ÊÀÐÀÁÀÕ â ÄÎÊÓÌÅÍÒÀÕ

 

 Íà÷àëî | ÁÈáëèîòåêà | Ôîòî ôàêòû | Êàðòèííàÿ ãàëåðåÿ | Ññûëêè | Ôîðóì | ÎïðîñÏîèñê â google | AZAD QARABAĞ |

Ôèðèäóí Àãàñûîãëó (Äæàëèëîâ). Ìàðêèðîâî÷íûå êàìíè öàðÿ Àðìåíèè Àðòàêñèÿ

Erməniyə çarı Artaşesin sınır daşları

professor Firudin Ağasıoğlu 


Qədimdə bölgə və ölkə sınırları, ayrı-ayrı mülkədara, məbədlərə və ya hökumətə aid torpaqların hüdudu müəyyən işarələrlə nişanlanırdı. Erməniyədə bu ənənə Artaşesin vaxtında ortaya çıxmışdı. Adı Türkcə Ərtaş (Artaş) olan Erməniyə çarı Artaşesin (m.ö.189-160) milli mənsubiyəti bəlli olmasa da, onun midiya (mada) soylarından birinə aid olması mümkündür, çünki M.Xorenatsi onu mar (madalı) adlandırır. O öncə Selevki dövlətinin Erməniyə ölkəsindəki strategi (canişini) idi və Arpa (Axuryan) çayının Araza qovuşduğu yerdə salınmış Armavir şəhərində otururdu. Selevki hökmdarı III Antiox romalılara məğlub olanda (m.ö.190) Artaşes bu fürsətdən istifadə edib özünü çar elan etdi və ona tabe olan ərazini böyütmək üçün qonşu Gürcüstan (İber) və Azərbaycan (Alban) dövlətlərindən müvəqqəti də olsa, bir-iki bölgə qopara bildi. Beləliklə, ömrü uzun olmayan ilk Erməniyə dövləti quruldu. Yeni siyasi-inzibati ərazilər yaratmaq, ayrı-ayrı feodallara verilən torpaqların sərhədlərini müəyyən etmək üçün başı üçdiş şəklində yonulmuş sınır daşlarından istifadə olundu və uzun müddət bu daşlar «Artaşesin mərz (sınır) daşı» kimi yaddaşlarda qaldı.

Bu olaydan 700 il sonra V əsrdə M. Xorenatsi yazırdı ki, torpaq reforması aparan Erməniyə hökmdarı Artaşesin vaxtında feodal mülklərini və ayrı-ayrı bölgəri bir-birindən ayırmaq üçün sınırlarda torpağın üstündə azacıq başı görünən dördkünc şəkildə yonulmuş daş bəlgələrindən istifadə olunurdu. Yzərində yazısı olan bu sınır bəlgəsi daşlarından ikisi Göycə gölünün batı və doğu yaxasındakı Qulalı Yuxarı Qaranlıq kəndlərindən 1906 və 1932-ci illərdə tapılmışdır. Aramey hərflərilə yazılmış həmin yazıları müxtəlif dillərdə oxumaq istəyən uzmanlar (Dupont-Sommer, Borisov, Kokovtsov, Payazat, Türo-Danjen, Dyakonov və Starkova, Perixanyan, Tirasyan və başqaları) hələlik qəbul olunası bir nəticə əldə edə bilməmişlər. Yalnız ilk iki sözün Artaşes məlik olduğunu əksər tədqiqatçılar təsdiq etmiş və burada Artaşesin adının yunan-makedon deyiminə uyğun Artaxşasi (Artaksati) yazılması qeyd olunmuşdur.

A. Dupont-Sommer bu yazının aramey dilində olub, güya Göycə gölündə Artaşesin «balıq tutması» haqqındadır. Əvvəla, yazı aramey əlifbası ilə olsa da, aramey (sami) dilinin qaydalarına uyğun gəlmir, ikincisi də, bu yazılı sınır daşı ilə K. Trever demişkən, balıq tutmağın heç bir əlaqəsi yoxdur. İ. Dyakonovun K. Starkova ilə birgə yazdığı məqalədə daşın üzərindəki yazıda kiməsə torpaq sahəsi ayrılması və ya kiminsə torpaq sahəsinin sınırlanması haqqında məlumat olduğunu qeyd edirlər, lakin aramey dilinin qaydalarına uyğun gəlməyən bu yazıda hansısa yerli dilə aid ideoqramların aramey hərfləri ilə verilməsini də istisna etmirlər. A. Borisov isə yazının güya arameycə başlanıb hay və ya fars dilində davam etdiyini yazsa da, cümləni bu dillərin heç birində tamamlaya bilmir. Beləliklə, kiçik bir mətnin şərhində irəli sürülən müxtəlif fərziyələr biri digərini təkzib edir.

Birinci daşın üzərindəki yazı tamdır, ikinci daşın yazısında isə sağdakı işarələr zədələndiyi üçün yarımçıqdır. Yarımçıq yazıların gümanlarla oxunuşu həmişə mübahisəli olur. Buna baxmayaraq, birinci bütöv yazının oxunuşuna yardım edəcəyini düşünüb, hər iki daşın və onların üzərindəki yazıların müxtəlif qaynaqlarda verilən şəkillərini əldə edəndən sonra onu oxumaq mümükün oldu.

 

(I daşın şəkili):

Sağdan sola yazılan bu yazıların m.ö. II əsrə aid olduğunu təsdiq edən uzmanlar onun soldan sağa transkripsiyasını və müxtəlif oxunuşunu verir, lakin belə  oxunuşların mənasız söz yığını olduğunu da etiraf edirlər. Burada həmin oxunuşları təkrar etməyə lüzüm yoxdur, yalnız əksər uzmanların daha elmi saydığı semitoloq A. Borisovun transkripsiyasını və oxunuşunu verək:

 

1-ci yazı:

rtxşsi mlkbrzi zritr rwndknxlt

Artaxş(a)si melekh bar zi Zaritar… rawandakan (?) XLT.

«Artaşes, üarğ, sın Zaritara iduhie (?). XLT(?)»

 

2-ci yazı:

 [‘r]txşsi  [ml]kbrzi [zr]itr  xl[t]  …bin…i…

[Ar]taxş(a)si [mel]ekh bar zi [Zar]itar XL[T] .. BYN…Y…

«Artaşes, üarğ, sın Zaritara XLT(?)…. mejdu (sredi)».

Burada 1-ci daşın yazısındakı son sətirin ilk işarəsi «r» hərfilə verilmişdir (bunu «d» və «n» sayanlar da var), halbuki daşdakı yazıya diqqətlə baxanda onun «b» hərfi olduğunu seçmək olur. Aramey yazısında bəzən eyni və ya oxşar işarə iki ayrı-ayrı səsi bildirir, özəlliklə Arşak (Arsaq) sikkələrində «z» və «y» səsləri s işarəsi ilə verilir. Bu yazıların aramey əlifbası ilə olduğunu söyləyən tədqiqatçılar yazının hansı dildə  olmasını müəyyən edə bilmir, yalnız «yerli dillərdən biri» olacağını söyləyirlər. Onu udi, hay, iran və aramey dilində oxumağa cəhd edənlər hələlik qəbul olunası nəticə əldə etməmişlər.

Yazının tapıldığı bölgədə Urartu və Saqa eli çağından protoazər boylarının yaşadığını «Azər xalqı» kitabında vermişdik, Artaşesin vaxtında da (m.ö. II əsr) burada azər boyları yaşayırdı. İlk Ərmən dövlətinin formalaşdığı həmin çağda bu bölgəyə başqa etnik boyların sızması şübhə doğurmur, lakin adı çəkilən yazı yerli aborigenlərdən olan azərlərin dilində oxuna bilir. Belə ki, uzmanların verdiyi transkripsiyada yalnız bir hərfi dəyişməklə (z/y) aşağıdakı yazılış və oxunuş alınır:

 

transkripsiyası

oxunuşu

anlamı

artğşsi

mlkbryi

yritr

bwndknğlt

Artağşasi

məlik birəyi

yeritir

bunda

konğıltı

«Artaşes məliyin

birəyi (mərzi)

yeridir.

Burda qoyuldu

(qonduruldu)».

Buradakı bryi kimi yazılmış söz barıyı (barısı), bəriyi, beriyi birəyi şəklində oxuna bilir. Qədim türk dilində barık «görünən nəsnə» (M. Kaşğari, I. 456-2; DTS, 84), berik «bərkidilmiş», birə «ölçü» (DTS, 95,101) və beri «bu tərəf, sağ, güney» sözləri olsa da, bunlardan yalnız ölçü anlamlı birə (mərz) sözü mətnin məzmununa daha uyğun gəlir. İkinci daşın üzərindəki yazıda isə sözlərin ilk hissələri pozulduğundan onu oxumaq olmur. Ancaq həmin daşın da sınır bəlgəsi olub, üzərindəki yazının məzmunca əvvəlki yazıya yaxınlığı görünür:

[…]tğşsi  […]k bryi  […]itrğl  […]nbin […]i

 

Qaynaqlarda I və II sınır daşlarının şəkilləri və üzü köçürülmüş I və II yazılar belə verilmişdir:

 

 

 

Göründüyü kimi, bizim variantda yalnız 4-cü sətirin ilk hərfi şəkildə olduğu kimi cizgisi azacıq əyilmişdir. Bu isə başqalarının r, n, d kimi oxuduğu səsi deyil, b səsini bildirən işarədir və həmin hərf  2-ci sətirin dördüncü işarəsində də özünü göstərir. Qalan işarələr isə digər uzmanların verdiyi işarələrdən fərqlənmir:

  

Ermənistan Elmlər Akademiyasında saxlanan həmin bəlgə daşların Qərbi Azərbaycanın qədim əhalisi haqqında verdiyi bilgi çox önəmlidir. Göründüyü kimi, o çağlarda Ön Asiyanın müxtəlif bölgələrində işlək olan aramey yazısı Göycə bölgəsinə də gəlib çatmışdı. Artaş məliyin göstərişi ilə mərz daşının iki sahə arasındakı sınırda qoyulması haqqında olan bu yazı isə hələlik azər dilinin ən qədim yazı nümunəsidir. 2000 ildən artıq torpaq altında qalan bu yazılı daş kimi bəlgələr tapıldıqca tarixin gerçək üzü də aydın görsənəcəkdir.