ÊÀÐÀÁÀÕ â ÄÎÊÓÌÅÍÒÀÕ

 

 Íà÷àëî | ÁÈáëèîòåêà | Ôîòî ôàêòû | Êàðòèííàÿ ãàëåðåÿ | Ññûëêè | Ôîðóì | ÎïðîñÏîèñê â google | AZAD QARABAĞ |

Sabir Asadov. WESTERN AZERBAIJAN

İbrahim Bayramov

QƏRBİ AZƏRBAYCANIN TÜRK MƏNŞƏLİ TOPONİMLƏRİ

A | B | V | Q | D | E | Ə | Z | İ | Y | K | G | L | M | N | O | Ö | P | R | S | T | U | Ü | F | X | H | Ç | C | Ş


P

 

Palıdlı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonunda kənd. Rayon mərkəzindən cənub-şərqdə, Gürcüel (Torosgyuğ) kəndindən 4 km şərqdə yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tərkibində olmuşdur.

Toponim palıd ağac adına çoxluq mənasında işlənən -lı şəkilçisinin qoşulması əsasında əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Erm. SSR AS RH-nin 25.l.1978-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Arpeni qoyulmuşdur.

Pamb - İrəvan quberniyasının Eçmidəzin qəzasında, indiki Alalgöz (Araqadz) rayonunda kənd. Rayon mərkəzindən 17 km məsafədə yerləşir. Kəndin digər adı «Pəmbək Qarakilsə Yayla» olmuşdur (415, s.4).

Toponim türk dilində «yüksək dağ burnu» (339, s.91), «yol keçən dağ və çay arasında nazik yer», «qayalıq, yarğan, uçurum», «sıldırım qayaların sahili, kənarı» (337, s.238) mənasında işlənən bom / boom sözü əsasında əmələ gəlmişdir. Toponimin (Pamb) sonundakı «b» şəkilçidir. Orotoponimdir. Quruluşca sadə toponimdir.

Patrinc - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Rayon mərkəzindən 8 km masafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Batrınc formasında (143, s.37) qeyd edilmişdir. Kənddə 1831-ci ildə 51 nəfər, 1873 - cü ildə 327 nəfər, 1886-cı ildə 449 nəfər, 1897-ci ildə 463 nəfər, 1908-ci ildə 526 nəfər, 1914 - cü ildə 640 nəfər, 1916-cı ildə 599 nəfər, (415, 22-23, 108-109), 1918-ci ildə 526 nəfər, (309, s.218), 1919 - cu ildə 310 nəfər (415, s. 108-109) yalnız azərbaycanlı yaşamışdır. 1919 - cu ilin yazında kəndin köklü sakinləri olan azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla deportasiya edilərək (309, s.221) kəndə ermənilər yerləşdirilmişdir (415, s. 108-109). Toponim urartu dilində «şəhər» mənasında işlənən patar sözü (317, s.71) əsasında yaranmışdır. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin I. XII. 1949 - cu il fərmanı ilə kəndin adı dəyişdirilib Voskeat qoyulmuşdur.

Parpi - İrəvan quberniyasının Emiədzin qəzasında, indi Əşətərək rayonunda kənd. Rayon mərkəzindən 4 km şimal-qərbdə, Alagöz dağının cənub-şərq ətəyində yerləşir. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Parpi (143, s.162), 1728-ci ildə yazılmış «İrəvan əyalətinin icmal dəftəri»ndə Parbi (143, s.85) formasında qeyd edilmişdir. Burada 1826-cı ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. 1828-1830 - cu illərdə Türkiyədən buraya ermənilər köçürülmüşdür.

Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 145 nəfər, 1873 - cü ildə 145 nəfər, 1886-cı ildə 140 nəfər, 1897-ci ildə 199 nəfər azərbaycanlı yaşamışdır (415, s.22-23, 108-109). 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar ata-baba torpaqlarına dönə bilmişdir. Burada 1922-ci ildə 69 nəfər, 1926-cı ildə 89 nəfər, 1931-ci ildə 93 nəfər azərbaycanlı yaşamışdır (415, s.22-23, 108-109). 19481949 - cu illərdə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar zorla tarixi-etnik torpaqlarından sıxışdırılaraq Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır.

Toponim «açıq çöl, bozqır» (oòêðûòàÿ ñòåïú; 359, IV (2), c. 1144), «dağ silsiləsi» (339, s.429) mənasında işlənən par sözünə -pi şəkilçisinin qoşulması yolu ilə əmələ gəlmişdir. «pi» Bisitun qayalarındakı mixi yazıların ikinci qolunun dilindən Elam dilindən göründüyü kimi cəm bildirən şəkilçidir. Bu yazılarda həmin şəkilçi «p», «ap», «pe», «pi» şəkillərində tayfa və ölkə bildirən adların sonuna bitişdirilərək işlənmiş və belə sözlər həmin şəkilçi ilə birlikdə «el», «tayfa», «qəbilə», «yurd», «ölkə» mənalarını ifadə etmişdir (78, s.29). Orotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Paşadüz - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda düz. Paşa şəxs adı ilə düz sözünün birləşməsindən əmələ gəlmişdir. Antropooronimdir. Quruluşca mürəkkəb oronimdir.

Paşakənd - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Axta (Razdan) rayonunda kənd. Rayon mərkəzindən 12 km şimal-qərbdə, Pəmbək dağının ətəyində, Kəvər çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.200) qeyd edilmişdir.

Erməni mənbələrində kəndin adı erməni dilinə kalka edilərək Paşagyuğ (Paşakənd) formasında verilmişdir (415, s. 18).

Kənddə 1831-ci ildə 76 nəfər, 1873 - cü ildə 268 nəfər, 1886-cı ildə 436 nəfər, 1897-ci ildə 490 nəfər, 1908-ci ildə 673 nəfər, 1914 - cü ildə 908 nəfər, 1916-cı ildə 712 nəfər azərbaycanlı yaşamışdır (415, s. 18-19, 102-103). 1918-ci ilin azərbaycanlılar qırğınlarla qovulmuşlar, kəndə ermənilər köçürülmüşdür. 1919 - cu ildə kəndə 380 nəfər erməni yerləşdirilmişdir (415, s. 102-103). İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə ermənilərlə yanaşı kənddə 69 nəfər, 1926-cı ildə 98 nəfər, 1931-ci ildə 126 nəfər azərbaycanlı yaşamışdır (415,s.18-19, 102-103). 1948-ci ildə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır.

Toponim Paşa şəxs adı ilə kənd sözünün birləşməsindən əmələ gəlib. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Marmarik qoyulmuşdur.

Paşakənd - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində qışlaq olmuşdur. 1897-ci ildə ermənilərlə yanaşı 21 nəfər azərbaycanlı yaşamışdır (415, s.62-63). XX əsrin əvvəllərində azərbaycanlılar deportasiya olunmuş və 1930 - cu illərdə yaşayış məntəqəsi kimi ləğv edilmişdir.

Toponim şəxs adı əsasında əmələ gələn antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Paşalı - İrəvan quberinyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. Arpaçayın sol qolları olan Paşalıçayın və Yazıyurdçayın yanında, rayon mərkəzindən 11 km məsafədə yerləşir. 1728-ci ildə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.60), Qafqazın 5 verstlik xəritəsində (348, s.200) qeyd edilmişdir. Yaşayış məntəqəsinin adı erməni mənbələrində Pşonk formasında XIII əsrdə xatırlanır (422, s.86). Burada ermənilərlə yanaşı 1897-ci ildə 39 nəfər, 1926-cı ildə 5 nəfər azərbaycanlı yaşamışdır (415, s.90-91). 1930 - cu illərdə azərbaycanlılar kənddən çıxarılmışdır. Kənddə ermənilər yaşayır.

Toponim paşalı nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Qumluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Əzizbəyov, 8. VII. 1957-cı il fərmanı ilə yenidən dəyişdirilərək Zaritan qoyulmuşdur.

Paşalı - indi Ermənistan adlanan respublikada rayon. 1920-ci ilədək Azərbaycan Respublikasının tərkibində İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasının tərkibinə daxil olmuşdur.

1920-ci ildə indi Ermənistan adlanan ərazidə sovet hökuməti qurulandan sonra Şərur-Dərələyəz qəzası iki yerə böünmüş və Dərələyəz qəzası Ermənistan SSR-in tabeliyinə verilmişdir. Paşalı rayonunun ərazisi Ermənistan SSR-in Dərələyəz qəzasının inzibati ərazi bölgüsünə daxil edilmişdir.

Z. Qorqodyanın 1932-cı ildə çap etdirdiyi «1831-1931-ci illərdə Sovet Ermənistanın əhalisi» kitabında (erməni dilində) Paşalı rayonunun ərazisində 60 kəndin olduğu göstərilir (415, s.8890). Rayon kimi 15 oktyabr 1931-ci ildə yaradılmış və rayon mərkəzi Soylan (Əzizbəyov, 12. 10. 1956) adlanmışdır. İndi rayonunun tabeliyində 20 yaşayış məntəqəsi vardır.

Erm. SSR AS RH-nin 12. X. 1956-cı il fərmanı ilə rayonun adı dəyişdirilib Əzizbəyov, azərbaycanlılar 1988-ci ilin noyabr - dekabr aylarında rayon ərazisindən deportasiya olunduqdan sonra, Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə adı dəyişdirilib Vayk qoyulmuşdur.

Persi - İrəvan quberinyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Rayon mərkəzindən 68 km şimal-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.88) qeyd edilmişdir.

Kənddə 1831-ci ildə 76 nəfər, 1873 - cü ildə 225 nəfər, 1886-cı ildə 229 nəfər, 1897-ci ildə 266 nəfər, 1908-ci ildə 323 nəfər, 1914 - cü ildə 345 nəfər, 1916-cı ildə 285 nəfər, 1918-ci ildə 323 nəfər, 1919 - cu ildə 124 nəfər azərbaycanlı yaşamışdır (415, s.22-23, 108-109; 309, s.218). 1918-1919 - cu illərdə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş və xaricdən köçürülən ermənilər kənddə yerləşdirilmişdir. İndi ermənilər yaşayır.

Bizə görə, toponim «açıq çöl, bozqır» (îòêðûòàÿ ñòåïû) mənasında işlənən par(pər) sözü (359, IV(2), s.1144) ilə bağlıdır. «Per» sözü İran toponimlərinin tərkibində «dağ», «sıra dağlar» mənasında işlənir (361, s.171).

Pəyədərə - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. Burada 1897-ci ildə 20 nəfər azərbaycanlı yaşamışdır (415, s.90-91). XX əsrin əvvəllirndə, 1905-1906-cı illərdə azərbaycanlılar deportasiya edilərək kənd ləğv edilmişdir. İndi xaraba kənddir.

Toponim Azərbaycan dilində «tövlə» sözünün sinonimi olan pəyə sözü ilə dərə sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Pəmbək - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Quqark rayonunda kənd. Rayon mərkəzindən 17 km məsafədə Qarakilsə - Allahverdi yolunun 25 kilometrliyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.30). 1920-ci ildən sonra xaricdən köçürülən ermənilər burada yerləşdirilmişdir (415, s.133). Toponim iki komponentdən ibarətdir. I komponent qədim türk dilində «dar keçid» mənasında işlənən paam // baam, bom // boom (337, s.238; 339, s.91) və II komponent «təpəlik», «yüksəklik, zirvə, başlanğıc, hündürlük» mənasında işlənən bak (> bək) sözündən (339, s.66) ibarətdir. «Dar keçid yanındakı təpəlik, yüksəklikdə, zirvədə olan kənd» mənasını ifadə edir. Bak (> bək) türk dilində «təpə tirələri» mənasında işlənən baku sözündən özünü göstərir (299, s.83). Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erməni dilində Pambak, Bambak formasında işlənir.

Pəmbək çayı - İrəvan quberinyasının Aleksandropol qəzasında, indi Quqark rayonu ərazisində çay. Uzunluğu 86 mdir. Hidronim türk dilində «dar çay vadisində hündür, dik qayalıq bənd» (âûñîêàÿ, îòâåñíàÿ ñêàëèñòàÿ còåíà â yçêîì ìåñòå på÷íîé .äîëèíû), «çayın içərisinə doğru uzanmış hündür, sıldırım burun və sahil boyu çətinləşdirilmiş yer» (âûñîêèé yòåñèñòûé ìûñ,âûäàþøèéñÿ â ðåêó è çàòðóäíÿþøèé  ïóòú ïî no áåðåãó), «çay içərisində qırılmış qayalıq» (ñêàëà,îáðûâàþøàÿñÿ â ðåêó) mənasında işlənən bom // boom sözü ilə (339, s.91), «hündür, yüksəklik, başlanğıc» mənasında işlənən bak sözünün (339, s.66) birləşməsindən əmələ gəlib.

Pəyhan - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Rayon mərkəzindən 31 km şimali-qərbdə, Kığı çayının sol sahilində yerləşir. 1728-ci il mənbəyi olan «İrəvan əyalətinin icmal dəftəri»ndə Pexin formasında qeyd edilmişdir (143, s.150). Erməni mənbələrində Payahan, Payhan, Behan kimi göstərilmişdir (415, s.62). Rus dilində Payaqan (Ïàÿãàí) formasında işlənir (266, s.193).

Kənddə 1897-ci ildə 55 nəfər, 1922-ci ildə 70 nəfər, 1926-cı ildə 71 nəfər, 1931-ci ildə 96 nəfər azərbaycanlı yaşamışdır (415, s.62-63, 136-137). 1988-ci ilin noyabr ayının axırlarında azərbaycanlılar tamamilə tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.

Toponim qədim türk dilində «təpə» mənasında işlənən «bek» sözünün (359, IV (1), s.754) fonetik forması (əslində) dialekt variantı kimi işlənən pəy sözü ilə türk dilində «daxma, kaha, mağara» mənasında işlənən in sözünün (299, s.209) əsasında əmələ gəlmişdir. Toponimin ikinci komponenti han // an »in» sözünün dəyişmiş formasıdır. Relyef əsasında yaranan mürəkkəb toponimdir.

Pirməzrə - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Rayon mərkəzindən 35 km məsafədə yerləşir. Toponim dini məna bildirən pir və ərəb dilində «əkin yeri» mənasında işlənən «məzrə» sözlərindən əmələ gəlmişdir və «əkin yerində olan pirin yaxınlığındakı kənd» mənasını ifadə edir. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 29. VI. 1949 - cu il fərmanı ilə adı dəyişdirilib Katnarat qoyulmuşdur.

Pirmələk - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Rayon mərkəzindən 5 km qərbdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.202) qeyd edilmişdir.

Kənddə 1873 - cü ildə 91 nəfər, 1897-ci ildə 329 nəfər, 1908-ci ildə 164 nəfər, 1914 - cü ildə 176 nəfər, 1916-cı ildə 404 nəfər(415, s.36-37, 118-119), 1918-ci ilin yanvarında 261 nəfər (309, s.219) azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuşdur (309, s.219). 1918-ci ildən sonra burada yalnız ermənilər yaşayır. Toponim dini məna ifadə edən pir sözü ilə Mələk şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 3. I. 1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Areq qoyulmuşdur.

Pirhəmzədağı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda dağ. Rayondakı Kığı kəndində yerləşir. Kığı dağları sırasına daxildir. Oronim dini yer mənasında işlənən pir sözü ilə Həmzə şəxs adı əsasında yaranmışdır. Antropooronimdir. Quruluşca mürəkkəb oronimdir.

Pircavidan - Yelizavetpol (Gəncə) quberniaysının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd olmuşdur. Qafandan 37 km şimal-qərbdə, Oxçu çayının sağ sahilində yerləşir. Kəndin adı mənbələrdə Pirdavdan (415, s.62), Pirdovudan (348, s.202) formalarında qeyd edilir. Lakin kəndin əsl adı «Pircavidan»dır.

Kənddə 1831-ci ildə 17 nəfər, 1873 - cü ildə 135 nəfər, 1886-cı ildə 223 nəfər, 1897-ci ildə 254 nəfər, 1904 - cü ildə 231 nəfər, 1914 - cü ildə 360 nəfər azərbaycanlı yaşamışdır (415, s.6264, 136-137). 1918-ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 19 nəfər azərbaycanlı yaşamışdır (415, s. 136-137). Sonralar kənd Gecalan şəhərinə birləşdirilmiş və xüsusi yaşayış məntəqəsi kimi ləğv edilmişdir.

Toponim Babəkin qəhrəmanlarından olan Cavidanın adı ilə bağlıdır və «Cavidana aid olan pir, Cavidan piri» mənasını ifadə edir. Antropotoponimdir. Qafan rayonu ərazisində Babəkin Bəzzeyn qalasının olması fikrimizə bir doğruluq gətirir. Quruluşca mürkkəb toponimdir.

Polad ayrım - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd. Rayon mərkəzindən 18 km cənub-qərbdə yerləşir. 1930 - cu ilin axırlarına kimi Dilican rayonunun tərkibində olmuşdur. Kənddə 1873 - cü ildə 290 nəfər, 1886-cı ildə 390 nəfər, 1897-ci ildə 228 nəfər, 1904 - cü ildə 263 nəfər, 1914 - cü ildə 347 nəfər, 1916-cı ildə 685 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.32-33, 116-117). 1919 - cu ilin mart ayında kəndin sakinləri erməni təcavüzünün qurbanı olmuş, qırğınlarla qovulmuşlar. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 302 nəfər, 1926-cı ildə 319 nəfər, 1931-ci ildə 452 nəfər azərbaycanlı yaşamışdır (415, s.32-33, 116-117). 1988-ci ilin noyabr ayının axırlarında Ermənistan dövləti tərəfindən azərbaycanlılar deportasiya edilmişdir. İndi burada ermənilər yaşayır. Toponim polad sözü ilə ayrım türk tayfasının adı (245, s.4344; 178, s.201210) əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Sonralar kəndin adında ixtisar edilmiş, oykonimin ikinci komponenti «ayrım» - türk etnonimi atılaraq Polad kimi rəsmiləşdirilmişdir.

Ermənistan prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Xaçardzon qoyulmuşdur.

Porsuq - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonu ərazisində kənd. 1905-1906-cı ildən sonra xarabalığa çevrilmişdir. Toponim porsuq heyvan adı əsasında əmələ gəlmişdir. Zootoponimdir. Quruluşca sadə toponimdir.

Porsuqlu - XVI əsrdə İrəvan nahiyəsində, XIX əsrdə İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd. 1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə (143, s.161) qeyd edilmişdir. Kənd XIX əsrin ortalarında ləğv edilmişdir. İndi xaraba kənddir.

Toponim porsuq heyvan adına -lu şəkilçisinin qoşulması yolu ilə əmələ gəlmişdir. Zootoponimdir. Quruluşca düzəltmə toponimdir.

Pulkənd - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu ərazisində kənd olmuşdur. Rayon mərkəzindən 22 km şimal-qərbdə yerləşirdi. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.151), Qafqazın 5 verstlik xəritəsində (348, s.207) qeyd edilmişdir.

Kənddə 1831-ci ildə 75 nəfər, 1886-cı ildə 122 nəfər,1897-ci ildə 153 nəfər, 1908-ci ildə 193 nəfər, 1914 - cü ildə 282nəfər azərbaycanlı yaşamışdır (415, s.78-79, 148-149). 1917-ci ilin dekabrında azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya edilmiş, kənd dağıdılaraq xarabalığa çevrilmişdir. İndi xaraba kənddir. Toponim fars dilində «körpü» mənasında işlənən pül ( pul ) sözünə (359, IV (2), s.1372; 104,s. 503),«yaşayış məntəqəsi» mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında əmələ gələn mürəkkəb quruluşlu toponimdir.

Puşanlı - Yelizavetpol (Gənoe).quberinyasının Zəngezur qəzasında, indiki Qafan rayonu ərazisində kənd. Baharlı kəndinin yaxınlığında yerləşirdi. Erməni mənbələrində Pşan formasında qeyd edilir və qışlaq olduğu göstərilir (415, s.62).

Burada 1831-ci ildə 34 nəfər, 1897-ci ildə 39 nəfər azərbaycanlı yaşamışdır (415, s.62-63, 136). 1905-1906-cı illərdə kənd erməni təcavüzünə məruz qalmış və dağıdılmışdır (309, s.206). İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılar tarixi torpaqlarına dönə bilmişdir. Burada 1926-cı ildə 20 nəfər azərbaycanlı yaşamışdır (415, s.62-63). XX əsrin 30 - cu illərində ləğv edilmişdir.

Toponim türk mənşəli puşanlı tayfasının adı (305, s.ll, 24) əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Sadə quruluşlu toponimdir.

Pürülü - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Rayon mərkəzindən 24 km şimal-qərbdə, Kığı çayının sol sahilində yerləşir.

Kənddə 1831-ci ildə 41 nəfər, 1873 - cü ildə 138 nəfər, 1886-cı ildə 257 nəfər, 1897-ci ildə 140 nəfər, 1904 - cü ildə 467 nəfər, 1914 - cü ildə 52 nəfər azərbaycanlı yaşamışdır (415, s.62-63, 136-137). 1918-ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olnmuşdur. İndiki Ermənistanda sovet hökuməti qıırulandan sonra kəndin camaatı öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 126 nəfər, 1926-cı ildə 26 nəfər, 1931-ci ildə 254 nəfər azərbaycanlı yaşamışdır (415, s.62-63, 136-137). 1988-ci ilin noyabrın axırlarında kəndin sakinləri Ermənistan dövləti tərəfindən qırğınlarla qovulub. İndi burada yalnız ermənilər yaşayır. Toponim ayrım türk tayfasına aid olan pürülü etnonimindən əmələ gələn etnotoponimdir. Quruluşca sadə toponimdir.

Püsək - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. Rayon mərkəzindən 18 km cənub-qərbdə, Sofulu kəndinin yaxınlığında yerləşirdi. 1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl tarixi»ndə Pisək (143, s.135), 1728-ci il tarixli «İrəvan əyalətinin icmal dəftəri»ndə Püsyak (143, s.150) formasında qeyd edilmişdir. Z. Qorqodyanın əsərində kəndin qədim adı Püsyək kimi göstərilmişdir (415, s.94).

Kənddə 1886-cı ildə 332 nəfər, 1897-ci ildə 153 nəfər, 1908-ci ildə 260 nəfər, 1914 - cü ildə 310 nəfər azərbaycanlı yaşamışdır (415, s.78-79, 148-149). 1918-ci ildə ermənilər azərbaycanlılar qırğınlarla deportasiya etmişlər. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar öz kəndlərinə dönmüşdür. Burada 1922-ci ildə 150 nəfər, 1926-cı ildə 149 nəfər, 1931-ci ildə 197 nəfər azərbaycanlı yaşamışdır (415, s.78-79, 148-149). Kənd 1930 - cu illərin sonunda ləğv edilmişdir. İndi xaraba kənddir.

Toponim qədim türk dilində «gül çələngi» mənasında işlənən püsək (əsli psak) sözündən (299, s.398) əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir.

 


Ñòð.| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |