını öz yerlərinə qaytardım. Ölüm-dirim döyüşünə gedən döyüşçülər hazır idilər. Mən onların silahlarını yoxladım. Murşud haşımovun əlində ov tüfəngi idi. Onu bir başqasının avtomatı ilə əvəz etdim. Hamısının patron ehtiyatlarını nəzərdən keçirib Qaratəpəyə doğru yola saldım.

Sonra ehtiyat tədbirləri görməyə başladım. Elbadinin başçılığı ilə üç nəfərlik bir dəstəyə sol cinahdan irəliləyib Pirəməki tərəfdən gələn yolu nəzarətdə saxlamağı. Eyni zamanda yan tərəfdən Qaratəpəyə yaxınlaşmaq, lazım olan kimi döyüşə girmək tapşırığı verdim. Allahverdi muəllimə isə tapşırdım ki, 10 nəfərlə bir az irəli çıxıb Harov tərəfə gedən yola nəzarət etsin. Əlövsət muəllim isə 20 nəfərlik dəstəsi ilə camaatdan 100 metr arxada dayanıb bizi izləməkdə olan düşmən qüvvələrinin irəliləməsinin qarşısını alırdı.

Ehtiyat müdafiə tədbirlərini görüb qurtardıqdan sonra 3 nəfər soldatın əllərinə aq bayraq verib ermənilərə sülh təklifimi çatdırmaq üçün Qaratəpəyə yola saldım. Soldatlar sağ cinahla 300-400 metr irəliləyib Sıznaq Qayanın dibindən keçən Harov-Pirəməki yoluna çıxmalı və sola dönüb həmin rahat yolla Qaratəpəyə doğru hərəkət etməli idilər. Ətrafımda olan 100 nəfərə qədər silahlı adamları ayiara şvklində düzub yerə uzanmağı və silahlarını Qaratəpəyə tuşlayaraq mənim əmrimi gözləməyi tapşırdım.

Bütün ehtiyat tədbirləri görüb qurtardım. Hamı yaxşı görünən, ölüm-dirim döyüşunə tələsən 18 igidin və sülhə gedən 3 nəfər rus soldatının hərəkətini izləyir, səbrsizliklə hadisənin sonunu gözləyirdi. Malıbəyli və Quşçuların igidləri iri daşlar və ağaclar arxasında məharətlə gizlənir, sürünur, duişən mövqelərinə yaxınlaşırdılar. Onlar 2000 nəfər insanın taleyi uğrunda ya öləcəklər, ya da düşməni məhv edib meyidlərinin üstündən keçəcəklər.

Lakin mənim daxilimə belə bir inam hakim kəsilmişdi ki, bir neçə dəqiqədən sonra burada olan erməni quldurları bizim adamları məhv ediləcəkdir. Ona görə ki, bu 18 nəfər igidin heç biri düşmənə havayı can verən oğul deyildi. Nəhayət, 18 igid Qaratəpənin sinəsində, erməni mövqelərinin 40-50 metrliyində, daşlar arxasında mövqe tutub dayandılar. Düşmən mövqeyinə sol cinahdan və ya arxadan yaxınlaşmağa cəhd edən Elbadinin dəstəsindən bir xəbər yox idi.

Nəhayət, aq bayraqlı soldatlar sağ tərəfdən gəlib Qaratəpəyə yaxınlaşdılar. Onların dayandığından başa düşmək olurdu ki, soldatlarla erməni yaraqlılarının komandiri arasında danışıq gedir. 2-3 dəqiqə danışıqdan sonra soldatlar geri döndülər. Onlar mənə yaxınlaşıb ermənilərin cavabını bildirdilər: "Silahları təhvil verib sonra keçmək. Mən soldatları bir də geri qaytardım ki, mənim erməni komandiri ilə görüşmək təklifimi çatdırsınlar. Bu dəfə soldatlar Qaratəpəyə çatmamış erməni mövqelərindən açılan atəşlə yerə sərildilər. Ermənilər bt tərəfə də atəş açmağa başladılar. Mən də "Atəş!" əmri verdim. Eyni zamanda yüzdən çox muxtəlif növ silahdan atılan güllələr 18 nəfərin başı üstündən ötüb erməni movqelərinə sancılırdı. Axırıncı qumbaraatan mərmisini düz postun ortasına atdım. Mərminin partlayışından, aramsız güllə yağışından ermənilər ancaq gizlənib gözləməyə və ya qaçmağa məcbur idi. Birdən Allahverdinin: "Ayə! Yol açıldı, irəli gedin", deyə qışqırığını eşitdim. Camaat "Ya Allah" deyə qışqıra-qışqıra Qaratəpəyə tərəf qaçışırdı. Lakin Qaratəpədə şiddətli döyüş hələ davam edirdi. Ancaq daha Qaratəpədən bizə tərəf güllə atılmırdı. Təxminən 10 dəqiqə də beləcə keçdikdən sonra Bulud Qaratəpənin başında göründü. O, məğrur-məğrur dayanıb "yol açıldı! İrəli gəlin!" deyə haray edirdi. Biz hamımız ayağa qalxıb camaatın gəlib keçməsini gözlədik. Qaratəpə zirvəsində 18 cəsur oğul düzülüb insan axınına, hərdən də ətrafa səpələnmiş erməni cəsədlərinə tamaşa edirdilər.

Arxamızca bizi izləməkdə olan ermənilər gəlib çatmışdılar. Onların qarşısında dayanmış silahlı döyüşçülər atışa-atışa camaatı qoruyur və irəliləyirdilər. İndi yan tərəflərdən də bizə aramsız atəş açılırdı.

Onlar qonşu kəndlərdən tökülüb gəlmiş silahlı ermənilər idi. Allahyar kişi və Hüseynalı kişi qabaqda bələdçilik edir, camaatı Kətiyin zirvəsindən ətəyinə qədər uzanan ensiz dərə ilə aparırdılar. Bu dərəni sağ və sol tərəflərdən atılan güllələr tuta bilməzdi. Ancaq arxadan Pirəməki kəndi yaxınlığındakı postlardan pulemyot və iri çaplı avtomatlardan açılan atəşlər adamlar üçün qorxu törədirdi. Kətiyin lap ətəyində Ermənistan qaçqını İnqilab yaralandı. Ona kömək edib aparan olmadığından elə yaralandığı yerdə də qaldı. Əli Allahverdiyev, Gündüz Əhmədov və Elşən Fərhadov aldığı güllə yarasından həlak oldular. Onların cəsədləri Kətiyin zirvəsinə yaxın yamacda qaldı.

Lakin mən bilirdim ki, hələ əsas döyüşlər Kətiyi ətraf erməni kəndlərindən tökülüşüb gələn ermənilərin hücumundan sonra başlayacaqdır. Ona görə də Allahverdi muəllimə tapşırdım ki, bir güclü dəstə ilə Dəhraz tərəfə düşmən postlarına tərəf gedib onları camaata yaxınlaşmağa imkan verməsin. Özüm isə əsas qüvvə ilə sol cinahda mövqe tutdum. Qalan qüvvələr əhalini 150-200 metr aralıdan əhatə edirdilər. Nəhayət Kətiyi aşdıq. Birinci döyüşümüz Bəy Bulağı ətrafında oldu. Bu döyüşdə çətin vəziyyətə düşdük. Məhyəddinin qəhrəmanlığı sayəsində Bulud və mən mühasirədən çıxdıq.

İkinci dəhşətli döyüş Abdal ərazisinin lap yaxınlığında baş verdi. Bu dəfə qudüzlaşmış düşmən özünü unudub qabağa çıxmışdı. Biz onları layiqincə cəzalandır dıq. Salamat qalanları qaçıb öz mövqelərinə çəkildilər. Bu döyüşdə Əlövsətlə Kərəm yaralandılar.

Burada Abdaldan çoxlu silahlı-silahsız adamlar bizə köməyə gəlmişdilər. Onlar bizimlə bərabər axırıncı döyüşdə iştirak etdilər. Abdallılar bizim taqətdən düşmüş insanları maşınlara oturdub kəndə daşıyırdılar.

8. Kənddə və yolda qalan insanlar

Abdal kəndi Malıbəyli və Quşçular camaatını sevinclə qarşıladılar. Xilaskar oğullarımızı bağırlarına basıb öpdülər. Hər ev 10-15 nəfəri qonaq saxladı. Evində rahat şərait yaradaraq, keçən günlərin ağrılarını unutdurmağa çalışdılar. Yuxarıda adlarını çəkdiyimiz Malıbəyli və Quşçular kənd sakinləri danışırlar ki, özümüzə gələndən sonra kimlərin öldüyünü, qaldığını və ya girov düşdüyünü aydınlaşdırmağa çalışdıq. Məlum oldu ki, Quşçularda Niyaz və Əlfətt qardaşları yaşı 100-dən artıq olan xəstə analarından ayrıla bilməmiş onun yanında qalmışlar. Niyazın arvadı Küleyşə xala da ərini və qaynanasını qoyub getməmişdi. 80 yaşlı Seyid Möhsün kişi şikəst idi, yerindən tərpənə bilmirdi. Onun arvadı Küldəstə də dar gündə ərini buraxmamışdı. Yaşı 80-dan artıq olan Səriyyə xala da ev-eşiyini tərk edə bilməmişdi.

Sonradan Niyaz kişi qardaşı Əlfətnin çıxıb getməsini təkidlə tələb edir. Əlfət də qardaşının tələbini yerinə yetirərək evdən çıxır və başqa bir evin zirzəmisində gizlənir. Burada o, Bəndalı kişiyə rast gəlir. Onlar kecə yarı gizləndikləri yerdən çıxıb evlərinin yandığını görürlər. Əlfət və Bəndalı bir-birinə qoşulub bütün gecəni meşə ilə yol gəlib Xocalıya çıxa bilirlər. Xocalıda Əlfət kişi sonuncu vertolyota minib Gəncəyə gedir. Bəndalı kişi isə faciə gününə qədər Xocalıda qalır. Xocalının faciəsi günü o, gecə 12 nəfər Xocalı sakininə bələdçilik edib Qar-Qar çayının vadisi meşəliklə sağ-salamat Ağdama gətirib çıxarır.

Malıbəylidə Qafar kişi xəstə anasını tərk etməmiş onun yanında qalmışdı. Şamaxı xalanın evi mərmi zərbə sindən sonra od tutub yanmışdı. Bundan sonra isə onun özünü görən olmamışdı. Kəray kişinin «Malıbəylidən çıxdığını gördüm» deyən olmadı. Daha iki nəfər 70-dən yuxarı yaşı olan ağsaqqal qocalar İldırım kişi və Yunis kişi kənddən çıxmamışdılar.

Kəndini tərk etməyib könüllü girov düşmüş insanların sonrakı taleyinə aydınlıq gətirmək üçün onlardan biri, əsirlikdən xilas olub qayıtmış Niyaz Zeynalovun «İki ay erməni əsirliyində» kitabında yazdıqlarını ən etibarlı hesab etdik. Yaşı 70-dən yuxarı olan Niyaz kişi iki ay erməni əsirliyində zülm və işgəncələrə dözmüş, dəfələrlə ölümlə üz-üzə dayanmışdı. Lakin o qürurunu qoruyub saxlamış, erməni təhqirlərinə təhqirlə cavab vermişdi.

Niyaz kişini ölümün pəncəsindən Varya adlı bir erməni qadını xilas etmişdi. Onun əri Slaviki 1991-ci ilin may ayında bizimkilər evində həbs edib Şuşaya aparmışdılar. Varya öyrənir ki, əri sağ-salamatdır və o Bakıda Şüvəlan həbsxanasında saxlanılır. Ona görə də əri ilə dəyişmək üçün Varya Niyaz kişini oğurlayıb aparır və evinin zirzəmisində gizlədir. Bu işdə ona ərinin və özünün qohumları yaxından kömək edirlər. Nəhayət, aprel ayının 12-də dəyişmə əməliyyatı baş tutur. Həmin gün Niyaz kişini Ağdama aparıb girovların dəyişdirilməsində böyük xidməti olmuş Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırova, Slaviki isə qohumlarına təhvil verirlər.

Niyaz kişi əsirlikdə olarkən özünün və onunla birlikdə əsir düşmüş həmvətənlərinin başına gələn müsibətləri, yuxarıda adı çəkilən kitabında belə təsvir etmişdi:

Qadınları və körpə uşaqları kəndin qarşısındakı Qəcər Qayasında olan kahalarda gizlətmişdik. Kənddəki evlərimizin çoxunu ermə nilər tankla dağıtmış dılar. Qalan evlər də zədələnmişdi. Fevral ayıiın 10 gecə saat 2 radələrində ermənilər Çinarbulaq tərəfdən tankla, canlı qüvvə ilə hücum edib Malıbəyli kəndini işğal etdilər. Malıbəyli kəndində yaşayan əhalinin hamısı bizim kəndə yığışdı. Malıbəylidə vuruşan müdafiə dəstəsi də bizim kəndə gəldi. Onlar Quşçular kəndində döyüşdə olan dəstəyə qoşuldular. Səhər saat 8-9 radələrinə kimi ermənilərlə vuruşduq. Bizim kənd mühasirədə qalmışdı, heç bir yerə çıxmağa yolumuz yox idi. Çox məsləhət etdik ki, qadınları, görpə uşaqları çıxartmaq lazımdır. Kahalarda qalmaqdansa çıxmaq məsləhətdir. Ağdam rayonunun Abdal kəndinə doğru getməkdən başqa heç bir yol yoxdur. Bu yol da ermənilər yaşayan kəndlərdən keçir. Bizim kəndlə Abdal kəndinin arası 30-40 km olar. Səhər saat 10 radələrinə kimi ermənilərlə vuruşa-vuruşa qadınları, uşaqları Abdal kəndinə yola saldıq. Heç kəs əyninə geyinməyə paltar, görpə uşaqları bələməyə əsgi və bürüncək götürə bilməmişdi. Camaat Abdala getmək üçün qalın meşələrdən, hündür dağlardan, daşlı-çınqıllı yollardan keçməli idi. Ermənilər də hər tərəfdən camaatı mühasirədə, güllə yağışı altında saxlayırdı. Mən baxdım ki, anamı apara bilməyəcəyəm. Yollar pis, uzaq, anam da qoca və xəstə. Çox fikirləşdim, anamın yanında qalmağı məsləhət bildim. Fikirləşdim ki, bəlkə bizi öldürmədilər. Maşınla başqa yerə apardılar. Kənddə anam Nubar, arvadım Güleyşə, əmim arvadı Səriyə, şikəst qoca seyid Möhsum və arvadı Gülüstan Malıbəylidən bizim kəndə gələn qoca yeganə, bir də mən qalmışdıq.

Hamımız bizim evə yığışmışbıq Mən də çöldə ermənilərin kəndə nə gür dolmağına baxırdım. Siftə kəndin qırağında olan mədəniyyət evinə və məktəbə od vurdular. Ermənilər məktəbi yandıranda mənim həyat yoldaşım Güleyşə və Gülüstan dedilər ki, qorxuruq. Kəndimizin yaxınlığında bizdən 7-8 yüz metrlikdə Tavaxana adında bulağın boşında qalın böyürtkənlik var idi. Dedilər gedib böyürtkən şəlində gizlənib axşam camaatın dalınça Abdal kəndinə gedəcəyik. Güleyşə və Gülüstan yanımızdan aralanandan beş dəqiqə sonra 30 nəfər erməni əsgəri avtomatı üstümüzə tuşlayıb yüyürdülər. 80 yaşlı Yunus kişi də qaçıb gəldi yanıma. Mən də darvazanın çöl tərəfində durmuşdum. Qocalar da evdəydilər. Erməni əsgərləri hər tərəfdən üstümüzə cumdular. Onlar muxtəlif paltarlar geyinmişdilər, dilləri də muxtəlif idi. Çoxusu nə rus, nə də erməni dilində danışmırdı. Hansısa xarici dillərdə danışırdılar. Bizi avtomatın qundağı ilə, təpiklə döydulər. Üç-dörd dəqiqədən sonra onlarla gələn bir erməni Azərbaycan dilində məndən soruşdu: "Camaat harada gizlənib? Bizə yerini deynən!". Dedim ki, camaat beş gündür kənddən çıxıb. Üstümə qışqırdı ki, niyə yalan deyirsən, düz danış. Dedim düz danışıram. Soruşdu ki, hara getdilər? Dedim Ağdama. Dedi: "Niyə yalan deyirsən. Biz beş gün bundan qabaq sizin kəndi götürməliydik. Özümüz bilirdik ki, kənddən qaçanda Əsgəran və Harov kəndinin arasındakı meşələrlə Ağdama gedəcəksiniz. Ona görə Əsgəranla Harov kəndi arasındakı meşələrdə beş gündür ki, postlar yaratmışıq. Özü də postda duranlara, oralarda olan erməni kəndlərində yaşayan ermənilərə göstəriş verilib ki, Malıbəyli və Quşçular kəndlərinin adamlarının hamısını öldürsünlər, sağ qalanları isə diri-diri yandırsınlar. Heç bilirsən sizin adamlar bizim erməni kəndlərində yaşayan erməniləri nə qədər incidiblər? Bizim iki maşın adamı Harov kəndinin yanında maşında yandırmısınız".

Mən yenə də dedim ki, bizim adamlar beş gündür kənddən çıxıblar. Soruşdu ki, hansı tərəfdən getdilər. Mən Əsgəran tərəfi göstərdim. Həmin erməni dedi ki, onda sizin adamlar Xocalıya dolublar. Əsgəranla Harov kəndinin arasından keçməyiblər. Onsuz da Xocalını hər tərəfdən mühasirəyə almışıq. Hamısını bir yerdə qıracağıq. Bəs sən niyə getməmisən? Mən dedim anamın və anamdan başqa üç qocanın yanında qalmışam. Onların harda olduqlarını soruşdu. Mən bizim evi gostərdim. Azərbaycan dilində danışan erməni mənlə pis rəftar etmirdi. Özü dedi ki, onun 36 yaşı var. Bakıda anadan olmub, 1989-cu ilə kimi Bakıda yaşamışdı. Dedi ki, bizim kəndə dolan ermənilər hamısı xaricdən gələnlərdir. Qarayanız, qara paltar geyinmiş ermənilər Amerikadan gələn ermənilərdir. Çənəsi uzun, gözləri göy və içəri batıq olanlar Suriya-Livan erməniləridi. türkiyədən, Fransadan, İrandan gələnlər də çoxdu. On min qoşun gəlib.

Mənə dedi:

- sizi aparıb klubun yanında yandıracağıq.

Mən isə cavab verdim:

- özün deyirsən Bakıda anadan olmusan. Səni Bakıda öldürməyiblər, yandırmayıblar, qolunu, qılçanı sındırmayıblar. Gəlib əlinə silah götürüb azərbaycanlıları qırır, evləri qarət edib yandırırsınız. Bizi niyə yandırırsınız?

Dedi ki, belə tapşırıq verilmişdi. Məni əsir aparmaq istəyirdilər. Dedim anamla, o biri qocalarla vidalaşım, qoymadılar. Xaricdən gələn ermənilər ayağımdan tutub məni sürüdülər. Bizim evlə klubun arası 1 kilometr olardı. Klubun yanına gətirdilər. Xaricdən gələn ermənilər bizi yaman döydulər. Turkiyə ermənisi mənə «turk», «Azırbaycan», «musurman», «duşman» deyib avtomatın qundağı ilə döşümdən elə vururdu ki, yıxılırdım, başladı təpiklə döyməyə.

Mən həmin Bakı ermənisinə dedim ki, qoyma bizi yandırsınlar. Əlindəki avtomatla özün öldür. Qoyma bizi namərdliklə öldürsünlər. Azərbaycanda yeyib-içdiyin su, çörək sənə haram olsun. Bizi gətirdilər klubun yanına, qocalar evdə qaldılar. Biz klubun yanına çatanda baxdım ki, bizim evə od vurdular. Qocaları da evin içində yandırdılar. Anam gözlərim baxa-baxa beləcə yandı. Malın-qoyunun mələşməsi, itlərin ulaşması, ermənilərin səsi, topların, tüfənglərin nəriltisi, gurultusu qarışmışdı bir-birinə. Adam özündən asılı olmayaraq dəhşətə gəlirdi. Anamın və qocaların nə cür vəhşicəsinə yandırıldıqları bir an da gözlərim onundən getmir...

İndi də yanımda qalan mənim həyat yoldaşım Güleyşə və Möhsum kişinin arvadı Gülüstan haqqında. Güleyşə və Gülüstan başlarına gələnləri söhbət edib deyirlər ki, sənin yanından aralanıb istədik Tavaxana bulağına gedək. Gördük ermənilər qabaq tərəfdən bizə tərəf gəlirlər. Kəndin içində qaratikan kolundan həyətlərə çəpər vurulub. Biz tez çəpərin dalında yerə uzandıq. Bizi görmədilər, ordan keçib sənin yanına tərəf getdilər. Biz tez qarın üstüylə sürünə-sürünə bulağa çatdıq. Bulağın başında bitən böyürtkən kolları qarın altında qalmışdı. Amma lap köhnədən həmin böyürtkən kollarının içinə zil maşının dəmirini tullamışdılar. Gördük heç bir yerə çıxmağa yolumuz yoxdur. Hər tərəfdən ermənilər kəndə dolur. Başımızı yuxarı qaldırsaq bizi görəcəklər. Ona görə də həmın böyürtkən kolunun ıçindəki maşın dəmirini güclə qaldırıb altına kirdik. Dəmirin altında gizləndik. Hər yer qalın qar idi. Axşam qaranlıq düşənə qədər soyuq dəmirin altında qaldıq. Bir tərəfdən üstümüzə dəmirin soyuğu, bir tərəfdən qarın, torpağın soyuğu bizi əldən saldı. Ermənilərin səsi, atılan topun, tüfəngin gurultusu kəndi başına götürmüşdü. Qaranlıq düşəndə dəmirin altından çıxdıq. Soyuq bizi nə cür tutmuşdusa, ayaqlarımız yerimirdi. İkimiz də əl-ələ verib bizim kənddən üç kilometr aralıdakı Abdal kəndinə adamlarımız gedən tərəfə getmək istədik. Bizim adamlar Pirəməki və Harov kəndlərinin arasındakı Tovladaş deyilən yerə çatmışdılar. Həmin Tovladaş qalın meşəlikdir. Böyük tövlələr kimi daşlıq, qayalıqdı. Ona görə həmin yerə Tovladaş adı verilib. Arvadlar bir çətinliknən çatıblar Tovladaşa, Deyirlər ki, gördük ç"o/bərk uşuyuruk, kibritimiz var idi, qayaların aralarından quru çırpı yığıb bir böyük daşın dibində oçaq qaladıq. Oçağı qalayıb əllərimizi, ayaqlarımızı oçaqda qızdırmaq istəyirdik. Harov və Pirəməki kəndlərindən oçaq qaladığımız yerə nə cür atəş açdılarsa, elə bil göydən başımıza leysan yağırdı. Biz tez ocağı keçirdik. Qayaların altına girib gizləndik. Gecənin yarısına kimi həmin yeri atəşə tutdular. Sonra atəşin səsi kəsildi. Yerdə qalın qar, meşələr. Hündür dağlar, qayalar yol getməyə imkan vermirdi. Birtəhər gedib Abdal meşəsinə çatdıq. Meşənp elə bir duman bürüdü ki, oradan çıxmağa yol tapmodıq. Qaranlıq gecə, Özü də duman. Meşələrlə getdik, amma bilmirdik hara gedirik. Gördük lap yaxında donuz səsi gəlir. Özü də işıqlaşıb, duman da çəkilib. Baxdıq ki, Ağbudaq adlı ermənilər tərəfindən işğal olunmuş kəndinin lap yaxınlığına çatmışıq. Biləndə ki, erməni kəndidir, geri qayıdıb meşəyə girmək istədik. Bizi Ağbudaq kəndindən ermənilər görmüşdülər. Biz meşəyə çatanda ermənilər töküldülər üstümüzə. Bizi tutub kənd sovetinin idarəsinə gətirdilər. Mənim həyat yoldaşım evdə olan gəlinlərin qızıllarını, xırdapara qiymətli şeyləri, pulu şala büküb belinə bağlamışdı. Ağbudaq kənd sovetinin idarəsində iki nəfər erməni onların üst-başlarına əl gəzdirib, nə varsa hamısını alırlar. Fevral ayının 13-də onları Əsgərana gətirirlər. Sonra erməni milisləri onlara deyiblər ki, siz adamlarınıza məktub yazıb göndərərsiniz. Sizin hər birinizə 30 min manat pul düzəldib göndərərlər, sizi buraxarıq.

Güleyşə deyir ki, Həsən, Şəmsəddin və Təyyarın adına, Gülüstanın oğlanları Fəzayıl, Şamayıl və İslamın adına məktub yazdılar ki, 30 mii manat pul tapın, bizi qurtarın. Yazdıqlarını bizə oxudular, biz də qol çəkdik. Fevral ayının 25-də pulu alıb Allahverdinin köməyi ilə bizi dəyişdilər. 


Səh.| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |