ÊÀÐÀÁÀÕ â ÄÎÊÓÌÅÍÒÀÕ

 

 Íà÷àëî | ÁÈáëèîòåêà | Ôîòî ôàêòû | Êàðòèííàÿ ãàëåðåÿ | Ññûëêè | Ôîðóì | ÎïðîñÏîèñê â google | AZAD QARABAĞ |

Sabir Asadov. WESTERN AZERBAIJAN

İbrahim Bayramov

QƏRBİ AZƏRBAYCANIN TÜRK MƏNŞƏLİ TOPONİMLƏRİ

A | B | V | Q | D | E | Ə | Z | İ | Y | K | G | L | M | N | O | Ö | P | R | S | T | U | Ü | F | X | H | Ç | C | Ş


Ş

 

Şabadin - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Rayon mərkzindən 13 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.289).

Kənddə 1831-ci ildə 51 nəfər, 1873 - cü ildə 198 nəfər, 1886-cı ildə 261 nəfər, 1897-ci ildə 316 nəfər, 1904 - cü ildə 317 nəfər, 1914 - cü ildə 275 nəfər azərbaycanlı yaşamışdır (415, s.60-61, 136-137). 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur (309, s.205). İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılar öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 151 nəfər, 1926-cı ildə 175 nəfər, 1931-ci ildə 213 nəfər (415, s.60-61, 136-137), 1959 - cu ildə 380 nəfər (415, s.157-158) azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabrın axırlarında azərbaycanlılar tamamilə öz doğma ocaqlarından qovulmuşdur. İndi burada ermənilər yaşayır.

Toponim türk dilində «bitkisiz qumlu, daşlı dağ yamacı», «yastı sıldırım sahili» (287, s.477), «uçurum, sıldırım», «yamac», «dərin dağarası çuxurda yüksəklik» (339, s.607) mənasında işlənən çap (> şab -İ. B.) sözü ilə türk dilində «dincəlmək üçün dayanmaq», «istirahət», «dincəlmək» mənasında işlənən din (dın) sözünün (367, s.341-343) birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə adı dəyişdirilib Yeğek qoyulmuşdur.

Şabadin axund yeri - Yelizavetpol (Gəncə) quberniyasıtıın Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. Rayondakı Oxçu kəndinin yaxınlığında yerləşirdi. Burada 1897-ci ildə 10 nəfər azərbaycanlı yaşamışdır (415, s.60-61). XX əsrin əvvəllərində, 1906-cı ildə ermənilərin təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuş, kənd xarabalığa çevrilmişdir. İndi xaraba kənddir. Mürəkkəb quruluşlu toponimdir.

Şaqarda - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonu ərazisində kənd. Burada tarixən azərbaycanlılar yaşamışdır. 1828-ci ildə Türkmənçay müqaviləsi bağlanandan sonra, indiki Ermənistanın başqa bölgələri kimi buraya da Türkiyədən ermənilər köçürülüb yerləşdirilmişdir. Burada ermənilərlə yanaşı 1897-ci ildə 5 nəfər, 1916-cı ildə 21 nəfər, 1922-ci ildə 11 nəfər, 1926-cı ildə 67 nəfər, 1931-ci ildə 24 nəfər azərbaycanlı yaşamışdır (415, s.80-81, 150-151). SSRİ hökumətinin xüsusi qərarı ilə azərbaycanlılar 1948-1953 - cü illərdə tarixi-etnik torpaqlarından çıxarılaraq zorla Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.

Azərbaycan dilində s~ş səs əvəzlənməsinin qanunauyğun hal olduğunu nəzərə alıb qeyd edə bilərik ki, Şaqarda toponiminin birinci komponenti şaq, saq etnonimini əks etdirir. Saq etnonimi ilə bağlı ilk məlumata Strabonun «Coğrafiya» əsərində rast gəlinir. Saq etnonimi türk tayfasıdır (402, s.73, 91-96; 235, s 24-28; 287, s.82-101). Deməli, toponim saq türk etnonimi ilə türk dilində «dağbeli» (399,l, s.42), «arxa tərəf, yayla, dağ, dağ keçidi» (299, s.55), «təpə» (339, s.56) mənasında işlənən art sözünün birləşməsindən əmələ gəlib «dağ keçidində, yaylada, dağda sakların yaşadığı yer» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Şalat - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Rayon mərkəzindən 19 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Şələt formasında (143, s.150) qeyd edilmişdir.

Toponim türk dilində şala ağacını bildirən şala (şal formasında da işlənmişdir) sözünə (299, s.520) qədim türk dilində cəmlik bildirən -t şəkilçisinin (299, s.663) artırılması yolu ilə əmələ gəlmişdir. Azərbaycan dilində «qalın meşə» mənasında işlənən şellix sözü ilə (253, s.133) şal, şala eyniköklü sözlərdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kəndin adı dəyişdirilib Şaqat qoyulmuşdur.

Şamb - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Rayon mərkəzindən 22 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Şamkəndi kimi qeyd edilmişdir (348, s.291). Toponimin ilkin forması «Şam»dır. Toponimin sonundakı «b» samiti sonradan artırılaraq erməni dilində «qarğı, qamış» mənasını verən şamb formasına uyğunlaşdırılmışdır.

Toponim «ağac» mənasında işlənən şam sözündən əmələ gəlmişdir. Fitotoponimdir. Qurluşca sadə toponimdir.

Şamlıq - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Allahverdi (Tumanyan) rayonunda kənd. İndi şəhər tipli qəsəbədir. Rayon mərkəzindən 13 km şimal-şərqdə yerləşir. Kənddə filiz yataqları (mis) vardır. Buna görə də burada mis mədənləri tikilmişdir. Kənddə 1886-cı ildə 7 nəfər, 1897-ci ildə 49 nəfər azərbaycanlı yaşamışdır (415, s.1213, 100-101). 1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya olnmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar ata-baba torpaqlarına dönə bilmişdir. Burada 1922-ci ildə 62 nəfər, 1926-cı ildə.65 nəfər, 1931-ci ildə 166 nəfər (415, s. 12-13, 100-101), 1959 - cu ildə 260 nəfər, 1970-ci ildə 266 nəfər azərbaycanlı yaşamışdır. Qəsəbədə azərbaycanlılarla yanaşı, yunanlar, ermənilər və ruslar da yaşamısdır. Azərbaycanlılar 1988-ci ilin noyabr ayında Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi burada yunanlar və ermənilər yaşayır. Toponim «şam» ağac adına -lıq şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Şamud - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indiki Allahverdi (Tumanyan) rayonunda kənd. Rayon mərkəzindən 60 km məsafədə yerləşir. Kəndin adı Şamut formasında da qeyd edilir (266, s.222). Toponim ağac növü olan şam sözünə qədim türk dilində cəmlik bildirən -ud şəkilçisinin qoşulması ilə əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Şamsız - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda kənd.

Kənddə 1897-ci ildə 124 nəfər, 1914 - cü ildə 186 nəfər, 1916-cı ildə 911 nəfər azərbaycanlı yaşamışdır (415, s.28-29, 114-115). 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanalar tarixi-etnik torpaqlarına dönmüşdür. Burada 1926-cı ildə 54 nəfər, 1931-ci ildə 52 nəfər azərbaycanlı yaşamışdır (415, s.28-29, 114-115). 1940-cı illərdə azərbaycanlılar kənddən çıxarılmış və kənd ləğv edilmişdir. tndi xaraba kənddir.

Toponim bitki adı bildirən şam sözünə -sız şəkilçisinin artırılması ilə düzəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Şirəqala - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonu ərazisində kənd. Abaran çayının sağ qolu olan Duluçay çayının yanında yerləşirdi. 1840-1850-ci illərdə ləğv edilmişdir. İndi xarabakənddir.

Toponim «gil növü, mavi gil» mənasında işlənən şirə sözü ilə (253, s.133) qala sözününə birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Şativəng - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində dini məbəd. Dağlıq yerdə 1656-cı ildə tikilmişdir (Cáîðíèê ñâåäåíèé î Êàâêàçå, ò. V.,Òèôëèñ,1879, ¹ 765). Qafqazın 5 verstlik xəritəsində (348, s.290) qeyd edilmişdir. Bu abidə Dərələyəzdə Həsənkənd və Alxanpəyəsi adlı kəndlərin qabağæòda, Təkədonduran dağının qərb tərəfində, dağın başında yerləşir. (211,s.210).

Toponim türk xanlarında hərbi rütbə mənasında işlənən şad sözünə (299, s.519; 229, s.383) türk dilində «qala», «istehkam» mənasında işlənən vəng sözünün qoşulması yolu əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Şahab - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Rayon mərkəzindən 3 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.77), Qafqazın 5 verstlik xəritəsində (348, s.240) qeyd edilmişdir.

Toponim şahablı nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin 11.IV.1940-cı il fərmanı ilə adı dəyişdirilib Mayakovski qoyulmuşdur.

Şahablı - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Rayon mərkəzindən 13 km cənub-şərqdə, Qırxbulaq çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.106), Qafqazın 5 verstlik xəritəsində (348, s.290) qeyd edilmişdir.

Kənddə 1873 - cü ildə 437 nəfər, 1886-cı ildə 606 nəfər, 1897-ci ildə 853 nəfər, 1904 - cü ildə 827 nəfər, 1914-cü ildə 910 nəfər, 1916-cı ildə 966 nəfər azərbaycanlı yaşamışdır (415, s.86-87, 156-157). 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qovulmuşlar. Türkiyənin Van və Şatax vilayətlərindən köçürülən ermənilər bu kəndə də yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə dönə bilmişlər. Ermənilərlə yanaşı, burada 1922-ci ildə 64 nəfər, 1926-cı ildə 41 nəfər, 1931-ci ildə 79 nəfər azərbaycanlı yaşamışdır (415, s.86-87, 156-157). SSRİ hökumətinin xüsusi qərarı ilə kənddə yaşayan azərbaycanlılar 1948-1949 - cu illərdə zorla Azərbaycana köçürülmüşdür. İndi burada yalnız ermənilər yaşayır.

Toponim şahablı nəsil adı əsasında əmələ gəlmişdir. Patronomik oykonimdir. Quruluşca düzəltmə toponimdir.

Erm. SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə adı dəyişdirilib Şahap (Şaqap) qoyulmuşdur.

Şahvarud - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda dağ. Rayondakı keçmiş Xaratlıq kəndinin ərazisində yerləşirdi. Oronim titul bildirən şah sözü ilə bulaq hidronimi əsasında yaranıb.

Şalıbulaq - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. Rayon mərkəzindən 9 km cənub-qərbdə, Araz çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.293). Erməni mənbələrində Şavarud kimi yazılır (415, s.64). Kənddə 1831-ci ildə 59 nəfər, 1873 - cü ildə 72 nəfər, 1886-cı ildə 116 nəfər, 1897-ci ildə 153 nəfər, 1908-ci ildə 96 nəfər, 1914 - cü il də 128 nəfər, 1916-cı ildə 132 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.64-65, 138-139). 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba yurdlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 108 nəfər, 1926-cı ildə 106 nəfər, 1931-ci ildə 96 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.64-65, 138-139). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kəndin sakinləri olan azərbaycanlılar 1948-1949 cu illərdə zorla tarixi-etnik torpaqlarından Azərbaycana deportasiya olunmuşdur. Kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndi ermənilər yaşayır.

Toponim fars dilində «qaya, möhkəm, bərk» mənasında işlənən şah sözündən (339, s.625) və Azərbaycan dilində «möhkəmləndirilmiş kənd, qala» mənasında işlənən var sözünə (339,s.113) -ud şəkilçisinin qoşulmasından əmələ gəlmişdir. Relyef əsasında yaranmış mürəkkəb quruluşlu toponimdir.

Erm. SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə adı dəyişdirilib Uşakert qoyulmuşdur.

Şaverdilər - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd. Qafqazın 5 verstlik xəriətsində qeyd edilmişdir (348, s.293). Kəndin digər adı, «Şahverdiuşağı» olmuşdur (415, s.28). Kənddə 1886-cı ildə 238 nəfər, 1897-ci ildə 217 nəfər, 1904 - cü ildə 111 nəfər, 1914-cü  ildə 147 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.28-29, 114-115). 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra 1923-1924 - cü illərdə sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda bilmişlər. Burada 1926-cı ildə 87 nəfər azərbaycanlı yaşamışdır (415, s.28-29). 1930 - cu ildə kollektivləşmə ilə əlaqədar kənd ləğv edilmişdir. İndi xaraba kənddir. Toponim Şahverdilər (Şahverdilər uşağı) nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir.

Şahdağı - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda dağ. Rayonun Cil kəndi ilə Azərbaycanın Gədəbəy rayonu arasında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.293). Oronim titul bildirən şah sözü ilə dağ sözünün birləşməsindən əmələ gəlmişdir. Mürəkkəb quruluşlu oronimdir.

Şahəli - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Quqark rayonunda kənd. Rayon mərkəzindən 25 km məsafədə yerləşir. Şəxs adı əsasında əmələ gələn antropotoponimdir. Quruluşca sadədir.

Erm. SSR AS RH-nin 10. IV. 1947-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vahaqni qoyulmuşdur.

Şahgəldi qışlağı - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayondakı Hors kəndinin yaxınlığında, Səlim çayının sahilində, Arpaçayın sağ qolunun yanında yerləşirdi. Erməni (415, s.92), rus (348, s.135) mənbələrində həm də Qışlaq kimi qeyd edilir.

Kənddə 1831-ci ildə 36 nəfər, 1873 - cü ildə 80 nəfər, 1886-cı ildə 112 nəfər, 1897-ci ildə 133 nəfər, 1904 - cü ildə 133 nəfər, 1914 - cü ildə 146 nəfər, 1916-cı ildə 179 nəfər, 1919 - cu ildə 115 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.92-93, 162-163). 1919 - cu ilin sonlarında kənd ermənilərin təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz doğma yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 42 nəfər, 1926-cı ildə 37 nəfər, 1931-ci ildə 45 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.92-93, 162-163). 1940-cı illərdə azərbaycanlılar köçürülərək kənd ləğv edilmişdir. İndi xaraba kənddir.

Toponim Şahgəldi sözü ilə qışlaq sözünün birləşməsindən əmələ gəlmişdir. Qışlaq şaha məxsus olduğunu ifadə edir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Şahmurad - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonu ərazisində qışlaq. Gölkənd kəndinin yaxınlığında yerləşirdi. 1926-cı ildə 6 nəfər azərbaycanlı yaşamışdır (415, s.32-33). 1930 - cu ildə ləğv edilmişdir. Toponim şəxs adı əsasında əmələ gəlmiş antropotoponimdir. Quruluşca sadə toponimdir. ;

Şahnəzər - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunda kənd. Rayon mərkəzindən 11 km məsafədə yerləşir. Kənddə ermənilərdən başqa, 1831-ci ildə 6 nəfər, 1897-ci ildə 3 nəfər, 1926-cı ildə 3 nəfər azərbaycanlı yaşamışdır (415, s.80-81, 150-151). 1930 - cu illərdə azərbaycanlılar kənddən qovulmuşdur. İndi burada ermənilər yaşayır.

Toponim şəxs adı əsasında əmələ gəlib. Antropotoponimdir. Sadə quruluşlu toponimdir.

Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Medzavan (Böyük qəsəbə) qoyulmuşdur.

Şacquran - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Şəmşəddin rayonunda qışlaq. 1930 - cu ildə ləğv edilmişdir.

Toponim sacilər sülaləsinin başçısı Əbu-s-Sac Divdad İbn Yusif ibn Əl-Divdastın (ASE, VIII, B., 1984, s.313) adını əks etdirən Sac sözünün fonetik variantı olan Şac (Azərbaycan dilində s~ş səsəvəzlənməsi qanımauyğun haldır) sözünə monqol dilində «düşərgə, hərbi düşərgə», «hasar» mənasında işlənən quran (əsli xuren) sözünün (339, s.317-318) artırılması yolu ilə düzəldilmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Şeyx Hacı - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Rayon mərkəzindən 17 km məsafədə, Alagöz dağının qərb ətəyində yerləşir. Kəndin adı erməni mənbələrində Shacı formasında da göstərilir (415, s.36). Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.296).

Kənddə 1831-ci ildə 19 nəfər, 1873 - cü ildə 233 nəfər, 1886-cı ildə 245 nəfər, 1897-ci ildə 338 nəfər, 1908-ci ildə 337 nəfər, 1914 - cü ildə 337 nəfər, 1916-cı ildə 311 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.36-37, 118-119). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq yerli sakinləri - azərbay,. canlılar qırğınlarla deportasiya olunmuş və kəndə Türkiyədən  köçürülən ermənilər yerləşdirilmişdir. İndi ermənilər yaşayır. :

Toponim Şeyx Hacı şəxs adı əsasında əmələ gəlib «Şeyx Hacıya mənsub kənd» mənasını ifadə edir. Antropotoponimdir. ,<Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Şqarşik qoyulmuşdur.

Şenqovit bayat - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonu ərazisində kənd. Qəmərli (Artaşat) rayonunun tabeliyində olarkən İrəvan şəhərinin genişləndirilməsi ilə əlaqədar 1935-ci ildə İrəvan şəhərinin tabeliyinə verlimişdir (227, s.217-218). Beləliklə, müstəqil yaşayış məntəqəsi (kənd statusunda) kimi ləğv edilmişdir. 1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. 1828-ci il Türkmənçay müqaviləsindən sonra azərbaycanlılar sıxışdırılaraq deportasiya olunmuş və kəndə İrandan köçürülən ermənilər yerləşdirilmişdir (386, s.547-550). Burada ermənilərlə yanaşı 1831-ci ildə 75 nəfər, 1897-ci ildə 6 nəfər azərbaycanlı yaşamışdır (415, s.48-49, 128). XX əsrin əvəllərində onlar tamamilə ermənilərin təcavüzünə məruz qalaraq kənddən çıxarılmışdır.

Toponim türk dilində «yaşayış məntəqəsi», «şenlik» mənasında işlənən şen və «suyun əmələ gətirdiyi çökək» mənasında işlənən qovu (< qobu) sözü ilə (253, s.22) bayat türk tayfa adı (399,1, s.56) əsasında əmələ gəlib, «bayat tayfasının çökəklikdə olan kəndi, yaşayış yeri» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Şəki - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Rayon mərkəzindən 6 km şimal-qərbdə yerləşir.

«İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.150) qeyd edilmişdir.

Kənddə 1831-ci ildə 148 nəfər, 1873 - cü ildə 445 nəfər, 1886-cı ildə 657 nəfər, 1897-ci ildə 1191 nəfər, 1908-ci ildə)1605 nəfər, 1914 - cü ildə 1584 nəfər nəfər azərbaycanlı yaşamışdır (415, s.76-77, 146-147). 1918-ci ilin avqust ayında azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya, edilmişdir (309, s.205). Xaricdən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 282 nəfər, 12 erməni, 1926-cı ildə 385 nəfər azərbaycanlı, 407 nəfər erməni, 1931-ci ildə 557 nəfər azərbaycanlı,510 nəfər erməni yaşamışdır (415, s.76-77, 146-147). 1988-ci ilin noyabr ayında azərbaycanlılar tamamilə deportasiya olunmuşdur. İndi burada təkcə ermənilər yaşayır.

Toponim kimmerlərin tərkibində gələn sak (402, s.66-80; , 23, s. 102-104) əsasında əmələ gəlmişdir. Şəki sak // saka etnoniminin fonetik variantıdır.

Q. Qeybullayev saka türk etnoniminin həm də şaka formasında olduğu göstərir (168, s.6970). Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Şəki şəlaləsi - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda şəlalə. Rayon mərkəzindən 3 km şimal-qərbdə, Bazarçay dərəsində yerləşir. Hündürlüyü 18 metrdir (85, s.192). Şəlalə Şəki kəndində olduğu üçün Şəki şəlaləsi adlandırılmışdır. Quruluşca mürəkkəb hidronimdir.

Şəmilər yurdu - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda yurd. Oronim şəmilər nəsil adı ilə «yaşayış yeri», «məskən» mənasında işlənən yurd sözünün birləşməsindən əmələ gəlib «şəmilərin yaşadığı;, məskən, saldığı yer» deməkdir. Patronomik oronimdir. Quruluşca mürəkkəb oronimdir.

Şəmşəddin - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında mahal. İndiki Ermənistanda inzibati rayon. Rayon kimi 1930 - cu il sentyabrın 9-da yaradılmışdır. Mir mehdi Xəzaninin «Kitabi-tarixi-Qarabağ» əsərində qeyd edilmişdir (207,s.120, 135).

Toponim şəmsəddinli türk etnonimi (214, s.253; 193, s.162) əsasında əmələ gəlmişdir. Şəmsəddinli etnoniminin qızılbaşların zülqədar tayfasına aid olduğu göstərilir (354, s.94; 286, s.56). Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Şərbətli bulaq - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Barana (Noemberyan) rayonunda bulaq. Hidronim «keyfiyyətli, dadlı, şirin, içməli» mənasında işlənən şərbətli sözü ilə bulaq sözünün birləşməsindən əmələ gəlmişdir. Mürəkkəb quruluşlu hidronimdir.

Şərdərə - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur. Xalac kəndinin yaxınlığında yerləşirdi. 1897-ci ildə 59 nəfər azərbaycanlı yaşamışdır (415, s.60-61). XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə ermənilərin təcavüzü nəticəsində azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.

Toponim «pislik, yamanlıq» mənasında işlənən şər sözünə «iki dağ və ya təpə arasında, düzənlikdə dərin çüxup>, «çay yatağı» mənasında işlənən dərə sözünün (10, s.74) birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Şəhər - İrəvan şəhərində məhəllə. Şaqar, Şəkərək (Şakarak) formalarında da qeyd olunur. Xalq arasında Şəhər formasında işlənir. İrəvanın ən qədim məhəllərindən biridir. XIX əsrin ortalarından (1840-1850-ci illərdə) burada 792 ev olmuşdur (Cáîðíèê ñâåäåíèé o Kaôêaçe, ò. lll, Òèôëèñ, 1875, c.260).

Toponim sak qədim türk tayfasının (168, s.59-78; 23, s. 102-104) fonetik forması olan şak // şaq sözünə türk dilində «igid, qoçaq», «kişi» mənasında işlənən ər sözünün artırılması yolu ilə əmələ gəlmişdir (Bu konstruksiya ilə düzələn türk etnonimləri çoxdur: kəngər, kəvər, göyər, xəzər, salur (salar), tatar və s.) Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Şəhərcik - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonu ərazisində kənd. Rayon mərkəzindən 7 km şimalda, Oxçu çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.290). Erməni mənbələrində Şharcik formasında qeyd edilir (415, s.60). Kənddə 1831-ci ildə 37 nəfər, 1873 - cü ildə 162 nəfər, 1886-cı ildə 371 nəfər, 1897-ci ildə 341 nəfər, 1904 - cü ildə 395 nəfər, 1914 - cü ildə 180 nəfər azərbaycanlı yaşamışdır (415, s.60-61, 136-137). 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşlar. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra öz yurd-yuvalaêæna dönə bilmişdir. Burada 1922-ci ildə 262 nəfər, 1926-cı ildə 316 nəfər, 1931-ci ildə 425 nəfər azərbaycanlı yaşamışdır (415, s.60-61, 136-137). 1988-ci ilin noyabrın axırlarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən qovulmuşlar. İndi burada ermənilər yaşayır. Toponim cavanşir türk tayfasına mənsub olan şəhərcik etnonimi (286, s.73) əsasında əmələ gələn etnotoponimdir. Quruluşca sadə toponimdir.

Şəhriz - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonunda kənd. Rayon mərkəzindən 6 km məsafədə, Göyçə gölünün yaxınlığında, İrəvan - Sevan yolunun üstündə, Zəngi çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.53), XIX əsr rus mənbələrində (Cáîðíèê câeäåíèé o Kaâêaçe, ò. V, Òèôëèñ, 1879, ¹ 1242) qeyd edilmişdir. Kəndin digər adı «Kərimkənd» olmuşdur (415, s.18). Ermənilər buraya 1828-1829 - cu illərdə Türkiyənin Alaşkert vilayətindən köçürülmüşdür (427, s.828). Sadə quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 26. IV. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Geğamavan qoyulmuşdur.

Şəhriyar - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.102), Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.290). Kənddə 1897-ci ildə 84 nəfər azərbaycanlı yaşamışdır (415, s.86-87). 1905-1906-cı illərdə ermənilər tərəfindən azərbaycanlılar qovulmuşlar. 1922-ci ilə qədər burada yaşayış olmamışdır. İndiki Ermənistanda sovet hökumati qurulandan sonra burada 1922-ci ildə 44 nəfər, 1926-cı ildə 35 nəfər, 1931-ci ildə 37 nəfər azərbaycanlı yaşamışdır (415, s.86-87. 156-157). SSRİ hökumətinin xüsusi qərarı ilə kəndin sakinləri azərbaycanlılar zorla 1948-1949 - cu illərdə Azərbaycana köçürülmüşdür. İndi xaraba kənddir.

Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir.

Şidli - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Rayon mərkəzindən 10 km cənub-qərbdə, Araz çayının sol sahilində yerləşir. Kəndin adı Qafqazır 5 verstlik xəritəsində (348, s.295) qeyd edilmişdir.

Kənddə 1831-ci ildə 263 nəfər, 1873 - cü ildə 806 nəfər 1886-cı ildə 823 nəfər, 1897-ci ildə 992 nəfər, 1904 - cü ildə 77 nəfər, 1914 - cü ildə 855 nəfər, 1916-cı ildə 842 nəfər azərbaycanlı yaşamışdır (415, s.86-87, 156-157). 1918-ci ildə azərbaycanlılar qırğınlarla qovulmuşlar. İndiki Ermənistande Sovet hökuməti qurulandan sonra kəndin sakinləri doğma yurdlarına dönmüşdür. 1922-ci ildə 571 nəfər, 1926-cı ildə 60 nəfər, 1931-ci ildə 470 nəfər (415, s.86-87, 156-157), 1972-ci ildə 1357 nəfər, 1987-ci ildə 2000 nəfər (85, s.238-239; azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tamamilə öz kəndlərindən qovulmuşdur. İndi burada təkcə ermənilər yaşayır.

M. Kalankatuklu «Alban tarixi» əsərində Xosrov şahın hökmdarlığının otuz yeddinci ilinin əvvəlində Şimal çarı Xəzərlərin arasında, knyazlıq rütbəsinə görə Şad adlanan qardaşı oğlu olduğu qeyd edilir və Şadın öz düşərgəsini Araz çayının sahilində saldığı göstərilir (153, s.96). Bu əsərin «Qeydlər və şərhlər» hissəsində Z. Bünyadov qeyd edir ki, xəzərlər arasında IX əsrədək Şad Xaqandan sonra ikinci hökmran sayılırdı (153 s.218). L. Qumilyev qeyd edir ki, İl-xan Bumın vaxtında «İxtiyarında bölgələrin hakimiyyəti olan və xana qan qohumluqları çatan şahzadələr «şad» çağrılırdılar (180, s.67) və şad titulunu «şimal hökmdarı» Cabqu xanın qardaşları daşımışlar (180, s.188 189). «Şad» sözü qədim türk dilində «hərbi rütbə» mənasında işlənmişdir (299, s.519).

Bu deyilənlərdən belə qənaətə gəlirik ki, Şidli toponimi türklərdə, daha doğrusu xəzərlərdə hərbi titul mənasında işlənən şad sözünə (299, s.519) mənsubluq bildirən -lı şəkilçisinin artırılması yolu ilə əmələ gələn şadlı sözü əsasında formalaşıb «Şidli» kimi sabitləşmiş və etnonimə çevrilmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Yexeqnavan qoyulmuşdur.

Şiləçi - İrəvan şəhərində məhəllə. Urbonim boyaqçılıqla məşğul olan sənətkarların adını əks etdirir. İrəvan dialektində şilə qırmızı parça mənasını ifadə edir. Toponim şilə sözünə insan anlayışı bildirən -çi şəkilçisinin artırılması yolu ilə düzəlib «şilə boyayanlar» mənasını ifadə edir. Quruluşca düzəltmə toponimdir.

Şinadağ - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Rayon mərkəzindən 35 km məsafədə yerləşir. Kəndin adı erməni mənbələrində Şnatağ, Şenatağ formalarında da qeyd edilir (415, s.76; 419, s.113).

Toponim qədim türk dilində «tikinti, tikili, qəsəbə, kənd, oba, yurd» mənasında işlənən şen sözünün (196, s.63-69) qədim forması olan şin sözü ilə (278, s.160; 196, s.67) Azərbaycan dilində «yerin hündür, dik, yamaclı və zirvəli hissəsi» mənasında işlənən dağ sözünün (10, s.11) qədim fonetik forması olan tağ sözü (299, s.526) əsasında əmələ gəlmişdir. «Kənd, oba, yurd, tikili, yaşayış məntəqəsi» mənasında işlənən şen sözü öz izini Azərbaycan dilində «abad yaşayış yeri, ümumiyyətlə məskun yer, məntəqə», «qəsəbə» mənasında işlənən şenlik sözündə (253, s.133; 12, s.506) və «adam az olan, əhalisi az olan» mənasında işlənən şenliksiz sözündə (12, s.507) saxlamışdır. Bu söz həm də şin, şın formasında toponimlərin tərkibində (Çavanşin, Buvırşın, Sarığşın, Şin, Şinçay) işlənməkdədir (278, s.160; 196, s.67). Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 2. III. 1940-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Lernaşen (Dağkəndi) qoyulmuşdur.

Şirazlı - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Rayon mərkəzindən 5 km cənub-şərqdə, Vedi çayından axan arxın yanında yerləşir.

«İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.51), Qafqazın 5 verstlik xəritəsində (348, s.295) qeyd edilmişdir.

Kənddə 1873 - cü ildə 150 nəfər, 1886-cı ildə 235 nəfər, 1897-ci ildə 451 nəfər, 1904 - cü ildə 229 nəfər, 1914 - cü ildə 251 nəfər, 1916-cı ildə 480 nəfər azərbaycanlı yaşamışdır (415, s.86-87, 156-157). 1918-1919 - cu illərdə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuş, İran və Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişdir. 1922-ci ildə burada 216 nəfər azərbaycanlı, 114 nəfər erməni, 1926-cı ildə 243 nəfər azərbaycanlı, 130 erməni, 1931-ci ildə 256 nəfər azərbaycanlı, 182 nəfər erməni (415, s.86-87, 156-157), 1972-ci ildə 2616 nəfər azərbaycanlı, 873 erməni, 1987-ci ildə 3000 nəfər (415, s.239-240) yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən zorla qovulmuşlar. İndi ermənilər məskunlaşıb.

Toponim oğuzların şirazlı etnonimi (F.Kirzıoğlu. Rəvan türkləri, «Vətən həsrəti» qəz., 18. VI. 1993) əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vosgetap qoyulmuşdur.

Şirak - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Toponim siraq türk etnonimi (235, s.47-59) əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Şirak - İndiki Ermənistanın şimal-qərb tərəfində yayla. Oronim siraq (şiraq) türk etnonimi (235, s.47-59) əsasında yaranmış etnooronimdir.

Şirakavan - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. Rayon mərkəzindən 24 km məsafədə yerləşir. Toponim qədim türk tayfalarından biri olan siraq (şiraq) etnonimi (235, s.47-59) ilə urartu dilində «yaşayış məntəqəsi», «şəhər» mənasında işlənən ebani sözünün fonetik forması hesab etdiyimiz avan sözündən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Şirvancıq - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. Rayon mərkəzindən 10 km cənub-qərbdə yerləşir. Kəndin qədim adı Sirvancıq olmuşdur (415, s.24). «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.127), Qafqazın 5 verstlik xəriətsində (348, s.295) qeyd edilmişdir.

Toponim türk mənşəli şirvan etnoniminə (286, s.70) -cıq şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Erm. SSR AS RH-nin 15.VII.1948-ci il fərmanı ilə adı dəyişdirilib Lernakert qoyulmuşdur.

Şirəqala - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. Rayon mərkəzindən 20 km məsafədə, Abaran çayının sağ qolu üstündə, Duluçay çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.112), XIX əsrə aid rus mənbələrində (Cáîðíèê câåäèíèé o Kaâêàçå, ò, V, Òèôëèñ, 1879, ¹ 338) qeyd edilmişdir. Erməni mənbələrində 1914-cü ildə burada 1172 nəfər azərbaycanlının yaşadığı göstərilir (415, s.97). 1918-ci ildə kənddə yaşayan azərbaycanlılar qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuş, İran və Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndi ermənüər yaşayır.

Toponim «gil növü, mavi gil» mənasında işlənən şirə sözünə (253, s.133), «istehkam, müdafiə tikilisi», «həbsxana, zindan» mənasında işlənən qala sözünün qoşulması nəticəsində əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nøn 15. VII. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Vardenut qoyulmuşdur.

Şirin bulaq - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonu ərazisində kənd. Yuxarı Kilsə kəndinin ilk adı olmuşdur. «Kilsənin (Yuxarı Kilsə kəndindəki XV əsrə aid alban kilsəsinin -İ. B.) böyük bir divar daşırım üzərində yazılmış tarixi yazıya əsasən kəndin adı (Yuxarı Kilsə kəndinin -İ. B.) «Şirin bulaq» olmuşdur» (85, s.317).

Toponim Azərbaycan dilində «içməyə yararlı, keyfiyyətli» mənasında işlənən şirin sözü ilə (12, s.525) bulaq hidroterminin birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Şirin bıılaq - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunda bulaq. Rayonun Yuxarı kilsə kəndinin ərazisində yerləşir. Hidronim Azərbaycan dilində «içməyə yararlı, keyfiyyətli su» mənasında işlənən şirin sözü əsasında yaranmışdır. Mürəkkəb quruluşlu hidronımdir.

Şirin qala - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Quqark rayonunda qala. Rayonun Hallavar kəndinin ərazisində yerləşir.

Şişqaya - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 9 km şimal-qərbdə, dağ ətəyində yerləşir.

Kənd qədim tarixə malikdir. Burada XIII-XVI əsrlərə aid bilavasitə Azərbaycan türklərinin həyatı, tarixi, məişəti ilə bağlı tarixi abidələr qalmaqdadır. Kənddə 1831-ci ildə 251 nəfər, 1873 - cü ildə 592 nəfər, 1886-ıc ildə 905 nəfər, 1897-ci ildə 1132 nəfər, 1908-ci ildə 1041 nəfər, 1914 - cü ildə 1088 nəfər, 1916-cı ildə 1232 nəfər, 1919 - cu ildə 632 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.26-27, 112-113). 1918-ci ilin yazından başlayaraq azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya olunmuşdur. Kənddə 1916-cı ildə 1232 nəfər azərbaycanlı yaşadığı halda, 1919 - cu ildə 632 nəfər azərbaycanlı yaşamışdır (415, s.26-27, 112-113). Təkcə 1918-ci ildə 600 nəfər azərbaycanlı qmlmış, yandırılmışdır (309, s.305) 1919 - cu ilin aprelin 13-20-də kəndinin sakinləri - azərbaycanlılar tamamilə doğma yurdlarından qırğınlarla qovulmuşlar (309, s.305). İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra 1920-ci ilin payızında kəndin sakinləri ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 461 nəfər, 1926-cı ildə 612 nəfər, 1931-ci ildə 863 nəfər (415, s.26-27, 112-113), 1939-cu ildə 956 nəfər, 1987-ci ildə 4000 nəfər (85, s.294-295) yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının 24-30 da azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır. Toponim Azərbaycan dilində «dağın, təpənin zirvəsi, ən yüksək nöqtəsi» mənasında işlənən şiş sözü ilə (196, s.42), «sıra dağlardan ayrılmış qol», «dağların müəyyən hissəsində daş süxurlardan olan çətin keçilən yer» (196, s.36), «dağ,sıldırım» mənasında işlənən qaya sözünün birləşməsindən əmələ gəlib, «hündür, uca, dağın yanında salman, yerləşən kənd» mənasını ifadə edir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə Kəndin adı dəyişdirilib Quqariç qoyulmuşdur.

Şişdağ - İrəvan quberniyasının Areksandropol qəzasında, indi Amasiya rayonunda dağ. Rayonun Çaxmaq kəndinin cənub-qərbində yerləşir. Oronim «dağın, təpənin zirvəsi» mənasında işlənən şiş sözü ilə «düzənlikdən ətəkləri, yamacları və zirvəsi ilə seçilən, dik vəziyyətdə ucalmış, 500 metrdən artıq olan yüksəklik» mənasında işlənən dağ sözünün (196, s.37) birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu oronimdir.

Şiştəpə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonunda dağ. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.297). Oronim «dağın, təpənin ən yüksək zirvəsi» mənasında işlənən şiş sözü ilə «alçaq dağ», «ətəyi ilə zirvəsi arasındakı nisbi hündürlüyü 200 metrdən artıq olan yüksəklik» mənasında işlənən təpə sözünün (196, s.42) birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu oronimdir.

Şınıx - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Allahverdi (Tumanyan) rayonunda kənd. Rayon mərkəzindən 24 km məsafədə yerləşir. Kənddə 1897-ci ildə 5 nəfər, 1926-cı ildə 2 nəfər azərbaycanlı yaşamışdır (415, s.1415). İndi ermənilər yaşayır.

Toponim türk dilində «əyri sıldırım dağ yamacı, əlçatmaz», «dərin çuxur, xəndək» mənasında işlənən şın sözünə (337, s.239) -ıx şəkilçisinin artırılması yolu ilə düzəlmişdir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kəndin adı erməni dilinə uyğunlaşdırılaraq Şnox kimi rəsmiləşdirilmişdir.

Şırran - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd.

Kənddə 1897-ci ildə 148 nəfər, 1914 - cü ildə 185 nəfər, 1916-cı ildə 144 nəfər azərbaycanlı yaşamışdır (415, s.50-51, 130-131). 1919 - cu ilin yazında azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqlarından deportasiya olunmuş və kəndə kürdlər yerləşdirilmişdir.

Toponim Azərbaycan dilində «kiçik şəlalə», «fantan», «bulaq» mənasında işlənən şırran sözü (253, s.134) əsasında formalaşmışdır. Hidrotoponimdir. Quruluşca sadə toponimdir.

Şırşır - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonu ərazisində qışlaq. 1926-cı ildə 2 nəfər azərbaycanlı yaşamışdır (415, s.68-69). 1930 - cu ildə ləğv edilmişdir. Toponim «şəlalə» mənasında işlənən şırşır sözü (253, s.134) əsasında formalaşmışdır. Hidrotoponimdir. Quruiuşca sadə toponimdir.

Şıxlar - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Rayon mərkəzindən 36 km şimal-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Şeyxler (143, s.150), Qafqazın 5 verstlik xəritəsində Şıxlar formasında (348, s.296) qeyd edilmişdir.

Kənddə 1831-ci ildə 44 nəfər, 1873 - cü ildə 312 nəfər, 1886-cı ildə 306 nəfər, 1897-ci ildə 544 nəfər, 1908-ci ildə 590 nəfər, 1914 - cü ildə 585 nəfər azərbaycanlı yaşamışdır (415, s.76-77, 146-147). 1918-ci ildə azərbaycanlılar qırğınlarla deportasiya edilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 326 nəfər, 1926-cı ildə 391 nəfər, 1931-ci ildə 411 nəfər azərbaycanlı yaşamışdır (415, s.76-77, 146-147). 1988-ci ilin sonlarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.

Toponim qazax türk tayfasından olan şeyxlər (şıxlar) etnonimindən (386, s.535) əmələ gəlmişdir. Etnotoponimdir. Qurulşca sadə toponimdir.

Erm. SSR AS RH-nin 2. III. 1940-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Qızıl Şəfəq qoyulmuşdur.

Şıxlar - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Rayon mərkəzindən 19 km cənub-qərbdə, Vedi çayından axan arxın yanında yerləşir. Qafqazın 5 verstlik xərtisində qeyd edilmişdir (348, s.296).

Kənddə 1831-ci ildə 141 nəfər, 1873 - cü ildə 649 nəfər, 1886-cı ildə 714 nəfər, 1897-ci ildə 790 nəfər, 1904 - cü ildə 802 nəfər, 1914 - cü ildə 882 nəfər, 1916-cı ildə 723 nəfər azərbaycanlı yaşamışdır (415, s.86-87, 156-157). 1918-1919 - cu illərdə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuş, İran yə Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişlər. 1922-ci ildə burada 102 nəfər azərbaycanlı, 110 erməni, 1926-cı ildə 115 nəfər azərbaycanlı, 48 erməni, 1931-ci ildə 167 nəfər azərbaycanlı, 94 erməni (415, s.86-87, 156-157), 1972-ci ildə 1500 nəfər azərbaycanlı, 220 erməni yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən zorla qovulmuşdur. İndi burada yalnız ermənilər məskunlaşıb.

Toponim qazaxlar türk tayfasının bir qolunu təşkil edən şıxlar etnonimi (386, s.535) əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin 26. XII. 1968-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Lusarat qoyulmuşdur.

Şıxovuz - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Rayon mərkəzindən 23 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Şixauz (348, s.296), erməni mənbələrində Şikahoğ, Şxavuz (415, s.60) formalarında qeyd edilmişdir. Burada 1926-cı ildə 3 nəfər azərbaycanlı yaşamışdır (415, s.60-61). Toponim şeyx sözünün xalq danışıq dilində işlənən şıx sözü ilə oğuz türk tayfasının adını əks etdirən ovuz etnonimi (oğuz etnoniminin dialekt formasıdır) əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Kəndin adı erməni dilinə uyğunlaşdırılaraq Şikaxox qoyulmuşdur.

Şıxouz çay - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda çay. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.296). Hidronim şıx (< şeyx)sözü ilə oğuz etnoniminin fonetik variantı olan oğuz (<ovuz<oğuz) etnonimi əsasında əmələ gəlmişdir. Etnohidronimdir.Quruluşca mürəkkəb hidronimdir.

Şoran - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd.

Kənddə 1897-ci ildə 148 nəfər, 1904 - cü ildə 80 nəfər,1914 - cü ildə 185 nəfər, 1916-cı ildə 144 nəfər azərbaycanlı ya,şamışdır (415, s.50-51,130-131).

1918-ci ilin yazında azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq tarixi-etnik torpaqlarından deportasiya olunmuş və kəndə kürdlər yerləşdirilmişdir.

Toponim «şor sahə, əkinə yararsız yer» mənasında işlənən şoran sözü (253, s.134) əsasında formalaşmışdır. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir.

Şoran dərə - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Barana (Noemberyan) rayonunda dərə. Oronim «şor (duzlu) sahə, əkinə yaramayan yer» mənasında işlənən şoran sözü ilə (253, s.134) «iki dağ və ya təpə arasında, eləcə də düzənlikdə uzun, dərin çuxur» mənasında işlənən dərə sözünün birləşməsi əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu oronimdir.

Şoragöl qalası - İrəvan şəhərində qala. İrəvan qalasının yaxınlığında yerləşirdi. Şoragöl qalasını lll Muradxan dövründə böyük vəzir Fərhad paşa bərpa etdirmişdir (86, s.51).

Qala şirak < sirak qədim türk etnoniminin adını əks etidirir.

Şorbulaq - İrəvan quberniyasının İrəvan qəzasında, indi İrəvan şəhərinə daxil olan olan Orconikidze rayonunun tabeliyində kənd. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.297).

1931-ci ilə kimi Qəmərli (Artaşat) rayonunun inzibati ərazi bölgüsünə daxil olmuşdur.

Toponim Azərbaycan dilində «duzlu», «şoran» mənasında işlənən şor sözünə (12, s.532) «təbii su qaynağı» mənasında işlənən bulaq sözünün birləşməsi əsasında əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Şor kolanlı - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd. Rayon mərkəzindən 12 km cənub-qərbdə, Araz çayının sahilində yerləşir.

Zəngibasar (Masis) rayonu təşkil edilənə kimi Üçkilsə (Vağarşabad, Eçmiədzin) rayonunun tabeliyində olmuşdur. Rəsmi sənədlərdə kənd Rəncbər kimi göstərilir (415, s.82; 419, s.66).

Kənd Cəfərxan adlı bəyə mənsub olmuş və burada çalışanlar da onun rəncbəri (Rəncbər farscadır. Kəndli deməkdir.) idi. Bura, görünür, elə buna görə də Rəşbəri Cəfərxan (415, s.82) adlandırılmışdır. Sonrakı dövlərdə Cəfərxan şəxs adı ixtisar edilmiş, işlənməmiş və kənd Rəncbər kimi sənədlərdə sabitləşmişdir.

Kənddə 1873 - cü ildə 197 nəfər, 1886-cı ildə 230 nəfər, 1897-ci ildə 405 nəfər, 1904 - cü ildə 229 nəfər, 1914 - cü ildə 431 nəfər, 1916-cı ildə 300 nəfər azərbaycanlı yaşamışdır (415, s.82-83, 152-153). 1918-ci ilin yazında azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Sovet hökuməti qurulandan sonra (indiki Ermənistanda) sağ qalanlar ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 136 nəfər, 1926-cı ildə 204 nəfər, 1931-ci ildə 389 nəfər yalınz azərbaycanlı yaşamışdır (415, s.8286, 152-153). Azərbaycanlılar 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqdarmdan deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.

Toponim Azərbaycan dilində «şoran, duzlu» mənasında işlənən şor ilə kolani // kolanı (kolanlı tayfa adının fars dilində yazılış forması) türk etnonimi (212, s.92; 1, s.73) əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Şorca - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd. Rayondakı Amağu, Arpa, Ertiş kəndlərinin yaxınlığında, Arpaçayın sahilində yerləşirdi. XIII əsrdə Amağu məbədinin tabeliyində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.297).

Kənddə 1873 - cü ildə 31 nəfər, 1886-cı ildə 56 nəfər, 1897-ci ildə 73 nəfər, 1904 - cü ildə 76 nəfər, 1914 - cü ildə 83 nəfər, 1916-cı ildə 116 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.92-93, 162-163). 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq kənddən deportasiya olunmuş və kənd xarabalığa çevrilmişdir. 1920-ci ildə kənd ləğv edilmişdir. İndi xaraba kənddir. Toponim Azəbaycan dilində «duzlu, şoranlıq yer» mənasında işlənən şor sözünə -ca şəkilçisinin artırılmasından düzəlmişdir.

Şorca - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda kənd. Rayon mərkəzindən 13 km cənub-şərqdə Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.297). XIX əsrin 40-cı illərində kəndə ruslar (malakanlar) köçürüləndən sonra kənd həm də Nadejdino adlandırılmışdır (s.32). Kəndin adı erməni mənbələrində Şor Əli, Şorjalı (415, s.32), rus mənbələrində Şorcalı (Şordjalu) formalarında (Cáîðíèê câåäåíèé o Kaâêàçå, ò. V, Òèôëèñ, 1879, ¹ 1368) qeyd edilmişdir.

Toponim şorcalı tayfa adının əsasında yaranmışdır. Toponimin sonundakı -lı şəkilçsi sonralar ixtisar edilmiş və sənədlərdə Şorca kimi rəsmiləşmişdi. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Şotalı çayı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda çay. Rayonun Kurud ëəndinin ortasından axır. Hidronim qədim türk mənşəli hunlaêæn varisi şato etnonimi (180, s.253) əsasında əmələ gəlmişdir. Hidronimdəki -lı şəkilçisi mənsubluq bildirir. Etnohidronimdir. Quruluşca mürəkkəb hidronimdir.

Şotanlı - Yelizvetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda tarixi kənd. Oxçu çayının sağ sahilində yerləşmişdir. Erməni mənbələrində kəndin ilk adının Şatah olduğu göstərilir (415, s.60).

Kənddə 1897-ci ildə 30 nəfər, 1922-ci ildə 25 nəfər, 1926-cı ildə 19 nəfər azərbaycanlı yaşamışdır (415, s.60-61, 136-137). 1930 - cu illərdə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.

Toponim «hunların varisi şato» etnoniminə (180, s.253) mənsubluq bildirən -lı şəkilçisinin qoşulması ilə düzəlib, «şato tayfasına mənsub kənd» mənasını ifadə edir. Mənbələrdə qeyd edilən şato tayfasının adı toponimdə şata, şota fonetik formasında öz əksini tapmışdır ki, Azərbaycan dilində o~a səsəvəzlənməsi qanunauyğun haldır. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Şotulkənd - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonu ərazisində kənd. Kənddə 1897-ci ildə 148 nəfər, 1904 - cü ildə 353 nəfər, 1914 - cü ildə 388 nəfər, 1916-cı ildə 127 nəfər azərbaycanlı yaşamışdır (415, s.50-51, 130-131). 1918-ci ildə ermənilərin soyqırımına məruz qalan azərbaycanlılar deportasiya olunmuş və kənd xarabalığa çevrilmişdir. İndi xaraba kənddir.

Toponim təklə türk tayfasından olan şatul (> şotul) etnoniminə (mənbələrdə təklə - şotullu formasında qeyd edilir: 286, s.71) «yaşayış məntəqəsi», «şəhər» mənasında işlənən kənd sözünün qoşulması əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Şöllü Mehmandar - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd. Rayon mərkəzindən 12 km qərbdə, Zəngi çayının yanında yerləşir. Zəngibasar rayonu təşkil edilənədək Vağarşabad (Eçmiədzin) rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə Mehmandari-Şollu (143, s.36), Qafqazın 5 verstlik xəritəsində Şorlu Mehmandar formasında (348, s.297) qeyd edilmişdir.

Kənddə 1831-ci ildə 406 nəfər, 1873 - cü ildə 1573 nəfər, 1886-cı ildə 1432 nəfər, 1897-ci ildə 1824 nəfər, 1904 - cü ildə 1455 nəfər, 1914 - cü ildə 1632 nəfər, 1916-cı ildə 2969 nəfər, 1919 - cu ildə 900 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.82-83, 152-153). 1919 - cu ilin sonlarında azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq deportasiya edilmişdir. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 788 nəfər, 1926-cı ildə 1010 nəfər, 1931-ci ildə 778 nəfər azərbaycanlı yaşamışdır (415, s.82-83, 152-153). Kəndin sakinləri SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-1949 - cu illərdə zorla Azərbaycana köçürülmüşdür. 1950-ci illərdə köçürülən ailələrin bir hissəsi yenidən geri, öz yurdlarına dönə bilmişdir. 1988-ci ilə kimi burada azərbaycanlılar yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistan dövləti azərbaycanlılar deportasiya etmişdir. İndi ermənilər yaşayır.

Toponim -lı mənsubluq şəkilçisi qəbul etmiş çol (şol -İ.B.) etnonimindən (287, s. 112-114) və Mehmandar şəxs adından əmələ gəlib «çol > şol tayfasından olan Mehmandara məxsus kənd» mənasını bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə adı dəyişdirilib Hovtaşad qoyulmuşdur.

Şuqayıb - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.298).

Kənddə 1886-cı ildə 109 nəfər, 1897-ci ildə 163 nəfər, 1904 - cü ildə 90 nəfər, 1914 - cü ildə 200 nəfər, 1916-cı ildə 192 nəfər azərbaycanlı yaşamışdır (415, s.86-87, 154-155). 1918-ci ildə azərbaycanlılar qırğınlarla öz doğma kəndlərindən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişlər. 1922-ci ildə burada 44 nəfər, 1926-cı ildə 35 nəfər, 1931-ci ildə 47 nəfər azərbaycanlı yaşamışdır (415, s.86-87, 154-155). SSRİ hökuməti xüsusi qərarı ilə 1948-ci ildə azərbaycanlılar zorla Azərbaycana köçürülmış və kənd 1950-ci ildə ləğv edilmişdir. İndi xaraba kənddir.

Toponim türk dilində (qırğız, qazax) «konusvari zirvə» mənasında işlənən çoku > şokı (şoku) sözü əsasında (339, s.618, 630) əmələ gəlmişdir.

Şurnuxu - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda kənd. Rayon mərkəzindən 17 km cənub-şərqdə, Şurauxu çayının sol sahilində, Gorus-Qafan avtomobil yolunun sağ tərəfində yerləşir.

Kənddə 1831-ci ildə 84 nəfər, 1904 - cü ildə 117 nəfər, 1914 - cü ildə 104 nəfər azərbaycanlı yaşamışdır (415, s.28-29, 114-115). 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sağ qalanlar öz tarixi-etnik torpaqlarına dönə bilmişdir. Burada 1926-cı ildə 101 nəfər, 1931-ci ildə 123 nəfər (415, s.28-29, 114-115), 1979 - cu ildə 560 nəfər azərbaycanlı yaşamışdır. Ermənistan dövləti tərəfindən kəndin sakinləri azərbaycanlılar deportasiya olunmuşdur. İndi ermənilər yaşayır. Toponim Azərbaycan dilində «kiçik şəlalə» mənasında işlənən «çırnox» sözünün (253, s.133) fonetik forması olan şumux // şırnıx sözü əsasında əmələ gəlmişdir. Azərbaycan dilinin Qazax dialektində «sürətlə axın» mənasında «şırnoy» sözü də işlənir (253, s.134). Belə qənaətə gəlirik ki, çırnox, şırnoy, şurnux yaxınmənalı sözlərdir! Hidrotoponimdir. Quruluşca sadə toponimdir.

Şurnuxuçay - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda çay.

Şikar - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Rayon mərkəzindən 22-24 km şimal-qərbdə, Şağat kəndinin yaxınlığında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.151), Qafqazın 5 verstlik xəritəsində Şiqar formasında (348, s.295) qeyd edilmişdir. Erməni mənbələrində erməni dilinin qanunlarına uyğun olaraq Şukar formasında qeyd edilir (415, s.94).

Kənddə 1873 - cü ildə 186 nəfər, 1886-cı ildə 218 nəfər, 1897-ci ildə 238 nəfər, 1908-ci ildə 280 nəfər, 1914 - cü ildə 514 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.76-77, 146-147). 1918-ci ilin iyun ayında azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş, xaricdən köçürülən ermənilər yerləşdirilmişdir.

Toponim xalac türk tayfasından olan şikarlı etnonimi (286, s.54) əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.


Ñòð.| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |