КАРАБАХ в ДОКУМЕНТАХ

 

 Начало | БИблиотека | Фото факты | Картинная галерея | Ссылки | Форум | ОпросПоиск в google | AZAD QARABAĞ |

06-04-1993

6 APREL 1993 - Kəlbəcər

Qəhrəman Azərbaycan xalqınm öz müstəqil dövlətini yaratmaq uğrunda apardığı mübarizə keşməkeşli, ağır və Ermənistan Respublikasmm ölkəmizə qarşı törətdiyi qanlı, dəhşətli fəlakətlərlə, faciələrlə yaddaşımıza əbədi həkk olun-muşdur.

Ermənistan Respublikası Sovet rejiminin ermənipərəst rəhbərlərinin himayəsi altında ərazi iddialarım irəli sürərək, Azərbaycan Respublikasmm Dağlıq Qarabağ bölgəsi və Kəlbəcər rayonu da daxil olmaqla, ona bitişik 7 rayonu işğal edərək, Azərbaycana qarşı ədalətsiz müharibəyə baş-ladı.

Dağlıq Qarabağdan kənarda yerləşən, 1936kv.km ərazisi, 58 min nəfər əhalisi olan Kəlbəcər rayonu 1993-cü il mart ayının sonu, aprel ayının əvvəllərində Ermənistan Silahlı Qüvvələri tərəfmdən işğal edilmiş, dinc əhaliyə vəhşicəsinə divan tutulmuş, min illər boyu yaşadığı ata-baba torpağmdan qovularaq didərgin salmmışdır. 1992-ci il aprel ayının 7-dən 8-nə keçən gecə erməni faşistləri Xocalı soyqırımınm davamı kimi Kəlbəcər rayonunun 130 evdən ibarət olan Ağdaban kəndini tamamilə yandırmış, kəndin 779 nəfər dinc sakininə divan tutmuşdur. Erməni qəddarlığmm həddi-hüdudu yox idi. 67 nəfər qətlə yetirilmiş, onların arasmda 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılmış, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsa-rəti yetirilmişdir.

Ermənistan Respublikasmm münaqişədə, o cümlədən Kəlbəcər rayonunun işğalmda iştirakı qeyri-hökumət təşkilatı olan "Human Rights Watch/Helsinki" "Azərbaycan. Dağlıq Qarabağda münaqişənin 7 ili" (Nyu-York, 1994-cü il, səh. 67-73) məcmuəsində də təsdiq olunmuşdur. Bundan əlavə, 1998-ci ildə Ermənistanda keçirilən seçkilər zamanı səyyar səsvermə qutuları Kəlbəcər rayonunda yerləşdirilən erməni əsgərlərinin səsini toplamaq üçün Ermənistan Respukbli-kasının dövlət sərhəddindən keçirilmişdir ki, bu da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Er-mənistanda 1998-ci il 16 və 30 mart tarixlərində keçiri-bn prezident seçkilərinə dair 1998-ci il 10 aprel tarixli ye-kun hesabatında öz əksini tapmışdır.

Artıq 9 ildir ki, Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasmm 56 rayon və şəhərinin 707 yaşayış məntə-qəsində çadırlarda, qazma daxmalarda, fermalarda, yol kə-narlarmda, inzibati binalarda dözülməz şəraitdə yaşayır.

Bu günə qədər ağır və dözülməz şəraitdə yaşamasma baxmayaraq, Kəlbəcər rayonunun əhalisi zəmanəmizin ən görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi, Azərbaycan Respublikasmm Prezidenti möhtərəm cənab Heydər Əliyevin rəhbərliyi altında Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll ohmacağma inanır və doğma torpaqlarma qayıtmaq arzusu ilə yaşayıb işləyir.

Hormətli oxucu!

Bu kitabçada yazılanlar quru statistik rəqəmlər deyil. Bu rəqəmlər və şəkillərin arxasmda min illər boyu yaşadığı dədə-baba yurdundan məcburi köçkün düşmüş on minlərlə insa-nın faciəli həyatı dayanır. Bu statistika bir neçə nəslin əməyi ilə tikilib-abadlaşdırılmış və qəsbkar ermənibrin əli ilə talan edilib yandırılmış Kəlbəcər şəhərinin, dünya şöhrətli şəfa qay-nağı olan İstisu kurort qəsəbəsinin, 129 kəndin heç bir ölçü-biçiyə sığmayan varidatmm qarət edibrək, təcavüzkar Ermə-nistana daşınıb aparılması fəktlarmı əks etdirir. Dünyada nə qədər ki, müharibə törədənbr, özgə torpaqlarma göz dikənlər, insan qanı axıtmağa can atan qüvvəbr var, bu tarixi unutmağa heç birimizin haqqı yoxdur.