ÊÀÐÀÁÀÕ â ÄÎÊÓÌÅÍÒÀÕ

 

 Íà÷àëî | ÁÈáëèîòåêà | Ôîòî ôàêòû | Êàðòèííàÿ ãàëåðåÿ | Ññûëêè | Ôîðóì | ÎïðîñÏîèñê â google | AZAD QARABAĞ |

Sabir Asadov. WESTERN AZERBAIJAN

İbrahim Bayramov

QƏRBİ AZƏRBAYCANIN TÜRK MƏNŞƏLİ TOPONİMLƏRİ


MÜNDƏRİCAT

Həyatın torpaq yaddaşı (akademik Budaq Budaqov)

Giriş

Qərbi Azərbaycanın türk mənşəli toponimləri: A | B | V | Q | D | E | Ə | Z | İ | Y | K | G | L | M | N | O | Ö | P | R | S | T | U | Ü | F | X | H | Ç | C | Ş

Nəticə

İstifadə edilmiş ədəbiyyat

a) Azərbaycan dilində

b) Rus dilində

c) Türk dillərində

ç) Erməni dilində

D) Avropa dillərində

E) İnternet səhifəsi

Ə) Xəritələr

Əsərdə istifadə olunmuş ixtisarlar

 

HƏYATIN TORPAQ YADDAŞI

Ümumtürk dünyasının tərkibinə daxil olan Azərbaycan xalqı öz tarixini yaşamış, taleyinin sahibi olmuş, bütün zamanlarda başqa xalqlara, o cümlədən ermənilərə öz xeyirxahlığını, humanistliyini nümayiş etdirmişdir. Lakin həmişə onlardan xəyanət görmüşdür. Hiylədən, xəbislikdən, xəyanətdən uzaq olan saf təbiətli Azərbaycan xalqının sadəlövhlüyü, sözə inamı daima onu hiyləgər məkrliyinin qurbanı etmişdir.

Tarixi dəlillər göstərir ki, daima etibar etdiyimiz erməni qonşularımız son iki əsr ərzində «Böyük Ermənistan» deyə car çəkmiş, vətənləri olmaya-olmaya tarix boyu özlərinə vətən axtarmış, vətən tapdıqdan sonra isə «Böyük Ermənistan», «türksüz Ermənistan» uğrunda mübarizə aparmışlar.

Böyük mütəfəkkir Cəlaləddin Ruminin - «ya olduğun kimi görün və yaxud da göründüyün kimi ol» müdrik kəlamı erməni xalqının qatı millətçiləri üçün yad olmuş və onlar göründükləri kimi olmağa çalışmamışlar. Onlar üzdə xeyirxah, arxada isə düşmən kimi özlərini aparmış və təmasda olduqları xalqların başını tumarlamış, arxadan isə onlara zəhərli xəncər yarası vurmuşdular. Erməni qaniçənləri çox asanlıqla kütləni öz arxasınca aparmış və yeri gəldikdə qonşu xalqlara qarşı xəyanət niyyətlərini həyata keçirmişlər. Ona görə də ermənilər dünyanın hansı millətləri ilə birgə yaşamışlarsa, həmin millətlər onların xain əməllərinə qarşı mübarizə aparmış və erməniləri öz millətlərinin gözündən salmışlar.

Erməni millətinin Vətəni olmadığından onlar Yer kürəsinin bütün dövlətlərini özlərinə vətən seçmişlər. Buna ikinci səbəb ermənilərin - «vor değ hats, endeğel qats» (çörək harada varsa, orada da yaşa) atalar sözünün olmasıdır. Pərpətöyün toxumu kimi dünyanın hər yerinə səpələnmiş ermənilər təşkilatlanaraq onların hansı qitədə olmasından asılı olmayaraq «Bizim vətən» - deyə haray çəkmişlər.

Son üç əsrdə ermənilər təşkilatlanaraq birinci özlərinə paytaxt, ikincisi vətən yaratmışlar, üçüncüsü isə tapdıqları vətənin ərazisini genişləndirməyə - «Böyük Ermənistan» yaratmağa çalışmışlar. Rusiya ermənilərin bu məkirli siyasətini həyata keçirmək üçün XVII əsrdən başlayaraq ermənilərə dayaq olmuş, istək və arzularını həyata keçirməyə çalışmışdır. Rusiya öz növbəsində Qafqazda öz təsir dairəsini genişləndirmək və potensial düşməni olan Türkiyəyə qarşı uğurlu mübarizə aparmaq üçün ermənilərin satqınlığından, hiyləsindən və qul olmaqlarından məharətlə istifadə etmişdir.

Təbiətən yırtıcı olan erməni ekstremistləri müsəlmanlara «türklərə, azərbaycanlılara qarşı amansız olmuş, kütləvi qırğınlar törətmiş və geniş miqyasda terrorla məşğul olmuşlar.

Vaxtaşırı erməni təcavüzünə, məruz qalan, genosidə uğrayan Azərbaycan xalqı erməni qırğınına laqeyd qalmış, faktiki olaraq onlarla hesablaşmış və vaxt ötdükcə erməni canilərin nişangahına çevrilmişlər.

Son iki əsr ərzində ermənilər azərbaycanlıları öz doğma vətənindən mərhələ-mərhələ deportasiya etmiş, soyqırımına məruz qoymuş və nəhayət - 1988-ci ildə «türksüz (azərbaycanlılarsız) Ermənistan» yaratmışdır.

Təəssüf ki, tarixin bütün mərhələlərində azərbaycanlılar erməni soyqırımına biganə qalmış və heç zaman ciddi və təsirli tədbir görməmişlər.

Erməni eksponsiyasıları 1988-ci ildə son həddə çatdıqlarından 260 mindən artıq azərbaycanlını sonuncu dəfə Ermənistandan deportasiya etdikdə Azərbaycan xalq bir nəfər kimi ayağa qalxaraq böyük qeyrətlə onları Azərbaycan ərazisindən (Dağlıq Qarabağdan başqa) çıxardı. Bu, Azərbaycan xalqının erməni millətinin məkirli niyyətinə ilk, həm də tutarlı cavabı idi.

Erməni milləti qədim Oğuz elini - azərbaycanlıların ata-baba yurdunu tutduqdan sonra oradan sivilizasiyalı xalqa yad olan toponimik genosid həyata keçirdi.

Əslində bu toponimik genosid 1930 - cu illərdən başlayaraq 1992-cı illərə qədər tam həyata keçirilmişdi. Qatı erməni millətçiləri tarixi coğrafiyada və rəsmi dövlət sənədlərində əksini tapmış Qərbi Azərbaycanda olan minlərcə Azərbaycan mənşəlitoponimlərin sonuna çıxmışlar. Bu toponimləri dəyişdirib erməniləşdirdilər. Onlar Azərbaycan mənşəli toponimləri müasir sənədlərdən silmişlər. Lakin tarixin yaddaşına balta vura bilməmişlər. 1998-cı ildə B.Ə.Budaqov və Q.Ə.Qeybullayevin «Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti»nin(1998) işıq üzü görməsi ermənilərin toponimik genosidinə açıq zərbə endirmişdir.

Müəlliflər haqqında danışılan lüğətdə Ermənistanda «ölümə» məhkum olunmuş coğrafi adları həyata gətirmiş, onların dəyişilmə tarixini göstərmiş, köhnə adları bərpa etmiş, uydurma toponimlərin adını çəkmişlər. Bu fundamental əsər Azərbaycan mənşəli coğrafi adlara tarixi dayaqdır. B.Budaqov və Q.Qeybullayev izahlı lüğətdə bir daha sübut etmişlər ki, azərbaycanlılar indiki Ermənistan ərazisinə gəlmə deyil, aborigen olmuşlar.

İbrahim Bayramovun «Qərbi Azərbaycanın türk mənşəli toponimləri» adlı əsəri B.Budaqov və Q.Qeybullayev ənənəsinin yeni davamı kimi qiymətləndirilməlidir.

İbrahim Bayramov müqayisəli tədqiqat üsulu ilə Ermənistanda olan coğrafi adları yenidən qələmə almış, onları linqvistik baxımdan həm də yeni zəngin dil materialları ilə izah etmiş, onların kəmiyyət göstəricilərini vermişdir.

İbrahim Bayramov bu kitabında Ermənistanda olan Azərbaycan mənşəli coğrafi adları bir daha linqvistik süzgəcdən keçirmiş və bu toponimlərin tədqiqinin gələcəkdə də vacibliyini göstərmişdir.

Ermənistanda (Qərbi Azərbaycanda) olmuş Azərbaycan toponimlərində zəngin tarixi, coğrafi, linqvistik, folklor, arxaik sözlər, terminlər baxımından zəngin materialların olmasını nəzərə alaraq, onları ardı-arası kəsilmədən tədqiq etmək gələcək nəslin də qarşısında duran mühüm elmi problem olaraq qalır.

BUDAQ BUDAQOV, akademik

GİRİŞ

Toponimlər canlı sənədlərdir. Elin, obanın tarixinin araşdırılmasında toponimlər əvəzedilməz mənbədir. Toponimlər vasitəsilə xalqın təşəkkülü, tarixi və soykökünü elmi şəkildə öyrənmək mümkündür.

Hər bir el, oba xalq tərəfindən verilən adı ilə tanınır və bu adla da tarixdə yaşayır. Xalqın tarixinə dair ən xırda cizgiləri belə özündə qoruyub saxlayan, zamanın sınağından çıxan yurd adları (toponimlər) dilin ən qədim qatlarını mühafizə edib gələcək nəslə çatdırır.

Bu baxımdan da, yer-yurd adlarının (Toponimlərin) tədqiqi dövrün ən vacib problemlərindən biridir. İndiyə qədər Şimali Azərbaycan toponimləri elmi şəkildə araşdırılmış və dəyərli tədqiqat əsərləri yazılmışdır. Tanınmış tədqiqatçilardan A.Qurbanov, B.Budaqov, A.Axundov, Ə.Hüseynzadə, S.Mollazadə, R.Yüzbaşov, K.Əliyev, T.Əhmədov, Q.Məşədiyev, Q.Qeybullayev, F.Xalıqov, A.Hacıyev və başqa onomaloqlar qiymətli tədqiqat işləri aparmışlar. Bu əsərlər xüsusi elmi əhəmiyyət kəsb edirr

Qeyd edək ki, qədim Oğuz yurdu olan indiki Ermənistan Azərbaycanın tarixi torpaqlarıdır. Bu torpaqlar Azərbaycandan mərhələ-mərhələ qoparılaraq qondarma erməni respublikası yaradılmış və bu gün xalqımız üçün yad, əlçatmaz, ün yetməz bir yerə çevrilmişdir. Həmin vaxtdan da ermənilər yer adlarımızı dəyişdirərək erməni mənşəli adlarla əvəz etmiş, Azərbaycan türklərinin bu ərazidəki izlərini tarixdən silməyə çalışmışlar. Bizim məqsədimiz Ermənistan adlanan Qərbi Azərbaycanın türk mənşəli yer-yurd adlarını tarixi-linqvistik baxımdan tədqiq etməkdir. Bu tədqiqat əsəri məhz belə bir məqsədə xidmət edir.

Məlum olduğu kimi, indi Ermənistan adlanan ərazi Azərbaycanın tarixi torpaqları olmaqla yanaşı, Azərbaycan türklərinin tarixi etnik torpaqları olmuşdur. Ermənilər bu əraziyə kütləvi surətdə 1828-ci il Türkmənçay müqaviləsindən sonra köçürülmüş, ruslara arxalanaraq ərazinin köklü sakinləri olan Azərbaycan türklərini sıxışdırmağa, tarixi etnik vətənlərindən deportasiya etməyə başlamışlar.

Azərbaycanlılar ta qədimdən XX əsrin 80-cı illərinin sonu, 90-cı illərin əvvəllərinə qədər indiki Ermənistan ərazisində yaşamışlar. Bu torpaq Azərbaycan türklərinin ata-baba yurdlarıdır. Onlar zaman-zaman erməni təcavüzünə məruz qalaraq deportasiyaya olunmuşlar. Təkcə XX əsrdə dörd dəfə(1905-1906, 1918-1920, 1948-1953,1988-1991) azərbaycanlılar indiki Ermənistan ərazisindən – tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuş, soyqırımına məruz qalmışlar. «Türksüz Ermənistan» uğrunda mübarizə aparan ermənilər və onların ideoloqları, eləcə də yaxın və uzaq xaricdəki havadarları etnik təmizləmə əməliyyatını 1991-ci il avqustun 8-də başa çatdırdılar. Həmin gün Meğri rayonunun ən böyük kəndlərindən biri - Nüvədi kəndi soyqırımına məruz qalaraq kəndin köklü sakinləri olan azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olundular. Beləliklə, indi Ermənistan adlanan Qərbi Azərbaycanda bir nəfər belə azərbaycanlı qalmadı. Halbuki 1828-ci ildə İrəvan şəhərində 7331 nəfər azərbaycanlı, 2369 erməni, İrəvan xanlığının Zəngibasar mahalında 5413 nəfər azərbaycanlı, 603 erməni, Gərnibasar mahalında 4176 nəfər azərbaycanlı, 145 erməni, Vedibasar mahalında 3449 nəfər azərbaycanlı, 15 erməni, Saatlı mahalında 1004 nəfər azərbaycanlı, Seyidli və Axsaxlı mahalında 1754 azərbaycanlı,28 erməni, Sərdarabad mahalında 1837 nəfər azərbaycanlı, 3214 erməni, Dərəçiçək mahalında 1300 nəfər azərbaycanlı, 552 erməni, Göyçə mahalında 5607 nəfər azərbaycanlı, 90 erməni, Naxçıvan xanlığının Dərələyəz mahalında 4583 nəfər azərbaycanlı, 288 erməni yaşamışdır (386, s.543-621).

Türkmənçay müqaviləsindən sonra, 1828-1830 - cu illərdə İran və Türkiyədən İrəvan şəhərinə 1763, Qırxbulaq mahalına 1274, Zəngibasar mahalına 2360, Gərnibasar mahalına 5359, Vedibasar mahalına 1069, Sərdarabad mahalına 377, Karpibasar mahalına 3073,Abaran mahalına 8875. Dərəçiçək mahalına 6798, Göyçə mahalına 8557, Dərələyəz mahalına 2773 erməni köçürülüb yerləşdirilmişdir (386, s.543-622). Bununla da Azərbaycan türklərinin indiki Ermənistan ərazisindən - tarixi-etnik torpaqlarından deportasiyası üçün real zəmin yaradıldı.

1905-1906-cı ildə baş verən erməni azərbaycanlı müharibəsi, 1914 - cü ildə başlanan I dünya müharibəsi və 1918-ci ildə indiki Ermənistanda daşnakların hakimiyyətə gəlməsi nəticəsində azərbaycanlılar ermənilərin soyqırımına məruz qalmışlar. Təkcə 1919-1920-ci illərdə Abaran rayonundan 3691, Allahverdi (indiki Tumanyan) rayonundan 1666, Axta (indiki Razdan) rayonundan 8053, Ağbaba (indiki Amasiya, Axuryan və Qukasyan rayonları) rayonundan 13645, Əştərək rayonundan 11313, Basarkeçər (indiki Vardenis) rayonundan 26238, Gorus rayonundan 1429, Krasnoselo rayonundan 512, Talin rayonundan 7688, Leninakan (indiki Spitak və Quqark rayonları) rayonundan 3410, Abovyan rayonundan 9436, Qəmərli (Artaşat) rayonundan 24149, Qafan rayonundan 12657, Qurduqulu rayonundan 8490, Qaranlıq (indiki Martuni) rayonundan 3190, .Meğri rayonundan 8508, Yeni Bayazid (indiki Kamo) rayonundan 4077, Sisyan rayonundan 17880, Stepanavan (Calaloğlu) rayonundan 1868, Vağarşabad (Eçmiədzin) rayonundan 27750, Vedi (indiki Ararat) rayonundan 8933, Keşişkənd (indiki Yeğeqnadzor) rayonundan 14837, Paşalı (indiki Vayk) rayonundan 8933 azərbaycanlı deportasiya olunmuşdur (415, s.96-163).

Sovet hakimiyyəti dövründə azərbaycanlıların indiki Ermənistandan dövlət səviyyəsində, özü də SSRİ adlanan nəhəng imperiya tərəfindən deportasiyası köçürülmə adı ilə həyata keçirilmişdir. SSRİ Nazirlər Sovetinin 1947-ci il dekabrın 23-də «Ermənistan SSR-dən kolxozçuların və başqa əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında» 4083 saylı və 1948-ci il martın 10-da isə həmin qərara əlavə olaraq qəbul edilən «Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında» 754 saylı qərarlarına əsasən 1948-1953 - cü illərdə 150 min azərbaycanlı tarixi-etnik torpaqlarından deportasiya edilmişdir.

1988-1991-ci illərdə isə Rusiyanın köməyi ilə Ermənistan dövləti tərəfindən indiki Ermənistan ərazisindən 250 mindən artıq azərbaycanlı deportasiya olunmuşdur. Ümumiyyətlə, XX əsrdə iki milyon azərbaycanlı indiki Ermənistandan - Qərbi Azərbaycandan - tarixi-etnik torpaqlarından qovulmuşlar.

Bu tarixi faciələrə vaxtında hüquqi-siyasi qiymət verilməmişdir. Yalnız Azərbayçan Respublikasının prezidenti H.Əliyev bu tarixi ədalətsizliyə, hüquqi-siyasi qiymət vermiş, bununla bağlı 1997-cı ilin dekabrın 18-də «1948-1953 - cü illərdə azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında», 1998-cı ilin martın 26-da «Azərbaycanlıların soyqırımı» və 22 avqust 2001-cı ildə «Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında» fərmanlar imzalamışdır. 22 avqust 2001-cı il tarixli fərmanda göstərilir: «Tarixi saxtalaşdırmaq, təhrif etmək və Azərbaycan torpaqlarının tarixi adlarını dəyişdirmək, süni surətdə Ermənistanı monoetnik dövlətə çevirmək siyasətinin tərkib hissəsini təşkil edirdi. 1935-1989 - cu illərdə Ermənistanda hətta yer adlarına qarşı qərəzli siyasət tətbiq edilmiş və minlərlə Azərbaycan toponimi xəritələrdən silinınişdir»

Deməli, həm də indiki Ermənistan ərazisindəki türk mənşəli toponimlərin öyrənilməsi siyasi əhəmiyyət kəsb edir. Bu faktları özündə əks etdirən tarixi sənədlər «toxunulmazlıq» qrifi ilə Ermənistanın arxivlərində, obrazlı ifadə ilə desək, dəmir seyflərdə saxlanılır Yalnız ən etibarlı mənbə ərazinin topo- nimləridir ki, tarixi həqiqətlərə işıq salır, aydınlıq gətirir. Axı hər bir xalq, tayfa «yaşayış məntəqələrinə öz ana dillərində adlar verir. Həmin adlarda tarixin izləri öz əksini tapır» (88, s.3).

Keçmiş SSRİ məkanında erməni tədqiqatçıları belə bir fikir formalaşdırmışlar ki, tarixən «Böyük Ermənistan» olmuş, zaman-zaman «Böyük Ermənistan» parçalanmış və indiki «Kiçik Ermənistan» qalmışdır. Ermənilər də indiki Ermənistanın qədim və köklü sakinləri olmuşlar. Məhz bunun nəticəsi idi ki, belarus toponimisti V.A.Juçkeviç 1980-cı ildə Minskdə çap etdirdiyi «Îáùàÿ òîïîíèìèêà» əsərində yazırdı: «Erməni mənşəli olmayan adlar Ermənistanda azdır. Ermənistan toponimik cəhətdən SSRİ-nin ən yekcins ərazisidir. Burada başqa dillərə məxsus elementlər (dil elementləri - İ.B.) azdır» (304, s.229). Nicat

Müəllifın bu fikri tarixi faktın və həqiqətin saxtalaşdırılmasından başqa bir şey deyildir. Tarixi faktlardan aydın olur ki, indiki Ermənistanda XIX əsrin əvvəllərinə kimi qeydə alınmış toponimlərin çoxu türk mənşəli olmuşdur. Təkcə bir faktı qeyd etmək istərdik. Z.Qorqodyanın 1932-cı ildə İrəvanda erməni dilində çap olunmuş «1831-1931-ci illərdə Sovet Ermənistanın əhalisi» kitabında qeydə alınmış 2310 yaşayış məntəqəsindən təqribən 2000-i türk mənşəlidir (415, s.292). Eyni zamanda Simeon İrəvanlının «Cambr» (XVIII əsr), «Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti» (427, s. 1991) və b. erməni dilində nəşr edilən digər kitablarda qeydə alınmış türk mənşəli toponimlər tarixi həqiqətlərdən xəbər verir.

E.ə. I, e. I əsrində yaşamış Strabon «Coğrafiya» əsərində (377, s.482-488) indiki Ermənistan ərazisində olan bəzi türk mənşəli toponimlərin (Sakasena, Araksena, Artaksat, Qoqarena) adlarını çəkir.

E.ə. I əsrdə Ön Asiyada böyük dövlət kimi tanınan Urartu ilə bağlı tapılan daş kitabələrdə indiki Ermənistan ərazisində yerləşən Eriaxi, Qelakuni, Urtexuni toponimlərinin (türk mənşəli toponimlərin - İ.B.) adları çəkilir (331 a, s. 329, 424).

«VII əsr erməni coğrafiyası»nda (265, s.38-48) və 1763-1780-cı illərdə erməni kilsəsinin başçısı olmuş Simeon İrəvanlının «Cambr» əsərində (303, s. 119-198) indiki Ermənistan ərazisində yerləşən türk mənşəli toponimlərin adlarının ilkin, qədim formaları, eləcə də bu ərazidə tarixən yaşamış türk tayfalarının adları qeyd edilmişdir.

1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə, 1728-ci ildə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.22-183) indiki Ermənistanın türk mənşəli toponimləri geniş şəkildə və dəqiqliklə əksini tapmışdır.

XIX əsrin 50-ci illərində rus dilində çap olunmuş İ.Şopenin «Èñòîðè÷åñêèé ïàìÿòíèê ñîñòàÿíèÿ Àðìÿíñêîé îáëàñòè â ýïîõó åå ïðèñîåäèíåíèÿ ê Ðîññèéñêîé Èìïåðè» (CÏ6, 1852), D.D.Paqirevin «Àëôàâèòíûé óêàçàòåëê ïÿòèâåðñòíîé êàðòå Êàâêàçñêîãî êðàÿ» (Òèôëèñ, 1913) əsərində, «Ñáîðíèê ìàòåðèàëîâ äëÿ îïèñàíèÿ ìåñòíîñòåé è ïëåìåí Êàâêàçà (CMOMÏK, âûï.: 4, 5, 13, 25, 27, 40, Òèôëèñ, 1884, 1886, 1892, 1898, 1900, 1909), «Êàâêàçñêèé êàëåíäàðü» (Òèôëèñ, 1846, 1878, 1907, 1908, 1916), «Ìàòåðèàëû äëÿ èçó÷åíèÿ ýêîíîìè÷åñêîãî áûòà ãîñóäàðñòâåííûõ êðåñòüÿí Çàêàâêàçñêîãî êðàÿ» (òò. I-IV, Òèôëèñ, 1862-1886) və s. jurnallarda, Àêòû ñîáðàííûå Êàâêàçñêîé Àðõåîãðàôè÷åñêîé Êîìèññèåé (òò. I-XII, Òèôëèñ, 1866-1904) sənədlər toplusunda, Ã.Àáèõèí «Ãåîëîãèÿ àðìÿíñêîãî íàãîðüÿ» (Ïÿòèãîðñê, 1899) əsərində, eləcə də indiki Ermənistana səyahət etmiş E.Q. Veydenbaumun (Ïóòåâîäèòåëü ïî Êàâêàçó, Òèôëèñ, 1888), S.Anisimovun (Ïóòåâîäèòåëü ïî Êàâêàçó , M., 1924) və başqa səyyahların əsərlərində qeydə alınmış indiki Ermənistanın türk mənşəli toponimlər ərazinin toponimlərinin öyrənilməsində əvəzsiz mənbələrdir.

Bununla yanaşı, əsər yazılarkən erməni dilində müxtəlif illərdə çap olunmuş mənbələr də əsas götürülmüşdür. Onlardan Z.Qorqodyanın «1831-1931-ci illərdə Sovet Ermənistanın əhalisi» (İrəvan, 1932, erməni dilində), O.Yeğiazaryanın «Əzizbəyov rayonunun mədəniyyət abidələri» (İrəvan, 1955, erməni dilində), K.M.Avetisyanın «Coğrafi adlar lüğəti» (İrəvan, 1969, erməni dilində), T.X.Hakopyan, St.T. Məlik-Baxşyan və O.X.Barseğyanın «Eımənistan və ətraf vilayətlərin toponimlər lüğəti» (I c., İrəvan, 1986, erməni dilində) və s. əsərləri qeyd etmək olar.

«Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası» (Bakı, 1995) əsəri də ərazinin toponimlərinin öyrənilməsində əsas mənbələrdən biridir.

İndiki Ermənistan ərazisindəki toponimlərin tədqiqi sistemli şəkildə, XIX əsrdən başlayır. Ərazinin türk mənşəli toponimlərinin ilk izahına İ.Şopenin yuxarıda göstərilən əsərində rast gəlirik. Bu əsərdə əksini tapan indiki Ermənistanın ərazisindəki toponimlərin, demək olar ki, hamısı türk mənşəlidir. O, bu toponimlərin semantikası ilə bağlı etimoloji təhlil aparmamış, həmin toponimləri rus dilinə tərcümə edərək izah etmişdir. İ.Şopen Qərbi Azərbaycanın toponimlərinin izahında xalq etimologiyasına, təsviri izahlara üstünlük vermiş, elmi faktlara istinad etməmişdir. Bu baxımdan ərazidəki Qanlı Allahverdi, Gümüşlü, Kömürlü dağ, Qarasu, Axuryan çayı, Erivan//Ýðèâàí (İrəvan-İ.B.), Oxçaberd, Baş Abaran, Bicni və s. toponimləri düzgün izah etməmişdir (386, s.247-318).

1881-cı ildə Tiflisdə Qafqaz Tədris Dairəsi rəisınin sərəncamı ilə «Ñáîðíèê ìàòåðèàëîâ äëÿ îïèñàíèÿ ìåñòíîñòåé è ïëåìåí Êàâêàçà» (CMOMÏTK) adlı jurnalın nəşrinə başlanır. Jurnalın səhifələrində həm də Qərbi Azərbaycanın türk mənşəli toponimləri yeri gəldikcə izah edilmiş, müəyyən toponimlərin hətta etimologiyası verilmişdir. Jurnalın 40-cı cildində (Tiflis, 1909) K.F.Qanın «Îïûò îáúÿñíåíèÿ Êàâêàçñêèõ ãåîãðàôè÷åñêèõ íàçâàíèé» əsəri çap olunmuşdur. Əsərdə Qafqazın 1991 coğrafi adının izahı verilmişdir. Burada indiki Ermənistan ərazisindəki 110 türk mənşəli toponimin (Abaran, Hamamlı, Artik, Basarkeçər, Gümrü, Dəmirçilər, Koylasar, Artız, Herher, Kotanlı, Kərkibaş və s.) izahı (əksəriyyəti ehtimal və təsviridir) öz əksini tapmışdır. Müəllif bu toponimlərin izahında heç bir elmi faktlara söykənınir.

İndiki Ermənistan ərazisindəki türk mənşəli toponimlərin izahına Avropa tədqiqatçıları da diqqət yetirmişlər. Bu baxımdan H.Hübşmanın 1904 - cü ildə Strassburqda alman dilində çap olunmuş «Qədim erməni coğrafi adları» (H.Hübschman. Die altarmenischen ortsnamen, Strassburg, 1904) əsərinin adını çəkmək olar. Əsərdə indiki Ermənistan ərazisində yerləşən toponimlərdən başqa, Azərbaycanın qədim və tarixi torpaqları olan, bu gün Azərbaycan Respublikasının inzibati ərazisinə daxil olan Naxçıvan, Əlincə, Gəncə, Bərdə, Şərur və s. toponimlərdən Ermənistan toponimləri kimi bəhs edilmişdir ki, bu da tamamilə səhvdir.

H.Hübşman həmin əsərində indiki Ermənistan ərazisində yerləşən Quqark, Abaran, Qafan, Sisyan, Aqarak, İrəvan və b. toponimlərin etimologiyasını verrnəyə çalışmışdırr. Bu toponimlər türk mənşəli olmalarına baxmayaraq, H.Hübşman həmin coğrafi adları ya fars mənşəli, ya da erməni mənşəli hesab etmişdir.

XIX əsrin sonu, XX əsrin əvvəllərindən başlayaraq erməni alimləri də ərazinin coğrafi adlarını əks etdirən toponimik lüğətlər tərtib etmişlər. Nşana Çivanyanın «Erməni şəxs adları da əlavə olunmuş tarixi, coğrafi və mifoloji adlar lüğəti» (Konstantinopol, 1879; 427, s.VII), H.S.Yefrikyanın bilavasitə indiki Ermənistanın toponimlərindən bəhs edən ilk lüğət bu qəbildəndir. Həmin lüğət «İllüstrasiyalı coğrafi adlar lüğəti» (Vyana, 1900, qədim erməni dilində) adlanır və A-I hərflərini əhatə edir.

Hr.Kapansyan 1940-cı ildə «Èñòîðèêî-ëèíãâèñòè÷åñêîå çíà÷åíèå òîïîíèìèêè äðåâíåé Àðìåíèè» adlı əsər yazmışdır. O, qədim yazılı mənbələrdə (Urartu daş kitabələrində, eləcə də başqa erməni yazılı mənbələrində) öz əksini tapan toponimləri tarixi-linqvistik aspektdə izah etmişdir. Hr.Kapansyan əsərində indiki Ermənistan ərazisində tarixən mövcud olmuş və Urartu daş kitabələrində qeydə alınmış Eriaxi (Gümrü rayonu ərazisində), Etiuni (Göyçə gölü ətrafında), Velikuni//Velikuxi (indiki Kamo rayonu ərazisində), Quqark, Aqarak, Əştərak və s. türk mənşəli toponimləri araşdırmışdır (318, s. 6-23,62-63, 80-82).

1986-cı ildə İrəvanda erməni dilində T.X.Hakopyan, St.T.Məlik-Baxşyan və O.X.Barseğyanın müəllifliyi ilə «Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti» çap edilib. Bu lüğətin 4 cilddən ibarət olması planlaşdırılıb. İndiyə kimi onun yalnız I cildini əldə etmişik. Həmin lüğət A-D (erməni əlifbasında əsasən) hərflərini əhatə edir. Lüğətdə indiki Ermənistan ərazisində yerləşən toponimlərlə yanaşı, Gürcüstan, İran, Türkiyə, Azərbaycanın da toponimləri verilir. Məhz lüğətin «Ermənistan və ətraf vilayətlərin (kursiv mənimdir - İ.B.) toponimlər lüğəti» adlarıdınlması ermənilərin İran, Türkiyə, Gürcüstan, o cümlədən Azərbaycana qarşı torpaq iddialarında olduğunu göstərir. Əsərdə «ətraf vilayətlər» adı altında «Böyük Ermənistan» iddiaları ilə yaşayan müəlliflər Azərbaycanın Dağlıq Qarabağ, Laçın, Kəlbəcər, Qubadlı, Ağdam, Füzuli, Xanlar, Gəncə, Qazax, Tovuz, Naxçıvan, Şəmkir, Zəngilan və s. rayonlarının toponimlərini verirlər ki, bu da beynəlxalq normalara zidd olmaqla yanaşı, tarixi həqiqətlərin təhrifıdir.

Lüğətdə indi Ermənistan adlanan Qərbi Azərbaycanın türk mənşəli toponimlərinin etimoloji təhlilləri bilərəkdən səhv izah edilmiş, tarixi faktlar saxtalaşdırılmışdır. Məhz bunun nəticəsidir ki, Axtala, Abaran, Barana və b. toponimlər (427 s. 114, 307-308, 617-618) elmi baxımdan düzgün izah edilməmiş, erməni mənşəli toponim kimi verilmişdir.

1990-cı ildən Azərbaycan tədqiqatçıları indiki Ermənistanın türk mənşəli toponimlərinin tədqiqinə xüsusi diqqət göstərmişlər. 1995-cı ildə S.Mirmahmudovanın «Ermənistanda türk mənşəli yer adları» lüğəti nəşr edilmişdir. Müəllif indiki Ermənistan ərazisindəki 535 türk mənşəli toponimin lüğətini vermişdir. Müəllif əsərdə təsvirçilikdən qaça bilməmiş, bəzi türk mənşəli toponimlərdəki fərqləndirici əlamət bildirən sözləri (yuxarı, aşağı, böyük kiçik və s.) erməni dilində işlədilən formada (Verin Şorça, Nerkin Gödəkli, Pokr Ayrum, Ağcaqala Nerkin, Axta Nerkin və s.) vermişdir.

Ə.Rüstəmov Zəngəzur bölgəsində yerləşən Qafan, Gorus və Sisyan rayonlarının toponimlərini tədqiq etmiş və 1990-cı ildə «Ermənistan SSR Qafan, Gorus və Sisyan rayonları ərazisinin Azərbaycan mənşəli toponimləri» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Sonradan müəllif həmin tədqiqatı əsasında «Qədim Oğuz yurdu Zəngəzurun türk mənşəli yer-yurd adları» əsərini çap etdirmişdir (231).

Q.Məşədiyev 1990-cı ildə «Zaqafqaziyanın Azərbaycan toponimləri» əsərini yazmış (Bakı, 1990) və 1991-ci ildə «Qafqazın ərazi və tayfalarının təsviri materialları məcmuəsində (CMOMÏK) qeydə alınmış Azərbaycan (türk) mənşəli toponimlərin tarixi-linqvistik təhlili» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Q.Məşədiyev bu əsərlərində Cənubi Qafqazın türk mənşəli toponimləri ilə yanaşı, CMOMÏTK-da qeyd olunan indiki Ermənistan adlanan ərazinin türk mənşəli toponimlərini də (Gorus, Çəpni, Gözəldərə, Dərələgöz, Qəmərli, Çanaxçı) tədqiqata cəlb etmişdir. Bundan başqa o, əsərinin sonunda Azərbaycan, Gürcüstan və indiki Ermənistan ərazilərindəki türk mənşəli paralel toponimik adların qısa lüğətini vermişdir (204, s. 127-130; 201 s.202-207).

Görkəmli coğrafiyaçı, akademik B.Budaqovun yaradıcıhğında indiki Ermənistanın toponimlərinin tədqiqi əsas yerlərdən birini tutur və bununla bağlı «Elim, obam mənim» (Bakı, 1984), «Çobankərə eli» (Bakı, 1996) əsərlərini yazmışdır. Görkəmli alimin «Türk uluslarının yer yaddaşı» (Bakı, 1994) əsərinin bölmələrinin biri «Ermənistanın türk toponimləri» (59, s. 158-176) adlanır. Burada indiki Ermənistanın türk mənşəli toponimlərindən bəhs edilir. Akad. B.Budaqov prof. Q.Qeybullayevlə birlikdə «Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti» (Bakı, 1998) əsərini yazmışdır. Bu əsərin Azərbaycan toponimiyasında Qərbi Azərbaycanın türk mənşəli toponimlərinin öyrənilməsində xüsusi yeri vardır.

Qərbi Azərbaycanın toponimlərinin öyrənilməsində Q.Qeybullayevin də xüsusi əməyi vardır. O, indiki Ermənistan toponimiyası ilə bağlı «Qədim türklər və Ermənistan» (Bakı, 1992) əsərini yazmışdır.

Q.Qeybullayev «Qədim türklər və Ermənistan» əsərinin II fəslini («Ermənistanda qədim türk mənşəli toponimlər») Qərbi Azərbaycanın qədim türk mənşəli toponimlərinə həsr etmişdir (169, s. 35-71). Bununla yanaşı, o, indiki Ermənistanın köklü sakinlərinin türklər olduğunu və burada tarixən kimmer, sak, quqark, pasian, kəngər, bulqar, aran, katak, şirak, sadak, gorus, cinli, peçeneq, xəzər, oğuz kimi qədim türklərin yaşadığını təkzibedilməz tarixi faktlar və toponimik materiallar əsasında izah edir(169,s. 72-130).

A.Bayramov indiki Ermənistanın Ağbaba, Şörəyel və Pəmbək bölgələrinin toponimlərini araşdırmış və 1995-cı ildə «Ermənistanın Ağbaba, Şörəyel və Pəmbək bölgələrinin türk toponimləri» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Sonradan o, namizədlik dissertasiyasını 1996-cı ildə «Qədim oğuz ellərinin - Ağbaba, Şörəyel və Pəmbək bölgələrinin yer-yurd adları (toponimləri, Sumqayıt, 1996) adında kitab nəşr etdirmişdir.

İndiki Ermənistanın türk mənşəli toponimlərinin araşdınlması H.Mirzəyevin tədqiqatlannda xüsusi yer tutur. O, aşıq poeziyasında qorunub saxlanılan Qərbi Azərbaycanın türk mənşəli toponimlərini tədqiq edən ilk dilçi alimdir. Təkcə bir faktı qeyd edək ki, H.Mirzəyev 1994-2002-cı illərdə indiki Ermənistanın toponimləri ilə bağlı ciddi elmi əhəmiyyət kəsb edən 80-dən çox məqalə çap etdirmişdir. İndiki Ermənistanın türk mənşəli toponimləri əsasında «Aşıq poeziyasında yaşayan adlarımız və tariximiz» (Bakı, 1997) əsərinin «İzahlar və şərhlər» adlı V fəslində bəhs edir (211, s. 174-257). Bu əsərdə müəllif Qədim oğuz yurdu olan Keşişkənd (Yeğeqnadzor), Paşalı (Əzizbəyov, Vayk) rayonlarının toponimlərini araşdırmış, onları etimoloji baxımdan izah etmişdir. Bu baxımdan Təhlə, Qarqar, Gədikvəng, Şadıvəng, Alxanpəyəsi, Xalaclar yurdu, Qoşqar, Keti, Murğuz, Herher, Hors, Çivə, Keşişkənd, Sallı, Dərələyəz və s. toponimlərinin izahı uğurludur və xüsusi elmi əhəmiyyət kəsb edir.

Yuxarıda dediklərimizdən aydın olur ki, yazılan məqalələr, kitablar, monoqrafıyalar, müdafiə edilən namizədlik dissertasiyaları Qərbi Azərbaycanın türk mənşəli toponimlərini bütövlükdə əhatə etmir, ərazinin toponimiyası haqqında tam təsəvvür yaratmır. Həm də Qərbi Azərbaycanın oykonim, oronim və hidronimləri, onların yaranma yolları xüsusi tədqiqat obyekti olmamış, onlarda «mühafizə edilmiş leksik və leksik-semantik elementlər» (T.Əhmədov) sistemli şəkildə araşdırılmamışdır. Digər tərəfdən, indiyə qədər aparılan tədqiqatlarda, əsasən, makrotoponimlərdən bəhs edilmişdir. Biz makrotoponimlərlə yanaşı, mikrotoponimləri, burada yaşayan Azərbaycan türklərinin tarixini, yaşayış tərzini bilavasitə özündə əks etdirən urbonimləri, məscid, körpü, qala adlarını da tədqiqata cəlb etmişik.

Qərbi Azərbaycanın türk mənşəli toponimləri tarixin yalddaşına çevrilib, mənəvi soyqırımına məruz qalıb. Əsərdə 29,8 min kv.km ərazini əhatə edən indiki Ermənistanın türk mənşəli mikro və makro toponimləri tarix, coğrafiya və dilçilik sintezində ilk dəfə olaraq tədqiqata cəlb edilir. Eyni zamanda hər bir toponimin coğrafi mövqeyi, tarixi mənbələrdə qeyd edilən adları, toponimlərin müxtəlif fonetik formaları göstərilməklə yanaşı, yaşayış məntəqələrinin taleyi, əhalinin etnik tərkibi tarixi faktlar və statistik rəqəmlərlə verilir. Azərbaycan türklərinin deportasiyası və ermənilərin bu ərazilərə, hansı kəndə nə vaxt köçürülməsi, əsasən, erməni mənbələrinə istinad edilərək şərh olunur.

Tədqiqat prosesində ərazinin türk mənşəli toponimlərinin bir qisminin fonetik və morfoloji dəyişikliyə uğradığı müəyyənləşdirilmiş, onların dil mənsubiyyətinə aydınlıq gətirilmiş, tarixən bu ərazinin toponimlərinin 95%inin türk mənşəli olması elmi əsaslarla izah edilmişdir.

Əsərdə ərazinin türk mənşəli oykonimlərinin məna növləri (antropooykonim, etnooykonim, orooykonim, hidrooykonim, zoooykonim, fitooykonim), oronimlər, hidronimlər və onların quruluşu (sadə, düzəltmə, mürəkkəb) göstərilməklə sistemli şəkildə araşdırılır.

İndiki Ermənistan ərazisi XVIII əsrdə İrəvan xanlığının Qırxbulaq, Zəngibasar, Gərnibasar, Vedibasar, Talin, Seyidli və Axsaqlı, Sərdarabad, Karpibasar, Abaran, Dərəçiçək, Göyçə mahallarının, Naxçıvan xanlığının Dərələyəz mahalının, XIX əsrin 30 - cu illərindən XX əsrin 30 - cu illərinə qədər İrəvan quberniyasının Yeni Bayazid, Eçmiədzin, İrəvan, Şərur-Dərələyəz, Aleksandropol (Gümrü - İ.B.) qəzalarının, Gəncə (Yelizavetpol) quberniyasının Zəngəzur, Qazax qəzalarının, Tiflis quberniyasının Loru-Pəmbək qəzasının inzibati ərazi bölgüsünə daxil olmuşdur. 1920-ci il noyabrın 29-da indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra Ermənistan Sovet Şuralar Cəmiyyəti Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyəti 1929 - cu il iyulun 12-də «Ermənistan Sovet Şuralar Cəmiyyəti territoriyasını (ərazisini - İ.B.) rayonlaşdırmaq haqqında» qərar qəbul etmişdir. Qərara əsasən rayon inzibati ərazi vahidi yaradılmışdır. Əsərdə toponimin XIX əsrdə hansı inzibati ərazi vahidinə, sovet hakimiyyəti dövründə isə hansı inzibati ərazi bölgüsünə daxil olduğu göstərilir. Məsələn, Toxluca-İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunda kənd.

İndiki Ermənistan ərazisindəki türk mənşəli toponimləri ilk variantlar əsasında, tarixilik baxımından araşdırılması, dilçilik aspektində təhlil edilməsi tədqiqatın əsas elmi yeniliyidir. Bunların hamısı Qərbi Azərbaycanda tarixən yaşamış Azərbaycan türklərinin «etnogenezinə, tarixinə, sosial-məişətinə və məskunlaşdığı coğrafi əraziyə dair mühüm və orijinal mülahizələr» (205, s. 11) söyləməyə imkan verir.

Qərbi Azərbaycanın paralel toponimləri geniş miqyasda tədqiqata cəlb edilir. Ərazinin paralel toponimlərini araşdırmaqda əsas məqsəd onların həm yayılma, həm də komponentləri arasında paralellik müşahidə edilən toponimik vahidlərin ümumi areal xüsusiyyətlərini ortaya çıxarmaqdan ibarətdir (177 a, s.l).

Qərbi Azərbaycan toponimlərinin öyrənilməsinin xüsusi nəzəri və praktiki əhəmiyyəti vardır. Bu toponimlər yerli xalqın - Azərbaycan türklərinin tarixini, türk tayfalarının adını (quqark, gorus, sak, aynın, qıpçaq, qaraqoyunlu, şirak, peçenek, axta, kəvər və s.) əks etdirir və tədqiqat nəticəsində aydın olur ki, ərazinin toponimləri həm də qədim türk sözləri (balıq, yazı, art, bək, kəpəz və s.), Azərbaycan dili ilə bağlı coğrafi terminlər (dağ, dərə, düz, təpə, tap, taxt, yal, nüvək, ova, gədik və s.) əsasında formalaşmışdır. Bütün bunlar Qərbi Azərbaycan toponimlərinin tarixi coğrafiyasının öyrənilməsində xüsusi rol oynayır. Bu əsər Azərbaycan toponimlərinin hərtərəfli öyrənilməsi üçün geniş imkanlar yaradır. Eyni zamanda, toponimiya lüğətlərinin, izahlı onomastik lüğətin yazılmasında istifadə edilə bilər.

Azərbaycan toponimlərinin paralellərinin, türk dillərinin areal toponimiyasının öyrənilməsində də əsərin xüsusi əhəmiyyəti vardır. Əsər yazılarkən türk mənşəli toponimlərin düzgün izahını vermək üçün müxtəlif üsullardan istifadə edilmişdir:

1. Müxtəlif dilli - Azərbaycan, erməni və rus dilli mənbələrdən istifadə edərkən Azərbaycan və erməni mənbələrinə üstünlük vermək;

2. Hər hansı bir mənbədən istifadə edərkən ilk növbədə həmin əsərin yaranma dövrünü, müəllifin mövqeyini və əsərin xarakterini əsaslı faktlarla müəyyənləşdirmək;

3. İstifadə olunan mənbələrin tarixi dövrünü və gerçəkliyini nəzərə almaq;

4. Ərazinin türk mənşəli toponimlərinin izahında diaxron və sinxron tədqiqat üsullarından istifadə etmək;

5. Müəyyən tarixi dövrlər ərzində fonetik və morfoloji dəyişikliyə uğrayan toponimlərin tarixi-linqvistik təhliləsasında ilkin variantını bərpa etmək.

Nəticə olaraq qeyd etmək istərdik ki, Qərbi Azərbaycanın türk mənşəli toponimlərinin öyrənməsi oxucuda Azərbaycan toponimlər sistemi, onların əsas qanunauyğunluqlan, prinsipləri, formalaşma yolları, yaranma səbəbləri, struktur tipləri, semantik növləri, oykonim, oronim və hidronimlər arasındakı əlaqə, xalqımızın etnoqrafıyası, milli təfəkkürü, tarixi coğrafiyası və s. bu kimi problemlərlə bağlı tam elmi təsəvvür formalaşdırır. Eyni zamanda, türk tayfalarının arealı və məskunlaşması, Azərbaycan dilinin qədim leksik-semantik və qrammatik xüsusiyyətləri haqqında müəyyən elmi və obyektiv nəticələrə gəlməyə kömək edir. Ən əsası isə indiki Ermənistan ərazisindəki toponimlərin tədqiqi aydın şəkildə sübut edir ki, indi Ermənistan adlanan Qərbi Azərbaycan, Azərbaycanın tarixi torpaqları olmaqla yanaşı, Azərbaycan türklərinin tarixi etnik torpaqları, Ata yurdudur.


Ñòð.| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |