ÊÀÐÀÁÀÕ â ÄÎÊÓÌÅÍÒÀÕ

 

 Íà÷àëî | ÁÈáëèîòåêà | Ôîòî ôàêòû | Êàðòèííàÿ ãàëåðåÿ | Ññûëêè | Ôîðóì | ÎïðîñÏîèñê â google | AZAD QARABAĞ |

GARABAGH: YESTERDAY, TODAY AND TOMORROW

Əməkdar elm xadimi, professor Suleyman Məmmədovun
“Ermənistanın işğalına haqq qazandırmaq cəhdi” kitabı haqqında

“Kredo” qəzetinin baş redaktoru Əli Rza Xəliflinin çap olunmuş rəyi

Mən deyə bilmərəm ki, türk hansı günahının müqabilində belə ağır cəzaya məruz qalır. Soyadı Məhəmməd sözünün təhrifindən yaranmış Məmməd adı həm Azərbaycanın görkəmli alimi Süleyman Məmmədovun, həm də bu gün Azərbaycan cəmiyyəti üçün dolan-dolaşıq fikir və mülahizələri ilə etirazlara səbəb olan tarix elmləri doktoru Fəridə xanımın ünvanıdır. Daha dəqiq desək, rus dönəmində olduğu kimi familiyasıdır. Qədim Albaniyanın tarixi-siyasi coğrafiyasını öyrənərkən Fəridə xanımdan əxz elədiklərimizlə sevinirdik. Amma yaxın keçmişdə 5-6 il bundan əvvəl “Albaniya və albanlar haqqında”  (Bakı,  2006) kitabının Azərbaycan mühitində yayılması birmənalı qarşılanmadı. Daha dəqiq desək, mənşəyi türk olan tədqiqatçılar-tarixçilər bu əsərdə şübhəli, qərəzli, milli tarixə təcavüz meyillərinin olduğunu müəyyən kluarlardan çıxab mətbuat səhifələrində bəyan elədilər. Ay-ayəlliflərin məqalələri, hətta dil tarixi üzrə tədqiqatçılan kəsərli yazılan Fəridə xanıma onun mövqeyinin türk tarixinə düzgün yanaşma olmadığını çatdırmaq niyyəti ilə mətbuata ayaq açdı. Çox təəssüf ki, müstəqil təlekanallardan   birində Fəridə Məmmədova ilə üzbə-üz dialoqda ona belə bir sual da verildi:, Deyinə görə tarix elmləri doktoru Fəridə Məmmədova Albaniyanı Azərbaycandan aldı, ermənilərə də vermədi» Bir anlığa düşünək. Telejurnalist bu sualı tərsinə verib: «Albaniyanı ermənilərdən aldı Azərbaycana da vermədi. Hansı mahiyyət fərqi var? Məşhur bir lətifədə deyildiyi kimi istəyirsən qarğa sənin olsun, kəklik mənim, istəyirsən kəklik mənim olsun, qarğa sənin» Bax dolaşıqlığı yaradan budur, hər iki halda «kəklik» Ermənistanın payına düşür. Qədim Albaniyanm tarixi ilə biz fəxr edirdik. Bizim fəxarət duyğulamızın üstünə F.Məmmədova kölgə saldı. Filologiya elmləri doktoru, akademiyanın müxbir üzvü Tofiq Hacıyevin F.Məmmədovaya cavabını oxumuşdum. Həmişə düşünürdüm ki, niyə Azərbaycanın görkəmli tarixçiləri Yaqub Mahmudov, heç də tarixi ədəbiyyatçıdan və dilçidən pis bilməyən akademiyanın müxbir üzvü Nizami Cəfərov, sözün həqiqi mənasında başqalanı deyə bilmərəm mənim ölçülərinə görə millətinin birinci dərəcəli ziyalıla sırasında görmək istədiyim, intellektinə, millətsevərliyinə inandığı və tarixi də bildiyinə şübhə etmədiyim Rəfayel Hüseynov bu məsələlərdə hamının görüb eşidə biləcəyim cavablan vermədilər.

Vaxtı ilə Səməd Vurğun Heydər Hüseynova xitabən «mənim tariximi mənə verin» deyə ritorik tələblər qoyurdu. Ancaq indi dərk edirik ki, bu tələblər ritorik deyilmiş. «Azərbaycan tarixi» 7 cildliyi bizi düşündürən suallara cavab verirmi? Əgər bu suallara doğru-düzgün cavablar almış olmasaydıq onda şübhəli mövqedən yazılmış «Albaniya və albanlar haqında» əsəri ən azı indi mübahisə doğuracaq səviyyədə yarana bilməzdi, Bəli, hər bir alimin formalaşmış müəyyən dünyagörüşü və qənaəti var. Ancaq bütün formalaşmış təfəkkürlər və qənaətlər milli tarixin həqiqətlərini kölgələməyə haqlı deyil; Süleyman Məmmədov tarix elmləri doktoru, professordur, ən başcaşı türk əsilli tədqiqatçıdır. Onun «Ermənistanın  işğana haqq qazandırmaq cəhdi» (Bakı, «Nurlan» 2011) kitabı yəqin ki, türk tarixinin qərəzsiz araşdılmasını istəyənlər üçün çox dəyərli istinad, türk tarixinə qərəzli baxışları ilə bizə diş qıcayanlar üçün ən yaxşı cavabdır, Bu kitabın anotasiyasını oxuculan diqqətinə çatdırmaq yalnız vicda tələbdən irəli gəlir: «Kitab AMEA-nın müxbir üzvü, t.e.d.Fəridə Məmmədovanın «Albaniya və albanlar haqqında» (Bakı, 2006) əsərində olan yanşqlar, təhriflər və tarixi faktlan saxtalaşdırılması hallarının araşdırılmasına həsr olunmuşdur. Müəllif göstərmişdir ki, müxtəlif səpkili qüsurlarla zəngin olan bu əsər «Böyük Ermənistan» ideyası təsdiqləyir və dolayısı yolla Ermənistanın Azərbaycan torpaqlarının isğana haqq qazandırmağa xidmət edir. Bu kitab Azərbaycan tarixİ ilə maraqlanan hər bir kəs üçün əhəmiyyətli ola bir.» Axıncı cümləyə diqqət edək, necə yeni «hər kəs üçün əhəmiyyətli ola bili. Bir xalqın, ən azı dövləti olan, onun keşiyini çəkən qurumla olan, tarixini tədqiq edən institutu olan bir, millətin, xalqın tarixi ilə «belə oynamaq» olar? Yaz arenaya çıxar kimsə də əlbəttə, cəsarəti çatan etiraz eləsin, Bəlkə ele heç etiraz eləmədilər... Axı bu millət 100 il ərzində biganəlik dərsi keçib. Onun qanını düzənlikdə axan çayın axana uyğunlaşdırdılar. Heç olmasa S.Məmmədovun bu əsəri kifayət qədər kəsərlə yazılıb. Əsərə «Ön söz» (təəssüf ki çox dəyərli məqaləyə müəllif ad verməmişdir) yazmış E.Məhərrəmovun belə bir qeydi diqqəti çəkir: «F.Məmmədovan yöndəmsiz, məntiqsiz iqtibaslarından belə qənaətə gəlmək olar ki Böyük Ermənistan”nın sərhədləri Atropatenaya qədər uzardı və sonuncunu qeyd olunan zaman kəsiyində erməni çarları idarə edirdilər» (səh 7), Demək Atropatenanı erməni çarları da idarə edibmiş. Hər halda türk təəsübkeşliyi ilə tarixi həqiqətr fonunda professor Ş.Məmmədov milli bir hisslə, bir az da emosional desək, qeyrətlə F.Məmmədovaya cavab verib. Əsərin ikinci adına diqqət edək: «Böyük Ermənistan» «yaradan» Fəridə Məmmədovanın «əsəri» haqqında. Budur həqiqət, budur tarixçi cəsarəti. Tarixə söykənişin gücü, qüdrəti.

Bu mübahisələrin nə qədər davam edəcəyini biimirəm. Amma nə vaxt elmdə bu mübahisələr S.Məmmədovun, T.Hacıyevrin xeyirinəll olunacaqsa o zaman Qarabağın işğaldan azad olunacağına inanacağam.

  Bütün müharibələrin son ucu elmdə təfəkkürdə, düşüncədə qurtarır mənim Azərbaycan cəmiyyətinə verəcəyim bir sual qalır: - Kim tarixi necə başa düşür?.. Sadəcə kağız üzərində yazılmış salnamə, yoxsa qanda, ruhda gəzən bir duyğu... Bir də tarixçinin özündən soruşuram - Sən kimsən Süleyman Məmmədov?

Heç kimə sirr deyil ki, uzun müddətli və ardıcıl mübarizəyə baxmayaraq, xaricdəki erməni diasporunun, erməni mənafelərini müdaf edən lobbinin və eləcə də, kor-koranə olsa belə, dediklərinin üstündə duran erməni dip­lomat­lanın və bütün bu qüvvələrin əsaslandığı erməni tarixçilərinin müqaviməti qırılmayıb. Əsas güc mənbəyi kimi, saxtakarlıqla olsa da, böyük Ermənistanın nə vaxtsa mövcudluğuna dünyam inandırmaq cəhdləri davam edir. Bəs bu davam müqavimətə qarşı Azərbaycan tərəfi öz qüvvələrini -diaspora, lobbi, tarix, dil tarixi, siyasət sahələrini bir-birinə əlaqələndirərək səfərbər edə bilirmi?

Təəssüf ki, bu səfərbərlik niyyətləri hələlik arzu olunan məqsəddən başqa irəliyə bir addım da ata bilmir. Bunun ola bilsin ki, çox səbəbi var. Məsələn, mənim zənnimcə görə, erməni tarixini, Ermənistan tarixini və coğrafiyasını, erməni dilini - qraba və aşxaraba öyrənən mütəxəssislər hazırlanmalıdır. Heç kimə sirr deyil ki, bu sahə üzrə mütəxəssislər çox azdır və onlan da əksəriyyeti ömürlərinin ahıl çağlana gəlib çatıblar. Vaxtilə tarixçi Yusif Yusifovun bu sahədə təşəbbüsləri olmuşdu. İndi akademik Ziya Bünyadov, professor Yusif Yusifov yoxdur. Azərbaycan tarixinin həmin mütəxəssislərin bildiyi dövrlərinə kölgə salanlara mütəxəssis səviyyəsində kim cavab verməlidir? Hər halda belə suallar açıq suallardır, bu barədə mütəxəssis tarixçilərimiz, akademiyanın müvafiq sahələri düşünməlidir.

Təsir əks-təsirə bərabərdir. Fizika qanunu olsa da, yerinə görə elmin digər sahələrində də, mənəvi məsələlərdə də özünü diktə edir.

Hər halda professor Fəridə Məmmədovanm «Albaniya və albanlar haqqında» (Bakı-2006) adlı Azərbaycan tarixi, Azərbaycanın qədim dövrlərinə türk etnosunun bu ərazilərdə aborigen olmasına yanş, bəlkə də, qərəzli mövqedən münasibəti cavabsız qalmayıb, Tarix elmləri doktoru, professor Süleyman Məmmədov Fəridə Məmmədovanın kitabını “Ermənistanın işğalçılıq əməllərinə haqq qazandırmaq cəhdi” adlandırır, “Böyük Ermənistan” yaradan  F.Məmmədovaya dəqiq faktlar esasında, hətta Fəridə Bəyimin tərcümeyi-halı və tədqiqat yolu fonunda onun səhvlərinin köklərini - elmi, psixoloji «qaynaqlarını dəqiq faktlar əsasında şərh edir. Professor elə əsərin girişindəcə «Qafqaz Albaniyası tarixinin ilk mənbələr əsasında, müasir elmi anlayışlar səviyyəsində türkçülük-azərbaycançılıq mövqeyindən obyektiv tədqiqi tarixşünasğımız qarşısında» ciddi bir məsələ kimi durduğunu qeyd edir, elə professorun özü də, o cümlədən, digər bir çox alimlər də Qafqaz Albaniyasının tarixi ilə bağ araşdırmalar apablar, müəyyən məsələlərə münasibət bildirilib və təəssüf ki, Qafqaz Albaniyasının tarixi bütöv halda öyrənilməyib, doğru-düzgün elmi nəticələr həqiqi varislərinə çatdılmayıb.

F.Məmmədova isə əvvəllər də (1977,1986) Qafqaz Albaniyasının tarixinə dair kitablar nəşr etdirib, sonuncu kitabında isə Qafqazda türklərin tarixinə elə bir qatı kölgə salmışdır ki, ondan keçmək daha gur işıq tələb edir. Yer üzünü işıqlandıran mənbə günəş olsa da, həqiqətləri yalnız zəkalan işığı ilə görmək olar. Bəs F.Məmmədova «Albaniya və albanlar haqqında» əsərini necə işləyib? Hansı əsaslar üzərində qurub? Professor S.Məmmədovun qənaəti belədir: «F.Məmmədova «əsəri»nin ilk sətirlərindən özünü alban mənbələri və ədəbiyyatının, qədim (qrabar) və müasir erməni dilində yazılmış əlyazmaların, antik, Suriya, pəhləvi, qədim gürcü, ərəb mənbələrinin yeganə mütəxəssisi, bilicisi kimi qələmə verir. VII əsr alban coğrafiyaşünas Ananiya Şirakasi, Gevond, İ.A.Orbeli, S.Orbeli, Həsən-Cəlal və b. salnaməçilərin adlarını çəkir və onların əsərlərinə bilavasitə müraciət etdiyini bildirir. Əsərin mənbə bazası bölməsində onların əlyazmaların siyahısını verir, müəllifə ilk mənbə kimi gəlib çatdığını qeyd edir. Onlardan SSRİ EA Şərqşünaslıq İnstitutunun Leninqrad şöbəsində saxlanılan II qrup əlyazmalarının onun diqqətini daha çox cəlb etdiyini vurğulayır» (S.Məmmədov, «Ermənistanın işğana haqq qazandırmaq cəhdi». «Nurlan», Bakı-2011. səh.16).

Qafqaz Albaniyası ərazisindəki etnosların qədim dillərini bilirikmi? Ən azı bu sahədə tutarlı fikir demək üçün qrabarı hansı səviyyədə bilir? Bu suala yalnız onun iş üslubuna bələd olan, tədqiqatların hansı mənbələr əsasında apardığından məlumatlı olanlar, bir sözlə, onu yaxından tanıyanlar cavab verə bilər. Təqribən elmə yaxın dövrlərdə gəldiklərini nəzərə alsaq və tədqiqat sahələri bir-birinə yaxın olduğundan, zənnimcə, S.Məmmədovun qənaəti bizi qane eləməlidir: «F.Məmmədovanın bu dilləri və qədim erməni dilini, 50 il məşğul olduğu müasir erməni dilini bilməsi şübhə doğurur. Yeri gəlmişkən deyim ki, M.Kalankatyuklunun «Ağvan ölkəsinin tarixi adlı əsəri 1968-ci ildə V.Arakelyanın aşxarabara (müasir erməni dilində) tərcüməsində işıq üzü görənə qədər F.Məmmədova əsərin orijinalından - qədim erməni dilindən (M.,1860) ruscaya tərcümə etmək üçün mənə müraciət edirdi. Mən də həmkarım kimi, ona qayğı göstərərək, tərcüməni edərdim. Sonra mən həmin kitabı İrəvandan gətirib ona verdim. Lakin yenə köməklik üçün onun mənə müraciətləri davam edirdi. Az sonra Leninqradda F.Məmmədovanın elmi rəhbəri Karen Yüzbaşyan (F.Məmmədova iddia edir ki, guya onun elmi rəhbəri mərhum akademik Ziya Bünyadov olmuşdur. Bununla ot bir daha elmi ictimaiyyəti məharətli yalanı ilə aldadır) mənə onun dissertasiyasının hazır olduğunu dedi və əlavə etdi ki, gəlib dissertasiyasını aparıb, müdafiə şurasına təqdim etsin. Mən Bakıya qayıdanda bu xəbəri F.Məmmədovaya çatdırdım və kitabımı qaytarmasını xahiş etdim» (səh.17).

Doğrudur, professorun qeydlərində şəxsi münasibət çalarları da duyulur. Zənnimcə, bu çalarlar da, bu şəxsi münasibət rəngləri də Fəridə Bəyimi «düzgün başa düşmək», onu daha yaxından tanımaq üçün təsir vasitəsidir.

S.Məmmədov “Böyük Ermənistan yaradan Fəridə Məmmədovanın əsəri haqqında” (“Nurlan”, Bakı - 2011) cavab xarakterli qeydlərində belə bir dəhşətli fakta rast gəlirik: “F.Məmmədova 1725 (I qrup); 1735 (II qrup) əlyazmalarını, S.Smbatyanın əsərində (s.183) müəyyən dəyişikliklərlə köçürərək (səh. 25) alban çarı Ürnyarın yepiskopdan xahişini izah edir və tez-tez M.Kalankatyuklunun M.Emin tərəfindən tərcüməsinə (M., 1860), istinad edir (II kitab, 47 fəsil). Lakin çox təəssüf ki, orada belə bir fəslin olmadığını qeyd etməliyik. Buradan da müəllifin orijinaldan istifadə edə bilməmək bacarığı və oxucunu aldatması tam çılpaqlığı ilə üzə çıxır (səh.18). M.Kalankatyuklunun “Ağvan (alban) ölkəsinin tarixi” adlı əsərini qədim erməni dilinə ilk dəfə çevirən M.Eminin və K.Şahnazaryanın adlarını çəkən F.Məmmədova nəzərə almalı idi ki, bu sahədən xəbərdar olan bir alim (S.Məmmədov) ona cavabında “bu yanlış fikirdir” deyə bilərdi. Hətta belə bir əsərin olduğunu da s.Məmmədovun şübhəsi var.

Moskvada (1860) nəşr olunan həmin əsərdən (həmin nəşrdən) istifadə etməyən F.Məmmədova nə üçün həmin əsərdən istifadə etdiyini deməlidir? Görünür, etibarlı hesab olunan mənbələri xatırlamaqla sözünün “elmi günü” artırmağa cəhd edib. Doğru olaraq S.Məmmədov qeyd edir ki, “F.Məmmədova bundan əvvəlki və indiki yazılarını tərcümə əsərləri üzərində qurmuş və yanlış nəticələrə gəlmişdir”. Yeganə nüsxəsi Matənadaranda mühafizə olunan əlyazmanı da F.Məmmədova görməyib, çünki özü orada (Eçmiədzində) olmamışdır. F.Məmmodovanın Movses Xorenasinin əsərlərindən qaynaq­lan­dığını bildirməsi də istehza doğurur. Nə qədər gülməli olsa da, V əsrə aid olan M.Xoranesinin «Erməni tarixi» adlı əsərini VIII əsrə çəkir. Şübhəsiz tarixçi üçün bu, bağışlanılmazdır. Onun türk etnoslarına qəzəbli və qərəzli münasibəti açıq-aşkar duyulur. Halbuki M.Xorenasi «Erməni tarixi»ndə hələ V əsrdə bul­qar, basil, xəzər, hun türk tayfaları haqqında məlumat verirdi. Bəs niyə F.Məmmədov bunları görməzliyə vurur, yaxud yaddan çıxarır?

Professor  cavabında yazır: «Sak türk tayfalarını İran etnosu (s.259) ad­lan­dırır. Onların Sakasendə məskunlaşmalarını az qala işğalçı kimi qələmə verir. Rus Sovet tarixçisi A.P.Novoseltsov kimi, Azərbaycan xalqının formalaşmasını XI-XII əsrlərə aid edir. Erməni tarixçilərinin mövqelərini götürərək, Səlcuqları işğalçı adlandıraraq yazır: «XII əsrdə Syunik səlcuq işğalının obyektinə çev­rildi» (s.266) Halbuki e.ə.VIl əsrin sonu - VII əsrin əvvələ saklar, kimmerlər, II-V əsr hunlar artıq Azərbaycandakı aborigen türklərlə qaynayıb-qarışdırmışlar. Müəllif isə L.Parpesiyə, istinad edərək sakları İran etnosu kimi oxucuya təqdim edir (s.259) alban yazıçısının erməni əlifbasına keçməsini XVIII əsrin XIX əsrin əvvəllərinə aid edir. Halbuki akademik Z.Bünyadovun sözləri ilə desək, adları çəkilən ermənidilli müəlliflər, yəni alban müəllifləri, hələ V-VII əsrlərdə öz əsərlərini qədim erməni ən erməni əlifbası ilə yazırdılar (səh.20). F.Məm­mədova­dan fərqli olaraq bəzi  erməni müəllifləri türklərə qarşı (A.H.Abramyan) daha ədalətlidir.

Ümumiyyətlə, F.Məmmədova xristanlığın Albaniyada yayılması tarixini də dolaşdırır, bir çox hallarda faktları təhrif edir, hətta, albanşünaslığm qəbul elədiyi həqiqətlərin də üstündən sükutla keçir, Bir qədər uzun-uzadı olsa da, F.Məmmədovanın xristianlığın Azərbaycan ərazisində (Albaniya) yayılması ilə bağlı mülahizələrinə professorun münasibətini olduğu kimi çatdırmaq oxucuların məsələni daha aydın başa düşməsinə kömək edərdi: «F.Məmmədova yazır: «Nazareylər yəhudilər idilər və onlar Xristosu ədalətli şəxs hesab edir, onu Allahın oğlu sanırdılar, İsus-Xristosun dindar adam kimi xristian dilinin qəbul edilməsi mərasimində («Xaç suyuna salma») Müqəddəs Ruhun gücünü mənimsəməsi xristian yəhudilərin (nazareylərin) ən qədim adətlərində ifadə olunmuşdur». Daha sonra o, IV əsrə qədər nazareyliyin Albaniyada mövcud olmasını qeyd edir (s.523), bununla e.ə.I və b.e.I əsrində Albaniyada - Azərbaycan ərazisində yaşayan ilk tatlar içərisində itirilmiş yəhudi nəslinin varislərini axtarır (yenə orada). F.Məmmədova I-II əsrlərdə qədim Suriya və Mesopotomiyada yaşamış arameylərin xristianlığı Ermənistanda (s.130), şərqdə yaymaları, bu cərəyanın Faddey, Apostol Varfolomey və Qriqor ilə əlaqəsindən bəhs edir, bir az da irəli gedərək Atropatenaya üz tutur, buradakı apostol başlanğıcı olan xristian-kilsələrinin olduğunu fərəhlə oxucuya çatdırmağa can atır. Buradan da müəllifin Azərbaycanın cənubunun da (Atropatenanın -S.M.) «Böyük Ermənistan»ın tərkibinə qatması fikri aydın olur" (səh.25). Aydın məsələdir ki,F.Məmmədova və təkcə F.Məmmədova yox, xalqına və Vətəninə bağlı olan hər hansı bir ziyalının mövqeyi onun məsələyə münasibətində aşkarlanır. Əgər F.Məmmədova Albaniyanı türklərin tarixi vətəni hesab eləsəydi və tarixən heç vaxt olmamış “Böyük Ermənistan”ın uydurma olduğunu təsdiq etsəydi, onun opponentlərinə bu qədər qıcıqlandırıcı təsir göstərməzdi. dünyanın ən qədim dövlətlərinin adları Azərbaycanla bağlıdır. Dövlətçilik tariximizin Mannadan daha əvvəl Aratta ilə bağlanması bir sıra tədqiqatlarla gündəmdədir. Mərhum tarixçi Yusif Yusifovun bu sahədəki araşdırmaları xatırlana bilər. tƏəssüf ki, bu günlərdə görkəmli kulturoloq Fuad Məmmədov televiziya kanallarının birində çıxışı zamanı Aratta dövlətinin sələfi olması haqqında danışmağın hələ tez olduğunu qeyd elədi. Əslində, bu barədə kifayət qədər Y.Yusifov danışıb və bizə Arattanın sələfimiz olduğu haqqında irs qoyub, sözüm bunda deyil, erməni tarixçiləri Albaniyanın həm elmdə, həm də bu gün Qarabağın timsalında işğalına haqq qazandırmağa çalışırlar. Atropatenanın yalançı “Böyük Ermənistan”a heç dəxli yox idi. Və bunu da erməni tarixçilərə kömək üçün F.Məmmədova elmə gətirdi. İlk baxışdan F.Məmmədovanın tədqiqatları sanki Albaniya tarixini yox, xristianlığın tarixini araşdırması kimi görünür. Amma son nəticədə onun mülahizələri, din tarixi ilə bağlı gəldiyi qənaətlər bugünkü Ermənistanın faşist siyasətinə, işğalçılıq siyasətinə xidmət edir. Elə bu səbəbdən də görkəmli Azərbaycan alimi, tarix elmləri doktoru S.Məmmədovun haqlı qəzəbinə tuş gəlib.

Əlbəttə, söhbət qərəzkarlıqdan getmir. Söhbət milli mənafeləri: ayaqlanmasından gedir, tarixi həqiqətlərin inkarından gedir. Bu yerdə qəzəblənməyəsən, neyləyəsən? S.Məmmədovun şərhləri F.Məmmədovanın tədqiqatının iç üzünü beləcə açır: "Lakin F.Məmmədovanın S.Orbeliyə (XIII əsr, əsaslanaraq apostol Varfolomeyin, missionerliyinin Ermənistanda deyil, Syunik və Albaniya ilə baği: olmasını, Albaniyada yepiskopluğun yaradılmasını, Varfolomey və onun xələfi, yepiskop Faddey-Yelisey tərəfindən Albaniyada xristianlıga aid ənənəvi tədbirlərin keçirilməsini və təbliğini, Kişdə ilk yepiskop kafedrasının yaradılması və indiyə qədər qorunmasını, arxeoloji axtarışlar vaxtı I əsrə aid unikal apostol kilsəsinin aşkar edilməsi barədə danışması, xristianlığın Albaniyada Ermənistandan tez yayılmasını önə çəkməsi, bu dinin Albaniyaya haradan daxil olmasını, alban katolikoslarının tarixini Veselen, Xalkidon, Yerusəlim kilsələri arasında gedən dini ideoloji mübarizəni izləməsi, indiki şəraitdə Azərbaycanda qanunsuz yaranan dini qurumların (vəhhabilər və s.) tarixini və fəaliyyətini tədqiq etməsi və Azərbaycanda missioner rolunu oynamağa bərabərdir. Həm də bunların hamısı müəllifin ikinci kitabında, lazımsız olsa da, deyilmişdir (müq. et: s. 153-181 və s.523-565)» (səh. 25-27). Professorun belə bir təəssüfünə biz necə şərik olmaya bilərik ki, axı 0, (F.Məmmədova) alim missiyasından çıxaraq, missionerlik «fəaliyyəti göstərir?».

F.Məmmədovanın müqəddəs apostol Varfolomey haqqında qeydləri də bəzi cəhətlərinə görə etiraz doğurur: “F.Məmmədova yazır: “Müqəddəs apostol Varfolomey Qafqaz Albaniyasına yola düşdü, burada çarlara, şəhər sakinlərinin çoxuna ailələri ilə birlikdə xristianlığı qəbul edirdi. Lakin bütpərəst kahinlərin təhriki ilə çarın qardaşı müqəddəs (Varfolomeyin) apostolun Alban (və ya Albanopol, indiki Bakı) şəhərində tutulub başıaşağı çarmıxa çəkilməsi barədə əmr verdi” (səh. 533 – bu, F.Məmmədovanın kitabındakı səhifədir). Professor S.Məmmədov F.Məmmədovanın göstərdiyi fakta və hadisənin təsvirinə etirazında haqlıdır: “Başıaşağı çarmıxa çəkmək və Bakının adına aid faktlar ciddi araşdırmalıdır, çünki bəzi tədqiqatçılar Bakının adını Qaytara (Qanqara), Albana, Baruka ilə eyniləşdirirlər” (S.Məmmədov, “Ermənistanın işğalına haqq qazandırmaq cəhdi. (“Nurlan”, Bakı, 2011, səh.27) Yəqin ki, professorun təkziblərini, etirazlarını izləyən oxucular bu barədə mülahizələrini bildirəcəklər. Məlumatlı müəlliflər müasir erməni tarixçilərinin, “Böyük Ermənistan” tarixi üzrə lobbinin F.Məmmədovanın kitabını necə qiymətləndirir və bu əsərə necə münasibət bildirirlər? Bu barədə də mülahizələr söyləsəydilər məsələ daha da aydınlaşardı. Tariximizin ziddinə, türkün əleyhinə tarix elmində hər hansı kiçik bir fakt düşmənin müqavimətini gücləndirir. Bu gün səngərdə, əlində silah yurdu işğaldan azad etməyə hazırlaşan əsgərlərimizin inadını qırır.

Qarabağdan erməni işğalçılarını layiq olduğu cəza ilə qovmaq təkcə əsgərin işi deyil. Qüvvələr bərabər paylanmalıdır bütün vətəndaşlar arasında.

Suleyman Məmmədovun "Ermənistanın işğalına haqq qazandırmaq cəhdi" kitabındakı etirazlar, təkziblər, ümumiyyətlə, Fəridə Məmmədovanın "Albaniya və albanlar haqqında" əsərindəki yanlışlıqlar, təhriflər və tarixi faktların saxtalaşdırılması hallarının araşdırılması göstərir ki, hər iki əsər tarixçilər - dil tarixçiləri, arxeoloqlar, hətta etnoqrafların... iştirakı ilə geniş müzakirə olunmalıdır. Təəssüflə qeyd etmək lazımdır ki, "Albaniya və albanlar haqqında" əsərinin nəşrindən beş il keçməsinə baxmayaraq, ümumi tarixşünaslığımızın qənaətini, ümumiləşdirici fikrini özündə ehtiva edən münasibət bildirilməyib. Hər halda az-çox mətbuatı izləyən müşahidəçi kimi mən belə bir münasibət haqqında xəbərsizəm. Ancaq demək olar ki, əksər ziyalılar arasında şifahi müzakirələrdə belə bir fikir hakimdir ki, F.Məmmədovanın kitabı antiazərbaycan, antitürk mövqeyindən yazılıb. Hər halda, digər mütəxəssislər tərəfindən (bəzi dil tarixçilərinin münasibətini artıq bildirmişik) dəqiq və aydın cavab olmasa da, S.Məmmədovun bu - "Ermənistanın isğalına haqq qazandırmaq cəhdi" əsərini əqidəli, tarixini və milli köklərini kifayət qədər bilən, milli ruhlu bir ziyalının cavabı kimi qiymətləndirmək olar.

F.Məmmədova öz əsərində (hər halda bu əsərdən gətirilən sitatların təsiri altında fikir demək üçün əsas var) albanların qriqoryanlaşması və erməniləşməsinin tarixi haqqında tutarlı və aydın fikir demir. S.Məmmədov müəllifin şübhəli mövqeyini onun öz düşüncələri əsasında açıqlayır; "Müəllif monofizit (bir mahiyyətli) və diofizit (yəni Xristosun ikili ilahi mahiyyəti) məsələlərini izah edərək belə qənaətə gəlir ki, VIII əsrin əvvəllərində ərəblər Zaqqfqaziyanı (Cənubi Qafqazı - S.Məmmədov) istila etdikdən sonra alban kilsəsi ərəblərin təzyiqi altında və erməni kilsəsinin fəal köməyi ilə diofizitliklə əlaqəsini kəsdi Ərəb xilafəti onun tabeliyində olan xristian əhalisinin fəaliyyətini əlaqələndirmək üçün onların içərisində Bizans imperiyasının diofizit etiqadı müqabilində monofizitliyi müdafiə etməyə başladı. Diofızit-pravoslav etiqadlı alban kilsəsinin ünvanına çatdırılan məlumatlara münasibət bildirən xəlifə alban kilsəsini monofizit elan edərək, 705-ci itdə onu iyerarxiya baxımından ionofızit erməni kilsəsinə tabe etdi (s.553). Müəllif bununla da albanların qriqoryanlaşması və erməniləşməsinin başlanmasını ya görmək istəmir, ya da bilərəkdən "kitab"nın səhifələrinə çıxarmır" (S.Məmmədov, "Ermənistanın işğalına haqq qazandırmaq cəhdi. Bakı-2011. səh.28).

Albaniyaya dəxli olmadan F.Məmmədovanın Naxçıvanla bağlı mülahizələri də tarixlə maraqlanan sıravi oxucuda da, ən azı yumşaq mövqedən desək, narazılıq yaradır. F.Məmmədovanın söykəndiyi alimlər, hətta ermənipərəst alimlər Naxçıvanın erməni şəhəri olduğunu demədiyi halda, o, Naxçıvandan iki min erməni və altı min yəhudi ailəsinin aparıldığını qeyd edir. Sasani qoşunu iki min erməni və altı min yəhudi ailəsinin dördüncü əsrdə Naxçıvandan əsir aparması faktını nə dərəcədə doğru-düzgün olduğunu araşdırmaq əvəzinə, belə bir faktı (yalan, ya doğru) ermənilərə dəstəvuz kimi təqdim edir. Bu da istər-istəməz məsələyə obyektiv yanaşmağa cəhd edən S.Məmmədovun etirazına səbəb olur: "F.Məmmədova bu barədə də ziddiyyətli fikirlər irəli sürür. O yazır: bu vaxt Naxçıvanda erməni əhalisi az idi. İkinci, bu dövrdə F.Buzandın Naxçıvanın erməni şəhəri olması barədə heç nə demədiyini bildirir. Əgər belədirsə, Naxçıvanda iki min erməninin olmasını qabarıq verməyə ehtiyac vardırmı? Göründüyü kimi, FMəmmədova mənbənin özünə müraciət edə bilmədiyi üçün özü də onların içərisində itib-batmışdır. Həm də bu fikir müəllifin addımbaşı təkrarladığı "Qafqazı ermənilərdən təmizləmişəm" konsepsiyasına daban-dabana ziddir" (yenə orada, səh.30).

Azərbaycan tarixinin araşdırılması uzun illər qeyri-türk əsilli Azərbaycan tarixçilərinin monopoliyası olub. Bu da həmin araşdırma müəlliflərinin istər-istəməz tarix boyu Azərbaycan ərazisində (şimal, cənub) hakim olan türk etnoslarına qısqanc münasibəti, ögey münasibəti ilə fərqlənib. Görün məsələ nə dərəcədə qəliz xarakter alır ki, "F.Məmmədova I-II əsrlərdə Naxçıvan əhalisinin mədəni-etnik tərkibini təhlil edərək bir qədər də irəli gedir. Burada ermənilərin deyil, marların - kürdlərin yaşadığını göstərir". S.Məmmədov bu faktın "Albaniya və albanlar haqqında" əsərində (səh.268) yer aldığım necə diqqətə çatdırmaya bilər? F.Məmmədovanın Naxçıvanı Albaniyaya istinad etməsi, daha doğrusu, Albaniyanın tərkibinə qatması, ilk baxışdan təhlükəsiz görünür. Amma son nəticədə "Qafqazı ermənilərdən təmizləmişəm" deyən F.Məmmədovanın "tarixən Atropatenanın tərkibində olan Naxçıvanı ermənilərin xeyrinə Albaniyanın tərkibinə qatması" aşkarlanır. Bu, istər-istəməz, Atropatenanın da bu və ya digər dərəcədə Ermənistana güzəşti (ermənilərə verilməsi) təəssüratı yaradır.

S.Məmmədov "Albaniya və albanlar haqqında" əsərinin müəllifıni özünün fikirləri əsasında mühakimə edir. F.Məmmədovanın "X-XI əsrlərdə kürdlər Naxçıvan-Arran əmirliyi, başqa sözlə, Şəddadilər dövləti yaratdılar" fikrinə cavab olaraq bildirir ki, bir çox mənbələr (əsas və tutarlı mənbələr) nəzərdən keçirilsə də, Naxçıvanda kürdlər tərəfindən belə bir əmirliyin yarandığına təsadüf olunmur. Naxçıvanı Sünik vilayətinin mərkəzi hesab etmək, Naxçıvan abidələrinin alban abidələri olduğunu israr etmək, hətta 1836-cı ilə qədər müstəqil alban kilsəsinə və alban katolikosluğuna tabe olduğunu iddia etmək... bütün bunlar cəfəngiyatdır. S.Məmmədovun qeyd etdiyi kimi, akademiyanın müxbir üzvü Vəli Əliyev Naxçıvanda qırx ildən çox tədqiqat aparıb, arxeoloji qazıntılar əsasında onun gəldiyi qənaətlərə görə, albanlara aid həmin ərazidə bir dənə də olsun tarixi abidə, maddi-mədəniyyət nümunəsi üzə çıxarılmamışdır.

Bəs onda F.Məmmədovanın məqsədi nədir? Onsuz da ermənilər Qarabağ kimi, Naxçıvana da iddialıdırlar. Albaniyaya sahib çıxmaq istəyi ilə Naxçıvanı da özlərinin halal malı hesab etmək üçün F.Məmmədovanın qənaətləri onlar üçün çox böyük köməkdir. Demək, F.Məmmədovanın qənaətinə görə, S.T.Yeremyan, Q.Svazyan, A.Mnasakyan, Q.X.Sarkisyan, B.Ulubabyan, A.Abramyan...haqlı imiş. F.Məmmədovanın qənaətinə görə, albanların yazısını Mesrop Maştoş yaratmışdır. Əgər F.Məmmədova doğru deyirsə, onda erməni alimləri də doğru deyir – “Alban əlifbasını Mesrop Maştoş yaratmışdır”. Bu fikir erməni alimlərinin dediyi, “sizin əlifbanız olmamışdır!” hökmü ilə qan qohumudur. bəs qarqar dili, alban əlifbası, bəs M.Kalankaytuklu, digər tutarlı dəlillər F.Məmmədovanın nəzərindən niyə qaçıb? Tarix elmləri doktoru S.Məmmədov bütün bunlara aydınlıq gətirir. F.Məmmədovanın qənaətinə görə, albanlar Konstantinopolu da idarə edirmişlər. Kipr də Albaniyaya daxil imiş. Qars və Ərzurum bölgələrində Baqratilər dövlətinin yarandığını göstərməsi əsassızdır. Erməni knyaz nəslinin Qafqaz ərazisində yox, Kiçik Asiyada və Şərqi Anadoluda məskun olmaları (özü də ötən əsrlərə qədər), ümumiyyətlə, Baqratilər dövlətinin varlığı (Albaniyaya daxil etmək) haqqında fikirləri də hansı məqsədlərə uyğundur? F.Məmmədova bu məsələdə M.Kalankaytukluya istinad edir. Əsərin Moskva nəşrində (1860) belə bir qeyd yoxdur.

Kütləvi oxucu üçün bu məsələlərin üstündə qaranlıq yaradan pərdənin götürülməsi nə qədər əhəmiyyətlidir. Hər halda M.Kalankatyuklunun Moskva nəşri ilə S.Məmmədov tanışdır. Həmin mənbəni görməyən tarixçilər də F.Məmmədovanm yazdıqlarını düzgün hesab edə bilər. Demək, əslində, S.Məmmədov çox boyük fədakarlıqla, dəqiq araşdırmalarla tarixi tədqiqatların səhv yola düşməsinin qarşısını almaq istəmişdir.

Türkiyənin də bir çox hallarda dünyanın siyasi arenasında təkləndiyini görürük. Belə olan halda Azərbaycana siyasi-mənəvi... dəstək olan qardaş Türkiyənin mənafeyinə də zidd olan faktlarla erməni dəyirmanına kömək üçün F.Məmmədovanın yalançı fikir çaylarından su axıtması çox böyük təəssüf doğurur.

Daha bir yaralı yerimizlə bağlı mülahizələr də qəzəb doğurur. Səfəvilər dövlətinin İran dövləti adlandırılması Azərbaycan tarixinə açıq-aşkar ləkədir. Və Səfəvilər dövlətinin tarixi o qədər də qədim deyil ki, tarixçilərimiz ona nüfuz edə bilməsinlər. Heç olmasa, Səfəvilər dövlətini İran dövləti hesab etməsi ilə bağlı mülahizələr ifşa və rədd edilməli idi. Kilsə tarixini: dövlətçilik tarixi ilə qarışdıran F.Məmmədovanın mülahizələrinə S.Məmmədov kəskin və aydın münasibət bildirir: "F.Məmmədovanın Azərbaycan dövlətçilik tarixinə aid fikirləri rus şovinistlərinin və İran fundamentalistlərinin fikirləri ilə üst-üstə düşür. O, Səfəvi dövlətini İran dövləti adlandınr (s.105). Burada bir cəhəti də qeyd etməliyik ki, alban dövləti e.ə.IV - b.e.VIII əsrindən o tərəfə keçməmişdir. Ayrı-ayrı knyazlıqlar isə IX əsrə qədər qalırdı. F.Məmmədova isə kilsə tarixini dövlətçilik tarixilə qarışdırır. V əsrdə alban, 705-ci ildə Partav (Bərdə) kilsələrinin alban dilində ona çatmış yazılarının tarixini 1836-cı ilə qədər izləməyə çalışır və bir dənə də olsun alban dilində yazı nümunəsinin açılışını vermir. Verə də bilməz. Bundan əlavə, XI əsrdən sonra Alban knyazlığından danışmaq artıqdır (yenə orada, səh.35).

Ermənilərin Anadoluya ərazi iddialan bu gün də davam edir. F.Məmmədova isə ermənilərin bu davamlı iddialarının inadını qırmaq əvəzinə eradan əvvəl I əsrdən 428-ci ilə qədər, İkinci Tiqran imperiyasının çökməsindən sonra erməni tarixinin olmadığını yazsa da, bir qədər sonra F.Məmmədovanın belə bir fikrini S.Məmmədov diqqətə gətirir: "Yerli hakimlərin idarə etdikləri iki Ermənistan olduğunu göstərir" - Qərbi Ermənistan və Fars Ermənistanı. S.Məmmədov fikrinə davam edir. "Beləiiklə, o, Şərqi Anadolunu Qərbi Ermənistana daxil edərək ermənilərin ərazi iddialarını təsdiq edir, reallaşdırır və onlara siyasi haqq qazandırır. Xeyirxahlıq edərək Albaniya əhalisini "avtoxton, oturaq əhali" adlandırmaqla, onları qafqazdilli və farsmənşəli hesab edir". Deməyə bir söz qalmır. Buna "öz ocağını söndürmək" deyərlər. F.Məmmədovanın ermənilərə "ürəkyanğısı" haradan qaynaqlanır? Guya tarixi vətənini itirən erməni xalqı "IX-XIV əsrlərdə qərbdə yeni torpaqlar aramağa başladı və öz dövlətini genişləndirdi". Doğrudur, S.Məmmədov bu sözlərdən sonra onun azərbaycanlı - türk olmasına inanmağın mümkün olmadığını qeyd edir. Hərçənd ki, elə biz özümüz də, sıravi bir oxucu da onun türklüyünə necə şübhə eləməsin? Hələ F.Məmmədovanın 387-ci ildə Ermənistanın Bizansla İran arasında bölüşdürülməsinə axıtdığı göz yaşlarını demirik.

"F.Məmmədova eradan əvvəl II-I minilliklərdə böyük Ermənistanın mövcud olduğunu təsdiq edir". Bu, S.Məmmədovun qeydidir. Və elə oradaca Süleyman müəllim həmin tarixin mübahisəli olduğunu yada salır və bunun üçün müxtəlif tutarlı mənbələr göstərir. Bir sözlə, böyük Ermənistan adlı bir dövlətin olduğu və bu dövlətin İran-Bizans arasında bölünməsi haqqında deyilənləri S.Məmmədov haqlı olaraq "sayağı uydurma" adlandınr. Favstos Buzandm dediklərinə qane olsaq, S.Məmmədovun qeyd etdiyi kimi, hələ eradan əvvəl 66-cı ildə Ermənistan bütün işğal etdiyi ölkələrə yiyələnməkdən məhrum olunmuşdu. F.Məmmədova isə həmin dövrdə Ermənistanın az qala çiçəklənməsindən danışır, Türkiyənin dağlıq hissəsinin də Ermənistanın idarəsində olduğunu iddia edir. Bununla da S.Məmmədov onun münasibətinin məqsədyönlü olduğunu yenin dağlıq hissəsinin də Ermənistanm idarəsində olduğunu iddİa edir, Bununla da S.Məmmədov onun münasibətinin məqsədyönlü olduğunu diqqətə çatdırır. Çünki "indiki Türkiyə ərazisini Ermənistanın dağlıq hissəsi kimi göstərərək kitaba əlavə etdiyi xəritə ilə bu fikri təsdiq edir. Həmin xəritə isə S. Yeremyanın xəritəsi ilə eynidir".

Bəlkə, S.Məmmədov bu fikirləri aşkarlamayaydı? Onda F.Məmmədovanın kitabı haqqında hansı təəssürat yaranardı? F.Məmmədovanın göstərdiyi "faktlar" düşüncələrə necə hakim kəsilərdi? Ermənistanın işğalçılıq siyasətinə bundan yaxşı haqq qazandırmaq olarmı? Bir sözlə, "Albaniya və albanlar haqqında" əsərin ruhunda zəhərli bir qan daşıyır. Bu qan düşüncə ilə dünyanın ruhuna yeridilir. Əlbəttə, bizim ziyanımıza olaraq.

S.Məmmədov qeyd edir ki, sanki F.Məmmədovanın kitabı "Böyük Ermənistan"ın sosial-iqtisadi, siyasi tarixi və sərhədlərini göstərən bir əsərdir. Doğrusunu deyim ki, Azərbaycan tarixinin birinci cildi də sanki başdan-başa belə bir ruhda yazılıb. F.Məmmədova "Böyük Ermənistan"ın sərhədlərini Təbrizdən, Ərdəbildən keçirir. Bununla da tarixi, mənəvi düşüncə sistemimizə güclü zərbə vurur.

F.Məmmədova bəzən erməni təəssübkeşliyinə o dərəcədə uyur ki, hətta tarixi faktla da təhrif etdiyini unudur. O, öz əsərinin bir yerində erməni ça Papın vaxtında (369-374) Ermənistanın Roma imperiyasına vergi ödədiyini qeyd edir. S.Məmmədov isə həmin mələyə başqa cür yanaşır: "Məlumdur ki, Ptolomeyin dövründə Roma imperiyasının şərq sərhədləri Atropatena və Albaniyaya qədər gəlib çatırdı. Bundan əlavə, Roma imperiyasının şərq vilayətlərinin inzibati quruluşuna görə bura daxil olan ərazilər müstəqil olmamış və Roma canişinləri tərəfindən idarə edilmişlər. Ona görə də bu dövrdə müstəqil dövlət kimi təsvir edilən "Böyük Ermənistan"ın mövcud olmasından söhbət belə gedə bitməzdi" (səh.44), Roma numizmatikasının şəhadətləri də maraqlıdır. Təzim edən qul kimi təsvir olunan obraz erməni təmsilçisidir. Özü də dizi üstə diz çöküb təzim edən. Roma ilə ermənilərin ittifaqı da əslində, ermənilərin qonşu xalqlara xəyanəti idi. Roma özünə satqın bir dayaq tapmaq üçün ən yaxşı vasitə erməniləri seçdi,

F.Məmmedova sanki Azərbaycanın əleyhinə yazdığı nə varsa, hamısı ilə fəxr edir. S.Məmmədov belə bir faktı da F.Məmmədovanın əsərindən olduğu kimi təqdim edir: “Beləliklə, tarixi Ereti Azərbaycanın və Gurcüstanın ata-baba  ərazisidir". Tarixi İori və Alazan çayları arası ərazilərin İberiyanın tərkibinə daxil edilməsi hər halda Azərbaycan sərhədlərinə, Azərbaycanın qayçılanmasına tərəfdar olan alimin təcavüzüdür. F.Məmmədovanın bu iddialarını da heç bir tarixi mənbənin təsdiq etmədiyi qənaətində  olan S.Məmmədov F.Məmmədovanın haqqında söhbət açdığımız kitabında təkcə erməni alimlərinə qarşı deyil, həm də F.Məmmədova ilə faktlar döyüşündədir. F.Məmmədovanm Albaniya otlaqlarını tərif etməsi və bu otlaqları ermənilərin sürülərinə peşkəş verməsi də istehza doğurur.Albaniyada şəhərlərin siyasi strukturundan danışarkən şəhəri idarə edən hakimin statusunu təqdim edir ("Qorzaqal"). Buradaca yerinə düşərdi ki, Qarabağda bu gün də (hər halda işğala qədər) nüfuzu olmayan başçılara, rəhbərlik iddiasında olanlara kinayə ilə həmin sözü işlədirlər. "Qorzaqal". Əlindən bir iş gəlməyən adam üçün bu istehzalı ləqəb qarabağlıların dilində əzbər idi.

"Dərbəndin baş xristian mərkəzi kimi tanındığını" iddia edən F.Məmmədova özünün şübhəli mülahizələrinə yol açmağa çalışır. Ermənidilli tarixçilərin fikirlərinə sərf olunan qeydlərində də ermənilərə ürək ağrısı ilə canıyananlıq göstərməsi təssüf doğursa da, daha betəri "Massaget çarı Sanesanın başçılığı ilə Şimali Qafqazın köçəri tayfalarının Ermənistana hücumunu, Saatlı və Gəncəyə qədər bütün Ermənistan ölkəsini işğal etdiyini F.Məmmədovanın alban sərkərdəsi Vaçeni, erməni sərkərdəsi, bir qədər sonra isə I Vaçeni alban sərkərdəsi kimi təqdim etməsi gülüş doğurmaya bilməz. Halbuki onların hər ikisi S.Məmmədovun qeyd etdiyi kimi, alban idilər. Bir sözlə, Sasanilərin xristian ölkələrinə - Albaniya, İberiya, Ermənistan siyasəti ilə bağlı mülahizədə də Albaniyanı da bütövlükdə xristian ölkəsi kimi təqdim etməyə çalışdığı duyulur. S.Məmmədovun F.Məmmədovanın albanları ermənilərlə müttəfiq kimi təqdim edərkən, milli ideologiyadan, tarixşünaslığımızın indiki mövqeyindən çox uzaq olmasını xatırlatması təsadüfi deyil.

Məzdəkizmə münasibətdə də F.Məmmədovanın mövqeyi dolaşıqdır. Onun belə bir fikrini necə başa düşmək olar: "Sasanilər Məzdəkizmi zorla qəbul etdirməməyi öhdələrinə götürmüşdülər". Bu məsələyə S.Məmmədovun münasibət bildirməsinə lüzum yoxdur. Çünki orta məktəb şagirdləri də yaxşı bilir ki, Sasanilər Məzdəkizmi məhv etməyə çalışırdılar. Məzdəkin və tərəfdarlarının taleyini xatırlatmaq kifayətdir.

S.Məmmədov F.Məmmədovanın korafəhmliyini göstərən qeydləri ilə ona züy tutanları da xəbərdar edir: "Müəllifin III Vaçaqanın Aquen məclisində qəbul etdiyi kanonun mənfi cəhətlərini, Arşaqilərin son nümayəndəsi kimi, Albaniyanın strateji mövqeyindən çıxış edərək guya öz xarici siyasətində Dərbənd keçidində olan türk tayfalarının köçəri-səhra adamları ilə əlaqə saxlayaraq Albaniyada hakim təriqət olan atəşpərəstliyi, bütpərəstliyi məhv etməyə çalışması, öz nümayəndələrini alban qapılarına göndərərək onların içərisində xristian dini qanunlarını təbliğ etməsi, onları dindaşlarına çevirməsi və s. məsələləri görməməsi ən azı siyasi korafəhmlikdir" (səh.52). Elə buradaca həm S.Məmmədovun, həm də Fəridə Məmmədovanın mülahizələrini bir tərəfə qoyuram. Bir anlığa düşünək ki, Azərbaycan tarixşünaslığında nə F.Məmmədova var, nə də S.Məmmədov? Bəs bu problemləri kim çözməlidir? Bəs bu məsələləri kim araşdırmalıdır? Ən düzgün mövqe kiminki hesab olunmalıdır? Bu suallar açıq qalır, cavabını təbii ki, gözləyirlər. Axı ortalıqda fakt olaraq “Albaniya və albanlar haqqında" əsəri var və bu əsərin Azərbaycanın qədim tarixinə böhtan dolu faktlarla yazıldığını iddia edən S.Məmmədovun əsəri var. Bir sözlə, "Böyük Ermənistan” dünən, bu gün... Çox güman ki, hələ sabah da mövcud ola bilər. Bu tariximizə laqeyd münasibətin nəticəsidir. Qarabağı işğal etmiş erməni faşizminin işğalçılıq əməllərinə laqeyd münasibətdir.

Korafəhmlikdən söhbət getdi. İndi korafəhm kimdir? Özünüz deyin.

Professor S.Məmmədovun “Böyük Ermənistan" yaradan Fəridə Məmmədovanın haqqında düşüncələrində çoxlu iradlar, təkziblər, narazılıqlar var. Əgər konkret olaraq soruşulsaydı ki, bu narazılıqların kökü yalnız tarixi faktlarla bağlıdır, yoxsa, başqa səbəblər də var? Əlbəttə, professoru tarixi faktların təhrit edilməsi narahat edir. Ancaq narazılığın daha dərin psixoloji kökləri var. Bu köklərin əsasında F.Məmmədovanın Ermənistana yeri gəldi-gəlmədi təəssübkeşliyi, "cəfakeş, yazıq ermənilərə" əsər boyu istehza doğuran qayğılı münasibəti hiss olunur. Bir qədər geriyə qayıdaq. F.Məmmədovanın Q.Melikişviliyə istinad edərək eradan əvvəl I əsrdə Ermənistanın Roma imperatoru Avqust tərəfindən Atropatena hakiminə verilməsini (F.Məmmədova, "Albaniya və albanlar haqqında", səh.279) daxili əzabla qələmə alması Atropatenaya, türklərə, müasir anlamda Azərbaycan mənafeyinə qeyri-sağlam yanaşmanın nəticəsidir. Azərbaycan xalqının tarixində Albaniya özül daşlarından biridir və Azərbaycan xalqının tarixi-milli qəhrəmanları sırasında Cavanşirin xüsusi yeri var. Ancaq Cavanşirin və onun atası Varaz Qriqorinin dinlə bağlı mübarizələrində onların xristianlığın qızğın təbliğatçılarından olduğunu qeyd etməsi və bundan sonra alban kilsələrinin erməni kilsələrinə tabe edildiyini vurğulaması erməni təəssübkeşliyindən başqa bir şey deyil.

F.Məmmədova bəzən ya diqqətsizlikdən, ya da erməni təəssübkeşliyinə hədsiz uymanın nəticəsi olaraq tarixə məlum olan dəqiq faktları da təhrif edir. Məsələn, Gəncənin Atropatenanın mərkəzi şəhəri adlandırılması (F.Məmmədova, "Albaniya və albanlar haqqında", səh.358-367) təkcə elm adamlarını yox, hətta tarixdən az-çox biliyi olan şagirdləri də təəccübləndirər. Çünki ən orta səviyyəli təhsili olan şəxslərə də məlumdur ki, Atropatenanın şimal sərhədləri Araz çayında qurtarırdı. Halbuki, söhbət Marağa şəhərinin yaxınlığındakı Qazakadan (ərəb mənbələrinə görə, Gəncə) gedə bilər. F.Məmmədova onu Qayşavan adlandırır. Bu, erməni variantıdır. Göründüyü kimi, müəllif şəhərin adını erməni variantı ilə təqdim etməklə də özünün dumanlı niyyətlərinə uyğun hərəkət edir. Ən başlıcası, bu şəhəri xristian intibahının mərkəzi kimi göstərməklə, yenə ermənilərə xidmət etmiş olur. S.Məmmədov onun fikrinə - "Görəsən, erməni tədqiqatçısı İrəvanımızı müsəlman intibahının mərkəzi hesab edər?" - ironiya ilə yanaşmaqda haqlıdır. F.Məmmədova Babək hərəkatına münasibətdə də sağlam mövqe tutmur: "Səhl ibn Smbatı erməni kimi yox, alban çarlarımn nümayəndəsi kimi təqdim edir".

Rusiyanın Qafqazı işğal etmək planlarına daxil olan Albaniya adı altında xüsusi bir ərazini birləşdirmək və şübhəli sələflərin mirası kimi təqdim etmək cəhdləri acı istehza doğurmaqdan başqa digər təəssürat yaratmır. Onun Davdək, Cavanşir, alban tarixi, Davdəkin elegiyası ilə bağlı mülahizələrində də dolaşıqlığa yol verdiyini qeyd edən S.Məmmədov sonrakı mülahizələrində də daha çox haqlı təsir bağışlayır. Məsələn, Həsən Cəlalın qoşununun yerləşdiyi Xoxanaberdi (Qorxulu qala) F.Məmmədovanın fars sözü hesab etməsi də qalanın ilkin adının unudulması ilə bağlıdır. S.Məmmədov qeyd edir "Çingiz xanın sərkərdələrindən olan Cormağunun oğlu Boranunin Həsən-Cəlalın qızı Ruzuxanla evlənməsindən söz açır və bu nikah mərasiminin ehtimal ki, 1238-1240-cı illərə təsadüf etdiyini göstərir (s.410). Halbuki 1240-cı ildən Çİnjizxanın qoşunu Azərbaycandan çox uzaqlarda – slavyan ölkələrinin şərqində idi, bir qədər sonra isə Kiyevə qədər gedib çatmışdı" (səh.59).

S.Məmmədov bundan sonra məsələyə kimin necə yanaşmasından asılı olmayaraq, elə faktları göstərir ki, bunlar yalnız ürək ağrısı ilə müşayiət olunur. Ayrı-ayrı mənbələr, məxəzlər, əlyazmalar, sənədlər xalqın tarixi ilə bağlıdır və heç kim onu mənimsəyə bilməz. Bəs F.Məmmədova müəyyən məxəzlərlə bağlı bəzi əməllərini necə izah edə bilən "F.Məmmədova yazır ki, M.Kalankaytuklunun "Alban tarixi" kitabını davam etdirmək və tamamlamaq üçün əsərə 4 yeni fəsil əlavə etmişik (s.412-413). Lakin kitaba nəyi əlavə etdiyi məlum deyil, əlavə etdiyi Həsən-Cəlalyanın hakimiyyəti və məlum Qandzasar monastırının tikilməsi tarixini bildirməsidir ki, bu da tamamilə məsuliyyətsiz və təvazökarlıqdan uzaq ifadədir. Lakin o da bəllidir ki, vaxtilə akademik Z.Bünyadov müxtəlif ölkələrdən (Paris, Sankt-Peterburq və digər şəhərlərdən) M.Kalankatyuklunun əsərinin (qədim erməni dilində) 4 əlyazma nüsxəsini gətirərək F.Məmmədovaya vermiş, onların əsasında “Alban tarixi”nin yeni mətnini hazırlamağı ona tapşırmışdı. Akademik Z.Bünyadov sifarişlə öldürüləndən sonra işin öhdəsindən gələ bilməyəcəyini görən müəllif həmin nüsxələri Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Arxivinə vermək əvəzinə, onları mənimsəmişdir” (səh. 59). Bəs görəsən, həmin mənbələrin milli sərvət xəzinələrimizə qaytarılması haqqında düşünənlər varmı? Ramazan Xəlilovun varisinin (Rüfət Xəlilov) Ü.Hacıbəyovla bağlı qiymətli sənədləri xaricə aparmaq cəhdləri unudulubmu? Ümumiyyətlə, F.Məmmədovanın arxivində həmin sənədlər indi də qalırmı? Hər halda bu sala cavab vermək istəyənlər olmasa da, bu sualları təkrar etməklə, öz borcumuzu qismən də olsa yerinə yetirmiş oluruq. Ən pisi də odur ki, müəllif öz əsərində (F.Məmmədova, “Albaniya və albanlar haqqında”, səh. 414) türklərə ermənilərin bugünkü böhtanları səviyyəsindən yanaşır. Türk hərəkatlarını, türk dalğalarını ermənilərə zülm edən işğalçılıq damğası ilə xatırlayır: “Kitabın XI-XIV əsrlərdə Albaniya və Kilikiya çarlığına həsr edilmiş bölmələri milli ideologiyadan uzaqdır. XI-XII əsrlərdə albanların və ermənilərin güya  Kilikiyaya emiqrasiyasını səlcuqların “işğalı” ilə əlaqələndirir və xalqın təşəkkülü tarixində müstəsna yeri olan oğuzları, səlcuq türklərini işğalçı, soyğunçu, qarətçi kimi oxucuya çatdırır (s. 414). Nəhayət, F.Məmmədova N.Talberqin “Xristian kilsəsi tarixi”nə istinad edərək VII əsrin ikinci yarısında Povlikan bidətinin yarandığını qeyd edir” (səh. 60). F.Məmmədovanın əsərində elə uydurma mülahizələr var ki, hətta cavab vermək əvəzinə istehzalı gülüşdən başqa heç nəyə yer qalmır. Bəs necə? Beyləqanın Pavlikan hərəkatı ilə əlaqələndirməsi faktına başqa cür neçə yanaşmaq olar?

S.Məmmədovun “Ermənistanın işğalına haqq qazandırmaq cəhdi” kitabına ön söz yazmış AMEA Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru E.Ə.Məhərrəmov da Fəridə Məmmədovanın tariximizə ögey, Ermənistan tarixinə doğma olan “əsər” haqqında  mülahizələrində narazılığını kifayət qədər ifadə edir. O, göstərir ki, hətta erməni müəlliflərinin cəsarət edə bilmədiyi addımlarla F.Məmmədova “öz elmində” yeriyə bilir: “burada diqqəti çəkən odur ki, S.Yeremyan əvvəllər Movses Xorenasiyə, sonralar isə Anania Şirakasiya aid edilən “coğrafiya” əsərini (bura 15 xəritə daxildir. (Atlas) Pfolomeyin “coğrafiya”sı ilə müqayisə edərək, “Ermənistan VII əsr coğrafiyası əsasında” (İrəvan, 1963) adlı əsər nəşr etdirmişdir. Həmin əsərdə S.Yeremyanın cəsarət edib Atropatenanı “Böyük Ermənistan”a daxil etmədiyi halda, özünü cəfakeş azərbaycanlı qızı kimi təqdim edən, MEA-nın müxbir üzvü pilləsinə qədər qalxan F.Məmmədova bu cəsarətli addımı atmışdır”. Bəlkə də heç bir əlavəyə ehtiyac olmazdı. Ön söz müəllifinin dəqiq cizgilərlə göstərdiyi obraz çox tanışdır. Cəfakeş ermənilərə yazığı gələn “cəfakeş azərbaycanlı qızı”.

S.Məmmədovun əsərindən bir parçanı nə qədər uzun da olsa, olduğu kimi oxucuya çatdırmağı vacib bildik: “F.Məmmədovanın əsərini, xüsusilə, Kilikiya çarlığı ilə bağlı  bölməsini (s.413-431) oxuyan və tarixə az bələd olan adi oxucu belə onun erməni qələmindən çıxdığını, erməni vətənpərvərliyi ilə yazıldığını təsdiq edər. Məsələn, müəllif yazır: "VIII əsrdə ilk dəfə erməni əyanlarının bu xüsusiyyətini tarixin atası Movses Xorenasi görmüş və ürək ağrısı ilə öz tarixini "Erməni xalqının müsibəti" adlandırmışdır. O, bu müsibəti erməni naxararlarının xüsusiyyətində görərək onları məzəmmət etmiş, dövlətçiliyin itirilməsinin başlıca səbəbini də bunda görmüşdür" (s.417). F.Məmmədovanın bu iqtibası, "Fəryad" filmində Hovanes Tumanyanın "Ermənistanın yaraları" (yəqin ki, müəllif - S.Məmmədov Hovanes Tumanyan əvəzinə Xaçatur Abovyan deməli idi. Görünür, diqqətsizlik olub - Ə.X.) adlı əsərindən ermənilərin müsibətlərinə aid sətirləri oxuyaraq hönkür-hönkür ağlayan erməni zabitinin fəryadını xatırladır (rolda mərhum Xalq artisti Məlik Dadaşov). F.Məmmədova da göz yaşları ilə erməni xalqının müsibətini ağlayır. Lakin Rubenilərin dağlıq Kilikiyaya, Bizansın keçmiş vassalı hetumilərin isə düzən Kilikiyaya yiyələnməsini “sübut etdikdən” sonra ovunur, sakitləşir, rahatlanır və dərindən nəfəs alır. Belə AMEA müxbir üzvünə nə deyəsən? Hansı adı verəsən? (səh. 62). Elə bu qeydlərdə də suallardan çox istifadə olunur. Ümumiyyətlə, sualları aydınlaşdırmayan, ziddiyyətləri göstərilməyən məsələlərin mahiyyəti tələb edir. Bu mənada, S.Məmmədovun da ritorik suallarını düzgün başa düşmək olar. Ancaq burada məsələyə aydın cavab vermək üçün bir müqayisə aparmaq olar. Ədəbiyyatda müxtəlif cərəyanlar, müxtəlif dünyagörüşlərin ifadəçisi olan sənətkarlar qruplaşa bilər. Bəs belə fərqli mövqelər tarixi məsələlərə münasibətdə özünü necə göstərir? Bu gün tarixşünaslığımızda Azərbaycanın tarixində türklərin aborigen olması, aparıcı etnos olaraq tarixdə türklərin rolu haqqında get-gedə daha aydın fikirlər ictimai rəydə əsas yer alır. Və bu, heç ideoloji basqının nəticəsi deyil. Tarixə düzgün yanaşmanın nəticəsidir. Əslində, elə professor  S.Məmmədov da tariximizə düzgün yanaşmanı tələb edir. Albaniya və albanlar haqqında bundan sonra kimlər yazacaq, məsələyə hansı mövqedən yanaşacaq? – “Bu, gələcəyin işidir”, deyib kənara qoya bilmərik. Əslində, elə bu mühüm sahə bu gündən etibarən (Bəlkə də çox gecikmişik) daha düzgün və daha əhatəli öyrənilməli və yazılmalıdır. Qarabağın taleyinin həll edilməsində, zənnimcə, belə düzgün araşdırmanın rolu və əhəmiyyəti hər kəsə məlumdur. Təəssüf ki, ekranda, efirdə baş alıb gedən şouların israfçılıqla xərclədiyi vaxtın bir qismi Albaniya, Albanlar haqqında müzakirələrə ayrılmır. Düşünürəm ki, bu gün Azərbaycanda milli ruhlu Albaniya və albanlar haqqında dərin, bilgili məlumatlar verə bilən, kütlənin başa düşəcəyi dildə danışa bilən döşdü alimlərimiz az deyil.

Tarix qarşısında yalnız alimlər məsuliyyət daşımır, hər bir xalqın – çəkməçidən siyasətçiyə qədər hər bir övladı bu məsuliyyəti hiss etməlidir. O, başqa məsələdir ki, tarixçi alimlərimizə hörmətlə yanaşmaq, onların tədqiqatlarına qayğı göstərmək cəmiyyətin borcudur.

Qarabağ müharibəsi indi daha çox siyasi müstəvidə aparılır. Ancaq buna baxmayaraq tərəflər güclərini toparlamaqda davam edir. Gələcəkdə baş verəcək hər hansı bir olayda kimin tərəfində kimin duracağını müəyyənləşdirməyə çalışırlar. Şübhəsiz, Azərbaycan türk dövlətləri içərisində ən çox Türkiyə ilə bağlıdır və Türkiyəyə güvənə bilər. Bizim tarixçilərimiz isə hər hansı bir məqamda düşünülməmiş tezislərinə, fikirlərinə görə Türkiyənin mənafelərinə zərbə vurursa, bu zaman erməni dəyirmanına su tökmüş olurlar.

Fəridə Məmmədova da özünün artıq çox böyük mübahisələrə səbəb olmuş və bir çox cəhətdən sanki türklərin tarixinə və Türkiyənin mənafeyinə qərəzli münasibət bildirən bədnam kitabında Anadolunu ermənilərin tarixi vətəni adlandırır. Bu da haqlı olaraq S.Məmmədovun etirazına səbəb olur. F.Məmmədovanın bu cümləsinə diqqət edək: "Erməni kilsəsi dəfələrlə qərbdən taleyini sınasa da, növbəti dəfə Kiçik Asiyanın qərbində iflasa uğradı, Osmanlı imperiyasının zorakı yaradılması ilə əlaqədar olaraq yenidən tarixi vətəninə - Şərqi Anadoluya qayıtmaq ümidini itirdi".

İzaha ehtiyac varmı? Axı Anadolu elə tarixən türklərin vətəni olub. Hətta Kiçik Asiyanın Homer dövrünü yada salaq. Troyanların türk olduğunu, bu ərazilərin tarixi türk məskənləri olduğunu professor Qəzənfər Kazımov Homerin əsərləri ilə, Dədə Qorqud kitabının müqayisəsi zamanı da göstərməyə çalışıb. Bəs onda Süleyman Məmmədovun təbirincə desək; "Vətəninə - Şərqi Anadoluya qayıtmaq ümidi nə deməkdir?" Belə məqamda istər-istəməz, düşünürsən: Belkə, F.Məmmədovanın bədnam kitabına bu cavabı S.Məmmədov da yazmayaydı? Axı müzakirələr çox vaxt müzakirə salonunda qalır, axı F.Məmmədova özü nə dərəcədə səhvlərə yol verdiyini etiraf eləmədi. Şübhəsiz, onun kitabı bundan sonra erməni müəlliflərinin əlində dəstavuz olacaq və bu kitabdan istifadə ilə bizi öz silahımızla vurmağa çalışacaqlar. Bir də F.Məmmədova tez-tez alban etnosları haqqında danışır. Ancaq heç vaxt konkret olaraq alban etnoslarının əsasında aborigen türk etnosu olduğunu demək olar ki, xalırlatmır, yaxud bunu sanki bir epizodik hadisə kimi qeyd edir.

F.Məmmədova erməni müəllifınin belə bir: "XVI-XIX əsrlərdə Eçmiədzin katolikosluğu İranın hakimiyyəti altında olduğuna görə, kilsənin həyatında fəal iştirak etmirdi" fikrinə də münasibətini bildirmir. Halbuki F.Məmmədova bilavasitə həmin fikir müstəvisində erməni müəllifinin məqaləsini təhlil edir. Bu, necə təhlildir ki, XVI-XIX əsrlərdə İranın hakimiyyətindən danışır, Səfəviləri xatırlatmır. Görkəmli Azərbaycan alimi S.Məmmədov mənbəyə istinadən bu məqama münasibət bildirir.

Məlumdur ki, XVI-XIX əsrlərdə Eçmiədzin İran dövlətinin tabeliyində olmamışdır. Bu zaman I Şah İsmayılın bilavasitə başçılığı altında Azərbaycan Səfəvilər dövləti yaranmışdı, XVIII əsrin əvvəlinə qədər Xorasan istisna olmaqla, İran, Ərəb İraqı, Kürdüstan, Cənubi Qafqaz və digər yerlər onun tərkibində olmuşdur (bax: O.A.Efendiev. Obrazovaniye Azerbavdjanskoqo qosudarstva Sefevidov v naçale XVI v. Baku, 1961, s.93). XVIII əsrin ortalarında İrəvan xanlığının yaranması, Eçmiədzinin xanlığa tabe olması da xüsusi vurğulanmalı idi, lakin müəllif bundan yan keçir" (səh.71). Bir sözlə, bütün məqamlarda sanki F.Məmmədova yazıq ermənilərin müdafiəsi rolunda çıxış edir. Alban kilsəsindən danışanda da, Albaniyadan bəhs edəndə də alban kilsəsi ilə erməni kilsəsinin həm mənəvi, həm dini və həm də siyasi baxımdan bir-birinə yaxın olduğunu nəzərə çatdırır. Kitabın digər səhifələrində də belə təəssübkeşliyi davam etdirir. Sünik knyazlığının İran və Osmanlı idarə üsuluna qarşı mübarizəsindən danışanda belə tərənnüm daha da yüksəlir. S.Məmmədov doğru qeyd edir ki, Azərbaycan tarixinə türk mənəvi mühitinə qarşı yönəlik simasız müəlliflərin münasibətini F.Məmmədova ifşa etmək əvəzinə, sanki onların tərəfində durur. Alban xristianlarının Azərbaycan türklərinə qarşı vuruşlarını idealizə etmək zənnimizcə, düzgün deyil. Diqqət edək: “F.Məmmədova ənənəsinə sadiq qalaraq A.Suvorovun Qarabağın erməni məlikləri ilə qan qohumluğu olduğunu təkrar edərək, onun sonuncuların və İrəvan xanının torpaqlarını azad etməsinə çalışmasından danışır”. Halbuki, bu, çar Rusiyasının siyasəti idi. Azərbaycan xanlıqlarının işğalına xidmət edirdi. F.Məmmədova da “xristian albanları xüsusiləşdirməyə çalışmaqda” təbiidir ki, yersiz cəhdlərə yol vermişdir. O, əsər boyu albanların etnikləşdirilməsini deməkdən yorulmur, oxucunu çaşdırır. O, Azərbaycan xalqının etnogenezindən danışaraq yazır: “Azərbaycan xalqı, başlıca olaraq qafqazdilli (alban), farsdilli, kürd, talış, tat və türk dili etnomədəni lay əsasında formalaşmamışdır”. Kor-kor, gör-gör, Azərbaycan tarixçisinin etnosları sıralanmasında türkdilli etnosun yerinə baxın: sanki türkdilli etnos Azərbaycanda heç bir rolu olmayan azsaylı xalqdır. Azərbaycan tarixini orta məktəb dərsliyindən müəyyən səviyyədə öyrənən uşaqlar da bu düşüncə ilə razılaşmazdılar. Biz həmin fikirlərə münasibətdə professor S.Məmmədovun qəzəbini başa düşməliyik: Ərəb istilası ərəfəsində və sonra Azərbaycan türklərinin bir xalq kimi türk dilləri əsasında yaranması prosesi gücləndi və VII əsrin sonu – VIII əsrin əvvəllərində etnik dil, ərazi və ideoloji birliyi olan xalq kimi formalaşdı. Yalnız F.Məmmədova kimilərinin çeynənmiş konsepsiya ilə silahlanaraq XI əsrdə cənubda farsdilli, şimalda qafqazdilli etnoslardan yarandığımızı əsassız olaraq tariximizə sırmağa çalışmaları cinayətdir, qeyri-elmidir. “Dədə Qorqud kitabı”nın da formalaşmasını, qəhrəmanların zamanını dövrümüzə tərəf çəkməklə onları gəncləşdirmə cəhdləri hər halda, S.məmmədovun qeyd etdiyi kimi, onun “peyğəmbər zamanına yaxın bayat boyundan Qorqud Ata derlər bir ər qopdu” ifadəsinə fikir verməməsindən irəli gəlmir. O, sadəcə zərbə vurur. Bununla da Tofiq Hacıyev, Nizami Cəfərov, Şamil Cəmşidov kimi alimlərin də münasibətini qəbul etmir. Hətta prezident fərmanı ilə dədə Qorqudun 1300 illik yubileyinin keçirilməsi də sanki gücsüz dəlil olaraq qalır. Hər halda bu yubileyin də müəyyən əsaslara söykəndiyini müəyyən səviyyədə düşüncəyə malik olanlar bilməmiş deyillər. Hər halda, F.Məmmədova gərək erməni məliklərinin xəyanəti nəticəsində İbrahim xanın düşmənə qarşı vuruşan Azərbaycan oğullarının qanını unutmayaydı. Hətta F.Məmmədova əsərin müəyyən yerlərində Nizami ruhuna da toxunur. Nizaminin türk əsilli olduğunu, onu yetirən mühitin türk mənəvi mühiti olduğunu dilinə gətirmir, Nizamini daha çox fars mənəvi mühitinin yetirməsi kimi təqdim edir.

S.Məmmədov akademik Y.Marrın belə bir fikrini yada salır: "Nizami fars şairi deyil. 0, Azərbaycan mühitində yaşayıb yaratmışdır. İranlılar onun şeirlərini başa düşmürlər. Ona görə do o, ... dahidir" Ədəbiyyatı müəyyən səviyyədə bilənlərə gün kimi aydındır ki, Azadə Rüstəmovanın dediyi kimi, Nizaminin Leylisi, Məcnunu ərəb libasında türklərdir. Axı Nizami türkü gözəllik mənasında verirdisə, bu, elə onun mənsub olduğu etnosa münasibətindən irəli gəlirdi. F.Məmmədovanın "oğuz-türkman özünüdərki" ifadəsi də haqlı olaraq professor S.Məmmədovun tənqidinə məruz qalır. Söhbət oğuz-türk özünüdərkindən getməlidir.

F.Məmmədovanın "Azərbaycan özünüdərkinin formalaşması yolunda ümum-müsəlman (panislamizm) və ümumtürk (pantürkizm), nəhayət, milli Azərbaycanımız durur" sözlərinə necə gülməyəsən? Professor S.Məmmədov oxucuların əvəzindən gülüşünü bu cümlədə təqdim edir: "Bu ifadələr XX əsrin 20-30-cu il lərinin ifadəsidir. Və kökündən səhvdir, həqiqətə uyğun deyil”. Zənnimizcə, müəllifin Azərbaycana, Azərbaycan türklərinə, böyük türk etnosuna, aborigen türklərinə münasibəti aydındır. S.Məmmədovun özünün qeyd etdiyi kimi, onun fikirlərinə axıracan baş aparmaq, münasibət bildirmək üçün səbir çatmır. Nəhayət, türk mənəvi ruhuna qarşı belə düşmən münasibətə təəssüfdən başqa neyləmək olar?

AMEA Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru E.Məhərrəmov böyük Ermənistan yaradan F.Məmmədovanın əsəri haqqında S.Məmmədovun kitabına Ön sözünün sonunda yazdığı qeydlərlə həmfikir oluruq: "Professor S.Məmmədov əsərdəki qüsurlar toplusunun hamısını qeyd etməyə səbri çatmadığını bildirir. Onun yenidən yazılmasını və televiziya vasitəsilə xalqdan üzr istəməsini müəllifin özünə həvalə etməyi məqsədəuyğun hesab edir. Zənn edirəm ki, professor S.Məmmədovun təqdim olunan bu əsəri oxucularda böyük marağa səbəb olacaq".

On il bundan əvvəl "Zəngəzur" qəzetində bir müəllif Xudafərin körpüləri haqqında yazdığı poemasını dərc etmişdi. Həmin əsərdə Xudafərin körpülərini kürdlərin inşa etdiklərini yazırdı. Nizaminin də türkə dəxli olmayan, kürd şairi olduğunu iddia edirdi. Bu yaxınlarda Azərbaycanda kürdlərin yaşadığı ərazilərdən danışılan bir məqalədə də Cəbrayılın kürd rayonu olduğu haqqında qeydə rast gəldim. Halbuki Cəbrayılda bir nəfər də olsun belə kürd yaşamırdı, yox idi. Hətta özünü kürd adlandıran bir nəfər də olsun belə yoxdur. Bir sözlə, kimsə özünü fars mənşəli, kürd mənşəli hesab edib, bununla fəxarət duyursa, buna heç bir etirazımız yoxdur. Amma tarixi türk ərazilərinə, türk mənəvi mühitinə diş qıcamaq ən azı yaşadığın torpağa xəyanətdir. Babəki də türk mənəvi mühitindən ayırmaq cəhdləri var. Hər halda, Nizami də, Xudafərin körpüsü də, Babək də, Qarabağ da türk mənəvi mühitinin pasportudur. Və bunu kimsə dana bilməz.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev türkdilli xalqların möhtəşəm birliyinin bünövrəsini qoydu. Bu, çox böyük mənəvi saraydır. Bu sarayı qorumaq ən azı hər kəsin vətəndaşlıq borcudur.

«Kredo» qəzetinin son saylarında Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Süleyman Məmmədovun həyat və fəaliyyətindən bəhs edən portret-oçerk dərc olunmuşdur. Təəssüf ki, texniki səbəblər üzündən qəzetin sonuncu sayında aşağıdakı qeydlər ixtisar olunub:

Ömrünün təkcə qırx ilini Azərbaycan Dövlət Pedaqoji Universitetinin divarları arasında keçirən professor Süleyman müəllimin əməyinə qiymət verilməmişdir. Əksinə, Yusif Məmmədovun rektorluğuna qədər az qala universitet rəhbərliyi tərəfindən onun mövcudluğu inkar edilmişdir.

Yalnız 2006-cı il aprelin 22-də universitetə rəhbərliyə gələn Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor Y.Ə.Məmmədov onun elmi-pedaqoji fəaliyyəti ilə tanış olandan sonra professor Süleyman Məmmədovun əməyinə düzgün qiymət verildi. 2006-cı il dekabrın 26-da universitetin 85 illik yubileyi qeyd olunarkən professor Y.Ə.Məmmədov və hörmətli təhsil naziri Misir Mərdanovun təqdimatları əsasında möhtərəm prezidentimiz, hörmətli İlham Əliyevin sərəncamı ilə Süleyman Məmmədovun uzun illər səmərəli elmi-pedaqoji fəaliyyəti nəzərə alınaraq ona Azərbaycan Respublikasının Əməkdar elm xadimi fəxri adı verilmişdir.

Oxuculardan və görkəmli alim Süleyman Məmmədovdan diqqətsizliyə görə üzr istəyirik!