КАРАБАХ в ДОКУМЕНТАХ

 

 Начало | БИблиотека | Фото факты | Картинная галерея | Ссылки | Форум | ОпросПоиск в google | AZAD QARABAĞ |

TÜRK YURDU QARABAĞ – YÜZ İL MÜHARİBƏ

TÜRK YURDU QARABAĞ – YÜZ İL MÜHARİBƏ

Səh.| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |


I. QARABAĞ TARİXİNƏ ÖTƏRİ BİR NƏZƏR

1. Qarabağ tarixinin ilgin dövrü

2. Qarabağ xanlığı və Şuşa

3. Qarabağın Rusiyaya tabe edilməsi

4. Ermənilərin (hayların) Qarabağ siyasəti

5. 1905-1906-cı illər erməni-türk müharibəsi


I. QARABAĞ TARİXİNƏ ÖTƏRİ BİR NƏZƏR

1. Qarabağ tarixinin ilgin dövrü

Qarabağ - ulu babalarımızın üstündə yaşayıb yaratdıqları və bizə miras qoyub getdikləri gözəl bir diyardır. Bu yaşayış məskəni Kür və Araz çayları arasında dağları, dərələri, həm də geniş düzənlikləri olan böyük bir ərazini əhatə edir. Zəngin bitki örtüyünə, heyvanat aləminə, yeraltı sərvətlərə malik olan bu günəşli, sulu və bərəkətli diyar onu əkib-becərən insanların ehtiyaclarını tam ödəmiş, onları zəhmətkeş, gözü-könlü tox, əliaçıq, igid, dosta sədağətli, düşmənə qarşı amansız və sərt tərbiyə etmişdir.

Azərbaycanın tarixi etnoqrafik əyaləti kimi Qarabağ əvvəlcə Türk Alban dövlətinin tərkibində olmuş, sonradan isə Güneyi (Cənubi) Azərbaycanla birlikdə ərəb xilafətinin əsarəti altına düşmüşdür. Məlum olduğu kimi IX əsrdə ərəb xilafəti süqut etmiş, onun ərazisində ayrı-ayrı dövlətlər yaranmışdı. Gəmin dövrdən başlayaraq Qarabağ Azərbaycanda hökm sürmüş Sacilər, Salarilər, Şəddadilər, Atabəylər, Elxanilər və nəhayət, XV əsrdə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkibində olmuşdur.1499-cu ildə Ərdəbil hakimi şeyx Sultan əlinin vəsiyyətilə 14 yaşlı qardaşı İsmayıl Ərdəbil şeyxlərinin başçısı oldu. İsmayıl, Ərdəbilli şeyx Səfi əd-Din nəslindən olub, şiə istiqamətli dini tərbiyə almış, dərin elmi və hərbi məktəb keçmişdir. Ölkə ərazisini genişləndirmək məqsədilə bir sıra döyüşlərdə parlaq qələbə qazanmış İsmayıl 1501-ci ildə Təbriz şəhərində özünü şah elan etmişdir. Bundan sonra o hərbi əməliyyatları genişləndirərək Şirvan, Naxçıvan, Fars, İraq əyalətlərini, Şiraz, İsfahan, Kaşan, Qum şəhərlərini, daha sonra isə Diyarbəkir ərazisini Səfəvilər dövlətinin tərkibinə daxil etmişdir. Qısa müddət ərzində Şah İsmayıl Xətai sərhədləri özbəkistandan, Kürdistandan, Osmanlı imperiyasının və Avropanın mərkəzindən keçən 2 milyon 800 min kvadrat kilometrlik ərazini əhatə edən qüdrətli bir Səfəvi hökmdarlığı yaratmışdır.

Səfəvilər hakimiyyəti dövründə dövlətin ərazisi 13 bəylərbəyliyinə bölünmüş, bütün idarəçilik bəylərbəyinə tapşırılmışdı. Böyük Azərbaycan ərazisində 4 bəylərbəyliyi vardı. Bunlar Təbriz, Çuxur-Saad, Qarabağ və Şirvan bəylərbəylikləri idi. Mərkəzi Gəncə şəhərində olan Qarabağ bəylərbəyliyi 1551-ci ildə yaradılmışdı. Həmin dövrdən başlayaraq onun bəylərbəyləri Ziyadoğlu nəslindən olan Qacarlar olmuşlar.

XVIII əsrin başlanğıcından etibarən Səfəvilər dövləti zəifləməyə başlamış, ayrı-ayrı feodallar Şah Təhmasibə tabe olmaq istəməmiş, müstəqilliyə can atmışdılar. Xarici dövlətlər də ölkəyə ayaq açmış onun ərazilərini hissə-hissə zəbt etməyə başlamışdılar. Bu zaman ətrafında kiçik hərbi dəstə toplamış, feodallar üzərində bir neçə dəfə parlaq qələbə çalmış Nadirqulu bəy adlı bir sərkərdə Şah Təhmasibin diqqətini cəlb edir. Şah ordusunun baş komandanı vəzifəsinə təyin olunan Nadirqulu xan şaha itaətsizlik göstərən feodallar üzərinə hücum edib, onları dövlətə tabe olmağa məcbur edir. Get-gedə şöhrəti artan xan nəhayət özü Şah Təhmasibə itaətsizlik göstərir. Şah qoşunları ilə döyüşdə qələbə qazanan Nadirqulu xan İsfahan şəhərinə gəlib təntənəli bir şəraitdə şahlıq tacını başına qoyur və özünü İranın şahı elan edir. Bundan sonra Nadir Şah əfşar ölkəni yadelli işqalçılardan təmizləmək üçün müharibələrə başlayır və parlaq qələbələr qazanır.

2. Qarabağ xanlığı və Şuşa

Nadir Şahın apardığı uzun-uzadı müharibələr xalqı müflisləşdirdiyindən ona qarşı narazılıqlar get-gedə artmağa başlayır. Bəylərbəyləri, feodallar mərkəzə tabe olmaq istəmir, müstəqil olmağa çalışır. Hətta onların bəziləri özlərini müstəqil elan edib sərbəst hərəkət etməyə başlayır.

1736-cı ildə Qarabağ bəylərbəyi Uğurlu Xan Ziyad Qacar Nadir Şaha tabe olmaqdan imtina edir. Bundan qəzəblənən şah Qazax və Borçalı mahallarını Qarabağ bəylərbəyliyindən ayığıb Gürcüstanın tabeçiliyinə verir. Nadir Şahın ölümündən sonra isə Azərbaycanın xanlıqlara parçalanması prosesi sürətlənir. Onun əra zisində müstəqil Qarabağ, Gəncə, Şəki, Şirvan, Bakı, Quba və başqa xanlıqlar yaranır.

1747-ci ildə artıq bacarıqlı dövlət xadimi və şöhrətli sərkərdə kimi tanınan, əslən Qarabağlı olan Pənahəli xan Cavanşirin gərgin mübarizəsinin nəticəsi olduğu Gəncə xanlığı da ikiyə parçalandı. Onun yerində müstəqil Qarabağ və Gəncə xanlıqları yarandı. Qarabağ xanlığının birinci hökmdarı Pənahəli xan Cavanşir olduğu zaman Qarabağ xanlığı cənub-şərqdən Kür-Araz çaylarının qovşağı, cənubdan Araz çayı, qərbdən Salvalı, Ərikli dağları və Göyçə kölü, şimaldan isə Kür ilə əhatə olunan böyük bir ərazini əhatə edirdi. Nadir Şah sarayında işlədiyi uzun müddət ərzində idarəetmənin əsaslarını dərindən öyrənmiş Pənahəli tabeçiliyində olan ərazini 17 mahala bölmüşdü. Bunların 12-sində ancaq türk milləti, 5-ində isə türklərlə yanaşı başqa millətlər, o sıradan da orta əsrlərdə qriqorianlaşmış və özlərini erməni (hay) sayan xalqlar yaşayırdı (ermənilərin əsl adı ‘hay’dır - redaktor).

Pənahəli xan xanlığın xarici hücumlardan qorunmasında müdafiə qalalarının rolunu yüksək qiymətləndirirdi. Odur ki, o, çox qısa müddətdə Bayat qalasını tikdirib onu xanlığın paytaxtı elan etdi. Bundan sonra o, tam müdafiə məqsədli Şahbulaq qalasını tikdirdi və Əsgəran qalasını möhkəmləndirdi.

1750-ci ildə Pənahəli xan Qarabağ xanlığı hər tərəfdən qayalarla əhatə olunmuş, sıx meşə ilə örtülü hündür bir dağın zirvəsindəki yastı bir ərazidə yeni qalanın tikintisinə başlayır. Bir ildən sonra qalanın tikintisi başa çatır və xanlığın mərkəzi oraya köçürülür. Qalanın ilk adı Pənahabad oldu, sonradan qonşu kəndin adı ilə Şuşa adlandırılır.

XVIII əsrin ortalarından başlayaraq İran dövlətindən böyük tayfaların hakimiyyət uğrunda mübarizəsi muxtəlif Səfəvilər hakimiyyəti dövründə dövlətin ərazisi 13 bəylərbəyliyinə bölünmüş, bütün idarəçilik bəylərbəyinə tapşırılmışdı. Böyük Azərbaycan ərazisində 4 bəylərbəyliyi vardı. Bunlar Təbriz, Çuxur-Saad, Qarabağ və Şirvan bəylərbəylikləri idi. Mərkəzi Gəncə şəhərində olan Qarabağ bəylərbəyliyi 1551-ci ildə yaradılmışdı. Həmin dövrdən başlayaraq onun bəylərbəyləri Ziyadoğlu nəslindən olan Qacarlar olmuşlar.

Ölkə ərazisinin üçdə iki hissəsini nəzarətində saxlayan, ezünü ölkənin şahı hesab edən Məhəmməd həsən xan Qacar rəqiblərindən xeyli üstün görünürdü. Ölkədə yaranmış vəziyyətlə razılaşmayan Məhəmməd həsən xan itaətsizlik göstərən xanlıqları birləşdirmək üçün ölkənin şimal hissəsinə, o cümlədən Qarabağa qoşun çıxarır. 1751-ci ildə hələ bir yaşı tamam olmamış Şuşa Məhəmməd həsən xanın qoşunu tərəfindən mühasirəyə alınır. Pənahəli xanın nizami ordusu şəhəri mərdliklə müdafiə edir. Bu zaman İranda hakimiyyət əleyhinə qiyam başlaması xəbərini alan Məhəmməd həsən xan təcili olaraq qoşunu ilə birlikdə geri dönür. Pənahəli xan rəqibini təqib edərək arxasınca gəlir və onun tabeçiliyində olan Ərdəbil əyalətini işğal edir.

Bu tarixi hadisədən bir il keçməmiş Şuşa qalası ətrafında Urmiya hökmdarı Fətəli xan əfşarın 30 minlik ordusu görünür. Elə birinci döyüşdə rüsvayçı məğlubiyyətə uğrayan Fətəli xan barışığa hazır olduğunu bildirir. Barışıq şərti olaraq əsirlərin geri qaytarılmasını və qızının Pənahəli xanın oğlu İbrahimxəlillə evlənməsini təklif edir. Pənahəli xan dərhal təklifi qəbul edir və əsirlərlə birlikdə oğlunu Fətəli xanın düşərgəsinə göndərir. Lakin, Fətəli xan vədinə xilaf çıxaraq İbrahimxəlili əsir kimi saxlayır və qoşunu ilə birlikdə Urmiya tərəfə hərəkət edir. Aldanılmasına və oğul itkisinə dözməyən Pənahəli xan döyüş meydanında Fətəli xanla görüşmək üçün fürsət axtarır. Tezliklə belə bir fürsət yaranır. Vaxtı ilə şahlıq uğrunda mübarizədə Fətəli xan tərəfindən məqlub edilmiş Kərim xan Zənd ümumi düşmənə qarşı mübarizədə ona müttəfiqlik təklif edir. Pənahəli xan təklifi dərhal qəbul edir və onların birləşmiş ordusu Urmiya ətrafında Fətəli xan ordusu ilə qarşılaşır. Fətəli xanın ordusu arır məqlubiyyətə uğrayır, özü isə əsir düşür. Bundan sonra Pənahəli xanın bir hərbi sərkərdə və dövlət xadimi kimi İranda və Qafqazda şöhrəti artır. Bu vəziyyət Kərim xan Zəndi narahat etməyə başlayır və o, İbrahimxəlili Qarabağa göndərməklə bərabər Pənahəli xanı Şiraza "istirahət" etməyə dəvət edir.

Lakin Pənahəli xan bu qonaqpərvərliyi qəbul edə bilmir, 1758-ci ildə vəfat edir. O, Ağdam yaxınlığında dəfn olunur. Qarabağ xanlığında onun oğlu İbrahimxəlil xan Cavanşir Qarabağ xanı elan olunur. O, mükəmməl elmi və dini təhsil almış, geniş dünyagörüşünə malik mütərəqqi fikirli bir ziyalı idi.

İbrahimxəlil xan dövründə Qarabağ xanlığı çox böyük sürətlə inkişaf edirdi. Ağıllı və savadlı adamlar üçün ölkədə hər cür şərait yaradılır və sərbəst fəaliyyət göstərmək imkanı verilirdi. Şuşada elm, mədəniyyət və incəsənət işçilərindən ibarət ziyalı sinfi yaranırdı. Şəhərdə tikinti işləri geniş vüsət almışdı. Şuşa abadlaşır, xan sarayları, yaşayış evləri, qala divarları tikilir, yeni-yeni məktəblər açılırdı.

Dövrünün görkəmli şairi olan Molla Pənah Vaqif İbrahimxəlil xanın dəvətini qəbul edərək Qazaxdan Şuşaya gəlir. Şairliklə yanaşı astronomiya və tətbiqi riyaziyyat elmlərini dərindən bilən Vaqif, Qarabağ xanlığının tarixində müdrik dövlət xadimi, uzaqkörən siyasətçi kimi də şərəfli yer tutur. Sarayda xanın 1-ci vəziri vəzifəsini tutan şair xanlığın xarici, daxili və hərbi siyasətinin təyin edilməsində əsas rol oynayır, tezliklə Qarabağ xanlığı beynəlxalq aləmdə tanınır. Fəqət bu yüksəlişə baxmayaraq Azərbaycan xanlıqlarının başı üzərində müstəqilliyin itirilməsi qorxusu dolaşırdı. İran, Türkiyə və Rusiya dövlətləri bu ərazidə üstün mövqe əldə etmək uğrunda mübarizə aparırdılar. Digər tərəfdən qonşu xanlıqların da bir-birinin müstəqilliyinə, ərazi bütövlüyünə qəsd etmək ehtimalı var idi. Ona görə də xanlıqlar güclü dövlətlərdən və qonşu xanlıqlardan özlərinə etibarlı müttəfiqlər axtarırdılar.

Belə bir dövrdə İbrahim xan Kürcüstanla ittifaqa girir və birlikdə Rusiyanın müdafiəsinə nail olmağa çalışır. 1783-cü ildə Gürcüstanın Rusiya tabeçiliyinə keçməsilə əlaqədar bu üçtərəfli ittifaq möhkəmlənmiş olur. 1791-ci ildə Ağa Məhəmməd Şah Qacar atası Məhəmmədhəsən xan Qacarın işlərini davam etdirərək dərhal Azərbaycan ərazisində zəifləmiş mövqelərini qüvvətləndirmək üçün tədbirlər görür. O, tabe olmayan xanlara və feodallara amansız divan tutaraq onları öz hakimiyyətini tanımağa məcbur edir. O, bir zaman xəbər tutur ki, Rusiya tabeliyini qəbul etmiş Gürçu çarı II İrakli Qarabağ və İrəvan xanlıqlarının da belə bir qərar qəbul etməsinə çalışır. Tarixən Qacarların yurdu olan Qarabağın Rusiyanın tabeliyinə keçməsi fikrindən dəhşətə gələn Aqa Məhəmməd Şah Qacar çox narahat olur. O, 1795-ci ildə 60-minlik bir ordu ilə Qafqaza yürüş edir.

Şahın özünün komandanlıq etdiyi böyük bir ordu hissəsi Qarabağ üzərinə yeriyir və Şuşa qalasını mühasirəyə alır. Hərtərəfli hərbi hazırlıq olmadan qısa müddətdə Şuşanı ələ keçirməyin qeyri-mümkün olduğunu görən Aqa Məhəmməd Şah Qacar Tiflis istiqamətində hücuma keçir. O, heç bir çətinlik çəkmədən Tiflisə daxil olub şəhəri darmadağın edir.

1797-ci ildə Aqa Məhəmməd Şah Qacar daha böyük bir qüvvə ilə ikinci dəfə Qafqaza yürüş edir. Qacar qoşununun Arazı keçməsini eşidən kimi İbrahimxəlil xan Şimali Azərbaycana qaçıb gizlənir. Aqa Məhəmməd Şah Qacar dəbdəbəli şəkildə, bir fateh sifətilə Şuşa qalasına daxil olur. Bir neçə gün sonra iyun ayının 5-də saray məmurları Ağa Məhəmməd Şahı gecə öz iqamətkahında qətlə yetirirlər. Bu əhvalatı eşidən İbrahimxəlil xan Şuşaya qayıdıb şahın cəsədini böyük ehtiram ilə Tehrana yola salır. Beləliklə Azərbaycan xanlıqlarını birləşdirmək Ağa Məhəmməd Şah Qacara nəsib olmur. 

3. Qarabağın Rusiyaya tabe edilməsi

XIX əsrin başlanrıcından etibarən Rusiya dövləti Birinci Pyotrun Qafqaz barəsində yazdığı vəsiyyətin tələblərini həyata keçirməyə başladı. Onun Qafqaza qarşı işğalçılıq siyasətində Azərbaycana xüsusi yer verilir, Bakının, Gəncənin və Qarabağın ələ keçirilməsinə Rusiya üçün həyati əhəmiyyət kəsb edən məsələ kimi baxılırdı.

Qafqazda yerləşən Rus ordusunun komandanı general P.D.Sisiyanov 1803-cü ildə Tiflisəən Gəncə istiqamətinə yürüş edir. Şamxora çatanda o Gəncə xanı Cavadxan Ziyad oğlu Qacara məktub yazaraq Rusiyanın himayəsini qəbul etməyi tələb edir. Rədd cavabı alan general Gəncəni mühasirəyə alır. Cavad xanın 2 minə qədər silahlı müdafiəçiləri şəhəri mərdliklə müdafiə edir. Mühasirə zamanı general Sisiyanov üç dəfə Cavad xana məktub göndərərək barışıq təklif edir. Onun axırıncı məktubuna Cavad xan belə cavab göndərir:

"Mənim meyidimi qala üzərində görərsən, nəinki təklif etdiyin sulhə nail olarsan".

1804-cü il yanvarın 3-də general Sisiyanov bir aydan artıq mərdliklə müdafiə olunan şəhəri şiddətli top atəşinə tutub qalaya yaxınlaşa bilir. Gecə yarıdan keçmiş ruslar qala divarını aşaraq şəhərə daxil olur. Cavad xan onları Gəncənin Kacı Qala bürcündə əlində qılıncla qarşılayır. yanvar ayının 4-də isə general Sisiyanov şəhid olmuş Cavad xanın qala qapısı yanında sərilmiş meyidini tapdalayaraq şəhərə daxil olur. Günortaya yaxın şəhəri müdafiə edən döyüşçülər müqaviməti dayandırmağa məcbur olurlar.

Azərbaycan xanları Gəncənin fəth edilməsindən qorxuya düşürlər. Onların bir neçəsi Sisiyanovun bütün əmr və təkliflərini qəbul etməyə hazır olduqlarını bildirirlər. Qarabağ xanı İbrahimxəlil xan Sisiyanovun təklifini qəbul edərək 1805-ci il may ayının 14-də Şuşadan Kürəkçay sahilinə gəlib sülh müqaviləsinə qol çəkir. Müqavilədə göstərilirdi ki, Qarabağ xanlığı Rusiya imperiyasının tərkibinə daxil edilir. May ayının 21-də İbrahimxəlil xanın qaynı, Şəki xanı Səlim xan Kürəkçaya gəlib rus generalının təklif etdiyi müqaviləni imzalayır. Lakin o, Şəkiyə qayıdan kimi müqavilənin şərtlərinə əməl etməyəcəyini bildirir.

Noyabr ayında Sisiyanov əvvəlcə Şəki, az sonra isə Şamaxı xanlıqları üzərinə hücum edir. Kiçik döyüşlərdən sonra təslim olan Şəki xanı Səlim xan və Şamaxı xanı Mustafa xan Sisiyanovun təklif etdiyi müqaviləyə qol çəkməyə məcbur olurlar. Bundan sonra Sisiyanov Bakıya tərəf hərəkət edir. 1806-cı il yanvarın 30-da Bakı qalasına yaxınlaşır. General şəhər kənarında olan malikanələrin birində Bakı xanı hüseynqulu xanla danışığa başlayır. Uzun danışıqdan sonra hüseynqulu xan Bakı xanlığının Rusiya hökumətinə təslim edilməsi ilə razılaşır. Fevral ayının 8-də qalanın giriş qapısı ağzında qala açarının Sisiyanova təqdimatı mərasimi oldu. Mərasimdə Sisiyanov açarların ancaq hüseynqulu xan tərəfindən təqdim edilməsini tələb edir. Çıxılmaz vəziyyətdə qalan xan açar əlində köməkçiləri ilə birlikdə iki nəfər yavərin əhatəsində dayanmış generala yaxınlaşır. Köməkçilər xanın işarəsilə generalı və onun yavərlərini tapança ilə vurub öldürürlər.

Bu dəhşətli hadisədən sonra Bakıda olan rus qoşunu gəmilərə doluşub həştərxana qaçır. Bir çox xanlıqlar Rus hökumətindən üz döndərirlər. Qarabağ xanı İbrahimxəlil xanın da bu fikirdə olduğunu duyan Şuşadakı rus qoşun dəstəsinin komandiri mayor Lisanoviç gecə onun evinə hücum edib özünü, arvadını, uşaqlarını və həmin gün Şuşada olan bir çox görkəmli adamları məhv edir. Faciədən xəbər tutan Şəki hakimi Səlim xan yeznəsinin, bacısının və bacısı uşaqlarının qisasını almaq üçün Şəkidə olan rus əsgərləri üzərinə hücum edib əksəriyyətini qırır. İbrahimxəlil xanın sağ qalmış yeganə oğlu Məhdiqulu ağa Qarabağın xanı təyin edilir.

1807-ci ilin mart ayında Rusiyanın cuhud mənşəli generalı Qudoviç Rusiyanın Qafqaz qoşunlarının komandanı təyin edildi. O, dərhal hərbi əməliyyata başlayıb itaətsizlik göstərmiş xanlıqları yenidən Rusiyaya tabe olmağa məcbur etdi. 1822-ci ildə Qarabağ xanlığı ləğv edilib Qarabağ əyaləti ilə əvəz olundu. 1840-cı ildə isə əyalət Şuşa qəzasına çevrildi. 1868-ci ildə Şuşa qəzası yeni yaradılmış, mərkəzi Gəncə şəhəri olan Yelizavetpol quberniyasına tabe edildi. Zəngəzur, Cavanşir və Cəbrayıl qəzaları da Şuşa qəzasının tərkibində olmaqla bu ərazi bölküsü 1921-ci ilə qədər davam etmişdi. 

4. Ermənilərin (hayların) Qarabağ siyasəti

Zamanın hökmü ilə türk xalqları öz içərisində erməni kimi bir millətə yer verməli, onunla qonşuluqda yaşamalı olmuşdu. Uzun müddət türklərlə mehriban qonşuluq şəraitində yaşayan ermənilərin xəbis niyyətləri Azərbaycanın Rusiya tərəfindən istilə edilməsindən sonra daha aydın şəkildə özünü göstərməyə başladı. Onlar Rusiyanın Qafqazda artan nüfuzundan istifadə edərək Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərində özlərinin müstəqil dövlət qurumlarını yaratmaq fikrinə düşdülər. Lakin, yaşadıqları ərazidə sayca azlıq təşkil etmələri buna imkan vermirdi. Ona görə də erməni siyasətçiləri Qarabağda və Qərbi Azərbaycanda ermənilərin say çoxluğunu təmin etmək üçün geniş planlar hazırlayıb həyata keçirməyə başlayırlar.

Erməni millətçiləri Rusiyanın Qafqazı idarə edən emissarları ilə sövdələşərək Zaqafqaziyanın Digər əyalətlərindən Azərbaycana və onun Qarabağ bölgəsinə ermənilərin köçürülməsinə nail oldular. 1805-ci ildən başlayaraq Azərbaycana erməni ailələləri köçürülməyə başladı. Belə köçürmə əməliyyatı sonrakı dövrlərdə aramsız olaraq davam etdirilmişdi. Çar Rusiyası erməniləri Qafqazda özlərinə ən yaxın və etibarlı xalq hesab etdiyindən köçürmə siyasətinə xüsusi diqqət yetirirdi. 1823-cü ildə köçürülmə sayəsində Qarabağda yaşayan ermənilərin sayı üç dəfədən çox artmışdı. Çar məmurlarının tərtib etdiyi verki dəftərinə əsasən həmin il Zəngəzur da daxil olmaqla tarixi Qarabağ əyalətində 4366 erməni ailəsi yaşamışdır ki, bu da ümumi əhalinin 21 faizini təşkil edirdi.

Azərbaycanın bölüşdürülməsi yolunda iki il davam edən Rusiya-İran müharibəsinin sonu olaraq 1828-ci il fevral ayının 10-da imzalanmış Türkmənçay müqaviləsinə ermənilərin İrandan Azərbaycana köçürülməsinə aid maddələr daxil edilmişdir. Xüsusi bir maddədə isə belə köçürmə əməliyyatının hər iki tərəfin maraqlarına uyqun olduğu və onun gələcəkdə də davam etdirilməsinin vacibliyi göstərilmişdir. Gəmin il İrandan 8300 erməni ailəsi İrəvan xanlığına, 40000 ailə isə Azərbaycanın digər əyalətlərinə köçürülmüşdür.

Qarşısına özgə ərazisində erməni (hay) dövləti yaratmaq kimi sərsəm məqsəd qoymuş erməni millətçiləri 1860-cı illərdən başlayaraq təşkilatlanmağa başlayır. 1885-ci ildə Fransada yaranmış "Armenakan", iki il sonra Türkiyədə daha aktiv fəaliyyətə başlayan "Qnçak" erməni siyasi təşkilatlarının mübarizəsinin əsasında Türkiyə ərazisində erməni dövləti yaratmaq ideyası qoyulmuşdu. Bu məqsədə nail olmaq üçün onlar erməniləri silahlandıraraq Türkiyəyə qarşı üsyana qaldırmaq və türkləri qırmaq planını həyata keçirməyə çalışırdılar. 1877-1879-cü illərdəki rus-türk müharibəsi dövründə ermənilərin Türkiyədə silahlı üsyan təşkil etmək, ölkədə qarışıqlıq yaratmaq planı boşa çıxmış, bir milyona qədər erməninin Zaqafqaziyaya köçürülməsi ilə nəticələnmişdi.

1890-cı ildə yaradılmış erməni "Daşnaksütyun" (Erməni İnqilab İttifaqı) partiyası öz irtiçaçı siyasəti ilə əvvəlkilərdən kəskin şəkildə seçilərək "Böyük Ermənistan" yaratmaq uğrunda mübarizəyə girişdi. Partiya qısa müddətdə xüsusi məqsədli, terrorçuluq fəaliyyəti göstərən təşkilatlar və Şərqi Anadoluda yayılmış silahlı dəstələr yaratmağa nail oldu. Onların 1894-cü ildə Türkiyənin Samsun şəhərində, Zeytun və Van əyalətlərində təşkil etdikləri erməni üsyanları Türkiyə Ordusu tərəfindən amansızlıqla yatırıldı. 400 nəfərə yaxın müsəlman, 1700-dən çox erməni həlak oldu. 

5. 1905-1906-cı illər erməni-türk müharibəsi

1. Birinci Şuşa qırğını. XX əsrin əvvəllərindən başlayaraq erməni millətçiləri mübarizə meydanını Türkiyədən Güneyi (Cənubi) Qafqaza, xüsusilə də Şimali Azərbaycan ərazisinə keçirdilər. Bunun əsas səbəbi o idi ki, erməni millətçiləri Türkiyədə tam məqlubiyyətə uğramış, Samsun, Zeytun və Van əyalətlərində muxtariyyət tələbi ilə təşkil edilmiş silahlı çıxışları onlar üçün qanlı faciələrlə nəticələnmişdi.

Türkiyə torpaqlarından əli üzülən erməni millətçiləri «Böyük Ermənistan» (özləri «Mets Hayk» demişkən) yaratmaq üçün Azərbaycanın Qarabağ torpaqları uğrunda mübarizəyə başladılar. Bununla da zaman-zaman tarixi şəraitdən asılı olaraq formasını dəyişmiş, bir an belə ara vermədən 1 əsr davam etmiş, hələ də davam edən Qarabağ uğrunda erməni-türk müharibəsi başlanmışdı.

1905-ci ildə Sankt-Peterburqdan başlayan tətillər tezliklə bütün Rusiyanı bürümüş, Bakıya gəlib çatmışdı. Rus çarı Bakıda və Bakı quberniyasında hərbi vəziyyət elan etmiş, bütün yerli hakimiyyət, ictimai müəssisələr və ordu yeni yaradılmış Bakı general-qubernatorluğuna tabe edilmişdi. Erməni (hay) siyasətçiləri Azərbaycanda yaranmış belə mürəkkəb şəraitdən öz məqsədləri üçün istifadə etmək fikrinə düşdülər. "Daşnaksütyun" partiyası və onun terrorçu dəstələrinin fəaliyyəti nəticəsində ermənilər silahlanaraq təcavüzə başladılar. Onlar Naxçıvan, İrəvan, Qarabağ, Gəncə, Bakı və başqa yerlərdə yerli türklərə hücum edir, qətlə yetirir, doğma yerlərindən qovur və bu ərazilərdə çoxluğa nail olmağa çalışırdılar.

Müharibənin başlanmasına bəhanə olan ilk toqquşma fevralın 6-da Bakı şəhərində baş verdi. Erməni kilsəsinin yaxınlığında müsəlman Ağarza Babayev ermənilər tərəfindən öldürüldü. Hadisə yerinə gələn türklər atəşlərlə qarşılandı. Bundan sonra toqquşma genişlənib bütün şəhəri əhatə etdi. Fevralın 10-na qədər davam edən qanlı atışmalar nəticəsində hər iki tərəfdən min nəfərə qədər adam öldürülmüşdü.

Çar Rusiyasının Qafqazda yürütdüyü «Divide et empere» ("parçala və hökmranlıq et") siyasətinin nəticəsi olan erməni-türk toqquşması Bakı hüdudlarını aşaraq Şuşada, Cəbrayılda, Qaryagində, Naxçıvanda, İrəvanda, Gəncədə və Tiflisəə də baş vermişdi. Onun nəticəsində hər iki tərəfdən minlərlə adam öldürülmüş, 128 erməni, 158 müsəlman kəndi qarət edilmiş və dağıdılmışdır.

Türk dünyasının tanınmış yazıçısı Məmməd Səid Ordubadi "Qanlı illər" əsərində yazmışdı: "Çoxdan bəri hər iki millətin zatına qondarılmış iqtişaş bombası partladı və bütün Qafqaz aləmi bu bombanın təsiri şiddətindən yanıb-yaxıldı… bu bomba fevralın 6-da baş verən Bakı faciəsidir ki, bütün Qafqaza buradan atəş açıldı. Bununla da təxminən iki il davam edən müsəlman-erməni qırğını başlandı".

1905-ci ildə erməni millətçilərinin törətdikləri böyük faciələrdən biri də Şuşa şəhərində baş vermişdi. Ermənilər bu müharibəyə uzun illər ərzində hazırlaşmışdılar. Onlar otuz il ərzində silah toplayır, onları zirzəmilərdə, kilsələrdə, qəbristanlıqlarda və qayalıqlarda gizlədib saxlayırdılar. Avqust ayının 16-da ermənilər bu silahları götürüb Şuşa türkləri üzərinə geniş miqyaslı hücuma keçdilər. Onlar hücuma üç istiqamətdə: yuxarı Xəhfəli, Köçərli məhəllələri və Meydan istiqamətlərində başladılar. Ermənilərin Şuşa üzərinə bu ilk və ən böyük hücumuna Şuşa türklərinin cavabı M.S.Ordubadinin "Qanlı illər" əsərində belə təsvir edilir.

"…Qəddar ermənilərin belə təcavüz və ədalarını görən İslam cavanları artıq ruhani və rəislərinin nəsihətlərinə baxmayaraq ermənilərə qarşı ümumi hücuma başlayırlar. Müsəlmanların hücumu erməniləri bir dəhşət və heyrət içində qoymaqda idi. Zirə müsəlmanları işğal etdikləri yerləri tamamilə yandırırdılar. Ermənilər son çağda olan hərbi silahlarla silahlansalar da müsəlmanların hücumuna bir an belə dözüm və səbat görünmədi. Ermənilərin tələfatı ermənilərin özlərini dəhşətə salıb oradan uzaqlaşdırırdı. Sübhdən axşama kimi qanlı müharibədə əldə etdiyi qələbələr ilə bərabər islam tayfasının şücaət və mərdliyi başqa müəllifləri çaşdırıb afərindən və tərifdən başqa bir söz deyə bilmirdilər… Ermənilər səngərlərdən çıxıb qaçmaq istəyərkən islam könüllülərinin zərbələri altında səngələrin qabağına tökülüb can verirdilər. Bu mənzərə elə vəhşi və dəhşətli idi ki, gəl görəsən. Səngərlər qabağında qorxusundan bağrı çatlayıb ölən ermənilərin sayı az qalırdı güllə və xəncərlə ölənlərin sayından çox olsun. Bu müharibədə iştirak edən müsəlmanların könüllü əsgərləri min nəfər idisə ermənilər on qat artıq əsgəri qüvvəyə malik idilər.… həmin gün ermənilər son dərəcə qorxaqlıqla qoyun sürüsü kimi müsəlmanların qabağından qaçıb kazarmalara pənah aparırdı.

Müharibənin dördünçü günü avqust ayının 19-da, ermənilər tam məğlubiyyətə uğrayır. Şuşanın cəsur oğulları ermənilərin mağazalarını və evlərini yandırıb darıdırlar. O cümlədən, ermənilərə məxsus teatr, məktəb binaları, məşhur imarətlər da yandırılmışdı.

Bu qələbə türkün qəhrdmanlıq tarixində özünə məxsus yer tutur. Sayca dörd dəfə çox olan hazırlıqlı, silahlı erməni əsgərləri şir kimi qızmış türklərin qabağından qoyun sürüsü kimi qaçaraq kazarmalara doluşur, özlərini rus əsgərlərinin çarpayılarının altına soxurdular. Günün axığına qədər erməni bölüklərinin hamsı qaçıb şəhərdən çıxmışdılar. Səngərlərdə 5-10 nəfər qaçmağa qadir olmayan qoca, yaralı qalmışdır ki, onlar da əsir götürüldülər. Axşam çağı erməni arximandriti məscidin həyətinə gəlib Şuşalılara yalvararaq aman istəyir va bu işdə ermənilərin günahkar olduğunu etiraf edir. O, ağlaya-ağlaya Şuşada qalan əlsiz-ayaqsız ermənilarə rəhm etməyi və sülhə gəlməyi təklif edir. Şuşalılar arximandritin sülh təklifini qəbul edir, güllə atmmağı dayandırırlar. Lakin avqust ayının 20-də ermənilər atəş açmaqda davam etdilər. Bu namərdcəsinə açılan atəşləri bir müddət sakit seyr edən şuşalı cavanlar qəflətən erməni meydanına tərəf yürüş edirlər. Bundan xdbər tutan erməni ruhaniləri və hökumət məmurları əllərində müqəddəs kitab başlarında xaç, musiqi ilə məsçidə gəlirlər. Onlar ağlaya-ağlaya məsçidin axunduna yalvarıb ermənilərin bağışlanmasını xahiş edirlər. Şuşalılar onların xahişini və barışıq təklifini qəbul edirlər. Avqust ayının 21-də şuşalılar evlərində qoruyub saxladıqları və əsir götürdükləri erməniləri aparıb sağ-salamat ermənilərə təhvil verirlər. Ermənilar isə 5-6 nəfər müsəlmanı salamat buraxır. Həmin gün sülh elan edildi. Bu müharibədə mindən artıq erməni məhv edilmiş, 5 mindən artıq erməni isə Şuşadan qaçıb didərgin düşmüşdü".

1906-cı il fevral ayının 20-də Tiflis şəhərinin humayun salonunda Qafqaz canişini Voronsov-Daşkovun səyi ilə erməni-müsəlman sülh məçlisi qurulur. Məclisin məqsədi müsəlmanlara qarşı törədilmiş qırğınların səbəbini araşdırmaq və bir daha belə hadisələrə yol verməmək üçün bir sıra lazımi tədbirlər görmək olmuşdu. Məclisəə qərara alınmışdı ki, hökumət ciddi təşəbbüs göstərib terroru aradan götürsün və terrorçu partiyaları dağıtsın. 

2. İkinci Şuşa qırğını. Ermənistan millətçiləri "Böyük Ermənistan" yaratmaq uğrunda mübarizə apardıqları bütün dövrlərdə Azərbaycanda milli-dini ədavəti qızışdırmaq üçün kilsələrdən, din xadimlərindən istifadə etmişlər. Kilsənin tanrı məbədi, vəzifəsinin isə allah kəlamlarını insanlara çatdırmaq olduğunu unudan keşişlər onu xalqımıza qarşı erməni quldur dəstələrini silahlandıran cəbbəxanaya çevirmişdilər. Müharibənin ağrı-acısını görmüş bir çox Şuşa erməniləri keşişlərin bu hərəkətindən kəskin rahatsızlıq içərisində yaşayırdılar.

Bütün ömrünü Şuşada keçirmiş məşhur Azərbaycan ziyalısı Mir Möhsün Nəvvab "1905-1906-cı illərdə erməni-müsəlman davası" adlı əsərində yazırdı: "1906-cı ildə Şuşada ardı-arası kəsilməyən bu qırrınlardan cana doymuş bir neçə erməni Şuşa kilsələrinin yeraltı qatlarında məxfi sursat anbarları olması haqqında gizlinçə şəhər üsul idarəsinin başçısı olan rus generalına xəbər verərdk həmin anbarların ləğv edilməsini tələb edirlar. yoxlanış zamanı iki kilsdnin yeraltı qatından çoxlu miqdarda tüfəng. küllə, top, bomba, dinamit, evlərin yandırılmasında istifadə etmək üçün müxtəlif maddələrlə doldurulmuş silah anbarları aşkar edilmişdir. Kilsənin əsas fəaliyyəti ilə daban-dabana zidd olan bu əməllərinə görə 6 nəfər günahkar keşiş Şuşadan uzaqlaşdırılmışdı. Buna baxmayaraq Şuşada qırğın törətmək məqsədilə ermənilər hərtərafli hazırlıq işləri görmüşdülər.

1906-cı ildə Qafqazdakı rus canişini erməni millətçilərinin təhriki və təzyiqi ilə Gəncə quberniyasını iki general-qubernatorun ixtiyarına vermək məcburiyyatində qalır. Bundan sonra quberniyanın Gəncəbasar hissəsi general Alftana, Qarabağ isə əvvəllar bu vəzifədən qovulmuş, türkün qatı düşməni olan, erməni mənşəli general Qalaşçapova tapşırıldı. Qalaşçapovun gəlməsi ilə Şuşa uyezdində ermənilər qətllər törətməyə, aranı qızışdırmağa başladılar. O, araşdırmalar zamanı ermənilərə göz yumur müsəlmanları isə ciddi şəkildə cəzalandırırdı.

Bu vaxtlarda ermənilər Əsgəran yolunu bağlayıb Şuşaya kömək gəlməsi imkanlarını aradan qaldırırlar. Əsgəran yolu barlandıqdan sonra Şuşaya kömək yalnız Zarıslı və digər ətraf kəndlərdən ola bilərdi. Bunun da qarşısını almaq üçün onlar bir neçə dəfə Zarıslı kəndinə hücum edib top atəşinə tutpurlar. Lakin kənd əhalisi yaxşı müdafiə olunduğundan bu hücumlar heç bir nəticə vermir.

General-qubernatorun Qarabağ türklərinə düşmən munasibəti bəslədiyini anlayan ermənilər onu türklərə qarşı dava-dalaş qızışdırmaq üçün bəhanələr axtarırlar. Nəhayət, 1906-cı il iyul ayının 12-də bir neçə gün bundan əvvəl ölmüş erməni meyidini generala göstərib onu Şuşalılar tərəfindən öldürüldüyünü deməklə tədbir görülməsini tələb edirlər. General isə hadisənin kökünü araşdırmadan şəhərdəki silahlı dəstəyə şəhərin Köçərli məhəlləsini top atdşipə tutmaq əmrini verir. Beləliklə Şuşada ikinci dəfə böyük erməni-türk müharibəsi başlayır.

Müharibə başlayana qədar İrəvandan, Gəncədən, ətraf erməni kəndlərindən 7 min erməni silahlıları, 850 nəfər rus kazakı, 400 nəfər erməni tərəfdarı olan rus, 3 mindən artıq Şuşadan, Xankəndidən olan ermənilər cəmi 12 min silahlı adam səfərbər edilmişdi. Üç gün ərzində şəhərin türklər yaşayan məhəllələri bu qüvvənin aramsız atəşinə məruz qaldı. Şəhərin ermənilər yaşayan hissəsinin sərhədlərində olan bütün türk evləri yandırılıb darıdıldı.

Şuşanın müdafiəçiləri əvvəlcədən özlərinə etibarlı səngərlər düzəltmişdilər. Odur ki, düşmən tərəfin atəşləri onlara ciddi təlafat verə bilmirdi. Onlar bir addım da geri çəkilməyib düşmən mövqeyini aramsız olaraq gullə atəşi altında saxlayırlar. Öz qüvvələrinin çoxluruna güvənib, səngərlərdən çıxaraq Şuşalıların mövqeyinə yürüş edən ermənilər dərhal məhv edilirdi. Üç gündən sonra Zarıslıdan gənclərdən ibarət bir dastə Şuşa müdafiəçilərinin köməyinə gəldi. Bundan sonra döyüş daha da şiddətləndi. Cavan, qoca və qadınlar da ayyağa qalxıb döyüşçüləri qələbəyə ruhlandırırdı. Ermənilər təzyiqə tab gətirə bilməyib səngərlərdən çıxıb qaçmağa başlayırlar. Bir azdan meydanda ancaq erməni cəsədləri və cəsur Şuşa müdafiəçiləri görünürdü. Şuşalılar günc və daldalanacaqları axtarıb gizlənmiş erməniləri tapır, meydana gətirib qətlə yetirirdilər. Qaçmaqda olan ermənilər nə qədər meyid apardılarsa da meydanda payız yarparı kimi səpələnmiş erməni cəmdəkləri hərəkətdə olan Şuşa könüllülərinin ayaqları altında tapdanırdı.

Şuşada hündür bir yerə çıxıb döyüş meydanına - vuruşmaya tamaşa edən Qalaşçapov Şuşalıların qəhrəmanlığına heyran qalır və müharibəni təcili dayandırmaq qərarına gəlir. İyulun 18-də o, hər iki tərəfdən olan nümayəndələri sülhə, barışıra razı salır. O zaman Şuşalıların mərdliyini ermənilər və ruslar da etiraf edirdilər. Onlar inanmaq istəmirdilər ki, güclü erməni və rus qoşunlarına qarşı Şuşalılar belə qəhrəmanlıqla vuruşub qalib gələ bilərlər. Beş günlük vuruşmada ermənilərdən 700 qədər adam ölmüş, 278 nəfər yaralanmışdı. Türklərdən isə 108 nəfər döyüşçü, 39 nəfər mülkü şəxs ölmüş, 74 nəfər isə yaralanmışdır".

Nəhayət, böyük vətənpərvər yazıçımız M.S.Ordubadinin "Qanlı illər" əsərindən aşağıdakı nəsihət dolu sətirlərini olduğu kimi oxucuların nəzərinə çatdırmaq istəyirik:

"Xalqımız bunu da unutpmayacaq ki, Şuşanın ikinci müharibəsində müsəlmanların yeddi yaşından yetmiş yaşına qədər qocaları silah işlədib erməniləri müqavimətdən aciz qoyurdular. Müharibə əsnasında övrətlər də sığına caqlara, səngərlərə hərbi sursat daşıyırdılar. İllər uzunu gün üzü görməyən xanım-bacılar arxalarında səngərlərə çörək və su daşıyıb islam əsgərlərinə kömək göstərdiklərinə görə dünyanın alqışlarını qazandılar. Allah belə bacılardan razı olsun. Ancaq bunların evlərdə oturub əsgər oğullar doğub kəmali-ədəblə tərbiyə etmələri üçün Allah-Təaladan bir çox təmənnada bulunuruq. "əsgər anası özü də əsgər olar - deyib dünyadan köçən babalarımıza min rəhmət oxuyub sözümü sona yetirirəm".


Səh.| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |