ÊÀÐÀÁÀÕ â ÄÎÊÓÌÅÍÒÀÕ

 

 Íà÷àëî | ÁÈáëèîòåêà | Ôîòî ôàêòû | Êàðòèííàÿ ãàëåðåÿ | Ññûëêè | Ôîðóì | ÎïðîñÏîèñê â google | AZAD QARABAĞ |

Sabir Asadov. WESTERN AZERBAIJAN

İbrahim Bayramov

QƏRBİ AZƏRBAYCANIN TÜRK MƏNŞƏLİ TOPONİMLƏRİ

A | B | V | Q | D | E | Ə | Z | İ | Y | K | G | L | M | N | O | Ö | P | R | S | T | U | Ü | F | X | H | Ç | C | Ş


Z

 

Zabazadur - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu ərazisində kənd olmuşdur. Rayon mərkəzindən 12 km məsafədə, Axlatyan kəndinin yaxınlığında yerləşmişdir. 1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə qeyd edilmişdir(143,s.183).

Kənddə 1873 - cü ildə 53 nəfər, 1886-cı ildə 64 nəfər, 1897-ci ildə 103 nəfər, 1908-ci ildə 243 nəfər, 1914 - cü ildə 120 nəfər azərbaycanlı yaşamışdır (415, s.76-77, 146-1247). 1918-ci ilin iyun ayında azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya edilmişdir. Kənd xarabalığa çevrilərək ləğv edilmişdir. İndi xaraba kənddir.

Zağabaşı - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonu ərazisində yaşayış məntəqəsi. Burada 1897-ci ildə 7 nəfər azərbaycanlı yaşamışdır (415, s.44-45).

XX əsrin əvəllərində azərbaycanlılar qovuluraq yaşayış məntəqəsi ləğv edilmişdir.

Toponim Azərbaycan dilində «mağara», «kaha» mənasında işlənən zağa sözü ilə (10, s.317), «zirvə», «təpə», «əvvəl», «başlanğıc», «çayın yuxarısındakı yerlər», «əsas» mənasında işlənən baş sözünün (253, s.100; 278, s.34; 339, s.76-77) birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Zamanın arxacı - İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda yaylaq. Rayondakı Göykilsə (Kaputan) kəndində yerləşir. Zaman şəxs adı əsasında yaranan antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Zar - İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Rayon mərkəzindən 14 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.81), Qafqazın 5 verstlik xəritəsində (348, s.96) qeyd edilmişdir.

Kənddə 1831-ci ildə 89 nəfər, 1873 - cü ildə 490 nəfər, 1886-cı ildə 634 nəfər, 1897-ci ildə 757 nəfər, 1914 - cü ildə 1250 nəfər (415, s.44-45, 124-125), 1918-ci ilin yanvarında 706 nəfər (309, s.216) yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevral ayında azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur (309, s.216). Türkiyədən köçürülən ermənilər 1918-1919 - cu illərdə burada yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma ocaqlarına dönə bilmişlər. Burada ermənilərdən başqa 1922-ci ildə 52 nəfər, 1926-cı ildə 51 nəfər, 1931-ci ildə 93 nəfər azərbaycanlı yaşamışdır (415, s.44-45, 24-25). SSRİ Nazirlər Sovetinin xüsusi qərarına əsasən azərbaycanlılar 1948-49 - cu illərdə zorla Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır.

Toponim türk dilində «yarğan» mənasında işlənən car (zar -İ.B.) sözü (339, s. 178-179) əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir.

Zeyvə - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Rayon mərkəzindən 16 km şimal-qərbdə, Oxçu çayı ilə Gığı çayının qovuşduğu yerdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.97).

Kənddə 1926-cı ildə 14 nəfər, 1931-ci ildə 49 nəfər azərbaycanlı yaşamışdır (415, s.56-57, 134-135).

Toponim ərəb dilində «güşə,künc,bucaq» mənasında işlənən zaviyə sözü (104, s.207) əsasında əmələ gəlmişdir. Quruluşca sadə toponimdir.

Erm.SSR AS RH-nin 29.VI.1949 - cu il fərmanı ite kəndin adı dəyişdirilib Davidbəy qoyulmuşdur.

Zeyvə körpüsü - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda Gığı çayının üstündə körpü. XIII əsrdə tikilib. 1950-ci ilədək işlək olub. İndi iki tağı qalıb.

Zeynalağalı - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonunda kənd.

Kənddə 1831-ci ildə 45 nəfər, 1897-ci ildə 6 nəfər azərbaycanlı yaşamışdır (415, s.16-17, 100-101). 1840-cı illərdə kəndə ruslar, 1918-ci ildə ermənilər yerləşdirilmişdir. Azərbaycanlılar XX əsrin əvvəllərində (1905-1906-cı illərdə) kənddən qovulmuşdur.

Toponim Zeynalağa şəxs adına mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzəlib «Zeynalağaya mənsub yer, kənd» deməkdir. Antropotoponimdir. Quruluşca düzəltmə toponimdir.

1850-ci illərdə kəndin adı dəyişdirilib Aleksandrovka qoyulmuşdur. Sonra Erm.SSR AS RH-nin 22.ll.1939 - cu il fərmanı ilə kəndin adı ikinci dəfə dəyişdirilərək Çkalovka adlandırılmışdır.

Zeynal bulaq - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonu ərazisində kənd olmuşdur. Qafqazın 5 verstlik xəritəsində (348, s.97) qeyd edilmişdir. Kənddə 1897-ci ildə 41 nəfər, 1914 - cü ildə 61 nəfər (415, s.22-23, 106-107), 1918-ci ilin yanvarında 295 nəfər (309, s.219) azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş və kənd xarabalığa çevrilmişdir. İndi xaraba kənddir (309, s.219).

Toponim Zeynal şəxs adı və bulaq sözündən əmələ gəlmişdir. Kənd Zeynal adlı adamın düzəltdiyi bulağın yanında salındığı üçün «Zeynalbulaq» adlanmışdır. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Zeytə - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. Rayon mərkəzindən 7 km cənub-qərbdə, Arpaçayın bir qolu olan Zeytədərəsi çayının sahilində yerləşir. Erməni mənbələrində kəndin adı həm də Çopma, Çomap, Zeta, Çapma, Zeyvə kimi göstərilir (415, s.88). «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.59) qeyd edilmişdir.

Kənddə 1831-ci ildə 67 nəfər, 1873 - cü ildə 224 nəfər, 1886-cı ildə 261 nəfər, 1897-ci ildə 324 nəfər, 1916-cı ildə 403 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.88-89, 158-159). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 34 nəfər, 1926-cı ildə 147 nəfər, 1931-ci ildə 228 nəfər azərbaycanlı yaşamışdır (415, s.88-89, 158-159). 1988-ci ilin noyabr ayında Ermənistan dövləti kəndin sakinlərini deportasiya etmişdir. İndi ermənilər yaşayır.

Yuxarıda qeyd etdik ki, kəndin qədim adları çox olmuşdur və biri də «Zeyvə»dir. Onda bu qənaətə gəlirik ki, Zeytə, Zeyvə sözünün fonetik formasıdır. Deməli, ərəb dilində «künc», «bucaq» mənasında işlənən zaviyə (>zeyvə >zeytə) sözündən əmələ gəlib.

Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Zedsa qoyulmuşdur.

Zeytədərəsi çayı - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda çay. Rayondakı Zeyvə kəndinin ərazisindən axır.

Zəngəzur - Azərbaycanın Zəngilan, Qubadlı, Laçın, eləcə də qədim Azərbaycan torpaqları olan 1920-ci ildə indiki Ermənistanın tabeliyinə verilən Meğri, Qafan, Görus və Sisyan rayonlarını əhatə edən ərazi, mahal. Zəngəzur ərazi etibarilə Araz çayı boyu ilə Meğridən başlamış Əkərəyə qədər, şimala doğru isə Qapıcıq, Xustup dağlarına, Zəngəzur sıra dağlarından Bərguşad dağlarınadək ərazini əhatə edir (85, s.121). XIX əsrdə yeni inzibati ərazi bölgüsünə əsasən, Qafan, Gorus, Meğri, Sisyan rayonları Zəngəzur qəzası adı ilə Yelizavetpol (Gəncə) quberniyasma daxil olmuşdur. Zəngəzur zəngilər türk tayfasının adı əsasında yaranmışdır. F.Sümər yazır: «Əlcazair və Suriya hakimləri olan zəngilər də türk məmlük ailəsindən idilər» (238, s. 123).

Toponimin sonundakı «zur» türk dilində «dərə», «yarğan» mənasında işlənən car (>zar>zur -İ.B) sözünün (339, s. 178-179) fonetik variantıdır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Zəngi - İrəvan quberniyasında, indiki Ermənistanda çay. Bu çay başlanğıcını Göyçə gölündən alır. Axta (Razdan), Sevan rayonlarından, İrəvan şəhərindən, Zəngibasar (Masis) rayonunun ərazisindən axıb Araz çayına tökülür. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.95) qeyd edilmişdir.

Çayın adı qıpçaqların zəngi tayfasının adı (238, s. 123,257; 256, s.26) əsasında əmələ gəlmişdir. Etnohidronimdir. Çayın adı dəyişdirilib Razdan çayı qoyulmuşdur.

Zəngibasar - İndiki Ermənistanda inzibati rayon. Qəmərli (Artaşat) rayonundan 18 kənd, Vağarşabad (Eçmiədzin) rayonundan 14 kənd götürülüb 1937-ci il dekabrın 1-də Zəngibasar rayonu təşkil edilmişdir. 1953 - cü ildə rayon ləğv edilərək ərazisi Qəmərli (Artaşat) və Vağarşabad (Eçmiədzin) rayonları arasında bölüşdürülmüşdür. 1969 - cu il yanvarın 14-də yenidən rayon bərpa edilərək Masis rayonu adlandırılmışdır. Rayonun indiki ərazisi 428-640-cı illərdə Ayrarat qəzasının tərkibində, VII-XI əsrlərə qədər ərəb işğalı altında olmuşdur. XI əsrdən Səlcuq türklərinin, 1230 - cu ildə monqol-tatarlarının tabeliyində olmuşdur. XVI əsrdən Çuxur Səd bəylərbəyliyinin, XVIII əsrdən XIX əsrin əvvəllərinə kimi İrəvan xanlığının tərkibinə, XlX əsrdən XX əsrin 20-cı illərinə qədər İrəvan quberniyasının İrəvan qəzasının tərkibinə daxil edilmişdir (Ermənistan Sovet Ensiklopediyası, VI c., İrəvan, 1980, s.269).

Toponim qıpçaq tayfalarından olan zəngi (238, s. 123,257;256, s.26) və basar türk etnonimləri (286, s.61) əsasında əmələgəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.Erm.SSR AS RH-nin 31.VI.1950-ci ildə adı dəyişdirilib Masis qoyulmuşdur.

Zəngilər - İndiki Ermənistanın Zəngibasar (Masis) rayonunda kənd. Rayon mərkəzindən 4 km şimal-qərbdə, Zəngi çayının sahilində yerləşir. 3 yanvar 1935-ci ilə kimi kəndin adı Donuzgiən (Donuzgirən) olmuşdur. Burada 1988-ci ilin noyabr-dekabr ayına kimi yalnız azərbaycanlılar yaşamışdır. Bax: Donuzgiən //Donuzgirən.

Zəngilər toponimi də türk mənşəlidir. Türk əsilli zəngilər nəsil adı ilə bağlıdır. F.Sümər yazır: «Əlcəzair və Suriyə hakimləri olan zəngilər də türk məmlük ailəsindən idilər» (238, s.123). Ərəb ölkələrindəki məmlük türkləri qıpçaq tayfalarıdır (256, s.26). Deməli, zəngilər qıpçaq tayfalarından biridir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə adı dəyişdirilib Zorak qoyulmuşdur.

Zərzibil - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 15 km şərqdə, Məzrə çayının yaxınlığında yerləşir.

XVI əsrdə İrəvan qəzasının Göyçə mahalında Zar nahiyyəsi və Zabil nahiyyəsi, o cümlədən Zar kəndi və Baş Zebil kəndi olmuşdur (143, s.180-181). Sonralar bu nahiyyələr ləğv edilmiş, Basarkeçər rayonu da daxil olmaqla Göyçə mahalında Göyçə nahiyyəsi, Məzrəə nahiyyəsi yaradılmışdır. XVIII əsrdə Basarkeçər rayonunda yalnız Zar kəndi qeydə alınmışdır (143, s.55-62).

Qafqazın 5 verstlik xəritəsində Zərzibil kəndinin adı qeyd edilmişdir (348, s.96). Bu deyilənlərdən belə qənaətə gəlirik ki, Zərzibil kəndi Zar və Zebil kənd adlarının birləşməsindən əmələ gəlmişdir.

Kənddə 1831-ci ildə 202 nəfər, 1873 - cü ildə 462 nəfər, 1886-cı ildə 653 nəfər, 1897-ci ildə 754 nəfər, 1908-ci ildə 963 nəfər, 1914 - cü ildə 1005 nəfər, 1916-cı ildə 968 nəfər azərbaycanlı yaşamışdır (415, s.26-27, 110-111). 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qovulmuşdur. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma kədlərinə qayıda bilmişlər. 1922-ci ildə burada 581 nəfər, 1926-cı ildə 631 nəfər, 1931-ci ildə 808 nəfər (415, s.26-27, 110-111), 1987-ci ildə 2000 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının axırlarında Ermənistan dövləti azərbaycanlıları tarixi-etnik torpaqlarından deportasiya etmişdir. İndi burada ermənilər yaşayır.

Toponim türk dilində «yarğan», «dərə» mənasında işlənən zar (car -İ.B) sözü (339, s.178-179) əsasında yaranmışdır. Quruluşca mürəkkəb toponimdir.

Erm.SSR AS RH-3.I.1935-ci il fərmanı ilə adı dəyişdirilib Zərkənd, Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə ikinci dəfə dəyişdirilib Kut qoyulmuşdur.

Zimmi - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd olmuşdur. Məngük kəndinin yaxınlığında, Zimmi dərəsində, Yağan dağının ətəyində yerləşirdi.

1728-ci il tarixli «İrəvan əyalətinin icmal dəftəri»ndə Zimmi Vedisi formasında (143, s.51) qeyd edilmişdir.

Kənddə 1873 - cü ildə 184 nəfər, 1886-cı ildə 231 nəfər, 1897-ci ildə 322 nəfər, 1904 - cü ildə 259 nəfər, 1914 - cü ildə 285 nəfər, 1916-cı ildə 216 nəfər azərbaycanlı yaşamışdır (415, s.86-87, 154-155). 1918-19 - cu illərdə azərbaycanlılar ermənilər tərəfindən qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılardan sağ qalanı kəndlərinə dönə bilmişlər. 1922-ci ildə 24 nəfər, 1926-cı ildə 60 nəfər, 1931-ci ildə 31 nəfər azərbaycanlı yaşamışdır (415, s.86-87, 154-155). 1948-49 - cu illərdə kəndin sakinləri SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə tarixi-etnik torpaqlarından deportasiya olunaraq Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.

Toponim VII əsrdə Arran əhalisinin islam dinini qəbul etməyən hissəsinə xristianlara ərəblərin verdiyi Zimmi sözü (63, s.126; 23, s.252-254) əsasında formalaşmışdır. İslamı qəbul edən yerli əhalini ərəblər movla, islamı qəbul etməyənləri Zimmi adlandırmışlar (23, s.252). Quruluşca sadə toponimdir.

Zirak - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. Arpaçayın sol qolu olan Zirakçay çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.98) qeyd edilmişdir.

Kənddə 1831-ci ildə 43 nəfər, 1873 - cü ildə 169 nəfər, 1886-cı ildə 218 nəfər, 1897-ci ildə 223 nəfər, 1914 - cü ildə 433 nəfər, 1916-cı ildə 423 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.88-89, 158-159). 1918-ci ildə kəndə ermənilər təcavüz edərək azərbaycanlıları deportasiya etmişlər. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra 1923-24 - cü illərdə sağ qalanlar öz yurdlarına dönə bilmişdir. Burada 1926-cı ildə 158 nəfər, 1931-ci ildə 545 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.88-89, 158-159). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kəndin sakinləri 1948-49 - cu illərdə tarixi-etnik torpaqlarından deportasiya olunaraq zorla Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.

Toponim qədim türk tayfalarından olan siraq etnonimi (377, s.480, 235, s.51-59) əsasında əmələ gəlmişdir. Zirak, Sirak etnoniminin variantıdır və Azərbaycan dilində s~z səsəvəzlənməsi qanunauyğun haldır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Zirakçay - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda çay. Rayondakı Zirak kəndinin ərazisindən axır. Hidronim sirak //şirak etnoniminin adını (377, s.480; 235, s.51-59) əks etdirir. Etnohidronimdir.

Zoğallı bulaq - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan) rayonunda bulaq. Zoğal bitki adı əsasında yaranan fitohidronimdir.

Zod - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 16 km şimal-şərqdə, Zod çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.62), Qafqazın 5 verstlik xəritəsində (348, s.98) qeyd edilmişdir.

Erməni mənbəyində kəndin adı həm də Zot, Sot formasında qeyd edilir (415, s.26).

Kəndin ərazisində IX-XII əsrlərə aid. azərbaycanlılarla bağlı tarixi abidələr (alban kilsəsinin, oğuz qəbiristanlığının xarabalıqları) vardır.

Kənddə 1831-ci ildə 245 nəfər, 1873 - cü ildə 905 nəfər, 1886-cı ildə 1088 nəfər, 1897-ci ildə 1584 nəfər, 1908-ci ildə 1717 nəfər, 1914 - cü ildə 1988 nəfər, 1916-cı ildə 1717 nəfər azərbaycanlı yaşamışdır (415, s.26-27, 110-111). 1919 - cu ilin aprelində azərbaycanlılar qırğınlarla ermənilər tərəfindən qovulmuşlar (309, s.305). İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdir. 1922-ci ildə 1046 nəfər, 1926-cı ildə 1325 nəfər, 1931-ci ildə 1599 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.27, 111). 1988-ci ilin noyabrında azərbaycanlılar yenidən öz doğma kəndlərindən Ermənistan dövləti tərəfindən qovulmuşlar. İndi ermənilər məskunlaşıb.

Toponim türk mənşəli sotk //sodk etnonimi (168, s.106-107) əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Toponim Sotk>Södk>Zod inkişaf prosesi keçirmişdir. Azərbaycan dilində s~z və t~d səsəvəzlənməsi qanunauyğun haldır. Etnonimin tərkibindəki «k» səsi qədim türk dilində cəmlik, çoxluq mənalarını bildirmişdir. Lakin sonralar etnonimdəki fonetik dəyişmələr nəticəsində «k» samiti düşmüşdür.

Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə Zod kəndinin adı dəyişdirilib Sotk adlandırılmışdır.

Zor körpüsü - Barana (Noemberyan) rayonundakı Voskepar kəndində körpü. VIII əsrdə tikilib.

Zorba - İrəvan quberniyasının İrəvan qəzasında, indi Talin rayonunda kənd. Rayon mərkəzindən 23 km məsafədə yerləşir. Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Sorik qoyulmuşdur.

Zöhrablı - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Rayon mərkəzindən 12 km məsafədə yerləşir. Kəndin digər adı Zorbalı olmuşdur (415, s.48). «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.75) qeyd edilmişdir. Burada tarixən azərbaycanlılar yaşamışdır. 1828-30 - cu illərdə kəndə İrandan köçürülən ermənilər yerləşdirilmiş və azərbaycanlılar deportasiya olunmuşdur.

Toponim qaşqay türk tayfasından olan zöhrablı nəsil adı əsasında (142, s.39) əmələ gəlmişdir. Patronomik toponimdir. Quruluşca sadə toponimdir.

Erm.SSR AS RH-nin 20.VIII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Mrqanuş qoyulmuşdur.

 


Ñòð.| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |