ÊÀÐÀÁÀÕ â ÄÎÊÓÌÅÍÒÀÕ

 

 Íà÷àëî | ÁÈáëèîòåêà | Ôîòî ôàêòû | Êàðòèííàÿ ãàëåðåÿ | Ññûëêè | Ôîðóì | ÎïðîñÏîèñê â google | AZAD QARABAĞ |

TÜRK YURDU QARABAĞ – YÜZ İL MÜHARİBƏ

TÜRK YURDU QARABAĞ – YÜZ İL MÜHARİBƏ

Səh.| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |


II. QARABAĞ AZƏRBAYCAN DEMOKRATİK RESPUBLİKASI DÖVRÜNDƏ

1. Birinci Dünya Müharibəsi ərəfəsində erməni-türk qarşıdurması

2. Azərbaycan Demokratik Respublikasının yaranması

3. Nuru Paşa və Qafqaz İslam Ordusu

4. İslam Ordusunun zəfər yürüşləri

5. Azərbaycan Milli Korpusunun yaradılması

6. Bakıda qurtuluş bayramı

7. Türk ordusu və Şuşanın xilası

8. Azərbaycanda Milli Ordu quruculuğu

9. Qarabağ general-qubernatoru Xosrov bəy Sultanov

10. Zəngəzur hadisələri və Azərbaycan Milli Ordusu

11. Milli Ordumuzun Qarabağda hərbi əməliyyatları


II. QARABAĞ AZƏRBAYCAN DEMOKRATİK RESPUBLİKASI DÖVRÜNDƏ

1. Birinci Dünya Müharibəsi ərəfəsində erməni-türk qarşıdurması

Türkiyədə ağır məğlubiyyətə uğrayan erməni millətçiləri Rusiyanın nüfuzlu siyasi partiyaları ilə əlaqəyə girmək və «Erməni məsələsi»ni Rus imperiyasına daxil olan xalqların milli azadlıq hərəkatının tərkib hissəsi kimi qələmə vermək fikrinə düşdülər. Bu məqsədlə də 1912-ci ildə «Daşnaksütyun» partiyası Tiflis şəhərində «Erməni Milli Bürosu» adlı yeni bir təşkilat yaradıb onun tərkibinə erməni millətçiləri ilə yanaşı yüksək rütbəli çar məmurlarını da daxil etdilər. Onların vəzifəsi yeri gəldikcə «erməni məsələsi»ni imperatorun nəzərinə çatdırmaq və onun həllinə çalışmağı xahiş etməkdən ibarət idi. Məhə bu siyasətin nəticəsi olaraq 1913-cü ildə Rusiya ilə Türkiyə arasında gedən danışıqlar zamanı ermənilərə muxtariyyət verilməsi məsələsi də müzakirə edilmişdir.

Rusiyadan müdafiə olunduqlarını görən daşnaklar «Dənizdən dənizə Böyük Ermənistan» uğrunda mübarizəyə qalxaraq «Türkiyəni məhv etmək», «Türkləri qırmaq» və s. şüarları ilə erməniləri milli münaqişəyə səslədilər. 1914-cü il noyabr ayının 1-də Türkiyənin I Dünya müharibəsinə qoşulmasından istifadə etməyə çalışan daşnaklar 4 ay ondan sonra Van əyalətində ermənilərin (hayların) qiyam etməsinə nail oldular. Qiyamçılar Türk kəndlərinə hücum edib yandırır, əhalisini kütləvi şəkildə qıraraq faciələr törədirdilər.

Erməni könüllüləri Antantanın qoşunları tərkibinə daxil olub Türkiyəyə qarşı vuruşurdular. Türkiyədə müvəqqəti hökumət dövründə «Daşnak» partiyasının yaratdığı 50 min nəfərlik erməni korpusu da Türkiyə əleyhinə döyüşlərə qoşuldu. Türkiyənin ruslarla Sarıqamış ətrafındakı döyüşdə məğlubiyyəti ermənilərin ruh yüksəkliyini daha da artırmışdı. Onların Türk kəndlərinə basqın etməsi, fəciələr törətməsi get-gedə şiddətlənməkdə idi.

Vəziyyətin qorxulu olduğunu görən Türkiyə hökuməti döyüş cəbhələrindən müəyyən qədər hərbi hissələr ayığıb daha dəhşətli düşmənlə - ermənilərlə döyüşə göndərməyə məcbur oldu. Nankor ermənilərlə döyüşdə Türk əsgərləri zəfər qazandı. Hər yerdə erməni hərbi birləşmələri və üsyançıları məğlub edildi. Törətdikləri cinayətlərin əvəzində ermənilər yarım milyona qədər insan itirdilər. Türkiyə daxili işlər nazirinin 24 aprel 1915-ci il tarixli əmri ilə mərkəzi şəhərlərdə erməni təşkilatlarının fəaliyyəti qadağan edildi. Ermənilər Türkiyənin mərkəzindən dağlıq hissələrə köçürüldülər. Türkiyəyə qarşı fəaliyyətdə təqsiri olan 600 nəfərdən çox erməni liderləri həbs olundu. Öz əməllərinə görə layiqinə cəza almış ermənilər sonradan bütün dünyaya haray salaraq həmin hadisələri «kenosid» kimi qələmə verib fevralın 24-nü ermənilərin milli matəm günü elan etdilər.

2. Azərbaycan Demokratik Respublikasının yaranması

Rusiyada Oktyabr inqilabının qələbəsindən sonra 1918-ci il fevral ayının 10-da ermənilər, gürcülər və Azərbaycan türkləri birlikdə mərkəzi Tiflis şəhərində olan Qafqaz Konfederasiyası yaratdılar. Müstəqil dövlət kimi fəaliyyət göstərən Konfederasiyanı hər üç millətin bərabər sayda nümayəndəsi daxil olan, parlament mahiyyətli Seym idarə edirdi. Lakin, Konfederasiyaya daxil olan millətlər arasında mehriban münasibətlər olmadığından onlar məcburiyyət qarşısında birkə hərəkət etməli olurdular. Ona görə də Konfederasiyaya daxil olan dövlətlərin hər biri öz problemlərini həll etmək üçün sərbəst hərəkət edib müəyyən tədbirlər həyata keçirməyə, o cümlədən milli ordularını yaratmağa çalışırdılar. Digər iki respublikadan fərqli olaraq Azərbaycanın öz milli ordusunu yaratmaq imkanı çox aşağı idi. Çar hakimiyyəti dövründə Azərbaycan türklərinin hərbi xidmətdən azad edilməsi ölkənin milli hərbçi kadrlara olan ehtiyacını ödənilməz etmişdi. Belə bir vəziyyətdə Azərbaycan hökuməti milli varlığını qoruyub saxlamaq üçün ancaq qardaş Türkiyəyə güvənə bilərdi. Ona görə də

Konfederasiyanın Azərbaycan komitəsi öz elçilərini Türkiyəyə göndərib kömək göndərilməsini xahiş etdi. Mart ayının 10-da Osmanlı imperiyasının hərb naziri Ənvər Paşanın əmri ilə 3-cu ordu komandanı Vehib Paşa Qars, ərdəhan və Batumdan erməni, kürcü qoşun birləşmələrini çıxarmaq üçün hərbi əməliyyata başladı. Qələbə ilə sona yetən bir neçə döyüş əməliyyatından sonra Türkiyənin danışıqlara başlamaq haqqında taləblərini Qafqaz Konfederasiyası qəbul etməyə məcbur oldu. Mart ayının 14-də Trabzonda başlayan sülh konfransı aprel ayında Batumda davam etdirildi. Türkiyənin bütün tələbləri Ermənistan və Gürcüstan tərəfindən qəbul edildi.

Hələ danışıqlar getdiyi ərəfədə Bakıda Şaumyanın başçılıq etdiyi daşnak və rus bolşevik qüvvələri dəhşətli qırğınlar törətmiş, yerli hakimiyyəti devirmiş, bolşevik hökuməti qurmuşdu. Martın 18-də başlayan və aprelin sonuna qədər davam edən bu qırğınlarda 20 mindən artıq türk şəhid edilmişdi. Bakı quberniyasını əksinqilabçılardan təmizləmək adı altında Şaumyan 30 minlik ordu birləşmələri ilə Gəncə, Quba və Şamaxı istiqamətlərində hərbi əməliyyatlara başlamışdı. Qarabağda da erməni millətçiləri fəallaşmışdı. Hər gün Qarabağın şəhər və kəndlərində terror və qətllər törədilməsi barədə kədərli xəbərlər yayılırdı. Azərbaycan türk bolşeviklərinin lideri Nəriman Nərimanovun qırğınları dayandırmaq üçün etdiyi cəhdlər heç bir nəticə vermirdi. Aprel ayının 25-də Şaumyanın sədrliyi ilə Bakı Xalq Komissarları Şurası yaradıldı. Şuranın mühüm nazir vəzifələrinə ermənilər və ruslar təyin edildilər. Demək olar ki, Bakıda xalis Ermənistan hökuməti yaradılmışdı.

Qafqazda Azərbaycan türklərinin belə ağır vəziyyətinə Osmanlı Türkiyəsi dözə bilməzdi. Aprel ayının axırında Türkiyənin I II korpusunun qrup komandanı Yaqub Şövqü Paşa Kürcüstanın Axıska və Axalkələk, Ermənistanın Gümrü şəhəri istiqamətlərində yerləşmiş Türk qoşunlarına hücum əmri verdi. Artıq may ayının 15-dək qəhrəman Türk ordusu həmin istiqamətlərdə mövqe tutmuş kürcü və erməni hərbi qüvvələrini darmadağın etmiş, İrəvan və Tiflis şəhərlərinə doğru sürətlə irəliləməkdə idi. May ayının 20-də Osmanlı dövləti Qafqaz Konfederasiyası heyətinin sədri Çenkeliyə ultimatum xarakterli bir nota göndərib, Bakı və onun ətrafında bolşeviklərin türkləri vəhşicəsinə qırdığını və bunu Osmanlı dövlətinin sakitcə müşahidə etməyəcəyini bildirdi. Notada belə bir tələb də var idi ki, Qafqaz Konfederasiyasını təşkil edən hər bir xalq öz müqəddaratını müstəqil həll etsin.

Belə bir vəziyyətdə Qafqaz Konfederasiyası mayın 26-da təcili olaraq Seymin son iclasını keçirib orada Konfederasiyanı ləğv etdi. Həmin gün kürcülər və ermənilər öz müstəqilliyini elan etdilər. May ayının 28-də Azərbaycan özünü müstəqil dövlət kimi elan etdi. Qafqaz Konfederasiya Seymində Azərbaycanı təmsil edən 10 nəfər Müsavat yönlü nümayəndədən ibarət Milli Şura quruldu. Şuranın sədri Məmməd Əmin Rəsulzadə seçildi. Milli Şura 12 nazirdən ibarət Azərbaycan hökumətini təşkil etdi ki, onun da ilk baş naziri Fətəli xan Xoyski oldu. Milli hökumət bir müddət Tiflis şəhərində fəaliyyət göstərdi. Bakı daşnak-bolşevik qüvvələrinin işğalı altında olduğundan hökumət iyul ayının 16-da Gəncə şəhərinə köçməyə məcbur oldu.

Osmanlı Dövləti müstəqilliyini elan etmiş hər üç Qafqaz dövləti ilə ayrı-ayrılıqda və birlikdə sülh müqaviləsi bağlamaq qərarına gəldi. Belə bir müqavilə 1918-ci il iyun ayının 4-də Batum şəhərində imzalandı. Kürcüstanla bağlanan müqavilədə Brest-Litovsk sülhündə müəyyən olunmuş sərhədlər Osmanlı imperiyasının xeyrinə daha da genişləndirildi. Batum şəhəri, Axiska və Axalkələk qəzaları də Osmanlı imperiyasına aid edildi.

Ermənistanla bağlanan sülh müqəviləsində isə Osmanlı dövlətinin 1877-1878-ci illərdəki rus-türk müharibəsinə qədər olan sərhədləri bərpa olunmuş, Kümrü-culfa dəmir yolu keçən ərazi və culfa-Naxçıvan bölgəsi alınaraq Azərbaycana aid edilmiş, Ermənistana 10 min kvadrat kilometr ərazi məhdudiyyəti qoyulmuşdu. Azərbaycan və Ermənistan nüməyəndələri arasında gedən danışıqlarda tərəflər razılığa gəldilər ki, Aleksandropol qəzasında 10 min kv. kilometr ərazidə Ermənistan dövlətinin yaradılmasına Azərbaycan tərəfi etiraz etmir. Əhalisinin 70%-i türk olan İrəvan şəhərinin Ermənistanın paytaxtı olmasına Azərbaycan o şərtlə razıdır ki, ermənilər Qarabağa olan əsassız iddialarından əl çəksin. Beləliklə bu məsələdə Azərbaycan Demokratik cümhuriyyətinin rəhbərliyi küzəştə getməklə ilk böyük səhvə yol verdi.

Gürcüstan və Ermənistan dövlətləri ilə baqlanan müqavilələrdə bu iki dövlət ordusunun Osmanlı dövlətinin məsləhət bildiyi miqdarda olması, dəmir yollarından Türk ordusunun sərbəst istifadə etməsi və bu dövlətlərin ərazilərindən keçməsi, Osmanlı dövləti ilə müharibə aparan dövlətlərin vətəndaşlarının bu dövlətlərin ərazisindən çıxarılması kimi hökmlər də var idi.

Osmanlı dövləti ilə Azərbaycan cümhuriyyəti arasında bağlanmış sülh müqaviləsinin birinci maddəsində göstərilirdi ki, bu iki dövlət arasında qardaşlıq və dostluq əbədi mövcud olacaqdır. İkinci maddədə Azərbaycanın Ermənistan və Gürcüstanla sərhədləri müəyyənləşdirilirdi. Müqavilədə aşağıdakı mühüm maddələr də var idi:

- Azərbaycan Cümhuriyyəti tərəfindən istənilərsə Osmanlı dövləti intizamı və asayişi tdmin etmək üçün bu ölkəyə əsgər göndərəcəkdir.

- Azərbaycan Cümhuriyyəti sərhədləri daxilində heç bir silahlı qruplaşmalara və onların fəaliyyətinə imkan verməyəcək. - Hər iki tarəf dəmir yollarının istifadəsində bir-birinə kömək göstdrəcəkdir.

Müqavilənin sonrakı maddələrində səfirlik açmaq, hüquq, rabitə siyasi və iqtisadi sahədə əməkdaşlıq etmək öz əksini tapmışdır.

Çox maraqlıdır ki, həmin müqavilədə Bakı neftinin Qara dənizə ötürülməsi üçün Bakı və Batum arasında bir neft boru kəmərinin inşa olunması qərara alınmış, neft hövəələrinin qorunması haqqında Osmanlı dövləti Azərbaycan və Gürcüstan respublikaları arasında bir ortaq müqavilə də imzalanmışdı. Göstərilən müqavilələri Osmanlı dövləti adından ədliyyə naziri Xəlil Məntəşə ilə 3-cü Ordu komandanı Mehmet Vehib Paşa, Azərbaycan dövləti tərəfindən isə Milli Məclisin Sədri Məmməd Əmin Rəsulzadə və xarici işlər naziri Məmmədhəsən hacinski imzalamışlar.

Buradan görünür ki, Osmanlı İmperiyası yeni yaranan Azərbaycana birinci gündən dayaq olmuş, onu müstəqil dövlət kimi tanımış, siyasi və hərbi sahədə hərtərəfli yardım etmiş, dirçəlməsi və yaşaması üçün mümkün olan hər şeyi etməyə hazır olmuşdur. Hər üç Qafqaz dövlətləri ilə bağlanan müqavilələrdə Osmanlı dövləti kökü bir, dili bir və namusu qeyrəti bir olan Azərbaycan türklərinin mənafelərini qorumuş, uzun müddət baqlı olan həsrət yollarını açmışdı. Naxçıvan və Qarabağ torpaqlarının Azərbaycan ərazisi daxilində coqrafi birləşməsini, Azərbaycanla Osmanlı dövlətinin ortaq sərhəddə malik olmasını təmin etməklə babalarımız bu iki Türk dövlətinin ümumi düşmənə qarşı bir yumruq kimi birləşməsinin bünövrəsini qoymuşlar.

3. Nuru Paşa və Qafqaz İslam Ordusu

hələ Zaqafqaziya Federasiyası tərkibində olarkən Azərbaycan hökuməti ilk gündən milli ordu yaratmaq haqqında qərar qəbul etmiş, bu işi general Əliağa Şıxlinskiyə tapşırmışdı. Azərbaycan cümhuriyyəti yarananda onun 600 nəfərlik bir ordusu var idi. Ölkənin güclü bir orduya ehtiyacı olmasına baxmayaraq hərbçi kadrların çatışmaması səbəbindən ordu quruculuğu çox ləng gedirdi.

Azərbaycandakı vəziyyəti daima diqqətlə izləyən Ənvər Paşa onun etibarlı şəkildə qorunması və işkaldan azad olunması üçün "Azərbaycanda güclü bir ordu yaratmaq" fikri ilə yaşayırdı. O, Azərbaycan xalqının tarixində böyük əhəmiyyət kəsb edən bu işi ökey qardaşı. 28 yaşlı polkovnik-leytenant Nuru bəyə tapşırmaq qərarına gəlir. Lakin o zaman Nuru bəyin hərbi rütbəsi ordu komandanı vəzifəsinə təyin olunmaq üçün kifayət etmirdi. Onda Sultan V Mehmet Rəşad Nuru bəyi general-leytenant rütbəsinə yüksəldib onun Azərbaycanda yaradılacaq «Qafqaz İslam Ordusu»nun komandanı olduğu və Qafqazda sultanın adından siyasi fəaliyyət apara biləcəyi haqqında bir fərman imzaladı.

1918-ci il may ayının 25-də 20 nəfər zabitlə Kənnəyə gələn Nuru Paşa çox böyük sevinc və hörmətlə qarşılanır. Ordu quruculuqu işinə başlayan Nuru Paşa dərhal ölkədə hərbi səfərbərlik elan edib 18-dən 29 yaşa qədər gəncləri hərbi xidmətə çağırdı. Orduda xidmət etmək üçün müraciət edən könüllülər də çox idi. Lakin, zabit kadrların çatışmaması bu qədər gəncin eyni zamanda hərbi hazırlığa cəlb edilməsini mümkünsüz edirdi. Digər tərəfdən Gəncədə ermənilərlə türklər arasında son həddə çatmış gərgin vəziyyət Nuru Paşadan çevik hərəkət etməyi tələb edirdi. İyun ayının 10-da Nuru Paşanın xahişi ilə V Qafqaz diviziyasının 2 alayı Gəncəyə gəldi. Bir gün sonra Gəncə erməniləri hərbi güc qarşısında təslim olub silahlarını təhvil verdilər. İyun ayının 15-də Mosuldakı VI Ordu qərargahından ordu quruculuğu işinə kömək üçün Gəncəyə 14 nəfər zabit, 488 nəfər çavuş, gizir və əsgər göndərildi. Nuru Paşanın əmri ilə Gəncədə zabit kadrları hazırlayan hərbi kurslar açıldı. Burada ancaq Azərbaycan türklərindən olan gənclər oxuyurdular.

Lakin, bu çox qısa müddətdə yaradılmış ordu, Azərbaycanın işğalını davam etdirən daşnak, rus, bolşevik qüvvələrinin qərbə tərəf irəliləyişinin qarşısını almaq üçün kifayət deyildi. Onda Nuru Paşa Qafqaz İslam ordusunun döyüşkən bir diviziya ilə qüvvətləndirilməsinin lazım olduğunu Ənvər Paşaya bildirdi. Eyni zamanda Azərbaycan Milli Şurasının sədri Məmməd Əmin Rəsulzadə Batum müqaviləsinin şərtlərinə uyrun olaraq bir Osmanlı qoşun birliyinin Azərbaycana göndərilməsini III Ordu Komandanı Vehib Paşadan xahiş etdi.

Vehib Paşa Baş Komandanlıqla razılaşıb şanlı döyüş yolu keçmiş, V Qafqaz diviziyasının Kümrü şəhərindən Gəncəyə, Nuru Paşanın sərəncamına getməsi haq qında əmr verdi. Lakin, Gürcüstan hökuməti Türk ordu hissəsinin dəmir yolundan istifadə etməsinə, ölkə ərazilərindən keçməsinə razılıq vermədi. Onda diviziyanın komandiri Mürsəl Paşa bu yolu hərbi yürüşlə keçməyi qərara aldı və nəzərdə tutulan gün sağ-salamat Gəncəyə yetişdi. Bundan bir neçə gün sonra əfsanəvi qəhrəmanlıqları ilə məşhur olan XX canaqqala diviziyası da Gəncəyə gəldi. Bu iki diviziya və general Əliağa Şıxlinskinin korpusu Qafqaz İslam Ordusu adı altında birləşdi.

Bütün bunlara baxmayaraq Baş Komandan Nuru Paşa sakitləşmək bilmir, yeni hərbi qüvvələr göndərilməsini Türkiyə hərbi nazirliyindən tələb edirdi. Odur ki, Ənvər Paşa daha 4 cəsur Türk alayını İslam Ordusunun tərkibinə qatılmaq üçün Gəncəyə göndərdi. Beləliklə, Nuru Paşa Qafqaz İslam Ordusunu erməni və rus bolşevik qüvvələrinin təcavüzünün qarşısını almağa qadir olan bir səviyyəyə çatdırdı. Bu ordu ilə düşmən qarşısına çıxmaq olardı.

4. İslam Ordusunun zəfər yürüşləri

Şaumyanın göstərişi ilə Bakıdan üç istiqamətdə qərbə tərəf hərəkət edən daşnak, rus və bolşevik hərbi birləşmələrindən ibarət 30 minlik ordunun bir hissəsi göyçaya yaxınlaşırdı. İslam ordusunun mayor Əhməd Həmdi bəyin komandanlıq etdiyi hərbi birləşmələri 1918-ci il iyunun 28-də göyçay yaxınlığında düşmənə qarşı hücum əməliyyatına başladı. Lazım olan qədər qüvvə cəmləşdirdikdən sonra Türk qoşunları komandanı hücum əmri verdi. Artileriya və pulemyotların köməyi ilə düşmənin döyüşən qüvvələri məhv edildi. Sağ qalanlar Qaraməryam qəsəbəsinə tərəf geri çəkilib orada olan hərbi hissələriylə birləşməyə calışırdı. Lakin, onları təqib edən İslam ordusu birlikləri buna imkan verməyib, hərbi əməliyyatları davam etdirdi. Türkün hücumuna tab gətirməyən düşmən qüvvələri Qaraməryəmdə xeyli silah və sursat qoyub şərqə doğru çəkildilər.

Səlyan istiqamətində hərəkət edən düşmən qüvvələri Kür çayı boyunca kəndləri dağıdır, əhalisinə divan tuturdu. Bunun qarşısını almaq üçün iyun ayının 16-da mayor Nazim Ramazanovun komandanlığı altında 600 nəfərlik İslam ordu birləşməsi göndərilmişdi. İyulun 2-nə qədər olan döyüşlərdə düşmən bir neçə dəfə ağır zərbələr almış, şimala doğru geri çəkilməyə məcbur olmuşdu. Nəhayət, mayor Əhməd Həmdi bəyin komandanlıq etdiyi İslam ordu birliklərinin Səlyana gəlməsi ilə son və qəti hücum əməliyyatı başladı. 12 iyulda başlanan bu hücumla Türk ordusu düşmən qüvvələri üzərində tam qələbə çaldı.

Köyçay-Qaraməryəm döyüşlərində məğlub olmuş daşnak-bolşevik hərbi birləşmələrinin qalıqları geri çəkilərək Kürdəmir-Ağsu nahiyələrində mövqe tutmuş və əlavə qüvvələrlə möhkəmlənmişdi. İyul ayının 5-də Nuru Paşa özü cəbhə xəttinə gələrək hücum əməliyyatına rəhbərlik etdi. Həmin gün 10-cu və 13-cü Qafqaz alayları düşmən mövqelərinə hücuma keçdi. İyulun 6-da artıq çəbhə xətti yarılmış, mövqelər ələ keçirilmiş, düşmən əsgərləri pərən-pərən salınmışdı. Döyüş meydanında gullü miqdarda hərbi silah, sursat, 800-ə qədər ölü və yaralı qoyub qaçan düşmən Ağsu qəsəbəsinə od vurub yandırmaqla hirsini soyutmalı oldu.

İyulun 7-də Kürdəmirdə toplaşmış daşnak bolşevik qüvvələrinə hücum oldu. Üç gün üç gecə davam edən döyüşlərdən sonra Kürdəmir azad edildi. Düşmənin hərbi birləşmələri Türk ordusunun təqibi altında Şamaxıya tərəf geri çəkilməli oldu. Onlar Şamaxı şəhərində və Mərəzə qəsəbəsində mövqe tutub möhkəmlənməyə cəhd etdilər. Lakin Nuru Paşa düşmənə yeni qüvvə gətirib möhkəmlənməyə imkan vermədi. İyun ayının 19-da Nuru Paşa Şamaxı yaxınlığındakı Mədrəsə kəndinə toplanmış düşmən qüvvələrini məhv etmək əmri verdi. 13-cü Qafqaz alayının döyüşçüləri Nuru Paşanın əmrini layiqincə yerinə yetirdilər. İyulun 20-də bolşeviklərin Şamaxı şəhərindəki mövqeləri tamamilə dağıdılıb məhv edildi. 21 iyulda Mərəzə uğrunda döyüşlər başladı. Bu döyüşdə 28-ci taburun komandiri mayor İzzət Əfəndi şəhid oldu. Onun cənazəsi özünün vəsiyyət etdiyi kimi qanı tökülən yerdə, Şamaxı ərazisində, Bakı-Şamaxı yolunun sağ kənarında dəfn edildi.

Şəhid türk zabitinin məzarı üzərində kiçik bir abidə qoyduğuna görə Şamaxının Təklə kəndindən çox hörmətli, xeyriyyəçi Məlik Məhəmməd kişi 1937-ci ildə edilib, bir daha geri qayıtmamışdı. Onun oğlu, ata yurdunda yaşayan haçı Məlik kişi o hadisəni belə xatırlayır:

- İzzət Əfəndi körpü altında gizlənib qalmış yaralı erməni tərəfindən tufənglə vurulmuşdu. Atam onu evinə gətirib üç gün xidmətində dayanmış, öləndən sonra isə böyük hörmətlə dəfn etmişdi. Atamızın vəsiyyəti ilə mən və qardaşlarım onu qardaşımız hesab edib, məzarını da bu günə qədər qoruyub saxlamışıq. Bizim bu kiçik məzarı layiqli bir abidə ilə əvəz etmək arzumuz nəhayət ki, 1999-cu ildə Türkiyənin Azərbaycandakı səfirliyinin köməyi ilə həyata keçdi.

Şamaxı və Mərəzə ətrafında məğlub olmuş düşmən qüvvələrinin qalıqları Türk ordusunun təqibi altında !u Bakıya tərəf qaçışmağa başladılar. Türk oğullarının qanı ilə suvarılan Azərbaycan torpaqları çox böyük bir sürətlə düşmən tapdakından azad edilirdi. İndi hamının yolu Bakıya idi. Azərbaycan xalqının dostları da düşmənləri də Bakıya tələsirdi. Məhə Bakıda kimsə məğlub olmalı, kimsə də zəfər çələnginə sahib durmalı idi. Türk birliklərinin Bakıya yaxınlaşmasını görən Antanta dövlətləri Türklərin Baş Qərargahına təzyiq göstərərək əməliyyatların dayandırılmasını tələb edirdilər. Dünya müharibəsində məğlub olmuş ölkə kimi Türkiyə Brest-Litovsk sülh şərtlərinə əməl etməli və Antanta dövlətlərinin bu tələbini yerinə yetirməli idi. Lakin, Ənvər Paşa özünü bu tələblərə müsbət yanaşan kimi göstərsə də istər Şərq orduları qrup komandanı Xəlil Paşaya, istərsə də İslam Ordusu komandanı Nuru Paşaya xüsusi gizli əmrlər göndərir, əməliyyatların davam etdirilməsini, Bakının düşmənlərdən təmizlənməsini tələb edirdi. Türk ordusu Bakıya yaxınlaşdıqca ətraf kəndlər İslam Ordusunu gul-çiçəklə qarşılayır və onlara əllərindən gələn yardım göstərirlər.

Bakıya ilk hücum avqust ayının 5-də başladı. Lakin bu çox ağır və gərgin keçən döyüşdə İslam Ordusu öz mövqelərindən 2 km geri çəkilməli oldu. Türk əsgərlərinin qəhrəmancasına vuruşmasına baxmayaraq mərmi, gullə və Digər hərbi sursat çatışmamazlılığı özünü göstərdi. Bununla yanaşı bu döyüşdə Nuru Paşanın böyük sərkərdəlik qabiliyyəti sayəsində Türk ordusu düşmənə nisbətən çox az itki vermişdi. Belə ki, 5 avqust döyüşündə düşmən tərəf 2000 ölü və yaralı itki verdiyi halda İslam Ordusu 9 şəhid zabit, 139 şəhid sıravi əsgər itki vermiş 323 nəfər yaralanmışdı.

Bakının xilasının uzanması şəhərdə yaşayan Anadolu türklərini ciddi narahat edirdi. Odur ki, əsgərlərin döyüş ruhunu yüksəltmək üçün onlar 10 avqust 1918-ci ildə Türk Ordusuna müraciət hazırlamış və yaymışlar. Müraciətin mətni aşağıdakı kimidir:

«Milyon və milyardlar şəhəri adlanan Bakının qapıları önündə neçə gündür qələbə quşunun qanadlarını tutmaq istəyən Türk ordusuna.

Bu gözəl şəhəri əgər siz zəbt edə bilməsəniz, Türkün və onun ordusunun şərəfini indi dayandığınız xəndəklərin içində basdırmış olacaqsınız.

Əkər siz bu sərvət və qızıl şəhərini zəbt edə bilməsəniz, doğma vətəninizə gözdl bir hədiyyə təqdim etmək imkanını əldən qaçırmış olacaqsınız.

Əgər siz yaşıl dənizin bu məşhur şəhərini zəbt edə bilməsəniz, Qafqaz Türkləri və Türküstan Müsəlmanlarının ürəyinə sancılmış xəncərin üzərinə «Heyif ki, Türk bizə köməyə gəlmədi» cümləsi yazılacaq . Qafqaz fəryad edəcək, Türküstan ağlayacaq.

Əgər siz bu böyük İslam şəhərini zəbt edə bilməsəniz, Allah deyənləri aradan qaldırmaq istpəyən düşmənlər qabaqdan və arxadan sizi əhatə edəcək və qıcanmış dişlər yeni zülümlər üçün alovlanmış olacaqdır.

Əgər siz, dəmir quyulardan dünyaya sərvdt axıdan bu neft şəhərini zəbt edə bilməsəniz, tarix qarşısında utanaraq yerə baxacaqsınız. Və bütün dost düşmən ölkdlərində ən kiçik bir evdə, ən işsiz adamların belə dillərinin əzbəri olan Bakı şəhərinin həyəcan və pərişanlığı Türklərin pərişanlığı ilə sona çapqacaqdır. Düşmənlər böyük və çox böyük bir zəfərin açarını ələ keçirdiklərini, bəlkə də az haqlı olaraq, elan edəəklər. Dostlarımız belə bir itki üçün peşimanlıqlarını gizlətməyəcəklər və bizi qəmləriylə məhv edəcəklər.

Ey Türk əsgəri! Əgər sən bu şəhəri almazsan, Bakıda sənin üçün hazırlanan süfralər qonaqsız qalacaq, sənin üçün tikilən geyimi düşmənin geyəcək, Sənin üçün verilən qurbanlar qəbul edilməyəcək, sənin üçün kəsilən qurbanlar düşmənə qalacaqdır. Sənin üçün hazırlanan qızıl kisələrini düşmən ələ keçirəcəkdir. Əgər sən bu şdhəri ala bilməsən, İslam gəlinlərinin duvaqlarını kafirlər yırtacaq , yenə mübarək İslam qanı qırmızı şərablar kimi vəhşi işgəncələrin yolunda axacaqdır. Sənin zəfərin üçün dua edən zlləri zalımlar kəsəcəkdir. Əgər sən bu sarı işıqlı qızıl şəhəri ala bilməzsən, qadınlar saçlarını yolacaq, ağlını itirəcəkdir, indiyə qədər axan qanlar, boş yerə axmış, sən də bu toz-torpaqlı yerlərdə pzrişan və səfil olacaqsan. Türkün gözlərini çıxarıb iplərə düzən düşmənləri şənləndirəcəksən.

Fəqət, sən ey Türk əsgəri! İngilislərin gücünü öz gücünlə Çanaqqalada darmadarın etpdin. Ən böyük döyüş gəmilərinin ən böyük mərmilərinə sinə gəldin. Qutquləmmarədə 14000 əsir götürdün. Qarşındakı düşmənin çoxunu, erməniləri bəlkə Azərbaycandan, Qarsdan bəri qarşına qataraq bu şəhərə qədər sıxışdırdın. Türk adını yüksəkliklərə qaldıran canaqqala, Qutquləmmarə, Kaliçiya, Ruminiyadan sonra Qafqaz gələcək və Bakı şəhəri də igidlik tacının bir almaz qaşı olacaqdır. Al Bakını! Vətənə bir almaz ərmağan et!

5. Azərbaycan Milli Korpusunun yaradılması

Bakıya ikinci hücuma hazırlaşmaq üçün Türkiyədən əlavə qüvvə,. Hərbi silah və sursat gəlməsini gözləmək lazım idi. Azərbaycanın gələcəyini bir an unutmayan Nuru Paşa yaranmış fasilədən istifadə edərək Azərbaycan Milli Ordusunun təməlini qoymaq məqsədilə bir Milli Korpus təşkil etmək qərarına gəldi. Avqust ayının 13-də o, aşağıdakı bəndlərdən ibarət olan bir əmr verdi:

1. Azərbaycan Cümhuriyyətpində ordu qurma işlərini Qafqaz İslam Ordusu tənzim və idarə edəcəkdir.

2. Qurulacaq korpusun döyüş nizamnaməsi hazırlanacaq və 6 avqust 1918 il tarixi və şöbə 173/5 nömrə ilə göndəriləçdkdir.

3. Sıravi birlikləri müxtəlif məntəqələrdə təşkil edərək bunlar sonradan tələbata görə daha böyük birliklər şəklində təşkilatlandırılacaqdır.

4. Təşkil edilməkdə olan kiçik birliklər korpus və diviziya qərargahlarının təşkil olunmasına qədər Qafqaz İslam Ordusunun sərənçamında olacaqlar.

5. Korpusun zabitlərinin hamısı müsəlman olmalıdır. Bütün zabitlər və əsgərlər Osmanlı hərbi forması keyinəcəklər. Süvarilər mərasimlərdə cərgəz hərbi forması geyəcəklər.

6. Mövcud Azərbaycan korpusu dərhal ləğv edilməyəcəkdir. Korpusun Gəncədə və digər məntəqələrdə olan bütün silah, sursat, təminat maşın, heyvan və paltarları yeni qurulacaq korpusu təmin etmək üçün Qafqaz İslam Ordusunun əmrinə veriləcəkdir. Azərbaycan korpusu 15 avqust 1918-ci il tarixinə qədər bunların siyahısını Qafqaz İslam Ordusuna təqdim edəcəkdir.

7. yeni təşkil olunacaq birliklərdə danışıq və yazı işləri Türk dilində olacaqdır (Azərbaycan türkçəsiylə). Elan olunan bu əmr Azərbaycanda fəaliyyət göstərən bütün Osmanlı birlikləri ilə Azərbaycan Korpusunun komandalığına və Azərbaycan hökumətinə göndərilmişdir.

Yeni yaranacaq Azərbaycan Milli Korpusu müxtəlif yerlərdə qurulacaq 4 piyada alayı olan iki piyada tümənindən ibarət olacaqdır. Hökumət çağırılacaq əsgərləri yerli mövqe komissarlıqları vasitəsilə toplayacaqdır. Təşkil olunan tabur, alay və diviziya komandirləri ilk günlərdə Osmanlı zabitləri olmalı, daha sonralar onların yerlərini yetişəcək Azərbaycan zabitləri tutacaq lar. Qurulacaq alayların iaşə işlərini yerli təşkilatlar vasitəsilə məntəqə və qarnizon komandirləri Azərbaycan hökuməti hesabına təmin edəcəkdir. Rus ordusunda generallıq etmiş əliara Şıxlınski bu korpusun komandanı tə yin ediləcəkdir.

 Nuru Paşanın bu korpusu yaratmaqda məqsədi Osmanlı birliklərin Azərbaycandan getdikdən sonra yaranacaq boşluğun doldurulması və Azərbaycan Cümhuriyyətinin təhlükəsizliyinin qorunması idi. Hadisələrin sonrakı inkişafı göstərdi ki. Nuru Paşa Azərbaycanın gələcəyini görmüş və qorunması üçün vaxtında düzgün və qəti addımlar atılmışdı.

6. Bakıda qurtuluş bayramı

Sentyabr ayının 9-da artıq Şərq Ordu Qrupundan Xəlil Paşanın göndərdiyi alay Bakıya çatmış, İslam ördusu qüvvətləndirilmiş, silah və sursat təminatı qaydaya salınmışdı. Xəlil Paşa özü də Bakıya gəlmiş, Nuru Paşa ilə birlikdə hücum hazırlığını nəzərdən keçirmişdi. Hücum əməliyatında V Qafqaz diviziyasına Mürsəl Paşa, 15-ci piyada diviziyasına polkovnik Süleyman İzzət bəy və cənub qrupu birliklərinə isə Polkovnik Çəmil Çahid bəy kimi təcrübəli hərbi sərkərdələr komandanlıq edəcəkdilər. Şəhəri müdafiə edəcək 10000 bolşevik-daşnak və 1500 ingilis əsgərlərinə qarşı 8000 osmanlı və 6000 Azərbaycan əsgəri cəmlənmişdi.

Bakıya hücum Nuru Paşanın əmri ilə sentyabr ayının 13-də başladı. İki gün davam edən döyüşlərdən sonra Bakıda qaçhaqaç düşür. Yadellilər gəmilərə doluşub hərəsi bir tərəfə qaçmaqla canlarını qurtarmağa çalışırlar. Bakıda olan ingilis qoşununun komandanı generalı Denstervill müdafiənin mənasız olduğunu görüb əsgərlərinin gəmilərə doluşmasını əmr edir. "Bakını türklərin əlindən ala biləcək qüvvə yer üzərində yoxdur" qənaətinə gəlmiş generalın gəmisi İrana tərəf üz tutur. Həmin günlər hakimiyyətdən devrilmiş bolşevik liderləri də gəmilərə doluşub canlarını qurtarmaq üçün həştərxana tərəf qaçmaq istəmişlər. Lakin onların gəmisi istiqamətini dəyişərək Türkmənistana gəlmiş, orada bolşevik liderlərinin 26 nəfəri («26 bakı komissarı») gullələnmişdi.

Sentyabr ayının 15-də İran konsulu ilə daşnak-rus ordusunun erməni komandanı Nuru Paşanın qərargahına gələrək təslim şərtlərini müzakirə etməyi xahiş edirlər. Nuru Paşanın təklif etdiyi aşağıdakı şərtləri hər iki tərəfin nümayəndələri təsdiq etdi:

1. Bakı qeydsiz-şərtsiz dərhal təslim olunsun.

2. Şəhəri müdafiə edən dskərlər dərhal təslim ol sunlar.

3. Bütün silah, sursat, dövlət malı və binalar təhvil verilsin.

4. Narkin adasında olan türk, alman və avstriyalı əsrlər təhvil verilsin.

5. Silah anbarları, ərzaq, avtomobil və yuk maşınları, zirehli maşınlar və təyyarələrlə birlikdə bütün əşyalar təhvil verilsin.

6. Xalqın can və mal toxunulmazlığı təmin edilsin.

Beləliklə, gücə döyüşlərinə girmədən Bakı təslim oldu. Polkovnik cəmil cahid bəy Bakı komendantı təyin edildi. O, şəhərdə asayiş və təhlükəsizliyin təmin olunması işlərinə və qayda-qanun yaradılmasına başladı. Sentyabr ayının 16-da Xəlil Paşa və Nuru Paşa hərbi birliklərin qələbə raportlarını qəbul edib şəhərə daxil oldular. Şəhər əhalisi öz xilaskarlarını gulciçəklə, alqışlarla qarşıladı. Küçələrdə Türk əsgər və zabitlərinin şərəfinə qurbanlar kəsildi. Bakının azad edilməsi mübarək bir gün olan Qurban bayramına təsadüf etdiyindən Azərbaycan xalqı ikiqat bay ramı bir anda yaşayırdı.

Türk dünyası üçün böyük tarixi əhəmiyyəti olan Bakı uğrundakı döyüşlərdə 800 nəfər Anadolu mehmetciyi və 500 nəfərə qədər Azərbaycan əsgəri şəhid oldu. Bu qədər qəhrəman türk oğlunun qanı hesabına vətən torpaqları azad edilmiş, Azərbaycan azadlığa qovuşmuşdu.

Bakı azad olan kimi Azərbaycan hökuməti Gəncədən Bakıya köçdü. İlk günlər hökumət «Metropol» mehmanxanasında yerləşdi. Mehmanxananın qarşısında Türkiyənin və Azərbaycanın bayraqları yanaşı dalqalanırdı. Sentyabrın 23-də hökumət üzvləri Bakıda ziyafət məçlisi təşkil edib buraya Azərbaycanın xilaskarı, Qafqaz İslam Ordusunun komandanı, Bakının fatehi Nuru Paşa və onun gənc zabitlərini də dəvət etdilər. 15 sentyabr Bakının qurtuluş gününə həsr olunmuş bu ziyafətdə cümhuriyyət nazirləri, məmurları, ziyalıları, mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər.

Nazirlər şurasının sədri Fətəli Xan Xoyski məclisi açaraq Trablis müharibəsinin qəhrəmanı, «Altun-ləyaqət», «Altun imtiyaz» medalları ilə təltif olunmuş, 29 yaşlı Türk generalı, Qafqaz İslam Ordusunun komandanı, Fariq Nuru Paşa Hacı əhməd oğlunu qonaqlara təqdim etdi. Ziyafət iştirakçıları həmişə döyüşlərdə zəfərlər qazanmış, türkçülük aşiqi, Azərbaycan xalqının xilaskarı, Bakı qurtuluş savaşının qalibi, qəhrəman Türk oğlunu sürəkli alqışlarla qarşıladılar.

Nuru Paşanın müşaviri əhməd bəy Ağayev generalın döyüş yolundan, onun Azərbaycan xalqı qarşısında tarixi xidmətlərindən, milli ordu quruculuğu sahəsində fəaliyyətindən, Bakının azad edilməsi uğrunda döyüşlərdə nail olduğu qələbələrdən və bütün bunların Azərbaycan Demokratik cümhuriyyəti üçün böyük əhəmiyyətindən danışdı. O, Bakının qurtuluşu uğrunda döyüşlərdə həlak olmuş qəhrəman Türk şəhid oğullarının xatirəsini anmaq üçün hamını ayaq üstə bir anlıq sükuta dəvət etdi. Sonra söz Milli Şuranın sədri M.ə.Rəsulzadəyə verildi.

O, əvvəlcə Azərbaycan Cümhuriyyətinin üçrəngli milli bayrağının bir gün əvvəl Milli Şurada təsdiq olunması münasibəti ilə ziyafət iştirakçılarını təbrik etdi… Böyük öndər Məmməd Əmin Rəsulzadə 15 sentyabr Bakının qurtuluş gününü ləyərləndirdi. Bu ziyafətdə general Nuru Paşa Türkün kimliyini və onun gələcək yolunu göstərən, bu gün də əhəmiyyətini itirməyən Qafqəz İslam Ordusu əsgərlərinə xitabən səslədiyi çox qısa nitqinə bu sözlərlə başladı:

«Ey qəhrəman türklərin igid oğuları! Siz şanlı Türk övladları olduğunuzu Bakının qurtuluşuna varmaqla subut etdiniz. Ey Şərq günəşinin hərarətli qoynunda bəslənən azad Türk Dünyasının istiqanlı igid balaları! Qarışqalar kimi ayaq altında tapdanmağa da həyatmı deyirik? Xayır, türk olduğunu anlayaq, hər kəs bunu qəbul etməz. Yerin üstündə yatmaqdansa altında yatmaq daha gözəl deyilmi? Biz kimsədən tərənüm ummayırıq. Tərənnüm bir millətin ölməsi deməkdir. Silahına arxalanmayan bir millət yüksək dağlara belə dayanarsa, nəhayət, yıxılacaqdır».

Ziyafətin sonunda 19 yaşlı Azərbaycan dramaturqu cəfər Cabbarlının 29 yaşlı Türk Paşasının şərəfinə hazırladığı səhnə tamaşa göstərildi. Tamaşada Nuru Paşa, Ənvər Paşa, Xəlil Paşa və başqa türk savaş və dövlət xadimlərinin surətlərinin ifaçıları, görkəmli artistlər türk oğullarının Azərbaycanın xilası yolunda çalışmalarından epizodlar nümayiş etdirdilər. Nuru Paşa və onun silahdaşları böyük heyranlıqla tamaşanı izləmiş, sonda ayağa qalxaraq gənc dramaturqu zəfərlər çalmış sərkərdəyə layiq alqışlara qərq etmişlər.

7. Türk ordusu və Şuşanın xilası

1918-ci ilin yazında Andronik 6 minlik erməni qoşunu yaradaraq Azərbaycanın kəndlərinə basqın edib qanlı qırğınlar törədir, Zəngəzur, Qarabağ, Culfa və Ordubadın türk kəndləri üçün təhlükə yaradırdı. Osmanlı ordusunun qərargahı bu barədə dəqiq məlumat aldıqdan sonra Kazım Qarabəkir Paşanın əmri ilə 11-ci Qafqaz diviziyası bu bölgəyə cəlb olundu, eyni zamanda Türkiyə qoşunlarının bir bölməsinə, həsən Bəsri bəyin komandanlığı altında, culfa-Ordubad istiqamətindən Şuşaya hərəkət etmək əmri verilmişdi. Onlar Şuşanın müdafiəsini təşkil etmək, Andronikin şəhərə daxil olmasına imkan verməmək tapşırığı almışdılar. Avqustun ortalarında Şuşaya daxil olan Osmanlı ordu bölməsini Şuşalılar böyük sevinclə qarşıladılar. Kər tərəfdə onların ayaqları altında qurbanlar kəsilirdi. Türk evlərinin eyvanında Türk bayraqları dalğalanırdı.

Şəhərin komendantı təyin olunan Kəsən Bəsri bəy dərhal Şuşanın müdafiəsi işinin təşkilinə başladı. Silahdan istifadə edə bilən 15 yaşdan 60 yaşına qədər olan bütün müsəlman əhali siyahıya alındı. 45 yaşına qədər olan gənclər döyüşən hissələrə cəlb edildi, yuxarı olanlar isə ehtiyata götürüldü. Əhalini silahlandırmaq üçün 14 komitə və qərargah yaradıldı. Şəhərin erməni və türklər yaşayan hissələri arasında sərhəd möhkəmləndirildi. Komendantın əmri ilə şəhər varlılarından pul toplanır və həmin pulla alınan taxıldan çörək bişirilib qatqat ucuz qiymətə yoxsullara satılırdı. Tezliklə şəhərdə ümumi səfərbərlik elan edildi və Türkiyədən gəlmiş gənc zabitlər Şuşa gənclərinə hərb sənətinin sirlərini öyrətməyə başladılar. Komendantın icazəsi olmadan şəhəri tərk etmə, varını gizlətmə və hərbdən yayınma hallarına qarşı çox ağır cəza növləri tətbiq olunurdu.

Ətrafına kifayət qədər böyük qüvvə toplayan Andronik Şuşa yolunu nəzarəti altına almış, kəndlərdə qətllər törədilməsinə, türklərin yurd-yuvalarından qovulmasına göstəriş vermişdi. Ən çox erməni təcavüzünə Dantavir, Zayıq, Abdallar, Kərəvəz, Aqadi kəndləri, Mələd, Sisiyan və yaylaq nahiyələri məruz qalırdı. Erməni millətinə xas olan vəhşi üsullarla öldürülən türklərin vəziyyəti insanı dəhşətə gətirirdi.

Mövcud təhlükəli vəziyyət qarşısında qalan Qafqaz İslam Ordusunun Qarabağ məntəqəsinin komandanı İsmayıl haqqı Bəy baş komandanı Nuru Paşaya göndərdiyi raportlarda ermənilərin Şuşaya hücumunun qarşısını almaq üçün bir hərbi birliyin göndərilməsini və tezliklə Qarabağ əməliyyatına başlanmasını tələb edirdi. Əks halda ermənilər bu ərazilərdə yaşayan türkləri tamamilə məhv edə bilərdi. Artıq Şuşa 20 min türk sakinləri ilə, Qarabağa daxil olmuş Andronikin mühasirəsində çırpınırdı. Qalanın müdafiəsi yaxşı təşkil olunduğundan düşmən şəhərə yaxınlaşa bilmirdi. Ermənilər Ağdam və Şuşa qalası arasındakı Əsgəran yolunu nəzarət altında saxlayaraq mühasirədə olan Şuşaya kənardan ola biləcək köməyi məhdudlaşdırmışdı. Ermənilərin dəhşətli bir kenosidə hazırlaşdıqları aydın görünürdü.

Nəhayət Nuru Paşa doğma Türk elləri olan Qarabağa, vaxt itirmədən, qüvvə yeridilməsinə əmr verdi. Polkovnik cəmil cahid bəy Qarabağ əməliyyatını aparacaq 1-ci Azərbaycan diviziyasının komandiri təyin olundu. Oktyabrın 6-da bütün qüvvələr Ağdama yığışmışdı. Şuşaya getmək üçün əvvəlcə Ağdamdan 10 km-lik bir məsafədə olan və ermənilər tərəfindən möhkəm müdafiə olunan Əsgəran qalasını keçmək lazım gəlirdi. Oktyabrın 7-də 2-ci Azərbaycan alayı və süvari alayı Əsgəranın qarşısına gələrək mövqe tutdular. Doqquzuncu Qafqaz alayının iki topçu batareyası qəflətən hücuma keçərək erməniləri cənub-şərq istiqamətində geri çəkilməyə məcbur etdi. Bu uğurlu hücumun yaratdığı əlverişli şəraitdən istifadə edən Qafqaz alayının 25-ci taburu şimaldan düşmənin arxasına keçdi və onu mühasirə vəziyyətinə saldı. Bununla da Əsgəranı müdafiə edən ermənilərin müqaviməti qırıldı və mühasirədən salamat çıxan ermənilər darınıq halda qaçıb meşələrdə, dağlarda gizləndilər.

Əsgəran keçidi alınan kimi Azərbaycanın süvari alayı gecikmədən Şuşaya doğru yürüş etdi. Süvari alayı Andronikin ordusu ilə döyüşmək üçün özlərinə Şuşa ətrafında mövqe tutdular. Andronik Şuşanın yaxınlığına gələn 5-ci Qafqaz diviziyasının piyada hissələri ilə döyüşməyə çəsarət etmədi. O, türk ordu birləşmələrinin təqibi altında geri çəkilməyə, Şuşadan uzaqlaşmağa məcbur oldu.

Oktyabr ayının 16-da Türk əsgərləri və mehmetçikləri Şuşaza daxil oldular. Şuşanın musəlman əhalisi xilaskarlarını mehribanlıqla, gul-ciçəklə qarşıladılar. Osmanlı Türkiyəsinin və ümumiyyətlə Böyük Türkiyə adına şüarlar deyildi, alqış sədaları yayıldı. Şuşa evlərinin üstündə Türk bayraqları dalqalandı.

Albay Gəmil Gahid bəy ermənilərin türklərə qarşı etdikləri zülm, işgəncə və qırğınları bilib, gözü ilə gördüyünə baxmayaraq onlarla qəzəblə və nifrətlə davranmamışdı. O yerli türk ağsaqqalları ilə toplantı keçirərək belə bir nitq söylədi: «yaxşılığımızı fikirləşərək söylədiyim sözlərimi qəbul edin və dediklərimə riayət edin. Ermənilərə indi itaət etmələrini təklif edəcəyəm. Qəbul etməzlərsə, bir orduya itaətsizliyin cəzası nədirsə onlara göstərəcəyəm. İtaət edərlərsə, həyat, namus və malları toxunulmazdır və heç bir kəsin bir hərəkətlərinə icazə vermərəm. İtaət etmədikləri halda onlara veriləcək cəzanı dediklərim yerinə yetirəcək. Türk xalqının kənardan baxmasını və hər kəsin öz iş və gücünün dalınca getməsini tələb və əmr edirəm».

Bu nitqi ilə Cəmil Cahid bəy Türk ordusunun sülh və əmin amanlığın təmsilçisi olduğunu bir daha nümayiş etdirmişdir.

Ermənilər türkün itaət etmək təklifini dərhal qəbul etdilər. Ancaq tarixin bir çox acı təcrübələri sübut etmişdir ki, onların bu hərəkətlərində səmimiyyət olduğuna şübhə ilə yanaşılsın. Ermənilər ancaq Türk ordusu qarşısında zəif olduqları zaman tabeçilik göstərmiş, müdafiəsiz qalan Türk xalqına qarşı isə həmişə amansız olmuş, yaramaz əməllərindən çəkinməmişlər.

Şuşa azad edildikdən sonra birinci Azərbaycan diviziyası Qarabağın kəndlərini erməni birləşmələrindən təmizləmək üçün hərbi əməliyyata başladı. Ağbulaq, Nisxan, Qaladərəsi və Rayatlar yaşayış məntəqələrində erməni birləşmələri ilə döyüşlər gedirdi. Bu zaman Türkiyədə Tələt Paşa hökuməti istefa vermiş, əhməd İzzət Paşa yeni hökumət qurmuşdu. Osmanlı Dövlətinə Antanta dövlətləri və hətta öz yaxın müttəfiqi Almaniya tərəfindən təzyiqlər göstərilir, Azərbaycanda hərbi əməliyyatları dayandırmaq tələb olunurdu. Bu səbəbdən 1918-ci il oktyabr ayının 23-də əhməd İzzət Paşa Qafqaz İslam Ordusunun Komandanı Nuru Paşaya Qarabağ əməliyyatlarının dayandırılmasını əmr etmişdi. Lakin Azərbaycanı, Türkiyəni böyük məhəbbətlə sevən, Türkün qəhrəman sərkərdə oğlu Nuru Paşa Qarabağda döyüşləri dərhal dayandırmayıb döyüş əməliyyatlarının başa çatdırılmasına çalışırdı.

Tezliklə Qarabağda olan I Azərbaycan diviziyasının Azərbaycan Türk generalı İbrahim aqa Usubova verilməsi haqqında Qafqaz İslam ordusu komandanının əmri gəldi. Bu əmrə görə diviziyanın şəxsi heyətində heç bir dəyişiklik edilmədi və onun kücü olduğu kimi saxlanılaraq general İbrahim ağa Usubova təhvil verildi. Qəhrəman Türk əsgərləri Qarabağda qalıb onun düşmənlərdən təmizlənməsi işini davam etdirmək imkanı verdiyi üçün sevimli komandirləri Nuru Paşaya təşəkkür ifadə etdilər.

8. Azərbaycanda Milli Ordu quruculuğu

Nəhəyət, Almaniya, Türkiyə və Antanta dövlətləri arasında oktyabr ayının 30-da Mudros limanında sülh razılaşması oldu. Onun maddələrinin birində Türk Ordusunun Azərbaycan ərazisindən çıxarılması tələb olunurdu. Milli münasibətlərin nizama salınması, başqa bir maddədə isə Azərbaycanda ərazi bütövlüyünün və dövlət quruluşunun qorunması məsələsi qoyulur və onun icrası ingilis qoşunları komandanlığına tapşırılırdı. Odur ki, tezliklə Osmanlı Türk qoşun birlikləri Azərbaycanı tərk etməli, onun yerini ingilis qoşunları tutmalı idi. Bu cətin günlərdə Nuru Paşa qan qardaşlarını, Azərbaycan türklərini darda qoyub getmək istəmirdi. O, Türkiyəli əsgərlərin arzusunu nəzərə alaraq onların Azərbaycan ordusu sıralarında qalıb xidmət etmələrinə icazə verdi.

Noyabr ayının 17-də general Tomsonun komandanlığı altında olan 2000 nəfərlik ingilis qoşunları Bakıya gəldi. Gəmin gün Türklər Bakını tərk etməli idi. Son anda Nuru Paşanın və onun silahdaşlarının Azərbaycan vətəndaşlığı qəbul etmək və Azərbaycanda qalıb yaşamaq xahişi Tomson tərəfindən rədd edildi. Lakin buna baxmayaraq Nuru Paşanın Azərbaycan xalqının səadəti uğrunda mübarizəsi dayanmamışdı.

Nuru Paşa Azərbaycanın müstəqilliyi uğrunda çox iş görmüşdü. Lakin ölkəmizdə onun əməyi indiyə qədər layiqinçə öz qiymətini almamışdır. Nuru Paşanı indi də Azərbaycan vətəndaşlığına qəbul edib arzusuna catdırmaq olar. Bakının ən əzəmətli yerində Nuru Paşanın heykəlinin ucalacağı gün uzağda deyil. Azərbaycanı qoruyaraq şəhid olan Türk hərbçilərinə abidələr qoyulması bizlərin müqəddəs borcu olaraq qalmaqdadır. Türk ordusunun Bakıdan getməsi ilə yalnız bir korpusun ümidində qalan Azərbaycan hökuməti dekabrın 25-də topçu generalı Səməd bəy Mehmandarovu hərbi nazir təyin edib, ona və general Əliağa Şıxlinskiyə Milli Ordu yaratmaq yolunda ciddi tapşırıq verdi. Qarşıya çıxan maliyyə çətinliklərinə və digər çatışmamazlıqlara baxmayaraq, 1919-cu ildə 25 min nəfərlik ordu yaratmaq planlaşdırıldı. Həmin ilin sonunda Azərbaycan 2 piyada və bir süvari diviziyasından ibarət orduya malik idi. Ordunun sərəncamında 3 zirehli qatar, 4 təyyarə, 6 zirehli avtomobil, 2 hərb gəmisi var idi.

Gözlənilən erməni təcəvüzünün qarşısını almaq üçün Azərbaycan hərb naziri Qarabağın strateji əhəmiyyəli nöqtələri olan Xankəndində, Şuşada və Ağdamda özünün qoşun hissələrini yerləşdirdi. Əsgəranda isə mühafizə-gözətçi məntəqəsi yaratdı. Böyük vətənpərvər general Səməd bəy Mehmandarov əsgərlərin yüksək hərbi hazırlığa malik olması ilə onların sağlam milli şüura və küclü vətənpərvərlik hisslərinin malik olmasına böyük əhəmiyyət verirdi. Hörmətli jurnalist Şəmistan Nəzərlinin aşkar etdiyi tarixi bir sənəddə Səməd bəy Mehmandarov yazmışdır:

«Düşmənə qarşı mübarizə tədbirlərindən biri də xalq içərisində milli hisslərin yaradılmasıdır. Bu vəziyyət Azərbaycan Cümhuriyyətinin yaranmaqda olan gənc nəsli üçün xüsusi ilə zəruridir. Yuxudan yenicə oyanmış xalqda sağlam milli hiss oyatmalıyıq. Biz müsəlmanlar ancaq indi şüurlu həyat və milli yaradıçılıq dövründ ayaq basmışıq… Xalq arasında türk irsinin milli hisslərini və vüqarını qaldırmaq üçün xalqı, qoşunlarımızı onun tarixi keçmişi ilə tanış etməliyik... Gələcəkdə hökumətin köməkliyi ilə Türk xalqının dahi xadim və rəhbərləri üçün müvafiq abidələr qoymaqla, onların xatirələri əbədiləşməlidir».

1918-ci ilin tarixi hadisələrini təhlil edib ümumiləşdirərək belə nəticəyə gəlirik ki, Azərbaycan torpaqlarının erməni təcavüzündən qorunmasında, onun müs təqilliyinin tanınmasında qəhrəman Türk Ordusu öz üzərinə düşən vəzifələri şərəflə yerinə yetirmişdi.

9. Qarabağ general-qubernatoru Xosrov bəy Sultanov

Şuşa ətrafında ağır məqlubiyyətə uğramış Andronikin hərbi qüvvəsi Zəngəzura çəkilmiş və burada paytaxtı Gorus şəhəri olmaqla «erməni qubernatorluqu» yaratmışdı. Andronikin Azərbaycan ərazisi Zəngəzurda törətdiyi qanlı fəciələr haqqında hər gün Azərbaycan parlamentinə həyəcanlı məlumatlar daxil olurdu. İlk dəfə olaraq Ermənistan hökuməti Azərbaycana qarşı ərazi iddiasını açıq şəkildə bəyan edir, ortaya Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsini qoyurdu. Zəngəzurda yaranmış vəziyyətə nəzarət etmək üçün general Tomsonun tapşırığı ilə Korusa gəlmiş ingilis nümayəndəliyi də bu ərazidə törədilən faciələrin qarşısını ala bilmirdi.

1919-cu il yanvar ayının 15-də keçirilən Azərbaycan hökumətinin iclasında Qarabağdakı vəziyyət müzakirə edilərək Zəngəzur, Cəbrayıl və Cavanşir bölgələri də daxil olmaqla mərkəzi Şuşa şəhəri olan Qarabağ keneral-qubernatorluqu yaradılması haqqında qərar qəbul edildi. Xosrov bəy Paşa bəy oğlu Sultanov əlahiddə səlahiyyətlərə malik general-qubernator vəzifəsinə təyin edildi. Ona Qarabağda münaqişə törədən qüvvələri ləğv etmək, bölgədə qayda-qanun yaratmaq və Azərbaycan hakimiyyətini həyata keçirmək tapşırığı verildi.

General-qubernatorluğa öz hakimiyyət quruluşunu saxlamaq və 600 nəfərlik süvari dəstə təşkil etmək üçün bir aylıq xərçlərə 5 milyon manat vəsait ayrıldı. Qərarda silahlı qoşun hissəsinin 3000 çatdırılması, lazım gələrsə general-qubernatora ölkənin silahlı qüvvələrindən istədiyi vaxt müstəqil istifadə etmək səlahiyyətinin verilməsinin də mümkünlüyü nəzərdə tutulmuşdu.

Fevral ayının 12-də Xosrov bəy Sultanov Şuşaya gəlib vəzifəsinin içrasına başladı. Bir neçə gün sonra müttəfiq dövlətlərin Qafqaz üzrə komandanı general Tomson mayor Mak-Mossenin başçılığı ilə özünün xüsusi komissiyasını Şuşaya göndərmişdi. Verilən tapşırığa görə komissiya Andronikin hərbi hissələrinin ləğv edilməsinə, qaçqınların yurd-yuvalarına qayıtmasına və yerlərdə hökumətin tanınmasına çalışmalı və bu yolda general-qubernatorla əlbir fəaliyyət göstərməli idi. Beləliklə, Qarabağ general-qubernatorluğunun yaradılması və Xosrov bəy Sultanovun general-qubernator təyin edilməsi müttəfiq ölkələrin komandanlığı tərəfindən bəyənilmişdi.

Buna baxmayaraq Azərbaycan hökumətinin bu qərarını Ermənistan hökuməti özünün bir neçə əsassız etiraz notaları ilə qarşıladı. Andronik isə geniş ölçülü təcavüzkarlıq fəaliyyətinə başladı. Onun qüvvətləndirilmiş hərbi dəstəsi Korusdan Şuşaya tərəf hərəkət etdi.

Xosrov bəy Sultanov Andronikin planlarından və hərbi qüvvələrinin hərəkətindən vaxtında xəbər tuturdu. Daşnak ordusunun Şuşa üzərinə yürüşünün qarşısını almaq üçün o qardaşı Sultan bəy Sultanovla birlikdə tədbir görüb döyüşə hazırlaşdılar. Sultan bəy Laçın bölgəsində böyük nüfuz sahibi, varlı, dövlətli, hərbi təhsil görmüş qeyrətli bəylərdən idi. O var-dövlətini, el-obasını mühafizə etmək üçün kiçik süvari dəstəsi saxlayırdı. Soltan bəyin komandanlığı ilə bu dəstə dəfələrlə erməni quldur dəstələrinin qarşısına çıxmış, onları layiqincə cəzalandırmışdı. Bu dəfə Sultanov qardaşları Şuşaya gələn Andronik qoşunlarını Abdallar kəndinin yaxınlığında, yolun iki dağın arasından keçən dar hissəsində qarşılamağı qərara alırlar.

Yolun həmin hissəsini keçən erməni qoşunu hər tərəfdən atəşə tutulur. Andronik böyük itki verərək geriyə qaçmağa məcbur olur. Qardaşlar qənimət kimi çoxlu silah və sursat ələ keçirirlər.

Məğlubiyyətdən qeyələnən ermənilər Şuşada qırğın təşkil edib müsəlman məhəllələrinə od vurub yandırmaq, şəhəri mühasirəyə alaraq müsəlman sakinlərini qırıb Şuşanı ələ keçirmək fikrinə düşürlər. Ermənilər ayağa qalxıb ilk atəşi açan kimi onların hərəkətlərini izləyən Sultan bəyin partizan dəstəsi düşmən hissələrinin arxasını kəsib onu mühasirə vəziyyətinə salır. Belə vəziyyətdə üç gün davam edən döyüşlərdə düşmən qüvvələri darmadağın edildi və onun qalıqları şəhərdən qovulub çıxarıldı. Qarabağ general-qubernatorunun gördüyü ciddi tədbirlər nəticəsində Andronik Azərbaycan ərazisini tərk etməyə məcbur olmuş, milli münaqişəni qızışdıran erməni millətçiləri Şuşadan qovulub çıxarılmışdı. Lakin o, başa düşürdü ki, görüləsi işlər hələ qabaqdadır.

Azərbaycan hökumətinin 1919-cu il 19 aprel tarixli iclasında hesabat verən Xosrov bəy Sultanov qubernatorlurun hüdudları daxilində olan hərbi hissələrin ona tabe edilməsini tələb etdi. Ona görə ki, ancaq bu vəziyyətdə ermənilərin qəfil hücumlarına vaxtında hərbi qüvvədən istifadə etməklə çavab vermək olardı. İclas general-qubernatorun tələblərini müzakirə edib onun xeyrinə qərar qəbul etdi. Eyni zamanda hərbi nazirə tapşırıq verildi ki, Xosrov bəy Sultanovun vəsatətini yerinə yetirsin və ona lazım olan köməklikləri köstərsin. Xosrov bəy Sultanov hökumət qarşısında etdiyi məruzələrdə qubernatorluğa daxil olan bölgələrin, o cümlədən, Zəngəzurun Azərbaycan üçün ərazi və ümumsiyasi baxımdan çox mühüm əhəmiyyət kəsb etdiyini acıqlayırdı. Onun fikrincə Qarabağın ermənilərin əlinə keçməsi ulu Türk torpaqları olan Naxçıvan və Ordubadın, ümumiyyətlə isə bütün Azərbaycanın itirilməsi demək idi.

Qarabağ general-qubernatorluğunda təhlükəli vəziyyətdən çıxmaq üçün Xosrov bəy Sultanov aşağıdakı təcili tədbirlərin həyata keçirilməsini tələb edirdi:

1. Hərbi hissələri Zəngəzura yeritmək, eyni vaxtda ermənilərin İrəvandan Azərbaycan torpaqlarına hərəkətinin qarşısını kəsmək.

2. Dağlıq Qarabağ Azərbaycanın hakimiyyətini tanımaq barəda ültimatum vermək və çavab üçün altı gün vaxt qoymaq.

3. Eyni zamanda bütün ermənilərə müsəlman rayonlarından getməyi təklif etmək və ültimatum müddətində onlarla hər cür əlaqənin kəsiləcəyini bildirmək.

4. Bu təklifin Şuşa şəhəri üçün istisna ediləcəyini göstərmək.

5. Azərbaycan höküməti tanınmazsa altı gündən sonra hdrbi əməliyyatlara başlamaq və bunun şs uliyyətinin tamamilə erməni əhalisi başçılarının üzərinə düşəçdyini bildirmək.

Xosrov bəy Sultanov ingilis nümayəndəliyinin Qarabağ məsələlərində ikiüzlü siyasət yeritdiyini vaxtında duymuş və bunu dəfələrlə onların nəzərinə çatdırmışdı. Qarabağda Azərbaycan hakimiyyətinin bərqərar edilməsi və möhkəmləndirilməsi, Şuşa-Ağdam və Şuşa-Qaryagin yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi kimi məsələlər üzrə ingilislərlə müəyyən razılıq əldə edilməsinə baxmayaraq birkə işlədikləri son 4 ay ərzində demək olar ki. Heç biri tam həyata keçirilməmişdi. Əksinə, Qarabağ məsələsinin həlli ləngidilmiş, Zəngəzurun idarəçiliyi müvəqqəti olaraq erməni Milli Şurasına verilmiş, Qarabağda Azərbaycanın hakimiyyəti bərqərar edilməmişdi. Azərbaycan hökumətinin nümayəndəsi isə milli münasibətlərin imkan verdiyi səviyyədə qayda-qanun yaradılmasına dair öz uzərinə götürdüyü öhdəlikləri yerinə yetirmişdi. Bu barədə danışarkən Xosrov bəy Sultanov qeyə edirdi ki, Azərbaycan hökumətinin nümayəndəliyinin köməyilə aşağıdakı mühüm işlər görülmüşdür:

1. Şuşa-Yevlax yolunda birinci ayda tam qayda-qanun yaradılmış və təhlükəsizlik təmin olunmuşdu.

2. İkinci ayın sonuna yaxın Şuşa-Laçın yolunda da təhlükdsizlik barpa edilmişdi.

3. Əhalini ucuz taxılla təmin etmək üçün general-qubernatorlurun hüdudlarından kanara taxıl çıxarılması qadağan olunmuşdu.

Qarabağda Xosrov bəy Sultanovun fəaliyyətinə mane olmağa çalışan Erməni Milli Şurası Şuşa ermənilərini gizli yollarla silahlandırmaq və onları milli münaqişəyə hazırlamaq haqqında qərar çıxarır. Ermənilərin təcavüzkarlıq planından bu dəfə də vaxtında xəbər tutan general-qubernator qəti tədbirlər görməyə başladı. Əvvəlcə şəhərin erməni hissəsində olan poçt, rabitə məntəqələrini və xəzinədarlığı müsəlman hissəsinə köçürdü. Erməni hissəsində olan, istifadəsiz qalmış əsgər qışlalarına qoşun bölməsi yerləşdirilməsi haqqında göstəriş verdi. Şuşanın İrəvan qapısı tərəfdəki yüksəklikdə hərbi-nəzarət məntəqəsi yaratdı. Burada 30 nəfərlik silahlı əsgərin gecə-gündüz növbəsi təşkil olundu. Qoyun sürülərinin yaylaq yollarında təhlükəsiz hərəkətini təmin etmək üçün bütün yol boyu əsgər - nəzarət məntəqələri yaradıldı. May ayının sonunda başlayan bu tədbirlər iyun ayında artıq tam başa çatdırılmışdı.

Xosrov bəy Sultanovun Şuşadakı fəaliyyətindən narazı qalan erməni millətçiləri iyun ayının 3-də şəhərin erməni hissəsindən keçən 2 nəfər Azərbaycan əsgərinə hücum edib atını, silahını əllərindən aldılar. İyunun 4-də isə yol nəzarət məntəqələrindən biri 50 nəfərə yaxın erməni tərəfindən mühasirəyə alındı. Onlar əsgərlərdən mövqelərini tərk etməyi tələb etdilər. Rədd çavabı aldıqdan sonra atışma başladı. Nəticədə 4 nəfər Azərbaycan əsgəri həlak oldu. Erməni tərəfindən təxribatın rəhbəri öldürüldü və yaralananlar oldu. Bü təxribat kütləvi təcavüzə başlanmasının əsasını qoydu. Şüşa və onun ətraf kəndləri silahlı qarşıdurmanın mərkəzinə çevrildi.

Qarşıdurmanın kütləvi qırrınlara çevrilməsinə mane olmaq üçün bəzi yerlərə qoşun bölmələri göndərildi. Lakin bütün təhlükəli məntəqələrə qoşun göndərmək mümkün deyildi. Ona görə ki, general-qubernatorun tabeçiliyində olan əsgəri heyətin sayı buna imkan vermirdi. Onda Xosrov bəy Sultanov təxribata başçılıq edən bir neçə erməni millətçisinin şəhərdən çıxarılması məsələsini qoydu. Hadisələrin şahidi olmuş ingilis nəzarət məntəqəsinin zabitləri də onun bu fikrinə şərik oldular. İyunun 5-də Erməni Milli Şurasının 3 nəfər fəal üzvü həbs edilib Azərbaycandan Ermənistana ötürüldülər. Bundan sonra ümumi vəziyyətdə sakitlik yarandı.

Şuşada Azərbaycan əsgərlərinə 3-4 iyun təxribatından sonra şəhərdəki hərbi qüvvələrin möhkəmləndirilməsi qərara alındı. Xosrov bəy Sultanovun tələbilə Şuşaya Qarabağ süvari alayının bir bölüyü və 2 ədəd pulemyot göndərildi. Belə bir şəraitdə Dağlıq Qarabağ ermənilərinin Şuşada altıncı qurultayı keçirildi. İyul ayında keçirilən bu qurultayda məqsəd Azərbaycan hökumətinə münasibət məsələsini aydınlaşdırmaq idi. Qurultayda Azərbaycan parlamentinin üzvü Şəfi bəy Rüstəmbəyov hökumət nümayəndəsi kimi iştirak etmişdi. Müzakirələrdən sonra nümayəndələr Azərbaycanla tam birliyə səs vermiş, Dağlıq Qarabağda Azərbaycan hökumətinin suverenliyi tanınmışdır,

Qurultaydan sonra iyul ayının 30-da Azərbaycan hökumətinin nümayəndə heyəti baş Nazir Fətəli Xan Xoyskinin rəhbərliyi altında Şuşaya gəldi. Fətəli xan Xoyski şəhər məclisində çıxış edib ermənilərlə türklərin sülh şəraitində yaşamasının zəruriliyindən danışdı. Sonra nümayəndələr erməni kilsəsinə getdilər və burada duzçörəklə qarşılandılar. Kilsə yepiskopu Türk dilində çıxış edib bu iki millətin dostluq şəraitində yaşamasının əhəmiyyətindən danışdı. İki həftə sonra isə Qarabağın Dağlıq hissəsi ermənilərinin qurultayı oldu və orada Azərbaycan hökuməti ilə müvəqqəti razılaşma haqqında qərar qəbul edildi. Qərarda göstərilirdi ki, Qarabağın Dağlıq hissəsinin erməni əhalisi Azərbaycan Demokratik Respublikası tərkibində qalır.

1919-cu il avqust ayının 16-da çağrılmış Qarabağ ermənilərinin 7-ci qurultayında Azərbaycan hökumətinə münasibəti müəyyənləşdirən, hər iki tərəfin razılaşdığı müqavilə geniş müzakirə olundu. Qurultayın razılığı alındıqdan sonra müqavilə avqustun 20-də Şuşada, Xosrov bəy Sultanovun otağında imzalandı. «Dağlıq Qarabağ ermənilərinin Azərbaycan hökuməti ilə müvəqqəti müqaviləsi» adlanan və 26 maddədən ibarət olan bu müqavilənin əsasında sülh konfransı çağrılanadək silahlı toqquşmaların dayandırılması və ermənilər tərəfindən Azərbaycan hakimiyyətinin tanınması məsələsi dururdu.

hadisələrin sonrakı gedişi göstərdi ki, bu məsələdə də ermənilər səmimi olmamışlar. Belə ki, həmin ilin yayında Qarabağda vəziyyət bir qədər sakitləşsə də Zəngəzurda gərginlik artmış, oradakı bir neçə türk kəndi üzərinə silahlı basqınlar olmuşdu.

10. Zəngəzur hadisələri və Azərbaycan Milli Ordusu

Şuşada baş vermiş 3-4 iyun hadisələrindən sonra Zəngəzurda ermənilərin türk kəndlərinə qarşı təcavüzkarlıq hərəkətləri şiddətlənməyə başladı. Erməni təcavüzündan qorunmaq üçün kəndlərdə yerli özünümüdafiə dəstələri yaradıldı. Belə dəstələrdən birinə Abbasqulu Ağa Şadlinski komandirlik edirdi. Onun silahlı süvari dəstəsi 1919-cu ilin iyul ayında ermənilərin Vedi kəndinə iki böyük hücumunu qəhrəmanlığla dəf etmişdi.

Erməni polkovniki Aprosimovun komandanlığı altında ordu birləşmələrinin Vediyə birinci hücumu kəndin kənarında mövqe seçmiş mudafiəçilərin əks hücumu ilə dayandırılmış, düşmən 42 süvari döyüşçü və 1 zabit itki verərək geri çəkilmişdi. Müdafiəçilər qənimət kimi 4 pulemyot, 400 yaxın tüfəng ələ keçirmişdilər.

Bu məğlubiyyətdən sonra Vediyə ikinci hücum təşkil etmək Ermənistan hərb nazirinin köməkçisi general Droya (əsl adı Drastamat Kanayan idi) tapşırılmışdı. Böyük hazırlıqdan sonra hücuma keçən Dro qoşunu heç bir müqavimətə rast gəlmədən boşaldılmış kəndə daxil olur. Bu zaman kəndi hər tərəfdən bürüyən hündür dağlarda gizlənmiş Vedi müdafiəçiləri komandir Abbasqulu ağa Şadlinskinin əmri ilə düşmən üzərinə hücuma keçib onları mühasirəyə alırlar. Üç saat davam edən qanlı döyüşdə məğlub olan düşmən 1000-dən artıq canlı qüvvə və gullü miqdarda silah və sursat itirib geri qaçmağa məcbur olur.

Sultan bəyin komandirlik etdiyi 1000 nəfərlik silahlı süvari dəstəsi də Azərbaycanın qəhrəmanlıq tarixinə bir çox maraqlı səhifələr yazmışdı. Təkcə 1919-cu ilin avqust ayında Sultanovun dəstəsi Zəngəzurun Niləvər, Qanlıkörpü və Gümrü kəndləri ətrafında 4 döyüş əməliyyatı keçirmiş, hamısını da qələbə ilə başa çatdırmışdı.

Bununla belə erməni təcavüzü genişlənməkdə davam edirdi. Oktyabr ayının əvvəllərində Zəngəzurun 110 böyük türk kəndi ermənilər tərəfindən dağıdılmış, 60 min nəfər kənd əhalisi qaçqın düşmüşdü. Münaqişəni sülh yolu ilə həll etmək üçün Azərbaycan hökumətinin təklifləri, notaları və danışıqları heç bir nəticə vermirdi. Odur ki, Azərbaycan hökumətinin səlahiyyətlərini bərpa etmək üçün hərb nazirliyi Zəngəzura general-mayor Cavad bəy Şıxlınskinin komandanlığı altında bir diviziya göndərməyi qərara aldı. Azərbaycan Milli Ordusunun diviziyası oktyabrın ortalarında Zəngəzura gəlib erməni ordu hissələrinin toplaşdıqları Dığ kəndini mühasirəyə aldı. Təxminən bir ay müddətində general Cavad bəy Şıxlinski 5 dəfə kəndə hücum etmiş, hər dəfə də düşməni ağır tələfata uğratmışdı. Son və qəti hücum ərəfəsində müttəfiq dövlətlərin Qafqaz komandanlığından döyüşləri dayandırmaq və sülh danışıqlarına başlamaq haqqında təklif daxil oldu. Dərhal hər iki tərəf təklifi qəbul etdi. Noyabr ayının 23-də Tiflis şəhərində Azərbaycan və Ermənistan hökuməti sədrləri görüşdülər. Burada qəbul edilmiş razılaşmaya görə hər iki tərəf döyüşləri dayandırmağa və bir daha silah işlətməməyə söz verdilər. Razılaşmadan dərhal sonra Azərbaycan qoşun hissələri Zəngəzurun hüdudlarını tərk etdi. Lakin, ermənilər öz qoşunlarını Zəngəzurdan çıxarmadılar. Əksinə razılaşmadan sonra əliqulu və Zeyvə kəndlərinə hücum edib qətl və qarətlər törətdilər. 20 türk kəndi mühasirəyə alındı.

Dekabr ayının 14-də Bakıda Ermənistan-Azərbaycan konfransı açıldı. Konfransa gətirilmiş Ermənistanın sülh müqaviləsi şərtləri Azərbaycan hökuməti tərəfindən qəbul edilməz idi. Burada Ermənistan hökuməti başçıları açıq şəkildə ərazi iddiası irəli sürürdülər. Ona görə də konfrans heç bir razılığa gəlinmədən dağıldı. Bu Zəngəzurda təcavüzün yenidən alovlanmasına səbəb oldu. 1920-ci ilin yanvarından Ermənistan-Azərbaycan münaqişəsinin yeni və daha faciəli bir səhifəsi başladı. yanvarın 19-da Zəngəzurun 8 türk kəndi yerlə yeksan edildi. Səhərisi gün erməni hərbi qüvvələri Qarabağa doğru hərəkət etdilər. yenə də Şuşa üzərinə qara buludlar gəlməyə başlayırdı.

11. Milli Ordumuzun Qarabağda hərbi əməliyyatları

1. Qarabağda erməni qiyamının yatırılması.

Tiflis razılaşmasından sonra Zəngəzurda qalmaqda olan Ermənistan ordu birləşməsinin komandanlığı təcavüzkarlıq fəaliyyətini daha da genişləndirərək Qarabağa yürüş etmək üçün hazırlaşırdı. General-qubernator Xosrov bəy Sultanov erməni agentləri vasitəsilə Zəngəzurun Dığ kəndində 3 minlik erməni qoşunu toplaşdığını, məqsədlərinin isə Qarabağa hücum edib orada Azərbaycan hökumətini devirmək olduğunu müəyyənləşdirmişdi. O, bu məlumatları hərb nazirinə çatdıraraq təcili tədbirlər görülməsini tələb etdi.

Hərb nazirinin göstərişi ilə 1920-ci ilin yanvar ayında Milli Ordu komandirləri general Məhəmməd Mirzə Qacar və general-leytenant Teymur Novruzov Şuşaya gəlib vəziyyətlə tanış oldular. Onlar Xosrov bəy Sultanovun tələblərinin haqlı olduğunu təsdiq edib, Şuşanın müdafiəsinin kücləndirilməsinin zəruriliyini təsdiq etdilər. Bu zaman Azərbaycanın şimal sərhəddində qorxulu vəziyyət yaranmışdı. Dağıstandan Denikini sıxışdırıb çıxarmış bolşevik qoşunları Azərbaycan sərhədlərinə doğru irəliləyirdi. Ona görə də Milli Müdafiə Komitəsi Azərbaycan hərbi qüvvəsinin bir hissəsini şimal sərhədlərinin qorunmasına yönəltməli oldu.

Bununla yanaşı hərb naziri vəzifəsini yerinə yetirən Əliağa Şıxlinski Şuşa və Zəngəzur sərhəddində güclü müdafiə mərkəzi yaratmaq üçün Qarabağa bir dağ top batareyası, bir piyada bölüyü və bir pulemyot komandası göndərilməsinə əmr verdi. Bu tədbir erməni hərbi birləşmələrinin Zəngəzurdan Qarabağa yürüşünü bir müddət dayandırdı. Lakin, hücumdan əvvəl Qarabağda ermənilərin üsyan üçün geniş hazırlıq işləri də görülürdü. Top və pulemyotlarla silahlanmış qiyamçılara general Dro rəhbərlik edirdi. Mart ayının 20-də erməni məmurlarının köməyilə Şuşaya gizli yollarla 200 nəfər erməni silahlı dəstəsi gətirilmişdi. Üsyan üçün münasib vaxt martın 22-si Novruz bayramı gecəsi seçilmişdi. Həmin gün eyni saatda Şuşa ilə bərabər Xankəndində, Əsgəranda və Tərtərdə də üsyan başlamalı idi.

Bayram gecəsi saat 3-də silahlanmış qiyamçılar qəflətən Şuşa qarnizonuna hücum etdilər. Sayıq dayanmış Milli Ordu əsgərləri əks hücuma keçərək qiyamçıları mövqelərindən çıxıb qaçmağa məcbur etdi. Səhərə yaxın Şuşa şəhəri Şuşkənd tərəfdən küclü top atəşinə tutuldu. Hiss olunurdu ki, şəhər ətrafına erməni silahlı dəstələri toplanmış, Şuşa mühasirəyə alınmışdır. Hadisədən xəbər tutan və Xosrov bəy Sultanovun harayı ilə ayağa qalxan partizan dəstələri döyüşə atıldılar. Partizanlar Ağdam-Şuşa yolunda bir sıra mühüm mövqeləri ələ keçirdilər. Qəzəblənmiş Şuşalıları saxlamaq mümkün deyildi. Onlar heç kəslə hesablaşmadan sərbəst şəkildə hücum edib ermənilərə divan tuturdular. Axşama yaxın şəhərin erməni hissəsində küclü yanğın baş verdi. Bunu görən ermənilər şəhərin türklər yaşayan hissəsinə hüçüma keçdilər. Lakin Şuşada yerləşmiş ordu hissələri bu hücumları dəf edirdi. Milli Ordu hissələri Şuşanın müdafiəsində mərdliklə dayanmışdılar. Onlar erməni hərbi qüvvələrinin şəhərə daxil olmasına imkan vermədilər.

Bayram gecəsi ermənilər gözlənilmədən Əsgərandakı Azərbaycan Milli Ordusunun 50 nəfərlik dəstəsinin yerləşdiyi hərbi gözətçi məntəqəsinə hücum etdilər. Əlbəyaxa döyüşdə onların hamısı şəhid oldu və məntəqə ermənilərin əlinə keçdi. Xankəndində isə ermənilər şəhər qarnizonuna hücum edib 16 nəfər zabit və əsgəri qətlə yetirdilər. Qarnizon rəisi şahzadə əmənullah Mirzə Qacar bu gözlənilməz zərbədən sonra özünü itirməmiş, qarnizonu döyüşə hazır vəziyyətə gətirmişdi. O, əks hücuma keçərək erməni yaraqlılarını ağır itkiyə məruz qoymuş, şəhərdən qovub çıxarmışdı.

Tərtər üzərinə erməni silahlı qüvvələri martın 24-də səhər tezdən hücum etdilər. Onların hücumu yerli partizan və Milli Ordu hissələrinin güclü əks hücumu ilə qarşılandı. Ermənilərə ələ keçirdikləri iki türk kəndində möhkəmlənmək imkanı verilmədi. Silahlı erməni dığaları təlaş içərisində dağlara çəkilməyə məcbur oldu. Marara, Marquşevan, Çaylı və Buruc kəndləri erməni silahlı qüvvələrindən təmizləndi.

2. Əsgəran müharibəsi. Qarabağı, gözəl Şuşanı azğın düşmənlərin mühasirəsindən azad etmək üçün hərb naziri Səməd bəy Mehmandarov əlavə tədbirlər görməli oldu. Qarabağ çəbhəsinə yeni hərbi qüvvələr ayrıldı. Hərbi əməliyyatlara rəhbərliyi yaxşılaşdırmaq üçün Ağdam şəhərində yerləşən qərargah yaradılmasına göstəriş verdi. 20 minə qədər əsgər və zabitin cəmləşdiyi Qarabağ cəbhəsinin Baş Qərargah rəisi vəzifəsinə general-mayor Həbib bəy Səlimov təyin edildi.

Rus ordusunda yetişmiş, hərb elminə, döyüş texnikasına yaxından bələd olan cəsur general Həbib bəy Səlimov hərb tariximizdə qəhrəman sərkərdə kimi qalmaqdadır. O, Muğanda və Ləngəranda Azərbaycan hökümətini tanımaq istəməyən malakan, rus və erməni silahlı qiyamçılarına qarşı hərbi əməliyyata rəhbərlik etmiş, onların döyüşən dəstələrini məhv etmişdi. Bu əməliyyatda general Həbib bəy Səlimov 1 təyyarə, 24 top, 60 pulemyot və ona münasib sayda başqa silah və sursat qənimət götürüb Azərbaycan ordusunun istifadəsinə vermişdi.

Mart ayının 26-da general Ağdama gəlib fəaliyyətə başladı. Gəmin gün kəşfiyyatçıların məlumatlarını dinləyib hücum üçün lazım olan hərbi qüvvə və texnikanı müəyyənləşdirdi. Martın 27-də Ağdama bir ədəd zirehli avtomobil gətirildi və 1-ci Tatar alayı yevlaxdan Qarabağa yola düşdü. Martın 29-da Azərbaycan qoşun hissələri Daşbaşı və Naxçıvanik kəndləri istiqamətində Əsgəran üzərinə hücuma keçdilər. Lakin, ermənilərin çox möhkəmləndirilmiş müdafiə mövqelərini yara bilmədiklərindən geri çəkilməli oldular.

Əsgərana növbəti hücum səhər saat 7-də Ağdam-Şuşa şosse yolu boyunca başladı. Saat 11-də Parlament mühafizə dəstəsinin döyüşçüləri Xramort kəndinə daxil olub düşmənin atəş nöqtəsini dağıtdılar. Saat 13-də Xanabad kəndi ələ keçirildi. Lakin burada düşmənin küclü əks hücumu ilə rastlaşan hissələrimiz Baş Qərargah rəisinin əmrini gözləmədən geri çəkildilər. Bunun qarşısını almaq üçün general Həbib bəy Səlimov özü kiçik bir dəstə ilə hücuma keçdi. Generalın qəhrəmanlığından ruhlanan ordu hissələrimiz hücumu davam etdirməli oldu. Nəticədə düşmən qüvələri 2 verst də geri çəkildilər.

Aprel ayının 1-də general Həbib bəy Səlimov hərb Naziri general Səməd bəy Mehmandarova göndərdiyi teleqramda yazırdı:

«...bizimkilərin geriyə qaçmalarının qarşısını özüm rəhbərlik etdiyim 100 nəfərlik parlament mühafizə dastəsilə aldım. Artilleriya, xüsusilə Nəsibbəyovun batareyası əla atışırdı. Lakin, təəssüf ki, batareya komandiri hissə qapılıb, batareya ilə həmləyə keçdi və xeyli itki verdi. Hal-hazırda ermənilər Əsgəranı, Xanabad kəndini, 3360-cı yüksəkliyi və Daşbaşı kəndlərini tuturlar. Ümumiyyətlə biz döyüşərək erməniləri iki verst geri çəkilməyə məcbur etmişik... Döyüşçülərin əhval-ruhiyyəsi yaxşıdır. Düşmən çox böyük itkilər vermişdir, tək Xaramutda 60 qədər düşmən cəsədi sayılmışdı».

Kəşfiyyatçıların gətirdiyi məlumatlardan görünürdü ki, Şuşanı mühasirədə saxlayan erməni qüvvələrinin komandanı general Dro şəhərə hücuma hazırlaşır. Ona görə də Əsgərana növbəti hücumu gecikdirmək olmazdı. General Həbib bəy Səlimov aprel ayının 3-də əlavə nizami qüvvələrlə möhkəmləndirilmiş Ağdam dəstəsinə Əsgəran istiqamətində hücum əmri verdi. Şir kimi döyüşən cəsur əsgərlərimiz düşməni böyük tələfata uğratdı. Əsgəranı müdafiə edən erməni hərbi qüvvələrinin komandanı Dəli Qazar öldürüldü. Geri çəkilməyə məcbur olan erməni hərbi birləşmələri Kətik, Aran Əmin, Naxçıvanik, Əsgəran, Xocalı kəndlərini tərk etdilər. Onlar Şuşanı mühasirədə saxlayan hərbi qüvvələrlə birləşərək Daşkənd, Malıbəyli və Şuşukənd arasındakı əraziyə toplaşdılar. Şuşa üçün ən təhlükəli vəziyyət yaranmışdı. Hərbi əməliyyatları dayandırmaq Şuşanın zəbt edilməsinə səbəb ola bilərdi.

Aprel ayının 5-də Milli Ordu hissələri Malıbəyli, Şuşukənd istiqamətində güclü hücuma keçdi. Saat 10-da hərəkətə başlayan əsgərlər saat 12-də Şuşukənddə yerləşmiş düşmən qüvvələrini mühasirəyə aldı. Ermənilər Keşişkəndə tərəf geri çəkilməyə imkan tapdılar. Şuşukənd və Daşkənd ətrafında döyüşçülərimiz mühafizə məntəqələri qurdular. Üç gün davam edən ağır döyüşlərdə yoğulmuş əsgərlərə istirahət verildi. Qələbə ilə başa çatmış bu döyüşdə Ağdam döyüşçü dəstəsi, Tatar süvari alayının və Quba piyada alayının döyüşçüləri daha böyük qəhrəmanlığlar nümayiş etdirmişlər.

3. Şuşanın mühasirədən azad edilməsi. Aprel ayının 8-də erməni silahlıları Şuşukənd tərəfdən mühafizə məntəqələrinə atəş açdılar. Bundan xəbər tutan general Səlimov ordunu ayağa qaldırıb Şuşukəndə hücum etməyi əmr etdi. Əsgərlərimizin böyük ruh yüksəkliyi ilə vuruşduğu bu döyüşdə düşmən xeyli itki verib Keşişkəndə çəkildilər. Şuşukənd və Daşaltı kəndləri ermənilərdən təmizləndi. Keşişkənd ətrafındakı bütün yüksəkliklərdə döyüşçülərimiz mövqe tutdular. Bununla da Şuşanı mühasirəyə almış erməni qüvvələri dağıldı və onların qalıqları qaçıb Keşişkəndə toplaşdılar.

General Səlimovun qarşısında duran növbəti vəzifə Əsgəran istiqamətində məğlub olub geri çəkilən qüvvələrin çəmləşdiyi Keşişkəndə hücum edib erməni təcavüzkarlıq və quldurluq yuvasını dağıtmaq idi. Aprel ayının 9-da və 10-da Azərbaycan qoşun bölmələri hücuma keçib Şuşukənd ətrafındakı yüksəklikləri ələ keçirdilər. Ağır döyüşdən sonra Keşişkəndə gedən yolun üstündə olan çox mühüm strateji əhəmiyyətə malik yüksəklik də Quba alayı döyüşçülərinin hücumu ilə alındı. General Həbib bəy Səlimov qələbədən ruhlanan döyüşçülərin əhval-ruhiyyəsinin yüksək olduğunu görüb döyüşü davam etdirmək qərarına gəldi. Onun nəyin bahasına olursa olsun Keşişkəndi tutmaq əmrini əsgərlər alqışlarla qarşıladılar.

Aprelin 12-də düşmən yuvası Keşişkəndə Azərbaycan Ordusunun qəti hücumu başlandı. Ağdam batalyonunun komandiri polkovnik Zeynalov ön xətdə dayanıb döyüşçüləri irəli səslədi. Bu döyüşçülərimizin döyüş ruhunu daha da yüksəltdi. Düşmən cəsur döyüşçülərimizin zərbələrinə tab gətirə bilməyib qaçmağa üz tutdu. Səhəri gün saat 10-da Keşişkənd təcavüzkarlardan tamamilə təmizlənmişdi.

Keşişkənd uğrunda gedən döyüşlərdə köməyə gəlmiş, əfsanəvi qəhrəman Sultan bəyin 1000 nəfərlik partizan dəstəsi çox böyük qəhrəmanlığlar göstərdi. Qələbənin əldə edilməsində Cavanşir alayı döyüşçülərinin, onun komandiri podpolkovnik Rəfibəyovun da böyük əməyi olmuşdur. Bu döyüşlə Şuşa ətrafına toplanmış erməni qüvvələri tamamilə məhv edilmiş oldu. Şuşanın qara buludsuz, günəşli günləri başladı. Döyüşlər zamanı cəbhəyə gəlib əsgərlərimizi qələbə münasibəti ilə təbrik edən general Səməd bəy Mehmandarov demişdi: «Qəhrəman əsgərlər, mən şəxsən Almaniya cəbhəsində bir çox döyüşlərdə olmuşam. Fəqət sizin qədər qahrəman əsgərlərə az-az təsadüf etmişəm. Siz mənim ümidlərimi qüvvətləndirdiniz. Siz canınızla gənc Azərbaycan ordusunun namusunu müdafiə etdiniz».

Uzun və gərgin döyüşdən sonra Əsgəran müharibəsinin qəhrəmanı general Həbib bəy Səlimov Şuşaya gəldi. O burada Şuşanın ağır günlərində, onun müdafiəsinin təşkilində iştirak etmiş, Azərbaycanı böyük məhəbbətlə sevən Bakı fatehi, Türk generalı Nuru Paşa ilə görüşür. Onlar birlikdə Qarabağın və Zəngəzurun erməni təcavüzündən birdəfəlik xilas edilməsi üçün planlar hazırlayırlar.

Aprel ayının 27-də general Həbib bəy Səlimov hərb Nazirliyinə göndərdiyi sonuncu teleqramında soruşur ki, ixtiyarında olan bu qüvvə ilə Zəngəzura doğru hərəkət etsin ya yox. Teleqramda o, Zəngəzurda vəziyyətin normallaşdırılması üçün orada əməliyyat keçirilməsinin və yaxud sərhədlərin qorunmasının məqsədəuyqun olması barədə dəqiq göstəriş verilməsini xahiş edirdi.

Generalın xəbəri yox idi ki, həmin gün xalqımız üçün dəhşətli bir dövr başlanmışdı. Xalqımızın igid, vətənpərvər oğullarını qan içində boqan dövr Sovet hakimiyyəti dövrü yaxınlaşmaqda idi. 1920-ci ilin avqust ayında Naxçıvanda komissar Starovun sədrliyi ilə 7 nəfər bolşevik məhkəmə iclası qurub Müsavat generalı Həbib bəy Səlimovu Sovet hökumətinə qarşı təbliğat aparmağda suçlu bilib həbs edir. Həbsdən bir neçə gün sonra general vəhşicəsinə edam edilir.


Səh.| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |