ÊÀÐÀÁÀÕ â ÄÎÊÓÌÅÍÒÀÕ

 

 Íà÷àëî | ÁÈáëèîòåêà | Ôîòî ôàêòû | Êàðòèííàÿ ãàëåðåÿ | Ññûëêè | Ôîðóì | ÎïðîñÏîèñê â google | AZAD QARABAĞ |

Sabir Asadov. WESTERN AZERBAIJAN

İbrahim Bayramov

QƏRBİ AZƏRBAYCANIN TÜRK MƏNŞƏLİ TOPONİMLƏRİ

A | B | V | Q | D | E | Ə | Z | İ | Y | K | G | L | M | N | O | Ö | P | R | S | T | U | Ü | F | X | H | Ç | C | Ş


C

 

Cağatay - İrəvan quberniyasının, Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. Arpaçayın yanında yerləşirdi. 1728-ci il tarixdə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.59), Qafqazın 5 verstlik xəritəsində (348, s.79) qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı Cağata formasında da qeyd edilir (415, s.90, 158).

Kənddə 1831-ci ildə 30 nəfər, 1873 - cü ildə 70 nəfər, 1886-cı ildə 86 nəfər, 1897-ci ildə 98 nəfər, 1904 - cü ildə 94 nəfər, 1914 - cü ildə 103 nəfər, 1916-cı ildə 135 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.90-91, 158-159). 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 15 nəfər azərbaycanlı yaşamışdır (415, s.158-159). Onlar 1923 - cü ildə sıxışdırılaraq kənddən çıxarılmışdır. 1925-cı ildə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.

Toponim kəngərli türk tayfasının bir qolunu təşkil edən cığatay etnonimi (386, s.537) əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Cəlaloğlu - Tiflis quberniyasının Borçalı qəzasında kənd. İndi Ermənistan adlanan respublikada inzibati rayon və rayon mərkəzi, şəhər tipli qəsəbə. Rayon ərazisi IX əsrə kimi Quqark əyalətinin Taşir qəzasının tərkibində olmuş, IX əsrdə Loru hakimiyyəti altında olmuşdur. 1089-1125-cı illərdə rayonun ərazisi gürcü padşahı Davidin hakimiyyətinə tabe olmuşdur. 1801-cı ildə Gürcüstanın Rusiyanın tərkibinə daxil olması ilə əlaqədar rayonun ərazisi Tiflis quberniyasının tərkibində Rusiyanın tabeliyinə keçmişdir. 1919 - cu ildən 1920-ci ilin noyabrınadək Loruya daxil olmuş, indiki Ermənistanda 1920-ci il noyabrın 29-da sovet hakimiyyəti qurulduqdan sonra Loru-Pəmbək qəzasının tərkibində Ermənistanın tabeçiliyinə keçmişdir. 1930 - cu il sentyabr 9-da Cəlaloğlu rayonu yaradılmışdır.

Toponim qızılbaşların tayfasından olan Əmir Məhəmməd bəy Calaloğlunun adı (176, s.14) əsasında yaranmışdır. Məhəmməd bəy Calaloğlu Gürcüstan padşahı Ləvasanı (Kartli hakimi Luar sab) qətlə yetirmiş və Şirvanda özünü öldürmüşdür (175, s.14). Həmin kənd (Cəlaloğlu kəndi) çəpni türk tayfasının əmiri Məhəmməd bəy Calaloğluna mənsub olduğu üçün Calaloğlu kəndi adlanmışdır. Antropotoponimdir. Quruluşca sadə toponimdir.

İndiki Ermənistanın Torpaq Komitəsinin 1923 - cü il qərarı ilə adı dəyişdirilib, azərbaycanlıların qənimi Stepan Şaumyanın adına uyğun Stepanavan qoyulmuşdur.

Calakənd - Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indiki Barana (Noemberyan) rayonunda kənd.

Toponim Azərbaycan dilinin qərb qrupu dialektlərində «çay ətrafında kiçik ağaclıq, qalın meşə», «kiçik meşə» mənasında işlənən cala sözünə (8, s.453) «yaşayış məntəqəsi» mənasında işlənən kənd sözünün qoşulması əsasında əmələ gəlmimşdir. «Çala» sözü dialektlərdə həm də «daimi sulu otlu yer» mənasını bildirir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kəndin adı dəyişdirilib Liçkazor qoyulmuşdur.

Camışbasan - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Rayon mərkəzindən 22 km şimal-şərqdə, Ciğinsu çayının yanında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində (348, s.80) qeyd edilmişdir. Burada 1828-ci ildə 51 nəfər (386, s.555-556), 1897-ci ildə 65 nəfər azərbaycanlı yaşamışdır (415, s.88-89). 1905-1906-cı illərin hadisələri ilə bağlı kənd erməni təcavüzünə məruz qalmış, sakinləri 1906-cı ildə qırğınlarla deportasiya olunmuşdur. Kənd 1906-cı ildə ləğv edilmişdir. İndi xaraba kənddir.

Toponim qızılbaşların camış közəkli tayfasının adında (91, s.192) əksini tapan camış etnoniminə basan feli sifətinin qoşulması yolu ilə əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Camışlı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. Rayondakı Böyük Camışlı və Kiçik Camışlı kəndlərinin birləşdirilməsi əsasında yaradılmıışdır. Alagöz (Araqadz) rayonu təşkil edilənədək, yəni 15 mart 1972-ci ilə kimi Abaran rayonunun inzibati ərazi bölgüsünə daxil olmuşdur.

Toponim camışlı türk tayfa adı (142, s.29) əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Canı - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd. Alagöz çayının yaxınlığında yerləşirdi. Kəndin adı .erməni mənbələrində Cani, Cani yuxarı kimi də qeyd edilir (415, s.92).

Kənddə 1873 - cü ildə 86 nəfər, 1886-cı ildə 169 nəfər, 1897-ci ildə 221 nəfər, 1904cü üdə 160nəfər, 1914 - cü ildə 176 nəfər, 1916-cı ildə 282 nəfər yalnız Azərbaycanlı yaşamışdır (415, s.92-93, 162-163). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kənd sakinlərindən sağ qalanları ata-baba yurdlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 77 nəfər, 1926-cı ildə 78 nəfər, 1931-ci ildə 111 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.92-93, 162-163). 1940-cı illərdə kənd sakinləri - azərbaycanlılar SSRİ hökumətinin xüsusi qərarı ilə kənddən çıxarılmış və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.

Toponim Canı şəxs adı əsasında yaranmışdır. «... vaxtilə Xələcistandan farsa köçmüş xələclərin şahılı tayfasının rəisi (Kələntəri və ya kəndxudası) Canı ağanın ətrafında birləşmək üçün toplanan tayfa və qəbilələr Qaşqay adı altında böyük bir el birliyinə çevrilmişdir...» Canı ağa Qaşqay elinə təyin edilmiş ilk elbəyidir (142, s.74-75). Antropotoponimdir. Quruluşca sadə toponimdir.

Cantəpə - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda qışlaq. İki hissədən ibarət olmuş, Polad Ayrım kəndinin yaxınlığında yerləşirdi. 1931-ci ildə Dilican rayonun inzibati-ərazi bölgüsünə daxil idi (415, s.32). 1926-cı ildə birinci Cantəpədə 4 nəfər, ikinci Cantəpədə 24 nəfər azərbaycanlı yaşamışdır (415, s.32-33). 1930 - cu illərdə ləğv edilmişdir.

Toponim türk dilində «yan, tərəf» mənasında işlənən can sözünə (299, s.640) «kiçik dağ» mənasında işlənən təpə sözünün qoşulması yolu ilə əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Canfida - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd. Rayon mərkəzindən 9 km cənub-qərbdə, Araz çayının sol sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Canfəda kimi (143, s.47), Qafqazın 5 verstlik xəritəsində Canfida formasında (348, s.81) qeyd edilmişdir. XVIII əsr mənbəyində göstərilir ki, kənddə oğuzların reyhanlı tayfası (238, s.187) yaşamışdır (143, s.47).

Kənddə 1831-ci ildə 283 nəfər, 1873 - cü ildə 999 nəfər, 1886-cı ildə 1165 nəfər, 1897-ci ildə 1071 nəfər, 1908-ci ildə 1172 nəfər, 1914 - cü ildə 1244 nəfər, 1916-cı ildə 1384 nəfər (415, s.64-65, 140-141), 1918-ci ildə 1318 nəfər (309, s.221), 1919cu ıldə 1815 nəfər (415, s.140-141) yalınz azərbaycanlı yaşamışdır. 1919 - cu ilin sonlarında kənd erməni təcavüzünə məruz qalaraq sakinləri - azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuş (309, s.221) və 1915-1918-ci illərdə Türkiyənin Alaşgerd, Samson vilayətlərindən köçürülən ermənilər kənddə yerləşdirilmişdir (85, s.120). İndi ermənilər yaşayır.

Carğan - Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indiki Barana (Noemberyan) rayonu ərazisində qışlaq. Ləmbəli kəndinin yaxınlığında yerləşirdi. 1930 - cu illərdə Ləmbəli kəndinə birləşdirilmişdir.

Toponim türk dilində «dərə», «yarğan», «sıldırım dərə,uçurum» mənasında işlənən car sözünə (339, s.178-179) –ğan şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Carğan müasir Azərbaycan dilində işlənən yarğan sözünün fonetik variantıdır.Türk dillərində, o cümlədən Azərbaycan dilində c~y səsəvəzlənməsi qanunauyğun haldır (car~yar, col~yol, cer~yer; 369, s.55). Relyef əsasında yaranan düzəltmə toponimdir.

Carcaris - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. Rayon mərkəzindən 12 km məsafədə yerləşir. 1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuşdar. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»fidə Cərcəyis kəndi adında qeyd edilmişdir (143, s.175). 15 mart 1972-ci ildə yaradılan Alagöz (Araqadz) rayonunun tabeliyinə verilmişdir. İndi ermənilər yaşayır.

Toponim Azərbaycan dilinin Naxçıvan qrupu dialekt və şivələrində «vəl əvəzində xırmanda istifadə edilən dəmir dişli kənd təsərrüfatı aləti mənasında işlənən carcar sözünə (8, s.455) -is topoformantının artırılması ilə düzəlmişdir. Bu döyüm aləti əsasən düzən yerlər üçün xarakterik olmuş və iş prosesində vəldən əvvəl işlədilmişdir (Ã.Äæ.Äæàâàäîâ.Îá îðóäèÿõ ìîëîòüáû <<äæàðäæàð>> â Àçåðáàéäæàíà,Äîêëàäû ÀÍ Àçåðá.ÑÑÐ,ò.XXXII, ¹ 1976, c. 101-106). Toponim peşə, sənət mənasında işlənən carcaris sözü əsasında formalaşmışdır.

Ceyranlı - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. Arpaçayın sağ qolu olan Muradtəpəsu çayının yanında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.81).

Kənddə 1873 - cü ildə 91 nəfər, 1886-cı ildə 84 nəfər, 1897-ci ildə 92 nəfər, 1904 - cü ildə 123 nəfər, 1914 - cü ildə 135 nəfər, 1916-cı ildə 150 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, $.90-91, 158-159). Kənd 1918-ci ildə erməni təcvüzünə məruz qalmış və sakinləri qırğınlarla deportasiya olunmuşdur. 1920-ci ildə kənd ləğv edilmişdir. İndi xaraba kənddir. Toponim Azərbaycan dilində heyvan anlayışı bildirən ceyran sözünə -lı şəkilçisini artırmaqla əmələ gəlmişdir. Zootoponimdir. Quruluşca düzəltmə toponimdir.

Cəbəçili - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd. Rayon mərkəzindən 6 km məsafədə yerləşir. Zəngibasar rayonu təşkil edilənədək Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə (143, s.160), Qafqazın 5 verstlik xəritəsində (348, s.78) qeyd edilmişdir. Mənbələrdə ëəndin adı Cəbəçəlli şəklində də göstərilir (415, s.50). Kənddə 1831-ci ildə 275 nəfər, 1873 - cü ildə 252 nəfər, 1886-cı ildə 254 nəfər, 1897-ci ildə 264 nəfər, 1904 - cü ildə 355 nəfər, 1914 - cü ildə 575 nəfər, 1918-ci ildə 355 nəfər, 1919 - cu ildə 240 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.50-51, 130-131; 309, s.216). 1918-1919 - cu illərdə kənd ermənilərin təcavüzünə məruz qalmış və sakinləri - azərbaycanlılar 1919 - cu ildə tamamilə deportasiya olımaraq Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılardan sağ qalanlar öz kəndlərinə dönə bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 101 nəfər, 1926-cı ildə 115 nəfər, 1931-ci ildə 131 nəfər azərbaycanlı yaşamışdır (415, s.50-51, 130-131). SSRİ hökumətinin xüsusi qərarı ilə azərbaycanlılar 1948-1949 - cu illərdə tarixi-etnik torpaqlarından deportasiya edilərək Azərbaycana köçürülmüş və xäricdən köçürülən ermənølər yerləşdirilmişdir. İndi burada ermənilər yaşayır.

Toponim qapıqulu türk tayfasına mənsub olan cəbəçi nəsil adına (İslam Ansiklopedisi, İstanbul, 1993, cilt 7, s.182) mənsubluq bildirən - li şəkilçisinin qoşulmasından əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca düzəltmə toponimdir.

Erm. SSR AS RH-nin 27. II. 1960-cı il fərmanı ilə ëəndin adı dəyişdirilib Crahovid qoyulmuşdur.

Cəngi təpə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. Rayon mərkəzindən 12 km məsafədə, Abaran çayının yanında yerləşir. 1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuşdur. 15 mart 1972-ci ildə Alagöz (Araqadz) rayonu yaradıldıqdan sonra Abaran rayonunun tərkibindən çıxarılıb Alagöz (Araqadz) rayonunun inzibati - ərazi bölügüsünə daxil edilmişdir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.81).

Toponim «meşə Örtüyü olmayan dağ», «meşəsiz dağ» mənasında işlənən cəngi sözü ilə (339, s.178) təpə sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə adı dəyişdirilib Vardablur qoyulmuşdur.

Cəngi təpə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda dağ. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.81). Oronim türk dilində «meşə örtüyü olmayan dağ» mənasında işlənən cəngi sözü (339, s.178) əsasında əmələ gəlmişdir. Mürəkkəb oronimdir.

Cənnətli - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Rayon mərkəzindən 12 km şimal-şərqdə, Gərni çayının sahilində yerləşir. Erməni mənbələrində ëəndin adı Cahadlu formasında da qeyd edilir (415, s.50).

Kənddə 1831-ci ildə 59 nəfər, 1873 - cü ildə 173 nəfər, 1886-cı ildə 189 nəfər, 1897-ci ildə 219 nəfər, 1904 - cü ildə 184 nəfər, 1914 - cü ildə 228 nəfər, 1916-cı ildə 260 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.50-51, 130-131). 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. Xaricdən köçürülən ermənilər burada yerləşdirilmişdir. Burada 1922-ci ildə 78 nəfər, 1926-cı ildə 100 nəfər, 1931-ci ildə 114 nəfər azərbaycanlı yaşamışdır (415, s.50-51, 130-131). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-1949 - cu illərdə kənddə yaşayan azərbaycanlılar zorla tarixi torpaqlarından Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır. Toponim nəsil adı əsasında yaranmışdır. Patronim toponimdir. Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin 2. III. 1940-cı il fərmanı ilə ëəndin adı dəyişdirilib Lancazat, 21. X. 1967-cı il fərmanı ilə yenidən dəyişdirilib Zovaşen (Gölkənd) qoyulmuşdur.

Cəfərabad - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd. Rayon mərkəzindən 10 km cənub-qərbdə, Araz çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.81). Tarixən burada azərbaycanlılar yaşamışdır. Kəndə ermənilər, əsasən, 1917-1918-ci illərdə Türkiyənin Xoy, Sürməli, Muş vilayətlərindən köçürülmüşdür (427, s.844). Toponim Cəfər şəxs adı ilə fars dilindən Azərbayca dilinə keçən abad sözünün birləşməsindən əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 4. IV. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Getaşen (Çaykənd) qoyulmuşdur.

Cəfərabad - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd. Rayon mərkəzindən 13 km şimalda yerləşir. Zəngibasar rayonu təşkil edilənədək Vağarşabad (Eçmiədzin) rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.81).

Toponim Cəfər şəxs adı ilə fars dilində «müntəzəm və çoxlu tikintisi, yaşayış üçün hər cür şəraiti olan yer» mənasında işlənən abad sözündən ( 9, s.25) əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Arqavand qoyulmuşdur.

Ciğin - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Ciğin dərəsində, Ciğinsu çayının yanında yerləşirdi. 1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Ciqin kimi (143, s.172), 1728-ci il tarixli «İrəvan əyalətinin icmal dəftəri»ndə Ceqin, Caqin formasında (143,s.105), Qafqazın 5 verstlik xəritəsində Ciğin qaraqoyunlu şəklində (348, s.82), Z.Qorqodyanın əsərində Göl Ciğin kimi (415, s.84) qeyd edilmişdir.

Kənddə 1831-ci ildə 178 nəfər, 1873 - cü ildə 160 nəfər,1886-cı ildə 210 nəfər, 1897-ci ildə 238 nəfər, 1904 - cü ildə 559 nəfər, 1914 - cü ildə 561 nəfər azərbaycanlı yaşamışdır (415,gs.84-85, 154-155). 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılar ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 54 nəfər, 1926-cı(ildə 92 nəfər, 1931-ci ildə 135 nəfər azərbaycanlı yaşamışdır(415, s.84-85, 154-155). SSRİ hökumətinin xüsusi qərarı ilə azərbaycanlılar 1948-1949 - cu illərdə zorla tarixi-etnik torpaqlarından deportasiya edilərək Azərbaycana köçürülmüş və kənd1950-ci ildə ləğv edilmişdir. İndi xaraba kənddir.

Toponim qaşqayların cigini tayfasının adı (142, s.40) əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Ciğin dərəsi - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda dərə. Ciğin kəndi, eləcə də Qaraqoyunlu, Kolanlı, Bağçacıq, Camışbasan, Küsüz, Məngük, Göl, Dəhnəz, Qarabağlar, Çimən, Zəncirli, Ərmik, Haxıs, Heyranıs kəndləri bu dərədə yerləşir (156, s.170). Oronim qaşqay türk tayfasının cigini tirəsi (142, s.40) əsasında formalaşmışdır. Etnooronimdir. Quruluşca mürəkkəb oronimdir.

Ciğinsu - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda çay. Ciğin dərəsindən axdığı üçün çay Ciğinsu adlanmışdır. Hidronim cigin türk tayfasının adı ilə (142, s.40) su (çay) sözlərindən əmələ gəlmişdir. Etnohidronimdir. Quruluşca mürəkkəb hidronimdir.

Ciğdamlı - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) kənd. Kəndin başqa adı «Cilçay»dır (143, s.99). Erməni mənbələrində kəndin adı Çidəmli (415, s.50), Cidamlı, Cifdamlı (427, s.41) formalarında da göstərilir. Rayon mərkəzindən 5 km şimal-şərqdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Ciğdəmli (143, s.99), Qafqazın 5 verstlik xəritəsində Ciğdamlı formasında (348, s.284) qeyd edilmişdir. Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1828-1829 - cu illərdə İranın Salmas vilayətindən köçürülmüşdür (427, s.41).

Ermənilərlə yanaşı kənddə 1831-ci ildə 166 nəfər, 1873 - cü ildə 155 nəfər, 1886-cı ildə 161 nəfər, 1897-ci ildə 135 nəfər azərbaycanlı yaşamışdır (415, s.50-51, 130-131). 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.

Toponim qədim türk dilində «həsir toxunmasında istifadə olunan parlaq gözəl çay bitkisi» mənasında işlənən cıq sözünə (299, s.147) mənsubluq bildirən -lı şəkilçisinin qoşulduğu «ev, bina, tikili» mənasında işlənən dam sözünün (10, s.26; 339, s.170-171) birləşməsindən əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 20. VIII. 1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Azatavan (Azad qəsəbə) qoyulmuşdur.

Cil - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda kənd. Rayon mərkəzindən 28 km cənub-şərqdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.82). F. Kırzıoğlu Cilkəndi formasında qeyd qeyd edir (F. Kırzıoğlu. Rəvan türkləri, «Vətən həsrəti» qəz., 18. VI. 1993). İndiki Çəmbərək (Krasnoselo) rayonu yaradılana qədər (31. XII. 1937) Basarkeçər rayonunun tərkibində olmuşdur. Tarixi mənbələrdə kəndin XII əsrdə salındığı göstərilir (Ermənistan Sovet Ensiklopediyası, IX c., İrəvan, 1983, s.514).

Kənddə 1831-ci ildə 265 nəfər, 1873 - cü ildə 287 nəfər, 1886-cı ildə 587 nəfər, 1897-ci ildə 442 nəfər, 1904 - cü ildə 975 nəfər, 1914 - cü ildə 1035 nəfər, 1916-cı ildə 893 nəfər, 1919 - cu ildə 888 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.26-27, 112-113). 1919 - cu ilin yazında kənd sakinləri ermənilərin təcavüzünə məruz qalaraq qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kənd sakinləri doğma yurdlarına dönə bilmişdir. 1922-ci ildə burada 697 nəfər, 1926-cı ildə 824 nəfər, 1931-ci ildə 1041 nəfər (415, s.26-27, 1121123), 1970-ci ildə 1595 nəfər, 1979 - cu ildə 1490 nəfər, 1987-ci ildə 1500 nəfər (85, s.9192) azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr dekabr aylarında kəndin sakinləri Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.

Toponim Azərbaycan dilində «torpağın üstünü basan süpürgəvari ot» mənasında işlənən cil sözü (12, s.480, 484) əsasında əmələ gəlmişdir. Bu söz Qazax dialektində «otun bir növü» (Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri, B., 1967, s.250), Naxçıvan dialektində «ağacın kökü» (8, s.458) mənasında işlənir. Ümumiyyətlə, cil otu bataqlıqlarda bitir və onun kökündə aşı maddəsi olur (12, s.480). Fitotoponimdir. Quruluşca sadə toponimdir.

Cızıxlar - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda kənd. Rayon mərkəzindən 15 km məsafə də yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonun tərkibində olmuşdur.

Toponim türk dilində «sərhəd», «hüdud», «mərz» mənasında işlənən cızıq sözündən (359, III (2), s.2096 ) əmələ gəlmişdir. Relyeflə bağlı yaranan düzəltmə quruluşlu toponimdir.

Erm.SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Tsoxamarq qoyulmuşdur.

Cızıxlar qalası - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqaç (Qukasyan) rayonundakı Cızıxlar kəndində qala. Qalanın tikilməsini I əsrə aid edirlər (35, s.187).

Cıbıllı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur. Rayon mərkəzindən 67 km cənub-şərqdə yerləşirdi. Kəndin digər adı Cibikli olmuşdur (415, s.60).

Kənddə 1897-ci ildə 82 nəfər, 1904 - cü ildə 80 nəfər,1914 - cü ildə 160 nəfər azərbaycanlı yaşamışdır (415, s.60-61,» 136-137). 1918-ci ildə azərbaycanlılar qırğınlarla deportasiya olunmuşdur (415, s.60-61, 136-137; 309, s.205). İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 52 nəfər, 1926-cı ildə 53 nəfər, 1931-ci ildə 77 nəfər azərbaycanlı yaşamışdır (415, s.60-61, 136-137). 1930 - cu illərin axırlarında kənd ləğv edilərək azərbaycanlılar başqa kəndlərə köçürülmüşdür. İndi xaraba kənddir.

Toponim cibikli (> cıbıllı) tayfa əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Cıvıxlı - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda kənd. Kəndin adı Çivixli, Çibuxli, Çibixlı forimalarmda da qeyd edilir (415, s.32). Rayon mərkəzindən 13 km şimal-qərbdə, meşəlik yerdə yerləşir. Kölkənd sovetliyinə tabe idi.

Kənddə 1897-ci ildə 80 nəfər azərbaycanlı yaşamışdır (415, s.32-33). 1919 - cu ilin martında kənd sakinləri ermənilərin təcavüzünə məruz qalaraq Azərbaycana qaçmışlar. İndiki Ermənisanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri öz kəndlərinə dönə bilmişdir. 1922-ci ildə burada 137 nəfər, 1931-ci ildə 132 nəfər (415, s. 116-117), 1970-ci ildə 364 nəfər, 1979 - cu ildə 351 nəfər (85, s.92) yalnız azərbaycnlı yaşamışdır. 1988-ci ilin axırlarında (noyabr-dekabr aylarında) Kəndin sakinləri olan azərbaycanlılar Ermənistan dövləti tərəfindən deportasiya edilmişdir. İndı burada heç kim yaşamır. Kənd xarabalığa çevrilib.

Toponim çubuxlu türk tayfa adı (193, s.160) əsasında əmələ gəlmişdir. Cıvıxlı çubuxlu etnoniminin dialekt variantıdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Coğaz - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd. Kəndin qədim adı Cuğaz olmuşdur (415, s.40). Rayon mərkəzindən 25 km məsafdə yerləşir.

Toponim qədim türk dilində su sözünün fonetik forması olan cu (> co) sözü ilə (339, s.181; 210 a., s.109), ğas//qaz//xaz qədim türk etnoniminin (78, s.29-36) variantı olan ğaz (< xaz < qaz < qas) etnonimi əsasında əmələ gəlmişdir. Bu etnonim Qa zax, Qafqaz toponimlərində öz izini aydın şəkildə qoruyub saxlamışdır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Su mənasında işlənən cu//co sözü, cuvar sözündə «cu», çamaşırxana» sözündə «ca», jiquli sözündə ji (ju), coqay (sucaq yer) sözündə «co», erməni dilində cur (su) sözündə «cu» formalarında öz əksini tapmışdır. «Su» sözü görkəmli Azərbaycan şairi Şah İsmayıl Xətainin «Dəhnamə» əsərində «cu» formasında işlənmişdir.

                                   Culər axadur kənarı bağdan,

                                   Su içməyə ahu gəldi dağdan.

Bununla yanaşı <<su>> sözü <<cu>>,<<cü>> fonetik formalarında Azərbaycan dilinin dialekt və şivələrində aşağıdakı söz və sözlərin tərkibində işlənmişdir: cu-balaca kanal, qanov, ləklərə gedən kiçik kanal,arx (239, s.200).

<<cü>> -ləklərin arasındakı su arxı. Əmbərcu-tağları suvarmaq üçün su yolu (131, s.83).

Cirat-böyük arxlardan ayrılıb ayrı-ayrı evlərin həyətinə gedən xırda arx.Culva- iki əkin sahəsinin arasından keçən arx (144, s.264).

Cülyə-quyu (Qazax dialektində). Cülgə - gölməçə (Cəbrayıl rayonu şivəsində) (8, s.463). Eyni zamanda Azərbaycan dilində «gildən, saxsıdan, şüşədən qayrılan darboğazlı su qabı» mənasında işlənən cürdək sözünün (12, s.492) ilk komponenti «cü»də su sözünün fonetik formasıdır.

Coğtala - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda qışlaq. 1930 - cu ildə ləğv edilmişdir.

Toponim qədim türk dilində su mənasında işlənən cu sözünün (339, s.181) fonetik variantı co sözü ilə türk dilində «düzənlik, çöl, sahə», «meşənin ortasında açıq yer», «meşədə ağacsız, çılpaq yer» mənasında işlənən tala sözünün (339, s. 169-170) birləşməsindən əmələ gəlmişdir. Toponimin birinci komponenti co (bu sözün ilk variantı cu olmuşdur) Azərbaycan dilində «suvarma suyunu bölüşdürən adam» mənasında işlənən cuvar sözündə, Zaqatala-Qax zonasında sucaq yer mənasında işlənən coqay sözündə öz izini saxlamışdır. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Comardlı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Rayon mərkəzindən 14 km cənub-qərbdə yerləşir. Qafqazın 5 verstlik xəriətsində qeyd edilmişdir (348, s.83).

Kənddə 1873 - cü ildə 208 nəfər, 1886-cı ildə 244 nəfər, 1897-ci ildə 333 nəfər, 1908-ci ildə 410 nəfər, 1914 - cü ildə 405 nəfər azərbaycanlı yaşamışdır (415, s.76-77, 146-147). 1916-1918-ci illərdə azərbaycanlılar qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 87 nəfər, 1926-cı ildə 87 nəfər, 1931-ci ildə 149 nəfər (415, s.76-77, 146-147), 1979 - cu ildə 860 nəfər (85, s.191) yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında kənd sakinləri Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.

Toponim comardlı türk tayfa adı əsasında əmələ gəlmişdir. Comardlı etnoniminin ilk komponenti com Azərbaycan dilinin Muğan şivələrində «tayfa, əqrəba mənalarında işlənir» (240, s.325). Etnotoponimdir. Qurluşca sadə toponimdir. Ermənistan prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə kəndin dəyişdirilib Tanahat qoyulmuşdur.

Coratan - Tiflis quberniyasının Borçalı qəzasında, indi Şəmşəddin rayonunda kənd. Rayon mərkəzindən 14 km məsafədə yerləşir. Erməni mənbələrində kəndin 1683 - cü ildə salındığı göstərilir (Ermənistan Sovet Ensiklopediyası. IXc., İrəvan, 1983, s. 60). Toponim monqolların corat etnoniminə (26, s.26-27; 26, s.28; 251, s.169) -an cəm şəkilçisinin artırılması yolu ilə əmələ gəlib «corat tayfasının yaşadığı, məskunlaşdığı kənd» mənasını bildirir. Corat etnonimi curyat etnoniminin (286, s.59) fonetik formasıdır. Bu tayfanın adı ilk dəfə XIV əsrdə yaşamış F.Rəşidəddinin əsərində çəkilir (228, s.58-59).

Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Crvej - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Cevriş formasında qeyd edilmişdir (143, s.159). Erməni mənbələrində kəndin qədim adının Çivreş olduğu göstərilir (415, s. 46).

Kənddə tarixən yalnız azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1828-1929 - cu illərdə İran və Türkiyədən köçürülüb yerləşdirilmişdir (85, s.270).

Burada ermənilərlə yanaşı 1873 - cü ildə 43 nəfər, 1886-cı ildə 31 nəfər, 1897-ci ildə 58 nəfər azərbaycanlı yaşamışdır (415, s.4447, 126-127). 1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdular. İndi burada ermənilər yaşayır.

Culfa karvansarası - İrəvan şəhərində karvansara.

Curasdan - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Dilican rayonunda qışlaq. Haqqıxlı kəndinin yaxınlığında yerləşirdi. 1897-ci ildə 8 nəfər, 1926-cı ildə 50 nəfər azərbaycanlı yaşamışdır (415, s.3238). 1930 - cu illərdə ləğv edilmişdir.

Cucevan - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Barana (Noemberyan) rayonunda kənd. Rayon mərkəzindən 9 km məsafədə yerləşir. Erməni mənbələrində kəndin 1873 - cü ildə salındığı göstərilir (Ermənistan Sovet Ensiklopediyası, IX c., İrəvan, 1983, s. 551). Bu, həqiqətə uyğun deyil. Belə ki, kənddə XII-XIII əsrlərə aid tarixi abidələr (türk qəbirləri, qala divarları) vardır (Ermənistan Sovet Ensiklopediyası, IX c., İrəvan, 1983,s.551).

Toponim Çingiz xanın böyük oğlu Cucinin adı ilə bağlı yaranan ulusun adını (ASE, X c., B., 1987, s.449; 66, s.36) əks etdirən cuce sözü ilə urartu dilində «ölkə», «yer» mənasını bildirən ebani (ubani) sözü (332, s.68) əsasında formalaşan van(<ban) sözünün birləşməsindən əmələ gəlib «cuci tayfasının ölkəsi, yaşadığı yer> mənasını ifadə edir. Patronim toponimdir.Quruluşca mürəkkəb toponimdir.

Cücəkənd - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd. 1937-ci ilə kimi Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur. Rayon mərkəzindən 15 km şimal-qərbdə, İlməzli kəndinin yaxınlığında birbirinə bitişik üç təpə üzərində, az bir hissəsi düzənlikdə yerləşir. Monqol istilası zamam bu kəndin adı Cüycikənd olmuş və sonradan toponim fonetik hadisəyə uğrayaraq «y» səsi düşmüş, Cüycikənd i~ə səsəvəzlənməsi nəticəsində Cücəkənd formasında qalmışdır.

Kənddə 1886-cı ildə 205 nəfər, 1897-ci ildə 237 nəfər, 1904 - cü ildə 210 nəfər, 1914 - cü ildə 468 nəfər, 1916-cı ildə 399 nəfər azərbaycanlı yaşamışdır (415, s.80-81, 150-151). 1918-ci ildə azərbaycanlılar deportasiyaya məruz qalmışdır. Indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin sakinləri öz ocaqlarına dönə bilmişdir. Burada 1922-ci ildə 474 nəfər, 1926-cı ildə 498 nəfər, 1931-ci ildə 623 nəfər (415, s.80-81, 150-151), 1987-ci ildə 1500 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında kəndin sakinləri Ermənistan dövləti tərəfindən qırğınlarla qovulmuşlar. İndi burada ermənilər yaşayır.

Toponim monqol sərkərdəsi Cuci xanın (ASE, X c., B., 1987, s.449) adı əsasında formalaşan cuci ulusunun adından (ASE, X c., B., 1987, s.449; 66, s.36) yaranmışdır. Yəni toponim cuci nəsil adı ilə «yaşayış məntəqəsi» mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 3.l. 1935-ci il fərmanı ilə adı dəyişdirilərək Qızıl Şəfəq qoyulmuşdur.

 


Ñòð.| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |