ÊÀÐÀÁÀÕ â ÄÎÊÓÌÅÍÒÀÕ

 

 Íà÷àëî | ÁÈáëèîòåêà | Ôîòî ôàêòû | Êàðòèííàÿ ãàëåðåÿ | Ññûëêè | Ôîðóì | ÎïðîñÏîèñê â google | AZAD QARABAĞ |

Sabir Asadov. WESTERN AZERBAIJAN

İbrahim Bayramov

QƏRBİ AZƏRBAYCANIN TÜRK MƏNŞƏLİ TOPONİMLƏRİ

A | B | V | Q | D | E | Ə | Z | İ | Y | K | G | L | M | N | O | Ö | P | R | S | T | U | Ü | F | X | H | Ç | C | Ş


A

 

Abana - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd olmuşdur. Ağavnadzor kəndindən 14 km şərqdə yerləşirdi. 1728-ci ildə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s. 58) qeyd edilmişdir. Burada 1831-ci ildə 25 nəfər azərbaycanlı yaşamışdır (415, s. 160). 1840-50-ci illərdə kənd ləğv edilmişdir. İndi ölü kənddir. Toponim e.ə. qarqarlarla birlikdə Qafqaza-Albaniyaya gələn abant (t samiti sonradan ixtisar edilmişdir) etnonimi (287, s.78) əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Abaran - İrəvan xanlığında mahal. İndi Ermənistanda inzibati rayon. Rayonun ərazisi I-V əsrlərdə Ayrarat quberniyasının Niq qəzasının tərkibində olmuşdur (427 s.307-308). Sonra ərəblər tərəfindən işğal edilmişdir. XI-XIII əsrlərdə səlcuqların, XIV-XV əsrlərdə monqolların tabeliyinə keçmişdir. XVI əsrdə rayonunun ərazisi İrəvan qəzasının Abaran nahiyyəsinin tərkibində olmuşdur (143 s. 173-174). XVI əsrdən XIX əsrin 30 - cu illərinə kimi İrəvan xanlığının mahallarından biri (Abaran mahalı) olmuşdur. 1728-ci il tarixli «İrəvan əyalətinin icmal dəftəri»ndə Abaran adlı nahiyyənin (143, s. 54, 109) və Abaran nahiyəsində Abaran kəndinin (143, s. 109) olduğu qeyd edilir.

XIX əsrin 40-cı illərindən 1920-ci ilə kimi İrəvan quberniyasının Eçmiədzin qəzasının tərkibinə daxil olmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra, 1920-1930 - cu illərdə Ermənistan SSR Eçmiədzin qəzasının inzibati ərazi bölgüsünə Baş Abaran adı ilə daxil edilmişdir. 9 sentyabr 1930 - cu ildə Abaran adında rayon yaradılmışdır. Erməni mənbələrində Abaran toponiminin erməni dilində «imarət, saray» mənasında işlənən aparank sözündən əmələ gəldiyi göstərilir (427, s.308). Bu, həqiqətdən, elmi izahdan uzaqdır. Toponim apar türk etnoniminə (299, s. 47; 287, s. 103,197) cəmlik bildirən - an şəkilçisinin qoşulması ilə əmələ gəlib «aparların (avarlar) yaşadığı yer» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erməni mənbələrində Aparan formasında qeyd edilir.

Abaran çayı - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda çay. Uzunluğu 98 km-dir. Hidronim apar (avar) türk tayfasının adını (299, s.47) əks etdirir. Etnohidronimdir.

Abasadzor - Quqark ölkəsinin Çorapor mahalında, indiki Karvansaray (İcevan) ərazəsində kənd. İlk dəfə K.Qandzaketsinin (XIII əsr) əsərində adı çəkilir (427, s. 3). Toponim Abas şəxs adı əsasında əmələ gəlmişdir. Toponimin ikinci komponenti «dzor», türk dilində «dərə», «yarğan» mənasında işlənən «car» sözünün (339, s. 178-179) erməni dilində işlənən formasıdır. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Abdalağalı - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd. Rayon mərkəzindən 3 km məsafədə yerləşir. Erməni mənbələrində Avdalağalu formasında qeyd edilir (415, s.66). Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.l). Ermənilərlə yanaşı 1897-ci ildə 10 nəfər azərbaycanlı yaşamışdır (415, s.67). XX əsrin əvvəllərində ermənilərin təzyiqi nəticəsində azərbaycanlılar kəndi tərk etmişlər.

Toponim türkmənşəli abdal etnonimi (355, s. 165) əsasında əmələ gələn abdalağalı tayfasının adından yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Erm.SSR AS RH-nin 3.1.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vağaşen qoyulmuşdur.

Abdulabad - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonu ərazisində kənd. Araz çayının sol sahilində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində Abdulavad formasında (348, s. 1) qeyd edilmişdir. Kənd XX əsrin əvvəllərində ləğv edilmişdir (415, s. 62-63).

Toponim Abdul şəxs adı ilə «yaşayış məntəqəsi» mənasında işlənən abad sözünün birləşməsindən əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Abdulkənd - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. XX əsrin əvvəllərində ləğv edilmişdir. Şəxs adı əsasında əmələ gələn mürəkkəb toponimdir.

Abbas biçənək - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonundakı Əmağu kəndində dağ.

Oronim Abbas şəxs adı ilə beçenek (peçeneq) türk tayfasının adı (399, s. 57-58) əsasında əmələ gəlmişdir. Etnooronimdir.

Abbas dərəsi - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd yeri. İlk dəfə XIII əsrdə Kirakos Gəncəli tərəfindən xatırlanır (85, s.132).

Toponim şəxs adı əsasında düzəlib, «Abbasa məxsus dərə (kənd)» mənasını bildirir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Abbas dərəsi - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd olmuşdur. Rayon mərkəzindən 16 km şimal-şərqdə yerləşirdi (85, s. 163). XX əsrin əvvəllərində xarabalığa çevrilmişdir. İndi ölü kənddir.

Toponim şəxs adı ilə relyef bildirən dərə sözünün birləşməsindən əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Abbas dərəsi - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd. Azərbaycanlılar yaşamışdır. İlk dəfə adı XIII əsrdə Kirakos Gəncəli tərəfindən çəkilir.

Toponim şəxs adına relyef bildirən dərə sözünün birləşməsi əsasında əmələ gəlmişdir. II növ təyini söz birləşməsi əsasında yaranan mürəkkəb quruluşlu antropotoponimdir.

Abbaslar - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd olmuşdur. XX əsrin əvvəllərində xarabalığa çevrilmişdir (85, s.163). İndi ölü kənddir. Toponim abbaslar etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Abgəz - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. Rayondakı Aldərə kəndindən 14 km şimalda yerləşirdi. 30 - cu illərdə əhalisi rayon mərkəzinə və rayonun Hamravar kəndinə köçürülərək kənd ləğv edilmişdir. İndi ölü kənddir (427, s. 5, 10).

Toponim fars dilində «su» mənasında işlənən ab sözü ilə Azərbaycan dilində «aşırım», «dağ qılıcında nazik yer», «gəzdək, dağ çökəyi, dağın təpəsindəki çökək» mənasında işlənən gəz sözünün (339, s.167) birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Abdullar - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Kəvər (Kamo) rayonu ərazisində kənd. Rayondakı Noradüz Kəndindən 4-5 km şimal-qərbdə, Göyçə gölünün sahilində yerləşirdi (427, s.14). İndi ölü kənddir. Toponim abdullar nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir.

Avan - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Rayon mərkəzindən 15 km şimal-qərbdə, Alagöz (Ələyəz) dağının ətəyində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s. 89) qeyd edilmişdir. 1728-ci ildə tərtib edilmiş həmin dəftərdə göstərilir ki, əhalisi Qaracalar əşirətindəndir (tayfasındandır - İ.B.) (143, s.89). Qaraçalar türk tayfalarından biridir.

Kənddə 1831-ci ildə 104 nəfər, 1873 - cü ildə 321 nəfər, 1886-cı ildə 368 nəfər, 1897-ci ildə 465 nəfər, 1908-ci ildə 300 nəfər, 1914 - cü ildə 301 nəfər, 1916-cı ildə 556 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.22-23, 106-107). 1986-cı ildə erməni dilində çap edilmiş «Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti»ndə 1831-1916-cı illərdə burada ermənilərin yaşadığı göstərilir və azərbaycanlılar ermənilər kimi verilir (427, s.356). 1918-ci ildə Kəndin əhalisi erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. 1916-cı illərdə buraya Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir.

Toponim urartu dilində «ölkə» mənasında işlənən ebani (ebani) sözü (317, s. 70; 339, s. 37) əsasında əmələ gəlmişdir. Sadə quruluşlu toponimdir.

Avdalar - İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Rayon mərkəzindən 23 km məsafədə, İrəvan şəhərindən 11-12 km şimalda yerləşir. Kəndin digər adı «Abdalar»dır (415, s. 44). Kənddə 1873 - cü ildə 59 nəfər, 1886-cı ildə 112 nəfər, 1897-ci ildə 115 nəfər, 1904 - cü ildə 131 nəfər, 1914 - cü ildə 194 nəfər, 1916-cı ildə 192 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 44-45, 124-125). 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuş, 1918-19 - cu illərdə Türkiyənin Van əyalətindən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz yurdlarına dönə bilmişdir. Ermənilərlə yanaşı burada 1922-ci ildə 29 nəfər, 1926-cı ildə 7 nəfər, 1931-ci ildə 6 nəfər azərbaycanlı yaşamışdır (415, s. 45, 125). 1948-49 - cu illərdə azərbaycanlılar Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır. Toponim abdal türk tayfasının adına (355, s.165) cəmlik bildirən -ar şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. «Abdallara, abdal tayfalarına mənsub kənd» mənasını bildirir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Erm.SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Hatsavan (çörək qəsəbəsi) qoyulmuşdur.

Avdıbəy - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda kənd. Rayon mərkəzindən 20 km məsafədə yerləşir. Burada 1897-ci ildə 7 nəfər azərbaycanlı yaşamışdır (415, s. 40-41). XX əsrin əvvəllərində (1905-1906) onlar deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.

Toponim Avdıbəy şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir.

Erm.SSR AS RH-nin 4.V.1939 - cu il fərmanı ilə adı dəyişdirilib Tsaxkaber qoyulmuşdur.

Avsarlı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd olmuşdur. Rayon mərkəzindən 17 km məsafədə, Oxçu çayının sahilində, dağlıq ərazidə yerləşmişdir. Kəndin digər adı «Əvsərli»dir.

Kənddə 1897-ci ildə 92 nəfər, 1926-cı ildə 76 nəfər (415, s.54-55), 1959 - cu ildə 101 nəfər azərbaycanlı yaşamışdır. 1960-cı ildə kənd ləğv edilmişdir.

Toponim avşar (avsar, Azərbaycan dilində ş~s səs əvəzlənməsi qanunauyğundur) türk tayfasının adına mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzəlmişdir. «Əfşar» (avşar) tayfasına mənsub olan «yer» mənasını bildirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Avtandil talası - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. 1930 - cu ildə ləğv edilmişdir. Şəxs adı əsasında əmələ gələn antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Avşar - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Rayon mərkəzindən 7 km cənub-şərqdə, Vedi çayından ayrılan arxın yanında yerləşir.

1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftərin»də Avşar kəndi (143, s.172), 1728-ci il tarixli «İrəvan əyalətinin icmal dəftər»ində Əfşaryerli formasında (143, s.51), Qafqazın 5 verstlik xəritəsində Avşar kimi (348, s.3) qeyd edilmişdir.

Kənddə 1831-ci ildə 80, 1873 - cü ildə 886, 1886-cı ildə 1059, 1897-ci ildə 1164, 1904 - cü ildə 1094, 1914 - cü ildə 1203, 1916-cı ildə 1160 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.84-85, 154-155). 1918-1919 - cu illərdə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşlar. Xaricdən köçürülən ermənilər bu kənddə yerləşdirilmişdir. 1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kənddən qovulmuş azərbaycanlılardan sağ qalanları doğma kəndlərinə qayıtmışlar. 1920-ci ildən sonra kənddə azərbaycanlılarla yanaşı ermənilər də yaşamışdır. Burada 1922-ci ildə 420 nəfər azərbaycanlı 322 erməni, 1926-cı ildə 533 nəfər azərbaycanlı, 317 erməni 1931-ci ildə 608 nəfər azərbaycanlı, 327 erməni yaşamışdır (415, s.85, 155). 1930 - cu ildən Qaranlıq (Martuni), Sisyan, Sevan, Basarkeçər (Vardenis) rayonlarından bura xeyli sayda ermənilər köçürülüb yerləşdirilmişdir (427, s. 366). Z.Qorqodyanın «1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi» (İrəvan, 1932) kitabında göstərilir ki, 1831-1916-cı illərə kimi Avşar kəndində yalnız azərbaycanlılar yaşamışdır (415, s. 154-155). Lakin «Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti» əsərində bu fakt təhrif edilərək kənddə azərbaycanlıların yaşadığı göstərilmir. Həmin kitabda 1831-1916-cı illərdə kənddə yalnız ermənilərin yaşadığı qeyd edilir (427, s.366). Azərbaycanlılar 1948-1953 - cü illərdə SSRİ Nazirlər Sovetinin qərarlarına əsasən zorla Azərbaycana köçürülmüşdür. İndi burada yalnız ermənilər yaşayır.

Toponim «çevik və ovçuluğu sevən» mənasını verən (228, s.40) avşar oğuz tayfasının (399, s.56) adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

qaya - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda dağ.

Oronim qədim türk dilində «hündür, uca» mənasında işlənən sözü ilə qaya coğrafi nomeninin birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir.

tala - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Dilican rayonu ərazisində kənd olmuşdur. Azərbaycanlılar yaşamışdır. 40-cı illərin axırlarında kənd ləğv edilmişdir.

Toponim qədim türk dilində «kiçik, kiçicik, xırda, balaca» mənasında işlənən sözü ilə (359, s.96) «meşə ortasında açıqlıq» mənasında işlənən tala sözünün birləşməsindən əmələ gəlib, «çox da böyük olmayan, ərazicə kiçik tala» mənasını bildirir. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir.

Ağağa - Yelezavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu ərazisində kənd olmuşdur. Şıxlar Kəndinin yaxınlığında yerləşirdi. Burada 1897-ci ildə 19 nəfər azərbaycanlı yaşamışdır (415, s. 76-77). XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar köçürülərək kənd ləğv edilmişdir. İndi xarabalığa çevrilmiş kənddir.

Toponim «hörmətli, ağsaqqal» mənasında işlənən ağ sözü ilə Ağa şəxs adının birləşməsindən əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Ağbulaq - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda bulaq. Suyu içməyə yararlı olduğu üçün Ağbulaq adlandırılmışdır.

Ağbulaq - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd. Rayon mərkəzindən 15 km qərbdə, Bazarçayın sağ qolu olan Kəşin çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində «Ağbulaq qışlağı» formasında (348, s.4) qeyd edilmişdir. Kənddə yaşayan azərbaycanlılar 1918-ci ildə erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra azərbaycanlılar tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada 1926-cı ildə 66 nəfər, 1931-ci ildə 88 nəfər (415, s.28-29, 112-113), 1939 - cu ildə 146 nəfər, 1959 - cu ildə 187 nəfər, 1970-ci ildə 335 nəfər (427, s.166) yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının sonlarında Ermənistan dövləti tərəfindən Kəndin sakinləri - azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.

Toponim Azərbaycan dilində «keyfiyyətli, içməyə yararlı» mənasında işlənən ağ sözü ilə bulaq hidroterminindən əmələ gəlmişdir. Kəndin adı ərazidəki eyni adlı bulağın adından götürülmüşdür. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Ağbulaq - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda kənd. Rayon mərkəzindən 22 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.4) qeyd edilmişdir. Toponimin Azərbaycan dilində «keyfiyyətli, içməyə yararlı» mənasında işlənən ağ sözü ilə bulaq sözünün birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm.SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Lusaxbyur qoyulmuşdur.

Ağbulaq - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunda kənd. Rayon mərkəzindən 13 km şimal-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.119), Qafqazın 5 verstlik xəritəsində (348, s.4) qeyd edilmişdir.

Kənddə 1831-ci ildə 136, 1873 - cü ildə 422, 1886-cı ildə 575, 1908-ci ildə 940, 1914 - cü ildə 982, 1919 - cu ildə 1329 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.30-31,114-115). 1919 - cu ilin fevral-mart aylarında Kəndin əhalisi ermənilər tərəfindən qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma yurdlarına qayıtmışlar.

Kənddə 1922-ci ildə 1053, 1926-cı ildə 1113, 1931-ci ildə 1392 (415, 31, 115), 1939 - cu ildə 1504, 1959 - cu ildə 1141, 1970-ci ildə 1563, 1979 - cu ildə 1450 nəfər (427, s.166) yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabrın 24-dən 28-dək Ermənistan dövləti tərəfindən gecə saat 1-3 radələrində kəndin əhalisi vəhşicəsinə tarixi-etnik torpaqlarından qovulmuşdur. İndi burada ermənilər yaşayır.

Toponim «içməyə yararlı, keyfiyyətli su» mənasında işlənən sözü ilə bulaq hidroniminin birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Ermənistan Respublikası prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Axperek qoyulmuşdur.

Ağbulaq - Qafan rayonunda bulaq. «Keyfiyyətli, içməyə yararlı» mənasında işlənən sözü ilə bulaq sözünün birləşməsindən əmələ gəlmişdir. Suyu içməyə yararlı olduğu üçün Ağbulaq adlandırılmışdır.

Ağbulaq - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd olmuşdur. Kənd Vedi çayının sahilində yerləşmişdir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.4).

Kənddə 1897-ci ildə 95 nəfər azərbaycanlı yaşamışdır (415, s.84-85). XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar qovularaq kənd ləğv edilmişdir. Toponim «keyfiyyətli» mənasında işlənən ağ və bulaq sözlərinin birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Ağdağ - İrəvan xanlığının Göyçə mahalında, indi Kəvər (Kamo) rayonunda dağ. Oronim qədim Azərbaycan dilində «uca, hündür» mənasını bildirən ağ sözü ilə (158, s.36, 134) «düzənlikdən ətəkləri, yamacları və zirvəsi ilə seçilən, dik vəziyyətdə ucalmış, 500 m-dən artıq olan yüksəklik» mənasında işlənən dağ sözünün (196, s.37) birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb oronimdir. Adı dəyişdirilib Apitakasar qoyulmuşdur.

Ağdağ - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda dağ. «Hündür, uca» mənasında işlənən ağ sözü ilə dağ sözünün birləşməsindən əmələ gəlmişdir. Oronimdir. Quruluşca mürəkkəb toponimdir.

Ağadədə - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda pir.

Ağadi - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda dərə. Ağstafa çayının sahilində yerləşir.

Ağakiçik - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Rayon mərkəzindən 15 km şimal-şərqdə, Mastara çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.3) qeyd edilmişdir. Kəndin adı erməni mənbələrində, əsasən, Ahaqçi kimi qeyd edilir (415, s.34; 427, s.147). Kənddə 1873 - cü ildə 160 nəfər, 1886-cı ildə 257 nəfər, 1897-ci ildə 301 nəfər, 1904 - cü ildə 359 nəfər, 1914 - cü ildə 383 nəfər, 1916-cı ildə 337 nəfər azərbaycanlı yaşamışdır (415, 34-35, 116-117). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq əhalisi - azərbaycanlılar qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuş, 1915-1916-cı illərdə Türkiyənin Sasun və Taron vilayətlərindən köçürülən ermənilər 1918-ci ildə burada yerləşdirilmişdir (85, s. 111). İndi ermənilər yaşayır.

Toponim ağa və kiçik sözlərindən əmələ gəlib, «Kiçik ağaya mənsub kənd» mənasında ifadə edir.

Erm.SSR AS RH-nin 25.1.1978-ci il fərmanı ilə adı dəyişdirilib Zovasar qoyulmuşdur.

Ağasıbəyli - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Nəsil adı əsasında əmələ gələn patronim toponimdir. Sadə quruluşlu toponimdir.

Ağaplı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd. Kənd rayon mərkəzindən 23 km şimal-şərqdə yerləşirdi (427, s.160). Qafqazın 5 verstlik xəritəsində (348, s.3) qeyd edilmişdir. Toponim nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimidir. Quruluşca sadə toponimdir.

Ağbaba - Qars vilayətinin Qars qəzasında, indiki Ermənistanın şimal-qərbində nahiyə. Amasiya və Qızılqoç rayonlarını əhatə edirdi. Sahəsi 585,9 km2dir. Ağbaba nahiyəsində (fəaliyyət göstərdiyi dövrdə) 8574 nəfər (I.X.1929) adam yaşamışdır ki, bunun da əksəriyyətini (90%ni) azərbaycanlılar təşkil edirdi. 1930 - cu ildə Ağbaba nahiyəsi ləğv edilmiş, onun əsasında Amasiya və Qızılqoç (Qukasyan) rayonları yaradılmışdır.

Toponim ağbaba quş adı əsasında yaranmışdır. Zootoponimdir. Quruluşca sadə toponimdir.

Ağbaba - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Ağbaba dağının ətəyində, Qarabulaq kəndindən 1 km cənubda yerləşmişdir. İndi xaraba kənddir. Kəndin xarabalıqları qalır.

Toponim ağbaba quş adı əsasında formalaşmışdır. Zootoponimdir. Quruluşca sadə toponimdir.

Ağbaba - Qars vilayətinin Qars qəzasında, Ağbaba - Şörəyöl bölgəsində, indi Qızılqoç (Qukasyan) rayonu ərazisində dağ.

Ağbaş - Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda qışlaq. Rayon mərkəzindən 17 km məsafədə yerləşmişdir. 1930 - cu illərdə ləğv edilmişdir.

Toponim ağbaş türk tayfasının (92, s.24) adı əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Ağvan - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Rayon mərkəzindən 30 km şimalda yerləşir. Erməni mənbələrində alban etnonimi ağvan formasında işlənir. Toponim ağvan (alban) etnonimi əsasında əmələ gələn etnotoponimdir. Quruluşca sadə toponimdir.

Ağvəng - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğenadzor) rayonunda qala. Kənddən 1 km şimal-qərbdə yerləşir. Ağvəng burada «kiçik vəng» mənasındadır. «Ağ» sözü qədim türk dilində həm də kiçik mənasında, vəng isə «abidə, möhkəm abidə» mənasında işlənir (211, s.208, 237).

Ağqaya - Kiçik Qafqaz sıra dağlarında dağ. Göyçə (Sevan) gölünün şərqində yerləşir. Hündürlüyü 3334 m-dir. Oronim qədim Azərbaycan dilində «uca» mənasında işlənən ağ sözü ilə qaya sözünün birləşməsindən əmələ gəlmişdir. Mürəkkəb quruluşlu oronimdir.

Ağqala - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Kəvər (Kamo) rayonunda kənd. Rayon mərkəzindən 12 km şimal-şərqdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.5).

Kənddə 1831-ci ildə 39 nəfər, 1873 - cü ildə 192, 1886-cı ildə.253 nəfər, 1897-ci ildə 331, 1904 - cü ildə 424, 1914 - cü ildə 507, 1916-cı ildə 520 nəfər azərbaycanlı yaşamışdır (415, 68-69, 144-145).

1918-ci ildə azərbaycanlılar, ermənilər tərəfindən qırğınlarla qovulmuşlar. Azərbaycanlılar kənddən qovulandan sonra buraya Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönmüşdür. Burada 1922-ci ildə 3 nəfər azərbaycanlı, 31 erməni, 1926-cı ildə 76 nəfər azərbaycanlı, 105 erməni, 1931-ci ildə 202 nəfər azərbaycanlı, 111 erməni, 55 kürd (415, s. 69, 145), 1939 - cu ildə 442, 1959 - cu ildə 287, 1970-ci ildə 2200 nəfər (427, s.179) azərbaycanlı və erməni əhalisi yaşamışdır. Sonralar azərbaycanlıları sıxışdırıb çıxarmaq məqsədilə Ağqala kəndi ilə Əyrivəng kəndi birləşdirilmişdir. Kənddə yaşayan azərbaycanlılar da 1988-ci ildə Ermənistan dövləti tərəfindən qovulmuş, deportasiya edilmişdir.

Toponim rəng bildirən «ağ» sözü ilə «qala» sözünün birləşməsindən əmələ gəlmişdir. Kənd adını kəndin ərazisindəki albanlara məxsus ağ rəngli qaladan götürmüşdür. Mürəkkəb quruluşlu toponimdir.

Ermənistanın prezidentinin 19.IV.1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Berdkunk (Qala yeri) qoyulmuşdur.

Ağdaban - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonu ərazisində kənd. Bazarçayın sağ sahilində yerləşirdi (427, s.168).

Toponim türk dilində «hündür, uca, yüksək» mənasında işlənən ağ sözü ilə türk dilində «yüksək dağ aşırımı, dağ aşırımı, aşırım, təpə» mənasında işlənən daban sözündən (339, s.168) əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Ağdağ - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda dağ. Malışka kəndinin şimal-şərqində yerləşir. Hündürlüyü 1897 m-dir. Oronim qədim türk dilində «uca, hündür» mənasında işlənən sözü əsasında əmələ gəlmişdir. Mürəkkəb quruluşlu oronimdir.

Ağdamlar - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.4). 1897-ci ildə 39 nəfər azərbaycanlı yaşamışdır (415, s.46-47). XX əsrin əvəllərində - 1905-1906-cı illərdə ermənilərin təcavüzü nəticəsində azərbaycanlılar deportasiya olunmuş və kənd ləğv edilmişdir.

Toponim rəng bildirən ağ sözü ilə -lar cəm şəkilçisi qəbul etmiş, türk dilində «ev, divar» mənasında işlənən dam sözünün (339, s.170-171) birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Ağdan - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunun Ağdan kəndində çay. Ağstafa çayına tökülür.

Ağdaş - Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda kənd. Axtala və Şamlıq kəndlərinin yaxınlığında yerləşmişdir. Kənd XIX əsrdə dağıdılaraq əhalisi Axtala və Şamlıq kəndlərinə köçürülmüşdür. İndi xaraba kənddir.

Toponim «kiçik, xırda» mənasını ifadə edən sözü ilə (359,I(1), s.96) qədim türk dilində «çöl, səhra, açıq yer» mənasında işlənən daş (339, s.539) sözünün birləşməsindən əmələ gəlmişdir və «kiçik açıq yerdə, səhrada olan kənd» mənasını ifadə edir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Ağadədə - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda pir. Rayondakı Gülücan kəndinin yaxınlığında yerləşir.

Ağdərə - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayondakı Dərətumb kəndinin yanında, Səlim çayının sağ tərəfində yerləşirdi. 1831-ci ildə 78 nəfər, 1897-ci ildə 3 nəfər azərbaycanlı yaşamışdır (415, 90-91,160). XIX əsrin sonlarında ləğv edilmişdir.

Toponim qədim türk dilində «kiçik, balaca» mənasında işlənən sözü ilə (359, 1(1), s.96) Azərbaycan dilində «iki dağ və ya təpə arasında çuxur», «uzun dərin çuxur» mənasında işlənən dərə sözünün birləşməsindən əmələ gəlib «kiçik, balaca dərə yanındakı kənd» mənasını ifadə edir. Relyef əsasında yaranan mürəkkəb toponimdir.

Ağadərəsi - İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Rayon mərkəzindən 7 km məsafədə yerləşir. Kəndin adı erməni dilinə kalka edilərək Aqadzor (dzor erməni dilində dərə deməkdir) formasında işlədilir (415,s.44).

Burada ermənilərlə yanaşı 1831-ci ildə 27 nəfər, 1873 - cü ildə 14 nəfər, 1886-cı ildə 15 nəfər, 1897-ci ildə 3 nəfər azərbaycanlı yaşamışdır (415, 44-45, 124). XX əsrin əvvəllərində, 1905 - 1906-cı illərdə azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.

Toponim Azərbaycan dilində «varlı, zadəgan, mülkədar» mənasında işlənən ağa və III şəxsin təkinin mənsubiyyət şəkilçisi (-si) qəbul etmiş dərə sözlərindən əmələ gəlmişdir. Relyeflə bağlı II növ təyini söz birləşməsi formasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Erm.SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Katnaxpyur (Südlü bulaq) qoyulmuşdur.

Ağzıbir - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd. Rayon mərkəzindən 15 km şimal-şərqdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.5).

Kənddə 1831-ci ildə 108 nəfər, 1873 - cü ildə 380 nəfər, 1886-cı ildə 557 nəfər, 1897-ci ildə 696, 1904 - cü ildə 755, 1914 - cü ildə 1068, 1916-cı ildə 917 nəfər yalnız azərbaycanlı yaşamışdır (415,s. 68-69, 144-145). 1918-ci ildə Kəndin əhalisi ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişlər.

Kənddə 1922-ci ildə 327 nəfər azərbaycanlı yaşamışdır (415, s.145). 1922-26-cı illərdə kənddə ermənilər yerləşdirilmiş və azərbaycanlılar sıxışdırılmışdır. 1926-cı ildə kənddə 165 nəfər azərbaycanlı, 276 erməni, 1931-ci ildə 295 nəfər azərbaycanlı, 365 erməni (415, 69, 145), 1947-ci ildə 600 nəfər azərbaycanlı yaşamışdır. Azərbaycanlılar SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-ci ildə Azərbaycanın Ağdaş rayonuna köçürülmüşdür. O vaxtdan kənddə yalnız ermənilər yaşayır.

Toponim «tək bir çıxacağı olan yer» «kiçik dağ yolu» mənasında işlənən ağzıbir sözü əsasında (359,I(1), s.67; 9, s.39) formalaşmışdır. Kənd adını yerləşdiyi əraziyə görə almışdır.

 

Toponimin yaranması Göyçə gölünə yalnız quru ilə çıxışı (ağzı) olan yarımada ilə bağlıdır.

Erm.SSR AS RH-nin 7.XII.1945-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Lçap qoyulmuşdur.

Ağin - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. Gümrü şəhərindən 22-23 km cənub-qərbdə, Arpaçayın üstündə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Ağit kimi (143,s.l30), Qafqazın 5 verstlik xəritəsində Ağin formasında (348, s.5) qeyd edilmişdir.

Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. XIX əsrin əvvəllərində azərbaycanlılar tarixi torpaqlarından qovulmuş, 1829-30 - cu illərdə Türkiyənin Muş, Alaşkert, Basin vilayətlərindən, 1877-78-cı illərdə Qarsdan ermənilər köçürülüb burada yerləşdirilmişdir (427, s.177).

Toponim qədim türk dilində «uca, hündür, böyük» mənasında işlənən sözü ilə qədim türk dilində «daxma, koma, mağara» mənasında işlənən in sözünün (299, s.209) birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Erm.SSR AS RH-nin 12.X.1961-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ani qoyulmuşdur.

Ağıllı - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunda yaylaq. Rayondakı Toxluca kəndinin şimal-şərqində yerləşir. Oronim Azərbaycan dilində «mal-qara, qoyun saxlamaq üçün hasarlanınış yer» mənasında işlənən ağıl sözünə (9, s.45; 339, s.38) -lı

şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. Düzəltmə quruluşlu oronimdir.

Ağyar - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Kəndin ilkin adı Əyar olmuşdur. Rayon mərkəzindən 3 km cənub-şərqdə, Arpaçayın sahilində yerləşir. XIII əsrdə Amağu məbədinin tabeliyində olmuşdur (364, ¹ 736). İlk dəfə XII-XIII əsrlərdə adı çəkilmişdir. 1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. Buraya ermənilər 1828-29 - cu illərdə İranın Xoy, Salmas və Maku vilayətlərindən köçürülmüşdür (427, s.20). Burada ermənilərlə yanaşı 1831-ci ildə 30 nəfər, 1887-ci ildə 23 nəfər, 1926-cı ildə 3 nəfər azərbaycanlı yaşamışdır (415, 90-91, 160-161). İndi yalnız ermənilər yaşayır.

Toponim «öz təşkilatı olan və varlılar hesabına kasıblara kömək edən şəhər yoxsullarından ibarət təbəqə» mənasında işlənən əyar sözü (338, s.574) əsasında formalaşmışdır. Nəsil adı bildirir. Patronim toponimdir. Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin 10.IX.1946-cı il fərmanı ilə dəyışdirilib Aqarakadzor qoyulmuşdur.

Ağyarğan - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda dağ. Rayondakı Ağxaç Kəndinin şimal-qərbində yerləşir. Hündürlüyü 2528 m-dir. Erməni mənbələrində Ağyorğan formasında qeyd edilir (427, s.242). Oronim Azərbaycan dilində «dayaz, çox da dərin olmayan» mənasında işlənən sözü ilə (95, s.269) «ətrafı sıldırımlı iri, uzun dərə» mənasında işlənən yarğan sözünün (10, s.498) birləşməsindən əmələ gəlmişdir. Mürəkkəb quruluşlu oronimdir.

Ağyoxuş - İrəvan quberniyasının Yeni Bayazid qəzasında,indi Basarkeçər (Vardenis) rayonundakı Sultan Əli qışlağı (Canəhməd) kəndində aşırım. Oronim qədim türk dilində «hündür»mənasında işlənən sözü ilə «yolun dağa, təpəyə qalxan hissəsi» mənasında işlənən yoxuş sözünün (10, s.561) birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb oronimdir.

Ağyoxuş - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 13-14 km şimal-şərqdə, düzənlikdə yerləşir.

Kənddə 1831-ci ildə 192 nəfər azərbaycanlı yaşamışdır (415, s.110). Lakin sonralar kənddə yaşayanlar haqqında məlumat yoxdur. Yalnız mənbələrdə 1970-ci ildə burada 341 nəfər azərbaycanlının yaşadığı göstərilir (427, s.184). Kəndin sakinləri 1988-ci ildə Ermənistan dövləti tərəfindən qovulmuşlar.

Toponim qədim türk dilində «hündür, yuxarı» mənasında işlənən sözü ilə (299, s.16) «yolun dağa, təpəyə qalxan hissəsi», «yuxarı qalxan yer» mənasında işlənən yoxuş sözünün (10, s.561) birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir.

Ağqıraq - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Rayon mərkəzindən 55,5 km cənub-şərqdə, Göyçə gölünün sahilində, arx yanında yerləşir. Kəndin qədim adı Ağqıraq olsa da (386, s.595-596;415, s.66; 427, s.180), sonralar erməni mənbələrində Əliqırıq (415,s.66), Əliqrağı, Əliqraq kəndi (427,s.85) kimi sabitləşmişdir. XX əsrin ortalarında kənd Əliqoıx adlandırılmışdır (415, s.66). Qafqazın 5 verstlik xəritəsində Əlikrıx kimi qeyd edilmişdir(348,s.!2). 1897-ci ildə burada ermənilərdən başqa 3 nəfər azərbaycanlı yaşamışdır (415, s.66-67). Sonradan onlar kənddən deportasiya edilmişdir. 1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra Ağqıraq kəndinə ermənilər 1829-30 - cu illərdə Türkiyənin Alaşkert və Van bölgəsindən köçürülmüş (386, s.595-598; 427, s.345), azərbaycanlılar deportasiya olunmuşdur.

Kəndin ərazisində türklərlə bağlı 89-cu əsrlərə aid tarixi abidələr vardır.

Toponim qədim türk dilində «kiçik, balaca» (359, l(1), s.96), ərazicə çox da geniş olmayan (94, s.68) mənasında işlənən ağ sözü ilə, «sahil» mənasında işlənən qiraq sözü (359, II(2), s.161) əsasında formalaşmışdır. Quruluşca mürəkkəb toponimdir.

Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Astğadzor qoyulmuşdur.

Ağkənd - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.5). XX əsrin əvvəllərində ləğv edilmişdir. Toponim qədim türk dilində «kiçik» mənasında işlənən sözünə (94, s.68) kənd coğrafi nomeninin birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir.

Ağkənd - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayon mərkəzindən 17-18 km şimal-şərqdə, Səlim çayının yanında, Arpaçayın sağ sahilində yerləşir. Kənddə 1831-ci ildə 222 nəfər, 1873 - cü ildə 498 nəfər, 1886-cı ildə 546 nəfər, 1897-ci ildə 670 nəfər, 1904 - cü ildə 918 nəfər, 1914 - cü ildə 1010 nəfər, 1916-cı ildə 704 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.90-91, 160-161). 1918-ci ildə kənd sakinləri erməni təcavüzünə məruz qalaraq qırğınlarla kəndi tərk etmişlər. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 106 nəfər azərbaycanlı, 1926-cı ildə 126 nəfər azərbaycanlı, 172 erməni, 1931-ci ildə 167 nəfər azərbaycanlı, 297 erməni (415, s.91, 161), 1939 - cu ildə 621 nəfər azərbaycanlı və erməni (427, 185)yaşamışdır. Göründüyü kimi, ermənilər buraya 1923-25-cı illərdə köçürülmüşdür. Azərbaycanlılar 1948-49 - cu illərdə zorla Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır.

Toponim qədim türk dilində «kiçik, balaca» mənasında işılənən sözü ilə (359, I (1), s.96) türk dilində «yaşayış məntəqəsi», «şəhər» mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşllu toponimdir.

Erm.SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə adı dəyişdirilib Ağncazor qoyulmuşdur.

Ağkənd - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Rayon mərkəzindən 5-6 km cənubda, Bazarçayın sağ qolu, Sisyan çayının sol qolu olan Taxtakörpü çayının aşağı axarında yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.5) qeyd edilmişdir.

Kənddə 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. 1828-29- cu illərdə Türkiyənin Xoy və Salmas vilayətlərindən köçürülən ermənilər bu kənddə yerləşdirilmiş (427, s.295) və azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.

Toponim «kiçik» mənasında işlənən sözü ilə (94, s.68) kənd coğrafi nomeninin birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir. Erm.SSR AS RH-nin 17.IV.1948-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Aşotavan qoyulmuşdur.

Ağkilsə - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd. Rayon mərkəzindən 24 km cənub-qərbdə yerləşir. Polad Ayrım kəndinin tərkibində olmuşdur. 1930 - cu ilə kimi Dilican rayonunun ərazi bölgüsünə daxil idi.

Kənddə 1897-ci ildə 115 nəfər, 1904 - cü ildə 130 nəfər, 1919 - cu ildə 151 nəfər azərbaycanlı yaşamışdır (415, s.30-31, 114-115). 1919 - cu ilin mart ayında azərbaycanlılar ermənilər tərəfindən deportasiya olunmuş, soyqırımına məruz qalmışdır. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz evlərinə dönə bilmişlər. Burada 1922-ci ildə 132 nəfər, 1926-cı ildə 114 nəfər, 1931-ci ildə 166 nəfər (415, s.31, 115), 1959 - cu ildə 187 nəfər, 1987-ci ildə 70 nəfər azərbaycanlı yaşamışdır (85, s.77). 1988-ci ilin noyabr-dekabr ayında azərbaycanlılar dövlət səviyyəsində deportasiya edilmiş, tarixi-etnik torpaqlarından qovulmuşlar.

Toponim rəng mənasında işlənən sözü ilə dini məbəd mənasını bildirən kilsə sözünün birləşməsindən əmələ gəlmişdir. Kəndin adı yaxınlıqdakı ağ rəngdə olan kilsə (albanlara məxsus) adından götürülmüşdür.

Ağkilsə - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonun ərazisində kənd olmuşdur. Rayon mərkəzindən 14 km qərbdə, Elpin çayının sol qolu olan Heşin çayının sahilində yerləşirdi.

Kənddə 1873 - cü ildə 65 nəfər, 1886-cı ildə 89 nəfər, 1897-ci ildə 102 nəfər, 1904 - cü ildə 110 nəfər, 1914 - cü ildə 121 nəfər, 1916-cı ildə 155 nəfər azərbaycanlı yaşamışdır (415, s.90-91, 160-161). 1918-ci ildə kəndin əhalisi erməni təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd sakinlərindən sağ qalanlar ata-baba yurdlarına dönmüş və 1922-ci ildə burada 8 nəfər azərbaycanlı yaşamışdır (415, s.161). 1923-25-cı illərdə 8 nəfər də qovulmuş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.

Toponim Azərbaycan dilində rəng mənasında işlənən sözü ilə dini məbəd mənasında işlənən kilsə sözündən əmələ gəlmişdir. Kəndin adı ərazidə albanlara məxsus kilsə adından yaranmışdır. «Ağ rəngdə olan kilsə yanında kənd» mənasını ifadə edir. Mürəkkəb quruluşlu toponimdir.

Ağkilsə - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 11-12 km şərqdə, Qaramasuyu çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.5), «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.120) qeyd edilmişdir.

Kənddə 1873 - cü ildə 263, 1886-cı ildə 321, 1897-ci ildə 389, 1908-ci ildə 173, 1914 - cü ildə 515, 1916-cı ildə 443 nəfər azərbaycanlı yaşamışdır (415, s.26-27, 110-111). 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. 1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə burada 198, 1926-cı ildə 244, 1931-ci ildə 307 (415, s.27, 111), 1959 - cu ildə 276, 1979 - cu ildə 448 nəfər azərbaycanlı (427, s.39) yaşamışdır. 1988-ci ildə Ermənistan dövləti tərəfindən azərbaycanlılar tarixi-etnik torpaqlarından qovulmuşlar.

Kənddə XI-XIII əsrlərə aid qədim alban kilsəsi vardır. Kənddən 2-3 km yuxarıda köhnə yaşayış sahəsi və qəbirstanlığın qalıqları buranın qədimliyini sübut edir. Bu tarixi abidələrə istihad edib demək olar ki, kənd II-III əsrlərdə salınmışdır.

Kəndin adı buradakı alban kilsəsindən götürülmüşdür. Toponim rəng bildirən və dini məbəd mənasında işlənən kilsə sözlərindən ibarətdir. Quruluşca mürəkkəb toponimdir.

Erm.SSR AS RH-nin 3.1.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Azad qoyulmuşdur.

Ağkilsə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Rayon mərkəzindən 18 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.5) qeyd edilmişdir. 1937-ci ilə kimi Leninakan rayonunun inzibati ərazi bölgüsünə daxil idi. Kəndin əsas və yerli sakinləri azərbaycanlılar olmuşdur. Ermənilər buraya 1820-25-cı illərdə Türkiyənin Qars və Basen bölgələrindən köçürülmüşdür (Erməni Sovet Ensiklopediyası, V c., İrəvan, 1980, s.675). 1897-ci ildə burada 12 nəfər azərbaycanlı yaşamışdır (415, s.40-41). XX əsrin əvvəllərində (1905-1906-cı illərdə) onlar deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.

Kəndin ərazisindəki rəngdə olan kilsəyə görə oykonim Ağkilsə adlandırılmışdır. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir.

Erm.SSR AS RH-nin 7.XII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Kraşen qoyulmuşdur.

Ağkilsə - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd olmuşdur. Rayon mərkəzindən şərqdə, Siqnax dağının ətəyində, Zimmi dərəsində, Vedi çayının sahilində yerləşirdi.

1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Ağcakilsə (143, s.172) formasında, 1728-ci ildə tərtib edilmiş, «İrəvan əyalətinin icmal dəftəri»ndə (s.106) və Qafqazın 5 verstlik xəritəsində (348, s.5) Ağkilsə kimi qeyd edilmişdir.

Kənddə 1873 - cü ildə 111, 1886-cı ildə 152, 1897-ci ildə 165, 1904 - cü ildə 563, 1914 - cü ildə 574, 1916-cı ildə 259 nəfər azərbaycanlı yaşamışdır (415, 84-85, 154-155). 1918-20-cı illərdə kəndin əhalisi qırğınlarla tamamilə qovulmuş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.

Toponim alban məbədinin adı əsasında, rəng bildirən sözü ilə və kilsə sözünün birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir.

Ağgöl - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunla göl. «Keyfiyyətli, içməyə yararlı» mənasında işlənən ağ sözünə göl coğrafi nomeninin artırılması yolu ilə düzəlib. Mürəkkəb quruluşlu hidronimdir. Erməni mənbələrində Berandzov (Ağız gölü) formasında qeyd edilir (85,s.132).

 

Ağgöl - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonununda göl. Rayonun Çobankərə kəndində yerləşir. 1940-cı illərdə Çobankərə kəndi ilə Eçmiədzin şəhəri arasında IV sovxozun salınması ilə bağlı göl qurudularaq ləğv edilmişdir (61, s.59).

Ağgöl - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunun Çobankərə Kəndində qoruq. 1939 - cu ildə Çobankərə kəndi ilə Eçmiədzin şəhəri arasında IV sovxozun yaradılması ilə bağlı qoruq ləğv edilmişdir (61, s.59).

Ağgöl - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd olmuşdur. Qaradığa kəndindən şimal-qərbdə yerləşmişdir. Kəndin adı ərazidəki eyni adlı göldən götürülmüşdür. Mürəkkəb quruluşlu hidrotoponimdir.

Ağgöl - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonundakı göl. Türk dilində «keyfiyyətli, içməyə yararlı saf su» mənasında işlənən ağ sözü ilə göl coğrafi nomeninin birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb hidronimdir.

Ağmanqan - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda dağ. Kəvərdən 20 km cənub-qərbdə yerləşir. Hündürlüyü 3507 metrdir. Oronim ağman türk tayfa adına (271, s.17) qədim türk dilində «məkan», «yer», «ərazi» mənasında işlənən qan sözünün qoşulması yolu ilə formalaşmışdır.

Ağörən - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. Dəllər çayının sahilində, Zəngi çayının sağ sahilində, Zəncirli dağının ətəyində, Ərzəkənd kəndindən 10 km şimal-qərbdə yerləşirdi. «İrəvan əyalətinin icmal dəftər»ində (143, s.80) qeyd edilmişdir. Erməni mənbələrində Ağverən kimi qeyd edilir (415, s.16).

Kənddə 1831-ci ildə 22 nəfər, 1873 - cü ildə 243 nəfər, 1886-cı ildə 302 nəfər, 1897-ci ildə 307 nəfər, 1908-ci ildə 416 nəfər, 1914 - cü ildə 762 nəfər, 1916-cı ildə 390 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.16-17, 100-101). 1918-ci ildə azərbaycanlılar ermənilər tərafindən qovulmuşlar. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişlər. Kənddə 1922-ci ildə 64 nəfər, 1926-cı ildə 93 nəfər, 1931-ci ildə 129 nəfər azərbaycanlı yaşamışdır (415, s.17, 101). 1926-cı ildə bu kənddə ermənilər yerləşdirilmişdir. 1966-cı ildə azərbaycanlılar zorla Azərbaycana köçürülmüş, kənd ləğv edilərək istirahət zonasına çevrilmişdir.

Toponim türk dilində «rəng» mənasında işlənən ağ sözü ilə (torpağın süxurunun rəngini bildirir) qədim türk dilində «uçulmuş, dağılmış, xaraba» mənasında işlənən örən sözünün (359, 1(2), s.1219; 407, s.105) birləşməsindən əmələ gəlib, «kiçik xarabalıq yanında olan kənd» mənasını verir.

«Türklər sahib olduqları ölkələrin adlarını dəyişdirmədikləri kimi, qədim zamanlardan qalma kənd və ya şəhər xarabalıqlarının yaxınlarında yerləşdikləri zaman bu xarabalara örən və ya viran adlarını vermişlər. Bu adlara ya mənsub olduqları əşirətlərin (tayfaların - İ.B.), oymaq və ya obanın adını, ya da torpağın rənginə görə , qara, qızıl (kursiv mənimdir - İ.B.) kimi sifətlər əlavə edərək yeni adlar yaratmışlar» (407, s.105). Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Ağpara - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. Rayondakı Dərəçiçək kəndinin yaxınlığında, Misxanlı və Əlibəy dağlarının ətəyində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.116), Qafqazın 5 verstlik xəritəsində (348, s.5) qeyd edilmişdir. Kənddə 1897-ci ildə 6 nəfər azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1829 - cu ildə Makudan köçürülmüşdür (427, s.164).

Toponim qədim türk dilində «kiçik, xırda» mənasında işlənən sözü ilə (359 l(1), s.96) «hissə, torpaq sahəsi» mənasında işlənən para sözünü (339, s.429) birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında əmələ gələn mürəkkəb quruluşlu toponimdir.

Kəndin adı erməniləşdirilərək Ağbyurak qoyulmuşdur.

Ağrıyurd - İrəvan quberniyasının Loru-Pəmbək qəzasında, indiki Quqark rayonu ərazisində qışlaq olmuşdur.

Toponim əyri sözü ilə yurd sözlərinin birləşməsindən əmələ gəlmişdir. Ağrı sözü əyri sözünün təhrif olunmuş formasıdır. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir.

Ağsu - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda çay. «Keyfiyyətli, yararlı» mənasında işlənən sözü ilə «çay» mənasında işlənən su sözünün (339, s.528) birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb hidronimdir.

Ağsu - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd. Burada 1829 - cu ildə 41 nəfər, 1879 - cu ildə 71 nəfər azərbaycanlı yaşamışdır (85, s.352). XIX əsrin axırlarında kənd ləğv edilmişdir. İndi xaraba kənddir.

Toponim «keyfiyyətli, içməyə yararlı» mənasında işlənən sözü ilə (93, s.22) qədim türk dilində «çay» mənasında işlənən su (əsli sub) sözündən (299, s.512) əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Ağsu çayı - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda çay. «Keyfiyyətli» mənası bildirən ağ sözü ilə çay mənasında işlənən su sözünün birləşmələrindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb hidronimdir.

Ağtala - İrəvan quberniyasının Yeni Bayazid qəzasında,indiki Çəmbərək (Krasnoselo) rayonu ərazisində kənd. 1926-cı ildə burada 26 nəfər azərbaycanlı yaşamışdır (85, s.85). 30 - cu illərdə indiki Ermənistan hökumətinin göstərişi ilə kənd ləğv edilmişdir.

Toponim qədim türk dilində «kiçik», «balaca» mənasında işlənən sözü ilə «meşə ortasında açıqlıq» mənasında işlənən tala sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir.

Ağtəpə - İrəvan quberniyasının Yeni Bayazid qəzasının Çəmbərək nahiyyəsində, indiki Krasnoselo rayonu ərazisində, Şorça Kəndinin yaxınlığında kənd. 1831-ci ildə burada 129 nəfər, 1926-cı ildə 16 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.30-31, 114-115). XX əsrin ortalarında Azərbaycanlılar deportasiya edilmiş və kənd ləğv edilmişdir. İndi ölü kənddir.

Toponim «alçaq, kiçik» mənasında işlənən ağ sözü ilə «alçaq dağ» mənası bildirən təpə oronimi əsasında yaranmışdır.

Yaşayış məntəqəsi alçaq, kiçik təpədə yerləşdiyi üçün Ağtəpə adlanmışdır. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

 

Ağudi - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. Rayon mərkəzində 5 km cənub - şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Aqudı formasında qeyd edilmişdir (348, s.6). Kənddə 1831-ci ildə 60 nəfər, 1873 - cü ildə 450 nəfər, 1886-cı ildə 903 nəfər, 1897-ci ildə 1162 nəfər, 1908-ci ildə 1345 nəfər, 1914 - cü ildə 1070 nəfər azərbaycanlı yaşamışdır (415, s.76-77, 146-147). 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra kənd sakinlərindən sağ qalanlar doğma evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 298 nəfər, 1926-cı ildə 319 nəfər, 1931-ci ildə 496 nəfər (415, s.77, 147), 1959 - cu ildə 828 nəfər, 1970-ci ildə 1222 nəfər (427, s.200) azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistan dövləti tərəfindən tamamilə etnik torpaqlarından qovulmuşlar. İndi burada ermənilər yaşayır.

Toponim qədim türk dilində «hörmətli, uca, yüksək» mənasında işlənən sözü ilə uti//udi türk dilli tayfanın adı əsasında (168, s.119) formalaşmışdır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Aqitu qoyulmuşdur.

Ağxaç - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. Rayon mərkəzindən 12 km cənub-şərqdə, Horadiz (Qaradüz) kəndinin yaxınlığında yerləşirdi. Burada 1831-ci ildə 37 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.158). XIX əsrin 50-60-cı illərində kəndə ermənilər köçürüldükdən sonra qarışıq kəndə çevrilmişdir. Kənddə ermənilərlə yanaşı 1873 - cü ildə 140 nəfər, 1886-cı ildə 195 nəfər, 1897-ci ildə 242 nəfər azərbaycanlı yaşamışdır (415, s.88-89, 158). 1904, 1914, 1916-cı illərdə siyahıyaalmada azərbaycanlı və erməni əhalisi qarışıq şəkildə göstərilmişdir. 1918-19 - cu illərdə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlıların müəyyən qismi doğma torpaqlarına dönə bilmişdir. Burada 1926-cı ildə 12 nəfər azərbaycanlı yaşamışdır (415, s.89). 1928-29 - cu illərdə azərbaycanlılar kənddən sıxışdırılıb çıxarılmışdır. 1930 - cu ildən burada yalnız ermənilər yaşayır.

Toponim, fikrimizcə, türk dilinə «kiçik, balaca» mənasında işlənən ağ sözü ilə (359, I(1), s.96) Azərbaycan dilində «qoyun, mal yatağı» mənasında işlənən arxac sözünün (9, s.129) təhrifi əsasında yaranan xaç sözündən əmələ gəlmişdir. Kəndin qədim adı Ağarxac olmuş, zaman keçdikcə Ağxaç formasını almışdır. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Ağhəmzəli - İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. 1937-ci ilə kimi Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. Rayon mərkəzində 6 km məsafədə, Qırxbulaq çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.3) qeyd edilmişdir.

Ermənilər bu kəndə 1828-ci ildən sonra İrandan köçürülmüşdür (386, s.547-549).

Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 232 nəfər, 1873 - cü ildə 301 nəfər, 1886-cı ildə 273 nəfər, 1897-ci ildə 376 nəfər, 1904 - cü ildə 843 nəfər, 1914 - cü ildə 927 nəfər, 1916-cı ildə 516 nəfər azərbaycanlı yaşamışdır (415, s.46-47, 126-127). 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılar öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 93 nəfər, 1926-cı ildə 98 nəfər, 1931-ci ildə 207 nəfər azərbaycanlı yaşamışdır (415, s.47, 127). 1948-49 - cu illərdə azərbaycanlılar Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır. Toponim Azərbaycan dilində «zadəgan», «seyid», «ruhani» mənasında işlənən ağa sözü ilə qızılbaşların həmzəli etnonimi (91, s.193) əsasında əmələ gələn etnotoponimdir. Quruluşca sadə toponimdir.

Erm.SSR AS RH-nin 25.V.1967-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Marmaraşen qoyulmuşdur.

Ağcaarx - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd. Rayon mərkəzindən 7 km cənub-şərqdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (s.91), Qafqazın 5 verstlik xəritəsində (348, s.4) qeyd edılmışdır.

Kənddə 1831-ci ildə 129 nəfər, 1873 - cü ildə 508 nəfər, 1886-cı ildə 669 nəfər, 1897-ci ildə 822 nəfər, 1904 - cü ildə 720 nəfər, 1914 - cü ildə 763 nəfər, 1916-cı ildə 709 nəfər azərbaycanlı yaşamışdır (415, s.62-63, 138-139). 1918-ci ildə erməni təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuşdur. Kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılardan sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 137 nəfər, 1926-cı ildə 159 nəfər azərbaycanlı yaşamışdır (415, s.63, 139). Kənddə yaşayan azərbaycanlılar sıxışdırılaraq 1930 - cu ildə deportasiya olunmuşdur.

Toponim Azərbaycan dilində «ağımtıl» mənasında işlənən ağca sözü ilə Azərbaycan dilində «su axıtmaq üçün qazılan yol»mənasında işlənən arx sözündən əmələ gəlmişdir. Fikrimizcə, kəndin ərazisindəki axan arxın şəffaflığına görə kənd Ağcaarx adlandırılmışdır. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm.SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə adı dəyişedirilib Arevik qoyulmuşdur.

Ağcaqala - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Alagöz dağının cənub-qərbində yerləşir. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə (143, s.163), Qafqazın 5 verstlik xəritəsində (348, s.4) qeyd edilmişdir.

Kənddə 1828-ci ilə qədər yalnız azərbaycanlılar yaşamışdır. Buraya ermənilər 1828-30 - cu illərdə Türkiyədən köçürülmüşdür. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 79 nəfər, 1873 - cü ildə 38 nəfər, 1886-cı ildə 6 nəfər, 1897-ci ildə 31 nəfər azərbaycanlı yaşamışdır (415, s.80-81, 150-151). 1918-ci ildə kənddə yaşayan azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.

Toponim Azərbaycan dilində sifətin çoxaltma dərəcəsinin morfoloji əlamətini bildirən -ca şəkilçisinin qəbul etmiş qədim türk dilində «kiçik, alçaq, çox da hündür olmayan» mənasında işlənən sözü ilə (94, s.68) qala sözünün birləşməsindən əmələ gəlib «kiçik, alçaq qala yanında olan kənd» mənasında ifadə edir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Erm.SSR AS RH-nin 25.1.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Tsaxqalanc qoyulmuşdur.

Ağcaqışlaq - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Rayon mərkəzindən 10 km şimalda, Zəngi çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.49), Qafqazın 5 verstlik xəritəsində (348, s.4) qeyd edilmişdir.

XVIII əsr mənbəyində («İrəvan əyalətinin icmal dəftəri») göstərilir ki, kənddə türk mənşəli qəmərli tayfası yaşayır (143, s.49).

Kənddə 1831-ci ildə 70 nəfər, 1873 - cü ildə 184 nəfər, 1886-cı ildə 138 nəfər, 1897-ci ildə 200 nəfər, 1904 - cü ildə 186 nəfər, 1914 - cü ildə 220 nəfər, 1916-cı ildə 197 nəfər azərbaycanlı yaşamışdır (415, s.46-47, 126-127). 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş və kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma evlərinə dönə bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 54 nəfər, 1926-cı ildə 96 nəfər, 1931-ci ildə 102 nəfər azərbaycanlı yaşamışdır (415, s. 46-47, 126-127). SSRİ Nazirlər Sovetinin xüsusi qərarları ilə 1948-1949 - cu illərdə azərbaycanlılar Azərbaycana köçürülmüşdür. İndi burada ermənilər yaşayır.

Toponim «ağımtıl, bozumtul düzən, çöl» mənasında işlənən ağca sözü ilə (93, s.23) qışlaq sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir.

Erm.SSR AS RH-nin 21.VI.1948-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Getaşen (Çaykənd), 25.V.1967-cı il fərmanı ilə yenidən dəyişdirilib Getazat qoyulmuşdur.

Ağcaquş - İrəvan quberniyasının Yeni Bayazid qəzasında xaraba kənd. Göyçə (Sevan) gölünün şərqində yerləşirdi.

Ağcaqala - Yelizavetpol (Gəncə) quberniyası Qazax qəzasının Çəmbərək nahiyəsində qala. Çəmbərək (Krasnoselo) rayonundakı Martuni kəndindən 4 km şimal-qərbdə yerləşirdi. Qalanın divarları indi də durur.

Toponimin I tərəfi sifətin çoxaltma dərəcəsində işlənən ağca sözü ilə «uzun müddət içində qapanıb düşmənə müqavimət göstərmək üçün möhkəm müdafiə tikililəri və vasitələri olan istehkam» mənasında işlənən qala sözünün (9, s.402) birləşməsindən əmələ gəlmişdir və «ağ rəngli qala, istehkam, məntəqə» mənasını bildirir.

Ağcakənd - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. Göydağ dağının şərq tərəfində, Ardıclı selavının yanında yerləşirdi.

Kənddə 1873 - cü ildə 106 nəfər, 1886-cı ildə 139 nəfər, 1897-ci ildə 192 nəfər, 1904 - cü ildə 214 nəfər, 1914 - cü ildə 234 nəfər, 1916-cı ildə 258 nəfər yalnız azərbaycanlılar yaşamışdır (415, s.88-89, 158-159). 1918-ci ildə erməni təcavüzünə məruz qalan kənd sakinləri - azərbaycanlılar deportasiya olunmuşdur. 1920-ci ildə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.

Toponim türk dilində «ağımtıl, quru, şumlanmamış bozumtul torpaq» mənasında işlənən (93, s.22) ağca sözünə kənd coğrafi nomeninin qoşulması ilə düzəlmişdir. Quruluşca mürəkkəb toponimdir.

Ada - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda qala. Rayondakı Ardanış kəndinin yaxınlığında, Göyçə gölünün şimalında yerləşir. XVIII əsr erməni yepiskopu Simeon İrəvanlı «Cambr» əsərində qalanın Qeğarkuni vilayətində yerləşdiyini göstərmişdir (427, s.28).

Ada - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda arxipelaq. Rayondakı Ardanış kəndinin yanında, Göyçə gölünün şimal-şərqində yerləşirdi.

Adakut - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonunda kənd. Xarabalığa çevrilmişdir.

Adamxan - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Rayon mərkəzindən 14 km məsafədə yerləşir. Kəndin digər adı Atamxan olmuşdur. Qafqazın 5 verstlik xəritəsində (348, s.22) qeyd edilmişdir. 1828-ci ilə qədər burada azərbaycanlılar yaşamışdır. 1828-ci ildən sonra Türkiyədən köçürülən (169 nəfər) ermənilərin burada yerləşdirilməsi ilə bağlı (386, s.595-598) azərbaycanlılar deportasiya olunmuşdur.

Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir.

Erm.SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vardadzor qoyulmuşdur.

Adamdərəsi - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda çay. Rayondakı Adamxan kəndinin ərazisindən axır. Göyçə gölünə axıb tökülür. Hidronim şəxs adı ilə dərə sözünün birləşməsindən əmələ gəlmişdir. Antropohidronimdir. Quruluşca mürəkkəb hidronimdir.

Adatəpə - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda kənd. Rayondakı Ardanış kəndinin yaxınlığında, Ardanış və Şorca kəndləri arasında, Şorca kəndindən 3-4 km şimal-şərqdə yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində (348, s.6) qeyd edilmişdir. XIX əsrin əvvəllərində ləğv edilmişdir. Səhv olaraq Ardanış kəndi ilə eyniləşdirilir (427, s.28). Erməni mənbələrində Adatəpənin Adavəngin adı əsasında yarandığı göstərilir (427, s.28).

Toponim Azərbaycan dilində «hər tərəfi su ilə əhatə olunmuş quru sahə» mənasında işlənən ada sözü ilə «alçaq dağ» mənasında işlənən təpə sözünün (254, s.18) birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Ada təpə - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Dilican rayonu ərazisində qışlaq. 1926-cı ildə bura 16 nəfər azərbaycanlı yaşamışdır (415, s.30-31). 1930 - cu illərdə ləğv edilmişdir.

Toponim Azərbaycan dilində işlənən ada və təpə sözlərinin birləşməsindən əmələ gələn orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Adatəpə - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda dağ. Rayondakı Ardanış kəndinin yaxınlığında yerləşir.

Adıyaman - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda dağ. Adı dəyişdirilib Qarnasar qoyulmuşdur.

Adıyaman - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda çay. Adı dəyişdirilib Arkzi qoyulmuşdur.

Adıyaman - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Talin rayonunda kənd. Rayon mərkəzindən şimal-şərqdə yerləşir «İrəvan əyalətinin icmal dəftəri»ndə (s.126), Qafqazın 5 verstlik xəritəsində (348, s.7) qeyd edilmişdir.

Erm.SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Qarnhovit qoyulmuşdur.

Azadeğ - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. Rayon mərkəzindən 7,5 km cənub-qərbdə, Arpaçayının sağ sahilində yerləşir. Kəndin adı Azatak, Azader, Azad, Azadak formalarında da erməni mənbələrində qeyd edilir (427, s.39, 41). Burada 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. 1828-29 - cu illərdə ermənilər buraya İranın Xoy və Salmas vilayətlərindən köçürülüb yerləşdirilmişdir (427, s.41).

Kənddə ermənilərlə yanaşı 1897-ci ildə 20 nəfər, 1926-cı ildə 3 nəfər azərbaycanlı yaşamışdır (415, s.88-89). 1930 - cu ildən burada yalnız ermənilər yaşayır. Kəndin adının yaranması ilə bağlı erməni mənbələrində göstərilir ki, bura gələn ermənilər azader (azad idi) deyərək kəndi Azadeğ adlarıdırmışlar (427,s.41). Bu, elmi həqiqətə uyğun deyil, ehtimologiyadır.

Toponim fars dilində işlənən azad sözü ilə (9, s.60), fars dilində «kənd, qışlaq» mənasında işlənən dex sözündən (339, s.177) əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Azadibek - İrəvan quberniyasının Aleksandropol qəzasında kənd. Gümrü şəhərindən 25 km şərqdə yerləşirdi. XIX əsrin ortalarında ləğv edilmişdir. İndi xaraba kənddir.

Azadxaraba - Göyçə gölünün sahilində xaraba kənd.

Azqala - İrəvan quberniyasının Yeni Bayazid qəzasında kənd. Ləğv edilmişdir. Xaraba kənddir.

Aznaberd - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasınla, indi Meğridə dağ.Hündürlüyü 2115 m-dir.

 

Ayazlı saray - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında kənd. Zəkəriyyə Kəngərli tərəfindən adı qeyd edilir (85, s.352).

Ayarlı - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Rayon mərkəzindən 13 km şimal-şərqdə, Abaran çayının qolunun yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.24) qeyd edilmişdir. Kənddə 1831-ci ildə 38 nəfər, 1873 - cü ildə 265 nəfər, 1886-cı ildə 252 nəfər, 1897-ci ildə 355 nəfər, 1904 - cü ildə 353 nəfər, 1914 - cü ildə 373 nəfər, 1916-cı ildə 339 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.80-81, 150-151). 1918-ci ildə kəndin sakinləri erməni təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanla sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 97 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.151). Onlar 1924-25-cı illərdə sıxışdırılaraq kənddən çıxarılmış, onların yerinə ermənilər və kürdlər yerləşdirilmişdir. İndi ermənilər yaşayır.

Toponim «öz təşkilatı olan və varlılar hesabına kasıblara köməklik məqsədini güdən şəhər yoxsullarından ibarət təbəqə» mənasını bildirən ayarı sözü əsasında (338, s.574) əmələ gələn ayarlı nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir.

Erm.SSR AS RH-nin 25.1.1978-ci il fərmanı ilə adı dəyişdirilib Lernamerdz qoyulmuşdur.

Ayaslı - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Rayon mərkəzindən 5-6 km şimal-şərqdə, Gərni çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Böyük Ayaslı formasında (143, s.49), Qafqazın 5 verstlik xəritəsində Ayaslı kimi (348, s.24) qeyd edilmişdir.

Kəndin adı erməni dilinə uyğunlaşdırılaraq Ayqestan formasında qeyd edilir (415, s.46).

Kənddə tarixən yalnız azərbaycanlılar yaşamışdır. 1828-29 - cu illərdə İranın Xoy və Salmas bölgələrindən ermənilər köçürələrək burada yerləşdirilmişdir (427, s.228).

Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 129 nəfər, 1873cii ildə 55 nəfər, 1886-cı ildə 55 nəfər, 1897-ci ildə 37 nəfər azərbaycanlı yaşamışdır (415, s.46-47, 126-127). 1918-ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlıların az bir qismi tarixi torpaqlarına dönmüşdür. 1926-cı ildə burada 5 nəfər azərbaycanlı yaşamışdır (415, s.47). Onlar 1929-1930 - cu illərdə tamamilə qovulmuşdur. İndi burada yalnız ermənilər yaşayır.

Toponim ayaslı etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 1918-ci ildə kəndin adı dəyişdirilib Ayqestan qoyulmuşdur.

Ayğırgöl - İrəvan quberniyasmda Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Üçkilsə (Eçmiədzin) - Sərdarabad (Oktemberyan) yolunun üstündə, Ayğırgölün yanında yerləşir. Kəndin adı Ayğırgölün adından götürülmüşdür. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm.SSR AS RH-nin 25.1.1978-ci il fərmanı ilə adı dəyişdirilib Aknaliç qoyulmuşdur.

Ayğırgöl - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda göl. Qafqazın 5 verstlik xəritəsində (348, s.8) qeyd edilmişdir. Dərinliyi 860 mdir. Hidronim türk dilində «erkək at» mənasında işlənən ayğır sözü ilə göl sözünün birləşməsindən əmələ gəlmişdir. Mürəkkəb quruluşlu hidronimdir.

Ayıbasan - İrəvan quberniyasının Loru-Pəmbək qəzasında, indi Quqark rayonunda kənd. Həmzəçimən kəndindən 3 km cənub-qərbdə yerləşirdi. Kənddə tarixən azərbaycanlılar yaşamışdır. İndi xaraba kənddir.

Toponim ayı sözü ilə basan feli sifətin birləşməsindən əmələ gəlmişdir. Zootoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Ayıbasan - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Quqark rayonunda dağ. Qafqazın 5 verstlik xəritəsində (348, s.8) qeyd edilmişdir. Oronim ayı basan feli sifətinin birləşməsindən əmələ gəlmişdir. Zooronimdir. Quruluşca mürəkkəb oronimdir.

Ayıdərəsi - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunun Toxluca Kəndində qışlaq. Ayı və dərə sözlərindən əmələ gəlmişdir. Tarixən həmin dərənin ərazisi meşəlik olmuş və burada çoxlu ayı yaşamışdır. Ona görə də həmin ərazi Ayıdərəsi adlanmışdır. Heyvan adı əsasında yaranan mürəkkəb quruluşlu oronimdir.

Ayılı xaraba - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonu ərazisində kənd. Kənddə 1914 - cü ildə 100 nəfər, 1916-cı ildə 201 nəfər azərbaycanlı yaşamışdır (415, s.106-107). 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqlarından deportasiya olunaraq kənd xarabalığa çevrilmişdir. İndi xaraba kənddir. Toponim mənsubluq bildirən -lı şəkilçisi qoşulmuş ayı sözü ilə Azərbaycan dilində «dağıdılmış, viran edilmiş» mənasında işlənən xaraba sözündən əmələ gəlmişdir. Zootoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Aynazur - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayon mərkəzindən 15 km şimal-qərbdə yerləşir. Burada 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Ermənilər Aynazur kəndinə 1828-29-cu illərdə İranın Xoy və Salmas vilayətlərindən köçürülmüşdür (427, s.158).

Kənddə ermənilərdən başqa 1897-ci ildə 75 nəfər, 1926-cı ildə 4 nəfər azərbaycanlı yaşamışdır (415, s.90-91). 1926-cı ildən sonra azərbaycanlılar kənddən çıxarılmışdır. İndi ermənilər yaşayır.

Toponim türk dilində «cin, şeytan» mənasında işlənən ayna sözü ilə (359, I (1), s.17), türk dilində «yarğan» mənasında işlənən car sözünün (339, s. 178-179) əsasında əmələ gələn zur sözünün birləşməsindən əmələ gəlmişdir. Ehtimal ki, həmin dərə qorxulu, vahiməli olduğu üçün Aynazur adlandırılmışdır. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Erm.SSR AS RH-nin 10.IX.1946-cı 11 fərmanı ilə adı dəyişdirilib Axavnadzor qoyulmuşdur.

Aynaxlı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində qışlaq. Nəsil adı əsasında yaranmışdır. Patronim toponimdir. Quruluşca sadədir.

Ayrım - Yelizavetpol (Gəncə) quberniyasının Qazax-Şəmsəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd.Rayon mərkəzindən 10 km şimal-qərbdə, Tona (Debet) çayının yanında, İrəvan - Tiflis dəmiryolunun üstündə yerləşir.

Kənddə 1926-cı ildə 46 nəfər, 1939 - cu ildə 100 nəfər, 1959 - cu ildə 282 nəfər, 1979 - cu ildə 2252 nəfər azərbaycanlı yaşamışdır (427, s.243). 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.

Toponim ayrım türk etnonimi (245, s.43) əsasında düzəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Kəndin adı qeyri-rəsmi dəyişdirilib Ptxavan qoyulmuşdur.

Ayısəsi - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda Aysəsi kəndində qala. VII əsrdə tikilmişdir. Adı yazılı mənbələrdə IX əsrdən çəkilir (422, s.66). Adı dəyişdirilib Arates qoyulmuşdur.

Ayısəsi - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda çay. Uzunluğu 12 km-dir. Arpa çayına tökülür.

Ayısəsi - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayon mərkəzindən 20 km şimal-şərqdə yerləşir. Erməni mənbələrində kəndin adı Aysəs, Aysayi, Aysası formalarında qeydə alınmışdır (427, s.237). Kəndin adı IX əsrdən xatırlanır (422, s.66). Kənddə 1873 - cü ildə 219 nəfər, 1886-cı ildə 313 nəfər, 1897-ci ildə 311 nəfər, 1904 - cü ildə 412 nəfər, 1914-cü ildə 453 nəfər, 1916-cı ildə 336 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.90-91, 160-161). 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş və yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndin sakinlərindən sağ qalanlar ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 254 nəfər, 1926-cı ildə 181 nəfər, 1931-ci ildə 288 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.91, 161). 1988-ci ildə kəndin sakinləri Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.

Kənddə VII, X-XI əsrlərə aid alban kilsəsi, türklərin həyatı ilə bağlı digər tarixi abidələr (xaç daşları) indi də durur (422, s.66-69). Toponim vəhşi heyvan mənasında işlənən ayı sözü ilə türk dilində «bataqlıq», «iymiş», «qoxumuş», «nəm», «rütubətli» mənasında işlənən sas//sası sözü əsasında (359,I (1), s.395) əmələ gəlmişdir. Zootoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm.SSR AS RH-nin 10.IX.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Qızılgül, Ermənistan prezidentinin 19.IV. 1991-ci il fərmanı ilə yenidən dəyişdirilərək Areta qoyulmuşdur.

Aytaq - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonun ərazisində kənd. Rayon mərkəzindən 10 km məsafədə, Buğut dağının ətəyində yerləşirdi. Erməni mənbələrində Aysataq (415, s.34; 427, s.230), Qafqazın 5 verstlik xəritəsində Aytaq formasında (348, s.9) qeyd edilmişdir.

Kənddə 1873 - cü ildə 37 nəfər, 1886-cı ildə 32 nəfər, 1897-ci ildə 59 nəfər, 1914 - cü ildə 58 nəfər azərbaycanlı yaşamışdır (415, s.34-35, 116-117). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuş və kənd xarabalığa çevrilmişdir. 1920-ci ildə ləğv edilmişdir.

Toponim qədim türk dilində «ağ, işıqlı, aydın» mənasında işlənən ay sözü ilə (365, s.99) türk dilində «dağ» sözünün fonetik forması olan tağ sözünün (299, s.526; 339, s.537) birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Aytaq - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda kənd. 1897-ci ildə 43 nəfər azərbaycanlı yaşamışdır (415, s.67). XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar qovulmuş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir. Qafqazın 5 verstlik xəritəsində (348, s.9) qeyd edilmişdir.

Toponim qədim türk dilində «ağ, işıqlı, aydın» mənası bildirən ay sözü ilə (365, s.99) «dağ» sözünün qədim fonetik forması olan tağ sözünün (299, s.526) birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Al - İndiki Ermənistanda dağ. Hündürlüyü 2973 mdir (427, s.56). Oronim «qırmızı» (torpağın süxurunun rənginə görə) mənasında işlənən al sözündən əmələ gəlmişdir. Sadə oronimdir.

Alabkir - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda zağa. Erməni mənbələrində Alabkyar, Alapkyari formalarında qeyd edilmişdir (427, s.69).

Alavar - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Quqark rayonunda çay.

Alağac - İndiki Ermənistanda dağ (427, s.60). Dağın konkret olaraq harada yerləşdiyini müəyyənləşdirə bilmədik.

Alagöz - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Alagöz (Araqadz) rayonunda kənd. Rayon mərkəzindən 8 km məsafədə, Abaran - Hamamlı (Spitak) yolunun üstündə yerləşir. Ermənilər buraya 1828-1829 - cu illərdə Türkiyənin Muş, Ayntap vilayətlərindən köçürülüb yerləşdirilmişdir (427, s.56). Erməni mənbələrində həm də Alagəz formasında qeyd edilir (427, s.56).

Toponim alagöz türk etnonimi (271, s.20; 407, s.120) əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Alagöz - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayon mərkəzində 15 km şimal-şərqdə, Alagöz çayının yanında, Alagöz çayının sağ qolu olan Yoğun su çayının sahilində yerləşir. Kəndin adı 1728-ci il tarixdə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə Ələyəz (143, s.58), Qafqazın 5 verstlik xəritəsində Alagöz (348, s.10), «Ñáîðíèê ñâåäåíèé î Êàâêàçå» toplusunda Alagöz və Alayaz (364, N° 770) formasında qeyd edilmişdir. Erməni mənbələrində Alayaz (415, s.160), Alagəz, Alagöz (427, s.62) kimi qeyd edilir. Fikrimizcə, Kəndin ilkin və əsil adı «Alagöz«dür. Burada XI-XIII əsrlərə aid azərbaycanlılarla bağlı tarixi abidələr vardır (427, s.62).Kəndin adı V əsrdən xatırlanır (422, s.57).

Kənddə 1831-ci illərdə 32 nəfər, 1873 - cü ildə 223 nəfər, 1886-cı ildə 356 nəfər, 1897-ci ildə 412 nəfər, 1904 - cü ildə 524 nəfər, 1914 - cü ildə 576 nəfər, 1916-cı ildə 322 nəfər, 1919 - cu ildə 97 nəfər yalnız azərbaycanlılar yaşamışdır (415, s.90-91, 160-161). 1918-19 - cu illərdə kənd erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş və kəndə ermənilər yerləşdirilmişdir. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd sakinləri doğma evlərinə dönmüşdür. Burada 1922-ci ildə 180 nəfər azərbaycanlı, 91 erməni, 1926-cı ildə 267 nəfər, 1931-ci ildə 353 nəfər (415, s.91, 161), 1959 - cu ildə 499, 1970-ci ildə 884 nəfər, 1979 - cu ildə 963 nəfər (85, s.359) azərbaycanlı yaşamışdır. 1988-ci ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.

Toponim alagöz türk etnonimi (271, s.204;407, s.120) əsasında əmələ gəlmişdir. Alagöz türk tayfası haqqında ilk məlumata Vamberinin 1863 - cü ildə türk tayfaları ilə bağlı məlumatında rast gəlinir (407, s.120).

Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Alagöz - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində mahal. Alagöz mahalı Göyçə mahalı ilə həmsərhəd olmuşdur. Mahalın mərkəzi Alagöz kəndi, 1894 - cü ildən Həsənkənd olmuşdur. Mahala Həsənkənd, Alagöz, Qaraquluq, Erdəpin və s. kəndlər (cəmi 20 kənd) daxil idi ki, burada da 874 ailə yaşamışdır (427, s.56).

Toponim alagöz türk tayfasının adını (271,s.20;407, s.120) əks etdirir.

Alagöz - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Talin rayonunda kənd. Rayon mərkəzindən 18 km cənub-qərbdə yerləşir.

Toponim alagöz türk tayfasının adı (407, s.120) əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Erm.SSR AS RH-nin 31.VII.1950-ci il fərmanı ilə adı dəyişdirilib Araqadz qoyulmuşdur.

Alagöz - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda qala. Adı dəyişdirilib Tsaxats kar qoyulmuşdur.

Alagöz - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda çay. Alagöz türk tayfasının adı (407, s.120) əsasında formalaşmışdır Etnohidronimdir.

Alagöz - indi Ermənistan adlanan ərazidə dağ. Adı dəyişdirilib Araqadz qoyulmuşdur.

Alagöz - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda göl.

Alagöz - Göyçə gölünün cənub-şərqində göl. İndi Alliçmedz adlanır.

Alagöllər - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonun ərazisində dağ. Göyçə gölünün cənub-şərqində, Basarkeçərin cənubunda yerləşir. Hündürlüyü 2985 m-dir.

Alagöl çay - İrəvan quberniyasının Yeni Bayazid qəzasın da, indi Basarkeçər (Vardenis) rayonunda çay. Rayondakı Çamırlı kəndinin ərazisindən axıb Göyçə gölünə tökülür.

Alagüney - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda mədən yeri.

Alapapaq - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Axta (Razdan) rayonu ərazisində dağ. Göyçə gölü hövzəsində, Zəngi (Razdan) çayının yuxarı sahilində yerləşir. Alapapaq türk tayfa adı əsasında yaranmışdır. Etnooronimdir. Quruluşca sadə oronimdir.

Alapapaq - İrəvan əyalətinin Dərəçiçək mahalında, indiki Axta (Razdan) rayonu ərazisində kənd. XVIII əsrin axırlarında xarabalığa çevrilmişdir (427, s.91). Alapapaq türk tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Alapars - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. Rayon mərkəzindən 18 km cənub-qərbdə, Zəngi (Razdan) çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.78), Qafqazın 5 verstlik xəritəsində (348, s.l 1) qeyd edilmişdir.

Kənd XVIII əsrdə İrəvan xanlığının Dərəçiçək mahalının tabeliyində olmuş, xanlıq ləğv edildikdən sonra XIX əsrin əvvəllərində yaradılan İrəvan quberniyasının Yeni Bayazid qəzasının inzibati-ərazi bölgüsünə daxil edilmişdir. 1930-1964 - cü illərdə Axta (Razdan) rayonunun tərkibində olmuş, 1964 - cü ildə Sevan rayonunun tabeliyinə verilmişdir. Bir ildən sonra yenidən Axta (Razdan) rayonuna qaytarılmışdır.

Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Ermənilər buraya 1829-30 - cu illərdə İranın Xoy, Maku, Türkiyənin Salmas, Van, Alaşkert vilayətlərindən köçürülmüşdür (427, s.69). 1829 - cu ildə kəndə İrandan 83 erməni köçürülmüşdür (386, s.591-594). 1831-ci ildə kənddə 182 nəfər azərbaycanlı yaşamışdır. 1840-50-ci illərdə azərbaycanlılar sıxışdırılaraq tarixi-etnik torpaqlarından çıxarılmış və kənd tam ermənilərin yaşayış məntəqəsinə çevrilmişdir. İndi ermənilər yaşayır.

Toponim rəng bildirən ala sözü ilə bars türk etnonimi (299, s.84) əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Alapars - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda çay. Rayondakı Alapars kəndinin ərazisindən axır. Uzunluğu 16 km-dir. Bars türk etnoniminin (299, s.84) adını əks etdirir. Etnohidronimdir. Quruluşca mürəkkəb hidronimdir.

Alatala - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. 1960-cı ildə ləğv edilmişdir.

Toponim türk dilində «ala-bula», «rəngarəng yer» mənasında işlənən ala sözü ilə (359, l(2), s.351) Azərbaycan dilində «meşədə ağacsız, çılpaq yer, sahə», «açıqlıq» mənasında işlənən tala sözündən (12, s.130) əmələ gəlmişdir.

«Ala» sözü Azərbaycan toponimiyasında «boz rəng», «müxtəlif rəng çalarları» mənasında işlənir (25, s.31).

Relyef əsasında yaranan quruluşca mürəkkəb toponimdir.

Alaçıq daş - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunun ərazisində qışlaq. Çaykənd Kəndinin yaxınlığında yerləşmişdir.

1926-cı ildə burada 52 nəfər azərbaycanlı yaşamışdır (415, s.30-31). XX əsrin 30 - cu illərində ləğv edilmişdir.

Toponim türk dilində «daxma, koma, müvəqqəti yaşayış yeri» mənasında işlənən alaçıq sözü ilə (365, s. 130-131) daş sözünün birləşməsindən əmələ gəlib «daşdan tikilən alaçıq, çadır» mənasını bildirir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Alaçıq qaya - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Dilican şəhərinin tabeliyində kənd. Karvansaray (İcevan) şəhərindən 28 km cənubda, Tərsa çayının aşağı axarında, meşəlikdə yerləşir. 1930 - cu ilə kimi Dilican rayonunun tabeliyində olmuşdur.

Kənddə 1897-ci ildə 85 nəfər, 1904 - cü ildə 118 nəfər, 1919 - cu ildə 166 nəfər azərbaycanlı yaşamışdır (415, s. 30-31, 114-115). 1919 - cu ilin mart ayında kənd sakinləri ermənilərin təcavüzünə məruz qalmış və deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz evlərinə dönə bilmişlər. 1922-ci ildə burada 97 nəfər, 1926-cı ildə 94 nəfər, 1931-ci ildə 119 nəfər (415, s.31, 115), 1939 - cu ildə 120 nəfər, 1959 - cu ildə 187 nəfər, 1970-ci ildə 154 nəfər (427, s.65), 1988-ci ildə 154 nəfər (85, s.79) azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının axırlarında kənd sakinləri ermənilərin təcavüzü nəticəsində doğma torpaqlarını tərk etməli olmuşlar. Toponim «daxma, koma, müvəqqəti yaşayış yeri» mənasında işlənən alaçıq sözü ilə (365, s.130-131) qaya sözündən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı erməni mənbələrində «Alaçıx» formasında işlədilir.

Alacan - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indiki Hamamlı (Spitak) rayonu ərazisində kənd. Qaraçor kəndindən 6 km şimalda yerləşirdi. İndi evlərinin xarabalıqları qalıb.

Albalaxaç - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd. XVIII əsrin axırlarında xarabalığa çevrilmişdir. Evlərin xarabalığı indi də durur.

Aldərə - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonunda çay. Araz çayına axıb tökülür.

Aldərə - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonunda kənd. Rayon mərkəzindən 12 km cənub-şərqdə, Araz çayının sahilində yerləşir. Qafqazin 5 verstlik xəritəsində Əlidərə formasında (348, s.12) qeyd edilmişdir. XIV-XVI əsrlərə aid albanlarla bağlı tarixi abidələrin (alban kilsəsi, qala və s.) qalıqları indi də durur.

Kənddə 1831-ci ildə 131 nəfər, 1873 - cü ildə 911 nəfər, 1886-cı ildə 1077 nəfər, 1897-ci ildə 1094 nəfər, 1904 - cü ildə 1505 nəfər, 1914 - cü ildə 1987 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.66-67, 142-143). 1918-ci ildə erməni təcavüzünə məruz qalaraq kənd sakinləri deportasiya olunmuşdur. İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra kənd sakinlərindən sağ qalanlar 1922-24 - cü illərdə tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada 1926-cı ildə 414 nəfər, 1931-ci ildə 490 nəfər (415, s.67, 143), 1959 - cu ildə 601 nəfər, 1970-ci ildə 831 nəfər, 1979 - cu ildə 784 nəfər (427, s.72) yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabrın 24-28-də kəndin sakinləri - azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.

Toponim qədim Azərbaycan dilində «qırmızı» mənasını bildirən al sözü ilə (üzün allanması ifadəsində indi də özünü göstərir) «dərin çuxur» mənasında ifadə edən dərə sözünün birləşməsindən formalaşmışdır və «qırmızı dərə» mənasını ifadə edir. Kəndin salındığı ərazinin torpağı qırmızı suxurlardan ibarət olduğu üçün kənd Aldərə adlandırılmışdır. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Alırzalar - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd olmuşdur (427, s.83). Tayfa adı əsasında əmələ gələn etnotoponimdir. Quruluşca sadə toponimdir.

Alişar - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu ərazisində kənd. Rayondakı Dəstəkert kəndindən 23 km şimal-qərbdə yerləşirdi, Kənddə 1886-cı ildə 138 nəfər, 1897-ci ildə 48 nəfər, 1914 - cü ildə 214 nəfər yalnız azərbaycanlı yaşamışdır (415,8.76-77,146-147), 1918-ci ildə kənd erməni təcavüzünün qurbanı olmuşdur. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar tarixi torpaqlarına dönmüşlər. Burada 1922-ci ildə 105 nəfər, 1926-cı ildə 104 nəfər, 1931-ci ildə 135 nəfər (415, s.77,147) 1939 - cu ildə 108 nəfər (427, s.88) azərbaycanlı yaşamışdır. Sakinləri Sofulu və Şıxlar (Qızıl Şəfəq) kəndlərinə köçürülərək 1930-40-cı illərdə ləğv edilmişdir (427, s.88).

Alyurd - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda mədən yeri. Rayonun şimalında yerləşirdi.

Alladərə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) rayonu ərazisində çöl. Şirak vadisində yerləşir.

Allar - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd. Bazarçayın sol sahilində, Tatev kəndindən 5 km şimal-şərqdə yerləşirdi. Kənddə yalnız azərbaycanlılar yaşamışdır. 1914 - cü ildə kənd ləğv edilmişdir (427, s.94).

Toponim alar türk tayfasının adı (287, s.54) əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Allahverdi - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında kənd. İndiki Ermənistanda inzibati ərazi vahidi - rayon və rayon mərkəzi. Rayon kimi 9 sentyabr 1930 - cu ildə təşkil edilmişdir. 1939 - cu ildə şəhər, 1963 - cü ildə respublika tabeliyində şəhər statusu verilmişdir.

Tarixən Quqark əyalətinə daxil olmuşdur. Sonra (VIII-X əsrlərdə) Baqratilərin, Zakarianların, XI əsrdən sonra səlcuqların, monqol-tatarların tərkibinə daxil olmuş, XVIII əsrdə Nadir şah Əfşarın tabeliyi altında olmuşdur. XIX əsr və XX əsrin əvvəllərində Tiflis quberniyasının Loru-Borçalı qəzasında, 1920-29 - cu illərdə Loru-Pəmbək qəzasının tərkibinə daxil olmuşdur. Borçalı çayının sahilində yerləşir. Qafqazın beş verstlik xəritəsində (348, s.13) qeyd edilmişdir. Əsas sakinləri azərbaycanlılar olmuşdur. Burada azərbaycanlılarla yanaşı, yunanlar və ermənilər də yaşamışdır. Ermənilər buraya 1828-ci ildən sonra köçürülmüşdür. 1831-ci ildə 24 nəfər azərbaycanlı, 1873 - cü ildə 143 nəfər azərbaycanlı, 70 nəfər erməni, 1886-cı ildə 132 nəfər azərbaycanlı, 46 nəfər erməni, 989 nəfər yunan, 1897-ci ildə 187 nəfər azərbaycanlı, 104 erməni, 1100 nəfər yunan yaşamışdır (415, s.67, 98-99). 1918-20-cı illərdə azərbaycanlılar öz doğma torpaqlarından ermənilər tərəfindən qovulmuşdur. 1920-ci il noyabrın 29-da indiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlıların sağ qalanları geri qayıtmışlar. 1922-ci ildə 24 nəfər azərbaycanlı, 87 nəfər erməni, 1242 nəfər yunan, 1926-cı ildə 40 nəfər azərbaycanlı, 6563 nəfər erməni, 1500 nəfər yunan, 1931-ci ildə 272 nəfər azərbaycanlı, 538 nəfər erməni, 1351 nəfər yunan (415, s.7, 99), 1970-ci ildə 278 nəfər azərbaycanlı, 21835 nəfər erməni və yunan (427, s.67) yaşamışdır. Azərbaycanlılar 1988-ci ildə ermənilər tərəfindən qovulmuşlar. Yunanlar filiz mədənlərində işləmək üçün bura 1790-cı ildə gəlmişdir.

Toponim borçalı türk tayfasına mənsub allahverdi etnonimi adı əsasında əmələ gəlmişdir (427, s.67). Etnotoponimdir.

Erm.SSR AS RH-nin 19.IX.1969 - cu il fərmanı ilə adı dəyişdirilib Tumanyan (erməni yazıçısı Hovanes Tumanyan) qoyulmuşdur.

Allahverdibəy - İrəvan xanlığının Göyçə mahalında kənd. İndi xarabalığa qalır. Allahverdibəy şəxs adı əsasında əmələ gəlmişdir. Quruluşca sadə toponimdir.

Almalı - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. Rayon mərkəzindən 15 km cənub-şərqdə yerləşir.

Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 6 nəfər, 1897-ci ildə 14 nəfər, 1926-cı ildə 5 nəfər azərbaycanlı yaşamışdır (415, s.88-89,158). İndi ermənilər yaşayır. Almalı adlı toponimlərə indiki Ermənistanın Qafan, Keşişkənd (Yeğeqnadzor), Kəvər (Kamo), Paşalı (Əzizbəyov, Vayk) rayonları ilə yanaşı, Azərbaycanda, Türkiyədə geniş bir formada rast gəlmək olur (427, s.96-97). Bu qənaətə gəlirik ki, Almalı toponimlərinin meyvə adı ilə bağlılığı yoxdur. Almalı türk etnonimidir. Nəcdət Sevinc hələb türkmənlərinin tayfa birliyinə daxil olan tayfalardan birinin almalı adlandığını göstərir (407, s.90).

Fikrimizcə, kəndin adı həmin etnonim əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Erm.SSR AS RH-nin 12.XI.1946-cı il fərmanıilə dəyişdirilib Xndzorud (Almalı) qoyulmuşdur.

Almalı - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayon mərkəzindən 14-16 km qərbdə, Elpin kəndinin şimalında yerləşir. Kənddə 1873 - cü ildə 172 nəfər, 1886-cı ildə 231 nəfər, 1897-ci ildə 277 nəfər, 1904 - cü ildə 313 nəfər, 1914 - cü ildə 345 nəfər, 1916-cı ildə 360 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.90-91, 160-161). 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra sağ qalanlar kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 100 nəfər, 1926-cı ildə 94 nəfər, 1931-ci ildə 145 nəfər yalnız azərbaycanlı yaşamışdır (415,s.91, 161). 1938-39-cu illərdə azərbaycanlılar kənddən köçürülərək 1939 - cu ildə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.

Toponim almalı türk etnonimi (407, s.90) əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Almalıq - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda oronim. Almalı sözünə məkan mənası bildirən -lıq şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. Fitooronimdir. Quruluşca düzəltmə toponimdir.

Almalıq - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonun ərazisində kənd olmuşdur.

Kənddə 1897-ci ildə 81 nəfər, 1914 - cü ildə 465 nəfər azərbaycanlı yaşamışdır (415, s.54-55, 132-133). 1916-1918-ci illərdə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuş və 1926-cı ilə qədər xaraba qalmışdır. İndiki Ermənistanda sovet hökumətinin qurulması ilə bağlı olaraq kənd sakinləri öz evlərinə dönə bilmişdir. Burada 1926-cı ildə 49 nəfər, 1931-ci ildə 61 nəfər azərbaycanlı yaşamışdır (415, s.55, 133). 30 - cu illərin ortalarında kənd ləğv edilmişdir. İndi xaraba kənddir.

Toponim alma sözünə çoxluq, cəmlik bildirən -lıq şəkilçisinin qoşulmasından əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Almalıq çayı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda çay. Meyvə adı əsasında yaranan fitohidronimdir. Quruluşca mürəkkəb hidronimdir.

Alpava - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Rayon mərkəzindən 9 km şimalda, Gərnibasar çayının sağ sahilində yerləşir. Erməni mənbələrində Arpavar formasında qeyd edilir (415, s.60, 419, s.129) «İrəvan əyalətinin icmal dəftəri»ndə Alpevi (143, s.99). «Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti»ndə Albava (427, s.71), Alpava, Alpavan (427, s.104) formalarında qeyd edilmişdir.

Kənddə 1831-ci ildə 35 nəfər, 1873 - cü ildə 97 nəfər, 1886-cı ildə 121 nəfər, 1897-ci ildə 127 nəfər, 1904 - cü ildə 188 nəfər, 1914 - cü ildə 305 nəfər, 1916-cı ildə 161 nəfər azərbaycanlı yaşamışdır (415, s.46-47, 126-127). 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş və kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 31 nəfər, 1926-cı ildə 30 nəfər, 1931-ci ildə 51 nəfər azərbaycanlı yaşamışdır (415, s.47, 127). SSRİ Nazirlər Sovetinin xüsusi qərarları ilə azərbaycanlılar 1948-49 - cu illərdə Azərbaycana köçürülmüş və kənd tam erməniləşdirilmişdir.

Toponim qədim türk dilində «igid, qoçaq, cəsur» mənalarında işlənən alp sözü ilə (359, I (1), s. 430) türk dilində «düzənlik, geniş yer» (359, I(2), s.1166), «dərə, vadi» (365, s.403) mənasında işlənən ova sözünün fonetik variantı olan ava sözünün birləşməsindən əmələ gəlib, «igidlərin, qoçaqların məskəni, yurdu, düzənlik, vadi» mənasını ifadə edir. Quruluşca mürəkkəb toponimdir.

Erm.SSR AS RH-nin 20.VIII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lusakert, 21.X.1967-cı il fərmanı ilə yenidən dəyişdirilib Nşavan qoyulmuşdur.

Altuntaxt - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Axta (Razdan) rayonunda dağ. Qafqazın 5 verstlik xəritəsində (348, s.14) qeyd edilmişdir. Oronim türk dilində vulkan mənşəli qaya adlarında «qırmızı» mənasında işlənən altın sözü ilə (299, s.40), «dağın zirvəsində hamar, düzən yer» mənası bildirən taxt sözünün (339, s.54-70, 210 s.5) birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir.

Altuntaxt - İrəvan xanlığının Göyçə mahalında kənd. XIX əsrdə yaradılan yeni inzibati-ərazi bölgüsünə əsasən İrəvan quberniyasının Yeni Bayazid qəzasına, indiki Kəvər (Kamo) rayonu ərazisinə daxildir.

«Kitabi-Dədə Qorqud» dastanlarında adı çəkilir: Qazan bəy ordusunu, oğlanını, uşağını, xəzinəsini aldı, geri döndü. Altun taxtında yenə evini dikdi (157, s.44). 1728-ci ildə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.55), XVIII əsrdə (1763-1780) erməni kilsəsinin başçısı S.İrəvanlının «Cambr» əsərində. (303, s.361) qeyd edilmişdir. Kənd XVIII əsrin axırları, XIX əsrin əvvəllərində ləğv edilmişdir. İndi xaraba kənddir.

Toponim qədim türk dilində «qızıl» (qırmızı) mənasında işlənən altın sözünə «dağın zirvəsində hamar, düzən yer» mənasında işlənən taxt sözünün (210, s.5) artırılması yolu ilə düzəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Alxan pəyəsi - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayonun Həsənkəndlə Qoytul kəndləri arasında, Şərur və Keşişkənddən Göyçəyə gedən şosse yolunun üstündə (211, s.236), Arpa çayının bir qolu olan Səlim çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.13) qeyd edilmişdir.

Kənddə 1831-ci ildə 18 nəfər, 1873 - cü ildə 54 nəfər, 1886-cı ildə 66 nəfər, 1897-ci ildə 100 nəfər, 1904 - cü ildə 175 nəfər, 1914 - cü ildə 192 nəfər, 1916-cı ildə 112 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.90-91, 160-161). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq əhalisi deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 37 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.161). 1923-25-cı illərdə onlar yenidən qədim yurdlarından qovulmuş və kənd xarabalığa çevrilmişdir.

Bu kəndi Vəkilovlar nəslindən olan Alıxan inşa etmişdir. Burada Alıxan qış, payız, yaz aylarında özünün mal-qarasını, qoyunlarını saxlayırmış (211, s.236). Ona görə də kənd Alıxanpəyəsi adlandırılmışdır.

Toponim Alıxan şəxs adından və Azərbaycan dilində «tövlə, mal-qara saxlanılan yer» mənasında işlənən pəyə sözündən əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Alçalı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd. Rayondakı Ağbulaq Kəndinin 1 km-də yerləşirdi (427, s.166).

Toponim alça bitki adına -lı şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Alçalı - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda çay. Rayondakı Alçalı kəndinin ərazisində yerləşir və suyu Göyçə gölünə tökülür. Fitohidronimdir.

Alçalıq - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda oronim. Alça bitki adına məkan bildirən -lıq şəkilçisinin artırılması ilə düzəlmişdir. Fitooronimdir. Quruluşca düzəltmə oronimdir.

Alçalı təpə - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda təpə. Rayondakı Alçalı kəndində yerləşir. -lı şəkilçisi qəbul etmiş alça sözü ilə Azərbaycan dilində «kiçik dağ» mənasında işlənən təpə sözünün birləşməsindən yaranmışdır. Fotooronimdir. Quruluşca mürəkkəb oronimdir.

Amağu - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayon mərkəzindən 10-12 km şərqdə, Arpaçayın sol qolu olan Amağu çayının yaxınlığında yerləşir.

X əsrdən adı çəkilir. Monqollar tərəfindən xarabalığa çevrildikdən sonra kənd XIV-XV əsrlərdə yenidən bərpa edilmişdir (422, s.20). Kəndin yaxınlığında iki məbəd vardır ki, onlardan biri 1221-cı ildə tikilmişdir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.57), Qafqazın 5 verstlik xəritəsində (348, s.14) qeyd edilmişdir. Kənddə 1831-ci ildə 31 nəfər, 1873 - cü ildə 198 nəfər, 1886-cı ildə 240 nəfər, 1897-ci ildə 354 nəfər, 1904 - cü ildə 350 nəfər, 1914 - cü ildə 385 nəfər, 1916-cı ildə 510 nəfər, 1919 - cu ildə 135 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.90-91, 160-161). 1918-ci ildə kənd sakinləri erməni təcavüzünə məruz qalaraq 1918-1919 - cu illərdə deportasiya olunmuşdur.Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd sakinlərindən sağ qalanlar ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 97 nəfər, 1926-cı ildə 104 nəfər, 1931-ci ildə 131 nəfər (415, s.91, 161), 1959 - cu ildə 385 nəfər, 1970-ci ildə 526 nəfər, 1979 - cu ildə 491 nəfər (427, s.206-207) yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında kənd sakinləri Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.

Amagu, fikrimizcə, ya Ağuan - ağuam (Ağvan) toponiminin bir variantıdır, ya da həmin ərazidəki Ağu kəndindən (143,s.57) fərqləndirmək üçün Aqu toponiminin önünə «am» sözü artırılmaqla əmələ gəlmişdir.

Toponimin ikinci tərəfi aqu sözü ilə bağlıdır. Aqu (ağu) qədim türk dilində «səxavətli, əliaçıq» mənasını ifadə edir (359, I(1) s.159). Tatar alimi Q.F.Səttarov aqu sözünün qədim türk dilində ümumi isimi kimi işlənərək «səxavətli, alicənab, comərd» mənasını ifadə etdiyini qeyd edir (177, s.43). Yuxarıda deyilənlərdən ehtimal etmək olar ki, Amağu toponimi «səxavətli, əliaçıq, comərdlər ölkəsi, yurdu» mənasını ifadə edir.

Amasiya - Qars vilayətinin Qars qəzasında bölgə. İndiki Ermənistanda inzibati-ərazi-rayon. 1930 - cu il oktyabrın 9-da rayon kimi təşkil edilmişdir. Amasiya rayonu Arpaçayın yuxarı axarında yerləşir. Türkiyə və Gürcüstan dövlətləri ilə həmsərhəddir. IIV əsrlərdə Arşakilər dövründə Quqark vilayətinə, VII əsrdə ərəblərə, IX-XI əsrlərdə Ani-Şirak padşahlığına, XII-XIII əsrlərdə türk-səlcuqların hakimiyyətinə tabe idi. XIV-XV əsrlərdə Teymurləng Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinə, XVI əsrin ilk illərində Səfəvilər dövlətinə, XVI-XVIII əsrlərdə Qars vilayətinə və İrəvan xanlığının tabeliyində olmuşdur. Bir müddət (XVIII əsrdə) Şərqi Gürcüstanın, XIX-XX əsrin əvvəllərindən 1921-cı ilə kimi Qars vilayətinin tərkibində olmuşdur. 1921-cı il 16 mart Moskva, 1921-cı il Qars müqaviləsinə əsasən Amasiya rayonunun ərazisi indiki Ermənistan Respublikasına verilmişdir.

Amasiya rayonunda 1831-ci ildə 5800, 1897-ci ildə 12288,1926-cı ildə 9888, 1939 - cu ildə 14911, 1959 - cu ildə 12794,1972-ci ildə 19724 nəfər əhali yaşamışdır ki, bunun da 95%-ni azərbaycanlılar təşkil edirdi. Rayonun ərazisindən azərbaycanlılar Ermənistan dövləti tərəfindən 1988-ci ilin noyabr-dekabr aylarında tamamilə qovulmuşdur.

Anağızoğlu - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonundakı Toxluca kəndində qışlaq.

Toponim Azərbaycan dilində «əsas, böyük» mənasında işllənən ana sözü ilə ğuz oğlu > qız oğlu (Oğuz oğlu) sözünün(238, s.144) birləşməsindən əmələ gəlmişdir. Etnotoponimdir.Quruluşca mürəkkəb toponimdir.

Anagüney - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Dilican şəhəri ərazisində vadi. Toponim Azərbaycan dilində «əsas, böyük» mənasında işlənən ana sözü ilə güney sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

And - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Kənd Vedi çayının sağ qolu olan Xosrov çayının yanında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində (348, s.16) qeyd edilmişdir.

1937-1948-ci illərdə Qarabağlar rayonunun tərkibində olmuşdur.

Kəndin adı erməni mənbələrində Hand kimi qeyd edilir (415, s.86). Kənddə 1873 - cü ildə 106, 1886-cı ildə 158, 1897-ci ildə 201, 1904 - cü ildə 173, 1914 - cü ildə 297, 1916-cı ildə 241 nəfər azərbaycanlı yaşamışdır (415, s.86-87, 154-155). 1918-19 - cu illərdə azərbaycanlılar ermənilər tərəfindən vəhşicəsinə qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə dönə bilmişlər. 1922-ci ildə burada 47, 1926-cı ildə 63, 1931-ci ildə 73 nəfər azərbaycanlı yaşamışdır (415, s. 86-87, 154-155).SSRİ Nazirlər Sovetinin xüsusi qərarları ilə azərbaycanlılar 1948-49 - cu illərdə Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.

Toponim «çöl, tarla», «həndəvər, ətraf» mənasında işlənən hənd sözü (253, s.132) əsasında yaranmışdır. Relyeflə bağlı yaranan sadə quruluşlu toponimdir.

Angersak - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Rayon mərkəzindən 6-7 km şimal-qərbdə yerləşir. 1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Ənqurik formasında (143, s.163), Qafqazın 5 verstlik xəritəsində Angersak kimi (348, s.15) qeyd edilmişdir. Yerli əhali kəndə Ənirsək deyirdi.

Kənddən 1873 - cü ildə 133 nəfər, 1886-cı ildə 140 nəfər, 1897-ci ildə 162 nəfər, 1908-ci ildə 209 nəfər, 1914 - cü ildə 221 nəfər, 1916-cı ildə 188 nəfər, 1919 - cu ildə 202 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.22-23, 106-107). 1920-ci ildə kəndin sakinləri erməni soyqırımına məruz qalaraq tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. 1925-59 - cu ilə kimi yezdi-kürdlər yaşamışdır. 1959 - cu ildə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.

Toponim türk və monqol dillərində «xəndək, səngər», «çatlamış yer», «dərə, dar dərə, vadi», «uzaq sahil» mənalarında işlənən anqar sözündən (339, s.50-51) və türk dilində «dağın ətəyi, dağın dibi», «çay ağzı, mənsəb», «uzunsov əyri, dayaz dərə», «arxın başlanğıcı» mənasında işlənən saqa//saxa sözündən (339, s.490-493) əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Arazdəyən - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Rayon mərkəzindən 28 km məsafədə Araz çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.17).

Ermənilər bura 1897-ci ildə köçürülmüşdür. Kənddə ermənilərlə yanaşı azərbaycanlılar da yaşamışdır.

Kənd Araz çayının yaxınlığında yerləşdiyi üçün Arazdəyən adlandırılmışdır. Toponim Araz və dəyən (döyən) feli sifətinin birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm.SSR AS RH-nin 3.VII.1968-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Yerasx qoyulmuşdur.

Arazdəyən - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda xutor. Burada 1897-ci ildə 6 nəfər azərbaycanlı yaşamışdır (415, s.84-85). XX əsrin əvvəllərində yaşayış məntəqəsi ləğv edilmişdir.

Aralıq - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Rayon mərkəzindən 22 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tabeliyində olmuşdur.

Kənddə azərbaycanlıların etnoqrafik qruplardan olan qarapapaqlar yaşamışdır (415, s.40).

Burada 1886-cı ildə 300 nəfər, 1897-ci ildə 397 nəfər, 1908-ci ildə 441 nəfər, 1914 - cü ildə 510 nəfər qarapapaqlar (azərbaycanlılar - İ.B.) yaşamışdır (415, s.40-41, 122-123). 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuş, Türkiyədən ermənilər köçürülərək burada yerləşdirilmişdir. İndi burada ermənilər yaşayır.

Toponim «hüdud, sərhəd, iki torpağı, mülkü və s.ni bir-birindən ayıran, xətt, mərz» (9, s.114), «iki yaşayış məntəqəsi arasındakı məsafə», «ortalıq» (339, s.52) mənasında işlənən ara sözünə məkan anlamı bildirən -lıq şəkilçisinin artırılmasından əmələ gəlib «aralıqda, iki yaşayış kəndinin arasında, iki kəndin sərhəddində yerləşən kənd» mənasını bildirir. Relyefli bağlı yaranan düzəltmə quruluşlu toponimdir.

Erm.SSR AS RH-nin 7.XII.1945-ci il tarixli fərmanı ilə adı dəyişdirilib Yerezqavors qoyulmuşdur.

Aralıq - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonu ərazisində kənd. Alagöz dağının qərb ətəyində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində (348, s.18) qeyd edilmişdir.

Kənddə 1831-ci ildə 16 nəfər, 1873 - cü ildə 172 nəfər, 1886-cı ildə 162 nəfər, 1897-ci ildə 214 nəfər, 1904 - cü ildə 193 nəfər, 1914 - cü ildə 205 nəfər, 1916-cı ildə 194 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.34-35, 116-117). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri - azərbaycanlılar qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuş və kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir.

Toponim Azərbaycan dilində «iki obyektin arası, ortalıq» mənasında işlənən aralıq sözü əsasında əmələ gəlib «aralıqda yerləşən kənd» mənasında ifadə edir. Relyef əsasında əmələ gələn düzəltmə toponimdir.

Aralıq qoyun - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonu ərazisində qışlaq. Gölkənd kəndinin yaxınlığında yerləşirdi. 1926-cı ildə burada 13 nəfər azərbaycanlı yaşamışdır (415, s.30-31). 40-cı illərin axırlarında ləğv edilmişdir.

Toponim «iki yerin arası, ortalıq, orta, ara» mənasında işlənən aralıq sözü ilə (9, s. 117) «dərə, çuxur, dayaz dərə» mənasında işlənən qoyun//qoyın sözünün (339, s.282) birləşməsindən əmələ gəlmişdir. Qoyun//qoyın sözü türk dillərində mənfi relyef mənasını bildirir (339, s.282). Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir.

Aralıq Kolanlı - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Rayon mərkəzindən 6 km cənub-qərbdə, Alagöz dağının qərb tərəfində yerləşir. Qafqazın 5 verstlik xəritəsində Aralıx formasında (348, s.18) qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı həm Aralıq, həm də Aralıq Kolanlı formalarında qeyd edilir (415, s.84). Kənddə 1831-ci ildə 284 nəfər, 1873 - cü ildə 676 nəfər, 1886-cı ildə 701 nəfər, 1897-ci ildə 886 nəfər, 1904 - cü ildə 768 nəfər, 1914 - cü ildə 887 nəfər, 1916-cı ildə 772 nəfər, 1919 - cu ildə 1118 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.84-85, 152-153). 1919 - cu ilin sonunda kəndin sakinləri erməni təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya olunmuşdur. Kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına qayıda bilmişdir. Burada ermənilərlə yanaşı, 1922-ci ildə 224 nəfər, 1926-cı ildə 248 nəfər, 1931-ci ildə 294 nəfər azərbaycanlı yaşamışdır (415, 84-85, 152-153). SSRİ Nazirlər Sovetinin xüsusi qərarları ilə kənddə yaşayan azərbaycanlılar 1948-49 - cu illərdə tarixi-etnik torpaqlarından zorla Azərbaycana deportasiya olunmuşdur. 1986-cı ildə çap edilmiş «Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti»ndə burada yaşayan azərbaycanlı əhali erməni əhalisi kimi göstərilir (427, s.962). Guya, burada elə tarixən ermənilər yaşamışdır. Bu, erməni saxtakarlığının bir formasıdır.

Toponim Azərbaycan dilində «orta, iki yerin arası, ara» mənasında işlənən aralıq sözü ilə mənsubluq bildirən -lı şəkilçisinin qəbul etdiyi kolanı türk tayfa adı (212, s.36) əsasında əmələ gəlib «aralıqda kolanı tayfasına aid kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Kəndin adı əvvəlcə dəyişdirilib Aralıq, sonra Erm. SSR AS RH-nin 25.1.1978-ci il fərmanı ilə yenidən dəyişdirilib Qriboyedov qoyulmuşdur.

Aralıq Oxçu - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Oxçu çayı ilə Pirdavdan (Pircavidan) çayının qovuşduğu yerdə, Oxçu kəndinin yanında yerləşmişdir.

 

Kənddə 1897-ci ildə 148 nəfər azərbaycanlı yaşamışdır (415, s.54-55). XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar erməni təcavüzü nəticəsində deportasiya olunmuş, kənd ləğv edilmişdir. Kənd iki çayın (Oxçu və Pirdavdan) çayının arasında salındığı üçün Aralıq Oxçu adlandırılmışdır və «Oxçu çayının arasında yerləşən kənd» deməkdir.

Toponimin I tərəfi «iki yerin arası» mənasında işlənən aralıq sözündən,ll tərəfi türk mənşəli oxçu etnonimindən ibarətdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Arbat - İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Rayon mərkəzindən 20 km şimal-qərbdə, Zəngi çayından axan Şiraabad arxının yanında yerləşir. Zəngibasar rayonu yaradılanadək, 1969 - cu ilə kimi Vağarşabad rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə Arebat kimi (143, s.77), Qafqazın 5 verstlik xəritəsində Arbat formasında (348, s.18) qeyd edilmişdir.

Kənddə 1831-ci ildə 391 nəfər, 1897-ci ildə 671 nəfər, 1914 - cü ildə 1160 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.80-81, 150-151). 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya olunmuş və kəndə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir. Ermənilərlə yanaşı burada 1922-ci ildə 263 nəfər, 1926-cı ildə 341 nəfər, 1931-ci ildə 263 nəfər azərbaycanlı yaşamışdır (415, s.81, 151). SSRİ Nazirlər Sovetinin 1948-ci il xüsusi qərarları ilə azərbaycanlılar 1948-53 - cü illərdə zorla Azərbaycana köçürülmüşdür.

«Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti» kitabında azərbaycanlılar erməni əhalisi kimi verilmişdir. Belə ki, 1897-ci ildə burada 677 nəfər azərbaycanlı, 1926-cı ildə 341 nəfər azərbaycanlı, 214 erməni yaşamışdır (415, s.81). «Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti»ndə həmin rəqəmlər ermənilərə aid edilmişdir (427, s.401).

Toponim qədim türk dilində «yulğun» bitki adı mənasında işlənən arubat sözündən (299, s.58) əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca sadə toponimdir.

Arqel - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Nairi rayonunda kənd. Rayon mərkəzindən 22 km şimal-şərqdə, Ərzini yaşayış məntəqəsindən 10 km şimalda, Zəngi (Razdan) çayının sağ tərəfində yerləşir. 1972-ci ilə kimi Əştərək rayonunun tərkibində olmuşdur. Kəndin digər adı «Arkel»dir (415, s.22).

Kənddə 1873 - cü ildə 330 nəfər, 1897-ci ildə 11 nəfər azərbaycanlı yaşamışdır (415, s.22-23, 106-107). XX əsrin əvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar deportasiya olunmuş və kəndə ermənilər yerləşdirilmişdir. 1922-ci ildə 3 nəfər azərbaycanlı yaşamışdır (415, s.107). 1953 - cü ildə Lusakertlə birləşdirilərək ayrıca yaşayış məntəqəsi kimi ləğv edilmişdir.

Toponim monqol dilində «şimal», «arxa», «dal, tərəf», «dağın gün düşməyən tərəfi» mənasında işlənən ar sözü ilə (339, s.52), türk dilində «göl» mənasında işlənən qel sözünün (339, s.52) birləşməsindən əmələ gəlmişdir «Qel» «göl» sözünün fonetik variantıdır. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Ardanış - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunda kənd. Rayon mərkəzindən 23 km şimalda, Göyçə gölünün sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Ərdanuc (143, s.62), Qafqazın 5 verstlik xəritəsində Ardanic formasında (348, s.18) qeyd edilmişdir.

Kənddə 1831-ci ildə 119, 1873 - cü ildə 389, 1886-cı ildə 602, 1897-ci ildə 788, 1908-ci ildə 1000, 1914 - cü ildə 1045, 1916-cı ildə 1158, 1919 - cu ildə 1154 nəfər yalnız azərbaycanlı yaşamışdır(415, s.30-31, 114-115).

1919 - cu ilin əvvəllərində (fevral-mart aylarında) ermənilər, kəndin sakinlərini qırğınlarla qovmuşlar və kənd əhalisi Azərbaycana qaçmışdır. Indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan ardanışlılar öz doğma kəndlərinə dönə bilmişlər. 1922-ci ildə burada 1138, 1926-cı ildə 1257, 1931-ci ildə 1246 (415, s.31, 115), 1939 - cu ildə 1643, 1959 - cu ildə 1406, 1970-ci ildə 2034, 1979 - cu ildə 2137 nəfər (427, s.491), 1986-cı ildə 2500 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabrın 24-dən 28-dək Ermənistan dövləti tərəfindən kənd sakinləri tarixi-etnik torpaqlarından qovulmuşdur. İndi burada ermənilər yaşayır.

Toponim qədim türk dilində «dağ», «dağlıq», «dağ kəndi» mənasında işlənən art sözündən (299, s.55) və məkan anlayışı bildirən -an və -ış sözdüzəldici şəkilçisindən ibarət olub «dağlıq yerdə yerləşən kənd» mənasını bildirir. Kəndin relyefi bu məna ilə uyğun gəlir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Arıqlı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu ərazisində kənd olmuşdur. Erməni mənbələrində Ariklu formasında qeyd edilmişdir (415, s.146). Kənddə 1873 - cü ildə 60 nəfər, 1886-cı ildə 106 nəfər, 1897-ci ildə 88 nəfər, 1908-ci ildə 126 nəfər, 1914 - cü ildə 214 nəfər azərbaycanlı yaşamışdır (415, s.76-77, 146-147). 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya edilmiş və kənd dağılıb xarabalığa çevrilmişdir.

Toponim türk mənşəli arıq etnoniminə (271, s.24) mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzələn etnotoponimdir. Quruluşca sadə toponimdir.

Arıqlı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda dağ. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.19). Arıqlı etnonimindən əmələ gəlmişdir. Etnotooronimdir. Quruluşca sadə oronimdir.

Arıqlı çay - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda çay. Rayondan axan Bazarçayın (Orotan) sağ qolu. Qafqazın 5 verstlik xəritəsində (348, s.19) qeyd edilmişdir. İlk dəfə Q.Alişanın «Sisakan» əsərində xatırlanınışdır (427, s.326). Arıqlı etnonimini əsasında yaranan etnohidronimdir.

Arıxvəli - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Rayon mərkəzindən 24 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.128), Qafqazın 5 verstlik xəritəsində (348, s. 19) qeyd edilmişdir.

Toponim türk mənşəli arıq etnonimi ilə (271, s.24) Vəli şəxs adından əmələ gəlmişdir. «Arıq (Arıx) tayfasından olan Vəliyə məxsus kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm.SSR AS RH-nin 21.X.1967-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Lernut qoyulmuşdur.

Armaş - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Rayon mərkəzindən 25 km məsafədə yerləşir.

Toponim türk dilində «möhkəm, qüvvətli» mənasında işlənən armas sözü (359,I(1), s.340) əsasında formalaşmışdır.

Armudlu - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, Dilican şəhəri yaxınlığında qışlaq. 1926-cı ildə burada 12 nəfər azərbaycanlı yaşamışdır (415, s.30-31). XX əsrin 30 - cu illərində ləğv edilmişdir.

Toponim meyvə adı bildirən armud sözünə -lu şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Armudlu - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Artik rayonunda kənd. Rayon mərkəzindən 9 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.19) qeyd edilmişdir. Toponim armud bitki adına çoxluq mənası bildirən -lu şəkilçisinin artırılması ilə düzəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Erm.SSR AS RH-nin 31.V.1946-cı il fərmanı ilə adı dəyişdirilib Tufaşen (Tuf kəndi) qoyulmuşdur.

Armudlu - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunun ərazisində kənd olmuşdur. Dəstəgird Kəndindən 1 km aralı, dağın ətəyində yerləşirdi. 1918-ci ildə xarabalığa çevrilib.

Toponim armud meyvə adına -lı şəkilçisinin artırılması ilə düzəlib. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Armudlu - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur.

Toponim armud bitki adına -lu şəkilçisinin artırılması əsasında əmələ gələn fitotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Armudlu - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda çay. Armud bitki adı əsasında yaranmışdır. Fitohidronimdir.

Armudlu dərəsi - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda dərə. İkinci növ təyini söz birləşməsi əsasında əmələ gələn mürəkkəb quruluşlu mikrotoponimdir.

Armudlu - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunda dərə. Rayondakı Toxluca kəndinin qərbində yerləşir.

 

Arpa - İrəvan quberniyasının Ateksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonunun ərazisində kənd olmuşdur. Kənddə qarapapaq türk tayfası yaşamışdır. 1940-cı illərdə ləğv edilmişdir.

Toponim tarixdə yaşamış Elxani tayfasından olan Arpanın (əsli Arpaqaun) adı (238, s.156) əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Arpa - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayon mərkəzindən 12 km cənub-şərqdə, Arpa çayının yanında yerləşir. Burada 1321-cı ildə tikilmiş qədim alban abidəsinin-məbədinin qalıqları indi də durur. Mənbələrdə Arpanyal, Arbanyal kimi də xatırlanır (427, s.421). Qafqazın 5 verstlik xəritəsində (348, s.20) qeyd edilmişdir. Kənddə ermənilərlə yanaşı 1897-ci ildə 34 nəfər, 1926-cı ildə 15 nəfər azərbaycanlı yaşamışdır (415, s.90-91). 30 - cu illərdə azərbaycanlılar qovulmuşdur. İndi ermənilər yaşayır.

Toponim Arpa türk şəxs adı (238, s.156) əsasında formalaşmışdır. Görünür, sonralar tayfa adı kimi sabitləşmişdir. H.Mirzəyev toponimin türk tayfa adından əmələ gəldiyini göstərir (211, s.237).

Erm.SSR AS RH-nin 10.IX.1946-cı il fərmanı ilə dəyişdirilib Areni qoyulmuşdur.

Arpa dərəsi - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda qala. Craşen Kəndindən 1 km qərbdə yerləşir.

Artalas - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Elpin kəndindən qərbdə, Qozluca kəndinin yanında yerləşirdi. Mənbələrdə kəndin adı Artaras, Artaraz, Artarax, Artaraq (427, s.501,) Ardalas (Ñáîðíèê ñâåäåíèé î Êàôêàçå, ò.V, Òèôëèñ, 1979, ¹ 791) formalarında qeyd edilmişdir. Kənddə 1831-ci ildə 30 nəfər, 1873 - cu ildə 219 nəfər, 1886-cı ildə 304 nəfər, 1897-ci ildə 332 nəfər, 1904 - cü ildə 353 nəfər, 1914 - cü ildə 388 nəfər, 1916-cı ildə 507 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.90-91, 160-161). 1918-ci ildə kənd erməni təcavüzünə mə'ruz qalaraq deportasiya olunmuş və yalnız indiki Ermənistanda sovet hökuməti qıırulandan sonra sağ qalan kənd sakinləri öz doğma yurdlarına dönə bilmişlər. Burada 1922-ci ildə 114 nəfər, 1926-cı ildə 120 nəfər, 1931-ci ildə 151 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.91, 161). Kənd 1939-40-cı illərdə ləğv edilmişdir.

Toponim türk dilində «dağlıq, dağ keçidi, təpə» mə’nasında işlənən art sözü ilə (299, s.55) türk dilində «açıq yer, tala» mə’nasında işlənən alas (əsli alan) sözünün (339, s.44-46) birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Artız - İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Rayon mərkəzindən 15 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsinlə (348, s.20) qeyd edilmişdir.

Kənddə 1873 - cü ildə 221 nəfər, 1886-cı ildə 267 nəfər, 1897-ci ildə 426 nəfər, 1904 - cü ildə 293 nəfər, 1914 - cü ildə 480 nəfər, 1916-cı ildə 466 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.44-45, 124-125). 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına mə'ruz qalaraq depertarsiya olunmuş, kənddə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurululandan sonra sağ qalan kənd sakinləri öz evlərinə dönə bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 63 nəfər, 1926-cı ildə 39 nəfər, 1931-ci ildə 74 nəfər azərbaycanlı yaşamışdır (415, 44-45, 124-125). Azərbaycanlılar 1948-49 - cu illərdə Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır.

Toponim qədim türk dilində «ardıc, ardıc kolu» mə’nasında işlənən artız sözündən (299, s.57) əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca sadə toponimdir.

Erm.SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Gehard qoyulmuşdur.

Artik - İrəvan quberniyasının Aleksandropol qəzasında kənd. İndi Ermənistan adlanan respublikada rayon və rayon mərkəzi. Alagöz dağının şimalında, dəniz səviyyəsindən 1750 metr hündürlükdə yerləşir. İlk dəfə VII əsrdə bir mənbədə adı çəkilir (427, s.438). Qafqazın 5 verstlik xəritəsində (348, s.20) qeyd edilmişdir. 1924 - cü ilə kimi Aleksandropol qəzasına tabe idi.

Erm.SSR AS RH-nin 20 oktyabr 1938-ci il tarixli fərmanı ilə qəsəbə adlandırılmışdır. Tarixən burada azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1829-30 - cu illərdə Türkiyənin Ərzurum və Qars vilayətlərindən köçürülümüşdür (427, s.438).

Ermənilər toponimin erməni dilində kişi mə’nasında işlənən «ayr» sözü ilə fars dilində «yuxarı, yüksək» mə’nasında işlənən «tik» sözündən əmələ gəldiyini göstərirlər (427, s.438). Əvvəlcə onu qeyd edək ki, «tik» fars sözü yox, əsl Azərbaycan sözüdür.

Toponim qədim türk dilində «dağ keçidi» (359, I(1), s.309), «dağ, dağlıq» (299, s.55) mə’nasında işlənən art sözünə -ik şəkilçisinin artırılması ilə düzəlmişdir, -ik şəkilçisi qədim türk dilində məkan anlayışı bildirən isimlərə də qoşulmuşdur. Buna VII-XIII əsrlərə aid qədim türk abidələrində rast gəlinir (299, s.660).

Artik dağlıq yerdə yerləşir. Deməli, oykonimin adı əraziyə uyğun verilmişdir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Artik vəng - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda qala.

Arx qırağı - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şəmşəddin rayonun ərazisində qışlaq. 1930 - cu ildə ləğv edilmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Arxac - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında indiki Keşişkənd (Yeqeqnadzor) rayonu ərazisində kənd. Kənddə 1897-ci ildə 587 nəfər, 1926-cı ildə 80 nəfər azərbaycanlı yaşamışdır (85, s.353). 40-cı illərdə kənd ləğv edilmişdir.

Toponim «qoyun, mal yatağı» mə’nasında işlənən arxac sözündən (9, s.129) əmələ gəlmişdir. Relyef əsasında yaranmışdır. Quruluşca sadə toponimdir.

Arxaşan - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda dağ. İstisu (Cermuq) şəhərinin şərqində yerləşir.

Arxaşan - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indiki Quqark rayonunda qışlaq. Rayondakı Hallavar kəndinin ərazisində yerləşirdi. Toponim Azərbaycan dilində «arxın tirədən keçdiyi yer» mə’nasında işlənən arxaşan sözü (253, s.120) əsasında əmələ gəlmişdir.

Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Arxaşan çay - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Dilican şəhəri ərazisində çay.

Arxüstü - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur. Yuxarı Kirətaq kəndinin yaxınlığında yerləşirdi. 1897-ci ildə 24 nəfər azərbaycanlı yaşamışdır (415, s.54-55). XX əsrin əvvələrində, 1905-1906-cı illərdə azərbaycanlılar deportasiya olunaraq kənd ləğv edilmişdir. İndi xaraba kənddir.

Kənd arxın üstündə salındığı üçün Arxüstü adlandırılmışdır. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Arcut - İrəvan quberniyasının Loru-Pəmbək qəzasında, indi Quqark rayonunda kənd. Kirovakan şəhərindən 6 km şimal-qərbdə, Bozabdal dağının ətəyində, Pəmbək çayının yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində Arçut kimi qeyd edilmişdir (348, s.21). Kənddə 1831-ci ildə 137, 1873 - cü ildə 357, 1886-cı ildə 477, 1897-ci ildə 574, 1914 - cü ildə 759 nəfər azərbaycanlı yaşamışdır (415, s.50-51, 130-131). Kəndin sakinləri 1918-ci ildə erməni təcavüzünə mə'ruz qalaraq qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına qayıda bilmişdir. 1922-ci ildə 697, 1926-cı ildə 820, 1931-ci ildə 886 (415, s.51, 131), 1939-cı ildə 1052, 1959 - cu ildə 1295, 1970-ci ildə 2009, 1979 - cu ildə 2172 nəfər (427, s.484) azərbaycanlı yaşamışdır.

1988-ci ilin noyabrında kəndin sakinləri Ermənistan dövləti tərəfindən qırğınlarla qovulmuşdur. İndi kənddə ermənilər məskunlaşıb.

Toponim artuç (ardıc İ.B.) bitki adı (299, s.57) əsasında yaranmışdır. Fitotoponimdir. Quruluşca sadə toponimdir.

Aslan xaraba - İrəvan quberniyasının Loru-Pəmbək qəzasında, indiki Quqark rayonu ərazisində kənd. Şahalı dəmiryolu stansiyasının yaxınlığında yerləşmişdir. Azərbaycanlılara məxsus qəbiristanlığın xarabalıqları indi də durur.

Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

 

Asnı - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Saraybulaq dağ silsiləsinin cənubunda, Asnı dərədə, Daşbulağın yanında yerləşir.

Kənddə 1831-ci ildə 41, 1873 - cü ildə 79, 1886-cı ildə 72, 1897-ci ildə 208, 1904 - cü ildə 165, 1914 - cü ildə 292, 1916-cı ildə 138 nəfər azərbaycanlı yaşamışdır (415, s.84-85, 154-155). 1918-ci ildə azərbaycanlılar qırğınlarla qovulmuş və kənd 1920-ci ildə ləğv edilmişdir. İndi xaraba kənddir.

Toponim iki komponentdən ibarətdir. Birinci komponent türk mənşəli az//as etnonimdən, ikinci komponent mənsubluq, aidlik bildirən -nı şəkilçisindən ibarətdir. Sonralar bu iki komponentin (as+nı) əsasında asnı türk tayfa adı yaranmışdır. Asnı tayfası indi Naxçıvanın Sədərək qəsəbəsində yaşayır və türkoloq dilçi Cəfər Cəfərovun özü bu tayfadandır (69, s.31, 36). Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Atqız - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Oxçu çayının sol sahilində, Oxçu kəndindən 2 km şimalda, Pirhəmzə dağının cənub-qərbində, Qafan-Gecalan avtomobil yolundan 2 km şimalda dağ döşündə yerləşirdi (85, s.133). 1959 - cu ildə Kecalan şəhəri ilə birləşdirilmişdir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.22).

Kənddə 1831-ci ildə 37 nəfər, 1873 - cü ildə 105 nəfər, 1886-cı ildə 120 nəfər, 1897-ci ildə 242 nəfər, 1908-ci ildə 198 nəfər, 1914 - cü ildə 36 nəfər azərbaycanlı yaşamışdır (415, s.54-55, 132-133). 1916-18-cı illərdə azərbaycanlılar deportasiya edilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişlər. Burada 1926-cı ildə 74 nəfər, 1931-ci ildə 101 nəfər azərbaycanlı yaşamışdır (415, s.55, 133). 1988-ci ilin noyabr ayında azərbaycanlılar tamamilə öz doğma ocaqlarından qovulmuşdur. Toponim oğuz türk tayfa adının fonetik forması olan qız etnonimi əsasında yaranmışdır.

Atqoç - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. XIX əsrin əvvəllərində ləğv edilmişdir.

Toponim türk dilində ad mə’nasında işlənən at sözü ilə (299, s.64), «düşərgə» mə'nasında işlənən koç, koş sözünün (299, s.311) birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir.

Artdaş - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd. 1950-ci ildə ləğv edilmiş və yaxınlıqda Qaraçı kəndi salınmışdır. Toponim türk dilində «dağlıq, dağ keçidi» mə’nasında işlənən art sözü ilə (299, s.55) «dağ, qaya» mə’nasında işlənən daş sözü əsasında yaranmışdır. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Atdaş - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda çay.

Atcar - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində, Ağca kəndi yaxınlığında, Arpaçayın yuxarı axarında yerləşən kənd. Erməni mənbələrində kəndin 930 - cu ildə salındığı göstərilir (427, s.372). Kəndin digər adı «Adcar»dır (427, s.36).

Toponim Azərbaycan dilində işlənən at sözü ilə türk dilində «dik, sahil», «sıldırım, yarğan, uçurum», «dik qaya» mə'nasında işlənən çar sözündən (339, s.607) əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Auş - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd olmuşdur. Arpa çayının sol qolu ilə Qabaqlı çayının yuxarı axarı arasında (85, s.352), Gəlinqaya selavının yanında yerləşirdi. XIII əsrdə Amağu məbədinə tabe idi. Kəndin adı Ayuş (85, s.352) və Aveş kimi də (Ñáîðíèê ñâåäåíèé î Êàâêàçå, ò.V, Òèôëèñ, 1879, ¹ 802) göstərilir. Qafqazın 5 verstlik xəritəsində (348, s.22) qeyd edilmişdir. Kənddə 1873 - cü ildə 28, XX əsrin əvvəllərində 50 azərbaycanlı evi olmuşdur (85, s.352). XX əsrin ortalarında kənd ləğv edilmişdir, indi xaraba kənddir.

Toponim qədim avşar// afşar etnonim (399, s.56) əsasında əmələ gəlmişdir. Avşar etnonimi qədim qaynaqlarda aveş //auş formalarında da verilmişdir (92, s.16). Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Axarbaxar - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonun ərazisində dağ. Adı dəyişdirilib Porak qoyulmuşdur. Mürəkkəb quruluşlu oronimdir.

 

Axdala - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda qala. Rayondakı Axtala şəhər tipli qəsəbənin ərazisində yerləşir. X-XIII əsrlərdə inşa edilmişdir.

Axdərə - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasındı, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda çay.

Axnçı - Tiflis quberniyasının Qazax qəzasında, indiki Şəmşəddin rayonunda qışlaq. 1930 - cu ildə ləğv edilmişdir. Toponim türk dilində «talançı əsgər» (359, I(1), s.100), «cəld, sürətlə hərəkət edən dəstə» (ëåòó÷èé îòðÿä, 299, s.48) mənasında işlənən akmçı//aqınçı sözü əsasında yaranmışdır.

Axsaxlı - İrəvan xanlığında mahal. İndiki Əşətərək rayonunun ərazisini əhatə edirdi. Toponim türk dilində «uca, hündür» mə’nasında işlənən ağ sözü ilə mənsubluq bildirən -lı şəkilçisi qəbul etmiş sak (sax-İ.B) türk etnonimi (402, s.73-80, 91-96; 235, s.31, 34, 47, 287, s.321-329) əsasında əmələ gəlmişdir. Bu etnonimin haqqında ilk mə'lumat Strabonun «Coğrafiya» əsərində verilir (377, s.483-484). Türk etnonimiyasında ağhun, qarahun tayfa adlarının olmasını nəzərə alıb qeyd edə bilərik ki, Ağsaxlı toponimi axsak etnonimi əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Axsu - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasındı, indiki Şəmşəddin rayonunda meşə məntəqəsi. 1959 - cu ildə 70 nəfər azərbaycanlı yaşamışdır (427, s.121). 1960-cı ildə əhalisi köçürülərək kənd ləğv edilmişdir. Binaların uçuqları indi də durur. Ölü kənddir.

Toponim türk dilində «kiçik, balaca» mə’nasında işlənən ağ sözü ilə (359, I(1), s.96) türk dilində «çay, kiçik çay, kiçik köl» mə’nasında işlənən su sözündən (299, s.512; 339, s.528-529) əmələ gəlib. «Kiçik çay yanında yerləşən kənd» mə'nasını ifadə edir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Axta - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda qəsəbə və rayonun inzibati mərkəzi. Zəngi çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftərin»də Axtu formasında (143, s.53), Qafqazın 5 verstlik xəritəsində Axta kimi (348, s.23) qeyd edilmişdir. Toponim oğuz tayfası - padarların bir qolunu təşkil edən axta etnonimi (286, s.57) əsasında formalaşmış etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm.SSR AS RH-nin 30.V.1956-cı il tarixli fərmanı ilə adı dəyişdirilib Razdan qoyulmuşdur.

Axta - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. Rayon mərkəzindən 15 km cənub-şərqdə, Arpa çayının sol qolu olan Axtaçay dağ çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.60), Qafqazın 5 verstlik xəritəsində (348, s.23) qeyd edilmişdir. Kənddə 1831-ci ildə 187 nəfər, 1873 - cü ildə 290 nəfər, 1886-cı ildə 304 nəfər, 1897-ci ildə 426 nəfər, 1904 - cü ildə 458 nəfər, 1914 - cü ildə 504 nəfər, 1916-cı ildə 463 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, 88-89, 158-159). 1918-ci ildə kənd sakinləri erməni təcavüzünə mə'ruz qalaraq deportasiya olunmuşlar. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 129 nəfər, 1926-cı ildə 128 nəfər, 1931-ci ildə 199 nəfər, (415, s.89, 159), 1939 - cu ildə 268 nəfər, 1959 - cu ildə 202 nəfər, 1970-ci il də 379 nəfər (427, s.122) yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında kənd sakinləri azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar. İndi ermənilər yaşayır.

Toponim padar türk tayfasından olan axta etnonimi (286, s.57) əsasında əmələ gəlmişdir. Quruluşca sadə toponimdir.

Axtala - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda şəhər tipli qəsəbə. Rayon mərkəzindən 10 km şimal-şərqdə, Şamlıq kəndinin yaxınlığında yerləşir. Buranın qədim sakinləri azərbaycanlılar olmuşdur. XVIII əsrin ortalarında kəndə İran və Türkiyədən ermənilər köçürülmüşdür. Qəsəbədə 1959 - cu ildə 100 nəfər azərbaycanlı, 424 nəfər erməni, 1970-ci ildə 120 nəfər azərbaycanlı, 541 nəfər erməni yaşamışdır. 1988-ci ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.

Toponim türk tayfası - padarların bir qolunu təşkil edən axta etnonimi (286, s.57) əsasında formalaşmış etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.

 

Axtala - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda qala. Tona (Debet) çayından 2-2,5 km qərbdə yerləşir. Qala XIII əsrdə tikilmişdir.

Axtala - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda selav. Uzunluğu 14 km-dir.

Axtala - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda mədən yeri. Rayon mərkəzindən 10 km şimal-şərqdə yerləşir.

Axtala - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Allahverdi (Tumanyan) rayonu ərazisində çay. Tona (Debet) çayının sol qoludur. Adı dəyişdirilib Hovanadzor qoyulmuşdur.

Axtaxana - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Rayon mərkəzindən 23 km məsafədə yerləşir. Toponim atçılıqla məşğul olan axta etnonimindən (286, s.57) və fars dilində «yaşayış məntəqəsi, ev, kənd» mənasında işlənən xana sözündən (339, s.590) əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı 1918-ci ildə dəyişdirilib Xlataq, sonra Erm.SSR AS RH-nin l.VI.1940-cı ilə fərmanı ilə adı yenidən dəyişdirilib Zorastan qoyulmuşdur.

Axtacul - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd olmuşdur (427, s.123). Gomur kəndinin yaxınlığında yerləşirdi. İndi ləğv edilib.

Toponim padar türk tayfasının bir qolu olan axta etnonimi ilə (286, s.57) çul (çol//sul) qədim türk tayfa adının (287, s.111-114; 211, s.190-194) birləşməsindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Axund Buzovand - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Rayon mərkəzindən 8-9 km şimal-şərqdə, Gərni çayı sahilində yerləşir.

«İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.49), Qafqazın 5 verstlik xəritəsində (348, s.23) qeyd edilmişdir.

Kənddə 1831-ci ildə 137 nəfər, 1873 - cü ildə 210 nəfər, 1886-cı ildə 254 nəfər, 1897-ci ildə 341 nəfər, 1904-cı ildə 322 nəfər, 1914 - cü ildə 385 nəfər, 1916-cı ildə 299 nəfər azərbaycanlı yaşamışdır (415, s.46-47, 126-127). 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İranın Xoy və Salmas bölgələrindən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra 1922-ci ildən sonra azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişdir. Burada 1926-cı ildə 161 nəfər azərbaycanlı, 11 erməni, 1931-ci ildə 195 nəfər azərbaycanlı, 19 nəfər erməni yaşamışdır (415, s.46-47, 126-127). SSRİ Nazirlər Sovetin xüsusi qərarları ilə azərbaycanlılar 1948-49 - cu illərdə Azərbaycana köçürülmüşdür. İndi burada ermənilər yaşayır.

Toponim xəzər türk tayfasından olan bozal etnonimində (286, s.45) öz əksini tapan bus (boz - İ.B) etnonimi ilə (287, s.253) türk mənşəli abant (avand –İ .B) etnoniminin (287, s.258) birləşməsindən əmələ gələn etnotoponimdir. Toponimin əvvəlində işlənən «axund» dini mənada işlənən sözdür. Mürəkkəb toponimdir.

1920-ci ildə kəndin adı dəyişdirilib Bzovan qoyulmuş, sonra Berdin kimi rəsmiləşdirilmişdir.

Axura - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda kənd. Rayon mərkəzindən 2 km cənub-şərqdə, Allahverdi Kirovakan şose yolunun üstündə yerləşir.

Açıxlı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Rayon mərkəzindən 5-6 km şimal-qərbdə, Qır qalası dağının ətəyində yerləşir.

X-XIII əsrlərdə Açağu vəng formasında xatırlanır (427, s.303). Erməni mənbələrində kəndin adı Açağu, Açaxlu, Acıllu formalarında da qeyd olunmuşdur (415, s.54; 427, s.303).

Kənddə 1897-ci ildə 126 nəfər azərbaycanlı yaşamışdır (427, s.303). 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə mə'ruz qalaraq deportasiya edilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd sakinləri öz doğma yerlərinə dönə bilmişdir. Burada 1926-cı ildə 98 nəfər, 1931-ci ildə 120 nəfər (415, s.55, 133), 1939 - cu ildə 165 nəfər, 1959 - cu ildə 186 nəfər, 1963 - cü ildə 300 nəfər (427, s.303) azərbaycanlı yaşamışdır. 1968-69 - cu illərdə azərbaycanlılar kənddən çıxarılaraq kənd ləğv edilmişdir. İndi ölü kənddir. Toponim relyef əsasında yaranmışdır.

Acıbac – Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Rayon mərkəzindən 40 km məsafədə, Kığı çayının sol qolu olan Acıbac çayının sahilində yerləşir. Kəndin adı həm də Acıbacı, Acıbazı formalarında işlənir.

Kənddə 1886-cı ildə 202 nəfər, 1897-ci ildə 34 nəfər azərbaycanlı yaşamışdır (415, s.54-55, 132-133). Sonradan azərbaycanlılar deportasiya edilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 77 nəfər, 1926-cı ildə 90 nəfər, 1931-ci ildə 115 nəfər (415, s.55, 132-133), 1939 - cu ildə 134 nəfər, 1959 - cu ildə 190 nəfər, 1970-ci ildə 227 nəfər, 1979 - cu ildə 202 nəfər (427, s.316) azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında azərbaycanlılar tamamilə öz doğma yerlərindən deportasiya edilmişdir.

Toponim türk dilində «hündür dağ aşırımı» mə’nasında işlənən acı sözü ilə (337, s.238) Azərbaycan dilində «düzən yerdə tirə, təpəcik, hündür yer» mənasında işlənən bazı sözünün (253, s.120) fonetik forması olan bac sözünün birləşməsindən əmələ gəlmişdir. Acı sözü Dağlıq Altayın türk mənşəli toponimlərin tərkibində aju//ajı formalarında işlənir. Acı sözü qədim türk dilində aju formasında «geniş dərə», «yarğan», «çökəklik» mənalarında işlənmişdir (359, I(1), s.610). Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Acibac qoyulmuşdur.

Acılu - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Rayon mərkəzindən 14 km şimal-qərbdə, Oxçu çayının sağ qolu olan Əfsərli çayının sağ sahilində yerləşir. Erməni mənbələrində Acılu, Acrlu, Acrli, Tunis Acilu formalarında qeyd edilir (427, s.316).

Kənddə 1831-ci ildə 79 nəfər, 1873 - cü ildə 134 nəfər, 1886-cı ildə 153 nəfər, 1897-ci ildə 126 nəfər, 1908-ci ildə 335 nəfər, 1914 - cü ildə 100 nəfər azərbaycanlı yaşamışdır (415, s.54-55, 132-133). 1918-ci ildə kəndin əhalisi erməni təcavüzünə mə'ruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılar öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 124 nəfər, 1926-cı ildə 94 nəfər, 1931-ci ildə 78 nəfər (415, s.55, 133), 1959 - cu ildə 69 nəfər (427, s.316) azərbaycanlı yaşamışdır. Sakinləri qonşu Müsəlləm kəndinə köçürülmüş və 1960-cı illərdə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.

Toponim acurlu (>acılu) türk etnonimi (238, s.184; 142, s.92) əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Acılu - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunun ərazisində kənd. Rayondakı Tey kəndinin yaxınlığında yerləşirdi. XVIII əsrin axırı, XIX əsrin əvvəllərində ləğv edilmişdir. İndi ölü kənddir (427, s.316). Toponim acırlı türk etnoniminin adı (238, s.184) əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Aşağı Ağbaş - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Rayon mərkəzindən 10 km şimal-şərqdə, Çatmadağın ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.3) qeyd edilmişdir. Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Ermənilər buraya 1828-ci illərdə İranın Salmas və Xoy bölgələrindən köçürülüb yerləşdirilmişdir(427, s.431).

Kənddə ermənilərlə yanaşı 1897-ci ildə 11 nəfər, 1926-cı ildə 2 nəfər azərbaycanlı yaşamışdır (415, s.46-47).

Toponim türk mənşəli ağbaş etnonimi (238, s.323; 92, s.24) əsasında əmələ gəlmişdir. «Aşağı» fərqləndirici əlamət bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm.SSR AS RH-nin 20.VIII.1945-ci il fərmanı ilə adı dəyişdirilib Arevşat qoyulmuşdur.

Aşağı Ağdan - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd. Rayon mərkəzindən 21 km məsafədə yerləşir.

Toponim türk dilində «kiçik, alçaq, çox da hündür olmayan» mənasında işlənən ağ sözü ilə (94, s.68) «çöl, səhra, açıq yer» mənasında işlənən dan sözünün (287, s.470) birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir.

 

Erm.SSR AS RH-nin 25.V.1967-cı il fərmanı kəndin adı ilə dəyişdirilib Morut, ll.XI.1970-ci il fərmanı ilə yenidən dəyişdirilərək Aknaxbyur qoyulmuşdur.

Aşağı Ağ körpü - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu ərazisində kənd olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.5). Qarakilsə kəndinin 95 km-liyində yerləşirdi. Toponim fərqləndirici əlamət bildirən aşağı sözü ilə ağ və körpü sözlərindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir.

Aşağı Ağcaqala - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Rayon mərkəzindən 12 km cənub-şərqdə, Alagöz dağının cənub-qərb tərəfində yerləşir. Kəndin digər adı Hacıqala olmuşdur (415, s.34). Qafqazın 5 verstlik xəritəsində (348, s.4) qeyd edilmişdir.

Kənddə 1831-ci ildə 53 nəfər, 1873 - cü ildə 398 nəfər, 1886-cı ildə 502 nəfər, 1897-ci ildə 617 nəfər, 1904 - cü ildə 315 nəfər, 1914 - cü ildə 334 nəfər, 1916-cı ildə 733 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.34-35, 116-117). 1918-ci ildə kənd erməni təcavüzünə mə'ruz qalaraq sakinləri azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuş və 1915-18-cı illərdə Türkiyənin Sasun vilayətinin Arzvik, Qrmav, Qdzak, Kaşkşenk kəndlərindən və Muş vilayətindən köçürülən ermənilər kənddə yerləşdirilmişdir (427, s.545). Göründüyü kimi, 1918-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. Erməni mənbələrində tarixi faktlar saxtalaşdırılaraq kənddə 1831-ci ildə və 1897-ci ildə azərbaycanlıların yox, ermənilərin yaşadığı göstərilir (427, s.545).

Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən aşağı sözü ilə türk dilində «ağımtıl, quru, bozumtul düzən, çöl» mə’nasında işlənən ağca sözünə (93, s.22-23) qala sözünün qoşulmasından əmələ gəlib «ağımtıl, bozumtul yerdətikilən qala yanındakı kənd» mə'nasının ifadə edir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Emı.SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Nerkin Bazmaberd (Aşağı Rəngbərəng, çal qala) qoyulmuşdur.

Aşağı Adyaman - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Rayon mərkəzindən 6 km məsafədə, Adyaman çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.61), Qafqazın 5 verstlik xəritəsində (348, s.7) qeyd edilmişdir. Adyaman kəndindən köçənlər yeni yaşayış yerlərinə Aşağı Adyaman qoymuşlar. 1897-ci ildə burada 13 nəfər azərbaycanlı yaşamışdır (415, s.64-65). Ermənilər buraya 1828-29 - cu illərdə Türkiyənin Alaşkerd bölgəsindəki Topraqqala kəndindən köçürülmüşdür (427, s.844). Mürəkkəb quruluşlu toponimdir.

Erm.SSR AS RH-nin 7.XII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Nerkin Getaşen (Aşağı Çaykənd) qoyulmuşdur.

Aşağı Altuntaxt - İrəvan xanlığının Göycə mahalında, indiki Kəvər (Kamo) rayonu ərazisində kənd. XVIII əsrdə ləğv edilmişdir (427, s.79). Indi ölü kənddir.

Toponim vulkan mənşəli qaya adlarında qırmızı mə’nasında işlənən altun sözü ilə «dağın zirvəsində hamar, düzən yer» mə’nasında işlənən taxt sözünün (339, s.,547; 210, s.5) birləşməsindən əmələ gəlmişdir. Toponimin əvvəlindəki «aşağı» sözü fərqləndirici əlamət bildirir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Aşağı Alçalı - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Rayon mərkəzindən 18 km şimal-şərqdə, Göyçə gölündən 2 km aralıda, Alçalı çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.14) qeyd edilmişdir.

XIX əsrin 20-cı illərinə qədər burada azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1829-30 - cu illərdəTürkiyənin Alaşkerd bölgəsindən köçürülən ermənilər burada yerləşdirilmişdir. Azərbaycanlılar həmin vaxtdan kənddən qovulmuşdur.

Toponim fərqləndirici əlamət bildirən aşağı sözü ilə məasubluq bildirən -lı şəkilçisi qəbul etmiş alça bitki adı əsasında əmlə gəlmişdir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponiındir.

Erm.SSR AS RH-nin 27.IX.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ardzvanist qoyulmuşdur.

Aşağı Axta - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. Zəngi çayının yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.23) qeyd edilmişdir. Kənddə 1897-ci ildə 119 nəfər azərbaycanlı yaşamışdır (415, s.16-17). XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar kənddən qovulmuş və kənd ermənilərin yaşayış məntəqəsinə çevrilmişdir. 1926-cı ildə kənddə cəmi 3 nəfər azərbaycanlı yaşamış (415, s.16-17) və sonralar onlar da qovulmuşlar. Kənd rayon mərkəzi ilə birləşdirilmişdir.

Toponim fərqləndirmə mə'nasını bildirən aşağı sözü ilə padar türk tayfasının bir qolunu təşkil edən axta etnoniminin (286, s.57) birləşməsindən əmələ gəlmiş etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm.SSR AS RH-nin 30.VI.1959 - cu il fərmanı ilə kəndin adı dəyişdirilib Razdan qoyulmuşdur.

Aşağı Axtala - Tiflis quberniyasının Loru-Pəmbək qəzasındı, indi Allahverdi (Tumanyan) rayonunda kənd. Borçalı (Debet) çayının sol sahilində, Ləlvər dağının ətəyində yerləşir. Bura tarixən azərbaycanlıların yaşayış məntəqəsi olmuşdur. 1770-cı ildə mis mədənlərini işlətmək üçün buraya yunanlar köçürülmüşdür. Kənddə azərbaycanlılarla yanaşı, erməni və yunanlar da yaşamışdır (415, s.67). Burada 1897-ci ildə 69 azərbaycanlı yaşamışdır (415, s.67). 1918-ci ildə azərbaycanlılar qovulmuş, kəndə əlavə olaraq ermənilərlə yanaşı yunanlar yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlıların bir hissəsi öz doğma kəndlərinə qayıda bilmişdir. 1926-cı ildə burada 12 nəfər azərbaycanlı, 51 nəfər erməni, 71 nəfər yunan, 1931-ci ildə 10 nəfər azərbaycanlı, 114 nəfər erməni, 124 nəfər yunan (415, s.7, 98-99), 1939 - cu ildə 398 nəfər azərbaycanlı, erməni və yunan (427, s.115) yaşamışdır. Yaşayış məntəqəsini ləğv etmək məqsədilə Axtala şəhər tipli qəsəbəsi ilə birləşdirilmiş və azərbaycanlılar SSRİ Nazirlər sovetinin 1948-ci il qərarına əsasən Azərbaycana köçürülmüşdür. İndi orada yalnız ermənilər yaşayır.

Toponim «istiqamət, fərqləndirmə» mə’nasında işlənən aşağı sözü ilə padar türk tayfasının bir qolu olan axta etnonimi əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Aşağı Bədili - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Talin rayonu ərazisində kənd. 1918-ci ildə kəndin sakinləri erməni təcavüzü nəticəsində deportasiya olunaraq kənd xarabalığa çevrilmişdir. 1920-ci ildə ləğv edilmişdir.

Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən aşağı sözü ilə oğuzların bəydili (bədili - İ.B) etnonimi (399, s.56; 238, s.288-300) əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Aşağı Qanlıca - İrəvan quberniyasının Aleksandropol qəzasındı, indi Düzkənd (Axuryan) rayonunda kənd. Rayon mərkəzindən 17 km məsafədə, Gümrü-Amasiya yolunun 12 kilometrliyində yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tabeliyində olmuşdur. Ermənilər buraya 1828-29-cu illərdə Türkiyədən köçürülmüşdür.

Toponim türk mənşəli qanlı etnoniminə (393, s.42-53) -ca şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Toponimin əvvəlindəki «aşağı» sözü fərqləndirici əlamət bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm.SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Vahramabad qoyulmuşdur.

Aşağı Qarabağlar - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Kəndin başqa adı Çimənkənd olmuşdur. 1950-ci ilədək indiki Ermənistan ərazisində mövcud olan Qarabağlar rayonunda inzibati-ərazi bölgüsünə daxil olmuşdur. Qarabağlar rayonu ləğv ediləndən sonra (1950-ci il ) ərazisi Vedi rayonunun tabeliyinə verilmişdir.

Rayon mərkəzindən 9 km şərqdə, Vedi çayının yanında yerləşir. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Aşağı Qarabağ formasında (143, s.172), 1728-ci ildə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə Kiçik Qarabağ (143, s.104) formasında, Qafqazın 5 verstlik xəritəsində Aşağı Qarabağlar kimi (348, s.114) qeyd edilmişdir,

Kənddə 1873 - cü ildə 756 nəfər, 1886-cı ildə 924 nəfər, 1897-ci ildə 1260 nəfər, 1904 - cü ildə 1725 nəfər, 1914 - cü ildə 1879 nəfər, 1916-cı ildə 2026 nəfər azərbaycanlı yaşamışdır (415, s.86-87, 156-157). 1918-19 - cu illərdə azərbaycanlılar qırğınlarla qovulmuş və 1920-ci ildən sonra Türkiyədən köçürülən ermənilər eyni zamanda bu kənddə yerləşdirilmişdir. Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar geri qayıda bilmişlər.

Burada 1922-ci ildə 880 nəfər azərbaycanlı, 210 nəfər erməni, 1926-cı ildə 690 nəfər azərbaycanlı, 141 nəfər erməni, 1931-ci ildə 663 nəfər azərbaycanlı, 178 nəfər erməni və kürd (415, s.87, 157), 1939 - cu ildə 4600 nəfər azərbaycanlı (85, s.237) yaşamışdır. 1948-53 - cü illərdə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kənddə yaşayan azərbaycanlılar zorla tarixi-etnik torpaqlarından çıxarılaraq Azərbaycana köçürülmüşdür. İndi burada təkcə ermənilər yaşayır.

Toponim fərqləndirici əlamət bildirən aşağı və kəngərli tayfasına mənsub qarabağlar etnonimi əsasında (168, s.99) əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

1918-1920-ci illərdə kəndin adı dəyişdirilib Çimənkənd, sonra Erm.SSR AS RH-nin 25.1.1978-ci il fərmanı ilə yenidən dəyişdirilərək Uradzadzor qoyulmuşdur.

Aşağı Qaraqala - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indiki Kalinino rayonunda kənd. 1930 - cu ildən sonra rayonun yuxarı Qaraqala kəndi ilə birləşdirilib Qaraqala kəndi yaradılmışdır. 1937-ci ilədək, Kalinino rayonunun yaranmasına kimi Cəlaloğlu (Stepanavan) rayonun tərkibində olmuşdur. Burada 1926-cı ildə 135 nəfər, 1931-ci ildə 71 nəfər azərbaycanlı yaşamışdır(415, s.78-79, 148-149).

Toponim türk dilində rəng mə'nasında işlənən qara sözü ilə qala sözündən əmələ gəlmişdir. Toponimin əvvəlindəki «aşağı» fərqləndirici əlamət bildirir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir.

Aşağı Qaranlıq - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Ermənistanda rayon və rayon mərkəzi. Göyçə gölünün sahilində, İrəvandan 130 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.118).

1939 - cu ilin sentyabrın 9-da rayon kimi yaradılmışdır. 1963 - cü ildən şəhər tipli qəsəbədir.

Toponim məkan mə'nası bildirən -lıq şəkilçisi qəbul etmiş, türk dilində «təpə», «qaya» mə’nasında işlənən qara sözü (339, s.256) əsasında əmələ gəlib «təpəlik, dağlıq, qayalıq yer» mə’nasını bildirir. Qara sözü ilə -lıq şəkilçisi arasındakı «n» bitişdirici samit funksiyasını yerinə yetirir. Kənd, doğrudan da, qayalıq, dağlıq bir yerdə yerləşib və hər tərəf təpəlikdən, dağlıqdan ibarətdir. Kəndin relyefi adına uyğun gəlir. Toponimdəki «aşağı» sözü fərqləndirici əlamət bildirir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Oykonimin adı 1926-cı ildə dəyişdirilib Martuni qoyulmuşdur.

Aşağı Qarakoymaz - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Rayon mərkəzindən 9 km cənub-şərqdə, Alagöz dağının qərb tərəfində yerləşir. Qafqazın 5 verstlik xəritəsində Qarakovmaz formasında (348, s.117) qeyd edilmişdir. Kənddə 1831-ci ildə 49 nəfər, 1873 - cü ildə 265 nəfər, 1886-cı ildə 356 nəfər, 1897-ci ildə 233 nəfər, 1904 - cü ildə 394 nəfər, 1914 - cü ildə 418 nəfər, 1916-cı ildə 322 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.34-35, 118-119).

1918-ci ildə kənd erməni təcavüzünə mə'ruz qalaraq sakinləri azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. 1915-18-cı illərdə Türkiyənin Sasun, Taron və Muş vilayətlərindən köçürülən ermənilər və kürdlər burada yerləşdirilmişdir (415, s.34; 85, s.112). İndi ermənilər yaşayır.

Toponim türk dilində «böyük», «təpə», «dağın zirvəsi»,«zirvə» mə'nasında işlənən qara sözündən (339, s.256) və türkdilində kənd mə'nasında işlənən köy sözünün forması olan koy sözü ilə (339, s.282) «dağın cənub yamacı», «yüksəkliyin meşəsiz tərəfi», «dağın gün düşən tərəfi» mənasında işlənən mes(maz - İ.B) sözünün (339, s.369) birləşməsindən əmələ gəlmişdir. «Böyük dağın, təpənin gün düşən, cənub tərəfində olank ənd» mə'nasını ifadə edir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm.SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Nerkin Sasunaşen qoyulmuşdur.

Aşağı Qaraçimən-Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Rayon mərkəzindən 5 km şimal-şərqdə yerləşmişdir.

Kənddə 1831-ci ildə 11 nəfər, 1873 - cü ildə 63 nəfər, 1886-cı ildə 225 nəfər, 1897-ci ildə 34 nəfər, 1904 - cü ildə 216 nəfər azərbaycanlı yaşamışdır (415, s.56-57, 134-135). 1918-ci ilin dekabrın axırlarında ermənilər azərbaycanlıları qırğınlarla qovmuş və yalnız indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin sakinləri öz yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 210 nəfər, 1926-cı ildə 154 nəfər, 1931-ci ildə 212 nəfər azərbaycanlı yaşamışdır (415, s.57, 135). 1988-ci ilin noyabr ayında ermənilər azərbaycanlıları tamamilə qovmuşdur. İndi ermənilər yaşayır.

Toponim türk dilində «böyük, geniş» mə’nasında işlənən qara sözü ilə (142, s.271) «yaşıllıq, otluq» mə’nasında işlənən çimən (çəmən sözünün dialekt variantı) sözünün birləşməsindən əmələ gəlib «böyük çəmənlik» mənasını bildirir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Aşağı Qarxın - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Rayon mərkəzindən 16 km cənubda, Böyük Qarasu çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.37), Qafqazın 5 verstlik xəritəsində (348, s.123) qeyd edilmişdir.

Kənddə 1831-ci ildə 318 nəfər, 1873-cı ildə 369 nəfər, 1886-cı ildə 420 nəfər, 1897-ci ildə 586 nəfər, 1904 - cü ildə 568 nəfər, 1914 - cü ildə 604 nəfər, 1916-cı ildə 631 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.82-83, 152-153). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuş, kəndə 1915-18-cı illərdə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 169 nəfər, 1926-cı ildə 201 nəfər, 1931-ci ildə 212 nəfər azərbaycanlı yaşamışdır (415, s.83, 153). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kənddə yaşayan azərbaycanlılar 1948-49 - cu illərdə zorla tarixi-etnik torpaqlarından Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır.

Toponim Azərbaycan dilində fərqləndirici əlamət bildirən «aşağı» sözü ilə oğuz tayfalarından olan qarxın (mənbələrdə qarqın, qarkın kimi qeyd edilir) etnonimi (238, s.300) əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm.SSR AS RH-nin 15.VII.1946-cı il fərmanı ilə adı dəyişdirilib Araks (Araz çayının ermənicə adı) qoyulmuşdur.

Aşağı Qızqala - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. 1930 - cu ildə ləğv edilmişdir.

Azərbaycan dilində r~z səs əvəzlənməsinin qanunauyğun hal olduğunu (2, s.234-248) nəzərə alıb qeyd edə bilərik ki, toponim qədim türk dilində «yayla» (399, s.324; 299, s.445) «çöl, dağ zirvəsi, dağ, təpə, dağ qılıcı» (339, s.327-328) mənasında işlənən qır (>qız) sözü ilə qala sözündən əmələ gəlmişdir. «Aşağı» fərqləndirici əlamət bildirir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Aşağı Qoylasar - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Kəndin başqa adı Sufla Qoylasar olmuşdur (415, s.48). Rayon mərkəzindən 10 km məsafədə, Xaraba Kotanlı kəndindən 7 km cənubda yerləşir.

Burada tarixən yalnız azərbaycanlılar yaşamışdır. 1828-30 - cu illərdə kəndə İrandan ermənilər köçürülmüşdür (386, s.551-554). Burada 1831-ci ildə 5 nəfər, 1873 - cü ildə 4 nəfər, 1897-ci ildə 19 nəfər azərbaycanlı yaşamışdır (415, s.48-49, 128-129). XX əsrin əvvəllərində (1905-1906) azərbaycanlılar qovulmuşdur. İndi ermənilər yaşayır.

Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət funksiyasında iştirak edən aşağı sözü ilə «qala» və «hasar» sözlərinin təhrif edilmiş forması olan qoylasar sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Erm.SSR AS RH-nin l.XII.1949 - cu il fərmanı ilə kəndin adı dəyişdirilib Dimitrov qoyulmuşdur.

Aşağı Qulubəyli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonu ərazisində kənd. Böyük Qarasu çayının yanında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində (348, s.147) qeyd edilmişdir.

Kənddə 1873 - cü ildə 298 nəfər, 1886-cı ildə 421 nəfər, 1897-ci ildə 501 nəfər, 1904 - cü ildə 718 nəfər, 1916-cı ildə 550 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.82-83, 152-153). 1918-ci ildə kənd erməni təcavüzünə mə'ruz qalaraq sakinləri azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuşdur və kəndə xaricdən köçürülən yezidi kürdlər yerləşdirilmişdir. 1940-cı ildə kənd ləğv edilmişdir.

Toponim fərqləndirici əlamət bildirən aşağı sözü ilə -li şəkilçisi qəbul etmiş Qulubəy şəxs adı əsasında əmələ gəlmişdir. «Qulubəyə mənsub kənd» mə'nasını ifadə edir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Aşağı Darğalı - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Rayon mərkəzindən 3-4 km şərqdə, Gərni çayından axan arxın yanında, Araz çayının yaxınlığında, Yuva kəndinin yaxınlığında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.100), Qafqazın 5 verstlik xəritəsində (348, s.75) qeyd edilmişdir. Burada tarixən, 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. Kəndə ermənilər 1828-30 - cu illərdə Iranın Xoy və Salmas vilayətlərindən köçürülmüşdür (427, s.226).

Kənddə ermənilərlə yanaşı, 1831-ci ildə 125 nəfər, 1873 - cü ildə 22 nəfər, 1886-cı ildə 36 nəfər, 1897-ci ildə 11 nəfər azərbaycanlı yaşamışdır (415, s.48-49, 128-129). 1918-ci ildə azərbaycanlılar soyqırımına mə'ruz qaralaraq deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır. Toponim monqol dilində «şəhər, qəza, mahal, vilayət hakimi» mə'nasında işlənən darğa sözünə (10, s.36) mənsubluq bildirən -lı şəkilçisinin artırılmasından əmələ gəlib «şəhər, qəza, mahal, vilayət hakiminə mənsub kənd» mə’nasını bildirir. «Aşağı» fərqləndirici əlamət bildirir. Quruluşca mürəkkəb toponimdir.

Erm.SSR AS RH-nin l.XII.1949 - cu il fərmanı ilə kəndin adı dəyişdirilib Anastasavan (26-lardan olan Anastas Mikoyanın şərəfinə), 30.XII.1957-ci il fərmanı ilə yenidən dəyişdirilərək Aygezard qoyulmuşdur.

Aşağı Əylənli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Rayon mərkəzindən 6 km cənub-şərqdə, Kasax çayının sağ sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.8) qeyd edilmişdir. Kəndin digər adı Əylənli-Yasaxlu olmuşdur (415, s.80; 348, s.8). Burada 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra 1826-30 - cu illərdə kəndə İrandan köçürülən ermənilər yerləşdirilmişdir (386, s.583-586) 1830 - cu ildən sonra qarışıq kəndə çevrilmişdir.

Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 59 nəfər, 1897-ci ildə 8 nəfər azərbaycanlı yaşamışdır (415, s.80-81, 150). Onlar 1890-cı illərdə ermənilər tərəfindən sıxışdırılaraq tarixi-etnik torpaqlarından qovulmuşdur. İndi ermənilər yaşayır.

Toponim əylənli nəsil adı əsasında əmələ gəlmişdir. Əylənli tayfası F.Sümərin «Oğuzlar» əsərində əylənoğlu formasında qeyd edilir (238, s.185). «Aşağı» sözü fərqləndirici əlamət bildirir. Patronim toponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm.SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Lenuği (Lenin yolu) qoyulmuşdur.

Aşağı Əli qrıx - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Q.Alişanın «Sisakan» əsərində (427, s.85) adı çəkilir. Əhalisi Əliqrıx kəndindən köçmüşdür.

Aşağı Ərmik - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd olmuşdur. Vedi çayının aşağı axarında, Axissu bulağının yanında yerləşirdi. «İrəvan əyalətinin icmal dəftəri»ndə Ərmük formasında (143, s.105), Qafqazın 5 verstlik xəritəsində Ərmik kimi (348, s.19) qeyd edilmişdir.

Kənddə 1877-cı ildə 312, 1897-ci ildə 192, 1906-cı ildə 156 nəfər azərbaycanlı yaşamışdır (415, s.84-85; 427, s.220). 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndi Ermənistan adlanan ərazidə sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə dönə bilmişlər. Burada 1926-cı ildə 21 nəfər azərbaycanlı yaşamışdır (415, s.84-85). Kəndin əhalisi azərbaycanlılar 1948-49 - cu illərdə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə Azərbaycana köçürülmüş və kənd 1949 - cu ildə ləğv edilmişdir. İndi xaraba kənddir.

Aşağı Zağalı - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 9 km qərbdə, Göyçə gölünün cənub-şərq sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.94) qeyd edilmişdir. Basarkeçər rayonunda XIX əsrdə yalnız Zağalı kəndi ollmuşdur (386, s.599-600; 348, s.94) Zağalı kəndinin sakinləri isə yalnız azərbaycanlılar olmuşlar. Türkmənçay müqaviləsindən sonra 1828-29 - cu illərdə Türkiyə və İrandan köçürülən ermənilərin bir hissəsi də Basarkeçər rayonu ərazisində yerləşdirilmişdir. Zağalı kəndinə isə ermənilər 1830 - cu illərdən sonra köçürülmüşdür. Bura köçürülən ermənilər Zağalı kəndinin yaxınlığında ayrıca kənd salmış və Zağalı kəndindən fərqləndirmək üçün kəndi Aşağı Zağalı adlarıdırmışlar. Burada ermənilərlə yanaşı azərbaycanlılar yaşamışdır.

Toponim Azərbaycan dilində «mağara», «kaha» mənasında işlənən zağa sözünə -lı şəkilçisinin artırılması əsasında yaranmışdır. Kənd dağlıq ərazidə, zağa olan yerdə salındığı üçün Zağalı adlandırılmışdır. Relyef əsasında yaranan toponimdir. Aşağı fərqləndirici əlamət bildirən sözdür. Quruluşca mürəkkəb toponimdir.

Erm.SSR AS RH-nin 12.VIII.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Tsovak (Göllü) qoyulmuşdur.

Aşağı Kəhriz - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonu ərazisində kənd olmuşdur. 1897-ci ildə 40 nəfər yaşamışdır (415, s.50-51). XX əsrin əvvəllərində - 1905-1906-cı illərdə kənd ləğv edilmişdir. İndi xaraba kənddir. Toponim fərqləndirici əlamət bildirən aşağı sözü ilə «yeraltı su yolu, su kəməri» mənasında işlənən kəhriz sözündən (11, s.62) əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Aşağı Kilsə - İrəvan quberniyasının Loru-Pəmbək qəzasında, indi Quqark rayonunda kənd. Rayon mərkəzindən 23 km cənub-qərbdə, Hallavarla Güllüdərə kəndləri arasında yerləşir. Quqark rayonunda tarixən Kilsə kəndi olmuşdur. Sonra Kilsə kəndindən ayrılanlar yeni kənd salırlar. Yeni salınan kənd Kilsə kəndindən fərqləndirilmək üçün Aşağı Kilsə kəndi adlandırılmışdır.

Kənddə 1922-ci ildə 87, 1926-cı ildə 110, 1931-ci ildə 128 nəfər (415, s.54-55, 132-133), 1987-ci ildə 120 nəfər (85, s.314) azərbaycanlı yaşamışdır. 1988-ci ilin dekabr ayında ermənilər kəndə hücum edərək azərbaycanlıları zor və qırğınlarla öz doğma kəndlərindən qovmuşlar. İndi burada yalnız ermənilər yaşayır.

Toponim «aşağı» fərqləndirici sözü ilə «dini məbəd» mənasında işlənən kilsə sözünün birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir.

Aşağı Girətağ - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Rayon mərkəzindən 12 km şimal-qərbdə, Oxçu çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində Kirətaq formasında qeyd edilmişdir(348, s.134).

Tarixən Zəngəzur qəzasında Girətağ adlı bir kənd olmuşdur. Sonralar bir qrup kənd sakini Girətağdan köçərək kəndin yaxınlığında yeni kənd salırlar və yeni salman kənd Aşağı Girətağ, Girətağın özü isə Yuxarı Girətağ adlanmışdır.

Aşağı Girətağda 1897-ci ildə 87 nəfər azərbaycanlı yaşamışdır (415, s.56-57). 1918-ci ildə kəndin sakinləri erməni soyqırımına mə'ruz qaralaq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kənd sakinləri doğma yurdlarına dönə bilmişdir.

Kənddə 1922-ci ildə 82 nəfər, 1926-cı ildə 87 nəfər, 1931-ci ildə 127 nəfər (415, s.57, 135), 1939 - cu ildə 139 nəfər, 1959 - cu ildə 167 nəfər, 1979 - cu ildə 143 nəfər (427, s.868) yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tamamilə tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.

Toponim türk dilində «dağ silsiləsi, sıra dağlar», «çöl, dağ, hündür yer, təpəlik», «dağ qılıcı, yayla» mə’nasında işlənən kir sözü ilə (359,11(2), s.860; 339, s.327) dağ (tağ) sözünün birləşməsindən əmələ gəlmişdir. Toponimin əvvəlindəki «aşağı» sözü fərqləndirici əlamət bildirir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

 

Aşağı Gödəkli - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Rayon mərəkəzindən 10 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Gedaklu formasında qeyd edilmişdir (348, s.127).

Kənddə 1831-ci ildə 26 nəfər, 1873 - cü ildə 154 nəfər, 1886-cı ildə 206 nəfər, 1897-ci ildə 123 nəfər, 1904 - cü ildə 439 nəfər, 1914 - cü ildə 153 nəfər azərbaycanlı yaşamışdır (415, s.56-57, 134-135). 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına mə'ruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 42 nəfər, 1926-cı ildə 60 nəfər, 1931-ci ildə 74 nəfər (415, s.57, 135), 1939 - cu ildə 87 nəfər, 1959 - cu ildə 95 nəfər, 1970-ci ildə 447 nəfər, 1979 - cu ildə 294 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabrın axırında azərbaycanlılar Ermənistan dövləti tərəfindən öz doğma torpaqlarından qovulmuşlar. İndi burada ermənilər yaşayır.

Toponim «aşağı» fərqləndirici sözü ilə türk mənşəli qazaxlar tayfasının bir qolu olan gödəkli etnonimindən (386, s.535) əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Aşağı Körpülü - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd. Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. 1920-ci ildən sonra kərimlilər və dəmirçililər tayfası Körpülü kəndindən 1,5 km aralı yeni yurd salmışlar. Həmin ildən Körpülü - Yuxarı Körpülü və Aşağı Körpülü kəndlərinə bölünmüşdür. Deməli, Aşağı Körpülü kəndi 1920-ci ildən sonra salınmışdır.

Kənddə 1922-ci ildə 253 nəfər, 1931-ci ildə 319 nəfər azərbaycanlı yaşamışdır (415, s. 100-101). Kəndin sakinləri 1948-ci ildə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə tarixi-etnik torpaqlarından deportasiya olunmuş və kənd ləğv edilmişdir.

Toponim fərqləndirici əlamət bildirən aşağı və «çay, dəmiryolu və s. üzərindən keçmək, daşdan, taxtadan, dəmirdən qurulan tikili keçid» mənasında işlənən körpü sözlərindən əmələ gəlmişdir (11, s.112). Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Aşağı Gəzbin - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonu ərazisində kənd. 1926-cı ildə ləğv edilmişdir. Toponim fərqləndirici əlamət bildirən aşağı sözündən, Azərbaycan dilində «gədiyin ən alçaq yeri» (253, s.126), «keçid, dağın təpəsindəki çökək, dağ çökəyi» mə'nasında işlənən gəz sözü ilə (339, s.167), «köçərilərin mal-qara ilə köçüb, kənddən kənarda məskan saldıqları yer, yurd, köç» (9, s.273), «yaşayış yeri, kənd, köç yeri, dayanacaq, heyvan saxlanan yer» mənasında işlənən binə sözünün (278, s.37) birləşməsindən əmələ gəlib «gəzdəkdə olan yaşayış məntəqəsi» mə'nasını ifadə edir. Relyef əsasında əmələ gələn mürəkkəb quruluşlu toponimdir.

Aşağı Gözəldərə - İrəvan quberniyasmda Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Rayon mərkəzindən 13 km şimalda, Gözəldərə çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.58) qeyd edilmişdir. 1828-ci ilə qədər burada yalnız azərbaycanlı yaşamışdır. Ermənilər buraya Türkmənçay müqaviləsindən sonra, 1828-30 - cu illərdə Türkiyədən köçürülüb yerləşdirilmişdir (386, s.595-598). 1897-ci ildə kənddə ermənilərlə yanaşı 108 nəfər azərbaycanlı yaşamışdır (415, s.66-67). XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə ermənilərin təcavüzünə mə'ruz qalan azərbaycanlılar deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.

Toponim fərqləndirici əlamət bildirən «aşağı» sözü ilə gözəl və dərə sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm.SSR AS RH-nin 7.XII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vardenis qoyulmuşdur.

Aşağı Güllüdüz - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd.

Kənddə 1873 - cü ildə 115 nəfər, 1886-cı ildə 217 nəfər, 1904 - cü ildə 151 nəfər, 1914 - cü ildə 166 nəfər, 1916-cı ildə 407 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.92-93, 160-161). 1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Ancaq indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri ata-baba yurdlarına dönə bilmişlər. Burada 1922 - cü ildə 142 nəfər, 1926-cı ildə 31 nəfər, 1931-ci ildə 190 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.93, 161). 1959 - cu ildə rayondakı Yuxarı Güllüdüzü kəndi ilə birləşdirilib Güllüdüzü kəndi yaradılmışdır.

Toponim fərqləndirici əlamət bildirən aşağı sözündən və «güllü, çiçəkli» mənasında işlənən güllü sözünə Azərbaycan dilində «enişi, yoxuşu, çuxuru, təpəsi olmayan» mənasında işlənən düz sözünün birləşməsindən əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Aşağı Molla Saflar - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. 1930 - cu ildə ləğv edilmişdir. Şəxs adı əsasında əmələ gələn mürəkkəb quruluşlu toponimdir.

Aşağı Necili - İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Rayon mərkəzindən 2 km qərbdə yerləşir. Zəngibasar (Masis) rayonu təşkil edilənədək 1969 - cu ilə kimi Qəmərli (Artaşat) rayonun tərkibində olunmuşdur. Qafqazın 5 verstlik xəritəsində (348, s.186) qeyd edilmişdir. Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır (386, s.547-550).

Kənddə 1831-ci ildə 411 nəfər, 1873 - cü ildə 1183 nəfər, 1886-cı ildə 1147 nəfər, 1897-ci ildə 1178 nəfər, 1908-ci ildə 1430 nəfər, 1914 - cü ildə 1573 nəfər, 1916-cı ildə 1074 nəfər yalınz azərbaycanlı yaşamışdır (415, s.48-49, 128-129). 1918-ci ildə kəndin əhalisi erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 555 nəfər, 1926-cı ildə 726 nəfər, 1931-ci il ldə 379 nəfər azərbaycanlılar yaşamışdır (415, s.49, 129). Ermənilər buraya əlavə olaraq 1946-48-cı illərdə xaricdən köçürülmüşdür.

1988-ci ilin oktyabr-noyabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.

Toponim fərqləndirici əlamət bildirən aşağı sözü ilə nəcli türk etnonimi (143, s.30) əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm.SSR AS RH-nin 25.1.1978-ci il tarixi fərmanı ilə adı dəyişdirilib Sayat Nova (erməni şairi) qoyulmuşdur.

Aşağı Novruzlu - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd.

Kənddə ermənilərdən başqa, 1922-ci ildə 139 nəfər, 1926-cı ildə 231 nəfər, 1931-ci ildə 205 nəfər azərbaycanlı yaşamışdır (415, s.48-49, 128-129). SSRİ Nazirlər Sovetinin 1947 və 1948-ci il tarixli xüsusi qərarı ilə azərbaycanlılar 1948-49 - cu illərdə tarixi-etnik torpaqlarından çıxarılaraq Azərbaycana köçürülmüşdür.

Toponim novruzlu nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Mürəkkəb toponimdir.

Aşağı Pirtikan - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Talin rayonunda kənd. Rayon mərkəzindən 9 km şimalda, Mastara çayının yanında yerləşir. Kəndin digər adı Türk Pirtikarı (Pirtikan Türk) olmuşdur (415, s.36).

Kənddə 1873 - cü ildə 65 nəfər, 1886-cı ildə 112 nəfər, 1897-ci ildə 140 nəfər, 1904 - cü ildə 153 nəfər, 1914 - cü ildə 166 nəfər, 1916-cı ildə 157 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.36-37, 118-119). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri-azərbaycanlılar qırğınlarla deportasiya olunmuşlar və Turkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndi ermənilər yaşayır.

Toponim qıpçaqların tikan etnonimi (286, s.66) əsasında əmələ gəlmişdir. Toponimin əvvəlindəki «aşağı» sözü Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən söz kimi iştirak edir. Pir sözü isə dini məbəd mənasında işlənir. «Tikan tayfasının tikdiyi pirin yanındakı kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 2.III.1940-cı il fərmanı ilə adı dəyişdirilib Zoragyuğ qoyulmuşdur.

Aşağı Talin - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Rayon mərkəzindən 5 km məsafədə yerləşir. Kəndin digər adı «Türk Tatar Talini» olmuşdur (415, s.34). Qafqazın 5 verstlik xəritəsində (348, s.236) qeyd edilmişdir.

Kənddə 1873 - cü ildə 248 nəfər, 1886-cı ildə 253 nəfər, 1897-ci ildə 418 nəfər, 1908-ci ildə 376 nəfər, 1914 - cü ildə 400 nəfər, 1916-cı ildə 471 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.34-35, 118-119). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq yerli sakinləri - azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş, Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir (415, s.119). İndi ermənilər yaşayır.

Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən aşağı sözü ilə türk dilində «söyüd ağacı, söyüd kolu» mənasında işlənən tal sözündən (341, s.180-182; 337, s.235) və türk dilində «daxma, koma, mağara, kaha» mənasında işlənən in sözündən (299, s.209) əmələ gəlmişdir.

Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm.SSR AS RH-nin 25.1.1978-ci il fərmanı ilə adı dəyişdirilib Nerkin Talin qoyulmuşdur.

Aşağı Türkmənli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Rayon mərkəzindən 15 km məsafədə, Böyük Qarasu çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində «Türkmənli» formasında (348, s.248) qeyd edilmişdir.

Toponim Azərbaycan dilində fərqləndirici əlamət bildirən aşağı sözü ilə -li mənsubluq şəkiliçisi qəbul etmiş qızılbaşların türkmən etnonimindən (175, s.18) əmələ gəlib, «Türkmən tayfasının yaşadığı kənd» anlamını verir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm.SSR AS RH-nin 3.1.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Musagyuğ (Musakənd) qoyulmuşdur.

Aşağı Xatınarx - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Rayon mərkəzindən 6 km cənubda, Böyük Qarasu çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.262) qeyd edilmişdir. Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra 1828-29 - cu illərdə buraya İranın Xoy və Salmas vilayətlərindən ermənilər köçürülüb yerləşdirilmişdir (427, s.778).

Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 208 nəfər azərbaycanlı yaşamışdır (415, s.152). 1870-ci illərdə azərbaycanlılar sıxışdırılaraq tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.

1670-80-cı illərdə Çuxur-Səd bəyləribəyi Səfixanın Qarasu çayından çəkdirdiyi arxın kənarında onun arvadı Xatın, kənd saldırmış və həmin kənd Xatınarx adlanmışdır (427, s.778; 327, s.55). Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm.SSR AS RH-nin 25.1.1978-ci il fərmanı ilə adı dəyişdirilib Qay qoyulmuşdur.

Aşağı Xotanan - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Rayon mərkəzindən 23 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.268).

Toponim türk mənşəli xotan etnonimi (275, s.399) əsasında formalaşmışdır. Toponimin sonundakı -an şəkilçisi cəmlik əlaməti bildirir. «Xotanlar tayfasının yaşadığı kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Aşağı Hunud - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. 1930 - cu ildə ləğv edilmişdir.

Toponim fərqləndirici əlamət bildirən aşağı sözü ilə -ud şəkilçisi qəbul etmiş hun türk etnonimi (287, s.124-125; 174, s.49-66) əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Aşağı Çanaxçı - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Ordun çayının yanında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.279). XX əsrin əvvəllərində ləğv edilmişdir.

Toponim çanaxçı türk tayfasının (407, s.88) adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Aşağı Çəmbərək - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunda kənd. Rayon mərkəzindən 4 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.279) qeyd edilmişdir. Kəndi XIX əsrdə rayondakı Çəmbərək kəndindən köçənlər salmışdır.

Toponim fərqləndirici əlamət bildirən aşağı sözündən və Azərbaycan dilində şam ağacının adını ifadə edən çam (>çəm) sözü ilə (238, s.154) baraq (>bərək - İ.B) türk etnonimindən (321, s.43,45; 228, s. 16-17; 238, s.201) əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Aşağı Şipirxan - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Barana (Noemberyan) rayonu ərazisində yaşayış məskəni. Ayrım kəndinin yaxınlığında yerləşirdi. 1926-cı ildə burada 31 nəfər azərbaycanlı yaşamışdır. 1930 - cu illərdə azərbaycanlılar köçürülmüş və kənd ləğv edilmişdir. İndi ölü kənddir.

Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Aşağı Şəhərcik - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd. 1897-ci ildə 155 nəfər azərbaycanlı yaşamışdır (415, s.59-60). XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar deportasiya olunmuş və kənd, Yuxarı Şəhərcik kəndi ilə birləşdirilərək ləğv edilmişdir. İndi xaraba kənddir.

Aşağı Şorca - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Kəndin başqa adları Yeni Keyti, Salman kənd olmuşdur (415, s.26). İ.Şopenin əsərində kəndin adı «Aşağı Keyti və ya Salman kəndi» formasında qeyd edilmişdir (386, s.599). Kənd rayon mərkəzindən 13 km cənub-şərqdə yerləşir. Kəndin adı Qafqazın 5 verstlik xəritəsində (348, s.297) qeyd edilmişdir.

Kənddə 1831-ci ildə 164 nəfər, 1873 - cü ildə 411, 1886-cı ildə 524 nəfər, 1897-ci ildə 584 nəfər, 1908-ci ildə 721 nəfər,1914 - cü ildə 910 nəfər, 1916-cı ildə 843 nəfər azərbaycanlı yaşamışdır (415, s.26-27, 112-113). 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar geri qayıda bilmişlər. Burada 1922-ci ildə 394, 1926-cı ildə 494, 1931-ci ildə 617 (415, s.27, 113), 1987-ci ildə 1500 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövlət tərəfindən tarixi-etnik torpaqlarından qovulmuşlar. İndi ermənilər yaşayır.

Toponim «duzlu, şoranlı» mənasında işlənən şor sözünə sifətin çoxaltma dərəcəsini bildirən -ca şəkilçisinin artırılması əsasında yaranmışdır. Quruluşca mürəkkəb toponimdir.

Aşirabad - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Nairi rayonu ərazisində kənd. Ərzini kəndinin yanında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində (348, s.24) qeyd edilmişdir.

Nairi rayonu təşkil edilənədək (15 mart 1972) kənd Əştərək rayonunun tərkibində olmuşdur.

Kənddə 1873 - cü ildə 136 nəfər, 1886-cı ildə 155 nəfər, 1897-ci ildə 162 nəfər, 1908-ci ildə 180 nəfər, 1914 - cü ildə 281 nəfər, 1916-cı ildə 277 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.22-23, 106-107). Burada 1918-ci ilə kimi yalnız azərbaycanlılar yaşasa da, «Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti»ndə kənddə 1918-ci ilə kimi azərbaycanlı və ermənilərin yaşadığı göstərilir (427, s.290). Halbuki Aşirabad kəndində azərbaycanlılarla ermənilər qarışıq şəkildə 1922-ci ildən yaşamağa başlamışlar (415, 107). 1918-ci ildə kəndin əhalisi erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. 1920-ci ildə kəndə ermənilər köçürülmüşdür. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 24 nəfər azərbaycanlı yaşamışdır (415, s.107). 1926-30 - cu illərdə azərbaycanlılar zorla köçürülmüşdür. Kənd 1950-ci ildə ləğv edilmişdir. İndi ölü kənddir.

Toponim tayfa mənasında işlənən əşirət sözü ilə (əşirət sözündəki -ət şəkilçisi ixtisar edilmişdir) «şəhər, kənd, yaşayış yeri» mənasında işlənən abad sözündən (339, s.36) əmələ gəlmişdir. Etnotoponimdir. Mürəkkəb quruluşlu toponimdir.

Aşnak - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Rayon mərkəzindən 12 km cənubda, Alagöz dağının cənub-qərbində, İrəvan-Talin avtomobil yolunun sol tərəfində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.85), Qafqazın 5 verstlik xəritəsində (348, s.303) qeyd edilmişdir. Kəndin adı həm də Eşnək formasında göstərilir (348, s.303; 415, s.34;427, s.294).

Kəndin adı ilk dəfə V əsrdə xatırlanır. Burada IV-V əsrlərə aid alban kilsəsinin qalıqları, IX-X əsrlərdə tikilən qalanın xarabalıqları indi də durur. Qədim Aşnak kəndi indiki Aşnak kəndindən 5 km qərbdə yerləşmişdir (427, s.294).

Kənddə 1831-ci ildə 62 nəfər, 1873 - cü ildə 363 nəfər, 1886-cı ildə 469 nəfər, 1897-ci ildə 744 nəfər, 1904 - cü ildə 477 nəfər, 1914 - cü ildə 507 nəfər, 1916-cı ildə 806 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.34-35, 116-117). Kənd 1918-ci ildə erməni təcavüzünə məruz qalaraq sakinləri - azərbaycanlılar qırğınlarla tarixi torpaqlarından deportasiya olunmuşdur. Bura 1914-20-cı illərdə Türkiyənin Sasun vilayətindəki Pirşen, Mşkeğ, Salvorik, Mkdenk, Crdnik, Kaşrenk, Cam, Nadopa, Blrenk, Talhor, Qomk, Xablzoq, Xarver, Qoşa, Tği, Areqdem kəndlərindən köçürülən ermənilər yerləşdirilir (427, s.294).

İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk edən azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına qayıda bilmişdir. 1922-ci ildə kənddə ermənilərlə yanaşı 22 nəfər azərbaycanlı yaşamışdır (415, s.117). Onlar 1924-25-cı illərdə sıxışdırılaraq kənddən qovulmuşdur.

Lakin tarixi faktlar erməni mənbələrində saxtalaşdırılaraq təhrif edilir. «Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti»ndə göstərilir ki, Aşnak kəndində 1831-ci ildə 62, 1873 - cü ildə 363 nəfər erməni yaşamışdır (427, s.294). Halbuki bu illərdə kənddə ermənilər yox, təkcə azərbaycanlılar yaşamışdılar (415, s.l 16). İndi ermənilər yaşayır.

Toponim aşina //aşna türk etnoniminə (180, s.30; 393, s. 16-20) cəmlik bildirən -k şəkilçisinin artırılması yolu ilə düzəlib «aşina tayfasının yaşadığı kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

 


Ñòð.| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |