ÊÀÐÀÁÀÕ â ÄÎÊÓÌÅÍÒÀÕ

 

 Íà÷àëî | ÁÈáëèîòåêà | Ôîòî ôàêòû | Êàðòèííàÿ ãàëåðåÿ | Ññûëêè | Ôîðóì | ÎïðîñÏîèñê â google | AZAD QARABAĞ |

XX ESRİN 80-90-Cİ İLLERİNDE AZERBAYCANDA TOREDİLMİSH TERROR AKTLARI

XX ƏSRİN 80-90-Cİ İLLƏRİNDƏ AZƏRBAYCANDA TÖRƏDİLMİŞ TERROR AKTLARI


80-ci illərin sonlarından başlayaraq, Ermənistan dövlətinin və nüfuzlu erməni diasporasının maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatları Azərbaycana qarşı terror müharibəsinə başlamışlar. Faktlar göstərir ki, SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış Ermənistan Respublikası dövlət səviyyəsində terroru dəstəkləyərək, təcavüzkar siyasətinin əsas tərkib hissələrindən biri kimi qəbul etmişdir

SƏRNİŞİN AVTOBUSLARINDA TÖRƏDİLMİŞ TERROR AKTLARI

1. 1984-cü ildə Bakı şəhərində 106 saylı marşrut avtobusu erməni terrorçusu Vartanov tərəfindən partladılmış, nəticədə 1 qadın həlak olmuş və 3 nəfər yaralanmışdır.

2. 16 sentyabr 1989-cu il  - Tbilisi-Bakı marşurutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 5 nəfər həlak olmuş, 25 nəfər yaralanmışdır.

3. 13 fevral 1990-cı il  Yevlax-Laçın avtomagistralının 105-ci kilometrində Şuşa-Bakı marşrutu ilə hərəkət edən avtobus partladılmış, 13 nəfər azərbaycanlı yaralanmışdır. Terðorçuları həbs etmək mümkün olmamışdır.

4. 11 iyul 1990-cı il tarixdə Tərtərdən Kəlbəcərə sərnişin aparan avtobus və xalq təsərrüfatı malları daşıyan maşın karvanına qarşı ermənilər tərəfindən terror aksiyası keçirilmiş, nəticədə 1 qadın, 7 kişi qətlə yetirilmiş, 23 nəfər isə ağır yaralanmışlar.(cinayət işi  44/33013).  İstintaq zamanı müəyyən edilmişdir ki, terror aksiyasını Xankəndi şəhər sakinləri  Napaleon ləqəbli Ayriyan Arkadi Abramoviç  və Babayan Samvel Andronikoviç törətmişlər. Onlar 1990-cı il dekabrın 15-də Əsgəran rayonunun Cəmilli və Kosalar kəndi arasında 3 nəfər azəbaycanlı kəndlisinè qətlə yetirmişlər. Hər 2 cinayətkar həbs olunmuş, 1992-ci il iyunun 19-da ölüm hökmünə məhkum edilmişlər. S.Babayan 1992-ci ilin iyulunda azərbaycanlı girov və əsirlərlə dəyişdirilmişdir. (1993-99-cu illərdə qondarma DQR-in müdafiə naziri olmuş, hazırda  o, prezident A.Qukasyana qarşı sui-qəsddə təqsirli bilinir).

5. 10 avqust 1990-cı ildə «Şamxor-Gəncə» avtomobil yolunda Xanlar rayonunun Nadel kəndi yaxınlığında «LAZ» markalı 43-80 AQF nömrəli avtobus partladılmış, nəticədə 17 nəfər həlak olmuş, 16 nəfər yaralanmışdır.

6. 10 avqust 1990-cı il  - Tbilisi-Ağdam  marşurutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 20 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır. Cinayəti törətmiş erməni terrorçuları Armen Ìixayloviç Avanesyan və Mixayil Mixayloviç Tatevosov həbs olunmuş, 1992-ci ilin mayında A.Avanesyan ölüm cəzasına məhkum edilmiş, M.Tatevosov isə 15 il azadlıqdan məhrum edilmişdir. İstintaq zamanı məlum olmuşdur ki, cinayətkarlar 1991-ci ilin iyulun 17-də Ağdam-Tbilisi marşurutu ilə hərəkət edən sərnişin avtobusunu da partlatmağı planlaşdırmış, lakin özlərindən asılı olmayan səbəblərdən aksiyanı həyata keçirə bilməmişlər.  M.Tatevosov 1992-ci ilin may ayında Tərtər rayonunda azərbaycanlı girovlarla dəyişdirilmişdir.

7. 30 noyabr 1990-cı ildə Əsgəran rayonundakı Ağa körpü adlanan ərazidə DİN əməkdaşlarını Şuşadan Xankəndi aeroportuna aparan avtobus partladılmış, nəticədə 2 milis işçisi yaralanmışdır.

8. 14 mart 1991-ci ildə  «Ağdam-Şuşa» marşrutu üzrə hərəkət edən avtobus partladılmış, 3 nəfər həlak olmuş, 4 nəfər yaralanmışdır.

9. 8 sentyabr 1991-ci il tarixdə Ağdam-Qaradağlı marşrutu ilə işləyən avtobusun partladılması nəticəsindən 6 nəfər qətlə yetirilmiş, 36 nəfər yaralanmışdır; - Cəmi Qaradağlı kəndinin 77 nəfər mülki sakini terror qurbanı olmuşdur; Həmin tarixdə ermənilər Qaradağlı kəndində  3 nəfər kənd sakininin üzərinə dizel yanacağı tökərək yandırmış, iki nəfər Qaradağlı kənd sakininin başını kəsmişlər.

Həlak olanlar: 68 nəfər (əsasən qadınlar, uşaqlar, qocalar)
Yaralananlar: 132 nəfər

 

SƏRNİŞİN VƏ YÜK QATARLARINDA TÖRƏDİLMİŞ TERROR AKTLARI

1.24 mart 1990-ci ildə  «Noraşen-Bakı» yolunun  364-ci km-də  dəmir yolu partladılmış, nəticədə teplovoz və 3 vaqon partladılmış, 150 metrdən çox dəmir yolu xətti yararsız hala düşmüşdür.

2. 30 may 1991-ci il  Dağıstan Respublikasının Xasavyurt stansiyası  yaxınlığında Moskva-Bakı sərnişin qatarı partladılmışdır, 11 nəfər həlak olmuş, 22 nəfər yaralanmışdır.

3. 31 iyun 1991-ci il  Dağıstan Respublikasının Temirtau  stansiyasının yaxınlığında Moskva-Bakı sərnişin qatarı  partladılmış, 16 nəfər həlak olmuş, 20 nəfər  yaralanmışdır. Cinayətkarı müəyyən   etmək mümkün  olmamışdır.

4. 30 may 1991-ci  ildə Dağıstanın Xasavyurt stansiyası yaxınlığında «Moskva-Bakı» sərnişin qatarı partladılmış, 11 nəfər həlak olmuş, 22 nəfər ağır yaralanmışdır.

5. 31 iyun 1991-ci ildə  Dağıstan Respublikasının Temirtau stansiyasının yaxınlığında «Moskva-Bakı» sərnişin qatarı partladılmış, 16 nəfər həlak  olmuş, 20 nəfər  ağır yaralanmışdır.

6. 28 fevral  1993-cü il -  Dağıstan Respublikası ərazisində, Qudermes stansiyası yaxınlığında "Kislovodsk-Bakı" sərnişin qatarı partladılmış, 11 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır.

7. 2 iyun 1993-cü il - Bakı Dəmir yol vağzalında ehtiyat yolda dayanan sərnişin qatarının vaqonu partladılmışdır. Həlak olan və yaralanan  yoxdur. Cinayəti törətmiş Xatkovski  İqor  Anatolyeviç  1994-ci  il iyunun  22-də  AR Hərbi Məhkəməsinin hökmü ilə  8 il azadlıqdan məhrum edilmişdir.

8. 1 fevral 1994-cü  ildə -  Bakı Dəmir yol vağzalında Kislovodsk-Bakı sərnişin qatarında terror aktı törədilmiş, 3 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.

9. 9 fevral 1994-cü ildə  Xudat stansiyası yaxınlığında ehtiyat yolda dayanan yük vaqonu partladılmışdır.

10. 13 aprel 1994-cü il  Dağıstan Respublikasının Daqestanskie Oqni stansiyasının yaxınlığında Moskva-Bakı sərnişin qatarı partladılmış, 6 nəfər həlak olmuş, 3 nəfər yaralanmışdır.

Həlak  olanlar: 74 nəfər
Yaralananlar:  125 nəfər

 

HAVA YOLLARINDA TÖRƏDİLMİŞ TERROR AKTLARI

1. 20 noyabr 1991ci il  Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni terrorçuları  tərəfindən Mİ-8 tipli vertolyot vurulmuşdur. Nəticədə  Xankəndinə sülhməramlı missiya ilə səfər edən 22 nəfər  - AR Milli Məclisin deputatı, Dövlət katibi T.İsmayılov, Baş nazirin müavini millət vəkili Z.Hacıyev, Dövlət  müşaviri millət vəkili M.Əsədov, Baş Prokuror İ.Qayıbov, millət vəkilləri V.Cəfərov və V.Məmmədov, AR Prezident Aparatının şöbə müdiri O.Mirzəyev, Meliorasiya və su təsərrüfat nazirinin  birinci müavini Q.Namazəliyev, Dağlıq Qarabağ Muxtar Vilayətinin prokuroru İ.Plavski, MTN-in DQMV üzrə İdarəsinin şöbə rəisi S.İvanov, DQMV Daxili İşlər İdarəsinin rəisi V.Kovalyov, DQMV Fövqəladə  vəziyyət rayonunun komendantı N.Cinkin, AR Dövlət katibinin köməkçisi R.Məmmədov, Azərbaycan Respublikası Dövlət Tele-radio Şirkətinin  əməkdaşları, A.Mustafayev, A.Hüseynzadə və F.Şahbazov, Rusiya federasiyasından olan müşahidəçilər general-mayor M.Lukaşov, və podpolkovnik V.Koçarov, Qazaxıstan  Respublikasının Daxili İşlər Nazirinin birinci müavini S.Serikov  və 3 nəfər ekipaj üzvü  həlak olmuşdur.

2. 28 yanvar 1992-ci il  Şuşa şəhəri yaxınlığında Ağdam-Şuşa marşrutu ilə sərnişin daşıyan mülki vertolyot erməni terrorçuları  tərəfindən vurulmuş, əksəriyyəti qadın və uşaq olan 41 nəfər sərnişin və 3 ekipaj  üzvü həlak olmuşdur.

3. 18 mart 1994-cü ildə   Xankəndi şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən İran Hərbi Hava Qüvvələrinə məxsus Herkules tipli təyyarə vurulmuş, 34 nəfər həlak olmuşdur.

Həlak olanlar: 104 nəfər

 

BAKI METROPOLİTENİNDƏ TÖRƏDİLMİŞ TERROR AKTLARI

1. 19 mart 1994-cü il Bakı metropoliteninin 20 yanvar stansiyasında elektrik qatarında törədilmiş terror aktı nəticəsində 14 nəfər həlak olmuş, 49 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. İstintaq tədbirləri zamanı müəyyən edilmişdir ki, terror aksiyası Ermənistan XXO rəhbərliyi ilə separatçı Sadval Ləzgi Xalq Hərəkatı təşkilatının üzvləri tərəfindən həyata keçirilmişdir.

2. 3 iyul 1994-cü il Bakı metropoliteninin 28 may - Gənclik stansiyaları arasında elektrik qatarında törədilmiş partlayış nəticəsində 13 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Cinayəti əsirlikdə olarkən Ermənistan xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək terror aksiyası həyata keçirmək tapşırığı ilə respublikaya göndərilmiş AR vətəndaşı Azər Salman oğlu Aslanov törətmişdir.

Həlak olanlar: 27 nəfər
Yaralananlar:  91 nəfər

 

SƏRNİŞİN DAŞIYAN DƏNİZ BƏRƏSİNDƏ TÖRƏDİLMİŞ TERROR AKTI

1.  08 yanvar 1992-ci  ildə «Krasnovodsk-Bakı» sərnişin  bərəsi  partladılmış, nəticədə 25 nəfər həlak  olmuş, 88 nəfər ağır  yaralanmışdır

 

MÜKLİ ŞƏXSLƏRƏ VƏ HƏRBİÇİLƏRƏ QARŞI TÖRƏDİLMİŞ TERROR AKTLARI

1. 15 may 1988-ci ildə Kəlbəcər rayonunun Kapalı kəndində X.İsmayılovun evi partladılmış, 3 nəfər həlak olmuşdur.

2. 1988-ci ilin yayında Xankəndi Uşaq xəstəxanasında həkim-rentgenoloq işləyən əslən ağdamlı şəxs erməni milliyyətindən olan iş yoldaşları tərəfindən xəstəxananın həyətində  döyülərək qətlə yetirilmişdir.

3. iyul 1988-ci il tarixdə ermənilər tərəfindən Xocavənd rayonunda yaşayan azərbaycanlıların həyətyanı sahəsinə atılmış əl  qumbarası nəticəsində iki partlayış hadisəsi baş vermiş və iki nəfər mülki şəxs yaralanmışdır.

4. 28.06.1989-cu il tarixdə ermənilər tərəfindən Bədərə kəndindən Meşəliyə gedən  şosse yoluna qoyulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində maşındakı 6 nəfər mülki azərbaycanlı  ağır yaralanmışlar.

5. 16 oktyabr 1989-cu il tarixdə iki nəfər Kərkicahan qəsəbə sakinləri evə qayıdarkən ermənilər tərəfindən qətlə yetirilmişlər.  

6. 19 oktyabr 1989-cu ildə Culfa rayonunun Ərəfsə kəndi yaxınlığında yerli sakinlər Q.Bayramov və İ.Qafarov qətlə yetirilmişlər.

7. 14 noyabr 1989-cu ildə Qubadlı rayonunun Seytas kəndi yaxınlığında kənd sakini Babaşov qətlə yetirilmiş, azyaşlı X.Əliyev yaralanmışdır.

8. 17 noyabr 1989-cu ildə Hadrut rayonunun Tuğ kəndində 9-cu sinif şagirdi T.Süleymanov qətlə yetirilmişdir.

9. 24 noyabr 1989-cu il tarixdə üç nəfər Qaradağlı kənd sakini qətlə yetirilmişdir.

10. 29 noyabr 1989-cu ildə Qubadlı rayonunda Q.Ələsgərov, T.Hümbətəliyev və Mehdiyev qətlə yetirilmişlər.

11. 9 yanvar 1990-cı il tarixdə Qaradağlı kəndi, N.Nərimanov adına kolxozun   sədri   S.Bayramov qətlə yetirilmişdir;

12. 31 yanvar 1990-cı ildə Gədəbəy rayonuda A.Cəmilov, M.Vəliyev, A.Zeynalov, A.Qurbanov, İ.Hüseynov, F.Niftəliyev qətlə yetirilmişlər.

13. 8 mart 1990-cı il tarixdə iki nəfər Qaradağlı kənd sakini Vərəndəli fermasında  qətlə yetirilmişdir.

14. 4 mart 1990-cı ildə Qazax rayonunun Bağanıs-Ayrım kəndində 7 nəfər dinc sakin diri-diri yandırılmış, 1 nəfər yaralanmış, 13 yaşayış evi partladılmışdır.

15. 4 mart 1990-cı il tarixdə erməni quldurları Qazax rayonunun Bağanis-Ayrım kəndinə silahlı basqın edərək 7 nəfər  azərbaycanlını qətlə yetirmişlər, 2 nəfəri isə ağır yaralamışlar(cinayət işi  11709)

16. 24 mart 1990-cı il tarixdə Bakı şəhərindən Bağanis-Ayrım kəndinə qonaq getmiş, əslən Qazax rayonu Çaylı kənd sakinləri olan 3 nəfər mülki şəxs ermənilər tərəfindən qətlə yetirilmişlər(cinayət işi11709). 

17. 28 mart 1990-cı ildə Kərməçataq kəndində bir neçə yaşayış evləri yandırılmış, mal-qara aparılmış, Azərbaycan KP VPK-nin dövlət hüquq şöbəsinin sədri V.Zeynalov qətlə yetirilmişdir.

18. 29 mart 1990-cı il tarixdə ermənilərin Tovuz rayonunun Əlibəyli kəndinə hücumu nəticəsində 3 nəfər yaralanmışdır.

19. 09 aprel 1990-cı ildə Qubadlı rayonunun Çayzəmi kəndində «UAZ-462» markalı 96-92 AQD dövlət nömrə nişanlı avtomobil partladılmış, nəticədə rayon sakini Ş.Həsənov həlak olmuş, N.Mehdiyev və T.Eyvazov yaralanmışdır.

20. 26 iyun 1990-cı ildə Gədəbəy rayonunun Göyəli adlanan ərazisində yerli sakinlər Nuriyev, Nağıyev və Orucov qətlə yetirilmişlər.

21. 08 avqust 1990-cı ildə Laçın rayonunun ərazisində «QAZ-53» markalı avtomaşın partladılmış, nəticədə 2 nəfər həlak olmuş, 1 nəfər ağır yaralanmışdır.

22. 9 yanvar 1991-ci il  Molidyoj Azerbaydjana qazetinin müxbiri S.Əskərova və hərbi qulluqçular – podpolkovnik S.Larionov, mayor İ.İvanov  və serjant İ.Qoekin  hərəkət etdiyi avtomobil  Laçin-Şuşa yolunun 5-ci kilometrində erməni terrorçuları tərəfindən atəşə tutulmuş, sərnişinlərin  4-ü də qətlə yetirilmişdir. 

23. Cinayətkarlar – Mkrtçyan Arno Mixayloviç,  Petrosyan Qraçik Armenakoviç, Manqasaryan  Arvid Asotoviç, Arustamyan Qaqik Mayoroviç müəyyənləşdirilərək həbs oluynmuş, 1993-ci ildə ölümə məhkum edilmişdir. Terrorçu qrupunun digər üzvləri  Mkrtçyan Artaşes Mixayloviç, Zaxaryan Artur Artaşesoviç, Sarkisyan Manvel Şabaqatoviç, Osipyan Yenok Rubenoviç 15 il müddətinə, Qriqoryan Qaraqen Serikoviç 5 il müddətinə həbs cəzasına məhkum olunmuşlar. Göstərilən şəxslərin hamısı 1996-ci il mayın 8-də birtərəfli qaydada  Ermənistana verilmişdir.

24. 9 yanvar 1991-ci – Xankəndi şəhərində Baqmanyan Akop Qavruşoviç və Antonyan Artyuşa Qriqoryeviç tərəfindən  Dağlıq Qarabağ muxtar vilayətinin  Daxili İşlər İdarəsinin rəisi  general mayor V.Kovalyovun həyatına sui-qəsd edilmişdir. 

25. 27 yanvar 1991-ci ildə  Xanlar rayonunun Dozular kəndi yaxınlığında «VAZ-2106» markalı S 25-10 AQ və «QAZ-52» markalı 59-07 AQN dövlət nömrəli avtomaşınlar partladılmış, nəticədə 3 nəfər həlak olmuş, 2 nəfər ağır yaralanmışdır.

26. 20 fevral 1991-ci ildə  Xanlar rayonunun Dozular kəndi yaxınlığında «UAZ-469» markalı 27-29 AQD dövlət nömrəli avtomaşını partladılmış, nəticədə sovxoz direktoru Q.Musayev və sürücü D.İmanov həlak olmuşlar.

27. 24 fevral 1991-ci ildə  Xankəndi yaxınlığında Şuşadan Ağdam rayonuna gedən «PAZ-3205» markalı dövlət nömrəli avtobus partladılmış, nəticədə 7 nəfər ağır yaralanmışdır.

28. 7 aprel 1991-ci ildə  Qubadlı rayonunun Yuxarı Kibikli kəndində hərbi komendantın müavini Y.Babak və 2 nəfər qətlə yetirilmiş, 4 nəfər ağır yaralanmışdır.

29. 8 aprel 1991-ci il – SSRİ Din Daxili Qoşunlar Zaqafqaziya və Şimali Qafqaz üzrə İdarəsinin  rəis müavini polkovnik V.Blaxotin qətlə yetirilmişdir.  

30. Cinayəti törətmiş S.Baqmanyan , A.Baqmanyan, A.Antonyan, K Akopyan, K Yeqinyan müəyyənləşdirilərək həbs olunmuş, RF Rostov vilayəti məhkəməsinin Kolleqiyası tərəfindən  müxtəlif müddətlərə azadlıqdan  məhrum edilmişlər.   

31. 6 aprel 1991-ci ildə  Ağdamdan Fizuli rayonuna gedən «Moskviç-412» markalı 93-69 AQV dövlət nömrəli avtomaşını Martuni rayonu ərazisində partladılmış, 2 nəfər həlak olmuş və 2 nəfər ağır yaralanmışdır.

32. 16 aprel 1991-ci ildə  Goranboy rayonunun Zeyvə kəndinin otlaq sahəsində 2 nəfər sovxoz fəhlələri qətlə yetirilmişdir.

33. 18 aprel  1991-ci ildə Fizuli rayonunun Aşağı Divanalılar kəndində 3 nəfər qətlə yetirilmiş, 2 nəfər ağır yaralanmışdır.

34. 18 aprel 1991-ci ildə Xocavənd rayonunda Q.Sarkisyanın başçılıq etdiyi erməni terrorçuları 3 nəfəri qətlə yetirmişlər.

35. 20 aprel 1991-ci ildə Goranboy rayonun Gürzəlilər kəndində 1 nəfər milis işçisi qətlə yetirilmiş, 2 nəfər ağır yaralanmışdır.

36. 28 aprel 1991-ci ildə Naxçıvan MR Şərur rayonunun Sədərək qəsəbəsində partlayış nəticəsində 14 nəfər ağır yaralanmışdır.

37. 29 aprel 1991-ci ildə Qazax rayonunda 3 nəfər ağır yaralanmışdır.

38. 9 may 1991-ci il Xankəndi şəhərində AR Dağlıq Qarabağ  üzrə təşkilat komitəsinin üzvü V.Polyaniçkovun həyatına sui-qəsd edilmişdir.

39. 1991-ci il iyunun 28-dən 29- na keçən gecə terrorçu qrup tərəfindən Xocavənd rayonunun Qaradağlı kəndinə silahlı basqın olmuşdur, 6 nəfər dinc sakin qətlə yetirilmişdir. 

40. 1991-ci ilin yayında Xankəndi-Şuşa avtomobil yolunda SSRİ DİN Daxili Qoşunlar mayoru Xomiç qətlə yetirilmişdir.

41. 1 may 1991-ci ildə Hadrut rayonunun Tuğ kənd orta məktəbinə məxsus «UAZ-469»markalı maşın partladılmış, nəticədə 3 nəfər həlak olmuşdur.

42. 2 may 1991-ci ildə Fizuli rayonundan Hadrut rayonunun Tuğ kəndinə gedən «UAZ-469» markalı 30-78 AQD dövlət nömrə nişanlı avtomaşın partladılmış, nəticədə 1 nəfər ağır yaralanmışdır.

43. 2 may 1991-ci ildə Ağdam  rayonunun Gülablı kəndində 1 nəfər qətlə yetirilmişdir.

44. 3 may 1991-ci ildə Qazax rayonunda 2 nəfər qətlə yetirilmiş, 2 nəfər ağır yaralanmışdır.

45. 15 may 1991-ci ildə Kəlbəcər rayonunun   Yelican kəndi yaxınlığında 1 nəfər qətlə yetirilmişdir.

46. may 1991-ci ildə Laçın rayonunun Ermənistanla həmsərhəd olan Sadıllar kəndində yerləşən mühafizə postunda Laçın RDİŞ 4 nəfər milis işçiləri qətlə yetirilmişdir.

47.  may 1991-ci ildə Hadrut rayonunun Dolanlar kəndində 1 nəfər qətlə yetirilmiş, 1 nəfər ağır yaralanmışdır.

48. 3 may 1991-ci ildə Hadrut rayonunun Yuxarı Fərəcli kəndinin kənarında yerləşən mühafizə postunda 1 nəfər qətlə yetirilmiş, 2 nəfər ağır yaralanmışdır.

49. 23 may 1991-ci ildə Hadrut rayonunun Arpaqədik kəndi yaxınlığında SSRİ DİN-in  Daxili Qoşunlarının 5460 saylı hərbi hissəsinin praporşiki qətlə yetirilmişdir.

50. 26 may 1991-ci ildə Ağdərə rayonunu Umudlu kəndində 1 nəfər qətlə yetirilmişdir.

51. 2 iyun 1991-ci ildə Qubadlı rayonunun Yuxarı Çibikli kəndində 1 nəfər hərbi qulluqçu qətlə yetirilmişdir. 

52. 9 iyun 1991-ci ildə Tərtər rayonunun Qapanlı kəndində 2 nəfər qətlə yetirilmiş, 2 nəfər ağır yaralanmışdır.

53. 19 iyun 1991-ci ildə «Yevlax-Laçın» avtomobil yolunun 106-cı kilometrində 5459 saylı hərbi hissəyə məxsus «UAZ-469» markalı avtomaşın partladılmış,  1 nəfər həlak olmuş, 2 nəfər ağır yaralanmışdır.

54. 22 iyun 1991-ci ildə Ağdərə rayonunun Baş Göytəpə kəndi yaxınlığında 1 nəfər  qətlə yetirilmişdir.

55. 25 iyun 1991-ci ildə Ağdərə rayonunun Vaqbaş kəndində 1 nəfər xüsusi amansızlıqla qətlə yetirilmişdir.

56. 26 iyun 1991-ci il tarixdə ermənilər   İmarət-Qərvənd kəndinin iki mülki sakinlərini qətlə yetirmişlər.

57. 26 iyun 1991-ci ildə Ağdərə rayonunun İmarət Qərvənd kəndində 1 nəfər qətlə yetirilmiş, 1 nəfər ağır yaralanmışdır.

58. 28 iyun 1991-ci ildə Xocavənd rayonunun Kəndxurd kəndində 6  nəfər mülki sakin xüsusi qəddarlıqla qətlə yetirilmiş, 3 nəfər ağır yaralanmışdır.

59. 3 iyul 1991-ci ildə Ağdərə rayonunun Umudlu kəndində 1 nəfər qətlə yetirilmişdir.

60. 6 iyul 1991-ci ildə Goranboy rayonunun Erkec, Monaşit və Buzluq kəndlərində 3 milis işçisi qətlə yetirilmiş 12 nəfər ağır yaralanmışdır.

61. 7 iyul 1991-ci ildə Ağdərə  rayonunun Sırxavənd kəndi yaxınlığındakı Ulbab adlanan ərazidə 4 nəfər kənd sakini qətlə yetirilmişdir.

62. 17 iyul 1991-ci ildə Kəlbəcər rayonunun Xanımdərəsi və Uzungöl yaşayış məntəqələrində 2 nəfər mülki vətəndaş qətlə yetirilmiş, 1 nəfər ağır yaralanmışdır.

63. 20 iyul 1991-ci ildə Goranboy rayonunun Todan kəndində 2 nəfər qətlə yetirilmiş, 8 nəfər ağır yaralanmışdır.

64. 21 iyul 1991-ci ildə Laçın rayonunu Əriməz yaylağında silahlı 9 nəfər xüsusi amansızlıqla qətlə yetirilmiş, 3 nəfər ağır yaralanmışdır.

65. 23 iyul 1991-ci ildə Hadrut rayonunun Tuğ kəndi yaxınlığında Tuğ Milis bölməsinin 1 nəfər əməkdaşı və 1 nəfər yerli sakin qətlə yetirilmişdir.

66. 30 iyul 1991-ci ildə Hadrut rayonunun 2 nəfər Zəncur kənd sakinləri xüsusi qəddarlıqla qətlə yetirilmişlər.

67. 31 iyul 1991-ci ildə Ağdərə rayonunun Dronbon kəndi yaxınlığında avtomobil yolu partladılmış, SSRİ DİN DQ-nin 5 nəfər hərbi qulluqçusu ağır yaralanmışdır.

68. 2 avqust 1991-ci ildə Hadrut rayonunun Dolanlar kəndində «QAZ-53» markalı avtomaşın partladılmış, nəticədə 3 nəfər həlak olmuş, 5 nəfər ağır yaralanmışdır.

69. 10 avqust 1991-ci ildə Naxçıvan MR Culfa rayonunun Laketdağ kəndində   1 nəfər qətlə yetirilmişdir.

70. 12 avqust 1991-ci ildə Kələbəcər rayonunun Sarıyel adlanan otlaq sahəsində 1 nəfər qətlə yetirilmiş, 2 nəfər yaralanmışdır.

71. 21 avqust 1991-ci ildə Hadrut rayonunun Şadaxt kəndi yaxınlığında milis əməkdaşlarını aparan «KAMAZ» markalı 70-30 AQO dövlət nömrə nişanlı avtobus partladılmış, nəticədə 1 sürücü həlak olmuş, 5 nəfər ağır bədən xəsarəti almışlar.

72. 23 avqust 1991-ci ildə Əsgəran rayonun Cəmilli kəndində 3 nəfər mülki şəxs qətlə yetirmiş, 14 nəfər ağır yaralanmışdır.

73. 29 avqust 1991-ci ildə Goranboy rayonun Şəfəq kəndində 1 nəfər qətlə yetirilmişdir.

74. 7 sentyabr 1991-ci ildə Hadrut rayonunun Tuğ kəndində 2 nəfər kənd sakini qətlə yetirilmişdir.

75. 7 sentyabr 1991-ci ildə Qazax rayonunun Bağanıs-Ayrım kəndində 1 nəfər yerli sakini ağır yaralamışdır.

76. 9 sentyabr 1991-ci ildə Qazax rayonun Barxudarlı Dəmir yol stansiyasında     1 nəfər ağır yaralanmışdır.

77. 10 sentyabr 1991-ci ildə Xocalı şəhərində 2 nəfər qətlə yetirilmiş, 5 nəfər ağır yaralanmışdır. 

78. 14 sentyabr 1991-ci ildə Hadrut rayonun Zəmzur kəndi yaxınlığında «UAZ» markalı avtomaşın partladılmış, nəticədə 2 nəfər həlak olmuş, 1 nəfər ağır yaralanmışdır.

79. 14 sentyabr 1991-ci ildə Goranboy rayonunun Buzluq və Başqışlaq kəndlərində 6 nəfər qətlə yetirilmiş, 4 nəfər ağır yaralanmışdır.

80. 14 sentyabr 1991-ci ildə Ordubad rayonunun Qaranquş adlanan ərazisində 2 mülki şəxs xüsusi qəddarlıqla qətlə yetirilmişdir.

81. 17 sentyabr 1991-ci ildə Goranboy rayonunun Şəfəq kəndi yaxınlığında «Russkie borisi» kolxozuna məxsus «MAZ» markalı avtomaşın partladılmış, nəticədə 1 nəfər həlak olmuşdur.

82. 17 sentyabr 1991-ci ildə Goranboy rayonunun Şəfəq və Zeyvə kəndlərində    2 nəfər qətlə yetirilmişdir.

83. 18 sentyabr 1991-ci ildə Ağdərə rayonun İmarət-Qərvənd kəndində 1 nəfər qətlə yetirilmişdir.

84. 18 sentyabr 1991-ci ildə Ağdərə rayonun Mesşen kəndi yaxınlığında «ZİL-131» markalı avtomaşın partladılmış, nəticədə 1 nəfər həlak olmuş və 1 nəfər ağır yaralanmışdır.

85. 20 sentyabr 1991-ci ildə Goranboy rayonun Şəfəq, Todan, Erkec, Zeyvə kəndlərində 2 nəfər qətlə yetirilmişdir.

86. 23 sentyabr 1991-ci ildə Ağdərə rayonun İmarət-Qərvənd kəndində 6 nəfər qətlə yetirilmiş, 3 nəfər ağır yaralanmışdır.

87. 24 sentyabr 1991-ci ildə Ağdam rayonunun AbdalGülablı kəndi yaxınlığında «UAZ» markalı avtomaşın parladılmış, nəticədə 1 nəfər həlak olmuş, 1 nəfər ağır yaralanmışıdır.

88. 25 sentyabr 1991-ci ildə Xankəndi şəhəri yaxınlığında «UAZ» markalı avtomaşın parladılmış, nəticədə 1 nəfər milis işçisi həlak olmuş, 1 nəfər isə ağır yaralanmışdır.

89. 26 sentyabr 1991-ci ildə Şuşa şəhərində 1 nəfər qətlə yetirilmiş, 6 nəfər ağır yaralanmışdır.

90. 26 sentyabr 1991-ci ildə «Yevlax-Laçın» yolunda «VAZ-2106» markalı D 72-07 AQ nömrə nişanlı avtomaşın partladılmış, nəticədə 2 nəfər həlak olmuşdur.

91. 28 sentyabr 1991-ci ildə Xocavənd rayonunun Muğanlı kəndində 1 nəfər qətlə yetirilmişdir.

92. 29 sentyabr 1991-ci ildə Goranboy rayonunun Şəfəq və Zeyvə kəndlərində    1 nəfər qətlə yetirilmişdir.

93. 01 oktyabr 1991-ci ildə Goranboy rayonunun Şəfəq və Zeyvə kəndlərində     1 nəfər qətlə yetirilmişdir.

94. 03 oktyabr 1991-ci ildə Xocavənd rayonunda «UAZ» markalı avtomobil partladılmış, nəticədə 2 milis işçisi həlak olmuş, 2 nəfər ağır yaralanmışdır.

95. 06 oktyabr 1991-ci ildə Qazax rayonunun Xeyrimli kəndində 2 nəfər qətlə yetirilmişdir.

96. 08 oktyabr 1991-ci ildə Xocalı rayonu yaxınlığında 1 nəfər qətlə yetirilmişdir.

97. 09 oktyabr 1991-ci ildə Kərgicahan qəsəbəsində 1 nəfər qətlə yetirilmiş,        1 nəfər ağır yaralanmışdır.

98. 17 oktyabr 1991-ci ildə Ağdərə rayonun Baş Güneypərə kəndində 1 nəfər qətlə yetirilmiş, 1 nəfər ağır yaralanmışdır.

99. 18 oktyabr 1991-ci ildə Şuşa rayonun Qaladərəsi kəndində 1 nəfər qətlə yetirilmişdir.

100. 18 oktyabr 1991-ci ildə Xocavənd rayonun Qaradağlı kəndində 1 nəfər qətlə yetirilmişdir. 

101. 19 oktyabr 1991-ci ildə Ağdərə rayonun Sırxavənd kəndi yaxınlığında «UAZ-469» markalı avtomaşın partladılmış, nəticədə 2 nəfər həlak olmuş,      1 nəfər ağır yaralanmışdır.

102. 22 oktyabr 1991-ci ildə Baş Güneypərə, Sırxavənd və Orta Güneypərə kəndlərində 1 nəfər qətlə yetirilmiş, 1 nəfər yaralanmışdır.

103. 26 oktyabr 1991-ci ildə Qazax rayonun Mazan kəndində 1 nəfər qətlə yetirilmişdir.

104. 28 oktyabr 1991-ci ildə Xocavənd rayonunun  Xocavənd kəndində 2 nəfər qətlə yetirilmiş, 2 nəfər ağır yaralanmışdır.

105. 01 noyabr 1991-ci ildə Əskəran rayonun mərkəzində «UAZ-469» markalı 30-76 AQD nömrəli avtomaşın partladılmış, 1 nəfər həlak olmuş, 1 nəfər ağır yaralanmışdır.

106. 05 noyabr 1991-ci ildə Şuşa rayonunun Nəbilər kəndində 1 nəfər qətlə yetirilmiş, 1 nəfər ağır yaralanmışdır.

107. 05 noyabr 1991-ci ildə Qazax rayonunun Xeyrimli və Aşağı Əskipara kəndlərində 2 nəfər qətlə yetirilmiş, 1 nəfər ağır yaralanmışdır.

108. 07 noyabr 1991-ci ildə Hadrut rayonunun Xələfşə kəndində 2 nəfər qətlə yetirilmiş, 3 nəfər ağır yaralanmışdır.

109. 12 noyabr 1991-ci ildə Goranboy rayonun Todan kəndində 1 nəfər qətlə yetirilmiş, 12 nəfər yaralanmışdır.

110. 14 noyabr 1991-ci ildə Ağdam rayonun Əhmədəavar kəndində 1 nəfər qətlə yetirilmişdir.

111. 15 noyabr 1991-ci ildə Hadrut rayonun Zəmzur və Şaqah kəndlərində  8 nəfər qətlə yetirilmiş, 4 nəfər yaralanmışdır.

112. 16 noyabr 1991-ci ildə Xocavənd rayonun Xocavənd kəndində 2 nəfər qətlə yetirilmiş, 2 nəfər ağır yaralanmışdır.

113. 19 noyabr 1991-ci ildə Xocavənd rayonun Xocavənd kəndində 4 nəfər qətlə yetirilmişdir.

114. 20 noyabr 1991-ci ildə Ağdərə rayonun Əliağalı kəndində 1 nəfər qətlə yetirilmişdir.

115. 28 noyabr 1991-ci ildə Qazax rayonun Aşağa Əskipara kəndində 1 nəfər qətlə yetirilmişdir.

116. 1 dekabr 1991-ci ildə Kərkicahan qəsəbəsində 1 nəfər həlak olmuş, 5 nəfər yaralanmışdır.

117. 11 dekabr 1991-ci ildə Şuşa şəhəri və Kərkicahan qəsəbəsində 1 nəfər həlak olmuş, 1 nəfər yaralanmışdır.

118. 12 dekabr 1991-ci ildə Ağdam rayonun Çuxur məhlə, Əhmədəavar, Xıdırlı, Çinli, Şelli, Qalayçılar kəndlərində 1 nəfər həlak olmuş, 5 nəfər ağır yaralanmışdır.

119. 14 dekabr 1991-ci ildə Kərkicahan qəsəbəsində 1 nəfər qətlə yetirilmişdir.

120. 15 dekabr 1991-ci ildə Xocalı şəhərində 1 nəfər qətlə yetirilmiş, 2  nəfər  ağır yaralanmışdır.

121. 16 dekabr 1991-ci ildə Kərkicahan qəsəbəsində 1 nəfər qətlə yetirilmişdir.

122. 19 dekabr 1991-ci ildə Fizuli rayonun Qaradağlı kəndində 1 nəfər qətlə yetirilmişdir.

123. 20 dekabr 1991-ci ildə Ağdam rayonunun Sırxavənd kəndində 1 nəfər xüsusi amansızlıqla qətlə yetirilmişdir.

124. 20 dekabr 1991-ci ildə Kərkicahan qəsəbəsində 1 nəfər qətlə yetirilmişdir.

125. 20 dekabr 1991-ci ildə Ağdərə rayonun Umudlu kəndində 1 nəfər qətlə yetirilmişdir.

126. 23 dekabr 1991-ci ildə Şuşa rayonun Malıbəyli kəndində 1 nəfər qətlə yetirilmişdir.

127. 23 dekabr 1991-ci ildə Cəbrayıl rayonun Daşbaşı və Banazur kəndində  2 nəfər qətlə yetirilmişdir.

128. 23 dekabr 1991-ci ildə Əskəran rayonun Meşəli kəndində 47 nəfər qətlə yetirilmiş, 41 nəfər yaralanmışıdır.

129. 24 dekabr 1991-ci ildə Fizuli rayonun Arış, Çuvarlı, Qoqa, Çiman kəndində    2 nəfər qətlə yetirilmişdir.

130. 25 dekabr 1991-ci ildə Fizuli rayonun Taradağlı, Arış, Xatınbulaq, Çuvarlı kəndində 1 nəfər qətlə yetirilmiş, 4 nəfər ağır yaralanmışıdır.

131. 26 dekabr 1991-ci ildə Şuşa-Laçın rayonunun 4-cü kilometrində «ZİL-130» və «Moskviç» maşını partladılmış, 5 nəfər həlak olmuşdur.

132. 28 dekabr 1991-ci ildə Kərkicahan qəsəbəsində 1 nəfər qətlə yetirilmiş, 1 nəfər yaralanmışıdır.

133. 29 dekabr 1991-ci ildə Ağdam rayonun Sırxavənd kəndində 1 nəfər xüsusi amansızlıqla qətlə yetirilmişdir.

134. 29 dekabr 1991-ci ildə Şuşa rayonun Malıbəyli, Kosalar, Qeybalı kəndində   16 nəfər  dinc sakin qətlə yetirilmişdir.

135. 1992-ci ilin yanvar   ayında  erməni  quldurlarının Kərgicahan qəsəbəsinə hücum nəticəsində 80 nəfər mülki şəxs qətlə  yetirilmişdir.

136. 05 yanvar 1992-ci ildə Kərkicahan qəsəbəsində 2 nəfər qətlə yetirilmişdir.

137. 05 yanvar 1992-ci ildə Hadrut rayonun Axullu kəndində 1 nəfər qətlə yetirilmişdir.

138. 6 yanvar 1992-ci il tarixdə erməni quldurları İmarət-Qərvənd kəndinin Murovdağ yaylağında Humaylar adlanan çoban alaçığına hücum edərək iki azərbaycanlını yaralamışlar.

139. 06 yanvar 1992-ci ildə Goranboy rayonun Böyük və Kiçik Çanabazar adlanan ərazisində 1 nəfər qətlə yetirilmiş, 7 nəfər ağır yaralanmışdır.

140. 07 yanvar 1992-ci ildə Fizuli rayonun Yuxarı Veysəlli kəndində 1 nəfər qətlə yetirilmiş, 3 nəfər yaralanmışdır.

141.  08 yanvar 1992-ci ildə Xocavənd rayonun Qaradağlı kəndində 8 nəfər yaralanmışdır.

142. 09 yanvar 1992-ci ildə Fizuli rayonun Qaradağlı, Çuvarlı, Arış və Hadrut rayonunun Axurlu kəndində 2 nəfər milis işçisi və 3 nəfər yerli sakin  qətlə yetirilmiş, 5 nəfər yaralanmışdır.

143. 10 yanvar 1992-ci ildə Kəlbəcər rayonun Ağdaban kəndində 1 nəfər qətlə yetirilmişdir.

144. 13 yanvar 1992-ci ildə Fizuli rayonunun Yuxarı Veysəlli, Arış, Ağbulaq kəndlərinə silahlı basqın nəticəsində 1 nəfər qətlə yetirilmişdir.

145. 13 yanvar 1992-ci ildə Kərkicahan qəsəbəsinə silahlı basqın nəticəsində 1 nəfər qətlə yetirilmişdir.

146. 13 yanvar 1992-ci ildə Xocavənd rayonu Əmiranlılar kəndinə silahlı basqın nəticəsində 4 nəfər qətlə yetirilmişdir.

147. 17 yanvar 1992-ci ildə Şuşa rayonunun Kosalar və Malıbəyli kəndlərinə silahlı basqın nəticəsində 1 nəfər qətlə yetirilmişdir.

148. 20 yanvar 1992-ci ildə Ağdam rayonunun Qərvəndə kəndinə silahlı basqın nəticəsində 1 nəfər qətlə yetirilmişdir.

149. 21 yanvar 1992-ci ildə Ağdam rayonunun Xıdırlı kəndinə silahlı basqın nəticəsində 1 nəfər qətlə yetirilmişdir.

150. 22 yanvar 1992-ci ildə Ağdam rayonunun Çinli kəndinə silahlı basqın nəticəsində 1 nəfər qətlə yetirilmişdir.

151. 25 yanvar 1992-ci ildə Şuşa rayonunun Xəlfəli və Malıbəylə kəndlərinə silahlı basqın nəticəsində 4 nəfər qətlə yetirilmişdir.

152. 25 yanvar 1992-ci ildə Ağdam rayonu müxtəlif silahlardan atəşə tutulmuş nəticəsində 1 nəfər həlak olmuş, 6 nəfər yaralanmışdır.

153. 25 yanvar 1992-ci ildə Xocavənd rayonunun Əmirallılar kəndinə silahlı basqın nəticəsində 1 nəfər qətlə yetirilmiş, 2 nəfər yaralanmışdır.

154. 26 yanvar 1992-ci ildə Goranboy rayonunun Şəfəq kəndinə silahlı basqın nəticəsində 1 nəfər qətlə yetirilmişdir.

155. 29 yanvar 1992-ci ildə Ağdam rayonunun Şelli və Əhmədavar kəndlərinə silahlı basqın nəticəsində 2 nəfər həlak olmuşdur.

156. 1 fevral 1992-ci ildə Goranboy rayonunun Tapqaraqoyunlu kəndinə silahlı basqın nəticəsində  3 nəfər qətlə yetirilmişdir.

157. 1 fevral 1992-ci ildə Xocalı rayonunun Fərrux kəndinə silahlı basqın nəticəsində 1 nəfər qətlə yetirilmişdir.

158. 7 fevral 1992-ci ildə Ağdam rayonunun Sırxavənd kəndinə silahlı basqın nəticəsində 1 nəfər qətlə yetirilmişdir.

159. 11 fevral 1992-ci ildə Şuşa rayonunun Malıbəyli kəndinə silahlı basqın nəticəsində 12 nəfər həlak olmuş, 11 nəfər yaralanmışdır.

160. 16 fevral 1992-ci ildə Xocalı rayonunun Qaradağlar kəndinə silahlı basqın nəticəsində 24  nəfər qətlə yetirilmişdir.

161. 17 fevral 1992-ci il tarixdə 56 nəfər, onlardan 12 nəfəri uşaq olan Qaradağlı kənd sakinlərini güllələmişlər.

162. 17 fevral 1992-ci ildə Xocalı rayonunun Qaradağlar kəndinə silahlı basqın nəticəsində 10  nəfər qətlə yetirilmiş, 4 nəfər yaralanmışdır.

163. 22 fevral 1992-ci ildə Fizuli rayonunun Yuxarı Veysəlli kəndinə silahlı basqın nəticəsində 3  nəfər qətlə yetirilmiş, 3 nəfər itkin düşmüş, 12 nəfər ağır yaralanmışdır.

164. 22 fevral 1992-ci ildə Qubadlı rayonunun Məlikməhəmmədli kəndinə silahlı basqın nəticəsində 3  nəfər qətlə yetirilmişdir.

165. 23 fevral 1992-ci ildə Şuşa rayonunun mərkəzi raket və top atəşinə tutulmuş nəticədə 1 nəfər həlak olmuş, 4 nəfər yaralanmışdır.

166. 26 fevral 1992-ci ildə Tərtər rayonunun mərkəzi raket və top atəşinə tutulmuş nəticədə 4 nəfər həlak olmuş, 9 nəfər yaralanmışdır.

167. 08 mart 1992-ci ildə Ağdam rayonunun Şelli kəndi silahlı basqına məruz qalmış, nəticədə 2 nəfər həlak olmuş, 6 nəfər  ağır yaralanmışdır.

168. 16 mart 1992-ci ildə Fizuli rayonunun mərkəzi raket atəşinə tutulmuş, nəticədə 4 nəfər həlak olmuş, 12 nəfər  ağır yaralanmışdır.

169. 18 mart 1992-ci ildə Tərtər rayonunun mərkəzi raket atəşinə tutulmuş, nəticədə 3 nəfər həlak olmuş, 15 nəfər yaralanmışdır.

170. 21 mart 1992-ci ildə Qazax rayonunun Aşağı Əskipara və Məzəm kəndləri raket atəşinə tutulmuş, nəticədə 4 nəfər həlak olmuş, 5 nəfər  ağır yaralanmışdır.

171. 22 mart 1992-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndi raket atəşinə tutulmuş, nəticədə 1 nəfər həlak olmuşdur.

172. 22 mart 1992-ci ildə «UAZ 469» markalı 60-25 AZU dövlət nişanlı avtomaşın Soflu, Cəfərli yolunda partladılmış nəticədə 2 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.

173. 22 mart 1992-ci ildə Ağdam rayonunun Muğanlı kəndi silaşlı basqına məruz qalmış, nəticədə 1 nəfər həlak olmuşdur.

174. 28 mart 1992-ci ildə «Kamaz-5410» markalı 40-53 AQS dövlət nişanlı avtomaşın partladılmış, nəticədə 2 nəfər həlak olmuş, 1 nəfər  yaralanmışdır.

175. 31 mart 1992-ci il tarixdə erməni quldurları Hoğa kəndinə hücum edərək 6 nəfər qətlə yetirmiş, 3 nəfər ağır yaralamışlar.

176. 1 aprel 1992-ci ildə Fizuli rayonunun Günəşli kəndi top atəşinə tutulmuş, nəticədə 3 nəfər həlak olmuşdur.

177. 6 aprel 1992-ci ildə Tovuz rayonunun Əlibəyli kəndi top atəşinə tutulmuş, nəticədə 2 nəfər həlak olmuş, 16 nəfər  ağır yaralanmışdır.

178. 9 aprel 1992-ci ildə Şuşa şəhərinin mərkəzi top atəşinə tutulmuş, nəticədə 1 nəfər həlak olmuşdur.

179. 9 aprel 1992-ci ildə Kəlbəcər rayonunun Ağdaban kəndinə silahlı basqın edilmiş, nəticədə 35 nəfər həlak olmuş, 14 nəfər  yaralanmışdır.

180. 13 aprel 1992-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndi top atəşinə tutulmuş, nəticədə 1 nəfər həlak olmuş, 11 nəfər  yaralanmışdır.

181. 18 aprel 1992-ci ildə Qazax-Cəfərli yolunun 10-cu km-də «Maz» markalı maşın silahlı basqına məruz qalmış, nəticədə 1 nəfər ölümcül yaralanmışdır.

182. 25 aprel 1992-ci ildə Ağstafa rayonunun Köhnə Qışlaq kəndi silahlı basqına məruz qalmış, nəticədə 5 nəfər ağır yaralanmış, 3 nəfər itkin düşmüşdür.

183. 25 aprel 1992-ci ildə Ağdam rayonunun Şelli, Papravənd, Abdal kəndləri raket, top atəşinə tutulmuş, nəticədə 2 nəfər mülki vətəndaş həlak olmuş, 1 nəfər  yaralanmışdır.

184. 29 aprel 1992-ci ildə Kəlbəcər rayonunun Narıclılar kəndi silahlı basqına məruz qalmış, nəticədə 6 nəfər həlak olmuş, 2 nəfər ağır yaralanmış, 2  nəfər itkin düşmüşdür.

185. 2 may 1992-ci ildə Xanlar rayonunun Dosular kəndi silahlı basqına məruz qalmış, nəticədə 4 nəfər həlak olmuş, 8 nəfər yaralanmışdır.

186. 2 may 1992-ci ildə Naxçıvan MR Şərur  rayonunun Havış kəndi  top atəşinə tutulmuş, nəticədə 1 nəfər həlak olmuş, 11 nəfər yaralanmışdır.

187. 5 may 1992-ci ildə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi silahlı basqına məruz qalmış, nəticədə 6 nəfər həlak olmuş, 8 nəfər yaralanmışdır.

188. 5 may 1992-ci ildə Naxçıvan MR Şərur  rayonunun Havış və Günnüd  kəndləri müxtəlif  silahlardan atəşə tutulmuş, nəticədə 1 nəfər həlak olmuş, 8 nəfər yaralanmışdır.

189. 8 may 1992-ci ildə Tərtər rayonunun Seyidimli kəndi raket  atəşinə tutulmuş, nəticədə 1 nəfər həlak olmuşdur.

190. 9 may 1992-ci ildə Laçın rayonu şiddətli top atəşinə tutulmuş, nəticədə 7 nəfər həlak olmuşdur.

191. 11 may 1992-ci ildə Ağdam rayonunun Şelli kəndi atəşə tutulmuş, nəticədə 1 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.

192. 13 may 1992-ci ildə Bərdə rayonu top atəşinə tutulmuş, nəticədə 5 nəfər həlak olmuş, 3 yaşayış binası dağıdılmışdır.

193. 14 may 1992-ci ildə Tovuz rayonunun Əlibəyli kəndi müxtəlif  silahlardan atəşə tutulmuş, nəticədə 1 nəfər həlak olmuş, 4 nəfər yaralanmışdır.

194. 18 may 1992-ci ildə Ağdam rayonu top atəşinə tutulmuş, nəticədə 3 nəfər həlak olmuş, 3 nəfər yaralanmışdır.

195. 18 may 1992-ci ildə Naxçıvan MR  Sədərək qəsəbəsinə silahlı basqın nəticəsində 5 nəfər həlak olmuş, 51 nəfər yaralanmışdır.

196. 23 may 1992-ci ildə Naxçıvan MR  Sədərək qəsəbəsinə silahlı basqın nəticəsində 19 nəfər həlak olmuş, 23 nəfər yaralanmışdır.

197. 20 may 1992-ci ildə Zəngilan rayonunun Qarançı kəndi yaxınlığında «UAZ-469» markalı 80-33 AQD dövlət nömrə nişanlı avtomaşın silahlı basqına məruz qalmış, nəticəsində 2 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.

198. 25 may 1992-ci ildə Naxçıvan MR  Ordubad rayonunun Soyuq kəndinə  silahlı basqın nəticəsində 1 nəfər həlak olmuş, 1 nəfər yaralanmışdır.

199. 26 may 1992-ci ildə  Tovuz rayonunun Əlibəyli, Ağdam kəndlərinə silahlı basqın nəticəsində 1 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.

200. 1 iyun 1992-ci ildə Kəlbəcər rayonunun Alqaya kəndinə silahlı basqın nəticəsində 1 nəfər həlak olmuş, 1 nəfər yaralanmışdır.

201. 1 iyun 1992-ci ildə Qubadlı rayonunun mərkəzi müxtəlif növ silahlardan atəşə tutulmuş, nəticədə 1 nəfər həlak olmuş, 29 nəfər yaralanmışdır.

202. 1 iyun 1992-ci ildə Fizuli rayonunun Gövşadlı kəndi  atəşə tutulmuş, nəticədə 3 nəfər mülki vətəndaş həlak olmuşdur.

203. 3 iyun 1992-ci ildə Cəbrayıl rayonunun Şuşaqax kəndinə silahlı basqın nəticəsində 1 nəfər həlak olmuşdur.

204. 3 iyun 1992-ci ildə Ağdam rayonunun Papravənd kəndinə silahlı basqın nəticəsində 1 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.

205. 5 iyun 1992-ci ildə Tərtər rayonunun Seyidimili kəndinə silahlı basqın nəticəsində 1 nəfər həlak olmuş, 3 nəfər ağır yaralanmışdır.

206. 8 iyun 1992-ci ildə Tovuz  rayonunun Əliöəyli və Böyükqışlaq kəndinə silahlı basqın nəticəsində 2 nəfər həlak olmuş, 6 nəfər yaralanmışdır.

207. 10 iyun 1992-ci ildə Kəlbəcər rayonunun Ağdaban kəndinə silahlı basqın nəticəsində 1 nəfər həlak olmuş, 15 nəfər yaralanmışdır.

208. 12 iyun 1992-ci ildə Fizuli rayonunun Çuvarlı kəndində yük maşını partladılmış, nəticədə 1 nəfər yerli sakin həlak olmuşdur.

209. 13 iyun 1992-ci ildə Goranboy rayonunun Tapqaraqoyunlu kəndinə silahlı basqın nəticəsində 6 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır.

210. 13 iyun 1992-ci ildə Qazax rayonunun Fərəhli kəndinə silahlı basqın nəticəsində 1 nəfər həlak olmuşdur.

211. 13 iyun 1992-ci ildə Tərtər rayonunun Cəmilli və Seyidimli kəndinə silahlı basqın nəticəsində 2 nəfər həlak olmuş, 19 nəfər yaralanmışdır.

212. 14 iyun 1992-ci ildə Qazax rayonunun Məzən və Fərəhli kəndlərinə silahlı basqın nəticəsində 5 nəfər həlak olmuş, 14 nəfər yaralanmışdır.

213. 16 iyun 1992-ci ildə Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərinə silahlı basqın nəticəsində 4 nəfər həlak olmuş, 6 nəfər yaralanmışdır.

214. 22 iyun 1992-ci ildə Fizuli rayonunun Qaradağlı və Korazilli kəndlərinə silahlı basqın nəticəsində 1 nəfər həlak olmuş, 1 nəfər yaralanmışdır.

215. 22 iyun 1992-ci ildə Naxçıvan MR-in Sədərək qəsəbəsinə silahlı basqın nəticəsində 1 nəfər həlak olmuşdur.

216. 22 iyun 1992-ci ildə Fizuli rayonunun Yuxarıyağlavənd kəndinə silahlı basqın nəticəsində 1 nəfər həlak olmuş, 4 nəfər yaralanmışdır.

217. 27 iyun 1992-ci ildə Fizuli rayonunun Dövlətyarlı kəndinə silahlı basqın nəticəsində 4 nəfər həlak olmuş, 1 nəfər yaralanmışdır.

218. 01 iyul 1992-ci ildə Fizuli rayonunun Gövşadlı və Zərgərli kəndləri «Qrad» tipli raketlərdən atəşə tutulmuş nəticəsində 3 nəfər həlak olmuşdur.

219. 01 iyul 1992-ci ildə Qubadlı rayonunu mərkəzi «Qrad» tipli raketlərdən atəşə tutulmuş nəticədə 1 nəfər həlak olmuş, 27 nəfər yaralanmışdır. 

220. 03 iyul 1992-ci ildə Cəbrayıl rayonunun mərkəzi toplardan atəşə tutulmuş nəticədə 1 nəfər həlak olmuşdur.

221. 04 iyul 1992-ci ildə Goranboy rayonunun Gülüstan kəndinə silahlı basqın nəticəsində 4 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.

222. 05 iyul 1992-ci ildə Naxçıvan MR-in Sədərək qəsəbəsinə müxtəlif növə silahlardan atəşə tutulmuş, nəticədə 1 nəfər həlak olmuş, 4 nəfər yaralanmışdır.

223. 07 iyul 1992-ci ildə Ağdam rayonunun Şelli kəndi vertolyotlardan atəşə tutulmuş, nəticədə 1 nəfər həlak olmuş, 1 nəfər yaralanmışdır.

224. 8 iyul 1992-ci ildə Fizuli rayonunun Qacar kəndi top atəşinə tutulmuş, nəticədə 2 nəfər həlak olmudur.

225. 20 iyul 1992-ci ildə Ağstafa rayonunun Köhnə Qışlaq, Yaradullu və Tatlı kəndlərinə silahlı basqın nəticəsində 2 nəfər həlak olmuş, 1 nəfər yaralanmışdır.

226. 22 iyul 1992-ci ildə Fizuli rayonunun Yuxarı Yağlavənd kəndinə silahlı basqın nəticəsində 1 nəfər həlak olmuş,  4 nəfər yaralanmışdır.

227. 27 iyul 1992-ci ildə Fizuli rayonunun Xatınbulaq kəndinə silahlı basqın nəticəsində 1 nəfər həlak olmuşdur.

228. 27 iyul 1992-ci ildə Qazax rayonunun Şıxlı kəndinə silahlı basqın nəticəsində 1 nəfər həlak olmuşdur.

229. 30 iyul 1992-ci ildə Ağdərə rayonunun Aşağı Moxradağ kəndinə silahlı basqın nəticəsində 2 nəfər həlak olmuş, 41  nəfər yaralanmışdır.

230. 31 iyul 1992-ci ildə Kəlbəcər rayonunun Ağdaban kəndinə silahlı basqın nəticəsində 4 nəfər həlak olmuş, 12  nəfər yaralanmışdır.

231. 31 iyul 1992-ci ildə Ağdərə rayonu silahlı basqın nəticəsində 1 nəfər həlak olmuş, 9  nəfər yaralanmışdır.

232. 1 avqust 1992-ci ildə Tovuz rayonunun mərkəzi toplardan atəşə tutulmuş nəticədə 2 nəfər həlak olmuş, 5  nəfər yaralanmışdır.

233. 1 avqust 1992-ci ildə Gədəbəy rayonunun Şınıx və Novoivanovka kəndlərinə silahlı basqın nəticəsində 3 nəfər    həlak olmuş, 1  nəfər yaralanmışdır.

234. 3 avqust 1992-ci ildə Naxçıvan MR, Babək rayonunun Kərməçataq  kəndinə silahlı basqın nəticəsində 1 nəfər həlak olmuş, 5  nəfər yaralanmışdır.

235. 5 avqust 1992-ci ildə Laçın rayonunun Güləbird  kəndinə silahlı basqın nəticəsində 2 nəfər həlak olmuş, 30  nəfər yaralanmışdır.

236. 6 avqust 1992-ci ildə Gədəbəy rayonunun Şınıx və Novosaratovka kəndlərinə silahlı basqın nəticəsində 2 nəfər həlak olmuş, 6  nəfər yaralanmışdır.

237. 7 avqust 1992-ci ildə Ağstafa rayonunun Köhnə Qışlaq kəndinə silahlı basqın nəticəsində 3 nəfər həlak olmuş, 2  nəfər yaralanmışdır.

238. 8 avqust 1992-ci ildə Qubadlı rayonu mərkəzi «Qrad» qurğusundan atəşə tutulmuş, nəticədə 3 nəfər həlak olmuş, 2  nəfər yaralanmışdır, Şınıx və Novoivanovka kəndlərinə silahlı basqın nəticəsində 3 nəfər həlak olmuşdur.

239. 10 avqust 1992-ci ildə Gədəbəy rayonunun İnəkboğan kəndinə silahlı basqın nəticəsində 3 nəfər həlak olmuş, 2  nəfər yaralanmışdır.

240. 10 avqust 1992-ci ildə Tovuz rayonunun Böyükqışlaq kəndinə silahlı basqın nəticəsində 4 nəfər həlak olmuş, 11 nəfər yaralanmışdır.    

241. 12 avqust 1992-ci ildə Gədəbəy rayonunun mərkəzi atəşə tutulmuş, nəticədə 3 nəfər həlak olmuş, 3  nəfər yaralanmışdır.

242. 15 avqust 1992-ci ildə Cəbrayıl rayonu raket top atəşinə tutulmuş, nəticədə 5 nəfər həlak olmuşdur.

243. 17 avqust 1992-ci ildə Ağdam rayonunun Gülablı kəndinə silahlı basqın nəticəsində 6 nəfər həlak olmuş, 6  nəfər ağır yaralanmışdır.

244. 26 avqust 1992-ci ildə Zəngilan rayonunun mərkəzi raket, top atəşinə tutulmuş, nəticədə 7 nəfər həlak olmuş, 11  nəfər yaralanmışdır.

245. 28 avqust 1992-ci ildə Goranboy rayonunun Balıqçaya kəndinə silahlı basqın nəticəsində 24 nəfər qətlə yetirilmiş, 6  nəfər ağır yaralanmışdır.     

246. 29 avqust 1992-ci ildə Cəbrayıl rayonunun mərkəzi müxtəlif silahlardan atəşə tutulmuş, nəticədə 2 nəfər həlak olmuş, 6  nəfər yaralanmışdır.

247. 4 sentyabr 1992-ci ildə Fizuli rayonunun Qaçaq kəndinə silahlı basqın nəticəsində 1 nəfər həlak olmuş, 3  nəfər yaralanmışdır.

248. 6 sentyabr 1992-ci ildə Ağdam rayonunun Əhmədavar kəndinə silahlı basqın nəticəsində 4 nəfər həlak olmuş, 6  nəfər yaralanmışdır. 

249. 7 sentyabr 1992-ci ildə Fizuli rayonunun Qaravəllər kəndinə silahlı basqın nəticəsində 2 nəfər həlak olmuş, 4  nəfər yaralanmışdır.

250. 7 sentyabr 1992-ci ildə Fizuli rayonunun Zərgər kəndinə silahlı basqın nəticəsində 6 nəfər həlak olmuş, 2  nəfər yaralanmışdır.

251. 9 sentyabr 1992-ci ildə Tovuz rayonunun əlibəyli və Ağdam kəndlərinə silahlı basqın nəticəsində 2 nəfər həlak olmuş, 15  nəfər yaralanmışdır.

252. 11 sentyabr 1992-ci ildə ağdam rayonunun Sarıcallı kəndinə silahlı basqın nəticəsində 1 nəfər həlak olmuş, 3  nəfər yaralanmışdır.

253. 14 sentyabr 1992-ci ildə Ağdam rayonunun Muğanlı kəndinə silahlı basqın nəticəsində 2 nəfər həlak olmuşdur.

254. 15 sentyabr 1992-ci ildə Naxçıvan MR, Şahbuz rayonunun Biçənək kəndinə silahlı basqın nəticəsində 3 nəfər həlak olmuş, 1  nəfər yaralanmışdır.